Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm




Yüklə 111.73 Kb.
tarix08.04.2016
ölçüsü111.73 Kb.
Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:_____________

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Azərbaycan tarixi ,HIST303, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2015

Fənni tədris edən müəllim (lər)

PhD Dilavər Əzimli

E-mail:

D-Azimli@rambler.ru

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

IV- 15:10 – 16:30; 16:40 – 18:00 302(N)

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas  dərsliklər: * işarəsi ilə göstərilmiş kitablar cədvəldə verilmişdir.

1. *Azərbaycan  tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər).  Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996 başqa nəşrlər

2. *Azərbaycan  tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək).

Z. Bünyadovun və Y. Yusifovun redaktəsi ilə. Bakı, 1994 və başqa nəşrlər

3. *İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

4. *Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.

5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.

6. Azərbaycan tarixi (ali məktəblər üçün dərslik) Bakı . “Bakı Universiteti” nəşriyyatı, 2014
Əlavə  dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

6. İqrar Əliyev. Azərbaycan tarixi. Red. Bakı, 1993.

7. Kərim Şükürov. Azərbaycan tarixi, 2-ci hissə, Bakı, 1998.

8. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.

9. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

10. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

11. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

12. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.



13. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.

14. N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı 2004

Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.

İnternet saytları

www.azerbaijan.az;                  www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org               www.history.az


Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

- bəzi mövzularla əlaqədar olaraq tanınmış alim

və mütəxəssislərin dərslərə dəvət edilməsi



Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%), bal

Aralıq imtahanı

Mart

(yanvar , fevral və mart aylarında keçirilən dərslər əsasında imtahan verilir).



35

Praktiki məsələ







Fəallıq

Dərslərdə,diskussiyalarda iştirak etmək –5b.

Aralıq imtahan qabağı sınaq işi – 5 b.

Final imtahan qabağı sınaq işi – 5 b.


15


Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə

Prezentasiya mövzusu –5b

5

Final imtahanı

May

(Mart, aprel və may aylarında keçirilən mövzular əsasında final imtahan verilir).



45

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bu vaxta qədər elmimizdə “avromərkəzçilik” xətti hökmran olmuşdur. Bu nəzəriyyə Vətən tarixinə ağır zərbələr vurmuş, Azərbaycan tarixi həmin nəzəriyyənin yaradıcılarının maraqlarına uyğun olaraq tədris olunmuşdur. Azərbaycan ikinci dəfə müstəqilliyə nail olduqdan sonra tarixin öyrənilməsi istiqamətində də fundamental dəyişikliklər baş vermişdir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.

Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılacaq)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



4
31.01.2015


Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.


[1, bölüm1-3,

s.8-76;];

[2, fəsil 1-2, s.20-125];

[4, fəsil 1,2,

s.6-24]; [6, fəsil 1-2, s.3-18]





4
07.02.2015


Atropatena və Alban dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan erkən orta çağda, yeni ictimai münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət.

[1, bölüm 4-5, s.77-129];

[2, fəsil 3-5,

s.126-219];

[4, fəsil 2-3,

s. 25-43]; [6, fəsil 3-4, s.19-40 ]




4
14.02.2015



Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.

Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.

IX-cu yüzilliy­­in ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan f­eodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.

[1, bölüm 6-8, s.130-213];

[2, fəsil 6-8,

s. 220-305];

[4, fəsil 3,

s.43-50];[ 6, fəsil 6-7-8, s.40-68]





21.02.2015


Azərbaycan Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan mədəniyyəti.Azərbaycan Monqol ağalığı dövründə.

[1, bölüm 8-9,

s. 214-299];

[2, fəsil 9-10,
s.306-361];

[4, fəsil, 3-5,

s.50-74]; [6,fəsil 9-10-11, s.69-98]




4

28.02.2015


Azərbaycan XIV yüzilliyinin sonu- XV-ci yüzillikdə. Ölkənin ictimai siyasi həyatı. Şirvanşahlar dövləti. Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Hurufilik.

Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.



[1, bölüm 10-11, s. 300- 363];

[2, fəsil 11, s.362-408];

[4, fəsil 5,6,

s.75-101]; [6, fəsil12-13-14-15-16, s.99-119]





07.03.2015


Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.

Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu - XVIII yüzilliyin 20-30-cu illəri).


[1,bölüm 12-14,

s.364-507];

[2, fəsil 12-13,

s. 409-547];

[4, fəsil 7,8,9,

s.102-195]; [6, 17-18-19-20, s.120-152]




4
14.03.2015


Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici siyasəti.


[1, bölüm 15,

s.508-569];

[2, fəsil 14,

s. 548-595];

[4, fəsil 10,11,

s.196-239];[ 6, fəsil 21-22, s.153-171]







Qeyd: Aprel ayında dərslərin biri “Azərbaycan Milli Tarixi Muzeyi”də keçiriləcək




Aralıq imtahanı



4
21.03.2015


Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu - XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.

XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai - siyasi həyat. İqtisadi durum. M­üstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.

Şimali Azərbaycan XIX-cu yüzilliyini ikinci yarısında. Kapitalist münasibətlərin yaranması və inkişafı. Bakının dünya neft mərkəzi kimi yüksəlişi.


[1,bölüm 16-18,

s. 570-771];


[2, fəsil 15-22,

s. 596-668];

[4, fəsil 12,13,

s.240-265]; [6, fəsil 23-24-25-26-27-28, s.172-209]






4
28.03.2015


Şima­li Azərbaycan XX əs­rin əvvəllə­rində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycan­da demokratik hərəkat.

Azərba­ycan Birin­ci d­ünya müh­aribəsi ill­ərində. Azər­baycan Ru­s inqilabı ill­ərində (fevral – okt­yabr 1917-ci il).

Azərbayc­an Demokratik Respublikası. Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsi. ADR-in daxili siyasəti. Azərbaycanın beynəlxalq vəziyyəti. Aprel işğalı. ADR-in süqutu.


[4,fəsil 15,16,

s. 273-299];


[5, fəsil 1-4,

s.3-145; fəsil 7-8, s.182-270]; [6, fəsil 29-30-31-32-33-34-35-36-37, s.210-267]





4
04.04.2015


Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu illərdə. Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları.

Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Milli azadlıq hərəkatı - 21 Azər.



[4, fəsil,17,18,

s.300-319];


[5, fəsil 10-13,

s. 291-374]; [6, fəsil 38-39-40-41-42, s.268-314]





4
11.04.2015


Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.

Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması.


[4, fəsil,19,20,

s.320-336];

[5, fəsil 14-15,

s.374, 374-442]; [6, fəsil 43-44, s.315-330]




4
18.04.2015



Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.

Ayaz Mütəllibovun siyasi xəttinin i­flası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ m­üharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.

[4, fəsil 20,21, s.337-344];

[5, fəsil 16-17,

s. 442-488];[ 6, fəsil 45-46, s.331-341]






4
25.04.2015



Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi is­lahat təşə­bbüsləri. Gə­ncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının de­vrilməsi.

P­rezide­nt səlahiyyət­lərinin Heyd­ər Əliye­və ve­rilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə d­­oğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Ə­srin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin ye­kunları.



[4, fəsil 21,22,

s. 344-349];

[5, fəsil 17-18,

s. 488-546; 14];


[13,14]; [6, fəsil 47, s.342-360]



4
02.05.2015



Y­eni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun d­avam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xa­rici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının

ne­ft strategiyası.

İlham Əliyevin prezident seçilməsi (2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. 2013-cü il, növbəti dəfə prezident seçilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.


[4, fəsil 22,

s. 344-349];


[5, fəsil 17-18,

s. 488-546; 15];


[13,14]; [6, fəsil 49, s.361-363]




4

09.05.2015



İlham Əl­iyevin daxili və xarici siyasətin­in uğ­urları. Da­ğlıq Qarabağ uğrun­da aparılan diplomatik mübar­i­z­ə.

[12,14,15]; [6, fəsil 49, s.364-372]







Final imtahanı




Prezentasiya mövzuları:

  1. Azərbaycan ərazilərində erkən dövlət qurumları.

  2. ilk dövlətlərin yaranması (Aratta, Lullubi, Kuti, Manna).

  3. Atropatena dövləti.

  4. Albaniya dövləti.

  5. III-VII əsrlərdə Azərbaycanda mədəniyyət.

  6. Azərbaycanda Ərəb ağalığı.

  7. Xürrəmilər hərəkatı.

  8. Azərbaycanda etnogenez problemi.

  9. Azərbaycan IX yüzilliyin II yarısı-XI yüzilliyin I yarısında.

  10. Azərbaycan Şirvanşahlar dövləti.

  11. XI-XII yüzilliklərdə Azərbaycanda mədəniyyət.

  12. Azərbaycan Moğol imperiyasının tərkibində.

  13. Azərbaycan Hülakülər dövründə.

  14. Əmir Teymurun Azərbaycana yürüşləri.

  15. Qaraqoyunlu dövləti.

  16. Ağqoyunlu dövləti.

  17. Azərbaycan Səfəvi dövlətinin yaranması.

  18. XVI əsrin sonu-XVII əsrin əvvəllərində Azərbaycanda mədəniyyət.

  19. Azərbaycan Səfəvilər dövlətinin süqutu.

  20. Azərbaycan Əfşarlar dövləti.

  21. Azərbaycan Qacarlar dövləti.

  22. Azərbaycanda xanlıqların yaranması.

  23. Gülüstan müqaviləsi.

  24. Türkmənçay müqaviləsi.

  25. Quba üsyanı.

  26. Şəki üsyanı.

  27. Lənkəran üsyanı.

  28. Qarabağ atları.

  29. Cənubi Azərbaycan XIX əsrdə.

  30. Azərbaycan XIX əsrin II yarısında.

  31. Azərbaycan XX əsrin əvvəllərində.

  32. Cənubi Azərbaycan XX əsrin əvvəllərində.

  33. 1918-ci il mart soyqırımı.

  34. Azərbaycan Demokratik Respublikası.

  35. Azərbaycan 1920-1940-cı illərdə.

  36. Azərbaycan II Dünya müharibəsi illərində.

  37. Cənubi Azərbaycan II Dünya müharibəsi illərində.

  38. Cənubi Azərbaycanda 21 Azər hərəkatı.

  39. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-53-cü il).

  40. “Dağlıq Qarabağ” problemini və mahiyyəti.

  41. Azərbaycan Xalq Cəbhəsinin yaranması və fəaliyyəti (XX əsrin 80-ci illərinin sonu).

  42. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (XX əsrin 80-ci illərinin sonu).

  43. 1990-cı il 20 yanvar faciəsi.

  44. Azərbaycan 1990-1992-ci illərdə.

  45. Xocalı soyqırımı.

  46. Azərbaycan AXC iqtidarının fəaliyyəti dövründə.

  47. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı.

  48. Heydər Əliyevin fəaliyyəti. Neft siyasəti.

  49. İlham Əliyevin prezident seçilməsi

  50. Dağlıq Qarabağ uğrunda Azərbaycan diplomatiyasının mübarizəsi.

  51. Moisey Kalankatuklunun “Albaniya tarixi” əsəri Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi.

  52. “Dədə Qorqud” dastanları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi.

  53. “Tarix-i alam-arayi Abbasi” Azərbaycan tarixini öyrənmək üçün mühüm bir mənbə kimi.

Tarixi şəxsiyyətlər:

1.Atropatena hökmdaraları

2.Albaniya hökmdarları

3.Şirvanşah hökmdarları

4.Atabəy Eldəniz

4.Şirvanşah I İbrahim

5.Qazan xan.

6.Əmir Teymur.

7.Qara Yusif.

8.Həsən padişah.

9.Sara xatun.

10.Səfiəddin Ərdəbili.

11.Şah I İsmayıl.

12.Şah I Təhmasib.

13.ŞahI Abbas.

14.Nadir şah Əfşar.

15.Ağa Məhəmməd şah Qacar.

16.Qubalı Fətəli xan.

17.Cavad xan.

18.İbrahim xan.

19.Hacı Çələbi.

20..Şeyx Şamil.

21.Daniyal bəy.

22.Qaçaq Nəbi.

23.M.Ə.Rəsulzadə.

24.Səməd bəy Mehmandarov.

25.Əli bəy Hüseynzadə.

26.Hacı Zeynalabdin Tağıyev.

27.Musa Nağıyev.

28.Şəmsi Əsədullayev.

29.Fətəli xan Xoyski.

30.Nəriman Nərimanov.

31.Əbülfəz Elçibəy.

32.Heydər Əliyev.



Azərbaycan tarixçiləri

1.Abbasqulu Ağa Bakıxanov.

2.Məhəmməd Həsən Baharlı.

3.İsaaq Cəfərzadə.

4.Məmmədəli Hüseynov.

5.Ziya Bünyatov.

6.Zülfəli İbrahimov.

7.Əbdülkərim Əlizadə.

8.İqrar Əliyev.

9.Əlövsət Quliyev.

10.Nailə Vəlixanlı.

11.Oktay Əfəndiyev.

12.Sara Aşurbəyli

13.Qüdrət İsmayılzadə.

14.Məşədixanım Nemət.

15.Mikayıl Heydərov..

16.Solmaz Qaşqay

17.M.X.Şərifli.

18.Vaqif Piriyev.

19.Şahin Fərzəliyev.

20.Fəridə Məmmədova.

21.Kamal Əliyev.



22.Rauf Hüseynov.

23.Süleyman Əliyarlı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə