T Ü rkolog I y a 2 2012 roza eyvazov kiŞVƏRİNİn poetik dünyasi X ü L a s ə




Yüklə 498.51 Kb.
səhifə4/4
tarix22.02.2016
ölçüsü498.51 Kb.
1   2   3   4

Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Türk xalqları ara­sında geniş yayılmış Günəş kultunun tarixi kökləri şumer epik mətnləri əsasında araşdırılmışdır. Şumer və türk epik düşüncəsində Günəş kultu­nun üst-üstə düşdüyü üzə çıxarılmışdır. Türk xalqları arasında geniş yayılmış Günəş kultunun tarixi köklərinin çox qədim olub, şumer dövrünə gedib çıxdığı sübut edilmişdir.

Türk xalqlarının mifologiyasını, etnoqrafiyasını, onların şumerlərlə qohumluq ilişgilərini öyrənmək işində istifadə oluna bilər.


Ə D Ə B İ Y Y A T


  1. «Oğuz Kağan» Dastanı / Yayına Hazırlayan M. Ergin. Ankara, 1988.

  2. Идегей: татарский народный эпос. Казань: Тат. кн. изд-во, 2006.

  3. Крамер С. Н. Шумеры. М., 2009.

  4. Церен Эрих. Библейские холмы. М., 1986.

  5. Kitabi-Dədə Qorqud. Bakı: Gənclik, 1978.

  6. Bayat Füzuli. Oğuz epik ənənəsi və «Oğuz Kağan» dastanı. Bakı: Sabah, 1993.

  7. Sadıq İslam. Şumer və türk folklorunda əbədi həyat ideyasi: şumerin «Həyat ağacı» və Dədə Qorqudun «Qaba Ağacı», türk folklorunda ağac kultu // Dədə Qorqud. 2010. № 1.

  8. Cəfərov Nizami. Seçilmiş əsərləri: 5 cilddə. Bakı: Elm, 2007. C. 3.

  9. Seyidov M. Günəş mifi // Elm və həyat. Bakı, 1983. № 2.

  10. Львова Э. Л., Октябрьская И. В., Сагалаев А. М., Усманова М. С. Традиционное мировоззрение тюрков Южной Сибири. Человек. Обшество. Новосибирск, 1989.

  11. Артамонов С. Д. Сорок веков мировой литературы: В 4 кн. М.: Просвещение, 1997. Кн. 1: Литература древнего мира.

  12. Абрамзон С. М. Этнографические сюжеты в киргизском эпосе «Манас» // Сов. этногр. 1947. № 2.

  13. Нюргюн Боотур Стремительный. Олонхо: Якутский народ­ный эпос // Героический эпос народов СССР. М.: Худож. лит., 1975.

  14. Нюргюн Боотур Стремительный: Якутский народный эпос / Пер. В. Державина // Героический эпос народов СССР. Л., 1979.

  15. Семби Марат. Тюркский фольклор как основа этимоло­гизации топонимов // «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» Uluslararası folklor konfransının materialları. Bakı, 2004.

  16. Namazov Qara. Ceyms Cercvard batmış Mu qitəsi haqqında // İskit. 2010.

  17. Yenə onun. Böyük uyğur imperiyası // Tarix və onun problemləri. Bakı, 2009. № 1–2.

  18. Kazımoğlu Muxtar. Folklorda qəhrəmanın oxşarı // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Bakı, 2009. № 28.

  19. Окладников А. П. Конь и знамя на Ленских писаниях // Тюркол. сб. М.; Л.: Изд-во АН СССР, 1951.

  20. Леринц Л. «Хурин Алтай» и «Еренсей» // Исследования по восточной филологии. М.: Наука, 1974.

  21. Ай-Хуучин: Хакасский героический эпос. Новосибирск, 1997.

  22. Лебедева Ж. К. Архаический эпос эвенов. Новосибирск, 1981.

  23. Tapdıq // Azərbaycan folkloru külliyyatı: Nağıllar. Bakı: Səda, 2006. С. 2.

  24. Zaman-zaman içində // Türk xalqlarının nağılları / Tərtib edib Azərbaycan türkcəsinə çevirəni Füzuli Gözəlov. Bakı: Yazıçı, 1993.

  25. Керам К. В. Боги, гробницы, учёные. М.: Наука, 1986.

  26. Новгородова Элеонора. Путь на горы Солнца // Вокруг света. 1988. № 11.

  27. Хейердал Тур. Экспедиция «Тигрис» // Юность. 1980. № 7.

  28. Qoroxov Aleksey. «Tiqris»in neçənci minilliyidir? // Ədəbiyyat və incəsənət. 1981. № 51.

  29. Он же. Сколько тысячелетий «Тигрису»? // Лит. газ. 1981. № 49.

  30. Tağısoy Nizami. Türk xalq dastanları qaraçay-balkar «Nart» dastanlarına bir nəzər // «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» Uluslararası folklor konfransın materialları. Bakı, 2010. Kitab 6.

  31. Балкаро-карачаевские сказания о нартах // Героический эпос народов СССР. М.: Худож. лит., 1975. Т. 1.

  32. Суразаков С. Алтайский героический эпос. М.: Наука, 1985.

  33. Гаджиева Т. М. Тюрко-монгольские параллели в нартском эпосе балкарцев и карачаевцев // İCANAS. 38: Uluslararası Asiya və Kuzey Afrika çalışmaları konqresi. Ankara, 2008. C. 2.

  34. Алтайские героические сказания: (Сказитель Алексей Калкин) / Пер. с алт. А. Плитченко. М.: Современник, 1983.

  35. Сагитов Мухтар. Поэзия народного духа // Урал-Батыр: Башкирский народный эпос / Пер. с башк. Газима Шафикова. Уфа, 1981.

  36. Насилов Д. М. Некоторые замечания к прочтению енисейских памятников // Письменные памятники Востока. 1971. М.: Наука, 1974.

  37. Неклюдов С. Ю. Мифология тюркских и монгольских народов // Тюркол. сб. 1977. М.: Наука, 1981.

  38. Боргояков М. И. Гуннско-тюркский сюжет о прародителе-олене (быке) // Сов. тюркология. 1976. № 3.

  39. Потанин Г. Н. Ерке. Культ сына Неба в Северной Азии: (Мат-лы к тюрко-монгольской мифологии). Томск, 1916.

  40. Бартольд В. В. Сочинения: В 9 т. М.: Наука, 1966. Т. 1.

  41. Şükürov Ağayar. Mifologiya. Bakı: Elm, 1996. Kitab 4.

  42. Ситчин З. Двенадцатая планета / Пер. с англ. Ю. Гольдберга. М., 2007.

  43. Гринцер П. А. Древнеиндийская литература // История восточной литературы. М.: Наука, 1983. Т. 1.

  44. Афанасвева В. К. Шумерская литература // Там же.

  45. Ögel Bahaeddin. Türk Mitolojisi: 2 cildde. İstanbul, 2001. С. 1.

  46. Тэйлор Э. Б. Первобытная культура: В 2 т. СПб., 1896. Т. 1.

  47. Уланов А. Бурятский героический эпос. Улан-Удэ, 1963.

  48. Церен Эрих. Лунный бог / Сокр. пер. с нем. Б. Д. Каллистова; Предисл. А. А. Нейхардт. М.: Наука, 1976.

  49. Şaman əfsanələri və söyləmələri / Tərcümə və tərtib edənlər Füzuli Gözəlov, Cəlal Məmmədov. Bakı: Yazıçı, 1993.

  50. Нанне, первородному сыну Энлиля // Антология шумерской поэзии / Вступ. ст., пер., коммент., слов. В. К.Афанасьевой. СП­б., 1997.

  51. Афанасьева В. К. Деяния богов // Я открою тебе сокровенное слово. М.: Худ. лит., 1981.

  52. Seyidov Mirəli. Qam-şaman və onun qaynaqlarına ümumi baxış. Bakı: Gənclik, 1994.

  53. Грач А. Д. Древнетюркская каменная фигура из района Мунгу-Хайрхан-Ула // Крат. сообщ. Ин-та этногр. М., 1958. Т. 30.

  54. Кононов А. Н. Способы и термины определения стран света у тюркских народов // Тюркол. сб. 1974. М.: Наука, 1978,

  55. Бартольд В. В. Сочинения: В 9 т. М., 1964. Т. 4.

  56. Бадалов Рахман. Правда и вымысел героического эпоса. Баку: Элм, 1983.

  57. Васильева О. В. Временные и пространственные представления в «Книге моего Деда Коркута»: (небесные тела) // Сов. тюркология. 1978. № 6.

  58. Ögel Bahaeddin. Türk Mitolojisi. Ankara, 1989.

  59. Abdulla Bəhlul. «Dədə Qorqud kitabı»nda ağ rəngin semantik simvolikası // «Dədə Qorqud dünyası». Bakı: Öndər, 2004.

  60. Токарев С. А. Боги // Мифология народов мира: В 2 т. М.: Сов. энцикл., 1991. Т. 1.

  61. Антология шумерской поэзии / Вступ. ст., пер., коммент., слов. В. К. Афанасьевой. СП­б., 1997.

  62. Cəfərsoylu İlhami. Türk dillərində teonim və etnonimlər. Bakı, 2010.

  63. Ögel Bahaeddin. Türk Mitolojisi: 2 cildde. Ankara, 1971. С. 1.

  64. Потапов Л. П. Охотничьи поверья и обряды у алтайских турков // Культура и письменность Востока. Баку, 1929. Кн. 5.

  65. Халипаева Империат. «Слово о полку Игореве» и кумыкский героический эпос – взаимовлияние культур // «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» Uluslararası folklor konfransının materialları. Bakı, 2007.

  66. Azərbaycan folkloru antologiyası: Ağdaş folkloru. Bakı: Səda, 2006.

  67. Щербаков Владимир. Атланты, боги и великаны. М.: Вече, 2003.

  68. Kaşğari Mahmud. Divanü lüğаt-it-türk / Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əskər: 4 cilddə. Bakı: Ozan, 2006. C. 1.

ИСЛАМ САДЫГ
КУЛЬТ СОЛНЦА В ШУМЕРСКОМ

И ТЮРКСКОМ ФОЛЬКЛОРЕ
Р е з ю м е
О культе Солнца написано много. Однако авторы этих иссле­дований оставили без внимания его первоисточник. В данной статье культ Солнца впервые исследуется на базе шумерских и тюркских эпических произведений. Проведённые параллели позволили вы­явить в шумерском и тюркском фольклоре сходные мотивы, вос­ходящие к одному этнопоэтическому, этномифическому, этно­гене­ти­ческому источнику.
Ключевые слова: шумер, тюрк, эпос, культ Солнца, Луна


ISLAM SADIG
SUN CULT IN THE SUMERIAN

AND TURKIC FOLKLORE
S u m m a r y
It was a lot of written about Sun cult, but nobody has been touched upon the primary sources. In this article at first time Sun cult was investigated owing to Sumerian and Turkic epic texts, was engaged interesting parallels. From these investigations result were discovered a lot of alike motives coming from the same ethnopoetical, ethnomythic, ethnogenetic source in the Sumerian and Turkic epic texts.
Key words: Sumerian, Turkic, epic, text, Sun cult, Moon




T Ü R K O L O G İ Y A

¹ 2 2012

MƏMMƏDXAN SOLTANOV

QUBA TOPONİMİ HAQQINDA

X ü l a s ə. Məqalədə Quba toponimindən söz açılır, həmin söz ono­maloji analizdən keçirilir və etimoloji kökü aydınlaşdırılır.
Açar sözlər: onomastika, antroponim, etimologiya, Quba, linqvistik

Dildə mövcud olan xüsusi adlar terminoloji faktor kimi onomastik vahidlər adlanır. Bu adların cəmi isə dilin onomastikasını təşkil edir. Onomastik leksika çox zəngin və rəngarəng olub, böyük bir sahəni əhatə edir. Buraya şəxs adları, soyadlar, təxəllüslər, ləqəblər, imzalar, nisbələr, bəzi səma çisimlərinə verilən adlar, coğrafi adlar, çay, göl, dəniz və s. adları, xüsusi əşya adları, bədii əsər, musiqi və musiqi kollektivlərinin, müəyyən dərnək və cəmiyyətlərin və s. adları daxildir. Azərbaycan şifahi xalq ədəbiyyatı, aşıq yaradıcılığı, klassik və müasir bədii ədəbiyyatımız onomastik vahidlərlə olduqca zəngindir. Azərbaycan xalqının solmaz bədii düşüncə sərvəti, poetik təfəkkürümüzün əzəli bölümü olan aşıq yaradıcılığında da Azərbaycan dilinin maraqlı söz bölümü olan onomastik vahidlərdən bacarıqla istifadə edilmişdir.

Aşıq yaradıcılığında çox işlənən onomastik söz qruplarından biri toponimlərdir. Toponimlər yer-yurd adları, coğrafi məkan adlarıdır. Aşıq poeziyasında toponimlərdən müxtəlif üslubi məqsədlər, rəngarəng çalarlar yaratmaq üçün istifadə edilmişdir. Belə toponimlərdən biri Quba coğrafi məkan adıdır. Aşıq yaradıcılığında bir neçə yerdə Quba toponiminə təsadüf olunur, məs.:
Şəmkirli Aşıq Hüseynəm, mən burada yer eylədim,

Urmu, Salmas, Marağa, İsfahanı zar eylədim,

Gəzdim Çeçeni, Çərkəzi, nə qorxdum, nə ar eylədim,

Dəmir qapı Dərbənd, Quba, Gürcüstanı var eylədim,

Tülküsən, kənavrda dolan, şirü-pələngəm, sənə nə? [1. S. 35].

Qatarlar işlər hər yana,

Ordubada, Naxçıvana,

Qubaya, Qaxa, Şirvana

Çəkilir yolların sənin [2. S. 62].

Piçü tab olmaqda gəzdim cahanı,

Tiflisi, Gəncəni, Şəki, Şirvanı,

Dağıstanı, Qəbələ, Bakı, Qubanı,

Qarabağ mahalına etdim irtiqab,

Altımda iqab,

Ayaq bər-rikab [3. S. 279].

Quba – yaşı minilliklərlə ölçülən ən qədim tarixi məskənlərimizdən, yurdlarımızdan biridir. Eramızdan əvvəlki I minillikdə bu qədim ərazidə türklər yaşamış, eramızın əvvəllərindən başlayaraq Dərbənd keçidi vasitəsilə başqa türk tayfaları da Quba zonasına gələrək oradakı türklərlə qaynayıb-qarışmış və öz izlərini həmin ərazinin toponimiyasında hifz edib saxlamışlar. Bu coğrafi yurd adı haqqında xeyli dərəcədə müxtəlif fikirlər mövcuddur.

Eramızın ikinci yüzilliyində yaşamış yunan tarixçisi Klavdi Ptolemey Qafqaz Albaniyasının ərazisində olan 29 şəhər və yaşayış yerinin adları sırasında Xobotanın da adını çəkir. Quba xüsusi coğrafi adı haqqındakı ilkin fikirlər də həmin bu şəhərlə bağlı meydana çıxmışdır. Bir sıra tədqiqatçılar güman olaraq irəli sürürlər ki, zaman keçdikcə Xobota sözündəki -ta komponenti düşmüş və həmin söz Quba formasına düşmüşdür [4. S. 275].

Qeyd edilən fikir Quba xüsusi adı haqqında ilkin fikir kimi qiymətli olsa da, elmi əhəmiyyət daşımır. Çünki Ptolemeydə Xobota şəhərinin harada yerləşməsi haqqında dəqiq fikir verilmədiyindən yalnız zahiri oxşarlıq əsasında onu Qubanın keçmişi ilə əlaqələndirmək, onu məhz Qubanın ilkin adı kimi qəbul etmək o qədər də düzgün deyildir.

Quba şəhərinin keçmişdə həm də QudyalQala adlanması ilə əlaqədar olaraq R. Rüstəmov Quba coğrafi adının Qudyaldan yarandığını göstərir. O yazır: «Bizcə, yerli əhalinin – qocaların işlətdiyi Qudyal iki sözdən: ovedyal sözlərindən ibarətdir. Oved sözü ləzgi dilində ‘iki’, yal sözü isə Azərbaycan dilində ‘yamac, döş, eniş’ deməkdir. Ola bilsin ki, bu iki sözün calaq edilməsindən yeni bir söz – qudyal sözü yaranmışdır. Doğrudan da, Quba iki dağ silsiləsinin yamacında, döşündə yerləşir. Bütün buraya qədərki qısa izahatdan belə bir qənaətə gəlmək olar ki, Quba sözü qudyal sözünün zaman keçdikcə dəyişmiş variantıdır» (kursiv bizimdir. – M. S.) [5. S. 8].

Zənnimizcə, bu onomaloji mülahizə o qədər də tutarlı deyildir. Əvvəla, Quba sözünün Qudyaldan yaranması, başqa sözlə desək, Qudyalın Qubaya fonetik çevrilməsi o qədər də inandırıcı görünmür. İkinci bir tərəfdən, bu ərazidə türklərin daha çox üstünlük təşkil etməsinə baxmayaraq, tədqiqatçının Qudyal sözünü hibrid onomastik vahid götürərək onun birinci hissəsini ləzgi dili ilə izah etməsi bir qədər məntiqsiz görünür.

Quba adının etimologiyası haqqında başqa fikirlər də vardır. XIX əsr rus alimi İ. Berezin onun ərəb dilindəki qübbə sözündən əmələ gəlməsi fikrini irəli sürür [6. S. 97]. V. Minorski də Quba adının ilkin olaraq X əsrdən Qübbə şəklində işləndiyini bildirir. Görkəmli ədəbiyyatşünas F. Köçərli isə bir qədər də irəli gedərək Qubanı Nadir şah dövrü ilə, onun çadırının qübbəsi ilə bağlayır [7. S. 217].

Bu etimoloji fikirlər də tam elmi səciyyə daşımır və bunları təkzib etmək üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, Qubanın tarixi Nadir şahdan çox-çox əvvələ aiddir və onun Nadir şahla bağlılığı heç cür inandırıcı deyildir. İkinci bir tərəfdən, Q. Məşədiyevin tədqiqatlarına əsaslanaraq belə bir fikir də səsləndirmək olar ki, Quba adlı yaşayış yerlərinin keçmişdə başqa ərazilərdə də mövcudluğu onların hamısının ərəb dilindəki qübbədən yaranması fikrini inkar edir [8. S. 42].

Ötən əsrin əvvəllərində Nalçik ərazisində QubatəpəQubadağ toponimləri qeydə alınmışdır. Bundan başqa, Azərbaycanda Kürdəmir rayonu ərazisində Ərəb QubalıÇöl Qubalı kəndləri vardır. Bu mövqedən çıxış etsək, Quba coğrafi adı haqqında ən doğru fikir kimi Ə. Hüseynzadənin tədqiqatları qeyd olunmalıdır. O, Quba toponiminə xüsusi məqalə həsr etmiş, bu adın etnonimik səciyyə daşıdığını, quba adlı qədim türk tayfalarından birinin adı ilə bağlı olması fikrini irəli sürmüşdür [9. S. 122]. Q. Qeybullayev də Quba coğrafi adının etnonim əsasında yaran­dığını, türk mənşəli kuva tayfa adı ilə bağlılığının mümkünlüyünü qeyd edir [10. S. 64]. Q. Məşədiyev də Quba adının türkologiyada geniş yayılmış kubaçi, köbəçi etnoniminin kökündən yaranması fikri ilə razılaşır [8. S. 42].

Biz Quba xüsusi coğrafi adının etnotoponim olması fikri ilə razılaşırıq. Lakin əlavə olaraq bəzi cəhətləri qeyd etmək istərdik. Q. Məşədiyev Quba ərazisindəki oronimik obyektlərdən bəhs edərkən Kələqova dağ adı haqqında yazır: «Güman ki, bu dağ Qəlaye-Quba sözünün təhrif olunmuş formasıdır. Həqiqətən də, qoca kişilər danışırlar ki, indiki Quba şəhərinin əhalisi əvvəlcə dağda yaşamışdır. Beləliklə, quba tayfasının yaşadığı dağ sonralar həmin adı qəbul etmiş və Kələqova şəklinə düşmüşdür» [8. S. 110].

Eyni fikrə biz N. Məmmədovun tədqiqatlarında da rast gəlirik. O da bu fikri irəli sürür ki, «Kələqova oronimi mənşə etibarilə qıpçaq mənşəli hesab edilən kuba, kuva tayfasının adından və qala sözündən ibarət olub, ‘quba (kuva) tayfasının qalası’ mənasındadır» [11. S. 147].

Qeyd etmək lazımdır ki, hər iki tədqiqatçının Qəlaye-Quba adının təhrif olunaraq Kələqova şəklinə düşməsi fikri o qədər də inandırıcı görünmür. Kələqova oronimindəki qova komponentinin etnik səciyyəli quba olduğu aydındır. Lakin coğrafi adın birinci komponenti olan kələ sözü haqqında biz başqa fikir söyləmək istərdik. Məlum olduğu kimi, Quba ərazisində yaşayan əhalinin böyük bir hissəsini tatlar təşkil edir ki, onların da zonanın toponimik landşaftının yaranmasında böyük rolları olmuşdur. Bunu əsas götürsək, kələ sözünü də tatdilli vahid kimi qəbul etmək olar. Kələ sözünü burada biz ya tat dilində ‘böyük’ mənasını bildirən kələhə sözü kimi, ya da ‘baş, yuxarı’ anlamlı kəllə sözü kimi mənalandıra bilərik. Bu halda Kələqova oronimini ya ‘Böyük Quba’ mənasında, ya da ‘Qubanın başı, Qubanın yuxarısı’ anlamında izah etmək mümkündür. Fikrimizi sübut etmək üçün bir faktı da qeyd etmək istərdik ki, Quba rayonunda Zərqova adlı kənd vardır ki, bu coğrafi yer adının da ikinci komponenti qova, quba etnonimi və ya Quba etnotoponimidir. Birinci komponent olan zər sözünü isə yenə tatdilli vahid kimi qəbul edərək aydınlaşdırmaq olar. Tat dilində zəvər sözü ‘yuxarı’ mənasını ifadə edir və buradakı zər sözü də həmin zəvər sözündən törənmə bir komponent kimi qəbul edilə bilər. Bu halda coğrafi məkan adını ‘Qubanın başı, Qubanın yuxarısı’ mənasında izah etmək mümkündür. Qeyd etmək lazımdır ki, həmin kəndin yerləşdiyi coğrafi ərazi, kəndin relyef quruluşu da göstərdiyimiz etimoloji açıqlamanın doğruluğunu, düzgünlüyünü sübut edir.

Belə bir cəhəti də qeyd etmək maraqlı olardı ki, Quba sözünün etimologiyası geniş əks-səda doğurmuş, hətta bədii söz ustaları da bu coğrafi ad haqqında fikir söyləmək təşəbbüsündə olmuşlar. Bu cəhətdən yazıçı Əfqanın fikri maraqlıdır:

« – A. Bakıxanov yazır ki, Quba qübbə sözündəndir. Yusif Vəzir Çəmənzəminli də bu fikri təkrar edir. Dahilər də səhv edir, əzizim. Bakıxanov Quba sözünü Nadir şahın səfəri ilə bağlayır. Nadir şah XVIII əsrin əvvəllərində Qafqaza soxulub, Quba sözünün isə tarixi millətin özü qədər qədimdir.

– Maraqlıdır.

– Əlbəttə, maraqlıdır. Mən sual edirəm: Quba qübbə deməkdirsə, bəs onda quba qaz, quba at nə deməkdir?

İsrafilzadə fikirli halda alnını ovuşdurdu. Nazim müəllim sözünə davam etdi:

Quba qədim dilimizdə ‘ağ’ deməkdir, azacıq qırmızıya çalan ağ rəng. Heç səbəbsiz deyil ki, Quba bizdə həm də qadın adıdır. Gözəllik rəmzidir.

– Belə çıxır ki, ağ alma əslində quba alma deməkdir.

– Şübhəsiz və yenə şübhəsiz! Qubanın özü də elə ağ məkandır. Qubanın göyü, meşələri, dərələri, xüsusən dağları həmişə ağ tüllə örtülmüş kimidir. Səttar Bəhlulzadənin Quba mənzərələrini görmür­sənmi? Onun bütün tabloları azacıq qırmızıya çalan ağ tülə bürünmüş olur. Rəssam quba sözünün lüğəti mənasını rənglərin dili ilə açmışdır» [12. S. 160].



Əlbəttə, bu etimoloji yozum təşəbbüs kimi qiymətləndirilsə də, elmi əsasa malik deyildir. Əsl elmi etimoloji açıqlama isə, əvvəl dediyimiz kimi, Quba coğrafi adının etnonimlə bağlı izah edilməsidir.
Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Dildəki onomastik vahidlər mənsub olduğu xalqın etnik tarixini, məişət həyatını, qədim dil xüsusiyyətlərini özündə saxlayan xüsusi sözlərdir. Bu cəhətdən Quba toponiminin də etimoloji kökünün açıqlanması həm elmi, həm də praktik əhəmiyyətə malikdir. Bu sözün açıqlanması, bir tərəfdən, etnik kökü­müzün aydınlaşdırılmasına, digər tərəfdən isə başqa toponimik vahidlərin məzmun kökünün açıqlanmasına kömək edir.

Ə D Ə B İ Y Y A T


      1. Aşıq Hüseyn Şəmkirli. Bakı: Gənclik, 1971.

      2. Aşığın sözü. Bakı: Elm, 1970.

      3. Azərbaycan aşıqları və el şairləri. Bakı: Elm, 1983. C. 1.

      4. İsmayılov M. Sənin ulu baban. Bakı, 1989.

      5. Rüstəmov R. Quba dialekti. Bakı, 1961.

      6. Березин И. Путешествие по Востоку. СПб., 1846.

      7. Köçərli F. Azərbaycan ədəbiyyatı tarixi materialları. Bakı, 1923. C. 1.

      8. Məşədiyev Q. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı, 1990.

      9. Гусейнзаде А. Об этимологии топонима Губа // Сов. тюрко­логия. 1971. № 2.

      10. Гейбуллаев Г. Топонимия Азербайджана. Баку, 1976.

      11. Məmmədov N. Azərbaycanın yer adları: (Oronimiya). Bakı, 1993.

      12. Şirəliyev M., Hüseynzadə M., Kazımov Q. Azərbaycan dili: VII–VIII siniflər üçün dərslik. Bakı, 1987.


МАМЕДХАН СОЛТАНОВ
О ТОПОНИМЕ КУБА
Р е з ю м е
В статье выявляется происхождение топонима Куба, а также проводится лингвистический анализ этого слова.
Ключевые слова: ономастика, антропоним, этимология,

Куба, лингвистический

MAMEDKHAN SOLTANOV
ABOUT THE TOPONYM QUBA
S u m m a r у
In the article the etymology of the toponym Quba have been revealed. Here also the linguistic analysis of this word have been realized.
Key words: onomastiks, anthroponym, etymology,

Quba, linguistic



T Ü R K O L O G İ Y A

¹ 2 2012

R E S E N Z İ Y A L A R

DİLÇİLİK ENSİKLOPEDİYASI
/ Prof. F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazlrlanmış
Bakı: Mütərcim, 2008. C. 2. 520 s.



Dilçiliyə dair ensiklopediyanın yaranması respublikamızda günün tələblərindən irəli gəlir. Bu səpkidə yaranan hər hansı bir iş sırf elmi-linqvistik xarakter daşımaqla bə­rabər, həm də müəyyən mənada tədrisə xidmət edir. Oxucuların hü­zu­runa təqdim edilən «Dilçilik ensiklopediyası» günün tələbləri ilə ayaqlaşa bilən fundamental bir əsərdir.

Məlumdur ki, terminoloji lüğət ümumi dil leksikasına uyğun ol­mayan lüğətdir, yəni dar bir sahəni əhatə edən sözlər xüsusi bir an­lamda götürülür. Ensiklope­diyaya daxil olan sözlərin çoxusu ya müəyyən dilçilik məktəbinə aiddir (strukturalizm, qlossematika, ge­ne­rativ qrammatika və.s.), ya da bir ayrıca sahəyə (fonetika, qram­matika və.s.) aid olan sözlərdir. Elə buna görə də burada tərifdən, mi­sallardan və s. bu kimi vasitə­lərdən istifadə olunmalıdır. Bu əsərdə hət­ta ən yeni sahələr olan linq­vo­praqmatika, koqnitiv dilçilik və s. aid olan terminlər verilir və bu terminlər müxtəlif yollarla açılır, izah edilir. Bəri başdan qeyd edək ki, «Dilçilik ensiklope­di­yası»­nın tər­tibində əsas məqam ter­minlərin definisiyası məsələsidir.

«Dilçilik ensiklopediyası»nın üstün cəhətlərindən biri məhz dil­çilik terminlərinə doğru, düzgün definisiya verməkdən ibarət ol­muşdur. A. Rey özünün «Termino­logiya: adlar və məfhumlar» (La terminologie: noms et notions. Paris, 1979) əsərində qeyd edir ki, definisiya (tərif) termin problemi­nin mərkəzini təşkil edir (s. 39). Məsələyə bu yanaşmanı tətbiq et­dikdə terminin məna tərəfinin for­ma­laşmasında definisiyanın qiy­mət­ləndirilməsi bəzi çətinliklərlə bağlana bilər:

– ən birincisi budur ki, tərifin mahiyyəti və təbiəti haqqında müx­təlif fikirlər mövcud olur və həmin təriflərin bəziləri bir qisim tədqi­qatçılar tərəfindən bəyənilir, digər­ləri isə bunu qəbul etmir;

– terminoloji vahidin təyin edilməsinin spesifikası da hələ həll edilmiş məsələ hesab edilmir.

Ensiklopediyada bundan qaç­maq üçün müəyyən misal verilir: frazeologiya üçün misal: «Фразео­логизм: Dildə ayrılıqda formalaş­mış sabit söz birləşməsi, bunların komponentləri kommunikativ əla­qədə tam məna kəsb edir və bir qayda olaraq bitmiş cümlə yarat­mır» (s. 362). Halbuki, frazeolo­giyaya bəzən predikativ vahidlər da əlavə edilir. Məs: /İt hürər, kar­van keçər//. Bu isə artıq bitmiş cümlədir, predikativ vahiddir.

Məlumdur ki, fransızca /avoir faim/ tipli ifadəni də, hətta atalar sözünü də frazeoloji ifadə vahidi hesab edənlər var. Eyni ilə fonem məsələsi.

Bu ensiklopediyanı biz bir neçə lüğətlə müqayisə edib tutuş­dur­muşuq: Ахманова О. С. Словарь линг­вис­тических терминов. М., 1966; Вахек Й. Лингвистический сло­варь пражской школы. М., 1977; Хемп Э. Словарь амери­кан­ской лингвистической терми­но­логии. М., 1964; Dubois J. et all. Dictionnaire de linguistique. Paris, 1973; Ducort O., Schaffer J. M. Nouveau dictionnaire encyclo­pédique des sciences du langage. Paris, 1995; Marouzeau J. Dic­tionnaire de linguistique. Paris, 1974; Mounin J. Dictionnaire de linguistique. Paris, 1974.

Müqayisə zamanı bir çox oxşar və eləcə də fərqli cəhətləri müşa­hidə etmişik. Oxşar cəhəti daha çox sözlüyün tərkibi məsələsində özünü göstərir, yəni burada da əlifba sırası əsas kimi götürülür.

Linqvistik terminlərin izahında başqa ensiklopedik tipli işlərdə (məsələn J. Dubois et all. «Linq­vistik lüğəti» («Dictionnaire de linguistique») əsərində olduğu ki­mi) bir neçə məntiqi-semantik prin­sip əsas götürülmüşdür. Bunlar hansı­lardır? Burada həmin prinsip­lərin bəziləri üzərində dayanmaq istərdik:

1. Ümumi elmi prinsiplərdən biri olan cins-növ prinsipi. Bu prinsip Aristotel dövründən indiyə qədər elmi işlərdə tətbiq edilir. Dilçilik terminlərinin izahı da bu baxımdan müstəsna bir hal deyil­dir, çünki burada definisiya təsnifat əsasında aparılır. Məs.:


  1. «чередование – müxtəlif da­­nı­şıq məqamında eyni bir mor­fem qarşısında fonemlərin bir-birini əvəz etməsi. Eyni bir mor­fem da­xilində fonemlərin dəyişik­liyə uğ­raması;

  2. членение фразы акцент­ное – söyləmin aksent qruplarına, dövr­lərə və ya sintaqmlara bölün­məsi. Məs: /Qoca atlı/ cavana ya­xın­laşdı// və ya /Qoca/ atlı ca­vana yaxınlaşdı// və s.;

  3. однородные члены пред­ло­жения – eyni sintaktik vəzifəsi olan, eyni üzvə aid olan və bir-birinə tabesizlik əlaqəsi ilə bağ­lanan cümlə üzvləri» (s. 394);

  4. «второстепенные члены предложения – cümlənin baş üzv­lərinə tabe olub, onların mənaca ay­dınlaşmasına, dəqiqləşməsinə, dol­­­ğun­laşmasına xidmət edən üzvlər» (s. 137).

Cins-növ definisiyası müəyyən məntiqi-semantik universallığa ma­likdir. Ona görə bu prinsip obyekti bildirən terminlərə aid olur. Məs.: «Sifət əşyanın əlamət və keyfiy­yətini bildirən söz qrupudur; ya da prosesi bildirir» (s. 137) və ya: «Sintetizm: cümlədə sintaktik əla­qə­ləri morfoloji əlamətlərlə müəy­yən­ləşdirən təsnifat növü. O, xüsu­siyyət də ifadə edə bilir: члени­мость морфологическая və. s.» (s. 323).

Cins-növ prinsipinə söykənən definisiyada həmişə «cins» məf­humu xüsusi seçilir və növün əlaməti ona əlavə edilir. Məs.: «Су­­ществительное» – əşya, pred­met, hadisə və s. bildirən söz: burada cins-növ isə əşya və s. Bildir­məkdir. «Ocнова» – dedikdə söz forması (словоформа) cins bildi­rən anlayış kimi götürülür, yerdə qalan hissə isə növdür və s.

C
6 «Тцрколоэийа», № 2
ins-növ definisiyasında parti­tiv­liyə də diqqət yetirilir, yəni burada definisiya bütövün hissələrə münasibəti əsasında qurulur. Məs.: «Предложение – dilin ən kiçik ele­mentlərindən düzələrək, nisbi mə­­na bitkinliyinə, qrammatik struk­tura malik və intonasiya qəlibi ilə reallaşan vahid. Burada cins an­layışı = qrammatik struktur və intonasiya tərəfdən formalaşma nəzərdə tutulur» (s. 127). Dilin ən kiçik elementlərindən ifadəli his­səsi isə «partitivlik» – yəni tamın hissəyə münasibətini ifadə edir: buraya sözlər, söz birləşmələri, ümumi struktur daxil olur. Həmin tərifdə bu anlayış belə ifadə olunur: «Sintaktik təhlil zamanı cümlə tərkib hissələrinə = birləş­mələr sözlərə, sözlər morfemlərə, morfemlər fonemlərə bölünür» (s. 127). Bu основа termini funk­siya­sında da belədir. Müq. et: əsas və söz – hissə – tam.

Terminoloji praktikada istifadə olunan başqa bir prinsip sadala­madır. Məntiqdə buna ekstensional və ya denotativ adlandırırlar. Aşa­ğıda verilən definisiyanı buna mi­sal vermək olar: «Части речи: Müasir dilçilikdə sözlərin nitq his­sələrinə bölgüsü belə təsvir olunur: a) əsas (avtosemantik) nitq his­sələri; b) köməkçi nitq hissələri – isim, sifət, fel və zərf avtosemantik söz qrupu kimi səciyyələnir və s.» (s. 389–390). Burada təyin olunan obyekt təyin edən elementlərin sadalanması yolu ilə müəyyənləş­dirilir, bu prinsipin üstünlüyü on­dadır ki, bu prinsipdə əlamətə işarə yoxdur, sadalama yolu ilə təyin olunan predmetə daxil olan ele­ment­lərin adı çəkilir.

«Dilçilik ensiklopediyası»nda başqa bir prinsipdən də istifadə olunmuşdur. Bu terminlərin kon­tekstual cəhətdən definisiyasıdır, qısaca olaraq bunu kontekstual definisiya da adlandırmaq olar.

Məlumdur ki, kontekstual de­finisiya aksiomatik tərəflərə də aid edilir. Bu cür definisiyalardan ən çox fizika və riyaziyyatda is­tifadə olunsa da, onun dilçilik el­mində də tətbiq edirlər. Məs.: dilçilik el­mində İ. V. Polyakov «Linq­vistika struktural semanti­ka­ya dair» («Линг­вистика и струк­турная семантика») yazdığı əsə­rində de­finitiv yolla F. de Sos­sürün обо-зна­чаемое, знак, значи­мость ki-mi terminlərin kontekstdə defi-nisiyanı verməyə cəhd etmiş­dir. Yəni bu­rada F. de Sossürün arasındakı mü­nasibətdən söhbət gedir və bunlar bir kontekstdə öyrənilir. Belə de­finisiyaya «Dil­çilik ensiklo­pedi­yası»nda da rast gəlinir. Kon­teks­tual definisiya­dan ən çox J. Ma­ruzo «Linqvistik terminlər lüğəti» (Dictionnaire de linguistique. Pa­ris, 1974) adlı əsə­rində istifadə etmişdir.

Yuxarıda verilən təhlildən gö­ründüyü kimi, prof. F. Veysəllinin



redaktəsilə çap edilən bu əsər adi bir qlossa deyildir, elmi prin­siplərə əsaslanan fundamental bir işdir və beynəlxalq standartlar əsa­sında məntiqi-semantik prinsip­lərə söy­kənməklə tərtib edilmişdir. Bu işdən həm tələbələrimiz, aspi­rant­larımız, həm də dilçilik, psixo­linqvistika, fəlsəfi dilçilik və digər sahələrdə çalışan mütə­xəssislər is­tifadə edə biləcəklər, çünki bu­rada həmin sahələrə aid maraqlı ensik­lo­pedik məqalələr özünə yer tap­mışdır. Hesab edirik ki, bu əsər tədqiqatçıların masaüstü kitabına, tələbə və aspirantlarımızın isə əsas dərsliyinə çevriləcəkdir.



BİLAL İSMAYILOV


SƏMƏD VURĞUNUN BƏDİİ DİLİNİN İZAHLI LÜĞƏTİ
Bakı: Elm, 2011. 672 s.

Səməd Vurğunun bədii dili­nin izahlı lüğəti»nin çapı Azər­baycan lüğətşünaslığı sahəsində hadisədir. Ona görə hadisədir ki, bədii dilin izahlı lüğətini tərtib etmək sahəsində böyük işlər görülməlidir. Məhz həmin işlərdən biri çap olunmuş bu lüğətdir. Lü­ğətin redaktoru və ön sözün müəl­lifi filol. elm. d-ru, prof. İsmayıl Məmmədli, tərtibçilər prof. İsmayıl Məmmədli, prof. Aydın Ələk­bərov, filol. elm. nam. Bəhruz Ab­dullayev, filol. elm. nam. Nərgiz Rəhimzadə, filol. elm. d-ru Nəri­man Seyidəliyev, filol. elm. d-ru Mirvari İsmayılova, Nigar Xəlifə­zadədir.

Lüğət Səməd Vurğunun bədii irsinin dili əsasında tərtib edilmiş ilk sorğu kitabıdır. Lüğətdə 7968 söz və ifadə vardır (6215 söz və 1753 ifa-də). Onu da qeyd edək ki, lüğət 1960–1972-ci illərdə nəşr olunmuş 6 cildliyin 4 cildindəki şeirləri, poemaları, dram əsərləri əsasında tərtib olunmuşdur.

Lüğətin quruluşu müəyyən me­yar və prinsiplər əsasında qu­rulmuşdur. Əlifba sırası ilə veril­miş sözlərin qarşısında hansı nitq hissəsinə aid olması, onların mənşəyi, məna çalarları bədii nü­munələr əsasında verilir. Eyni za­manda sözlərin mənaları ilə yanaşı, onların məna çalarları da lüğətdə öz əksini tapır. Lüğətdə sözlərin həqiqi və məcazi mənaları Səməd Vurğunun yaradıcılığındakı bədii nümunələr əsasında, məsələn, ana sözünün mənaları, məna çalarları bütün incəliklərinə qədər verilir. Fikir verək: ana – övladı olan qadın; yaşlı qadına hörmətlə mü­raciət; məcazi mənada hər şeyin kökü, mərkəzi mənasında; Vətən mənasında; müraciət, nəvazişli xitab kimi. Lüğətdə bu cür məna incəlikləri ilə verilmiş minlərlə söz vardır, məs.: artıq, aşmaq, atmaq, ayaq, baba, bağ, bağır, bağlamaq, bahar, baxmaq, baş, batmaq, bil­mək, boyun, göz və s. Əlbəttə, S. Vur­ğunun bədii yaradıcılığında söz­lərin məna çalarlarının dəqiq və dürüst verilməsi onu təsdiq edir ki, o, Azərbaycan dilinin bütün incə­lik­lərini dərindən bilən mütəfəkkir şair olmuşdur. Deməli, o, Azər­baycan dilini qəlbdən sevə-sevə yaradıcılığındakı sözlərin bütün məna imkanlarına çox dəqiqliklə yanaşmışdır. Elə bəlkə də bunun sayəsində S. Vurğun yaradıcılığını hər bir oxucu sevə-sevə oxuyur, asanlıqla əzbərləyə bilir.

L
6 *
üğətdə maraqlı bir cəhət də ondan ibarətdir ki, Səməd Vurğu­nun bədii dilinin orijinallığı, onun yaradıcılığının özünəməxsus si­ması oxucunun gözləri önündə can­lanır. Bunun səbəbi isə Səməd Vurğunun daha çox xalq danışıq dilindən bəhrələnməsi ilə bağlıdır. S. Vurğun dili belə olduğundan kütləvilik qazana bilmiş, eyni za­manda Azərbaycan ədəbi dilini daha yüksək zirvələrə qaldırmışdır. Bu mənada lüğətdəki bozarmaq, bozüzlü, çadar-çadar, cahal (‘ca­van, gənc, cahıl’ mənasında), car­çı, çırmalamaq, cilvələnmək, çaba­lamaq, çalxanmaq, çuğul, yalman­maq, yapmaq, hərlənmək, kilid­ləmək, kirimək, kükrəmək, qına­maq, lələş, oylaq, dayamaq, dax­ma, gücənmək və s. sözlər Səməd Vurğunun xalq danışıq dilindən bədii yaradıcılığa gətirdiyi söz­lərdir. Onların hər birini S. Vurğun bədii yaradıcılığında işlətməklə ədəbi dilimizin imkanlarına geniş meydan açmışdır.

Səməd Vurğunun bədii yaradı­cılığının məhz bədii qüdrətinin bir sirri də ondadır ki, o, xalqın milli dəyərlərinə, etnoqrafiyasına, adət-ənənəsinə qəlbən bağlı olmuşdur. Bu bağlılıq ona gətirib çıxarmışdır ki, o, bədii yaradıcılığında etno­qrafik leksikaya da gen-bol müra­ciəti sayəsində bədii dilimizin im­kan­larını genişləndirmişdir. Bu mə­nada lüğətdəki cehiz, ceviz (‘cövüz’), cəhrə, çalma, çuxa, çul, çuval, yemlik, yengə, dələmə, gön, kəmər, kəlağayı, kərmə, kəsər (‘kə­sici alət’), kətmən, körük, qarmaq, qımız, qulac-qulac (‘saç’) və s. sözlər etnoqrafik leksikanın bədii dilin imkanlarına xidmət etməsini təsdiqləyir.

S. Vurğun milli xüsusiyyətləri bədii yaradıcılığında qoruyub sax­layan milli sənətkar­la­rı­mız­dandır. Odur ki, o, fərdi – şəxsi hissləri, duyğuları, zövqləri ümumiləş­di­rərək ümumbəşəri mədəniyyətə doğru getməyi üstün tuturdu. Və bu prinsiplə milli xüsusiyyətlərə, Azərbaycan ruhuna da olduqca sadiq idi. Ona görə də bu cür sadiqliyi o, bədii yaradıcılığındakı sırf milli ifadələri işlətməklə də qoruyub saxlayırdı. Həmin doğma ifadələrdə Azərbaycan dilinin bü­tün dərinlikləri yaşayır. Məhz lü­ğətdə bu cür ifadələrin də izahı verilmişdir. Təbii ki, Səməd Vur­ğunun bədii dilinin izahı lüğəti bu mənada da orijinal bir xüsusiyyət daşıyır. Lüğətdə verilmiş ağ kəfən keyinmək, ağ gün, ağlını başına yığmaq, ağır oturmaq, ağzını qurd kimi ayırmaq, ağız-burun salla­maq, ağızdan-ağıza dolaşmaq, ağlaşma açmaq, can almaq, cana gəlmək, canına qəsd eləmək, qaşını çatmaq, ağ günə çıxmaq, saman çuvalı, daş üstə daş qoymamaq, daşdan çörək çıxarmaq, daşı ətə­yindən tökmək və bu qəbildən olan minlərlə ifadələr bir daha Azər­baycan dilinin zəngin olduğunu bədii nümunələr əsasında təsdiq edir. Səməd Vurğuna gəlincə isə onu qeyd etmək lazımdır ki, o, bu cür ifadələrə çox həssaslıqla, de­yərdim ki, təəssübkeşliklə yanaş­mışdır. Səməd Vurğun bu cür milli ifadələri başqa dillərə tərcümə et­dikdə onların qarşılığı kimi adek­vat ifadələrin tapılması prinsipinə də əsaslanmışdır.

«Səməd Vurğunun bədii dili­nin izahlı lüğəti»ndə diqqəti cəlb edən məqamlardan biri də lüğətdə köhnəlmiş sözlərin özünə yer almasıdır. Köhnəlmiş sözləri S.Vur­­­ğun bədii yaradıcılığında çox böyük həssaslıqla işlətmişdir. Bun­lar da Azərbaycan dilinin lüğət tərkibinin bir hissəsi olmaqla Sə­məd Vurğunun bədii yara­dıcı­lığında dərin kök salmışdır. Həmin sözlərin mövcud lüğətdə verilməsi yenə də lüğətin ədəbi dilimizin tarixini qorumaqda bir mənbəyə çevrilməsindən başqa bir şey de­yildir. Məsələn, ağa, bac (‘rüsum, vergi’), cütçü, xan, içrə (‘içində, içərisində’), kəndxuda, komsomol, kommunizm, kommunist, qalxan, qare (‘oxucu’), qolçomaq, leni­nizm, marksist, nizə, oymaq (‘el, kənd’), öylə (‘elə’, ‘o cür’), yaraqlanmaq (‘silahlanmaq’) və s. sözlər lüğətdə bədii nümunələr əsasında verilmişdir. Ümumiy­yətlə, Səməd Vurğun tarixə, o cümlədən dilin tarixinə diqqətlə yanaşmışdır. Təsadüfi deyildir ki, onun bədii yaradıcılığında tarixi­mizin müəyyən anları, məqamları yaşayır və bizə, eləcə də gələcək nəsillərə tarixi öyrədir.

Lüğətdə mənşəyinə görə fərq­lənən minlərlə söz qrupları Səməd Vurğunun bədii dil nümunələri əsasında və izahlı bir formada verilmişdir. Onların ən xarakterik olanlarına fikir verək. Fars mənşəli sözlər: ab (‘su’), abad (‘şən’, ‘şad’), abır (‘zahiri görünüş’ mə­nasında), bimürvət (‘insafsız’, ‘aman­sız’), binəva (‘yazıq’, ‘fa­ğır’), bivəfa (‘vəfasız’), bizar (‘usanmış, bezmiş’), çeşmək, dost-aşna, fədakar, fənd, fəryad və s., ərəb mənşəli sözlər: cəza, cəsəd, cəsarət, damaq, dövran, dünya, fəhlə, fəlakət, fələk, layiq, maarif, mahal və s., yunan mənşəli sözlər: fəlsəfə, fənər, filosof, fotoqraf, ton (nitq üslubunun ifadə tərzi) və s., fransız mənşəli sözlər: frezer (‘dairəvi kəsici’, ‘yonan alət’), manevr, marş, milyon, ton (‘min kiloqram ağırlıq’) və s., latın mənşəli sözlər: general, manifest, makina və s., alman mənşəli sözlər: genosse (‘yoldaş’, ‘partiya yoldaşı’), türk sözləri: bin (‘min’), sokak (‘küçə’), yarın (‘sabah, gələcək gün’) və s. Bu cür əcnəbi sözlər Səməd Vurğunun bədii yaradıcılığında, belə demək olarsa, Azərbaycan dilinin təbiətinə və milli ruhuna uyğunlaşır. Səməd Vurğun bu sözləri və bu qəbildən olan digər sözləri təsadüfi işlətmir. Əksinə, situasiyadan, şəraitdən asılı olaraq çox təbii bir formada bu əcnəbi sözləri bədii yaradıcı­lığına gətirir. Belə sözlərə Azər­baycan dilində işləklik hüququ ve­rir, onları milli duyğulara tabe et­dirir. Ona görə də S. Vurğun alın­ma sözləri – əcnəbi sözləri yerli-



yerində bədii yaradıcılığında iş­lədir. Və imkan vermir ki, həmin alınmalar – əcnəbi sözlər onun bədii dilini korlasın. O, misallar gətirir: mobilizasiya




« əvəzinə səfər­bərlik, finans əvəzinə maliy­yə, kultura sözü əvəzinə mədəniy­yət sözlərinin işlənməsini dilin mənəvi haqqı kimi qəbul edir.

Resenziyamızın əvvəlində də göstərdik ki, «Səməd Vurğunun bədii dilinin izahlı lüğəti» bu sahədə mövcud olan ilk lüğətdir. Səməd Vurğunun Azərbaycan poe­ziyasında məktəb yaratması imkan verir deyək ki, belə bir lüğətin Səməd Vurğunun bədii yaradıcı­lığına həsr olunması tamamilə təbiidir. Məhz S. Vur­ğu­nun bədii dilinə aid lüğətin çapı lüğətşü­nas­ların qarşısında yeni bir istiqamət açır. Hər şeydən əvvəl, ayrı-ayrı şair və yazıçılarımızın bədii dilinin izahlı lüğətinin tərtib olun­masının vacibliyini gündəmə gətirir. Ayrı-ayrı söz sərraflarının bədii əsərləri əsasında lüğətlərin hazırlan­ması gələcəkdə Azərbaycan dilinin çox­cildli izahlı lüğətləri üçün də xeyli zəngin material verə bilər.



BULUDXAN XƏLİLOV

T Ü R K O L O G İ Y A

¹ 2 2012

X R O N İ K A

ORTAQ TÜRK KEÇMİŞİNDƏN

ORTAQ TÜRK GƏLƏCƏYİNƏ DOĞRU

2011-ci il, 1–3 dekabr tarixlə­rində Şimali Kipr Türk Cümhuriy­yətində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə Doğu Akdeniz Universitetinin birgə təşkil etdikləri Şimali Kiprin Gazi Mağuşa şəhərində VII Bey­nəlxalq «Ortaq türk keçmişin­dən ortaq türk gələcəyinə doğru» adlı konfrans keçirildi. Bu konfransın əsas mövzusu türk nağıllarının dili, ortaq cəhətləri, motivləri, obrazları, folklordakı yeri ilə bağlı idi.

Konfransda Türkiyə, Kipr, Qazaxıstan, İran, Azərbaycandan dəvət olunmuş alimlər iştirak edirdilər. Kon­fransa Azərbay­can­dan AMEA-nın Folklor İnstitutun­dan Muxtar Kazımoğlu, Ləman Süley­manova, Nailə Əbilova, şair Adil Cəmil, şair Nizami Murad­oğlu, şair İslam Sadıq, Vəfa İsgən­dərova qatılmışdılar.

Konfransda həmçinin Azər­baycan dilçiliyinin üç nümayəndəsi də iştirak edirdi: Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adı-na Dilçilik İnstitutunun dil əla­qələri şöbəsinin müdiri, prof. Roza Eyvazova, türk dilləri şöbəsinin apa­rıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dos. Baba Məhər­rəmli, Bakı Dövlət Universitetinin müasir Azərbaycan dili kafedrası­nın müdiri, prof. Sənubər Abdul­layeva.

Konfransı Doğu Akdeniz Uni­ver­sitetinin rektoru açaraq iştirak­çıları salamladı. Sonra Azərbaycan tərəfdən Folklor İnstitutunun direk­to­ru, prof. Muxtar Kazımoğlu çıxış edərək Azərbaycan nümayəndələri adından çıxış etdi və Azərbaycan nümayəndə heyətinin hədiyyəsi olan at simvolunu Doğu Akdeniz Universitetinin rektoruna təqdim etdi. Rəsmi açılış çıxışlarından sonra bölmə iclasları başlandı. Bölmə iclasları türk nağılları, türk nağıllarının linqvistik xüsusiy­yət­ləri, türk nağıllarının ortaq cəhət­ləri, türk nağıllarında mifoloji su­rətlər başlığı altında aparılırdı.

İlk çıxış Muxtar Kazım­oğlu­nun «Nağıllarda yalançı qəhrə­man» mövzusunda idi. Alim ya­lançı qəhrəmanın iki yöndə özünü göstərməsini qeyd etdi: ciddi və komik. Yalançı qəhrəmana nağıl­lar­dan əlavə, dastan və xalq oyun­larında rastlanılır. Nağıllarda ciddi yöndə təqdim edilən yalançı qəh­rəman əsl qəhrəmanın hərəkətlərini öz adına yazmaq, onun qismətinə sahib çıxmaq istəyən qəhrəmandır.

Türkiyədən Başkənt Univer­site­tinin prof. Nurəddin Dəmir «Kıbrıs, Anadolu və Azərbaycan nağıllarının dili» mövzusunda çıxış etdi. Türkoloq Kipr, Anadolu və Azərbaycan nağıllarındakı ortaq xüsusiyyətlərdən ətraflı bəhs edə­rək türk nağıllarının genetik birliyi əks etdirdiyini diqqətə çatdırdı. O, öz uşaqlıq həyatından da danışaraq bir kənd uşağının acılı-şirinli na­ğıl­varı həyat keçirdiyini təsirli şə­kildə dinləyicilərə çatdırdı.

Konfransda tanınmış türkoloq Mustafa Gökçəoğlunun «Kipr türk və Azərbaycan nağıl dillərinin ortaq özəllikləri» adlı məruzəsi maraqla qarşılandı. Qeyd edək ki, Mustafa Gökçəoğlu Kipr türk dili­nin etimoloji lüğətinini müəllifidir.

Qazaxıstandan olan Lazzat Ura­kova «Nağıllar ortaq türk mə­dəni mirası kimi» adlı məruzəsində nağılların ortaq türk mədəniy­yəti­nin izlərini qoruduğunu diqqətə çatdırdı.

İrandan olan Amir Asqarian «Dilin mədəniyyətdəki rolu» mə­ruzəsi ilə çıxış etdi. O, çıxışında dilin ictimai faktor kimi rolundan bəhs etdi.

Vəfa İsgəndərova «Azər­bay­can və Türkiyə nağıllarında ən­ənəvi formullar» mövzusunda mə­ruzə etdi. O, folklorun nağıl jan­rında mətnləri stabilləşdirən üslubi nişanların təhkiyə stereotipləri ol­duğunu göstərdi. V. İsgəndərova qeyd etdi ki, epik əsərin əsas hissəsini, canının ənənəvi for­mul­lar təşkil edir. Bu əsərlər nəsildən-nəslə məhz formullar vasitəsilə daşınır. Nə zaman ki, ənənə ya­şayır, formul da yaşayır. Ortaq keç­mişi olan Azərbaycan və Tür­kiyə nağıllarını nəzərdən keçir­dikdə, oxşar ənənəvi formulların dominantlığı nəzərə çarpır.

Ləman Süleymanova «Azər­baycan nağıllarında Naxış obrazı» mövzusunda çıxışında qeyd etdi ki, həm Naxış, həm də Qaraçuxa adı ilə tanınan personaj bəxt, tale, məf­humlarını ifadə edir. Azərbaycan folklorunda bu obraz kifayət qədər yayqın olsa da, uzun müddət folk­lor­şünaslığın diqqətindən kənarda qalmışdır.

Folklor İnstitutunun digər əmək­daşı İslam Sadıq «Azər­baycan nağıllarında şumer motiv­ləri» mövzusunda çıxış etdi. Təd­qiqatçı şumer mətnləri ilə Azər­baycan nağılları arasındakı analoji süjetləri təqdim elədi. O, qeyd etdi ki, şumer mətnləri ilə Azərbaycan nağıllarının süjet və motivləri arasında çoxlu oxşarlıqlar var. Bütün bunlar həmin süjet, motiv və obraz oxşarlıqlarının təsadüfi o­l­mayıb, eyni etnomifik təfəkkürün məhsulu kimi yarandığını söylə­məyə tam əsas verir.

Şair Adil Cəmil «Türk mədə­niy­yəti və dəyərlərini özündə ya­­şadan nağıllar» mövzusundakı çı­­xı­şında göstərdi ki, türk mədə­niyyəti və dəyərlərini özündə yaşadan nağıllarımız zaman-zaman türk insanının amal və əməlinə, ailə tərbiyəsinə, cəmiyyətə sağlam inteqrasiyasına yardımçı olmuşdur.

Şair Nizami Muradoğlu «Azər­baycan xalq şairi Məmməd Arazın yaradıcılığında nağıl motivləri» möv­zusundakı çıxışında M. Arazın poe­ziyasında yer tutan nağıl süjet­lərindən bəhs elədi. Onun gətirdiyi nümunələrdən bəlli oldu ki, M. Araz həmişə əsərlərində xalq yaradıcılı­ğına üstünlük vermiş, müx­təlif atalar sözləri, məsəllər, əfsanə və rəvayət­lərdən, nağıl motivlərindən istifadə etmişdir. Bu baxımdan M. Arazın əsərləri xalq ədəbiyyatını, folklor nümunələrini öyrənmək üçün də xüsusi əhə­miyyəti olan qaynaqlardır.

Nailə Əbilovanın çıxışı «Ba­hadırlıq nağıllarında qəhrəman obrazı və sehrli qüvvələr» möv­zusunda idi. Araşdırmaçı baha­dır­lıq nağıllarının poetik cəhətlə­rin­dən, bu nağıllardakı sehrli qüvvə­lər­dən ətraflı bəhs elədi.

Prof. Sənubər Abdullayevanını məruzəsi «Nağıl dilində bəzi ono­mastik vahidlər» mövzusunda idi. O, nağıl dilində rastlanan antro­ponim­lərin leksik-semantik xüsu­siyyətləri haqqında ətraflı məlumat verdi. S. Ab­dullayeva nağıl dilində ono­mastik vahidlərin verilmə prinsip­ləri haq­qında söz açdı. Alim xüsusi adların nağıl dilindəki üslubi məqam­ları məsə­ləsini şərh etdi. O, nağıl dilində işlənən antroponimlərin emo­sio­nal­lıq, ekspressivlik yaratdığını diqqətə çatdırdı.

Prof. Roza Eyvazovanın məru­zəsi «Orta əsrlər ədəbi dil əlaqələrinin Kişvəri şeirində əksi» mövzusunda idi. Müəllif göstərdi ki, Kişvəri orta əsrlərdə Azər­baycan dilinin bütün incəliklərini, ifadə vasitələrini dərindən bilən bir şair olmuşdur. Kişvəri əsərlərinin dilində türk dillərinin ən qədim dövrlərinin izlərini daşıyan sözlər işlənmişdir. XV əsr poeziya dili kimi Kişvəri dilinin tədqiq olun­ması orta əsr türk dillərinin öyrə­nilməsi üçün də qiymətli bir mə­xəzdir. Professor həmçinin diqqətə çatdırdı ki, Kişvəri şeirinin bir özəlliyi də odur ki, onun şeirlərinin dili orta əsrlərdə türk dünyasında ortaq dil olan cağatay türkcəsinin elementlərini əks etdirir.

Dos. Baba Məhərrəmlinin möv­zusu «Azərbaycan nağılla­rında qədim türk sözləri» idi. B. Məhə­r-rəmli Azərbaycan nağılla­rında işlə­nən qədim türk sözlərinin geniş etimoloji analizini verərək bu kök sözlərin nağıl dilində qorun­ma­sının əsas səbəblərini açıqladı. O, nağıl­ların qədim dil faktlarını çox sıx mühafizə etdiyini xüsusilə vurğuladı. Məsələn, uzaq, uzaq­laşmaq sözlə­rinin qədim kökü *uz-dur. Həmin qədim kök morfem Türliyə türkcə­sinə aid nağıl­larda uz formasında qorun­muşdur. Nağıl­larda işlənən ən qədim söz kök­lərindən biri də *in kök morfemidir. Məruzəçi nağıl di­lin­də rastlanan qədim türk söz kök­lərinin digər, qeyri-türk dillərində leksik paralellərini göstərdi. Qədim ölü dillərdən gətirdiyi zəngin faktlarla onlarla qədim türk sözlərinin genezi­si­nin eyni olduğunu iştirakçılara sü­but etdi.

Filoloq Elnarə Bəşirovanın mə­ruzəsi «Zərdüştlikdə mifoloji surət­lər» adlanırdı. O, qədim atəş­pə­rəstlik dininin müqəddəs kita­bında adı çəkilən mifoloji varlıq­ların etimoloji izahını verdi.

Konfransda çıxışların müzaki­rəsi də çox canlı və diskussiya


şəraitin­də keçdi. Azərbaycandan olan alim­lər müzakirələrdə daha fəal idilər.

Konfrans dekabrın 3-də öz işi­ni başa çatdırdı. Konfrans işti­rak­çıları bu beynəlxalq konfrans­dan böyük mənəvi zövq aldılar.

BABA MƏHƏRRƏMLİ

T Ü R K O L O G İ Y A

¹ 2 2012

P E R S O N A L I A

Hazaİ Georq
(Anadan olmasının 80-illiyi)


Böyük macar türkoloqu akad. Ge-orq Hazai 1932-ci ildə Buda­peştdə anadan olmuşdur. 1950–1954-cü il-lərdə ELTE Universite­tinin türko­logiya fakültəsində təh­sil almış, 1956–1957-ci illərdə türk dilləri mütəxəssisi kimi Sofiya Univer­sitetində işləmişdir. 1962–1983-cü il-lərdə Berlində Humboldt Univer­sitetinin professoru olmuş, univer­sitetdə türkologiya sahəsində xeyli işlər görmüşdür. Burada türk dili üzrə tədris prosesinin təş­kilində, türkoloqlar hazırlanma­sın­da, eləcə də bu sahədə elmi-tədqiqat iş­lərinin aparılmasında fəal iştirak edən Georq Hazai həm də Alma­niya Elmlər Akademiya­sının «Turfan» tədqiqat qrupuna rəh­bər­lik etmişdir. 1982-ci ildən Maca­rıstan EA-nın müxbir üzvü, 1995-ci il­­dən həqiqi üzvüdür. 1992–1999-cu i­l-lərdə Kiprin Ak­deniz Univer­sitetində türkologiya fakül­tə­sinə başçılıq etmişdir. 2000-ci ildə Buda­peştdə yaratdığı An­draşi Univer­sitetinin ilk rektoru olmuş­dur.

Georq Hazai Avropa Akade­miya­sının (London) Amerika Şərq­şünaslar Cəmiyyətinin həqiqi üz­vüdür.

1972 və 1974-cü illərdə Bakı­da nəşr olunan «Sovet türkolo­giyası» jurnalında onun kitablarına resenziyalar çap olunub.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə 2007-ci il­də Bakıda G. Hazainin əsərlərinin biblioqrafiyası çap olunmuşdur. Ki­tab­da görkəmli macar alimi, türkoloq, prof., d-r Georg Hazainin əsərlərinin biblioqrafik göstəriciləri əksini tapmışdır. Oxucular burada alimin zəngin yaradıcılığı ilə tanış ola bilərlər. Azərbaycanda Atatürk Mərkəzinin müdiri, prof., d-r N. Cə­fərov kitaba ön söz yazmışdır.

Prof. K. Abdullayev və macar alimi M. Keneşinin birgə yaz­dıqları və macar dilində çap olun­muş «Gəlin azərbaycanca danışaq» adlı kitabının elmi redaktoru da akad. Ge­­org Hazaidir.

Georg Hazainin öz şəxsi kitab­xanasını Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasına hə­diy­yə etməsi də tanınmış türko­loqun Azərbaycan dilinə, Azər­baycan ali­minə və Azərbaycan elminə sevgi və ehtiramının bariz nümunəsidir. Bu kitablar onun 1960–1990-cı illərdə Türkiyədə, ABŞ-da, Fransada, İngil­-



tə­rədə, Alma­niyada, Bolqarıs­tanda və di­gər ölkələrdə türk, ingilis, fransız, alman dillərində yayımlanan elmi əsərlərdir. Bunlar lüğətlər, ensiklo­pediyalar, bir sıra qədim dil abidə­lərinin elmi-tənqidi mətnlə­ridir. Azərbaycan dilçiliyinin gənc nəsli üçün xüsusi əhəmiyyət kəsb edən bu kitablar respublikamızla mün­­təzəm yaradıcılıq əlaqəsində olan və Azərbaycan-Macarıstan əmək­­­daş­­lığının daha da genişlən­məsinə səy göstərən macar aliminin Azər­baycana dəyərli töhfəsidir. Tə­sa­­düfi deyildir ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində xidmətlərinə görə Georg Hazai Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən fəxri mükafata layiq görülmüşdür.



MƏHƏBBƏT MİRZƏLİYEVA



EYVAZOVA ROZA HÜSEYN QIZI
(Anadan olmasının 75-illiyi)




Görkəmli şərqşünas-türkoloq, dil­çilik üzrə namizədlik və dok­torluq dissertasiyalarının müda­fiə­sini keçirən şuranın, Azərbaycan Dövlət Pedaqoji Universitetində «Onomastika» cəmiyyətinin üzvü, dil əlaqələri şöbəsinin müdiri, filo­logiya elmləri doktoru, professor Eyvazova Roza Hüseyn qızının 75 yaşı tamam olur.

Eyvazova Roza Hüseyn qızı 1937-ci il aprelin 16-da Bakı şə­hərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Bakı şəhəri Səbael rayonundakı 7 saylı mək­təbi bitirmiş, həmin ildə S. M. Ki­rov adına Azərbaycan Dövlət Uni­versitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakül­təsinə daxil olmuş, 1959-cu ildə oranı Azərbaycan dili və İran filo­logiyası ixtisası üzrə bitirmişdir. 1966-cı ilə qədər Bakının 1 saylı internat-məktəbində fars dili fənni tədris etmişdir. 1967-ci ildən Azər­baycan SSR Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci il­dən həmin institutda «Dil əlaqə­ləri» şöbəsinin müdiridir.

R. Eyvazova 1978-ci ildə «Kiş­­vəri Divanının dili» mövzu­sunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1996-cı il «Əfqanıstanda türk mən­şəli toponimlər» adlı doktorluq dis­ser­tasiyasını uğurla müdafiə edə­rək, filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.

Alimin yaradıcılığı çox­şaxə­lidir. Onun elmi ictimaiyyətə təq­dim etdiyi 150-dən çox əsəri dil əlaqələri, dilimizin tarixi və ono­mastikanın öyrənilməsi baxımın­dan böyük əhəmiyyət kəsb edir: «Kişvəri Divanının dili» (1983), «Əfqanıstanda türk mənşəli topo­nimlər» (1995), «Orta əsr ədəbi dil əlaqələrinin Kişvəri əsərlərində təzahürü» (1999), «Kişvəri Diva­nının dili (morfoloji xüsusiy­yət­ləri» təkmilləşdirilmiş nəşr (2005), «Bakı urbanonimləri» (2010) və s. bir çox əsərləri bu qəbildəndir.

R. Eyvazova Əfqanıstanda və İranda ezamiyyətdə olduğu zaman dilçiliyin aktual problemləri ilə məş­ğul olmuşdur. «“Varlıq” və Cavad Heyət», «“Varlıq” məcmuə­sində aktual problemlər», «Azər­baycan və fars dillərində ismin kateqoriyaları», «Azərbaycan-Əf­qa­nıstan əlaqələrinin toponimlərdə izi», «Azərbaycan-Əfqanıstan to­po­nimik paralelləri, onların areal­ları və leksik-semantik xüsusiy­yət­ləri», «Əfqanıstanda türk dillərinin araşdırılması», «Əfqanıstanda türk­dilli atalar sözləri», «Əfqanıstanda türkdilli ədəbiyyat» və s. bu kimi məqalələrinin Azərbaycan-İran, Azər­­baycan-Əfqanıstan dil əlaqələ­rində böyük əhəmiyyəti vardır.

Roza Eyvazova bir sıra kol­lektiv əsərlərin əsas müəlliflərin­dəndir: «Azərbaycan toponimlə­rinin ensiklopedik lüğəti» (2007), «Azərbaycan ədəbi dili tarixi» (2007). O, «Dəricə-azərbaycanca lüğət», «“Varlıq” dərgisində dil­çilik məsələləri», «Mənbələr əsa­sında qədim şərq dillərinin öyrə­nilməsi», «Azərbaycan dili İran­dakı türk etnoslarının dili kon­tekstində», «Azərbaycan və fars dillərində felin quruluşca və mə­naca növlərinin müqayisəli təd­qiqi» və s. mövzularda apardığı araşdırmalarla bərabər bir neçə şeirlər kitabının da müəllifidir: «Gəl dönək ötən günə» (2002), «Nağıl kimi şipşirindi bu dünya» (kollektiv – 2003), «Rəngbərəngdir ləçəkləri çiçəyin» (kollektiv – 2003), «Şuşada ağlayan çiçək» (2005), «7 qəlbin vətən eşqi» (kollektiv – 2007) və s. 20-yə qə­dər kitab və məc­muənin redaktoru olan Roza Eyva­zova ekran-efirdə dilçiliyin müxtəlif problemləri ilə bağlı çıxışları etmiş­dir.

Gənc alim və kadrların yetiş­mə­sində əməyi böyükdür. 10-a qə­dər aspirant və dissertantların elmi rəh­bəridir. 30-a qədər doktorluq və na­mizədlik dissertasiyaların oppo­nenti olmuşdur.

Uzun müddət «Təfəkkür» Uni­versitetində «İran filologiyası», «Azər­­­­baycan ədəbi dili tarixi», «Azər­baycan dilinin tarixi qram­matikası»,


«Onomastika» fənnlə­rin­dən və seçmə fənn kimi «Kitabi-Dədə Qorqud» eposundan müha­zirələr oxumuşdur. O, Bakı, Ufa, Moskva, Kabul, Tehran, Urmiyyə, İzmir, Ankara şəhərlərində və Kipr­də keçirilən beynəlxalq simpo­zium­larda Azərbaycan dilçilik el­mini ləyaqətlə təmsil etmişdir.

Uzun illər səmərəli əmək fəa­liyyəti ilə bağlı SSRİ Ali Soveti Rəyasət Heyəti adından Oktyabr rayon Soveti İcraiyyə Komitəsinin 3 mart 1988-ci il qərarı ilə «Əmək Veteranı» medalı ilə, Azərbaycan dilçilik elminin inkişafındakı xid­mət­lərinə görə və anadan olması­nın 70-illiyi ilə əlaqədar 17 oktyabr 2008-ci il № 21/7 qərarına əsasən Azərbaycan Milli Elmlər Akade­miya­sının fəxri fərmanı ilə təltif edilmişdir.


KAMİLƏ VƏLİYEVA,

SOLMAZ SÜLEYMANOVA

T Ü R K O L O G İ Y A



¹ 2 2012


M Ü N D Ə R İ C A T

Roza Eyvazova (Bakı). Kişvərinin poetik dünyası 3

Саида Ибрагимова (Баку). Переводы фундаментальных текстов

и метаязык современной азербайджанской

лингвистики 15
Алимхан Жунисбек (Казахстан). Просодико-сегментные проблемы

тюркских языков 20


Вахид Захидоглы (Баку). Об ошибках писцов в списках

«Китаби Деде Коркуд» 34


İslam Sadıq (Bakı). Şumer və türk folklorunda Günəş kultu 43
Məmmədxan Soltanov (Bakı). Quba toponimi haqqında 59
Алекпер Алекперов (Баку). По поводу некоторых тюркско-семитских

и тюркско-индоевропейских исторических языко-

вых параллелей 65

RESENZIYALAR



Bilal İsmayılov (Bakı). Dilçilik ensiklopediyası. C. 2. 79

Buludxan Xəlilov (Bakı). Səməd Vurğunun bədii dilinin izahlı lüğəti 82

XRONIKA


Baba Məhərrəmli (Bakı). Ortaq türk keçmişindən ortaq türk

gələcəyinə doğru 86

PERSONALIA

Məhəbbət Mirzəliyeva (Bakı). Hazai Georq 90

Kamilə Vəliyeva, Solmaz Süleymanova (Bakı). Eyvazova Roza

Hüseyn qızı 91






1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə