Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm




Yüklə 95.01 Kb.
tarix27.02.2016
ölçüsü95.01 Kb.
Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Mənbəşünaslıq və tarixşünaslıq, HIST 303, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2015

Fənni tədris edən müəllim

Rüxsarə Quliyeva

E-mail:

ruxsaraguliyeva@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

I gün -1030-1150 ; 1200-1320

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Ədəbiyyat
Mənbələr

1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. I-II cildlər, Bakı, 1998.

2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989

3. Bakıxanov A.A. Gülüstan-i İrəm. B., 2006.

4. Мoisey Kalankaytuklu. Alban tarixi. Bakı, 1993.

5. Mixitar Qoş. Alban xronikası. Bakı, 1993

6. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1974.

7. Акты Кавказской Археографической комиссии. I – XII cildlər, Тифлис, 1866- 1904


Monoqrafiyalar və elmi tədqiqatlar

8. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə, B., 2006.

9. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti. B., 2006.

10. Dəlili N. Azərbaycanın cənub хanlıqları ХVIII əsrin II yarımilliyi . B, 1979.

11. Fərzəlibəyli Şahin. XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı, 2003

12. Həsənli C. Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918-1920. Bakı, 1993

13. Hüseynzadə Ə. XIX əsrin II yarısında Azərbaycan tarixşünaslığı. B., 1967

14. İsgəndərov A.C. "Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı" Bakı, 2006. Yenə onun: 1918-ci il mart qırğınının

15. Quliyev Ə, Həsənov İ., Striqunov İ. XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda tarix elminin inkişafı. Bakı, 1960

16. Səfərov Y.H. Azərbaycanın qədim, erkən orta əsrlər tarixinin tarixşünaslığı: 1960-1995. B,1998

17. Umudlu V.U. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828). Bakı, 2004

18. Zülfüqarlı M. Azərbaycan tarixinin II respublika dövrünün tarixşünaslığı. B., 2001.

19. Aşırlı Akif. Azərbaycan mətbuatı tarixi (1875-1920). Bakı, 1920

20. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007

21. Quliyeva R.B. Azərbaycan Albaniyasının əhalisi. Namizədlik dissertasiyasının avtorefertaı. Bakı, 2014

22. Məmmədоv Х. Azərbaycan milli hərəkatı 1875-1918. B., 1996.

23. Məmmədova F. Albaniyanın siyasi tarixi və tarixi coğrafiyası. B., 1993.

24. Малов С.Е. Памятники древнетюркской письменности. М., Л, 1951

25. Мамедова Ф. Албания и албанцы. Б., 2006.

26. Сумбатзаде А. С. Aзербайджанцы–этногенезис и формирование народа. Б, 1990.

27. Сумбатзаде А.С. Азербайджанская историография XIX-XX вв. Б., 1982.

28. Фарсобин В.В. Источниковедение и его метод М., 1983


Dərsliklər

29. Azərbaycan tarixi. Bakı, 1996



30. Azərbaycan tarixi. VII cilddə. Bakı, 2007-2008

İnternet saytları

www.azerbaijan.az;

www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org

www.history.az

Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzeylərə ekskursiyaların təşkil edilməsi

  • bəzi mövzularla əlaqədar olaraq tanınımış alim və mütəxəssislərin dərslərə dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə


Komponentləri

Tarix, son müddət

Faiz(%) ,bal

Rüxsarə Quliyeva

Dərsdə fəallıq

Dərslərdə, diskussiyalarda və elmi seminarlarda iştirak etmək

5 bal

Prezentasiya

Müstəqil tədqiqat işinin yazılı təqdimatı (mövzuların siyahısı əlavə edilir)

10 bal

Yoxlama işi (quiz)

  1. Mənbəşünaslıq kursunun materialı əsasında. mart 2015

5 bal

Aralıq imtahanı

Mənbəşünaslıq. Mart 2015

35 bal

Yoxlama işi (quiz)


  1. Tarixşünaslıq kursunun materialı əsasında. May 2015

5 bal

Final imtahanı



Tarixşünaslıq. May 2015

40 bal

Kursun təsviri

Mənbəşünaslıq tarixi mənbələrin yaranması və onlarda tarixi həqiqətin obyektiv olaraq əks olunmasının qanunauyğunluqlarını öyrənir. Mənbəşünaslıq tarixi mənbələr haqqında elmdir. Eyni zamanda tarixi tədqiqatlarda mənbələrdən istifadə və öyrənilməsinin nəzəriyyə və praktikasıdır. Elm dünyasında “Evristika”,Sovet tarixşünaslığında “mənbəşünaslıq” kimi tanınan bu elmi çox cəsarətlə tarixin nəzəriyyəsi adlandırmaq olar. Bu elm çox gəncdir və XIX əsrin əvvəllərində formalaşmışdır. İlk dövrlər yalnız yazılı mənbələrin aşkar edilməsi və tədqiqilə məşğul olsa da, hazırda nəzəri məsələlər onun əsas obyektlərindən biridir.

Dünya tarix elmini dərindən araşdırılması üçün onun iki əsas sütununu bilmək vacibdir. Bunlardan biri mənbəşünaslıq, digəri tarixşünaslıqdır. Azərbaycan tarixşünaslıq elminin müxtəlif dövrlərə görə inkişafı, mərhələləri və tarixə yanaşma proseslərini izləyib təhlil etməliyik. Eyni zamanda Azərbaycan tarixi çərçivəsində tarixçilik ənənələrinin yaranmasından müasir dövrə qədər olan bir prosedur, bu prosedurda müxtəlif xalqların, dövlətlərin, siyasi-vəziyyətin, dinin, mədəniyyətlərin və s. təsirindən söhbət açacaq və bu dəyişkənliyi zamana və mühitə görə təhlil edəcəyik. Bu predmeti tədris edərkən Azərbaycan tarixçiləri ilə yanaşı Osmanlı, Ərəb, Fars, Rus Qərbi Avropa və Amerika tarixçilərinin də əsərlərinə diqqət çəkiləcək, Azərbaycan tarixinə digər qonşu dövlətlərin təsiri, onların təsirinin Azərbaycan tarixçiliyində yeri və rolu da təhlil ediləcəkdir. Həmçinin ilk dəfə olaraq, Azərbaycan tarixşünaslıq elminin inkişaf prosesini şərti olaraq zamanlara görə bölüb müəyyən edəcəyik. Tarixşünaslıq elmi əsaslarla yaranana qədər tarixi təsəvvür və biliklər formasında mövcud olmuşdur. Tarixi keçmişimiz haqqında hər bir dövrdə yaranan yeni qaynaqlar həmin dövrün tarixşünaslıq əsəri hesab olnur.



Kursun məqsədləri

Mənbəşünaslığın məqsədi onun nəzəri-metodoloji prinsipləri əsasında mənbələrin tarixi həqiqətə tam uyğun olaraq öyrənilməsi üsulu, eləcə də, aşkara çıxarma metodunun işlənib hazırlanması, onda toplanmış informasiyaların seçilməsi və sistemə salınmasından ibarətdir.

Tarixşünaslığın məqsədi bütün tarixi dövrlərdə yazılmış əsərlərin müqayisəli təhlilini həyata keçirməklə problemlər haqqında yazılmış materialları tədqiqata cəlb etməkdən ibarətdir.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Mənbəşünaslıq və tarixşünaslıq haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir


Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.


Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.


Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.


İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qıymətlə imtahandan kənarlaşdırılır.


Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan igər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılacaq)

Mövzular






26.01.2015
2.
2.

Mənbəşünaslıq kursuna giriş.


Azərbaycan tarixinə dair qədim dövr mənbələri

2, 28
2, 23





2.02.2015

2.
2.

Azərbaycan tarixinə dair antik dövr mənbələri


Azərbaycan tarixinə dair Suriya mənbələri

2, 25
25





09.02.2015

2.
2.

Erkən orta əsr türkdilli mənbələri


Azərbaycan tarixinə dair erməni və gürcü mənbələri

24
21, 25





16.02.2015

2.
2.

Azərbaycan tarixinə dair yerli narrativ mənbələr


Azərbaycan tarixinə dair ərəb mənbələri

2, 4, 5,25


2, 6




23.02.2015

2.
2.

Azərbaycan tarixinə dair farsdilli mənbələr


Azərbaycan tarixinə dair XVI-XIX əsr mənbələri

2
2




02.03.2015

2.

2.

XIX əsr – XX əsrin əvvəllərinə aid qanunvericilik sənədləri Azərbaycan tarixinə dair mənbə kimi


XIX əsr – XX əsrin əvvəllərinin tarixi və ədəbi əsərləri tarixi mənbə kimi

2, 7


2




09.03.2015

2.
2.

XIX– XX əsrin dövrü mətbuatı mənbə kimi


Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid mənbələr

19
1





16.03.2015

2.


2.

Yeni dövr mənbələri, Sovet dövrünə aid mənbələr (II Respublika dövrü)


Tarixşünaslıq kursuna giriş

18
15, 27




Aralıq imtahanı



23.03.2015

2.
2.

Azərbaycanda tarixi biliyin meydana gəlməsi və mərhələləri.
Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri.

3, 13, 15

3, 13, 15






30.03.2015
2.

2.

Azərbaycanın qədim dövrünün və qədim dövlətlərinin tarixşünaslığı.


Etnogenez problemi və onun tarixşünaslığı

16

26, 29





06.04.2015

2.
2.

Azərbaycan feodal dövlətlərinin tarixşünaslığı.


Səfəvi dövlətinin tarixşünaslığı

8, 9, 11
20





13.04.2015

2.
2.

Azərbaycan Xanlıqlarının tarixşünaslığı


Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı

10, 30
17





20.04.2015

2.
2.

Azərbaycan Milli hərəkatının tarixşünaslığı


Türk-müsəlman soyqırımının tarixşünaslığı.

22
14






27.04.2015

2.
2.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixşünaslığı


II Respublika dövrünün tarixşünaslığı.


12
18





04.05.2015

2.
2.

Dağlıq Qarabağ probleminin tarixşünaslığı.


Azərbaycan tarixinə dair ümumiləşdirilmiş əsərlərin tarixşünaslıqda yeri

30
30









Final imtahanı




Yazı işinə aid qaydalar

  1. İş ayrıca vərəqlərdə yazılmalıdır.

  2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.

  3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.

  4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.

  5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.

  6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakültəsi, işin yerinə yetirildiyi departament göstərilməlidir.

  7. İş 5-7 kompüter səhifəsi həcmində, şrift 12, interval 1,5 olmalıdır.

Təqdimat mövzuları

  1. Mixi yazı parçaları Azərbaycanın qədim tarixinə dair mənbə kimi

  2. Azərbaycanın antik dövr etnik xəritəsi Yunan-Roma müəlliflərinin əsərində

  3. Kitabi Dədə Qorqud dastanı tarixi mənbə kimi

  4. XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-siyasi mühiti Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" əsərində.

  5. Adam Olearinin “Moskovya və Moskovydan keçməklə İrana, oradadn da geriyə səyahətinin təsviri” əsəri Azərbaycanın XVII əsr tarixinə dair mənbə kimi. .Адам Олеари. Описание путешестивия в Московию и через Московию в Персию и обратно. СПб., 1906.



  1. XVI əsrin tanınmış ingilis səyyahı Antoni Cenkinsonun “Gündəlik” əsərində Azərbaycanın iqtisadi təsviri. . Ангилиские путешестивенники в Московском государстве в XVI веке», Л., 1937, c. 202-205, 207-211, 215.

  2. Evliya Çələbinin. «Səyahətnamə»sində XVII əsr Azərbaycan şəhərlərinin təsviri.

  3. Azərbaycanın XVII əsrdə Azərbaycanın sosial-iqtisadi həyatının təsviri Yan Streysin «Səyahət» əsərində. . Стрейс Я.Я.Три путешествия. M., 1935

  4. A.A.Bakıxanov və Azərbaycan tarixşünaslığında yeni mərhələnin başlanması.

  5. Azərbaycan tarixi üzrə memuar xarakterli mənbələr.

  6. Azərbaycan tarixi üzrə sənəd tipli mənbələr

  7. Azərbaycanın II Dünya müharibəsində iştirakının tarixşünaslığı.

  8. Səfəvilər dövlətində Azərbaycan dilinin rəsmi dil kimi işlədilməsini təsdiq edən mənbələr

  9. Azərbaycan tarixi üzrə səlnamə tipli mənbələr (nəsrani mənbələr).

  10. Qafqaz İslam Ordusunun tarixşünaslığı.

  11. Azərbaycanın Rusiya tərəfindən işğalına tarixi baxış.

  12. Səfəvi dövləti dünya tarixşünaslığında


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə