Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm




Yüklə 69.13 Kb.
tarix21.04.2016
ölçüsü69.13 Kb.




Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________



Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Cənubi Qafqazda etnik münaqişələr, 3 kredit,

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2014

Fənni tədris edən müəllim (lər)

PhD Araz Aslanlı

E-mail:

aslanly@yahoo.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

Təhsil fakultəsi:

IV gün, saat 13:40-15:00, 15:10-16:30, otaq

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Seçmə

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

  1. *Mühazirə mətnləri

  2. Azərbaycan tarixi yeddi cilddə, AMEA nəşri, Bakı, 2008, VII cild.

  3. Araz Aslanlı .Qarabağ problemi: tarixi, mahiyyəti, həlli prosesi . Bakı, 2009.

  4. Məqalələr (müəllim tərəfindən veriləcək).

Tədris metodları

Mühazirə

Tədris metodları

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:



  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, bilgisayar, video və digər əyani vəsaitlərdən istifadə

  • bəzi mövzularda alim və mütəxəssislərin dərslərə dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%), bal

Aralıq imtahanı

Noyabr

(sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında imtahan verilir).



30

Praktiki məsələ







Fəallıq

Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək

10

Tapşırıq və testlər






Kurs işi (Layihə)

Esse və təqdimat

15

Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Yanvar

(noyabr və dekabr aylarında keçirilən mövzular əsasında final imtahan verilir).



45

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Fənnin məqsədi

Azərbaycan kifayət qədər ciddi bir problemlə - ərazilərinin 20%-ə yaxınının hələ də Ermənistan işğalı altında və 1 milyona yaxın insanın hələ də qaçqın və məcburi köçkün kimi doğma yurdlarından uzaqda qalmaları ilə yaşamağa məcburdur. Amma Cənubi Qafqazdakı etnik problemlər bununla məhdud deyil. Qonşu Gürcüstan Respublikası uzun illər Cənubi Osetiya, Abxaziya, Acarıstan, Cavaxetya problemlərindən əziyyət çəkmişdir. Hal-hazırda Cənubi Osetiya və Abxaziya işğal edilmiş və Gürcüstanın nəzarətindən kənardadır. İşğalların davam etməsi xüsusi halda Azərbaycanın, ümumilikdə isə regionun imkanlarının inkişaf, rəfah və bənzər məqsədlər üçün deyil, daha çox hərbi məqsədlər üçün istifadə edilməsinə səbəb olur. Bundan əlavə işğal həm Cənubi Qafqaz çərçivəsində, həm də daha geniş çərçivədə əməkdaşlıq imkanlarını da məhdudlaşdırır.

Ümumi və qısa adla Qarabağ problemi kimi adlandırılan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin, eləcə də digər münaqişələrin öyrənilməsi xüsusilə humanitar ixtisaslarda təhsil alan tələbələr üçün ciddi əhəmiyyət daşıyır. Bu fənnin tədrisi zamanı əvvəlcə konfliktologiya və sülhyaratma prosesləri haqqında məlumat veriləcək, daha sonra qeyd olunan problemlərin tarixi, mahiyyəti və həll prosesi öyrədiləcəkdir. Qarabağ problemi çərçivəsində Ermənistan tərəfinin iddiaları, tezisləri, bunlara qarşı ortaya qoyula biləcək tezislər Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və Avropa mənbələrinə istinadən izah ediləcəkdir. Eyni şəkildə Cənubi Osetiya problemi və Abxaziya problemi də Gürcü, Rus, Abxaz, Osetin, eləcə də Qərb mənbələrinə istinadən öyrədiləcəkdir.


Tədrisin (öyrənmənin) nəticələri

Fənnin Tədrisinin nəticəsi

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Konfliktologiya və Cənubi Qafqazdakı etnik münaqişələr barədə ümumi ümumi məlumat yaranacaq,

  • Qarabağ probleminin tarixi haqqında ümumi məlumat yaranacaq,

  • Regiondaki etnik köçlər haqqında ümumi məlumat yaranacaq,

  • Qarabağ probleminin mahiyyəti haqqında ümumi məlumat yaranacaq,

  • Qarabağ probleminin həll prosesi haqqında ümumi məlumat yaranacaq,

  • Qarabağ probleminə dair Ermənistan tərəfinin tezisləri və qarşı tezislər öyrəniləcək,

  • Abxaziya problemi barədə ümumi məlumat yaranacaq,

  • Cənubi Osetiya problemi barədə

  • “2008-ci ilin avqust hadisələri”, eləcə də bunun Qarabağ probleminə təsiri dərindən öyrəniləcək,

  • Milli azlıqların hüquqları, etnik münaqişələr, zəruri müdafiə hüququ və s. məsələlər dair izahat verilərək Qarabağ probleminə beynəlxalq hüquq çərçivəsində yanaşmaya dair məlumat əldə ediləcək.

Qaydalar (Tədris siyasəti və davranış)

Qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.



Tematik Plan

Həftə

Tarix

(planlaşdırılmış)



M Ö V Z U L A R



Mühazirə

(saatlar)

Qeyd




18.09.2014

Mövzu 1. “Cənubi Qafqazda etnik münaqişələr” fənninə giriş. Fənn ilə və dərs planıyla ümumi tanışlıq, keşmiş Sovet regionundakı etnik münaqişələr barədə ümumi məlumat

4







25.09.2014

Mövzu 2. Konfliktologiya və sülhyaratma təşəbbüsləri

4







02.10.2014

Mövzu 3. Qarabağın coğrafiyası, sözün etimologiyası, Qarabağ probleminin tarixi (20-ci əsrə qədərki mərhələ), etnik köçlər

4







09.10.2014

Mövzu 4. Qarabağ probleminin müasir mənada ortaya çıxışı: 20-ci əsrin əvvəllərində baş verənlər; SSRİ dövrü

4







16.10.2014

Mövzu 5. 20-ci əsrin sonlarında problemin alovlanması; Kiçik münaqişədən müharibəyə; Xocalı Soyqırımı

4







23.10.2014

Mövzu 6. Qarabağ problemi: Atəşkəs müqaviləsinə qədərki mərhələ

4







30.10.2014

Mövzu 7. Qarabağ probleminin həlli prosesi; Minsk Qrupu; Beynəlxalq təşkilatların qərarları

4








Aralıq imtahanı (I-VII mövzular)








8.


06.11.2014

Mövzu 8. Qarabağ probleminin mahiyyəti və terminologiya məsələsi

4







13.11.2014

Mövzu 9. Beynəlxalq hüquqda və Azərbaycanda milli azlıqlar məsələsi

4







20.11.2014

Mövzu 10. Ermənistan tərəfinin tezisləri və qarşı tezislər

4







27.11.2014

Mövzu 11. Qarabağ probleminin həlli prosesi – Azərbaycanın zəruri müdafiə hüququ

4







04.12.2014

Mövzu 12. Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri

4







11.12.2014

Mövzu 13. Cənubi Osetiya problemi: 2008-ci ilə qədərki proseslər

4







18.12.2014

Mövzu 14. Abxaziya problemi: 2008-ci ilə qədərki proseslər

4







25.12.2014

Mövzu 15. 2008-ci ilin avqust hadisələri (Cənubi Osetiya və Abxaziya problemi çərçivəsində baş verənlər)

4










FİNAL İMTAHANI








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə