TƏKLİf olunan əRİZƏ formasi




Yüklə 33.68 Kb.
tarix27.04.2016
ölçüsü33.68 Kb.

Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı

Amerika Birləşmiş Ştatlarının Səfirliyi

Bakı, Azərbaycan


TƏKLİF OLUNAN ƏRİZƏ FORMASI

Ərizəni doldurarkən tələb və qaydalara riayət etməyiniz xahiş olunur. Ərizələr ingilis dilində təqdim olunmalıdır. Ərizə formatına dəyişikliklər etməməyiniz xahiş olunur (lazım gələrsə qrafalara boş yer əlavə edə bilərsiniz). Bu sənəddəki tələb və qaydalara uyğun olmayan təklif qəbul edilməyəcək.

Ərizə formasını ABŞ-ın Bakıdakı Səfirliyinin internet səhifəsindən yaxud BakuDemCom@state.gov elektron poçtuna sorğu göndərməklə əldə edə bilərsiniz.


I. Ümumi Məlumat


Layihənin Adı (İngilis dilində):


Təşkilatın Adı (İngilis dilində):


Təşkilatın Adı (Azərbaycan dilində, latın qrafikası ilə):


Layihə Koordinatorunun adı və vəzifəsi (İngilis dilində):

Ünvan (İngilis dilində):

Ünvan (Azərbaycan dilində, latın qrafikası ilə):

Ofis telefonu:

Mobil telefon:

Elektron poçt:

Təklif edilən layihə müddəti: Ay

Layihənin icrası üçün lazım olan məbləğ: $
__________________________________________________________________
II. Layihənin Məqsədi

Bu bölmədə layihənin ana xəttini təşkil edən problemin qısa xülasəsini (üç-dörd cümlədən artıq olmamaq şərtilə) verə bilərsiniz, lakin bu bölmənin əsasını məhz layihənin məqsədi təşkil etməlidir. Layihənin vəzifəsi nədən ibarətdir? Məqsəd konkret, təfsilatlı, aydın və nəzərdə tututlmuş vaxt çərçivəsində reallaşdırıla bilən olmalıdır. Layihədən kimin və necə bəhrələnəcəyini göstərin.


Ərizənizin bu bölməsini 300 sözlə ilə məhdudlaşdırmağınızı xahiş edirik.

__________________________________________________________________
III. Layihənin Strategiyası və Layihə Çərçivəsində Görüləcək İşlər

İlk növbədə fəaliyyət istiqamətlərini və istifadə edəcəyiniz metodları sadalayaraq layihənin ümumi icra strategiyasını təsvir edin.


Daha sonra layihə çərçivəsində görüləcək bütün fəaliyyətlərin mərhələli təsvirini verin. Kim hansı işi görəcək? Nə zaman? Harada? Kim iştirak edəcək? Görülən işlərə xərclənək maliyyə vəsaitinin məbləği nə qədər olacaq? Ətraflı və aydın şəkildə izah edin.


Bu bölməni 600 sözlə məhdudlaşdırmağınızı xahiş edirik


Qeyd: Hər hansi materialın nəşri üçün maliyyə vəsaiti məhduddur və bu səbəbdən yalnız yüksək keyfiyyətli məzmuna malik olan materialların çapı qəbul ediləcək. Hər hansı bir materialın çapını təklif etməzdən əvvəl eyni və ya oxşar məzmunlu nəşrlərin mövcudluğuna dair araşdırmalar aparmağınız məsləhət görülür. İstənilən halda təşkilatınıza məxsus çap materiallarını nəşr etmək istəyirsinizsə, ərizə forması ilə bərabər həmin çap materialının tam məzmununu təqdim etməlisiniz.

IV. İndikatorlar

Layihənizin nəticələrini necə qiymətləndirəcəksiniz? Nailiyyətləri nümayiş etdirən indikatorlar hansılardır? Nümunə: keçirilən məşğələlərin sayı, efirdə səslənmiş radio proqramların sayı və ya çap edilmiş məqalələrin sayı və s.


Bu bölməni 200 sözlə məhdudlaşdırmanız xahiş olunur.




V. Layihənin Davamlılığı

Layihənin necə davam edəcəyini izah edin və/və ya qrantın müddəti bitəndən sonra əldə edilmiş nəticələrin əhəmiyyəti necə saxlanılacaq.




Bu bölməni 200 sözlə məhdudlaşdırmanız xahiş olunur.




VI. EXCEL Formatında Tərtib Olunmuş Büdcə


BÜTÜN BÜDCƏLƏR MICROSOFT EXCEL PROQRAMINDA TƏRTIB OLUNMUŞ AYRICA SƏNƏD ŞƏKLINDƏ TƏQDIM OLUNMALIDIR.
Bütün xərclər əvvəlcədən hesablanmalı və reallığa əsaslanmalıdır. Baxmayaraq ki, maksimum qrant məbləği $24,000 kimi təyin olunub, Demokratiya Komissiyası adətən daha kiçik büdcəli layihələri maliyyələşdirməyə üstünlük verir.
VII. Müraciət Etmiş Təşkilat haqqında Məlumat

Demokratiya Komissiyasının qrantını qazanmaq üçün təşkilatın və ya assosiasiyanın qeydiyyatdan keçməsi vacib deyil. Lakin, təşkilatınız və ya assosiasiyanız qeydiyyatdan keçibsə, qeydiyyatdan keçmə tarixi və rəsmi qeydiyyat vərəqəsinin nüsxəsini təqdim etməyinizi xahiş edirik.


Təşkilatın nə vaxt və nə məqsədlə yaradılması, təşkilatın missiya və məqsədlərinin nədən ibarət olması, təşkilatın əsas fəaliyyət prinsipləri və nə kimi əhəmiyyətli nailiyyətləri barədə, həmçinin təşkilatın maliyyələşdirilməsi, təşkilatın qeydiyyatdan keçməsi və kadr strukturu barədə məlumatı bir səhifədə izah edin. Ərizə forması ilə bərabər layihənin həyata keçirilməsi prosesinə cəlb ediləcək şəxslər haqqında CV, rezüme və ya qısa tarixçə də təqdim edilməlidir. CV-lər bir səhifədən artıq olmamalıdır.



Xahiş edirik ərizənizin bu bölməsində verəcəyiniz məlumatı bir səhifə ilə məhdudlaşdırın.



VIII. Əvvəlki/Digər Maliyyə Mənbələri

Bütün suallara düzgün və dolğun cavab verin. Hər hansı bir yanlış məlumat təşkilatınıza verilən qrantın ləğvinə gətirib çıxara bilər.
1A) Təşkilatınız əvvəllər Demokratiya Komissiyasına qrant üçün müraciət edib ? (Hə/Yox) ____

1B) Təşkilatınız əvvəllər Demokratiya Komissiyasından qrant alıb? (Hə/Yox) _____

1C) Əgər cavab “hə” dirsə, xahiş edirik aldığınız hər bir qrantın mövzusunu, məbləğini və alınma tarixini göstərin.

Lazım olan qədər boş yerdən istifadə edin.


2A) Təşkilatınız əvvəllər digər beynəlxalq donor təşkilatlardan qrant alıbmı? (Hə/Yox)_____

2B) Əgər cavab “hə” dirsə, xahiş edirik aldığınız hər bir qrantın mövzusunu, məbləğini, donorların adını və alınma tarixini göstərin.

Xahiş edirik bu bölmədə verəcəyiniz məlumatı bir səhifə ilə məhdudlaşdırın.


3A) Təşkilatınız hazırda digər beynəlxalq təşkilatlara maliyyə yardımı üçün müraciət edirmi? (Hə/Yox)______

3B) Əgər cavab “hə” dirsə, xahiş edirik müraciət etdiyiniz hər bir qrantın mövzusunu, məbləğini, donorların adını və qrant layihəsinin təqdimetmə tarixini göstərin:

Lazım olan qədər boş yerdən istifadə edin.



IX. Ofis Ləvazimatı (İngilis dilində):

Bütün suallara düzgün və dolğun cavab verin. Hər hansı bir yanlış məlumat təşkilatınıza verilən qrantın ləğvinə gətirib çıxara bilər.

1A) Siz ofis yaxud kompüter avadanlığı üçün müraciət edirsinizmi? (Hə/Yox) ______



1B) Əgər cavab “hə” dirsə, xahiş edirik təşkilatınıza hazırda məxsus olan bütün avadanlığın adı və vəziyyəti barədə siyahı təqdim edin. Misal üçün: 1 Compaq Pentium II kompüter, yaxşı vəziyyətdə, 1 Hewlett-Packard 970c Inkjet, yeni

Xahiş edirik bu bölmədə verəcəyiniz məlumatı bir səhifə ilə məhdudlaşdırın.


______________________________________________________________________________

X. SƏNƏDLƏRIN TƏQDIM OLUNMASI

__________________________________________________________________________________________________
Bütün layihələr elektron poçt vasitəsilə təqdim edilməlidir. Xahiş edirik, layihələri çap olunmuş formada təqdim etməyəsiniz. Onlar qəbul edilməyəcək!
Sənədləri bu unvana göndərin: BakuDemCom@state.gov

Elektron məktubun mövzusu: Təşkilatın adı – Demokratiya Komissiyasına təqdim olunan layihə
Elektron məktubun quruluşu: Əlavə mətnə ehtiyac yoxdur. Yalnız aşağıdakı məlumatı verin:


  • Təşkilatınızın adı

  • Layihə Koordinatorunun adı

  • Layihə Koordinatorunun telefon (mobil daxil olmaqla) nömrələri

  • Və ən vacibi, sənədləri məktuba əlavə etməyi unutmayın!


Layihə təklifini gondərdikdə avtomatik təsdiq alacaqsınız.
Elektron poçta əlavə ediləcək sənədlər:

  • Ərizə Forması (Xahiş edirik ərizə formasına təşkilatınızın ingiliscə adını verin, “save as” funksiyasını seçin, “file name”hissəsində təşkilatınızın adını ingilis dilində yazın sonra isə “save” düyməsini basın). Nəzərə alın ki, təşkilatınızın növünü müəyyənləşdirən sözləri (misal üçün “İctmai Təşkilat” sözü) yazmağa ehtiyac yoxdur.




  • Budcə ayrıca Microsoft Excel Sənədi formasında təqdim olunmalıdır (Xahiş edirik budcə sənədinə təşkilatınızın ingiliscə adını verin, “save as” funksiyasını seçin, “file name” hissəsində təşkilatınızın adını ingilis dilində yazın sonra isə “save” düyməsini basın).




  • Müraciət edən təşkilatın qeydiyyat sənədləri (əgər mövcuddursa). Xahiş edirik sənədə (fayla) “Qeydiyyat Sənədləri” adını verin.




  • Təklif edilən Layihənin həyata keçirilməsində iştirak edəcək hər bir şəxsin, bir səhifədən artıq olmayan CV-si (xahiş edirik sənədə “CV, şəxsin adı” adını verin)




  • Həftəlik olaraq aparılacaq fəaliyyətlərin təfərrüatlarını əks etdirən iş planı (xahiş edirik sənədə “iş planı” adını verin)







  • Hər hansı bir çap materialının paylanmasına dair xüsusi siyahı (əgər aidiyyatı varsa, xahiş edirik sənədə “çap materialının paylanma siyahısı” adını verin)




  • Əgər hər hansı bir materialın çapı üçün vəsait almaq istəyirsinizsə, onun məzmunu və mətni sənədlər paketinə əlavə edilməlidir.


XI. Ad/İmza

Bu ərizədə mənim tərəfimdən verilən bütün məlumatların dəqiq və həqiqətə uyğun olmasını təsdiq edirəm. Mən başa düşürəm ki, verilmiş hər hansı bir yanlış məlumat təşkilatıma ayrılmış qrantın ləğvinə gətirib çıxara bilər.


_________________ __________________________

Şəhər, tarix Müraciət etmiş şəxsin tam

adı (Layihənizin keçdiyi təqdirdə sənədi

imzalamalı olacaqsınız)



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə