T elman quliyev miLLİ-MƏDƏNİ İrs və Dİl amiLİNƏ kulturoloji baxiş




Yüklə 0.76 Mb.
səhifə7/7
tarix14.04.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

Pişməx (Büt.ş.) – keçənin hasil olması.

Culfa (Q., Cava., Qi.) – keçə salan adam.
Toxuculuq məhsulları:

Palaz (Büt.ş.).

Karbıt (Büt.ş.) // garbit – palazadan qalın və üstün­də müxtəlif naxışları olur.

Kilim (Büt.ş.) – garbıtın bir növü.

Gəbə (Büt.ş.).

Cecim (Büt.ş.).

Corab (Büt.ş.).

Kəndir (Büt.ş.) – ip.

Çatı (Büt.ş.) – keçi qəzilindən hörülən ip.

Örkən (Büt.ş.) – keçi qəzilindən hörülən yoğun və uzun ip.

Sicim (Büt.ş.) – yundan, qəzildən hazırlanan uzun ip.

Qolbağ (C.) – çobanların qoyunu qollarına bağla­dıq­ları yundan hazırlanan nazik ip.

Xurcun (Büt.ş.) – minik heyvanlarının üstünə atılır. İki gözdən ibarətdir. Bu gözlərə yük yığılır.

Həyvə (C.) // heybə (Büt.ş.) – yundan toxunan, bir adamın çiynində daşıdığı çanta.

Çul (Büt.ş.) – yəhərin altına salmaq üçün yundan toxunur.
Toxuculuq məhsullarına salınan gül və ya naxış adları:

Ağız yeləni (Büt.ş.) – ilk başlanğıc.

Mıncıx (Büt.ş.) – gəbənin dörd tərəfi boyunca mun­cuq kimi düzülən naxış.

Dəvəboynu (C., P., Buz., Güla., Au.) – dəvənin boy­nunun təsviri.

Buşqu (Büt.ş.) – gəbəyə, karbıt və kilimə salınan bıçqı dişlərinin təsviri.

Siçandişi mıncıx (C.) – siçan dişləri kimi incə naxış.

Buşqu yelən (C.) – gəbənin ilk başlanğıcında salı­nan diş-diş naxış.

İtəyağı (Büt.ş.) – it ayağının təsviri.

Qətdan gülü (Büt.ş.) – qənddanın təsviri.

Toyuxəyağı (Büt.ş.) – toyuq ayağının təsviri.

Döşəmə (C.) – gəbənin yeri.

Alma gülü (Büt.ş.) – alma təsviri.

Gül (Büt.ş.) – gəbəyə, kilimə salınan gül.

Ağaş gülü (Büt.ş.) – ağac təsviri.

Ulduz gülü (Büt.ş.) – ulduz təsviri.

Tısbağa naxışı (Au.) – tısbağa çanağının üstündəki naxışın təsviri.

Badnus gülü (Büt.ş.) – padnos təsviri.

Mövyarpağı naxışı (Büt.ş.) – üzüm yarpağının təsviri.

Piala (Au.) – piyalə təsviri.

Çeşni (Büt.ş.) – surət. Yeni toxunan xalçaya sal­maq üçün başqa xalçadan seçilən naxış.

VƏHŞİ HEYVAN, QUŞ VƏ HƏŞƏRAT ADLARI

a) Vəhşi heyvan adları

Av (Büt.ş.) – dağ keçisi.

Qızqapan (Q., Cava., T., N., Ç.) – kərtənkələdən ki­çik olur. Kiçik, inkişaf etməmiş ayaqları ilə cəld hə­rəkət edir. Boğazının altı ağ, qalan hissələri çil-çildir. Qu­raqlıq yerdə yaşayır.

Çöl pişiyi (Büt.ş.) – yazı pişiyi.

Daş kərtənkələsi (Büt.ş.) – varan.

Qeyd: Naxçıvan şivələrində vəhşi heyvan adlarının əksəriyyəti ədəbi dildə olduğu kimi işlənir.

b) Vəhşi quş adları



Qara sığırçın (Büt.ş.) – sığırçının bir növü.

Qəmiş quşu (Q., Cava.) – qamışlıqda yaşayan quş.

Qurbağa quşu (Q., Cava.) – qurbağa səsi çıxardan quş­dur və su kənarında yaşayır.

Qəcələ (Büt.ş.) – sağsağan. Culfa və Ordubad ra­yonlarında da eyni mənada işlədilir [20, s.130].

Qəcir (C.) – qaraquş.

Quruleləx (Büt.ş.) – iri arı quşu.

Çölgöyü (Büt.ş.) – çöl göyərçini.

Şanapipix (Büt.ş.) // hibob (Q., Cava.) // bubob (C.).

Qeyd: rayon ərazisində yaşayan quşların əksə­riy­yə­tinin adı ədəbi dillə müştərəkdir.

c) Həşərat adları



Acı milçəx (Büt.ş.) – qara milçəkdir, ağcaqanad ki­mi qan sorur.

Ananqız (Büt.ş.) – parabüzən.

Almaquşu (C.) – alma ağacında olan qanadlı həşərat.

Biçinçi (Büt.ş.) – məzarçı böcək.

Bızbıza (Q., Cava.) – may böcəyi, pıspısa.

Qara büvə (Büt.ş.) – iri qara rəngli zəhərli hö­rümçək.

Qanadlı qarışqa (Büt.ş.) – qanadları olan qarışqa.

Qara qarışqa (C.) – adi qarışqa.

Sarı qarışqa (Büt.ş.) – kiçik sarı rəngli qarışqa.

Qara əxrəb (Büt.ş.) – qara əqrəb.

Sarı büvə (Büt.ş.) – sarı rəngli zəhərli iri hörümçək.

Qızıl milçəx (Q., Cava.) – göy işıldayan milçək.

Qılışlı səquqa (Q., Cava.) – iri boz rəngli çəyirtkə.

Danaburnu (Əks.ş.) // bizoburnu (C.) – danadişi.

Yaşıl səquqa (Büt.ş.) – çəmənlikdə yaşayan ot rəng­li çəyirtkə.

Yeriti (Büt.ş.) – yer qarışqası. Torpaq rəngli qa­rış­qa­ya oxşar həşəratdır. Torpağın altında yaşayır. Yuvası oy­maq şəkilli olur, ora başqa həşərat düşdükdə onları çə­kib torpağın altına aparıb qidalanır.

Kor milçəx (Büt.ş.) – kiçik milçəkdir. Əsasən ba­taq­lıq yerdə olur. Topa şəklində uçurlar, adamın və ya hey­vanların gözünə girirlər, buna görə də kor milçək adlanır.

Gecə bızbızası (Büt.ş.) – otlaq gənəsi.

Gecə kəpənəyi (sova.) – gündüz tovuzgözlüsü.

Gənə (Büt.ş.) – mal-qarada olan kiçik qırmızı rəng­li həşərat.

Suqurdu (Büt.ş.) – çirkli sularda olan qırmızı qurd.

Səquqa (Büt.ş.) – iri yastı boz rəngli həşəratdır. Mal-qaranın yelininə yapışaraq qidalanır.

Mal zəlisi (Büt.ş.) – yaşıl zəli.

Mici (C.) – kiçik qırmızı rəngli yastı həşəratdır, mal-qaranın dərisinə yapışaraq qidalanır.

Mığmığ (Büt.ş.) – ağcaqanad.

Qeyd: bəzi həşərat adları – kəpənək, taxtabiti, xallı kə­pənək, hörümçək və s. adları ədəbi dillə müş­tərəkdir.

MƏİŞƏT LEKSİKASINA AİD SÖZLƏR
Binaların, evlərin hissələri və

tikinti materialları


Buxarı (Büt.ş.) – divarda olan soba.

Qapıbaşı (Büt.ş.) – qapı və ya pəncərənin üstünə atılan şalban və yaxud beton dirək.

Qəfxana // qəfəxana (Q., Cava., N., Ç., Güz., T.) – dəh­liz; koridor. Ordubad dialektində çayxana şəklində eyni mənada işlədilir [20, s.123].

Əldamı (Q., Cava.) // qaradam (C.P.Buz.) – anbar.

Zirzəmi (Q., Cava., N., Güz., T.) // badval (Əks.ş.).

Yaşmax (Büt.ş.) – qapı və pəncərənin örtülən hissəsinə vurulan nazik taxta (reyka).

Kürsü (Büt.ş.) – qışda evi qızdırmaq üçün təndir dü­zəldilir, onun üstünə isə taxtadan böyük taxt dü­zəl­dilib qoyulur.

Mor (Büt.ş.) – damın üstünə tökülən nəm torpaq.

Möhrə (Büt.ş.) – divar tikmək üçün hazırlanan pal­çıq. Palçıq divar, palçıq bina mənasında da işlədilir. Göyçay şivələrində də eyni mənanı verir [96, s.23].

Pərdi (Büt.ş.) – tavan.

Puşqax (Büt.ş.) – evin bucağı, küncü.

Səki (Büt.ş.) – binanın qarşısında xüsusi düzəl­dilən, üzərinə beton tökülən, yaxud daş düzülən gediş-gəliş, dincəlmək üçün nəzərdə tutulan sahə.

Sərmöhrə (Büt.ş.) – binanın sonuncu hörgüsü.

Təndirəsər (Büt.ş.) – çörək bişirilən yer: təndir damı.

Tir // ağaş (Əks.ş.) // atma (C.) – binanın üstünə atı­lan dirək.

Him (Büt.ş.) – binanın özülü.

Çilix (C., P., Buz. ) – binanın üstünə döşənən taxta.
Ev avadanlıqlarının adları
Yasdığ, balış, döşəx, yorğan, döşəxcə, yorğança, mələfə (döşəkağı), dəsdərxan (xırda çörək süfrəsi), sıfra (xamır süfrəsi), istəkan dəsmalı kimi ev avadanlıqları bü­tün şivələrdə müştərək şəkildə işlədilir.
Məişətdə işlədilən qab-qacaq adları
Həvəxdəstə, çömçə, çilosüzən (aşsüzən), irəfətə (la­vaş bişirərkən işlədilən əşya), duvax (C.) // daş (Büt.ş.) – kündəyayan, axlov (oxlov), istəkan, zir (nəl­bə­ki), çaydan, çaynix, qəfədan, süddan, sac, tava, teşt, cam və s.

Dulusçuluq məmulatı
Bardax (kiçik su qabı), qədələ küvə (kiçik küpə), qılplı küpə, kərə küpə (qulpsuz küpə), əkənəx (xəmir qabı), küp, xum, qüçüxyatan (banka), lüləyin, nehrə, sein, səhəng, parş, çölməx.
Dulusçuluğa aid sözlər
At kürə – alt kürə

Üs kürə – üst kürə. Hər iki kürədə qəlibdən çıxmış əşyalar bişirilir.

Çarx – kürənin içərisində yerləşir və çiy əşyalar bi­şirilmək üçün onun üstünə düzülür.

Şiş – kürədən əşyaları çıxartmaq üçün işlənən alət.

Qabdüzəldən – dulusçu.

Kürəçi – kürəni yandıran adam.

Qeyd: dulusçuluqla rayonun Təzəkənd kəndində məş­ğul olmuşlar. Ona görə də burada verilən söz­lər həmin kənd şivəsinə aiddir.
Məişətdə işlədilən alətlər
Bıçax // qəməlti, buşqu, nacax // balta, nişar // xırxı (mişar), kəküş, iskənə (taxtadeşən), irəndə, qəvrə (qa­vara), çapacax // dəhrə, kəlfətin (kəlbətin), xartdaşı (kə­sici alətləri itiləmək üçün).

Qeyd: məişətdə işlədilən alətlərin adı bütün şivələrdə müştərəkdir.

Yemək (xörək) adları
Avdıx (Büt.ş.) – ovduq su ilə çalınmış qatığa göy-göyərti, doğranmış xiyar əlavə edilərək süfrəyə verlir. Avdıq sözü eyni mənada Gəncədə də işlədilir [20, s.16].

Ayranaşı (Büt.ş.) – dovğa. Masallı, Amasiya şivə­lə­rində də eyni mənanı verir [20, s.27].

Asma (Büt.ş.) – piti. Culfa rayonunda asmalı sözü həmin mənada işlənir [20, s.42].

Bəzirganı (Büt.ş.) // xanatdandı (C.) – qovurma şorbası.

Biryan (C.) // büryan (Büt.ş.) – quzunu soyub tə­miz­lədikdən sonra bütün şəkildə təndirdə bişirirlər.

Bozartma (Büt.ş.) – ətin suda bişirilmişi.

Boz horra (C.) – un horrası.

Qavırğa (C.) qavırğa (Büt.ş.) – qovurqa, buğdanın qovurulmuşu. Qavırğa şəklində Füzuli rayonu şivəsində də eyni mənanı verir [20, s.104].

Qavut (C.) // qavıt (Əks.ş.) – qovut, qovurulmuş buğ­danın ununun şəkərlə qarışığından hasil olan yemək.

Qayğanax (Büt.ş.) – çalınmış yumurtanın yağda bişirilmişi.

Qaysava (Büt.ş.) – quru əriyin yağda bişirilmişi. Bu şəkildə Füzuli, Salyan, Sabirabad, Yardımlı, qaysafa // qeysəfə // qeysəvə şəklində Qazax, qeysevə // qəsəvə şək­lində Tovuz, qəysəvə şəklində Şəmkir rayonlarında hə­min mənada işlədilir [20, s.108].

Qırma kabab (Büt.ş.) – tikə kabab.

Quymax (Büt.ş.) – un, şəkər və yağdan hazırlanan ye­mək. Bakı dialektində quymaq deyilir [20, s.209].

Quru halva // halva (Büt.ş.).

Döymə kabab (Büt.ş.) – lülə kabab.

Döyməş (Büt.ş.) – isti çörəyin yağla qarışdırılması. Qazaxda döymənc, Gəncədə və Şuşada döyməş, Qubad­lı­da və Ağdamda döyməc deyilir [20, s.200].

Yarma aşı (Büt.ş.).

Ələzdi yarma (Büt.ş.) – qurudulmuş ələyəz otu ilə yarmanın bişirilməsindən alınan xörək.

Ələzdi umaş (Büt.ş.) – ələyəzlə umacın bişirilmişi.

Əriştə çəxməsi (Büt.ş.) – qurudulub, qovrulmuş əriş­tədən hazırlanan yemək.

Kəllə (Büt.ş.) – xaş. Bakı dialektində kəllə-paça ad­lanır [95, s.210].

Kükü (Büt.ş.) – göyərti ilə yumurtanın çalınıb qı­zar­dılması.

Südaşı (Büt.ş.) – düyünün süddə bişmişi.

Süddü horra (Büt.ş.) – unun süddə bişmişi.

Süddü yarma (Büt.ş.) – yarmanın süddə bişmişi.

Mövdolması (Büt.ş.) – yarpaq dolması.

Umac (Büt.ş.).

Tərhalva (Au.) // tərəx (Büt.ş.) – un, şəkər və yağ­dan hazırlanan xörək. Bakı dialektində təreg sözü eyni mənanı verir.

Qeyd: yuxarıda verilmiş xörək növlərinin adlarının əksəriyyəti ədəbi dillə müştərəkdir.


Çörək növləri
Lavaş (Büt.ş.) – yuxa.

Tapı (Büt.ş.) – qalın dəyirmi çörək.

Bökən (C.) // dəsdana (Büt.ş.) – yağlı dəyirmi qalın çörək.

Çıppa (Büt.ş.) – yuxadan qalın olur.



ASTRONOMİK ADLAR

İşıxlı ulduz (C.) // çobanulduzu (Naxş.) – ilk çıxan ulduz.

Ulkar (C.) // Ülkər (Büt.ş.) – yeddi ulduz birlikdə.

Nizamtərəzi (Büt.ş.) – üç ulduz birlikdə.

Xödəxgarvan (C.), Xödəkkarvan (Büt.ş.) – beşul­duz bir yerdə.

Karvanqıran (Büt.ş.) – Zöhrə ulduzu. Karvanqıran şəklində Qazax, Tovuz rayonlarında da eyni məna ifadə edilir [20, s.252].

Dan ulduzu (Büt.ş.).

Leyli və Məcnun ulduzu (C.) – iki ulduzdur, ildə bir dəfə qoşalaşırlar.

Məkkə yolu (C.) // karvan yolu (Büt.ş.) – ulduzlar topası. Qazax dialektində karvan yolu adlanır [20, s.252].
BARAMAÇILIĞA AİD SÖZ VƏ TERMİNLƏR
Qarışqa (Büt.ş.) – toxumdan təzə əmələ gələn qurd.

Qarışqa yuxusu (Nəza., D., Au., Yu.) – barama qur­dunun birinci yuxusu.

Şümşürüt yuxusu (Nəza., D., Au., Yu.) // dü yu­xu­su (Q., N., Ç., Güz.) – barama qurdunun ikinci yuxusu.

Kiçix xırıt (Büt.ş.) – barama qurdunun üçüncü yuxusu.

Böyük xırıt (Büt.ş.) – barama qurdunun dördüncü yuxusu.

Qəm yuxusu (Nəza., D., Au., Yu.) – barama qurdu­nun sarığa başlamazdan əvvəl 1-2 saatlıq yuxusu.

Şaxagetmə (N., D., Ay., Yu.) // sarığagetmə (Əks.ş.) – eyni mənada Ağcabədi rayonu şivələrində də işlədilir [61, s.48].

Doğrama (Nəza., D., Au., Yu.) – qarışqaya verilən xırda-xırda doğranmış tut yarpağı.

Ləçəx (Nəza., D., Au., Yu.) – üç gündən sonra ba­ra­ma qurduna verilən tut yarpaqlarının doğranmış lə­çəkləri.

Yarımçubux (Nəza., D., Au., Yu) – səkkiz gündən son­ra barama qurduna verilən kiçik doğranmış tut çubuqları.

Şax (Büt.ş.) – danaqıran və ya eşşək turpu ko­lun­dan olur.

Şaxlama (Büt.ş.) – barama sarınmaq üçün qoyulan kol. Şaxlamax şəklində Ağcabədi [61, s.48] rayonu və Göy­çay [96, s.19] şivələrində eyni mənada işlənir.

Nişan göstərmək (Au.) – şaxda ilk görünən barama.

Dərməx (Nəza., D.. Au., Yu.) – baramanı yığmaq.

Sıvama (Nəza., D., Au., Yu.) – baramanı təmiz­ləmək.

Kolbaşı (Nəza., D., Au., Yu.) – kolun üstündə qalan tor.

Künarramax (Nəza., D., Au., Yu.) – baramanın ye­ri­ni dəyişmək.

Künar (Nəza., D., Au., Yu.) – yarpağın yeyilmiş budaqları.

Köynəx (Nəza., D., Au., Yu.) – ipək qurdunun üstündəki nazik pərdə. Şəki dialektinin Qışlaq şivəsində də eyni mənanı verir [50, s.193].

Kəpənəx (Büt.ş.) – ipək qurdundan əmələ gələn kəpənək.

Güdül (Büt.ş.) – sarığa gedən vaxt ipək qurdunda əmələ gələn xəstəlik.

İrinnəmə (Au.) – ipək qurdu xəstəliyi.

Susda (Nəza., D., Au., Yu.) – tam sarınmamış barama.

Əla növ barama (Büt.ş.).

Birinci növ barama (Büt.ş.).

İkinci növ barama (Büt.ş.).

Qaraçıxar (Nəza., D., Au., Yu.) – üçüncü növ.

Bırak (Nəza., D., Au., Yu.) – qurdu içərisində ölən barama.

Baramaçı (Əks.ş.) // kümçü (T., N., Ç., Güz.) – ba­ra­ma qurdu bəsləyən adam.

Barama damı (Əks.ş.) // kümxana (N., Ç., Güz.) – ba­rama qurdu saxlanan yer.
ARIÇILIĞA AİD TERMİNLƏR

Arıxana (Büt.ş.) – arı saxlanılan yer, bina. Şəki di­alektində də arıxana deyilir [50, s.195].

Beçə (Büt.ş.) – yeni əmələ gəlmiş arı ailəsi. Göy­çay şivələrində veçə adlanır [96, s.18].

Beçə balı (Büt.ş.) – gənc arı ailəsindən alınan ilk məhsul.

Beçə şanı (Büt.ş.) – birinci dəfə çəkilmiş şan.

Qısır arı (Büt.ş.) – beçə verməyən arı ailəsi. Göy­çay şivələrində bu mənanı həm qısır, həm də höürə get­məyən arı sözləri ifadə edir [96].

Dalax (C., P., Buz.) – arının əsas şanı doldurduqdan son­ra düzəltdiyi əl böyüklüyündə şan.

Erkəx arı (Büt.ş.) – erkək arı. Ana arı mayalan­dıq­dan sonra erkək arı pətəkdən qovulur.

Erkəxləməx (Büt.ş.) – pətəkdə ana arı olmayanda arılar işə getmir və beləliklə məhsul olmur.

Əkə arı (Büt.ş.) – iki, üç dəfədən artıq beçə verən arı ailəsi. Belə pətəkdən yüksək məhsul götürülür.

Keşməx (Büt.ş.) – arının uçuş bacası.

Nəfəsdix (Büt.ş.) – arı pətəyinə hava daxil olması üçün qoyulan kiçik baca.

Haramı (C.) – başqa arı ailələrinə basqın edib, on­ların hazır məhsulları ilə qidalanmaq istəyən arı. Or­du­bad dialektində də eyni mənada işlənir [20, s.419].

Çiş (Büt.ş.) – balsız şan.

Cəng olma (Büt.ş.) – arı xəstəliyi. Soyuqda qalan arı­lar uça bilmədiklərindən belə adlanır.

Şaa (Büt.ş.) – şah arı. Ailəni idarə edən ana arı. Bu söz eyni mənada Şəki dialektində [50, s.195], Göyçay şivələ­rində [96, s.18] də işlənir.

Qeyd: bölgə şivələrində işlənən bəzi sözlər (arı, ana arı, ana şan) ədəbi dillə müştərəkdir.


MƏRASİMLƏRƏ AİD OLAN SÖZLƏR

a) Toy mərasiminə aid sözlər



Elçi (Büt.ş.).

Bəlgə (Büt.ş.) – oğlan evindən qız evinə göndərilən birinci nişan. “Əvvəl bəlgə verrix, sora nişan aparrıx” (Q.). Şəki rayonu şivələrində buna bəliyə // şəltə deyirlər [50, s.195].

Parça bişmə (Büt.ş.) – toy başlamazdan əvvəl qız evində olan şənlik. Gəlinə paltar tikdirmə.

Xına gecəsi (Q., Cava.) // xınayaxma (C.) – gəlin köçməmişdən bir gün əvvəl keçirilən gecə. “Bizzərdə xına gecəsi haquşqa dellər, gülmey gellər, qız-gəlinnər əllərinə xına qollar” (Q.).

Duvax (N.) // yaylıx qapma (Əks.ş.) – gəlin gələnin səhərisi günü onu görmək münasibətilə düzəldilən şənlik.

Südpulu (Büt.ş.) – gəlin köçürülən vaxt oğlanın yaxın qohumu tərəfindən qız anasına verilən müəyyən miqdar pul.

Cehiz (Büt.ş.) – qızın valideynlərinin ona bağışla­dıq­ları müəyyən ev əşyaları.

Bəy (Büt.ş.) – evlənən oğlan toy günü belə adlanır.

Sağdış (Büt.ş.) – evlənən oğlanın yanında duran evli kişi.

Solduş (Büt.ş.) – evlənən oğlanın yanında duran ikin­ci adam. “Solduş gərəx evlənməmiş oğlan ola” (D.).

Yengə (Büt.ş.) – gəlin köçərkən onunla bərabər bəy evinə gedən yaşlı qadına deyilir.

Gəlin (Büt.ş.) – ərə verilən qız.

Tabax (Büt.ş.) – oğlan evindən qız evinə aparılan tabaq.

Bəy tabağı (Büt.ş.) – qız evindən oğlan evinə gəti­ri­lən tabaq və yaxud xonça.

Dizdəağı (Büt.ş.) – gəlin gətiriləndə, oğlan evində oğlanın yaxın adamları gəlinə “xoş gəldin” deyir və bu münasibətlə pul, müxtəlif hədiyyələr verirlər.

Toybəyi (Büt.ş.) – toyu idarə edir.

Haşşabaş (Büt.ş.) – şabaş, oynayanlara verilən pul.

Gəlingörmə (Büt.ş.) – gəlin gələndən bir neçə gün sonra oğlanın yaxın adamları onu görməyə gəlirlər.

Əlöppə (Büt.ş.) – gəlin gələnin üçüncü günü bəylə gə­linin gedib onun (gəlinin) ata-anasını görməsinə deyilir.

b) Yas mərasiminə aid sözlər



Ölü yeri (Büt.ş.) // hüzür yeri (N., Kouz.) – vəfat edən adamın evində keçirilən mərasim yeri.

Ağı (N., Güz., Ç.) – vəfat edənin xatirəsini yad edib ağlamaq.

Eysan (Büt.ş.) – vəfat edənin ruhunun şad olması üçün başsağlığına gələnlərə verilən yemək, ehsan.

Yasdama (Büt.ş.) – başsağlığına gələnlərin vəfat etmiş adamın ailəsinə gətirdiyi xərc (pul, qənd, çay, düyü, un, yağ, ət və s.).

Üçü (Büt.ş.) – yasın üçü.

Yeddisi (Büt.ş.) – yasın yeddinci günü.

Qırx (Büt.ş.) – yasın qırxıncı günü.

Qara bayram (Büt.ş.) – vəfat edənin qohumları Nov­ruz bayramında onun xatirəsini yad edirlər.

NƏTİCƏ

Azərbaycanın dilçi alimləri ana dilinin elmi şəkildə öyrənilməsi sahəsində uzun illər elmi-tədqiqat işləri apa­raraq Azərbaycan dilinin qrammatikasını mükəmməl şəkildə yaradıblar. Bu sahədə dilimizin ayrı-ayrı dialekt­lərinin öyrənilməsi də mühüm yer tutur. Azərbaycan di­li­nin dialektləri özündə tarixiliyi, yüz illər boyu milli də­yərləri mühafizə etmiş ümumtürk mədəniyyətinin iz­lə­rini qoruyub saxlamaqdadır. Bu baxımdan Naxçıvan dia­lekti də çox maraqlıdır. Naxçıvan dialektində termin sə­ciyyəli sözləri toplayıb araşdırarkən ümumtürk mədə­niy­yətinin ortaq oxşarlıqlarına sıx-sıx rast gəlirik. Türk dil­ləri ilə müqayisəli şəkildə öyrəndiyimiz termin səciy­yə­li sözlərin əksəriyyəti ümumtürk mədəni irsinin da­şı­yı­cısıdır. Əkinçilik, heyvandarlıq, arıçılıq, dulusçuluq, adət-ənənələrimizə aid olan sözlərin arxasında böyük bir mədəniyyət dayanır. Topladığımız termin səciyyəli söz­lər söylədiklərimizin bir nümunəsidir.

Naxçıvan rayonu şivələrində terminoloji səciyyə daşıyan leksika olduqca zəngindir. Həmin leksikanın aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar.

a) Rayon şivələrində terminlərin çox hissəsi dia­lekt xüsusiyyəti daşıyırlar. Məsələn, gülbəsər (xi­yar), qədələ (kiçik küpə), ələz (ot), künar (yar­paqları yeyilmiş tut budaqları) və s.

b) Köhnə dövrlə bağlı olan sözlər leksikada özünü göstərir.

c) Rayon şivələrindəki terminlərin bir qismi ədəbi dillə müştərəkdir.

d) Dialekt xüsusiyyəti daşıyan bəzi sözlər Azər­bay­can dilinin başqa dialektlərində də işlənir. Məsələn, qıra, kələkey, güzəm, qəfxana və s.

e) Naxçıvan rayon şivələrindəki terminlərin, əsasən maldarlıqla bağlı olan terminlərin bir qismi ümum­türk sözləridir. Məsələn, inək, qoyun, at, day və s.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT



Azərbaycan dilində

  1. Abbasov N.Ə. Mədəniyyət siyasəti və mənəvi dəyərlər. Monoqrafiya. Bakı: Təknur, 2009.

  2. Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, Qismət, 2007.

  3. Aslanova R. Yeni mədəniyyət məkanına inteq­rasiya. Bakı, Nurlan, 2007.

  4. Atalar sözləri. Bakı, Bakı işçisi, 1926.

  5. Ataşov X.B. İdarəetmə elmi və rəhbər əməyi (Elmi-təcrübi tezislər toplusu). Bakı: Elm, 2011.

  6. Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu, 10-cu nəşr, Azərbaycan Respub­likası Mədəniyyət və Turizm Nazirliyi. Bakı: “Çinar-Çap”, 2008.

  7. Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.

  8. Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007.

  9. Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2007.

  10. Azərbaycan folkloru antologiyası: Naxçıvan folkloru, I cild. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2010.

  11. Azərbaycan folkloru antologiyası, II kitab (İraq-тürkman cildi). Bakı, “Nurlan”, 2009.

  12. Azərbaycan folklorşünaslığı (müntəxəbat). Bakı, ADPU nəşri, 2000.

  13. Azərbaycan sovet ensiklopediyası: 10 cilddə, III c., Bakı: ASE-nin baş redaksiyası, 1979.

  14. Azərbaycanda mədəniyyət siyasəti. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşri. Bakı: Nağıl evi, 2004.

  15. Azərbaycan Respublikası (1991-2001). Bakı: Yeni nəşrlər evi, 2001.

  16. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrı­cında. Azərbaycan Respub­likası Prezidenti Heydər Əliyevin yeni əsr və üçüncü minillik münasi­bətilə Azərbaycan xalqına müraciəti. Bakı, İqtisad Universiteti nəşriyyatı, 2001.

  17. Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı. “Ədəbiyyat qəzeti”, 13 avqust 2001-ci il.

  18. Azərbaycan xalq ədəbiyyatından bayatılar. Azərbaycan Ədəbiyyatı Cəmiy­yətinin nəşriyyatı, Bakı, 1925.

  19. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Bakı, 1967.

  20. Azərbaycan dilin dialektoloji lüğəti. Bakı, 1964.

  21. Azərbaycan dialektologiyasına aid materiallar. Bakı, 1964.

  22. ADQQDŞ, s. 232.

  23. Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır. “Respublika” qəzeti, 11 oktyabr 2011-ci il, № 218 (4222).

  24. Babayev S. Qədim diyarın təbiəti. Bakı, 1970.

  25. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” konvensiya (Paris, 20 oktyabr 2005-ci il). www.e-qanun.az/files/framework/.../f_19041.htm

  26. Cəfərli Məhərrəm. “Folklorumuz bizim milli kimliyimizdir. “Lent.az” (Müsahibə), 24 fevral 2009-cu il.

  27. Cəfərov N. Azərbaycan mədəniyyəti məsələləri. Bakı: BDU, 2000.

  28. Cəfərov S. Müasir Azərbaycan dili (Leksika). Bakı, 1970.

  29. Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. Üçüncü cild. Bakı: Elm, 1977.

  30. Dəmirov İ., Şükürov C. Dərman bitkiləri. Bakı, 1979.

  31. Əfəndiyev P. Azərbaycan folklorşünaslığı (1920-1930-cu illər). Bakı, ADPU nəşri, 1997.

  32. Əskər Ramiz. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri üzrə biblioqrafik və qrammatik göstərici. Bakı: AMEA-nın Folklor İnstitutu, 2008.

  33. Əskər Ramiz. Mahmud Kaşğari və onun “Divanü lüğat-it-türk” əsəri. Bakı: AMEA-nın Folklor İnstitutu, 2008.

  34. Gəncalp Güntay. Millət olmağın əsasını ədəbiyyat təşkil edir. AZADİNFORM-un müxbiri Nigar İs­fən­diyarqızı ilə müsahibə http://www.azadinform.az/news/a-26191.html

  35. Gəncalp G. Mədəniy­yət və kültür qavramları üzərinə.http://www.almaqezeti.com/?mod=view&id=5019.

  36. Göyalp Z. Türkçülüyün əsasları. Bakı: Maarif, 1991.

  37. Hacıbəyli Ceyhun bəy. Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı). Bakı, Ozan, 1999.

  38. Hacıbəyli Ceyhun bəy. Seçilmiş əsərləri (Mühacirət dövrü). Bakı, Elm, 2006.

  39. Heydər Əliyev və Şərq: 6 cilddə. IV kitab: İran İslam Respublikası / tərt.-müəl. Q.Allahverdiyev, V.Sultanzadə; red. M.Qurbanlı. Bakı: Çaşıoğlu, 2005.

  40. Həsənzadə Nəriman. Kulturologiya (Dünya mədəniyyəti tarixi). Dərslik. Bakı, 2005.

  41. Hüseynova A.H. Ceyhun bəy Hacıbəylinin folklorşünasliq irsi. Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası 2011, № 4, s. 39-45.

  42. Xаlq yаddаşının izləri (Miflər, əfsаnələr, nаğıl­lаr...). Fоlklоr tоplusu (Tоplаyаn və nəşrə hаzır­lаyаn: Məhsəti İsmаyıl). Bаkı, Еlm, 2005.

  43. Xəlilli Şahin. Folklorda tarix və tarixdə folklor. “Azərbaycan folkloru Avropa sivilizasiyası kon­teks­tin­də” mövzusunda elmi-praktiki konfransın materialları. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutu (21 dekabr 2011-ci il). Bakı, Nurlan, 2011, s.167-178.

  44. Xəlilov H. Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri. Fil.elm.nam. … dis. Bakı, 2001.

  45. Xəlilov S.S. Fəlsəfə: tarix və müasirlik (Fəlsəfi kompa­rativistika). Bakı: Azərbayсan Universiteti, 2006.

  46. Xəlilov S.S. Mənəviyyat fəlsəfəsi. Bakı: Azərbay­can Universiteti, 2007.

  47. Xəlilov S.S. Sivilizasiyalararası dialoq. Bakı: Adiloğlu, 2009.

  48. Xəlilov S.S. Elmşünaslığa giriş. Bakı: Çaşıoğlu, 2010.

  49. İsayeva Nigar. XX əsr Azərbaycan hekayəçiliyi və folklor. Bakı: Uğur, 2008.

  50. İslamov M. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, 1968.

  51. İsmayıl Məhsəti Rüstəm qızı. Naxçıvan əfsanələri. Bakı: Еlm, 2008.

  52. İsmayilov Hüseyn, Rzasoy Seyfəddin. Naxçıvan folkloru antologiyası. “Azərbaycan” qəzeti, 31 mart 2010-cu il.

  53. İsmayılova Sima. Müstəqillik illərində folklor­şünaslıq biblioqrafik mənbələrdə. s. 132-140.

  54. Kaşğari Mahmud. Divanü lüğat-it-türk. Dörd cilddə, I cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər). Bakı: Ozan, 2006.

  55. Kaşğari Mahmud. Divanü lüğat-it-türk. Dörd cilddə, II cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər). Bakı: Ozan, 2006.

  56. Kaşğari Mahmud. Divanü lüğat-it-türk. Dörd cilddə, III cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər). Bakı: Ozan, 2006.

  57. Kaşğari Mahmud. Divanü lüğat-it-türk. Dörd cilddə, IV cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər). Bakı: Ozan, 2006.

  58. Qarayev Yaşar. Tarix: yaxından və uzaqdan. Bakı: Sabah, 1996.

  59. Qarayev Yaşar. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (İki min ili tamamlayan iki yüz il – XIX və XX yüzillər). Bakı: Elm, 2002.

  60. Qarayev Yaşar. Erkən türk təsəvvüf kültürü – yəsəvilik. “Mədəniyyət dünyası”, VII buraxılış, Bakı, ADMİU, 2003, s. 38-55.

  61. Quliyev İ.K. Ağcabədi rayonu şivələrinin leksikasından (Termin səciyyəli sözlər). ADU Nəşriyyatı, “Elmi əsərlər” (Dil və ədəbiyyat seriyası), № 6, 1976.

  62. Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontekstində baxış // “Fəlsəfə və sosial-siyasi elmlər”, 2009, № 4, s. 9-32.

  63. Mehdiyev R. Fəlsəfə. Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010.

  64. Mədəniyyətimizin və mədəni incilərimizin hamisi. Heydər Əliyev Fondunun və Azərbaycan Mədə­niyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanı­mı Mehriban Əliyevanın mədəniyyət sahəsində fəaliyyəti (Tərtibçi və elmi redaktor: Sevda Məm­mədəliyeva). Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007.

  65. Mədəni irsin qorunmasına dair normatik hüquqi aktlar toplusu (1 sentyabr 2001-ci ilədək olan vəziyyətə görə) Bakı: Elm, 2001.

  66. Mədəni müxtəliflik sosial-siyasi dəyər kimi. Kulturoloqların II Milli Forumu (Beynəlxalq elmi-praktiki konfrans, Bakı, 3 iyun 2010-cu il). Bakı: Elm, 2010.

  67. Mədəniyyət və Turizm fəaliyyətinə dair qanunlar toplusu. Bakı: Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzi, 2007.

  68. Mədəniyyət haqqında Azərbaycan Respublika­sının Qanunu. “Azərbaycan” qəz., № 86, 18 aprel 1998-ci il.

  69. Məmmədov A. Kultural krizis simptomları (“kul­tura”, yoxsa mədəniyyət”?). Kulturoloqların II Milli Forumu “Mə­dəni müxtəliflik: sosial-siyasi dəyər kimi”. Bakı, 3 iyun 2010-cu il, s.149-153.

  70. Məmmədov F. Mədəniyyət və dövlət (kadrlar hazırlanması və idarəetmə problemləri). “Mədə­niyyət dünyası” elmi məqalələr toplusu, IV buraxılış, Bakı, 2002, s. 13-21.

  71. Məmmədov F. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi (təriflər, düsturlar, mədəniyyət müddəaları, ayrı-ayrı məqalə, məruzə və çıxışlar). Bakı: Çiraq, 2008, 432.

  72. Məmmədova F.R. Azərbaycan mühacirətinin kulturoloji irsində dil problemi. Bakı: Elm, 2006.

  73. Məmmədova F.R. Azərbaycan mühacirətinin elmi-nəzəri tədqiqatlarında dil kulturoloji baxışlar kontekstində. Kulturologiya elm. Nam. ... dis. Avtoref. Bakı: 2007.

  74. Məmmədova S. Mədəniyyətşünaslıq. Bakı: “Kooperasiya” nəşriyyatı, 2001.

  75. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992.

  76. Milli-mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu / tərt. Ed. N.Alışova; ixtisas red. Və bur. Məs. K.Tahirov; red. A.Abdullayeva. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. Bakı, 2011.

  77. Naxçıvan ensiklopediyası. 2 cilddə, cild 1. Azər­baycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi (Азярбайcан Республикасынын Президенти Илщам Ялийевин “Нахчыван Мухтар Респуб­ликасынын 80 иллик йубилейинин кечирилмяси щаггында” 2004-cц ил 9 феврал тарихли Sярянcамы иля тясдиг едилмиш тядбирляр планына ясасян чап олунур). Naxçıvan, 2005.

  78. Naxçıvan ensiklopediyası. 2 cilddə, cild 2. Azər­baycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi (Азярбайcан Республикасынын Президенти Илщам Ялийевин “Нахчыван Мухтар Респуб­ликасынын 80 иллик йубилейинин кечирилмяси щаггында” 2004-cц ил 9 феврал тарихли Sярянcамы иля тясдиг едилмиш тядбирляр планына ясасян чап олунур). Naxçıvan, 2005.

  79. Naxçıvan abidələri ensiklopediyası. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi. Naxçıvan, 2008.

  80. Naxçıvan MSSR qrupu dialekt və şivələri. Bakı, 1962.

  81. Nəbiyev A.M. Azərbaycan xalq ədəbiyyatı. I hissə. Bakı, Turan, 2002.

  82. Orucova Səhər. Folklorun toplanması və nəşri tarixindən. s.114-120.

  83. Prezident İlham Əliyev və mədəniyyət. 2 cilddə (I cild). Qəbullar, nitqlər, çıxışlar, görüş və mərasimlər, səfərlər, müsahibələr. Bakı, “İDEAL-PRİNT”, 2008, 506 s.; (II cild). Təbriklər, Qanunlar, Fərmanlar, Sərəncamlar. Bakı, “İDEAL-PRİNT”, 2008.

  84. Rəcəbov Ə. Dil, şüur, cəmiyyət, tarix. Bakı: Azərnəşr, 1993.

  85. Rəsulzadə M.Ə. Əsərləri. II cild (Toplayanı, ərəb əlifbasından latın əlifbasına çe­virəni, ön sözün müəllifi Şirməmməd Hüseynov). Bakı: Şirvannəşr, 2001.

  86. Robert Kandyus, Laria Fink. XX əsrin ədəbi tənqidi. Modernizm dövrü (Çevirəni: Məsiağa Məhəmmədi). “Sənət qəzeti”, 21 sentyabr – 02 oktyabr 2008-ci il, № 01 (067). s. 17, 22-23.

  87. Rüstəmov Yusif. Fəlsəfənin əsasları (mühazirə kursu). Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007.

  88. Süleymanlı M.A. Kulturoloji irsimizin qaynaq­larına doğru. “Mədəniyyət dünyası”, VIII buraxılış. Bakı: ADMİU, 2004, s. 3-7.

  89. Süleymanlı M.A. Modernləşmənin etnoqrafik amil­lərinə dair. “Azərbaycan arxeologiya və etnoqra­fiyası” (AMEA Arxeologiya və Etmoqrafiya İnstitutu), Bakı, 2010, № 1, s. 188-195.

  90. Süleymanlı M.A. Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri). Bakı, “Nafta-Press”, 2011.

  91. Süleymanlı M.A. Kulturoloji irsin tədqiqi problem­ləri (XX əsrin əvvəllərinin mənbələri əsasında). Bakı, “Nafta-Press”, 2011.

  92. Süleymanlı M.A. Sosial-mədəni sahənin idarə olunması (Mədəniyyət kontekstində). Dərslik. Bakı: ADMİU, 2011.

  93. Süleymanlı M.A. XX əsrin əvvəllərində Azərbaycan kulturoloji fikri. Kulturologiya üzrə elm. Dok. ... dis. Bakı, 2013.

  94. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1962.

  95. Şirəliyev M. Bakı dialekti. Bakı, 1957.

  96. Vəliyev A.H. Azərbaycan dialektologiyasına aid materiallar (Leksika). Bakı, 1960.

  97. Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985.

  98. YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə Azərbaycan Respublikası milli məclisinin qərarı (6 dekabr 1993-cü il, № 764).

  99. Zeynallı H. Azərbaycan “El ədəbiyyatı”. “Maarif işçisi” jurnalı, 1926, № 11.

  100. Zeynallı H. Ağız ədəbiyyatı. “Maarif və mədəniyyət” jurnalı, 1926, № 8.



Türk dilində

  1. Ağaoğlu A. Üç medeniyet. İstanbul: Milli Egitim Basımevi, 1972.

  2. Anadol Cemal, Abbasova Fazile. Türk Kültür ve Medeniyeti. İkinci Baskı. İstanbul: Kültür Sanat Yayıncılık, 2002.

  3. Caferoğlu Ahmet. Tehlil ve tenkitler, “Azerbaycan Yurt Bilgisi”, İstanbul: 1932, yıl 1, sayı 11, s. 408.

  4. Caferoğlu Ahmet. Şarkta ve Garpta azeri tetkikleri, “Azerbaycan yurt bilgisi”, İstanbul: 1934, sayı 27, s. 96-102; sayı 28, s.136-141, sayı 29, s. 197-200, sayı 30, s. 233-238; Emin Bilgic. Milli Kül­tür Davamız. İstanbul, 1986.

  5. Kafesoğlu İbrahim. Türk Milli Kültürü. İstanbul: Boğaziçi Yayınları, 1996.

  6. Resulzade M.E. Azerbaycan Kültür Gelenekleri. “Azerbaycan kültür derneği”nin teşebbüsü ile, 28 mayıs 1949 da, Ankara Halkevi binasında verilen konferans. Ankara: Sipahi matbaası, 1949.

  7. Resulzade M.E. Türk kültür birliği. “Azerbaycan”, Ankara, Yıl: 2, Eylül, 1953, sayı: 6 (18), s.1-3; “Mədəniyyət dünyası”, VII buraxılış, Bakı: ADMİU, 2003, s. 11-12.

  8. Turhan M. Kültür değişmeleri (Sosyal Psikoloji Bakımından Bir Tetkik). 4. Bskı. İstanbul: Çamlıca Yayınları, 2002, 270 s.; Türk ədəbiyyatı, sayı 124, İstanbul, 1984, s. 9-13.


Rus dilində

  1. Аникин В.П. Народная мудрость. Пословиüы и поговорки народов Востока. Из-во Восточная литература. М., 1961.

  2. Баскаков Н.А. Введение в изучение тюркских языков. М., 1969.

  3. Гагаузско-русско-молдавский словарь. M., 1973.

  4. Губогло М. Гагаузская терминология по ското­вод­ству. Тюркская лексикология и лекси­когра­фия. М., 1971, с.221 (Araşdırmada işlənən qaqauz, türkmən və türk sözləri adları qeyd edilmiş lüğət­lərdən ötürülmüşdür).

  5. Исторические развитие лексики тюркских языков. M., 1961.

  6. Смирнов К.Н. «Материалы по истории и этно­гра­фии Нахичеванского края». Баку, «Озан», 1999, ст. 156.

  7. Турецко-русский словарь. М., 1968.

  8. Тюркская лексикология и лексикография. М., 1971.


İnternet materialları

  1. www.e-qanun.az/files/framework/.../f_19041.htm “Mədəni özünüifadə müxtəlif­liyinin qorunması və təşviqi haqqında” Konvensiya (Paris, 20 oktyabr 2005-ci il).

  2. http://az.wikiquote.org/wiki/Heyd%C9%99r_%C6%8Fliyev

  3. Mədəniyyət və sivilizasiya – Hüquq – Kitablar – Kitabxana – Marketing:

http://www.google.az/search?client=opera&rls=en&q=M%C9%99d%C9%99niyy%C9%99tmədəniyyətv%C9%99mədəniyyətsivilizasiyamədəniyyət-mədəniyyətH%C3%Bcquqmədəniyyət-mədəniyyətKitablarmədəniyyət-mədəniyyətKitabxanamədəniyyət-mədəniyyətMarketing&sourceid=opera&ie=utf-8&oe=utf-8&channel=suggest






MÜNDƏRİCAT


MİLLİ-MƏDƏNİ İRS SAHƏSİNDƏ 8

DÖVLƏT MƏDƏNİYYƏT 8

SİYASƏTİ 8

31


MƏDƏNİ İRSİN TƏDQİQİ 32

MƏSƏLƏLƏRİ 32

MİLLİ-MƏDƏNİ VARLIĞIN MÜHAFİZƏSİNDƏ DİL AMİLİ 62

Dilin kulturoloji mahiyyəti 62

AZƏRBAYCAN DİLİNİN 67

DİGƏR DİLLƏR ARASINDAKI YERİ 67

FOLKLORUN TOPLANMASI 74

MƏSƏLƏLƏRİ 74

Folklor və etnoqrafik irs 74

İXTİSARLAR 125

Kənd adlarının ixtisarı 125

126


NAXÇIVAN 127

DİALEKTİNİN 127

TERMİNOLOJİ LEKSİKASI 127

NAXÇIVAN ŞİVƏLƏRİNDƏ İŞLƏNƏN BƏZİ TERMİN SƏCİYYƏLİ SÖZLƏRİN BAŞQA QOHUM DİLLƏRLƏ MÜQAYİSƏSİ 133

ƏKİNÇİLİYƏ AİD TERMİNLƏR 138

a) Bostan və tərəvəz məhsullarının adları 138

b) Dənli bitkilər, taxılçılığa aid söz və terminlər 140

c) Başqa dənli bitkilər 141

TAXILÇILIQLA ƏLAQƏDAR OLAN 141

BAŞQA SÖZLƏR 141

BECƏRMƏ VƏ SUVARMA İLƏ ƏLAQƏDAR 142

OLAN SÖZ VƏ TERMİNLƏR 142

BAĞÇILIQ VƏ ÜZÜMÇÜLÜYƏ AİD SÖZ VƏ TERMİNLƏR 144

Üzüm növləri 144

Alma növləri 146

Armud növləri 147

Qoz növləri 148

Alça növləri 148

Ərik növləri 148

Tut növləri 149

Başqa meyvə növləri 150

Üzümdə olan xəstəliklər 150

HEYVANDARLIQ 152

Yaşa görə inəyin növləri 152

Rəng və başqa əlamətlərinə görə inək növləri 153

Yaşa görə camış növləri 153

MAL-QARADAN ALINAN MƏHSULLAR 154

Bunlara aid söz və terminlər 154

YAŞA GÖRƏ QOYUN VƏ KEÇİ NÖVLƏRİ 156

a) Qoyun növləri 156

b) Keçi növləri 157

QOYUN VƏ KEÇİNİN RƏNGLƏRİ 158

VƏ BAŞQA ƏLAMƏTLƏRİ 158

a) Rənginə görə qoyun növləri 158

b) Müxtəlif əlamətinə görə qoyun növləri 159

c) Yelininə görə qoyun növləri 161

a) Rənginə görə keçi növləri 161

b) Başqa əlamətinə görə keçi növləri 161

AT VƏ EŞŞƏYİN NÖV VƏ ƏLAMƏTLƏRİ 162

a) Yaşa görə at növü 162

b) Əlamətinə görə at adları 162

c) Rənginə görə at adları 163

ç) At yerişləri 163

d) Yaşa görə eşşək növü 163

MAL-QARANIN SAXLANDIĞI YERLƏR 164

VƏ 164


BURADA GÖRÜLƏN İŞLƏR 164

KÖÇƏRİLİKLƏ ƏLAQƏDAR OLAN 165

SÖZLƏR 165

KÖÇƏRİLİKLƏ ƏLAQƏDAR OLAN 165

DÖVRLƏR 165

BİTKİ ADLARI 166

a) Ot və çiçək adları 166

b) Ağac adları 169

c) Kol adları 170

DƏRMAN BİTKİLƏRİNİN ADLARI VƏ BUNLARDAN HAZIRLANAN DƏRMANLAR 171

XƏSTƏLİKLƏR. BUNLARIN TƏZAHÜRÜ 176

VƏ 176


MÜALİCƏSİNƏ AİD SÖZLƏR 176

a) İnsan xəstəlikləri 176

b) Heyvan xəstəlikləri 179

TOXUCULUĞA AİD SÖZ VƏ TERMİNLƏR 181

a) Toxuculuqda lazım olan materiallar 181

b) Toxuculuqda istifadə edilən əşya və 183

alət adları 183

188


VƏHŞİ HEYVAN, QUŞ VƏ HƏŞƏRAT ADLARI 189

a) Vəhşi heyvan adları 189

b) Vəhşi quş adları 189

c) Həşərat adları 190

MƏİŞƏT LEKSİKASINA AİD SÖZLƏR 193

Binaların, evlərin hissələri və 193

tikinti materialları 193

ASTRONOMİK ADLAR 199

BARAMAÇILIĞA AİD SÖZ VƏ TERMİNLƏR 200

ARIÇILIĞA AİD TERMİNLƏR 203

MƏRASİMLƏRƏ AİD OLAN SÖZLƏR 205

a) Toy mərasiminə aid sözlər 205

b) Yas mərasiminə aid sözlər 206

NƏTİCƏ 208

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 210





Telman Nəsirulla oğlu QULİYEV
MİLLİ-MƏDƏNİ İRS

VƏ DİL AMİLİNƏ KULTUROLOJİ BAXIŞ

(Naxçıvan dialektinin terminoloji

leksikası nümunəsində)


Ziya” Nəşriyyat-Poliqrafiya Mərkəzi



ziyamika@mail.ru

050 315 15 22

Direktor: Sevda Mıkayilqızı

Tərtibat: Şamıl Qurbanov

Format 60x84 16/1, 13.5 ç.v, 300 əd
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə