Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə və kompyuter mərkəzinin işi haqqında arayi ş




Yüklə 16.63 Kb.
tarix10.04.2016
ölçüsü16.63 Kb.
Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə və kompyuter mərkəzinin işi haqqında

A R A Y I Ş

Filiala ilk kompyuter 1998-1999-cu tədris ilində BDU-nun rektoru A.Məhərrəmov tərəfindən gətirilmişdir, hansı ki, o zaman BDU-nun Şəki filialı kimi fəaliyyət göstəriridik. Kompyuterin bir ədəd olmasına baxmayaraq, həm sənədlərin hazırlanması üçün, həm də tədris prosesi üçün ondan mümkün qədər səmərəli istifadə etməyə çalışmışıq. Sonrakı dövrlərdə kompyuterləşmə məsələsinə rəhbərlik cox ciddi yanaşmış, hər tədris ilində bir neçə kompyuter alınaraq, istifadəyə verilmişdir.

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” ölkəmizdə təhsil sisteminə yeni texnologiyaların tətbiqini və onlardan geniş istifadə edilməsini informasiya cəmiyyətinin qarşısına əsas məqsəd kimi qoydu. Milli Strategiyanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli sərəncam ilə qəbul edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nda da müasir İKT-dən istifadə etməklə keyfiyyətli təhsilə nail olmaq əsas məqsədlər sırasındadır. Bu istiqamətdə dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” təhsil müəssisələrinin kompyuter avadanlığı ilə təchiz edilməsinə ümumrespublika miqyasında geniş start verdi, bu Proqramın davamı olan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə artıq ümummilli səviyyədə vahid elektron təhsil məkanının formalaşdırılmasını əsas vəzifə kimi qarşıya qoyub.

Bütün bunlara əsaslanaraq Təhsil Nazirliyi bütün təhsil müəssisələrini, o cümlədən filialımızı 15 ədəd kompyuter və bir sıra kompyuter avadanlıqları ilə təchiz etmişdir.

Filial rəhbərliyi müəssisəmizin informatlaşması üçün heç nə əsirgəmir, daim yeni avadanlıqlar, kompyuterlər alınaraq istifadəyə verilir.

AMI-nin Şəki filialının direktorunun 1 dekabr 2008-ci il tarixli 02/96 saylı sərəncamı ilə Kompyuter mərkəzi yaradılmışdır.

Mərkəzin 5 işçisi vardır: Mərkəzə G.Q.Abdurahmanova rəhbərlik edir. Kompyuter mütəxəssisi: Q.Mustafayev, kompyuter mütəxəssisi: R.İslamova, operator: M.Qazıyeva, operator: K.Osmanova kompyuter mərkəzinin, həmçinin filialın bütün strukturlarında yerləşən kompyuterlərin düzgün, səmərəli işləməsinə nəzarət edir, yaranan problemləri aradan qaldırmağa çalışırlar.

Hal-hazırda mərkəzdə 3 kompyuter otağı fəaliyyət göstərir. Kompyuter otaqları yüksəs konfiqurasiyalı 32 ədəd kompyuterlə təchiz edilib. Eyni zamanda filialın bütün struktur bölmələrində kompyuterlər yerləşdirilib və səmərəli fəaliyyət göstərir.

Ümumiyyətlə, filialın nəzdində 56 komyuter var. Onlardan 33 ədədi tədris üçün, qalanları isə struktur bölmələrində istifadə olunur.

Mərkəzin 3 ədəd proyektoru var və onlar həm tədris üçün həm də xüsusi təqdimatların göstərilməsi üçün nəzərdə tutulub.

Mərkəz kompyuter zallarını və struktur bölmələrini şəbəkəyə birləşdirmişdir və əksər bölmələrdə İnternetin xidmətlərindən istifadə edilir. Filial hal-hazırda 2 intenet paketinin ADSL xidmətindən yararlanır(1024bit/san və 512bit/san). Şəbəkələşdirmə işi davam edir. Daha sürətli internet alınması nəzərdə tutulub.

Filialımızın Web saytı yaradılmışdır. Əvvəllər www.sheki.az saytının alt domeni olan www.ami.sheki.az saytı yaxın günlərdə müstəqil domenlə fəaliyyətini davam etdirəcək.

Mərkəzin əsas məqsədi AMİ-nin Şəki filialında müasir informasiya texnologiyalarının istifadəsi ilə tədris prosesini və təhsilin idarə olunmasını təmin etməkdir.

Mərkəz filialda bakalavr ixtisasları, ixtisasartırma və yenidənhazırlanma kurslarında müxtəlif dərslərin kompyuterlə tədris edilməsini təşkil edir.

“İnformatika”, “İnformatikanın tədrisi metodikası”, “Təhsildə İKT”, Təlimdə informasiya texnologiyaları”, “Təhsilin əsasları”, “EHM və EHM-də praktikum” və s. fənlər bu mərkəzə məxsus kompyuter zallarında tədris olunur.

Mərkəzdə səs, video və digər multimediya texnologiyalarından və elektron məzmunlu proqram təminatından istifadə edilir. Müəllimlərin bir qrupu dərslərinin İKT ilə tədrisinə çox maraqlıdırlar və həmçinin çalışırlar ki, mühazirə və praktik məşğələləri kompyuter vasitəsilə tədris etsinlər. Mərkəzin bütün işçiləri bu sahədə müəllim və tələbələrə yardımlarını əsirgəmirlər.

Müəllim və tələbələr demək olar ki, müntəzəm olaraq, internetin xidmətindən istifadə edərək elektron kitablar, yeni informasiyalar əldə edirlər. Boş vaxtlarında bəzi tələbələr kompyuterlə dərslərini hazırlayır, sərbəst işlərini yazır, və ya onları yazmaq üçün material toplayırlar.

İnformatlaşma sahəsində görülən işlər çoxdur. İnformasiya texnologiyalarının böyük sıçrayışla inkişafı mərkəzin qarşısına böyük vəzifələr qoyur. Artiq bir nəfər kimi hər bir işçi, müəllim və tələbə İKT-dən keyfiyyətli dərəcədə yararlanmağı bacarmalıdırlar.



Mərkəz direktorluqdan xahiş edir ki, dərslərin tədris keyfiyyətini yüksəltmək məqsədilə yeni proyektorlar alınsın, çünki əsas mühazirə otaqlarında dərslərin təqdimat şəklində tədrisi üçün onların olması zəruridir.

Qərar layihəsi


  1. Kompyuter mərkəzinin gördüyü işlər qənaətbəxş hesab edilsin.

  2. Direktorluq mərkəzi hər daim yeniləşən İKT avadanlıqları və proqram təminatı ilə təchiz etsin.

  3. Mərkəzin işçilərinə tapşırılsın ki, mövcud kompyuterlərin problemsiz işləməsinə nəzarət etsinlər

  4. Müəllimlər yeni təlim metodlarına əsaslanaraq İKT vasitələri ilə dərslərin tədris səviyyəsini artırsınlar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə