Təhlükəsizlik və ətraf mühit üzrə vətəndaş fəaliyyəti konsepsiya səNƏDLƏRİNİn qəbulu no. Rfa/aze/01/2014




Yüklə 45.86 Kb.
tarix20.04.2016
ölçüsü45.86 Kb.



təhlükəsizlik və ətraf mühit üzrə vətəndaş fəaliyyəti

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU

No. RFA/AZE/01/2014

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində Konsepsiya Sənədlərinin Qəbulununun 6-cı raundunu elan edir. Bu raundda vətədaş cəmiyyəti təşkilatlarına fəlakətlərin qarşısının alınması, təbii fəlakətlərlə bağlı risklərin azaldılması və cavab tədbirləri mövzusunda layihələrə maliyyə vəsaiti ayrılacaqdır.


Sənədlərin qəbulunun son tarixi

Sənədlər paketi üzərində “No. RFA/AZE/01/2014– TƏMVF üçün Konsepsiya Sənədi – 29 Avgust 2014-cü il, 12:00-dan (yerli vaxt) əvvəl açmayın” yazılmış və möhürlənmiş zərfdə 29 Avgust 2014-cü il, saat 12:00-dan (yerli vaxt) gec olmamaqla təqdim edilməlidir. Elektron poçt və ya faksla göndərilmiş sənədlər paketi qəbul edilməyəcəkdir. Sənədlər paketi Azərbaycan dilində təqdim edilməlidir.


Qrantların dəyəri

Hər bir qrantın maksimum dəyəri 10,000 AZN təşkil edir.


Layihələrin müddəti

Təklif edilən layihələrin müddəti 3 aydan artiq olmayaraq, 29 sentyabr 2014-cü ildən icraya başlanmasını nəzərdə tutmalıdır.


Əlavə məlumat

Konsepsiya Sənədlərinin Qəbulu ilə bağlı sənədlər ATƏT-in internet saytından http://www.osce.org/baku/ əldə edilə bilər. Sual və ya müraciətlərinizlə bağlı ATƏT-in İqtisadi və Ətraf Mühit Şöbəsinin əməkdaşı Xoşbəxt İsmayılovaya khoshbakht.ismailova@osce.org elektron ünvanı vasitəsilə yazaraq və nüsxəsini Alış və maddi-texniki işlər üzrə köməkçi İlqar Həsənova ilgar.hasanov@osce.org ünvanına göndərərək əlaqə saxlaya bilərsiniz.


Bakı, Azərbaycan



Mündəricat




I. Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı 3

İcmal 3


TƏMVF-Azərbaycan haqqında 3

II. Kiçik qrantlar üçün mövzular 4

Kəsişən mövzular 4

III. Proqramda iştirak etməklə bağlı tələblər 4

Müraciət etmək hüququ olan VCT-lər 5

Sənədlər paketinə olan tələblər 5

IV. Təqdim edilməli olan sənədlər paketi 5

V. Sənədlər paketinin təqdim edilməsi qaydası 6

VI. Sənədlər paketinə baxılması və seçim prosesi 6

(1) ATƏT tərəfindən sənədlər paketlərinin tələblərə uyğunluğunun yoxlanılması və qısa-siyahının müəyyənləşdiriləsi üçün ilkin seçimin keçirilməsi 6

(2) Qısa siyahıya salınmış təşkilatlar tərəfindən tam layihə təlkiflərinin hazırlanması və təqdim edilməsi 6

(3) Layihə təlkiflərinin TƏMVF Milli Seçim Şurası (MSŞ) tərəfindən qiymətləndirilməsi və seçimi 6

VII. Sənədlər paketinin və layihə təkliflərinin hazırlanmasına texniki yardım 6

I. Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı

İcmal


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropa, Mərkəzi Asiya və Şimali Amerikanın 56 ölkəsinin üzv olduğu regional təhlükəsizlik təşkilatıdır. Təhlükəsizlik ATƏT-in mandatının əsasını təşkil edir.

Mərkəzi Asiya, Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Şərqi Avropa regionlarını əhatə edən Ətraf Mühit və Təhlükəsizlik Təşəbbüsündə (ENVSEC) iştirak etməklə ATƏT milli sərhədlər daxilində və xaricində icmalar üçün risklər yarada biləcək müxtəlif çeşidli ətraf mühit problemləri ilə məşğul olur. TƏMVF Proqrami ENVSEC-in Cənubi Qafqaz üçün Fəaliyyət Proqramının tərkib hissəsi kimi həyata keçirilir; proqram ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin dəstəyi ilə ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətlərinin Koordinatorunun Ofisi tərəfindən icra edilir. ENVSEC ATƏT, BMT-nin İnkişaf Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Mərkəzi və Şərqi Avropa üçün Regional Ekoloji Mərkəzinin və müxbir üzv kimi NATO arasında tərəfdaşlıqdır.

Öz mandatı çərçivəsində ATƏT təhlükəsizliyin üç aspekti, yəni hərbi-siyasi, iqtisadi və ekoloji, insan hüquqları aspektləri ilə kəsişən sahələrdə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) ilə həm layihələrin icrası, həm də siyasətin formalaşdırılması sahələrində artan qarşılıqlı əməkdaşlığa malikdir. “Ətraf mühit və təhlükəsizlik” ilə əlaqədar olan məsələlər VCT-lər ilə strateji, genişmiqyaslı tərəfdaşlığın yaradılması, eləcə də VCT-lərin hökumət orqanları, elmi ictimaiyyət, biznes icması və donorlar ilə tərəfdaşlığına yardım edilməsi yönündə ATƏT üçün əhəmiyyətli giriş nöqtəsi təklif edir.

Bununla bağlı olaraq, ATƏT kiçik qrantlar proqramı kimi nəzərdə tutulmuş TƏMVF – Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti proqramını hazırlamış və icrasına başlamışdır.

TƏMVF proqramının əsas məqsədi ətraf mühit və təhlükəsizliklə bağlı problemlərin həllində VCT-lərin başlıca olaraq hökumətə, o cümlədən digər aidiyyatı olan tərəflərə güclü tərəfdaş olması üçün əlverişli mühitin yaradılmasıdır. Bu məqsədə əsasən ətraf mühit və təhlükəsizlik arasında əlaqələr haqqında məlumatlandırıcı proqramlar, bu əlaqələr üzrə VCT-lərin bilik və bacarıqlarının artırılması və belə əlaqələri nümayiş etdirən layihələr üçün qrantların ayrılması vasitəsi ilə nail olunması nəzərdə tutulmuşdur.

TƏMVF-Azərbaycan haqqında


ATƏT-in Bakı Layihə Əlaqələndiricisi TƏMVF Proqramını 2009-cu ilin oktyabr ayından etibarən Statoil, Avstriya, ABŞ, Norveç, Lüksemburq hökumətlərinin və ENVSEC Təşəbbüsü vasitəsilə Kanada və Finlandiya hökumətlərinin maliyyə dəstəyi ilə icra edir.

Təqdim edilən Sənədlər Paketinin qiymətləndirilməsi və seçimini TƏMVF Milli Seçim Şurası (MSŞ) həyata keçirir. Hal-hazırda, Şurada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəelmi ictimaiyyətinnümayəndələri təmsil olunmuşdur.



Proqramda iştirak etmək hüququ olan VCT-lar tərəfindən təqdim edilən kosepsiya sənədlərinin sayı baxımından heç bir məhdudiyyət qoyulmur. Buna baxmayaraq, təqdim edilən layihələrin sayından asılı olmayaraq hər bir VCT TƏMVF proqramının hər bir layihə seçimi dövrəsində yalnız bir spesifik layihə üçün qrant ala bilər.

II. Kiçik qrantlar üçün mövzular


Konsepsiya Sənədlərinin Qəbulunun hazırkı mərhələsində ümumi mövzunu təbii fəlakətlər təşkil edir. Bu ümumi mövzu çərçivəsində konsepsiya sənədləri spesifik olaraq fəlakətlərin qarşısının alınması, risklərin azaldılması və təbii fəlakətlərə cavab tədbirlərini diqqətə almalıdır. Konsepsiya sənədləri həmçinin təbii fəlakətlərin domino effekti ilə də bağlı ola bilər; xüsusilə də, bu növ layihələr təbii fəlakətlərin təkan verdiyi hadisələrlə texnoloji/sənaye qəzaları arasındakı asılılığı hədəfə alacaqdır.

Kəsişən mövzular


Konsepsiya sənədləri təklif edilən layihələrdə qadınların və gənclərin rolu və iştirakını təsvir etməlidir:

  • Qadınların rolu və iştirakı1 kəsişən mövzusu həmçinin aşağıdakı yollarla ünvanlana bilər: layihə müddətində qadın təşkilatları ilə məsləhətləşmələrin aparılmasının təmin olunması, layihənin qadınların bərabər səviyyədə iştirak etməsi üçün şərait yaratdığının əmin edilməsi, bütün tədbirlərdə gender perspektivlərinin işıqlandırılması, layihəyə gender perspektivləri/təhlillərin daxil edilməsi, ətraf mühit və təhlükəsizlik məsələləri və problemləri barədə qadınların fikir və mülahizələrinin öyrənilməsi və sair.

  • Gənclərin rolu və iştirakı kəsişən mövzusu həmçinin aşağıdakı yollarla ünvanlana bilər: layihə müddətində gənclər təşkilatları ilə məsləhətləşmələrin aparılmasının/ onların cəlb olunmasının təmin olunması, gənclərin layihənin benefisiarları arasında əsas qrup kimi hədəfə alınması, ətraf mühit və təhlükəsizlik məsələləri və problemləri barədə gənclərin fikir və mülahizələrinin öyrənilməsi, müvafiq prioritet mövzu üzrə gənclərin maarifləndirilməsi və potensialının yaradılması üçün xüsusi tədbirlərin görülməsi və sair.

Konsepsiya sənədləri həmçinin ətraf mühitin idarə olunmasına dəstək və ətraf mühit təhlükəsizliyinin sosial aspektləri sahəsində aşağıdakı kəsişən mövzuları əhatə edə bilər:

  • Ətraf mühitin idarə olunmasına dəstək kəsişən mövzusu həmçinin aşağıdakı yollarla ünvanlana bilər: maraqlı tərəflər arasında prioritet mövzular üzrə dialoqun təkmilləşdirilməsinə çalışmaq, uzunmüddətli institusional və siyasət dəyişikliklərinə yol açan mərhələli təkmilləşdirmələrin hədəfə alınması, fəaliyyətin Aarhus Mərkəzləri ilə əlaqələndirilməsi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının Ətraf mühit Konvensiyalarının icrasının stimullaşdırılması, gərginliyin ekoloji mənbələrinin ünvanlanmasına yönəlik əməkdaşlığın gücləndirilməsi üçün novator alət və yanaşmaların təqdim olunması və sair.

  • Ətraf mühit təhlükəsizliyinin sosial aspektləri kəsişən mövzusu həmçinin aşağıdakı yollarla ünvanlana bilər: ətraf mühit təhlükəsizliyinin miqrasiyaya potensial təsirinin nəzərə alınması, ətraf mühit risklərinin müvafiq sahələrdə əməkdaşlığa çevrilməsinə çalışan təşəbbüslərdə iştirak, ətraf mühit təhlükəsizliyinin sosial aspektlərinin işıqlandırılması üçün novator alət və yanaşmaların tətbiq olunması və sair.

III. Proqramda iştirak etməklə bağlı tələblər

Müraciət etmək hüququ olan VCT-lər


TƏMVF-Azərbaycan proqramı qeydiyyatdan keçmiş QHT-lər, icma əsaslı təşkilatlar, jurnalist birlikləri, həmkarlar ittifaqları və ticarət assosiasiyaları daxil olmaqla, lakin onlarla məhdudlaşdırılmadan, vətəndaş cəmiyyəti təşkilatlarının müraciətlərinə açıqdır.

Lakin, yuxarıda göstərilən ümumi meyarlarla yanaşı aşağıda göstərilən məqam da nəzərə alınmalıdır:



  • Yerli və milli VCT-lər ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış VCT-lər ilə tərəfdaşlıq da həvəsləndirilir. Digər tərəfdən, belə VCT (xüsusilə beynəlxalq VCT-lərin yerli filialları) aparıcı təsisat və/və ya birbaşa benefisiar kimi deyil, dəstəkləyici tərəfdaş kimi cəlb oluna bilərlər;

Sənədlər paketinə olan tələblər


Qrant üçün nəzərdən keçirilən sənədlər paketi aşağıda göstərilən inzibati və proqram tələblərinə cavab verməlidir.

  1. İnzibati tələblər: Aşağıdakı hallarda sənədlər paketi avtomatik olaraq müsabiqədən kənarlaşdırılacaqdır:

    • konsepsiya sənədləri paketi müraciət üçün son tarixdən sonra qəbul edilibsə;

    • maksimum qrant dəyəri yaxud maksimum müddət tələblərinə müvafiq deyilsə;

    • konsepsiya sənədi və büdcə Azərbaycan dilində tələb edilən formatda təqdim edilməyibsə;

    • avadanlığın alınması və ya dolayı xərclər (məsələn, ofisin icarə haqqı, təmizlik xidmətləri və ya kommunal xərclər) üçün vəsait xahiş edilirsə.



  1. Proqram tələbləri: Aşağıdakı tələblərə cavab verdiyi halda konsepsiya sənədi müsabiqədə içtirak edəcəkdir:

  • kiçik qrantlar üçün müəyyən edilmiş pirotet mövzunu əhatə etməlidir;

  • mahiyyət etibarı ilə aşağıda göstərilən layihə tiplərinin biri və ya bir neçəsinin birləşməsi olmalıdır: “nümayiş layihəsi”, “bilik və bacarıqların artırılması və şəbəkələndirmə layihəsi”, “maarifləndirmə layihəsi”, “öyrənilmiş dərslərin paylaşılması layihəsi” and “siyasi dialoq layihəsi”;

  • yerinə yetirilməkdə olan digər layihələri təkrarlamamalıdır. Xüsusilə də, əvvəllər bu kimi qrant proqramlarının dəstəkləmiş olduğu (və ya dəstəklənməsi nəzərdən keçirilən) layihələr proqramda iştirak edə bilməz.

IV. Təqdim edilməli olan sənədlər paketi


Konsepsiya Sənədlərinin Qəbulunda iştirak etməkdə maraqlı olan VCT-lər aşağıda göstərilən sənədlərdən ibarət sənədlər paketini Azərbaycan dilində təqdim etməlidirlər:

  1. Konsepsiya Sənədi Formasından (Əlavə 1) istifadə etməklə hazırlanmış Konsepsiya Sənədi.

  2. Konsepsiya Sənədi düzgün qiymətləndirməyə şərait yaratmaq üçün diqqətlə və aydın hazırlanmalıdır. Büdcə Formasindan (Əlavə 2) istifadə etməklə hazırlanmış nümunəvi büdcə:

Layihənin büdcəsi maksimum qrant məbləği olan 10,000 AZN-dən çox olmamalıdır. Layihənin büdcəsində qiymətlər Azərbaycan Manatı (AZN) ilə göstərilməlidir. Büdcə məqsədlərə və gözlənilən nəticələrə nail olunması üçün adekvat olmalı, büdcə bəndləri və smeta nəzərdə tutulan fəaliyyətlər baxımından realistik olmalıdır. Qrant vəsaiti avadanlığın alınması və ya dolayı xərcləri (məsələn, ofisin icarə haqqı, təmizlik xidmətləri və ya kommunal xərclər) ödəməyəcəkdir.

  1. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

  2. Dəstək məktubu(ları) (əgər müvafiqdirsə). Layihə digər təşkilatlarla tərəfdaşlığa əsaslanırsa bunu əks etdirən yazılı dəstək məktubu bütün layihə tərəfdaşlarından əldə edilməlidir.

V. Sənədlər paketinin təqdim edilməsi qaydası


Sənədlər Paketi üzərində “RFA/AZE/01/2014 – TƏMVF üçün Konsepsiya Sənədi 29 avgust 2014-cü il, 12:00-dan (yerli vaxt) əvvəl açmayın” yazılmış və möhürlənmiş zərfdə sənədlərin qəbulu üçün müəyyən edilmiş son tarixdən əvvəl aşağıdakı ünvana təqdim edilməlidir:
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)

İlqar Həsənov

Landmark III, 2-ci mərtəbə, Nizami küç. 96

AZ1010 Bakı, Azərbaycan

Zərfin üzərində müraciət edən təşkilatın tam adı və ünvanı göstərilməlidir. Əlaqə məlumatının və elektron poçt ünvanının dəqiq verilməsi müracit edən təşkilatın marağındadır. Sənədlər Paketi poçtla və ya şəxsən təqdim edilməlidir. Faks və ya elektron poçtla göndərilən layihə təklifləri qəbul edilməyəcəkdir.

VI. Sənədlər paketinə baxılması və seçim prosesi


Qrantların verilməsi haqqında qərar aşağıdakı dörd mərhələyə uyğun olaraq veriləcəkdir:

(1) ATƏT tərəfindən sənədlər paketlərinin tələblərə uyğunluğunun yoxlanılması və qısa-siyahının müəyyənləşdiriləsi üçün ilkin seçimin keçirilməsi

(2) Qısa siyahıya salınmış təşkilatlar tərəfindən tam layihə təlkiflərinin hazırlanması və təqdim edilməsi

(3) Layihə təlkiflərinin TƏMVF Milli Seçim Şurası (MSŞ) tərəfindən qiymətləndirilməsi və seçimi


Veriləcək qrantların sayı mövcud maliyyə vəziyyətindən asılı olacaqdır.

Mürəciət etmiş bütün təşkilatlara seçim prosesinin nəticələri haqqında məlumat veriləcəkdir.


VII. Sənədlər paketinin və layihə təkliflərinin hazırlanmasına texniki yardım


TƏMVF Proqramının bacarıqların artırılması komponentinin bir hissəsi kimi, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi qrant üçün müraciət edən VCT-lərə, əgər xahiş olunarsa, onların sənədlər paketinin və layihə təkliflərinin hazırlanmasında təlimat və texniki yardım göstərəcəkdir. Lakin bu cür yardım və təlimat müvafiq konsepsiya sənədinin və ya layihə təklifinin MSŞ tərəfindən seçilməsinə zəmanət vermir.

TƏMVF Kiçik Qrantlar Proqramı ilə bağlı suallar və təlimat üçün ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin Ətraf Mühit şöbəsinin əməkdaşı Xoşbəxt Ismayılova ilə khoshbakht.ismailova@osce.org elektron poçtu vasitəsilə və nüsxəsini Alış və maddi-texniki işlər üzrə köməkçi İlqar Həsənova ilgar.hasanov@osce.org elektron ünvanına göndərərək konsepsiya sənədlərinin qəbulu üçün müəyyən edilən son tarixdən öncə əlaqə saxlaya bilərsiniz.



1 Gender aspektinin inteqrasiya edilməsi haqqında ətraflı məlumatı ATƏT-in “Gender və ətraf mühit” vəsaitindən əldə etmək olar: http://www.osce.org/gender/36360



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə