Təkliflərin Verilməsi üçün Dəvət (tvd)




Yüklə 11.57 Kb.
tarix14.04.2016
ölçüsü11.57 Kb.

Təkliflərin Verilməsi üçün Dəvət (TVD)


  

                                                                                                                         Tarix: 24 İyul, 2012 Müqavilənin Eyniləşdirmə Nömrəsi: SSİL/İki ədəd İlkin Səhiyyə Xidmətləri Məntəqəsinin Tikintisi

(Şəki rayonunda Bideyiz və Qaxda Qıpçaq)/W/NCB/7.02-1

                                                                                                        Dünya Bankı Kredit No.: AZ4210

 

1.   Azərbaycan Hökuməti Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından maliyyə vəsaiti almışdır və bu kreditin bir hissəsini Müqavilə # SSİL/ İki ədəd İlkin Səhiyyə Xidmətləri Məntəqəsinin Tikintisi (Şəki rayonunda Bideyiz və Qax rayonunda Qıpçaq)/W/NCB/7.02-1 üçün xərcləməyi nəzərdə tutur. Lot 1: Şəki rayonu Bideyiz kəndində İlkin Səhiyyə Xidmətləri Məntəqəsinin tikintisi və Lot 2: Qax rayonunun Qıpçaq kəndində İlkin Səhiyyə Xidmətləri Məntəqəsinin tikintisi.



 

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu (LİQ) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İlkin Səhiyyə Xidmətləri Məntəqələrinin Tikintisinə dair möhürlənmiş tender təkliflərinin verilməsinə dəvət edir. Bu işlər SSİL-in Azərbaycan Respublikasının 2 (iki) müxtəlif rayonunda Həkim Məntəqəsinin tikinti işləri ilə məşğul olan B komponenti çərçivəsində həyata keçiriləcək.

 

3.         Tender sənədləri (və əlavə nüxsələr) Layihə İcra Qrupunun aşağıda göstərilmiş ünvandakı ofisində tam tender sənədləri paketi şəklində 350 AZN (üç yüz əlli Azərbaycan Manatı) dəyərində məbləğ geri qaytarılmamaq şərtilə satın alına bilər. Maraqlanan tender iştirakçıları əlavə məlumatı həmin ünvanda əldə edə bilər. Ödəniş üsulu – LİQ-nun hesabına bank köçürməsidir. Ödənişlərin edilməsi üçün bank detalları aşağıda verilmişdir:



 

Benefisiarın Bank rekvizitləri:

Bankın adı: Azərbaycan Beynəlxalq Bankı, Nəsimi Filialı

Bank Kodu: 805614

Bank VÖEN-i: 9900001881

Bankın müxbir hesabı: AZ03NABZ01350100000000002944

SWIFT: IBAZAZ2X


Benefisiarın rekvizitləri:

Benefisiarın Adı: MNDXA – 8 sayli XI

Benefisiarın Hesab No: 33205019449702001207

Benefisiarın VÖEN-i: 1401555911


Ödənişin təsviri:

Tender paketləri (tenderin adını göstərin) üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ödəniş (VÖEN 1400049171; XHK No. 14/87)


4. Tender təklifləri təkliflərin açılış günündən sonra 90 gün müddətinə qüvvədə qalmalı; hər təklifə görə 5000,00 AZN dəyərində “Təklif Zəmanəti” ilə müşahidə olunmalı, və 22 Avqust 2012-ci il saat 14:00-dən gec olmayaraq H.Zərdabi küç. 96, 6-cı mərtəbə, Bakı AZ1122, Azərbaycan ünvanında yerləşən Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun ofisinə çatdırılmalıdır, çünki həmin saatda İddiaçıların iştirakı ilə Tender Təkliflərin rəsmi açılışı keçiriləcək.

 

5. .         Gecikmiş təkliflər rədd ediləcək və açılmamış müvafiq İddiaçılara qaytarılacaq.


Kamran Rzayev, Direktor Əvəzi

Səhiyyə Sektorunda İslahatlar Layihəsi

Səhiyyə Nazirliyi nəzdində Layihə İcra Qrupu

Ünvan: H. Zərdabi küç. 96, Bakı, AZ1122, Azərbaycan



Tel: +994-12-431-1968 Faks: +994-12-431-1937

E- mail: office@hsrp.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə