Tələbə: Həsənova Sevda Muxtar qızı Mövzu: Tikinti təşkilatlarında iş vaxtı fondundan istifadənin




Yüklə 292.88 Kb.
səhifə1/3
tarix29.02.2016
ölçüsü292.88 Kb.
  1   2   3
AZƏRBAYCAN MEMARLIQ VE İNŞAAT UNİVERSİTETİ

Fakültə:Tikinti-İqtisad

Kafedra:İnşaatın iqtisadiyyatı

İxtisas:Sığorta işinin təşkili
Fənn: Mühasibat uçotu və iqtisadi təhlil


KURS İŞİ

Qrup: 737a3

Tələbə: Həsənova Sevda Muxtar qızı

Mövzu:Tikinti təşkilatlarında iş vaxtı fondundan istifadənin

təhlili

Kafedra müdiri:

BAKI-2010

Mövzu:Tikinti təşkilatlarında iş vaxtı fondundan

istifadənin təhlili

PLAN

Giriş...............................................................................3

1. Tikinti təşkilatlarinda iş vaxtı balansının təhlili...................................................................................6

2.İş vaxtı fondundan istifadə edilməsinə təsir edən amillərin təhlili..................................................................15

3. Tikinti təşkilatının işçi qüvvəsi ilə təmin olunması və iş vaxtının uçotu................................................................23

İstifadə edilən ədəbiyyat siyahısı................................34



Təhlil ərəb sözüdür və əşyanı, cismi, proses və ya hadisəni, habelə bunları xarakterizə edən göstəriciləri tərkib hissələrinə ayıraraq tədqiq etmək mənasını verir. Təhlil dar mənada prosesi, hadisəni, əşyanı daha xırda tərkib hissələrinə ayırmaqla öyrənmək mənasını daşıyır.

İdarəetmə elmləri sırasında xüsusi yeri olan iqtisadi təhlil cəmiyyətin iqtisadi inkişaf səviyyəsi ilə əlaqədar olaraq tarixi zərurətdən meydana gəlmiş və tarixi dövr ərzində inkişaf edərək hazırkı mərhələyə gəlib çatmışdır.

Müasir dövrdə elmi-texniki tərəqinin inkişafı hesabına təsərrüfatın fəaliyyətinə təsir göstərən amillər durmadan artır, informasiyalar çoxalır, məhsulların özlərində mürəkkəbləşmə prosesi gedir. İqtisadi təhlil idarəetmədə mühüm bir mərhələ təşkil etdiyi üçün onun da öyrənəcəyi, tədqiq edəcəyi məsələlər mürəkkəbləşir. Bazar iqtisadiyyatında iqtisadi təhlil operativ xarakter daşımalıdır. O, müəssisənin iqtisadi səmərəsini yüksəltmək üçün proqnoz verməli, yeni şəraitdə təzə axınları, prosesləri əhatə etməlidir.Əməyin yaradıcı xarakter daşıması, kollektivdə psixoloji iqlim, sosial inkişaf, səmərəli təkliflərin canlanması və s. iqtisadi təhlilin daimi obyektidir.

İnsan cəmiyyəti inkişaf etdikcə əhalinin sayının, maddi və mənəvi tələbatların artması, istehsal vasitələri və üsullarının təkmilləşdirilməsi sürətləndikcə təhlilə olan ehtiyac da artır. İstehsalın miqyasının daim genişlənməsi ilə əlaqədar olaraq resurslara olan tələbatın ödənilməsi və səmərəli istifadəsi problemləri qarşıya çıxdıqca idarəetmədə təhlilin həm rolu, həm də funksiyaları çoxalır. Təhlilin obyektivliyi, dəqiqliyi, operativliyi onun əsas prinsipləri hesab olunur.İqtisadi təhlil iqtisadi nəzəriyyə, mühasibat uçotu, audit və planlaşdırma, maliyyə-kredit və s. iqtisadi və qeyri-iqtisadi elmlərlə sıx surətdə və qarşılıqlı fəaliyyət göstərir.

İqtisadi təhlil müəssisə və təşkilatların işinin hərtərəfli öyrənilməsində, onların təsərrüfat-maliyyə fəaliyyəti və onun nəticələrinin obyektiv qiymətləndirilməsində və gələcəkdə maddi istehsal və qeyri-istehsal fəaliyyət sahələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi vasitələrindən biri kimi fəaliyyət göstərir.İqtisadi təhlil istehsal, tədavül və istehlak proseslərini, müəssisə və onun sexlərinin, briqadalarının və digər təsərrüfat fəaliyyətindən başlamış, baş idarə və nazirliklərə qədər geniş bir miqyası əhatə edir və əldə edilən nəticələrin qiymətləndirilməsində mühüm rol oynayır.

İqtisadi təhlilin inkişafı və onun təkmilləşdirilməsi informasiyaların səviyyəsindən xeyli asılıdır. Burada geniş müşahidə materiallarından istifadə edilməlidir. İqtisadi təhlil planlaşmanın əsasını təşkil etməlidir. Bazar iqtisadiyyatı şəraitində plan, təsərrüfatsızlıq hesabına itkiləri özündə əks etdirilməməlidir. Təhlil prosesində müəssisənin təsərrüfat fəaliyyətinin operativ idarəedilməsində təchizat, istehsal və satış proseslərinin inkişaf istiqamətlərini hərtərəfli öyrənmək və qiymətləndirmək tələb olunur. İqtisadi təhlil istehsal prosesinə nəzarət etməkdə mühüm əhəmiyyət kəsb edir. İqtisadi təhlil qabaqcıl təcrübənin yayılmasında böyük rol oynamalı,həm də tərbiyəvi xarakter daşımalıdır. İqtisadi təhlil daxili təsərrüfat hesabının təkmilləşdirilməsində və onun canlı qüvvəyə malik olmasında əvəzedilməz bir vasitədir.

İqtisadi təhlildən əsas etibarilə idarəetmədə istifadə edilir. Bəzi iqtisadçılar belə bir fikir söyləyirlər ki, müəssisədə təşkilat işləri öz qaydasına düşərsə, idarəetmə işinin həcmi azalmalıdır. Bu fikirdə müəyyən dərəcədə məntiq vardır. Lakin əgər cari işlər üzrə idarəetmə az vaxt tələb edirsə, müəssisə rəhbəri perspektiv işlərə çox vaxt sərf etməlidir. Perspektiv işlərin mahiyyəti cari içlərdən heç də az deyildir.

İqtisadi təhlilin istər bu gün, istərsə də gələcəkdəki vəzifəsi təbiət haqqında bilik toplandıqca,cəmiyyətdəki qanunauyğunluqlar və insanın özü dərk edildikcə, bu nailiyyətləri birləşdirib onları maddi nemətlər istehsalında istifadə etməyə yönəltməkdən ibarətdir.

Bazar rəqabəti şəraitində daxili və xarici bazarlara yüksək keyfiyyətli və istehlakçıların tələbinə uyğun məhsul istehsal etmək üçün iş yerlərinin yüksək ixtisaslı fəhlə kadrları ilə təmin olunması və iş vaxtı fondundan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Buna görə də əmək göstəricilərinin təhlili zamanı müəssisənin əmək kollektivinin iş vaxtından istifadənin effektliyi öyrənilir. Elm və texnikanın sürətli inkişafının indiki mərhələsində fəaliyyətdə olan müəssisələrdə əməyin intensivliyinin yüksəldilməsi, iş vaxtı itkilərinin aradan qaldırılması istehsalın effektliyinin yüksəldilməsini təmin edən amillərdən biridir. Əmək ehtiyatlarının müxtəlif səbəblərdən dəyişkənliyi iş vaxtı itkilərinə səbəb olur. Çox zaman işçi qüvvəsinin çatışmazlığı iş vaxtının faktiki itkilərinə uyğun gəlir. İş vaxtından istifadənin təhlili zamanı aşağıdakı göstəricilərdən istifadə olunur:

-dövr (ay, rüb, il) ərzində bir işçinin işlədiyi günlərin orta sayı;

-iş gününün orta müddəti;

-müəyyən dövr ərzində bir işçinin işlədiyi saatların orta sayı;

Təhlilin gedişində iş vaxtı itkilərinin azaldılması məqsədilə bütün gün və növbədaxili itkilərin səbəbləri aydınlaşdırılır, iş vaxtından qeyri-məhsuldar istifadə edilməsinin səbəbləri araşdırılır.



1.Tikinti təşkilatlarında iş vaxtı balansının təhlili

Tikinti müəssisələrində əmək ehtiyatlarından istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsir göstərən amillərdən biri də iş vaxtından düzgün istifadə edilməsidir.İş vaxtından səmərəli istifadə edilməməsi və iş vaxtı itkisinə yol verilməsi müəssisənin məhsul buraxılışı həcminin artırılması imkanını azaldır və əmək məhsuldarlığının yüksəldilməsinə mənfi təsir göstərir.Bu zaman müəssisə istehsal planının yerinə yetirilməsi üçün normal vəziyyətdə tələb olunandan artıq işçi qüvvəsi saxlamaq məcburiyyətində qalır ki,bu da təsərrüfat fəaliyyəti üçün mənfi hal hesab olunur.Bütün bunlarda əlaqədar olaraq əmək iş vaxtından istifadə edilməsinin vəziyyəti iqtisadi təhlili köməyi ilə dərindən öyrənilməlidir.

Əmək resurslarından istifadə ilk növbədə iş vaxtı fondundan istifadə dərəcəsindən asılıdır.Hesabat dövrü ərzində mövcud əmək resurslarından istifadə bütün işçilər tərəfindən,bir fəhlə tərəfindən işlənmiş adam-günlərinin və saatlarının miqdarına görə qiymətləndirilir.

Planlaşdırma və təhlil işləri yaxşı qurulmuş müəssisələrdə əmək resurslarından istifadəni ifadə etmək məqsədilə gələn hesabat ili üçün müəssisənin iqtisadi və sosial inkişafı planını tərtib edən zaman iş vaxtı balansı tərtib edilir və bütün hesabat dövrü ərzində onun gözlənilməsinə operativ nəzarət edilir.Əksər istehsal müəssisələrində,xüsusilə də mövsümi istehsal sahələri mövcud olan müəssisələrdə təqvim ilinin ayrı-ayrı dövrlərində əmək resurslarına olan tələbat və onlardan istifadə göstəriciləri fərqləndiyinə görə planlaşdırılan il üçün iş vaxtı balansında iş vaxtı fondu ilin ayrı-ayrı kvartalları üzrə hesablanır.Aparılan təhlil müəssisə üzrə iş vaxtı həcmini müəyyən etməyə daha əlverişli şərait yaradır.Lakin bununla belə qeyd etmək lazımdır ki,hesabat ilində iş vaxtından istifadə göstəricisinin plandan kənarlaşması həmişə işçi qüvvəsindən tam istifadə edilməsini xarakterizə etmir.Bunu nəzərə alaraq müəssisə üzrə il ərzində orta hesabla işlənmiş işçilərin sayını və iş gününün orta uzunluğunu müəyyən etmək lazım gəlir.Hesabat dövründə bir işçinin orta hesabla işdə olduğu günlərin sayını müəyyən etmək üçün müəssisə üzrə bütün işçilər tərəfindən işlənmiş adam-günlərinin sayını işçilərin orta illik siyahı sayına bölmək lazımdır.İş gününün orta uzunluğunu müəyyən etmək üçün isə müəssisə üzrə bütün işçilər tərəfindən işlənmiş adam-saatlarının sayını ümumi adam günlərinin sayına bölmək lazımdır.İş vaxtından istifadənin təhlili iş vaxtı balansının məlumatlarına əsasən yerinə yetirilir.



İş vaxtı balansı(beşgünlük həftədə bir işçi hesabı ilə)

Göstəricilər



Hesabat dövrü

Plan dövrü

Cəmi

Kvartallar üzrə

I

II

III

IV

1.təqvim vaxt fondu,gün

366

365

90

91

92

92

2.qeyri iş günləri

93

88

19

23

25

21

bayram

8

5

1

3

.....

1

istirahət

85

83

18

20

25

20

onlardan əlavə istirahət

34

33

6

7

12

8

3.Təqvim iş günlərinin miqdarı(nominal fond)

273

277

71

68

67

71

4.İşə çıxmayan günlərin sayı

31.2

31.2

8.0

7.7

7.6

7.9

-növbəti və əlavə məzuniyyət

16.3

17.8

4.4

4.5

4.5

4.4

-tədris məzuniyyəti

0.8

1.1

0.4

0.3

0.2

0.2

-doğumla əlaqədar

1.1

1.4

0.4

0.3

0.3

0.4

-xəstəlik

9.8

9.3

2.4

2.2

2.2

2.5

5.Qanunvericikdə icazə verilən digər işə çıxmamalar

1.8

1.6

0.4

0.4

0.4

0.4

6.Müdiriyyətin razılığı ilə işə çıxmama (gün)

0.8

.....

.....

....

.....

......

7.Bütöv gün ərzində boşdayanma (hesabat üzrə)

0.1

....

.....

60.0

.....

.....

8. İldə iş günlərinin sayı

241.8

245.8

63.0

7.67

59.4

63.1

9.İş gününün orta(nominal uzunluğu), saat

7.67

7.67

7.67

0.04

7.67

7.67

10.İş günü uzunluğunun qısaldılması ilə əlaqədar vaxt itkiləri,saat

0.05

0.04

0.04

.....

0.04

0.04

-südəmər uşaqlı qadınlar üçün

.....

.....

......

.....

.....

......

-növbədaxili boşdayanmalar

......

......

.....

0.02

.....

.....

-bayram günlərində

0.02

0.02

0.02

0.01

0.02

0.02

-ağır və sağlamlıq üçün zərərli işlərdə çalışanlar üçün

0.01

0.01

0.01

0.01

0.01

0.01

-yeniyetmələr üçün

0.01

0.01

0.01

7.63

0.01

0.01

11.İş gününün orta uzunluğu,saat

7.62

7.63

7.63

460

7.63

7.63

12.Bir fəhlə hesabı ilə yararlı iş vaxtı fondu,saat

1842.5

1875

481




453

481

Müəssisənin iş vaxtının uçotuna əsasən tərtib edilmiş adam-gün və adam-saat üzrə iş vaxtı balansı gələcəkdə iş vaxtından istifadə edilməsinin təhlili və qiymətləndirilməsi üçün əsas mərhələ hesab olunur.İş vaxtı balansı iş vaxtının büdcəsi və ondan istifadə edilməsi barədə hərtərəfli anlayışa malik olmaq üçün əsas verir.

Qəbul edilmiş qaydaya görə iki növbəli iş rejimində və növbənin uzunluğu 8 saat qəbul edildikdə hər VIII gün şənbə günü hesab olunur.Fəhlələrdən başqa digər işçi kateqoriyaları üzrə iş vaxtı balansı tərtib edilmir.İş vaxtı balansı bütövlükdə müəssisə üzrə onun əsas və köməkçi sexləri və istehsal sahələrində çalışan fəhlələr üzrə tərtib edilir.

Təhlilin əhatə etdiyi dövr ərzində (məsələn: hesabat ilində) iş vaxtı fondu (İVF) fəhlələrin orta siyahı sayından (Fs), orta hesabla bir fəhlə tərəfindən işlənmiş günlərin (İg) sayından və bir iş gününün orta uzunluğundan (İgu) asılıdır və aşağıdakı formula ilə hesablanır.

İVF=Fs x İg x İgu

İstehsal müəssisələrində obyektiv və subyektiv səbəblərdən bütöv iş günü ərzində və növbəarası boşdayanmalar zəruridir və buna görə belə boşdayanmalar planlaşdırılır.Təhlil zamanı plandan artıq boşdayanmalar üzrə iş vaxtı itkiləri təyin edilir.Bütöv iş günü ərzində boşdayanma adam-günlərin miqdarını bir iş gününün uzunluğuna vurmaqla bütövlükdə iş günü boşdayanmaları üzrə plandan artıq iş vaxtı itkisi təyin edilir (saat hesabı ilə).İş gününün uzunluğuna dair faktiki göstərici ilə plan göstəricisi arasındakı fərqi fəhlələr tərəfindən faktiki işlənmiş iş günlərinin sayına vurmaqla növbəarası boşdayanmalara görə plandan artıq iş vaxtı itkisi hesablanır (saat hesabı ilə).

Əlavə maliyyə resursları tələb olunan yeni texnikanın tətbiqi və mütərəqqi texnologiyalardan istifadə yolu ilə fəhlələrin sayının azaldılması hesabına fəhlələrin sayının ixtisar edilməsi müəssisə üçün iqtisadi cəhətdən faydalı sayılır.İş vaxtı itkilərinin ixtisar olunmasını təmin edən təşkilati tədbirlərin fəhlələrin sayının azaldılmasına təsiri aşağıdakı düsturdan istifadə etməklə hesablanır.

Fhaf = (a-v) / (100-a)) x 100

Fhaf-fəhlələrin sayının hesablama şərti,azalması faizi;

a-əvvəlki dövrdə iş vaxtı itkisinin faizi;

v-təşkilati tədbirdən sonra iş vaxtı itkisinin faizidir.

İş vaxtı itkilərinin azaldılmasının fəhlələrin sayının ixtisarına təsirini hesablamaq üçün ilk növbədə əvvəlki dövrdəki fəhlələrin sayından texniki, texnoloji və digər tədbirlər hesabına fəhlələrin azalması miqdarı çıxılır.İş vaxtı itkilərinin azaldıması hesabına fəhlələrin azalmasının mütləq sayını müəyyən etmək üçün hesablama (şərti) azalma faizini başqa tədbirlər nəticəsində fəhlələrin azalması miqdarını çıxdıqdan sonra alınan göstəriciyə görə hesablanır.

Təhlil zamanı əvvəlcə bütövlükdə müəssisə üzrə hesabat dövrü ərzində orta hesabla bir fəhlə tərəfindən işlənmiş günlərin sayının plana nisbətən az olmasının,habelə növbədaxili boşdayanmaların iş vaxtı itkilərinə təsiri hesablanır.Bu kənarlaşmaya obyektiv və subyektiv amillərin təsiri təyin edilir.İş vaxtı itkiləri fəhlələrin iş vaxtından sonra işə cəlb edilməsini zəruri etdiyinə görə bu səbəbdən işlənilmiş iş saatlarının miqdarı hesablanır.Təhlil apardığımız tikinti müəssisəsində əmək resurslarından istifadəni xarakterizə edən ümumi göstəricilər aşağıdakı cədvəldə verilir.

Göstəricilər



Keçən ildə

Hesabat ilində

Kənarlaşma

plan üzrə

faktiki

Keçən ilə nisbətən

Plana nisbətən

1.Fəhlələrin orta illik sayı,nəfər

3210

3180

3084

-126

5

2.Bir fəhlə tərəfindən işlənib
















Gün

236

245.8

241.8

+5.8

-4.0

Saat
















3.İş gününün orta uzunluğu,saat

7.60

8.0

7.63

+0.3

-0.37

İş vaxtından sonra işlənmiş, min saat

22.4



25.6

+3.2


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə