Tələbə: Ələsgərova Aytac




Yüklə 258.61 Kb.
səhifə1/3
tarix01.03.2016
ölçüsü258.61 Kb.
  1   2   3
Tələbə: Ələsgərova Aytac

Kurs : III

Qrup : 872

2010-cu ilin 9 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2010-cu ilin ilk 9 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 140 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 20212164,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 15667893,7 min ABŞ dolları dəyərində 1907 adda mal ixrac, 4544270,3 min ABŞ dolları dəyərində 5673 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 11123623,5 min ABŞ dolları təşkil etmişdir.



O cümlədən, respublikaya 22627,3 min ABŞ dolları dəyərində 2045,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.

2009-cu ilin ilk 9 ayına nisbətən 2010-cu ilin ilk 9 ayında ixrac əməliyyatlarının həcmi 56,78% (5674503,7 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 3,81% (166908,5 min ABŞ dolları) artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 282533,1 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 325644,5 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.

2010-cu ilin ilk 9 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 33453,0 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 108,71% təşkil etmişdir. Bunlardan 28031,4 min ton ixrac, 5421,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (265,3 min ton), dəmiryolu (2540,3 min ton), avtomobil (400,9 min ton), hava (194,9 min ton) və stasionar nəqletmə (boru kəməri) (24625,7 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (552,3 min ton), dəmiryolu (3697,1 min ton), avtomobil (1140,1 min ton) və hava (15,3 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yük gömrük bəyannamələri (YGB) əsasında aparılmışdır.

Göstərilən müddət ərzində gömrük orqanlarında 158225 (əlavə vərəqlə birlikdə 220505) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 28294 (əlavə vərəqlə birlikdə 32156) ədəd ixrac, 129931 (əlavə vərəqlə birlikdə 188349) ədəd idxal YGB-dir. 2010-cu ilin ilk 9 ayındə YGB-lərin ümumi sayı 2009-cu ilin müvafiq dövrünə nisbətən 105,38% təşkil etmiş və ya 8079 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 4842 (120,65%) ədəd, idxalda isə artım 3237 (102,55%) ədəd YGB olmuşdur.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2010-cu ilin ilk 9 ayı ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.

İxracda: İdxalda:

01 (milli valyuta ilə hesablaşma) -0,21 % -0,06 %

21 (SDV ilə hesablaşma) -95,51 % -75,52 %

23 (dövlət krediti üzrə hesablaşma) -0,00 % -2,55 %

41 (qapalı dövriyyəli valyuta) -0,53 % -4,80 %

80 (digərləri) -3,74 % -17,07 %

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2009-cu ilin ilk 9 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):

İxracda: xam neft - 86,60% (2009-cu ilin ilk 9 ayının ixracına nisbətən 169,93%), neft məhsulları - 6,14% (82,58%), bitki və heyvan mənşəli yağlar - 0,90% (158,45%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,55% (140,97%), meyvə-tərəvəz - 0,44% (73,02%), kimya sənayesi məhsulları - 0,22% (178,16%), alkoqollu və alkoqolsuz içkilər - 0,07% (136,38%), tütün və tütün məmulatları - 0,03% (118,51%), pambıq - 0,01% (16,29%), alüminium və ondan hazırlanan məmulatlar - 0,01% (18,04%) təşkil edir. Qalan əmtəələrin payına 5,04% düşür.

İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 25,96% (2009-cu ilin ilk 9 ayının idxalına nisbətən 78,72%), ərzaq məhsulları - 14,66% (130,95%), nəqliyyat vasitələri və onların hissələri - 13,20% (100,43%), qara metallar və onlardan hazırlanan məmulatlar - 12,74% (140,54%), oduncaq və ondan hazırlanan məmulatlar - 2,40% (193,38%), əczaçılıq məhsulları - 2,22% (97,09%), mebel - 0,79% (126,79%), xalq istehlakı malları - 0,76% (111,46%) təşkil edir. Qalan əmtəələrin payına 27,27% düşür.

İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

Miqdarı Dəyəri 2009-cu ilin

(min ABŞ 9 ayına netto

dolları) çəki nisb.%-lə



1) Neft (xam) 23827242,1 t 13568826,2

1.1) Boru kəməri ilə 01.10.2010-cu

ilə qədər gedən xam neft (sayğac

göstəricilərinə əsasən)

-Şimal boru kəməri ilə 1648411,0 t

-Supsa boru kəməri ilə 3075565,9 t

-Bakı-Tbilisi-Ceyhan 26527526,4 t

1.2) Dəmiryolu nəqliyyatı

01.10.2010-cu ilə qədər yola

salınan xam neft (şərti YGB) 1011251,1 t

2) Neft emal məhsulları 1725146,4 t 961243,8

o cümlədən, saziş növləri üzrə:

- sərbəst dönərli valyuta ilə 1686771,5 t 931918,7

- digərləri 38374,8 t 29324,9

2.1) 01.10.2010-cu ilə qədər şərti

bəyannamə ilə yola salın. rəsmi-

ləşdirilməmiş neft məhsulları 84027,0 t

3) Bitki və heyvan mənş. yağ. 57957,5 t 140264,1 153,4 %

4) Spirtli içkilər 6683558,3 L 10364,4 127,3 %

5) Tütün 1393,4 t 3490,3 109,3 %

6) Tütün məmulatı 105090,0 min əd. 845,9 72,4 %

7) Qara metallar 126333,3 t 58708,5 402,2 %

8) Alüminium 2951,8 t 2051,7 23,9 %

9) Çay 5553,6 t 21426,8 130,1 %

10) Pambıq mahlıcı 1950,5 t 2302,4 13,5 %

11) Elektrik enerjisi 309,2 mln. kvt/s 12254,7

12) Təbii qaz 1178112,1 min

kub/m211565,0



İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

Miqdarı Dəyəri 2009-cu ilin

(min ABŞ 9 ayına netto

dolları) çəki nisb.%-lə

1) Ət və ət məhsulları 13776,7 t 12973,3 101,6 %

- humanitar yardım 186,5 t 186,5

2) Buğda 899880,4 t 185179,0 128,7 %

3) Un 3615,4 t 1004,7 11,4 %

4) Şəkər 249047,2 t 127999,0 107,2 %

5) Yağ 85916,5 t 86448,9 114,3 %

- kərə yağı 8887,1 t 21781,1

- bitki və heyvan mənş. yağ. 77029,4 t 64667,8

6) Çay 6413,4 t 13687,1 120,4 %

7) Spirt 859900,3 L 734,4 73,7 %

8) Spirtli içkilər 4384015,3 L 7496,4 75,9 %

9) Tütün 1501,5 t 5084,0 80,6 %

10) Tütün məmulatı 8233384,4

min əd. 162018,6 100,6 %

11) Qara metallar 321596,2 t 161635,1 81,6 %

12) Minik avtomobilləri

-YGB əsasında 20778 əd. 193266,4 102,5 %

-GMO əsasında 17137 əd. 131823,2

13) Neft məhsulları 32127,1 t 47705,0

14) Elektrik enerjisi 67,3 mln. kvt/s 2966,4

Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (23827242,1 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1428889,3 ton (82,83%)), "İlqar LTD" şirkəti (132684,5 tonu (7,69%)) və "Azneftyağ" İstehsalat Birliyi (67707,2 ton (3,92%)) üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 14250657,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 90,95%) çıxarmışlar, o cümlədən, 14099427,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 98,94%) və 134977,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,95%) çıxarılmışdır.

Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3120627,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,67%) gətirilmişdir. Onlardan 2267194,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 72,65%) və 736621,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 23,60 %) gətirilmişdir.

Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 11130029,9 min ABŞ dolları təşkil edir.

Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,03%); qara metallar (0,41%); təbii və ya süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar; bijuteriya; sikkələr (0,40%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,26%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (0,14%) ixrac edilmişdir.

Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 22,92%); quru nəqliyyat vasitələri (9,88%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,93%); qara metallardan məmulatlar (8,53%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (4,10%) idxal edilmişdir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1417236,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 9,05%) çıxarmışlar, o cümlədən, 865157,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 61,05%), 451119,8 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 31,83%) və 83391,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,88%) çıxarılmışdır.

Eyni zamanda respublikaya MDB ölkələrindən 1423643,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31,33%) gətirilmişdir. Onlardan 1164501,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,80%), 213493,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 15,00 %) və 39010,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 2,74%) gətirilmişdir.

MDB ölkələri üzrə mənfi saldo 6406,4 min ABŞ dolları təşkil edir.

Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 57,07%); gəmilər, qayıqlar və digər üzən vasitələr (12,34%); heyvan və ya bitki mənşəli piylər və yağlar (9,27%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,93%); tərəvəz (2,58%) ixrac edilmişdir.

MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 14,08%); qara metallardan məmulatlar (10,59%); avadanlıqlar və mexaniki qurğular (10,48%); quru nəqliyyat vasitələri (9,69%); qara metallar (7,26%) idxal edilmişdir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.

İxracda

Ölkənin adı Dəyəri (min Ümumi ixra-

ABŞ dol.) ca nisb.%-lə

İtaliya 4992437,63 31,86

Fransa 1568813,79 10,01

İsrail 1376379,22 8,78

ABŞ 1328353,30 8,48

İndoneziya 740823,28 4,73

Ukrayna 608341,72 3,88

Malayziya 578709,51 3,69

Xorvatiya 541390,63 3,46

Rusiya 527031,34 3,36

Kanada 317030,84 2,02





İdxalda


Ölkənin adı Dəyəri (min Ümumi idxa-

ABŞ dol.) la nisb.%-lə



Rusiya 776508,71 17,09

Türkiyə 522340,83 11,49

Çin 380555,60 8,37

Almaniya 362207,73 7,97

Ukrayna 348682,63 7,67

B. Britaniya 217953,10 4,80

Qazaxıstan 191736,67 4,22

Sinqapur 167006,50 3,68

ABŞ 161345,62 3,55

Koreya Resp. 125365,85 2,76



2010-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının MDB ölkələri ilə ticarət əlaqələri haqqında
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2010-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının MDB dövlətləri ilə ümumi ticarət dövriyyəsinin həcmi 1 930,06 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 925,75 mln. ABŞ dolları, ixracın həcmi 1 004,31 mln ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 78,56 mln ABŞ dolları olmuşdur.

2010-cu ilin yanvar-iyun ayları ərzində MDB dövlətlərinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 14,68%, o cümlədən idxalda 31,9%, ixracda 9,8% təşkil etmişdir.



2009-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2010-cu il yanvar-iyun ayları ərzində MDB dövlətləri ilə ümumi xarici ticarət dövriyyəsi 62,98%, o cümlədən idxal 11,8% artmış, ixrac isə 2,8 dəfə çox olmuşdur.



Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində MDB dövlətlərinin payı (mln ABŞ dolları)




Ticarət dövriyyəsi

İdxal

İxrac

Saldo

2009 yanvar-iyun

2010 yanvar-iyun

2009 yanvar-iyun

2010 yanvar-iyun

2009 yanvar-iyun

2010 yanvar-iyun

2009 yanvar-iyun

2010 yanvar-iyun

Cəmi:

8 573,25

13 147,08

2 757,57

2 901,70

5 815,69

10 245,38

3 058,12

7 343,68

MDB

1 184,23

1 930,06

828,05

925,75

356,18

1 004,31

-471,88

78,56

faizlə xüsusi çəkisi

13,81

14,68

30,03

31,90

6,12

9,80

 

 

o cümlədən

 

 

 

 

 

 

 

 

Belarus

58,10

63,22

56,36

60,18

1,74

3,04

-54,63

-57,15

MDB üzrə faizlə xüsusi çəkisi

4,91

3,28

6,81

6,50

0,49

0,30

 

 

Qazaxıstan

63,87

139,79

16,55

120,31

47,32

19,48

30,77

-100,83

MDB üzrə faizlə xüsusi çəkisi

5,39

7,24

2,00

13,00

13,29

1,94

 

 

Qırğızıstan

3,54

22,25

0,19

0,65

3,35

21,60

3,15

20,95

MDB üzrə faizlə xüsusi çəkisi

0,30

1,15

0,02

0,07

0,94

2,15

 

 

Moldova

1,89

1,64

1,63

1,55

0,26

0,09

-1,37

-1,46

MDB üzrə faizlə xüsusi çəkisi

0,16

0,09

0,20

0,17

0,07

0,01

 

 

Özbəkistan

10,96

5,42

7,82

4,50

3,14

0,91

-4,69

-3,59

MDB üzrə faizlə xüsusi çəkisi

0,93

0,28

0,94

0,49

0,88

0,09

 

 

Rusiya

751,39

848,56

499,22

488,20

252,17

360,35

-247,05

-127,85

MDB üzrə faizlə xüsusi çəkisi

63,45

43,97

60,29

52,74

70,80

35,88

 

 

Tacikistan

3,74

1,55

0,38

0,32

3,36

1,23

2,98

0,90

MDB üzrə faizlə xüsusi çəkisi

0,32

0,08

0,05

0,04

0,94

0,12

 

 

Türkmənistan

31,59

197,17

11,39

6,72

20,21

190,44

8,82

183,72

MDB üzrə faizlə xüsusi çəkisi

2,67

10,22

1,38

0,73

5,67

18,96

 

 

Ukrayna

259,14

650,46

234,51

243,29

24,63

407,17

-209,88

163,88

MDB üzrə faizlə xüsusi çəkisi

21,88

33,70

28,32

26,28

6,92

40,54

 

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə