Tarix: 6 noyabr 2005-ci il Vaxt: 10: 00- dək




Yüklə 12.03 Kb.
tarix11.04.2016
ölçüsü12.03 Kb.
Seçki məsələləri üzrə Gənclər Təşkilatlarının Шябякясинин müşahidə korpusuнун

Seçki gününə даир оператив мялуматы



Tarix: 6 noyabr 2005-ci il Vaxt: 10:00- dək
87 sayli Aİ dairəsi üzrə qanun pozuntuları;
7:45 28 saylı məntəqədə bülletenlər göstərilmir, seyfdə saxlanılır;
7:53 7 saylı məntəqədə bülletenlər gizlədilib, müşahidəçilərə göstərilmir;
8.00 Seçki qutusunun yoxlanması zamanı işıqlar söndürülmüşdür;
8:15 19 saylı Ərəbuşağı seçki məntəqəsində polis seçkilərə müdaxilə edib. 8:21 bir nəfər şəxsə artıq bülleten verilib. 8:40 bir nəfər qutuya iki bülleten atıb. 8:47 komissiya sədri bir nəfərə Ərəstun Cavadovun adını çəkərək “ay sağol” deyib.
8:42 Dairədə məşvərətçimiz Namiq Məmmədov qeyd olunan qanun pozuntularını dairə sədri A.Dursunəliyevə rəsmi surətdə akt tərtib etmişdir, lakin dairə sədri aktı qəbul etməkdən imtina etmişdir;
8:45 İnternat məktəbində yerləşən 5 saylı məntəqədə barmaqların mürəkkəblənməsi yoxlanılmır;
8:50 53 saylı məntəqədə sədr seçicilərə yaxınlaşıb Ərəstun Cavadova səs verilməsini tövsiyə edir;
9:00 Dairədə saat 9 olmağına baxmayaraq A.Dursunəliyev şikayət kitabının aparılmasından imtina edir;
9:13 28 saylı məntəqədə bələdiyyənin sədri və onun köməkçiləri Ərəstun Cavadovun xeyrinə səs vermək məqsədilə seçicilərə təsir göstərir;
9:15 49 saylı məntəqədə komissiya üzvləri tamamlanmamış (iki nəfər olmadığı halda) seşki başlanılmışdır. Bələdiyyə və İcra strukturları işçıləri seçki prosesinə müdaxılə edir (seçıcılərə təsir göstərir, kimin xeyrinə səs vermə barədə göstərişlər verirlər). Barmağa mürəkkəbin vurulması komissiyanın üzvü olmayan icra nümayəndəsi həyata keçirir. Bir nəfər şəxsə 4 bülleten verilib;
9:17 37 sayli Ərəbmehdibəy seçki məntəqəsində icra nümayəndəsi siyahının yanında dayanıb deyirki: “Bilirsiniz kimə səs verəcəksiniz? Öz kəndçimiz Ərəstun Cavadova səs verəcəksiniz.”
9:20 52 saylı secki məntəqəsində komissiya üzvləri Ərəstun Cavadovun xeyrinə səs verməyi seçicilərə deyirlər.
9:22 28 saylı Qara-qaşlı seçki məntəqəsində komissiyə üzvləri seçicilərə deyirlər ki, Ərəstun Cavadova səs verin, seçkilərdən sonra şəxsiyyət vəsiqələrinin pullarını alacaqsınız. Büııetenlər beş-beş, on-on seyfdən çıxarılır.
9:25 3 saylı seçki məntəqəsində məntəqə sədri seçicilərə göstəriş verir ki, Ərəstun Cavadova səs versinlər.
9:27 4 nömrəli seçki məntəqəsində barmaqların mürəkkəblənməsinin yoxlanılması müşahidəçilərin görmədikləri yerdə aparilir.
24 saylı Bozavand seçki məntəqəsində 100-dək oxumağı bacarmayan seçicilərin əvəzinə Ərəstun Cavadovun xeyrinə bülletenlər işarələnir; İlıxçı məktəbində eyni hal baş verir. Bozavand məntəgəsində bir seçici 2 nəfərin əvəzinə səs verir.
Quba-Xəlilli məntəqəsində komissiya sədri və onun üzvləri çöldən eyni səs vermiş şəxsləri təzdən seçkidə iştirak edərək Ərəstun Cavadova səs verməyə çağırırlar.
Bu kimi pozuntular kütləvi xarakter daşıyaraq bir çox digər məntəqələrdədə təkrarlanır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə