Tələbə: Ələkbərzadə Arzu Mövzu: Menecment sistemində planlaşdırma




Yüklə 207.83 Kb.
səhifə1/3
tarix10.04.2016
ölçüsü207.83 Kb.
  1   2   3


AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ



Fakultə: Coğrafiya və GÇH

İxtisas: Menecment və Təhsilin İdarə Olunması




Kurs işi


Kurs : III

Qrup: 301

Tələbə: Ələkbərzadə Arzu

Mövzu: Menecment sistemində planlaşdırma

Müəllim: Vaqif Əliyev


BAKI-2010

Plan

1. Menecment sistemində planlaşdırmanın zəruriliyi və şirkətdaxili planlaşdırmanın vəzifələri.


2. Planlaşdırmanın (planların) növləri.
3. Firmada planlaşdırmanın təşkilati formaları..

GİRİŞ

Menecment – idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Deməli, qısa desək menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur:

1. nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək;

2. istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq;

3. firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək;

4. hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək;

5. bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək;

6. əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək;

7. optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək;

8. idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək;

9. firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək;

10. firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək;

11. material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək.
“Menecment” , “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə” , “idarəetmə fəaliyyəti” , “rəhbər” , “direktor” terminlərinin analoqu olmaqla, bazaar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir.
“Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində social iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə

edilməsini də nəzərdə tutur.

Menecment öz fəaliyyət dairəsinə daxil olan funksiyaları həyata keçirmək üçün təsərrüfat fəaliyyəti prosesində meydana çıxıb qarşılıqlı şəkildə fəaliyyət göstərən sosial-iqtisadi, texnoloji, texniki, sosial-psixoloji, sosial etik problemləri həll etmək üçün özünün iqtisadi mexanizminə malikdir. Menecmentin iqtisadi mexanizminin mövcudluğu obyektiv olaraq onunla əlaqədardır ki, bazar iqtisadiyyatı şəraitində firmanın təsərrüfat və idarəetmə sahələrindəki fəaliyyətləri öz əsl qiymətini bazarda müxtəlif formada həyata keçirilən mübadilə prosesi zamanı alır.

Menecmentin iqtisadi mexanizmi dörd blokdan ibarətdir:

1. firmadaxili idarəetmə;


  1. istehsalın idarə olunması;

  2. işçi heyətinin idarə olunması;

  3. firma ilə qarşılıqlı əlaqədə olub, firmadan kənarda fəaliyyət göstərən amillər.

Menecmentin funksiyaları ise bunlardır:

  1. planlaşdırma

  2. təşkiletmə

  3. motivasiya

  4. nəzarət

Menecmentin planlaşdırma funksiyasını nəzərdən keçirək.
1.Menecment sistemində planlaşdırmanın zəruriliyi və şirkətdaxili planlaşdırmanın vəzifələri.

Planlaşdırma menecment prosesinin ilkin funksiyası olub özündə təşkilatın qoyduğu məqsədə çatmaq yollarını və vasitələrini birləşdirən prosesi əks etdirir. Planlaşdırma prosesində müxtəlif müddətləri əhatə edən planlar işlənib hazırlanır.

- Plan - bu məqsədi, məzmunu, həcmi, metodları, ardıcıllığı, yerinə yetirmə müddəti göstərməklə müəyyən vaxtda yerinə yetirilməsi nəzərdə tutulan işdir; nəyinsə inkişafı gedişini nəzərdə tutan fikirlərin məcmusudur.

Planlaşdırmaya idarəetmənin bir yolu kimi baxmaq olar. Bütöv şirkət üzrə planlaşdırmanın təşkili ilə yanaşı firmadaxili istehsalat bölmələrində planlaşdırmanın əhəmiyyəti daha böyük olur. Beynəlxalq şirkətin idarəetmə funksiyası kimi planlaşdırma maddi ehtiyatları və tələbi nəzərə almaqla istehsal bölmələrində iqtisadi inkişafın istiqamətlərini və onlar arasındakı nisbətləri müəyyənləşdirir. Bütöv firma və ayrı-ayrı istehsalat bölmələrində istehsalın inkişafı məqsədlərinin istiqamətinin konkretləşməsi menecment mexanizmində planlaşdırmanın mahiyyətini təşkil edir.

Planlaşdırmanın əsas vəzifələri bunlardır:


  1. təşkilatın vəzifələrini və bunlara nail olmaq vasitələrini müəyyənləşdirmək;

  2. hər bir vəzifənin yerinə yetirilməsi ardıcıllığını və müdddətini müəyyənləşdirmək;

  3. qarşıya qoyulmuş vəzifələrin yeriə yetirilməsi üçün zəruri olan maddi, əmək və maliyə resurslarının üzə çıxartmaq.

Bu vəzifələrdən görünürki firmanın normal işini təmin etmək üçün daxili və xarici amilləri vaxtında müəyyən etmək vacibdir. Beləki şirkətin optimal fəaliyyəti müvafiq bazarların ( istehsal amilləri bazarının, həmçinin hazır

məhsulların satışı bazarının ) maliyə mənbələrini vaxtında müəyyənləşdirməkdir. Menecment sistemində planlaşdırma bütöv şirkət və

onun bəlmələrində kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Planlaşdırma təşkilati-iqtisadi məsələlərlə yanaşı texnoloji proseslərin elmi

tədqiqatların araşdırılmasının bütövlükdə istehsal prosesinin, həmdə əmtəə və

xidmətlərin satışı dairəsini əhatə edir. Planlaşdırma istehlakçı tələblərini üzə

çıxarmaq və proqnozlaşdırmaya mövcud istehsal vasitələrinin, həmçinin

istehsal şəraitinin gələcək dövrdə inkişafı imkanlarını düzgün

müəyyənləşdirir.

Planlaşdırmanın tətbiqi təşkilatı aşağıdakı üstünlüklərlə təmin edir:


  • təşkilatda yerinə yetirilən hərəkətlərin koodinasiyasını yaxşılaşdırılır;

  • təşkilatın xarici mühitində baş verən dəyişiklikləri tez nəzərə almaq imkanı verir;

  • təşkilat üçün əlverişli imkanların reallaşdırılmasını mümkün edir;

  • təşkilatda həyata keçirlən informasiya mübadiləsini yaxşılaşdırır;

  • ehtiyatların optimal bölüşdürülməsinə kömək edir;

  • heyətin vəzifə və məsuliyyətlərini dəqiq müəyyən edir;

  • işçiləri öz işlərini daha yaxşı icra etməyə, menecerləri isə öz qərarlarını daha ətraflı əsaslandırmağa və reallaşdırmağa sövq edir;

  • təşkilatdakı nəzarət prosesini yaxşılaşdırır.

Planlaşdırmanın olmaması isə təşkilatı aşağıdakı çətin vəziyyətə sala bilər:

  • təşkilat qarşıya qoyulmuş məqsədləri və gələcək vəzifələri başa düşməyə bilər;

  • təsərrüfatçılığa cari fəaliyyəti gələcəklə üzvü surətdə əlaqələndirən fasiləsiz proses kimi baxa bilmir;

  • dünya təsərrüfatçılığındakı orientasiyanı itirə bilər. Belə ki, bu zaman əsasən qısa müddətli maraqları rəhbər tutaraq baş verən hadisələrin dərin köklərini dərk etməyə bilər;

  • rəqiblərlə müqayisədə daha zəif və tez * sınan * mövqeydə olurlar.

Təsərrüfatçılığın istənilən sistemində planlaşdırma nə, necə, kim tərəfindən və nə vaxt edilməlidir suallarına cavab verməlidir. Iqtisadiyyatda planlaşdırmanın mahiyyəti, iqtisadi və sosial inkişafın məqsədini, vəzifələrini təyin etməkdən, qarşıdakı dövrdə nailiyyətləri təmin edən daha səmərəli qərarların müəyyənləşdirilməsindən ibarətdir.

Planlaşdırmanın mahiyyəti müəyyən edilmiş dövr üçün bütövlükdə obyektin və onun bölmələrinin inkişaf etdirilməsi fəaliyyətinin konkretləşdirilməsində; istehsal-təsərrüfat məsələlərinin, onların realizə olunma vasitələrinin təyin edilməsində; qoyulmuş məsələnin həlli üçün zəruri-maddi, əmək və maliyyə resurslarının mənbələrinin tapılması və onların bölüşdürülməsində meydana çıxır.

Göründüyü kimi planlaşdırmanın vəzifəsi müəssisənin mövcud resurslardan daha səmərəli istifadə etməklə qlobal və lokal, strateji və texniki məqsədə nail olma ardıcıllığını müəyyən edən kompleks tədbirlər sistemidir.

Planlaşdırmanın mahiyyəti və vəzifələri genişdir və müxtəlifdir. Qarşıya qoyulan məqsədlərdən və məsələlərdən onların yerinə yetirilmə müddətindən asılı olaraq planlaşdırma formaları da müxtəlifdir.

Planlaşdırma iki hissədən-strateji planlaşdırma və marketinq planlaşdırılmasından ibarətdir. Müasir mərhələdə planlaşdırma ictimai istehsalın dinamik inkişafına: iqtisadiyyatın proporsional inkişafına, onun səmərəliliyinin yüksəldirlməsinə; elmi-texniki tərəqqinin sürətləndirilməsinə; istehsalın bütün sahələrində maddi və əmək resurslarının səmərəli bölüşdürülməsi və istifadə olunmasına yönəldilən tədbirlər sistemidir.

Bazar iqtisadiyyatı şəraitində onun təyinatı aşağıdakıları özünə daxil edən strategiyanın işlənilməsindən və seçilməsindən ibarətdir:




  1. Daha səmərəli bazar seqmentinin seçilməsi və qiymətləndirilməsi;

2. Sahənin yaxud müəssisənin əsas fəaliyyət sferasının istiqamətinin təyini.
Planlaşdırmanın dövlət səviyyəsində mahiyyəti-ölkənin inkişafı üzrə məqsədli proqramın və üstün istiqamətlərin təyinindən; fundamental tədqiqatdan; yeni texnikanın işlənilməsi və mənimsənilməsindən; yeni məhsul üzrə dövlət
sifarişlərində və cəmiyyətin iqtisadi inkişafının dövlət tənzimlənilməsi ilə əlaqədar olan başqa istiqamətlərin həyata keşirilməsindən ibarətdir.

Planlaşdırma-sahənin, yaxud bütövlükdə ölkənin təsərrüfat fəaliyyətinin nəticələrinin və istiqamətlərini təyin edən, ehtiyatlardan balanslaşdırılan uzun müddətə qarşılıqlı əlaqəli planlar sisteminin işlənilməsi yolu ilə həyata keçirilir.

Planlaşdırmanın prinsipləri aşağıdakılardır:


  • strateji və taktiki planların ardıcıllığı;

  • planın sosialyönümlü olması;

  • planlaşdırma obyektlərinin əhəmiyyətinə görə ranqlaşdırılması;

  • plan göstəricilərinin tam uyğunluğu;

  • planın tarazlığı;

  • planın iqtisadi əsaslandırılması;

  • planlaşdırma sisteminin avtomatlaşdırılması.

Planlaşdırma prosesi idarəetmə qərarlarının işlənib hazırlanmasına, qəbuluna və eləcədə reallaşdırılmasına kömək edən alətlərdən biridir. Planlaşdırma prosesi çərçivəsində idarəçilik fəaliyyətinin dörd əsas funksiyasını fərqləndirmək olar:

  1. ehtiyatların bölüşdürülməsi;

  2. xarici mühitə adaptasiya;

  3. daxili koordinasiya;

  4. təşkilatın stateji uzaqgörənliyi.


Resursların bölüşdürülməsiözündə fondlar, idarəetmə kadrları və texnoloji təcrübə kimi məhdud təşkilati resursların bölüşdürülməsini birləşdirir.

Xarici mühitə adaptasiya – təşkilatın ətraf mühitlə münasibətini yaxşılaşdıran tədbirləri əhatə edir. Hər bir təşkilatın həm xarici mühitin əlverışli imkanlarına, həm də mümkün olan təhlükəlerinə adaptasi olunması zəruridir. Bunun üçün o, müvafiq situasiyaları aşkar etməli və təşkilatın strategiyasının ətraf mühitə effektli uyğunlaşmasını təmin etməlidir. Uğurla fəaliyyət göstərən firmalarda planlaşdırma zamanı hökumət və bütövlükdə cəmiyyətlə qarşılıqlı münasibətlər qurmaq daha mükəmməl istehsal sistemlərinin işlənib hazırlanmasına yeni və daha əlverişli imkanlar yaradılmasına gətirib çıxarır.
Daxili koordinasiya – daxili əməliyyatlarda effektli inteqrasiyaya nail olmaq məqsədi ilə təşkilatın güclü və zəif tərəflərini əhatə edən fəaliyyətlərin koordinasiyasıdır. İstər böyük, istərsə də kiçik təşkilatlarda daxili əməliyyatların effektivliyinin təmin edilməsi menecerlərin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.
Təşkilati strategiyanın dərk edilməsi dedikdə keçmış strateji qərarlardan bəhrələnərək yeni təşkilat yaradılması yolu ilə menecerlərin təfəkkür tərzinin müntəzəm olaraq inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət başa düşülür. Keçmiş təcrübədən bəhrələnmək qabiliyyəti təşkilata özünün strateji istiqamətlərini dəqiqləşdırmək və strateji menecment sahəsindəki peşəkarlığını yüksəltmək imkanı verir. Təşkilatın davamlı uğuru daima rəhbərliyin keçmiş təcrübədən bəhrələnmək və gələcəyi proqnozlaşdırmaq qabilliyyətindən asılıdı.

Müasir dövrdə təşkilatlar öz məqsədlərinə dinamik, dəyişkən və qeyri-müəyyən mühit şəraitində çatmalı olur. Təşkilatın fəaliyyətinin əsasında strateji menecment konsepsiyası durur. Bu konsepsiya özündə elə baxışlar sistemini birləşdirir ki, bu ona öz məqsədlərinə dinamik, dəyişkən və qeyri-müəyyən mühit şəraitində nail olmaq imkanı verir.

Strateji menecment prosesi – özündə dinamik, dəyişkən və qeyri-müəyyən mühit şəraitində təşkilat qarşısında duran məqsədlərə nail olmaq üçün zəruri olan ardıcıl hərəkətlərin ( funksiyaların ) məcmusunu birləşdirir. Bu təşkilata mövcud potensialdan optimal istifadə etmək və xarici tələblərə uyğunlaşmaq imkanı verir. Dinamik, dəyişkən və qeyri-müəyyən mühit şəraitində planlaşdırma özündə bir sıra strateji istiqamətləri birləşdirir.

Strateji planlaşdırma özündə təşkilatın məqsədinin seçilməsi və həlli prosesini, həmçinin buna nail olmaq üçün nələr edilməli olduğunu birləşdirir. O bütün idarəetmə qərarlartınin əsasını təşkil edir. Strateji planlaşdırma prosesinin müxtəlif elementlərinin öyrənilməsinə başlamazdan əvvəl bu prosesin modelinə baxmaq faydalı olardı.

Planlaşdırmanın inkişafı həmdə beynəlxalq şirkətlərdə idaraetmənin mərkəzləşdirilməsi meylinin artması ilə əlaqədardı. Planlaşdırmanın vəzifələrindən biri şirkətdaxili bölmələrin fəaliyyətini əlaqələndirməklə onları bir strateji istiqamətdə yönəltməkdir.

Məqsədlər təşkilatın fəaliyyətinin planlaşdırılması sisteminin ilkin elementidir. Onlar təşkiledici, motivləşdirici və nəzarətedici funksiyaları yerinə yetirir. Onun öyrənilməsini * cəmiyyət-təşkilat-insan * formulunda (zəncirində) həyata keçirmək zəruridir.

Strateji planlanlaşdırmanın əsas komponenti kimi məqsədlər çıxış edir. Bu planlaşdırma prosesinin əsas mərhələlərini müəyyənləşdirmək və qərarlar qəbul etmək üçün zəruridir. Birinci və çox güman ki, başlıca plan qərarı təşkilat üçün məqsədlərin seçilməsidir. Bu özündə qəbul edilmiş qərarın yerinə yetirilməsini təmin edən konkret tədbirləri və onun missiyasını birləşdirir.

Müasir cəmiyyət təşkil olunmuş, mütəşəkkil bir cəmiyyətdir. Təşkilat ideyası insanların təklikdə bütün tələbatlarını və arzularını ödəmək qabiliyyətinin olmaması faktının dərk edilməsi əsasında formalaşıb. Təşkilatın özünün meydana çıxmasını insanlarda ümumi məqsədlərin olması ilə əlaqələndirirlər. Bu isə təşkilatın idarə edilməsini məqsədə yönəldilmiş fəaliyyətə çevirir. Əgər təşkilatda məqsədlər yoxdusa, onda onun idarə edilməsinə də ehtiyac yoxdur.

İnsanlar məqsədi vaxtla bağlı olan vəziyyəti qiymətləndirməklə əlaqədar olan şey kimi müəyyən edirlər. Buradan da məqsəd özündə idarəetmə obyektinin ( təşkilatın ) gələcək vəziyyətinin təsvirini əks etdirir.

İdarəçilik təcrübəsində məqsədi vasitələrdən ayırmaq olduqca vacibdir. Adətən təşkilatlarda idarəetmə obyektinin məqsədi olan şeylər subyekt üçün məqsədə çatmaq vasitələri olur.

Missiya dedikdə adətən olduqca böyük məqsədlər başa düşülür. Bu məqsədlər təşkilat üzvlərində nəyəsə nail olmaq cəhdləri yaradır. Missiyanın fərmalaşması təşkilat ( və ya insan ) nə üçün fəaliyyət göstərir sualına cavab verməkdən başqa bir şey deyil. Lakin bu, görülən iş təşkilatın rolunun müəyyən edilməsi ilə müqayisidə daha böyük əhəmiyyət kəsb edir. Missiya – bu cəmiyyətin üzvlərinin bu və ya digər əmtəəyə ( xidmətə ) olan tələbatlarının ödənilməsidir. Əgər istehlakçı yoxdursa və ya istehlakçının kompaniyasının məhsullarına və ya xidmətlərinə artıq ehtiyac yoxdursa onda kompaniya fəaliyyətini tezliklə dayandırmalı olacaqdır. Missiyanın avadanlığını itirən kompaniya öz istehlakçılarını itirmək riski ilə qarşılaşır. Missiya təşkilat üzvlərini cəmiyyətin nə gözlədiyi ilə məlumatlandırır.

Missiya əsasında təşkilatın uzunmüddətli ( bir ildən çox ) məqsədi və ya plan bövrü ərzində çatdırılması mümkün olmayan gələcək ( lakin plan dövrü ərzində təşkilatın yaxınlaşmaq arzusunda olduğu ) keyfiyyət dəyişiklikləri formalaşdırılır. Bu məqsədlər təşkilatın nə almaq istədiyini və gələcəkdə nəyə nail olmaq istədiyini göstərir.

Baxdığımız konteksdə strategiya dedikdə uzunmüddətli məqsədlərə nail olmaq vasitələri və ya üsullarının məcmusu başa düşülür. Strategiya qarşıya qoyulan məqsədə çatmaq üçün təşkilatın mövcud resurslardan və imkanlardan səmərəli və effektiv istifadə edilməsini təmin edir.

Qısamüddətli məqsədlər ( adətən bir il ərzində ), tapşırıq lar və ya vəzifələr özündə plan dövrü ərzində nəzərdə tutulan nəticələr əldə edilməsini əks etdirir. Onlar uzunmüddətli məqsədlərin formalaşmasının mərhələləridir və plan dövründə konkret olaraq həll edilməli olan vəzifələri müəyyənləşdirir.

Bu zəncirdə sonuncu termin * siyasət * terminidir. Strategiya kimi siyasət də qısamüddətli məqsədlərə çatmaq və qarşıya qoyulmuş vəzifələri həyata keçirmək koteqoriyasına aiddir. Siyasi planlaşdırılan məqsədlərə çatmaq üzrə təşkilat üzvlərinin səylərinə kömək etmək üçün müəyyən edilən qayda və proseduraların məcmusunu özündə birləşdirir. Siyasət mühafizəkar situasiyalarda qərarlar qəbul edilməsi üçün şərait yaradır və vəzifənin necə yerinə yetirilməsini müəyyən edir.



Missiya-məqsəd-strategiya-vəzifə-siyasət * anlayışlarının qarşılıqlı əlaqəsi aşağıdakı kimidir.
Missiya


  • Təşkilat nə üçün mövcuddur?

  • Biz nə üçün həmin təşkilatdayıq?

  • Biz etdiyimiz işi nə üçün edirik?


Məqsəd


  • Biz nəyə nail olmaq istiyirik?

  • Biz hara doğru hərəkət edirik?

  • Bizi nə gözləyir?


Strategiya



  • Bunun üçün nə etmək lazımdır?

  • Mövcud qüvvə vasitələrdən istifadəni necə yaxşılaşdırmalı?

  • Məqsədə nail olmaq mərhələləri nə cürdür?


Vəzifə


  • Konkret olaraq nəyi yerinə yetirmək lazımdır?

  • Kimə? Nəyə? Nə vaxt? Harada? Nə qədər? Nəcə?



Siyasət


  • Vəzifənin yerinə yetirilməsi hansı səviyyədə gözlənilir?

  • İş necə yerinə yetirilir?

Təşkilat çərçivəsində məqsədə nail olmaq uğrunda şəxsi müstəqillik mübadiləsi gedir. Təşkilatın fəaliyyətində iştirak edərək onun məqsədindən öz xüsusi mənafei üçün istifadə edilməsi mühüm motivdir. İnsanlar digər məqsədlərlə müqayisədə öz mövqeylərini qiymətləndirməyə nə dərəcədə qadir olduqlarına görə bir-birindən fərqlənir.

Təşkilata gələrək özünü olduğundan böyük kimi assosasiya etmək və bu böyüklüyü özünə götürməklə insanlar özlərini elə aparmağa çalışırlar ki, onların hərəkətləri daha yaxşı başa düşülsün. Onu da nəzərə almaq lazımdır ki, bu zaman onların fərdi minimum maraqları saxlanılmaq şərti ilə fəaliyyətləri daha iri və miqyaslı problemlərin həllini motivləşdirsin. Burada vacibi odur ki, insanlar onlarla birbaşa bağlı olmayan digər məqsədlərə nail olmaq üçün öz güclərini tətbiq edirlər.

Təşkilatın məqsədiləri - bu onun bütün üzvləri üçün ümumi olan məqsədlərdir. Uğurla fəaliyyət göstərən təşkilatların məqsədləri adətən cəmiyyət üçün əhəmiyyətli olan məqsədlərə uyğunlaşdırılır. Mənfəətin maksimum həddə çatdırılması işgüzar təşkilatların başlıca məqsədədir. Buna nail olmaq isə təşkilatın bazardan maksimum faydalanması deməkdir. Bu isə öz növbəsində kompaniyanı öz işçilərinə daha çox əməkhaqqi vermək imkanı ilə təmin edir. Şübhəsiz ki, bunun müqabilində o, işçilərdən daha çox fayda vermələrini tələb edəcəkdir.

Məqsədlər təşkilatın idarə edilməsinin və təşkilatın nə üçün mövcud olduğunu başa düşməyə kömək edən bir sıra praktiki və faydalı funksiyaları yerinə yetirir.

Məqsədlər təşkilatın mövcud olmasına və onun həm orada işləyənlər, həm də cəmiyyət üçün qanuni olduğuna haqq qazandırır. Məqsədlər vasitəsilə insanlar çalışdıqları təşkilatın onların maraqlarına nə dərəcədə uyğun olduğunu müəyyən edirlər. Məqsədlər insanları yanlız təşkilata cəlb etmir, həm də təşkilat üzvlərinin fəaliyyətini məhdudlaşdırır, onların davranışlarını tənzimləyir. Məsələn, qrupunun məhsulun keyfiyyətini yüksəlmək haqqındakı məqsədləri texnoloji intizamın hansı tərəfindən gözlənilməsini və işə müəyyən münasibət bəsləməsini tələb edir. Məqsədlər təşkilatın üzvləri üçün təşkilatın təbiətini müəyyən edir və bununlada onları öz üzərlərinə müvafiq öhtəliklərin götürülməsi üçün məcbur edir. Məsələn: dənizdə neft çıxarılması insanları müəyyən risk etməyə sövq edir. Məqsədlər başlıca motivator hesab olunur və insanların tələbatlarını ödəyərək onların davranışlarını istiqamətləndirir. Məsələn: firmanın fəaliyyət sahəsində ön mövqeyə çıxması işçilərin həm maddi ( maksimum mənfəət ) və həm də mənəvi ( təşkilatın şərəfi uğrunda ) tələbatlarını ödəyir. Məqsədlər təşkilatın özfəaliyyətində nələrə nail olmaq isrədiklərini insanlara izah etməklə qeyri-müəyyənliyi azaldır. Rəqibləri ötüb keçməyi qarşısına məqsəd qoyan təşkilat üzvləri hansı hərəkətə görə mükafatlandırılacaqları haqqında aydın təsəvvür əldə edirlər. Məqsədlər təşkilata onu əhatə edən reallıqlara uyğunlaşmaqda kömək edir. Məqsədlərin hərəkətləri istiqamətləndirməyə, özünü digərləri ilə müqayisə etməyə və tələbata uyğunluğu müəyyənləşdirməyə kömək edir. Məqsədlər təşkilat üzvlərinin işini qiymətləndirmək üçün standart rolunu oynayır. Planın yüksək səviyyədə yerinə yetirilməsini adətən mükafat alınması ilə əlaqəlidirirlər. Məqsədlər təşkilatın quruluşunun dəyişdirilməsi üçün zəruri olan əsasları təmin edir. Bazarda kompaniyanın mövqeyinin möhkəmləndirilməsi məqsədi təşkilati yeni bölmələr ( məsələn, ET və TKİ, marketinq və s. ) yaratmağa sövq edir.

Təşkilatlarda qarşıya qoyulan məqsədlərin üç tipini bir-birindən fərqləndirirlər: rəsmi, operativ, əməliyyat.



Rəsmi məqsədlər təşkilatın ümumi təyinatını müəyyən edir. Onlar abstraktdır, idealdır və cəmiyyət qarşısında təşkilatın gərəkliyini əsaslandıran keyfiyyət terminlərindən təsvir olunur. Lakin bu məqsədlərlə həqiqətdə təşkilatın nə ilə məşğul olduğunu müəyyən etmək çətindir.

Operativ məqsədlər gerçək siyasətdən irəli gəlir və həqiqətən də təşkilatın hansı işləri görməyə cəhd etdiyini göstərir. Onlar daxili işlərə istiqamətlənmiş olur və təşkilat üzvləri üçün vacibdir.

Əməliyyat məqsədləri operativ məqsədlərə nisbətən daha spesifikdir və daha ölçülə biləndir. Onlar davranışları istiqamətləndirir və onlar üzrə işə qiymət verilir: onlar detallarına qədər işlənib hazırlanır və kəmiyyət terminlərində ifadə olunur.

Bu üç tip məqsədlər arasındakı fərqi bilmək təçkilatın idarə edilməsi məntiqini başa düşmək üçün xüsusilə qiymətlidir.

Məqsədləri o, vaxt idarəetmənin aləti hesab etmək olar ki, onlar müəyyən edilmiş və formalaşdırılmış, işçilərə məlum edilmiş və onlar tərəfindən icraya qəbul edilmiş olsun. Məqsədlərin formalaşdırılması son dərəcə mürəkkəb prosesdir və ona müəyyən tələblər irəli sürülür.

Məqsədlərin mühüm xarakteristikası onları yerinə yetirilə bilən real olmasıdır. Əlçatmaz və qeyri-real olan məqsədlər icraçilar motivləşdirilmir, məqsədə nail olmaq üçün onların nəsə etmək həvəslərini ( arzuları ) azaldır. Asanlıqla əldə edilən məqsədlər zəif motivasiyaya malik olur.

Məqsədlər icraçılar üçün aydın olmalı və ikimənalı formalaşdırılmalıdır. Yerinə yetirilməsi kimdən gözlənilirsə o, ondan nə gözlənildiyini aydın şəkildə bilməlidir. Aydın formalaşdırılmış məqsəd görmə qabiliyyətini təmin edir və bununla da onun yerinə yetirilməsi asanlaşır.

Məqsədlər bir tərəfdən maksimum dərəcədə keyfiyyət terminlərindən ( yaxşı, mükəmməl, effektiv, çevik və s. ) istifadə edilməklə yazılmalı, digər tərəfdən isə tələb olunan kəmiyyətdə tərtib edilməlidir. Məqsədlər ölçülə bilən olmalıdır. İdarə etmək üçün ölçməyi bacarmaq lazımdır. Ölçülə bilməyən məqsədlər icraçıya oma nail olunmsı yolundakı tərəqqinin dərəcəsini müəyyən etmək imkanı vermir.

Bundan əlavə məqsədin icra müddəti məlum olmalıdır. Müddətsiz məqsəd həmişə icraçını başlanğıc nöqtəsinə qaytaracaqdır. Buna görə də məqsəd icraçıların hərəkətini düzgün istiqamətə motivləşdirməlidir və istehsakçıların başlıca tələblərinin ödənilməsinə yönəldilməlidir.

Məqsəd forma yaradan və formalaşdırıla bilən olmalıdır. Bu onun təsirini gücləndirir və ona münasibətdə məsuliyyəti yüksəldir.

Fərdin, qrupun və təşkilatın məqsədləri bütövlükdə bir-birinə uyğun gəlməli və bir-birini tamamlamalıdı. Bu insanlar və bölmələr arasında yarana biləcək münaqişələrdən qaçmağa imkan verir. Məqsədin qeyri-məqbul olması onun yerinə yetirilməməsinə, süründürməçiliyə, hiddətlənməyə gətirib çıxarırş

Effekli məqsədlər yoxlanılmaq və düzəlişlər edilmək üçün məqbul olan formada tərtib olunmalıdır. Bunu daima dəyişən xarici amillər və şərait tələb edir. Məqsədin yeni reallıqlar şəraitində dəyişiklərin predmeti olduğunu bilmək insanlara onları müəyyən etməkdə və özlərini onların yerinə yetirilməsinə həsr etməkdə kömək edir.

Məqsədin effektivliyi əhəmiyyətli dərəcədə əks əlaqə sisteminin mövcudluğu ilə müəyyən edilir. İcraçıların məqsədin yerinə yetirilməsi gedişi haqqında vaxtında və tam məlumatlandırılması onlara məqsədi diqqətdə və görüş dairəsində saxlamaqda kömək edir.

Təşkilatdakı fərdi məqsədlərin müəyyənləşdirilməsi prosesinə işçilərlə onların bilavasitə rəisləri arasındakı dialoqdan başlanır. Onlar işçilərin məqsədlərini birlikdə planlaşdırmalı və onlara nail olunması yolundakı fəaliyyət dərəcəsini müəyyən etməlidirlər. Bu proses özündə aşağıdakı addımları birləşdirir:

İşçi bu və ya digər hərəkət və ya əməliyyatlara sərf olunan iş vaxtı göstərməklə yerinə yetirməli olan ışlərin siyahısını tərtib edir. Sənədin birinci variantına rəhbər ümumi razılığa gəlmək məqsədi ilə işçilərlə birlikdə baxır. Sonra işçi yerinə yetiriləcək işlərin razılaşdırılmış təsvirinə əsaslanan məqsəd lahiyəsini müəyyən edir. Yaxşı olardı ki, məqsədlər yarımillik müddət ərzində hər bir iş üzrə onların nəyə nail olmaq istədiklərini əks etdirsin.

İşçilər tərəfindən işlənib hazırlanmış məqsədə yenidən öz vasitə rəisi ilə birlikdə baxılır və onlar birlikdə həmin məqsədin həyata keçrilməsini planını işləyib hazırlayırlar.

Altı ay tamam olduqdan sonra onların hər ikisi konkret olaraq nəyə nail olduqlarına baxırlar və növbəti altı ay üçün məqsədləri müəyyən edirlər.

Qrupdakı məqsədləri müəyyən edərkən onun iştirakçıları problemin mahiyyətini, prosesin elementlərini, onun reallaşdırılmasındakı çətinlikləri və müəyyən öhtəlikləri öz üzərinə götürmək zəruriliyini dərk etməlidir. Bu zaman qrup həmin proseduranın öyrənilməsi prosesinə cəlb edilməlidir. Qrupun hər bir üzvü yuxarıda adları çəkilən bütün addımları izləməlidir. Bunun üçün onların hər biri öz fərdi məqsədinin son variantını tərtib etməzdən qabaq rəhbərləri ilə ilkin söhbətlər aparmalıdırlar.

Daha sonra bir yerə toplaşan qrup üzvləri rəhbər də daxil olmaqla onların hər birinin bu tapşırıqları necə yerinə yetirdiyini, işin təsvirini verərkən onların hansı çətinliklərlə qarşılaşdığını, işin verilən təsvirini yaxşılaşdırmaq üçün nəyi əsas götürdüklərini müzakirə etməlidirlər. Bu metodika qrupda müzakirələr “ nə etməli? ” sualı ətrafında deyil ( çünki, bu rəhbərin müstəsna hüququdur ), “ öz işini necə yaxşı yerinə yetirməli?” sualı ətrafında aparıldıqda daha effektli olur.

Qeyd edilən suala veriləcək cavab aydın olduqda qrupa təsvir edilmiş proseduranı artıq müəyyən edilmiş məqsədə uyğun olaraq təkrar edir. Yanlız bundan sonra qrup iştirakçıları təşkilati ierarxiyanın aşağı mərhələlərində analoji prosesləri həyata keçirirlər ( əgər tabeçiliklərində işçilər varsa ). Bu proses “ məqsədlər üzrə idarəetmə “ medonun bir hissəsidir.

Təşkilati məqsədlərin müəyyən edilməsi prosesinə rəhbərlik təşkilatın işinin əsa göstəriciləri üzrə məqsədin müəyyənləşdirilməsindən başlayır. İerarxiyanın aşağı səviyyələrində məqsədlər müstəqil, lakin artıq yuxarıdan təklif edilənləri nəzərə almaqla müəyyənləşdirilir. Sonra aşağı səviyyələrin məqsədləri yuxarı verilir və burada təşkilatın məqsədi ilə onun tərkib hissələri arasındakı fərq aşkara çıxarılır. Əgər belə təhlil zamanı uyğunsuzluq əmələ gələrsə, o geriyə ( aşağıya ) bölməyə qaytarılır. O, isə öz növbəsində fərqin aradan qaldırılması yollarını axtarır. Daha sonra dəqiqləşdirilmiş məlumatlar yuxarı səviyyəyə daxil olur və bunların əsasında təşkilatın son məqsədi formalaşdırılır.

Aşağıdakı hallarda təşkilatda məqsədlərin müəyyən edilməsi prosesi əhəmiyyətli dərəcədə zənginləşə bilər:



  • əgər bu proses əməkdaşlığın nəticəsi olarsa. Bu o zaman ola bilər ki, hər bir bölmə müəyyən şəkildə bütövlükdə təşkilatın formalaşmasına təsir edə bilsin;

  • əgər informasiyalar təşkilat üzrə sərbəst hərəkət edirsə və bu bölmələr təşkilatın məqsədinin formalaşmasında ( açıq komunikasiya sistemi – yuxarıdan aşkarlıq ) iştirak edə bilirsə;

  • əgər təşkilatın hər bir üzvü öz iş prosesinin sahibi olarsa. Bu təşkilatın məqsədlərini işləyib hazırlayarkən onlarda sahiblik hissinin yranmasına səbəb olur ki, o da öz növbəsində qərar qəbul etmək üçün ( açıq komunikasiya sistemi – aşağıdan aşkarlıq ) bütün informasiyanın rəhbərliyə təqdim edilməsinə gətirib çıxarır”

  • əgər qəbul edilən gərgin planlar tam olaraq yerinə yetirilərsə, bu zaman təşkilatın məqsədinin formalaşmasına heç bir təsiri olmayan digər işçilərin gərgin planlarının yerinə ytirilməsini tələb edən situasiyalar olmalıdır.

Təşkilatın ümumi məqsədi çox vaxtı razılığa nail olmaq üçün onun hissələri ( bölmələri ) arasındakı fasiləsiz danışıqlar prosesinin nəticəsi olur. Təşkilatda razılığa gələn tərəflərin hər birinin öz maraqları vardır. Danışıqlar prosesində əldə edilən kompromistlər onlara ümumi dil tapmaq və narazılıqları aradan qaldırmaq imkanı verir.

Məqsədlərin üfüqi şəkildə razılaşdırılması dedikdə funksional, texnoloji və ya istehsal zəncirinin bölmələri arasında təşkilati məqsədlər üzrə razılığa nail olması başa düşülür. Bu zaman təşkilat rəhbərinin vəzifəsi ayrı-ayrı bölmələrin məqsədlərinin ü məqsədə inteqrasiya edilməsinə nail olmaqdan ibarətdir ki, buna da üç yolla nail olmaq olar:


  1. İnzibati qaydada adları çəkilən hər bir bölmənin təşkilatın ümumi məqsədində oynadığı rolu və tutduğu mövqeyini müəyyən etməklə. Lakin bu işi elə yerinə yetirmək lazımdır ki, hər bir bölmənin işinin sabitliyi pozulmasın;

  2. Üfüqi əlaqələrin ( birbaşa gedən lahiyələrin, məqsədli qrupların, komitələrin, şuraların və s. ) effektli mexanizmindən istifadə etməklə. Bu zaman ayrı-ayrı bölmələrin nümayəndələri təşkilati cəhətdən bir məqsəd ətrafında birləşmiş olacaqlar;

  3. * Diqqətin başqa yerə yönəldilməsi * metodu ilə resursları və rəhbərliyin diqqətini bütün istehsal zənciri çərçivəsində təşkilat üçün bu gün daha vacib olan sahələrə yönəldilməsilə.

Məqsədlərin üfüqi şəkildə razılaşdırılması özündə təşkilatın məqsədi üzrə üç səviyyə arasında razılığa nail olmasını birləşdirir:



  1. onun rəhbəri və ya mülkiyyətçiləri;

  2. cəmiyyət institutları ( mərkəzi və yerli hakimiyyət, peşəkar cəmiyyətlər və s. ) və işçilər;

  3. bəzi hallarda onlara təklif edilən ittifaqla.

Hər hansı bir firmada planlar hazırlanan zaman ilk növbədə həmin firmada planlaşdırmanın zəruriliyi və şirkətdaxili planlaşdırmanın məzmunu, məqsədləri və vəzifələri nəzərə alınmalıdır.



  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə