Tədbirin rəsmi hissəsi saat 11 00 Mərkəzi kitabxanada Heydər Əliyev İdarəçilik Universitetində keçirildi. Rəsmi hissəni giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri V




Yüklə 8.7 Kb.
tarix14.04.2016
ölçüsü8.7 Kb.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq probleri üzrə Dövlət Komitəsinin 17 oktyabr 2011-ci il tarixli məktubu ilə bağlı 04 noyabr 2011 ci il tarixində Lənkəran Mərkəzi Kitabxanasının binasında “Nəsillər arası münasibətin cəmiyyətin formalaşmasında rolu” başlığı altında tədbir təşkil olunmuşdur.Tədbir çərçivəsində Kitabxananın foyesində sənətkarların əl işlərinin, uşaq rəssamlıq məktəbi və Uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin əl işlərinin və rəsm əsərlərinin sərgisi təşkil olunmuşdur.



Tədbirin rəsmi hissəsi saat 11 00 Mərkəzi kitabxanada Heydər Əliyev İdarəçilik Universitetində keçirildi. Rəsmi hissəni giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri V.Fərzullayev açaraq tədbirin mühümlüyündən ümumiyyətlə ailədə və cəmiyyətdə milli dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, gənc nəslin yaşlı nəslə hörmət və məhəbbətin qorunub saxlanılması haqda məlumat verdi. Sonra tədbirdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin məsül işçisi M.Səfərov çixiş edərək müasir cəmiyyətimizdə ahıllarla sıx ünsiyyətin yaradılmasının vaciblini, gənclərdə ahıllara qarşı qayğının və diqqətin formalaşmasının vacibliyini vurğuladı. Çıxışının sonunda İcra Hakimiyyəti tərəfindən bu sahədə görülmüş işlər haqqında məlumat verdi. Tədbirdə iştirak edən Rayon Ağsaqqallar şurasının sədri K.Kələntərli, Prezident təqaüdçüsü, folklorşünas alim Mirhaşim Talışlı, Rayon Ağsaqqllar şürasının üzvü S.Məmmədov, Tərəqqi medalı ilə təltif olunmuş qocaman kitabxanaçı S.Rzayeva, qocaman mədəniyyət işçisi Yəhya Hətəmov, MİHK Lənkəran şöbəsinin sədri E.Əhmədova və s. çıxış edərək müasir cəmiyyətimizdə milli dəyərlərin qorunub saxlanılması, gənc nəslin yaşlı nəslə hörmət saxlaması haqda çıxış etdilər. Müasir Azərbaycan Respublikasında bu sahənin daim diqqət mərkəzində olması haqda məlumat verdilər. Sonra tədbirin bədii hissəsinə başlanıldı.

Tədbirin bədii hissəsində Separadi kənd mədəniyyət evinin “Nənələr” folklor kolektivi maraqlı musiqi proqramı ilə çıxış etdi, qocaman mədəniyyət işçisi Yəhya Hətəmov azərbaycan muğmlarını ifa etdi. Günün ikinci yarısında Lənkəran Dövlət Dram Teatrında Boladi kənd klubunun, Girdəni kənd mədəniyyət evinin, Uşaq evi klubunun, Vilvan kənd klubunun uşaq rəqs kollektivlərinin, uşaq musiqi məktəblərinin uşaq folklor kollektivlərinin iştirakı ilə konsert təşkil olundu. Konsert saat 16 00 kimi davam etdi. Eyni zamanda Şəhər Veteranlar klubunda və H.Aslanovun ev muzeyində yaşlı nəslin nümayəndələri, müharibə veteranları və gənclər ilə görüşlər təşkil olundu fikir mübadiləsi aparıldı.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə