Suyun və torpağın çirklənməsi metodları Ekologiya sahəsində fundamental əsərin müəllifi Y. Oduma görə: «çirklənmə yerində olmayan təbii resurslardır»




Yüklə 76.05 Kb.
tarix25.04.2016
ölçüsü76.05 Kb.
Suyun və torpağın çirklənməsi metodları

Ekologiya sahəsində fundamental əsərin müəllifi Y.Oduma görə: «çirklənmə yerində olmayan təbii resurslardır». Bütün çirkləndirici maddə və əşyalar təbii ekosistemlərə yaddır.

Ekosistemə yad olan maddə, enerji və birləşmələrin ətraf mühitə (atmosferə, litosferə və hidrosferə) gətirilməsi, yerləşdirilməsi və atılması nəticəsində mühit amillərinin fiziki parametrlərinin, kimyəvi xassələrinin və daxili qanuna-uyğunluqlarının pozulması çirklənmə adlanır.

Biosferi çirkləndirmə mənbələr müxtəlif olduğu kimi, (sənaye, energetika, nəqliyyat, məşiət tullantıları, kənd təsərrüfatı və s.) çirkləndiricilərin də tərkibi olduqca rəngarəngdir (minlərlə kimyəvi birləşmələr, ağır metallar, elektromaqnit və radioaktiv şüalanma, bərk tullantılar və s.).

Çirklənmə mənbələrinin müxtəlifliyi nəzərə alınaraq çirklənmənin təsnifatı tərtib olunmuşdur. Həmin təsnifat çirkləndirici mənbəyə, çirklənmənin miqyası və obyektinə və çirkləndiricinin növü əsasında qurulmuşdu

Mənşəyinə görə çirklənmə bölünür:


  • təbii – təbiətdə müşahidə olunan hadisə və proseslərin nəticəsində yaranır (vulkan püskürməsi, sel hadisələri, meteroitlərin atmosferin Yerə yaxın tə-bəqələrinə daxil olması, meşə yanğınları və s.);

  • antaropogen - insanın fəaliyyəti ilə bağlı bütün çirklənmələr.

Əhatə etdiyi əraziyə - miqyasına görə:

  • lokal - kiçik əraziləri əhatə etməklə, məhdud, yerli xarakter daşıyır;

  • regional – ölkə daxilində ərazinin hər-hansı hissəsini əhatə edir;

  • transsərhəd - bir neçə ölkənin ərazisinə aid edilir (Kür çayının, Xəzər dənizinin və s. çirklənməsi);

Çirklənmə obyektinə görə:

  • hidrosferin

  • atmosferin;

• litosferin

1.Okeanlar onlara çoxlu miqdarda daxil olan neft karbohidrogenləri, pestisidlər, ağır metallar, radionuklidlər və s. daxil olmaqla çirklənir. Bunların bir hissəsi bilavasitə tullanır, çaylarda tankerlərin qəzaya uğraması ilə əlaqədar olaraq daxil olur. Okeanlarda hərəkət edən nəqliyyat vasitələri də çirklənmə mənbəidir. Atmosfer okeanların karbohidrogenlər, DDT və s. ilə zibilləşməsində mühüm rol oynayır. Hazırda hər il okeanlara 1,2 milyard ton miqdarında 30 min sayda müxtəlif kimyəvi maddələr daxil olur. Bu vaxta qədər okeanlarda 500 min ton DDT toplanmışdır. Xlor üzvi birləşmələr yüksək dərəcədə toplanmaq qabiliyyətinə malik olmaqla şiddətli zəhərləyicidir. Dünya okeanlarında çoxlu miqdarda qalay, civə, neft məhsulları, pestisidlər, kadmium toplanmışdır.

Dəniz ekosisteminin pozulmasına neft tullantıları təsir edir ki, bunun da miqdarı 3,5 milyon ton təşkil edir. Daxil olan neft tullantılarının 48,3 %-i tankerlərin hesabınadır. Tankerlər ballast kimi tərkibində neft olan suyu tullayır, onları doldurub boşaldan zaman tankerlər qəzaya uğrayanda neft tullantıları suya daxil olur. Ümumi miqdarın 10%-i, yəni 1,46 milyon ton neft yalnız tankerlərin qəzaya uğraması nəticəsində suya daxil olmuşdur.

Hazırda Xəzərin də ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışıdr. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar;



  • Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər

  • Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə

  • Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə

  • Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə

Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Misal üçün, son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln. tonn neft məhsulları gətirilir və bunun 95% Volqa çayının payına düşür

Dənizdə aparılan qazma işləri zamanı təmizləyici qurğulardan qazma məhsulları və çirkab suları çox vaxt dənizə axıdılır. Neft quyularının yaxınlığında suyun üzərində neft ləkələrinin olması adi haldır. Dalğalar isə onları sahilə gətirir və sahil zolağının torpaq qatının çiriklənməsinə səbəb olur. Bundan başqa, uzun illərdi neft-qaz yataqlarının kəşfi, həmçinin yataqların istifadəsi nəticəsində dənizdə neft quyularının, estakadalarının tikintisi və boru kəmərlərinin çəkilməsi həyata keçirilib. Artıq bu qurğuların çox hissəsinin istifadə müddəti başa çatib. Köhnəlmiş texniki qurğular korroziyaya uğrayaraq dənizi çirkləndirir. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasında atılaraq qalmaqdadır. Xəzər dənizinin çirklənməsində neft emalı müəssisələrində neftlə çiriklənmiş suların tam təmizlənmədən dənizə axıdılması da rol oynayır. Su mühitinin Xәzәrsahili ölkәlәrin neft hasilatını artırması nәticәsindә ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir gosterir

Hidrosfer əsasən bu mənbələrdən çirklənir.

a)Neft və neft məhsullarının su hövzələrindən çıxarılması və daşınması zamanı yaranan qəzalarda okeana ildə 1 mln. Tondan çox “qara qızıl” tökülür.Suyun üzərini pərdə kimi örtən neft məhsulları ilk növbədə okeanda ən qiymətli qidanın –zooplankton və fitoplanktonların məhvinə səbəb olur.

Bundan əlavə neftlə çirklənmə dəniz heyvanları o cümlədən quşları üçün böyük təhlükə yaradır.Quşların lələkləri neftlə -uça bilmir,özlərini”təmizləməyə” çalışdıqda isə mədələrinə neft daxil olduğu üçün məhv olurlar.

b)Sintetik yuyucu maddələrin su hövzələrinə axıdılmasının təsiri ilə yaranan köpük qatı da canlılar üçün böyük təhlükə yaranmasında iştirak edir.İri liman sahillərində köpük qatının qalınlığı 1 m-dən çox olur.

c)Əlvan metallurgiya sənayesində təhlükəli istehsal sahələrindən qurğuşun,sink,mis,xrom,qalay və s. radiokativ elementlərin tullantılarının okeana axıdılması onun canlı aləminin məhv olmasına şərait yaradır.

d)Kənd təsərrüfatında istifadə olunan gübrələr bu və ya digər şəkildə su hövzələrinə axır.Azot və fosfor gübrələrinin su hövzələrinə axıdılması nəticəsində su bitkilərinin intensiv çoxalması müşahidə olunur.Zəngin bitki kütləsinin çürüməsi nəticəsində yaranan hidrogen isə biyki aləminin məhv olmasına səbə olur.

e)Kənd təsərrüfatında zərəvericilərə qarşı istifadə olunan pestisidlər (xüsusilə alaq otlarına qarşı istifadə olunan herbisidlər) suyu zəhərləyir.Yüksək temperatura malik ərazilərdə zəhərli kimyəvi maddələrin təsiri daha güclüdür.

k)Elektrik stansiyalarında ,metallurgiya zavodlarında istifadə olunmuş qaynar-çirkli sular-su hövzələrinə töküldükdə temperaturu +10C +30C –dək qızdıra bilər.Bu suda oksigenin miqdarını azaltmaqla,göy yosunların miqdarını artırır ki,bu da canlı aləm üçün çox təhlükəlidir r göstərir

Ekoloqların hesablamalarına görə hər il göstərilən mənbələrdən Dünya okeanına 25-30 mln. Ton maye qarışır.Bunlar əsasən:

-28% çaylar vasitəsilə;

-17% tankerlərə neft doldurulması zamanı;

-16% sahilboyunda yerləşən sənaye müəssisələrindən;

-10% atmosfer yağıntılarından;

-5% gəmi qəzalarından;

-1% şelfdəki mədənlərdən daxil olur.

Dünya okeanın qlobal miqyasda çirklənməsi haqqında həyəcanı XX əsrin 50-ci illərində fransız okeanoloqu Jak-iv Kusto qaldırmışdır.O bildirmişdir ki,okeanda yaranan ekoloji,iqtisadi,texniki və sosial problemlərin birgə həllində əsaslı dönüş yaranmasa insanın gələcək həyatı təhlükə qarşısında olacaqdır.

Dünya okeanını və digər su hövzələrini təmizləmək üçün ilk növbədə həmin hövzələrə axıdılan sularda-mexaniki,bioloji (biokimyəvi),fiziki-kimyəvi,dezinfeksiyaedici tədbirləri həyata keçirmək tələb olunur.

Qurğuşunla çirklənmə. Dizel yanacağına akil qurğusunun antidetanator kimi əlavə edilməsi nəticəsində okeana il ərzində atılan qurğuşunun miqdarı 25000 t bərabərdir. Şimali Atlantika sularında qurğusunun qatılığı axırıncı 45 ildə 0,01 mq/l-dən 0,07 mq/l qədər artıb. Okeanda qurğuşunun şaquli istiqamətdə anomal paylanması da müşahidə edilir. Maraqlıdır ki, qurğuşuna çox xassələri ilə yaxın olan ağır element barium həll olmuş halda dərinlik artıqca qatılığı artırdığı halda, qurğuşunun qatılığı azalır. Qurğuşundan əlavə müxtəlif müəssisələr su hövzəsinə, hidrosfera üçün çox təhlükəli olan mis, sink, xrom, nikel, kadmiyum kimi elementləri də tullayırlar.

Civə ilə çirklənmə. Hidrosferin civə ilə çirklənməsi xüsusi ilə təhlükəlidir. Bu da onun geniş istifadə olunması və yüksək toksikliyi ilə əlaqədardır.

Hidrosferlə yanaşı hər il 3000 t civə təbii yanacaqlardan istifadə olunduqda atmosferə atılır.

ABŞ-da civə metalların istehsalında 26%, pestisidlərin hazırlanmasında 17% istifadə olunur və bunların xeyli hissəsi biosferaya atılır, nəticədə ətraf mühitin ciddi çirklənməsinə səbəb olur.

İldə çaylar okean sularına 5000 t-na qədər civə axıdır.



Karbohidrogenlərlə çirklənmə. Okean sularının karbohidrogenlərlə çirklənməsi antropogen çirklənmənin əsas növlərindən biridir.

Bu çirklənmə əsasən neftçıxarma, neftin dənizlə daşınması və neft məhsullarının istifadəsi ilə bağlıdır. Hazırda dənizlə hər il 1 milyard tondan artıq neft daşınır. Onun bir hissəsi (0,1-0,5%) okeana tullanır.

Neft boşaldıqdan sonra neft tankerləri dəniz suyu ilə yuyurlar və sonra gəmiyə dayanıqlıq vermək üçün həmin su ilə ballast kimi doldururlar. Neftlə çirklənmiş su beynəlxalq müqavilələrə görə açıq dəniz zonalarına buraxıla bilər. Lakin çox vaxt bu əməliyyatlar sahildən yaxın məsafədə aparılır. Məsələn, hər gün 300-dən çox gəmi Pa-De-Kala boğazından keçərək Fransa sahillərində ballast sularını tullayırlar

Okean sularının karbohidrogenlərlə çirklənməsinin səbəblərindən biri də tankerlərlə baş verən qəzalardır. Böyük tutumlu supertankerlərlə neft daşınması böyük risklə bağlıdır. Bu supertankerlər yalnız məhdudlaşdırılmış boğazlardan keçə bilərlər və dünyanın az limanlarına yan ala bilərlər.

Açıq dənizdə neft yataqlarının işlənməsində olan qəzalar da okeanın ciddi çirklənməsinə gətirə bilər. Məsələn, Los-Anjelesdən uzaq olmayan məsafədə 1800 km2 sahədə böyük neft gölü əmələ gəlmişdir.

Alimlərin tədqiqatları göstərir ki, hər il Dünya okeanına 5 mln ton neft axıdılır. Lakin bəzi ekspertlər bunu 10 mln ton qiymətləndirirlər. 1 ton neft okeanın 12 km2 səthində yayılır. Okean sularının karbohidrogenlərlə çirklənməsi neftayırma zavodlarının, neft mədənlərinin çirkab sularının bu hövzələrə axıdılması ilə əlaqədardır



Yuyucu maddələrlə çirklənməsi. Məişət sintetik yuyucu maddələr aktiv birləşmələrdən ibarətdir. Bundan əlavə onların tərkibində inqredientlər də var. Misal üçün, aromat yaradan maddələr, ağardıcı reagentlər. Bu reagentlər suda yaşayan orqanizmlər üçün toksikidir.

Səthi aktiv maddələrdən ən geniş yayılanı nisbətən az toksik anion detergentidir. Bunları sabun əvəzinə işlədirlər, onlar yaxşı köpüklənir və yağları emulsiya şəklinə salırlar. Sabundan fərqli olaraq, onlar cod suların istifadəsində də effektivlidirlər. Lakin bu maddələrin biodeqradasiya olunmadan tətbiqi ətraf mühitə mənfi bioloji təsir göstərir.



Pestisidlə çirklənmə. Parazitləri məhv etmək üçün preparatların istehsalı və istifadəsi hidrosferin stabilliyini təhlükə altına qoyur. Pestisidlərin istehsalı dəniz sularının çirklənməsinin qorxulu mənbəyidir. Dəniz və çayların sahilində yerləşən zavodlar bu maddələrin sintezinin tullantılarını sulara atırlar.

Meşələrin və kənd təsərrüfatı əkinlərinin pestisidlərlə işlənməsi, onların yerüstü təbəqələrdə yığılmasına gətirir və gələcəkdə onlar su laylarına və ya çaylara düşürlər.

Digər tərəfdən havada həmişə pestisidləri adsorbsiya edən bərk hissəciklər və tüstülər olduğundan, tozlanan aktiv maddələrin çox hissəsi atmosferdə qalır. Pestisidlər qlobal miqyasda yayılırlar, sonra isə atmosfer yağıntıları ilə quruya və okeanlara düşürlər. Burada isə dəniz axınları nəticəsində onların hidrosferdə paylanması baş verir. Qeyd etmək lazımdır ki, çaylar şimal qütbün dəniz sularının çirklənməsində əhəmiyyətli rol oynayırlar

Atmosferin çirklənməsi 2 yolla — təbii (vulkan püskürməsi, meşə yanğınları) və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir. Ozon qatının deşilməsi, "istixana effekti" (havada karbon qazının çoxalması hesabına temperaturun artması), turşulu yağışlar ( havada kükürd qazının çoxalması nəticəsində) atmosferin qlobal çirklənməsi nəticəsində yaranan problemlərdir. Bu problemləri aradan qaldırmaq üçün — sənaye müəssisələrində təmizləyici qurğularından istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır

Havada qazların (buxarların) bərk və ya maye halında müxtəlif maddələrin, həmçinin radioaktiv elementlərin canlı orqanizmlərin həyat şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına atmosfer çirklənməsi deyilir.

Atmosferin regional çirklənməsinin səbəbi şəhərlərin, iri sənaye komplekslərinin yerləşdiyi ərazinin havasına çoxlu miqdarda tullantıların (tüstü, his, qaz, toz və s.) daxil olmasıdır. Qlobal çirklənmənin səbəbi isə regional çirklənmənin tədricən çox uzaq sahələrə yayılması və nəhayət yerətrafı atmosferi tam əhatə etməsidir.

Atmosfer çirkləndiriciləri təbii, istehsalat və məişət prosesləri ilə əlaqədar olub, aşağıdakı kimi qruplaşdırılır:


  • Təbii mənşəli çirkləndiricilər – mineral maddələr, qazlar, bitki, heyvan və mikrobioloji mənşəli birləşmələr;

  • Yanacaqdan istifadə nəticəsində çıxan zərərli qazlar və maddələr;

  • Sənaye müəssisələrinin tullantıları (toz, tüstü, qazlar);

  • Sənaye və məişət tullantılarını zərərsizləşdirmək məqsədilə yandırarkən atmosferə qarışan tüstü və s. maddələr.

Atmosferin təbii çirklənməsinin səbəbi təbii fəlakətlər (vulkan püskürməsi, zəlzələ, meşə yanğınları, fırtınalar) havanın dəyişməsi, mineral su mənbələrindən ayrılan və üzvi maddələrin parçalanmasından alınan qazlar, okeandan havaya daxil olan karbon qazı, hidrogen-sulfit, xloridlər və digər qazlar, habelə çöl və səhra zonalarında olan şoran yerlərdən sovrulan duzlardır.

Yanacaqdan istifadə nəticəsində atmosferə daxil olan çirkləndiricilərin tərkibi yanacağın növündən və ondan istifadə üsulundan, istehsal texnologiyasından, xammalın və alınan məhsulun tərkib və xassələrindən asılıdır. Yanacaqlardan istifadə nəticəsində atmosferin çirklənməsi qlobal miqyas almışdır. Yanacaq tam yandıqda atmosferə su buxarları, karbon qazı deyil, qismən də azot və kükürd oksidləri də daxil olur. Mühərriklərdə yanacağın yanma prosesi tam başa çatmadığı üçün havaya zəhərli qazlar və kül qarışır.

Sənaye müəssisələrindən havaya buraxılan tüstü, turşu və fenol buxarları və digər zəhərli maddələrlə zəngindir. Sənaye müəssisələrindən atmosferə daxil olan qazların tərkibində çox zəhərli karbon 2 oksid (CO) və kükürd oksidi (SO2) olur. Kükürd oksidləri havada su və su buxarları ilə reaksiyaya girərək sulfit və sulfat turşuları əmələ gətirir.

Avtomobil mühərriklərinin işlənmiş qazlardan, sənaye müəssisələrindən və elektrik stansiyalarından havaya daxil olan kükürd oksidləri, azot oksidləri ultrabənövşəyi şüaları udu nüvə kimyəvi fəal formaya düşür. M.E.Berlyandın hesablamalarına görə hər il ətraf mühitə, o cümlədən atmosferə 150-300·106· t antropogen aerozol daxil olur. Əsas məsələ qlobal ekoloji sistemə təsir edə biləcək atmosfer prosesləri kompleksinin kəmiyyətcə modellərinin işlənməsi vacibdir. Bu problem alim və mütəxəssislərin diqqət mərkəzindədir. Lakin müasir dövrdə ən vacib məsələ – atmosferin çirklənməsinin qarşısını almaq, onun təbii xassələrini qorumaqdır

Atmosferə vulkan püskürmələri, canlıların tənəffüsü, yanacaqların yandırılması, bakteriyaların fəaliyyəti, çürümə prosesləri nəticəsində karbon, dəm qazı,  kükürd qazı, və onun törəmələri, azot birləşmələri və oksidləri, ağır metalların oksidləri, və s. daxil olur. Bu maddələr sonradan fiziki- kimyəvi proseslərə məruz qalaraq ikinci qrup atmosfer çirkləndiricilərini, aerozolları, turşuları və s. əmələ gətirir. Atmosfer çirklənmələri iqlimin dəyişməsinə, Günəş şüalarını axın sürətinə, tərkibinə, onun Yer səthində əks olunmasına, atmosferdə gedən bütün təbii proseslərin dinamikasına və nəhayət atmosfer çöküntülərinin tərkibinə ciddi təsir edərək biosferdə gedən həyat proseslərinin normal inkişafına mane olurlar.
Atmosfer havasının ilkin təbii tərkibini dəyişən hər bir əlavə komponent hava hövzəsi üçün çirkləndirici hesab olunur. Əgər havanın ilkin təbii tərkibində heç bir digər komponent mövcud deyildirsə , onda hava təmiz hesab olunur.  Təmiz quru havanın tərkibi aşağıdakı cədvəldə verilir. 
Respublikamızda atmosferin çirklənməsi sənaye şəhəri olan Bakı və Sumqayıtda daha çox müşahidə olunur. Bu şəhərlər üzrə atmosfer tullantılarının 66,1%-i Bakının , 4,5 %-i isə Sumqayıtın payına düşür. Bakı və Sumqayıt şəhərlərində atmosferin əsas çirklənmə mənbələri nəqliyyat və  enerji sektorlarıdır. Bundan başqa neft və neft məhsulları, kimyəvi maddələr və inşaat materialları istehsal edən müəssələr də əsas mənbələr hesab oluna bilərlər

3.Hesablamalar göstərir ki,hər il 6 milyard hektar torpaq sahəsi itirilir.Bunun səbəbləri müxtəlifdir:yeni yaşayış məntəqələrinin tikintisi,yolların çəkilməsi,su anbarlarının,digər qurğuların inşa edilməsi,mədənlərin istismarı və s.

Lakin yaralı torpaqların ekoloji baxımdan korlanmasının əsas səbəblərindən biri kənd təsərrüfatında istifadə olunan gübrələr və zərərvericilərə qarşı istifadə olunan maddələrdir.Dünyada hər il tarlalara 40 milyon ton gübrə,4 milyon ton isə kimyəvi zəhərli maddələr verilir və bu rəqəm ildən-ilə artır.100 növdən çox pestisid və herbisidlərin torpağa əlavə edilməsi isə torpaq əmələ gəlmə prosesində mövcud olan enerji və maddələr dövranına mənfi təsir göstərir.

Torpağa tullantı şəkilində atılan neft məhsulları,metallar (civə,mis və s.),radioaktiv,elementlər,məişət tullantıları onu çirkləndirir və məhsuldarlığını azaldır,torpaqda olan canlı orqanimzləri məhv edir.

Torpaqların məhv edilməsi bilavasitə səhralaşma prosesinin inkişafına səbəb olur.Səhralaşma-mövcud olan səhraların ərazisinin genişlənməsi və səhraların əvvəlki arealında bu prosesin daha da güclənməsinə gətirib çıxarır.Hazırda insanların təsiri ilə mövcud səhralara 13 mln kvadrat kilometr ərazinin də əlavə olunmaq təhlükəsi vardır.

Sadalanan faktlar,insanın əsas ərzaq mənbəyi olan torpağın mühavizəsinin nə qədər vacib olduğunu göstərir.Torpaqların qorunması məqsədi ilə tələb olunan tədbirlər sistemini aşağıdakı istiqamətlərdə qruplaşdırmaq olar:

-torpaqları eroziyadan qorumaq;

-torpaqları kimyəvi,fiziki,bioloji və mexaniki çirklənmədən qorumaq;

-torpaqların şoranlaşma və bataqlaşmasına qarşı tədbirlər görmək;

-torpaqlarda sürüşmə və sel axınlarının qarşısını almaq;

-Səhralaşmaya qarşı mübarizə aparmaq-yeni meşə və kol zolaqları salmaq;

-torpaqlarda düzgün melorativ işlər aparmaq;

-daha kiçik ölçülü tarlalara üstünlük vermək (əkin tarlası böyüdükcə külək eroziyası geclənir).

4.Sənaye tullantıları kimyəvi cəhətdən eynicinsli olmayıb, mürəkkəb polikomponent maddə qarışığı olub, müxtəlif fiziki-kimyəvi xüsusiyyətlərə malikdir. Toksiki, kimyəvi, bioloji, korriziya od və partlayışa qarşı təhlükəlidir. Tullantıların onların kimyəvi təbiətinə, texnoloji nişanələrinə, sonrakı emal və istifadə imkanına görə təsnifatı vardır. Zərərli maddələr öz xarakterinə görə 4 sinifə bölünür ki, bu sinifdən də asılı olaraq, onların emalına və basdırılmasına çəkilən xərclər müxtəlif olur.



1. Fövqəladə təhlükələr. Civə və onun birləşmələri, o cümlədən sulemi (HgCl2), xromoksidi, kalium siamid, sürmə birləşmələri, o cümlədən SbCl3 (sürmə xlorid),benzapiren və s.

Civə birləşmələrinin toksikliyi H2+ ionunun zərərli təsirindən irəli gəlir. Orqanizmə civə, ion olmayan formada keçir. Civə qanda zülal molekulları ilə birləşir, nəticədə az və ya çox möhkəm olan kompleks – metalloproteidlər əmələ gəlir. Orqanizmdə tiol enzimləri pisləşir, mərkəzi əsəb sistemində dərin funksional pozuntular əmələ gəlir, bu da bejində gedən bütün proseslərin inertləşməsinə səbəb olur. Civə birləşmələrinin heyvan orqanizmlərini kəskin zəhərləyən zamanı iştaha itir, susuzluq, qusma halları yaranır, ümumi zəiflik, qanlı işləmə, göz qişasında katart, ürəyin hərəkət qovşaqlarının və onurğa beyninin zədələnməsi nəticəsində qəfil ölüm, qıcolma halları ola bilər. Sağ qalanların 1-2 saatdan sonra mədə-bağırsaq sistemi zədələnir, 5 gündən sonra böyrəklər və qara ciyər zədələnir.

Süleymani və civənin digər duzları ilə zəhərlənmiş insanda baş ağrıları, damağın zədələnməsi, stomatit, limfa və tüpürcək vəzilərinin şişməsi və çox vaxt temperaturun qalxması müşahidə olunur.

Ağırlaşmış formalarda böyrəklərdə nefroz, 5-6 gündən sonra isə ölüm müşahidə olunur. Yüngül formalarda iştahanın pozulması,ürək bulanması, qusmaq (çox vaxtqan ilə), selikli işləmə (çox vaxt qan ilə), mədə və onikibarmaq bağırsağın yarası əmələ gəlir. Əvvəlcə güclü sidik ayrılması, sonra onun tam kəsilməsi baş verir. Xroniki zəhərlənmə zamanı insanlarda və heyvanlarda əsəb sistemi zədələnir, böyük beyin yarımkürəsində, onurğa beynində, ətraf əsəb tellərində, hüceyrələrdə dəyişkənlik əmələ gəlir.

Kalium sinanidin (KCN) vərəmlə xəstələnmiş xəstə insanlar arasında ölüm halları çox və sinil turşusunun digər duzlarının insan orqanizminə ümumi təsiri nəticəsində tənəffüs prosesi pozulur, toxumaların qəbul edilən oksigeni istifadə etmək qabiliyyəti kəskin surətdə aşağı düşür.

Xroniki zəhərlənmədə qalxanvari vəzi hormonunun əmələ gəlməsi prosesi pozulur, nəfəs yollarının ağır zədələnməsi, baş ağrısı, arıqlama, cinsi qabiliyyətin pozulması, cinsi vəzlərin funksiyasının azalması, qanazlığının artması, leykopeniya (leykositlərin azalması), böyrəklərin zədələnməsi,görmə və eşitmənin pisləşməsi və dəridə xroniki ekzemanın əmələ gəlməsi baş verir. KCN-nin insan üçün öldürücü dozası 0,12 q, bəzən böyük dozalara da dözülür, mədə qida dolu olduqda təsirin zəifləməsi mümkündür.

Sürə birləşmələri selikli tənəffüs yollarını və həzm aparatını qıcıqlandırır. Xroniki zəhərlənmə zamanı bu maddələr mübadiləsinin pozulmasına səbəb olur, əsəb sisteminə və ürəyə neqativ təsir edir.

SbCl3-in hidrolizi nəticəsində orqanizmdə HCl əmələ gəlir ki, bu da ciyərlərin və tənəffüs yollarının sətəlcəm olmasına səbəb olur, həzm sisteminə təhlükəli təsir göstərir. SbCl3 gözləri qıcıqlandırır, ürək bulantısı, qusmaq, işləmə, əzələ zəifliyi yaradır, mədəyə düşdükdə sidik buraxma zəifləyir, nəticədə qıcolma, ürək zəifliyi, kallaps, ölüm halları yaradır.

Benzopiren (1,2 benzopiren) – güclü kanserogen maddə olub, daşkömür qəfranının istehsalından alınır.

1,2 benzopiren insan və heyvana nisbətən kanserogen aktivliyə malik olub, ciyərdə, mədədə, süd vəzində və digər orqanlarda xərçəng şişlərinin əmələ gəlməsinə səbəb ola bilir. Kanserogenlərin orqanizmə təsiri, hüceyrə elementləri ilə birgə baş verir. Belə bir hipotez vardır ki, belə birləşmələrin sərbəst rolu yoxdur, onlar ancaq onkogen viruslar üçün şərait yaradır. Benzopiren atmosfer havasında miqdarı 0,01 mkq/m3-dir.



2. Yüksək - təhlükəli. Mis xlorid, mis sulfat, mis quzuqulağı, sürmə 3 oksid, qurğuşun birləşmələrinə malik olan tullantılar çox təhlükəlidir. Qurğuşun bütün canlılara təsir edən zəhər kimi əsasən əsəb sisteminə, Qana,damarlara, az dərəcədə endokrin (şəkər xəstəliyi) və həzm sistemlərinə çox mənfi təsir göstərir. Zülalın sintezinə, hüceyrənin enerji balansına və onun gen aparatına, denaturasiya təsirinə, fermentativ proseslərin zəifləməsinə, qan hasiledici orqanların zədələnməsi nəticəsində natamam dəyərli eritrositlərin işlənməsi, maddələr mübadiləsinin pozulmasına aktiv təsir edir.

Orqanizmdə mis əsas etibarilə kompleks üzvi birləşmələr şəklində olur və qan əmələgəlmə prosesində vacib rol oynayır. Zərərli təsirin artıqlığında həlledici rolu görünür ki, Cu2-nin SH ferment (friden) qrupu ilə reaksiyası oynayır. Cu-in miqdarının zərdabda və dəridə dəyişməsi dəridə piqmentsizləşmənin əmələ gəlməsinə səbəbolur və Cu2+-nin təsirindən orqanizmdə HCl turşusunun yaranması CuCl2-in toksiki təsirini artırır.

Heyvanların mədəsinə CuSO4-in düşməsi, anemiya, mədə yarası, qara ciyərdə dəyişiklik, böyrəklərdə və xayalarda qansızma və ölüm yaradır. Nəfəs alma zamanı yuxarı nəfəs yollarının, mədə-bağırsaq sisteminin sətəlcəmi və mərkəzi əsəb sisteminin zədələnməsinə səbəb olur.

Mədəsinə CuSO4 və Ca(CH3COO)2-in düşməsi, ürək bulantısı, qusmaq, qarında ağrılar, işləmə, qanda və sidikdə hemoqlobinin tez peyda olunması, sarılıq, anemiya,böyrək çatışmazlığı və ölüm halları baş verir.



3. Mülayim – təhlükəli. Qurğuşun oksidləri (PbO, PbO2, Pb3O4) NiKel xlorid belə tullantılardandır.

NiCl2-lə kəskin zəhərlənmə zamanı, oyanma, sıxıntı əmələ gəlir, dəridə və selikli qabıqda qızartı və işləmə baş verir.

Uzunmüddətli təsir eritrositlərin azalmasına səbəb olur. Ancaq bir çox heyvanlarda bu hal çox da çətin keçmir.

4. Az təhlükəli. MgSO4, fosfatlar, sink birləşmələri, flotasiya üsulu ilə faydalı qazıntıların amindən istifadə edilməklə zənginləşdirilməsindən alınan tullantılar bu qrupa aiddir.

Biosferanın rediaktiv çirklənməsi ən qorxulu hallardan biridir. Odur ki, onu aradan qaldırmaq vacibdir.

Şualanma böyüməni və hücüyrələrin bölünməsini zəiflədir.

Radionüklidlərin suya və kənd təsərrüfatı məhsullarına daxil olması xüsusilə qorxuludur. Odur ki, onun torpaqdan bitkilərə daxil olması geniş surətdə öyrənilir. Bitkilərin növündən və bitkilərin xüsusiyyətlərindən asılı olaraq radionüklidlərin bitkilərə daxil olmasında kəskin fərq olduğu müəyyən edilmişdir.

Radioaktiv çirklənmənin ekologiyaya təsiri müxtəlif olub böyük qorxu törədir.

Təbii radioaktiv fon (zəmin) fərqləndirilir. Buna kosmik şüalanma aid olub bütün etaplarında ekoloji sistemlə birgəlik təqdim edir. Təbii radioaktivlik tunduradan səhralara doğru azalır. Maksimum radioaktivlik meşə və bataqlı landşaftda müşahidə olunur.

Torpaq litosferinin alınma məhsulu olub atmoserlə qarşılıqlı hərəkətdə olaraq müəyyən radioaktivlik fonuna malikdir.

Radiaktiv maddələrə çirklənmə mənbələrinə atom silahının istehsalı və istifadəsi, kömürün yanması, sənaye və elmi-tədqiqat işlərində izotopların tətbiqi, radioaktiv tullantıların basdırılıması və atom obyektlərində qəzaların olması daxildir. 50-ci illərdə atom bombalarının sınaqdan keçirilməsinin izləri hələ də torpaq örtüyündə qalmaqdadır.

Yer kürəsinin ilk dəfə radioaktiv maddələrlə çirklənməsinə səbəb ABŞ-ın Yaponyada apardığı müharibə və atomun dinc məqsədlər üçün istifadəsi olmuşdur. Bununla əlaqədar olaraq ekoloqlar qarşılarına məqsəd qoyaraq radionüklidlərin biosferdə dövranını, onun canlı orqanizimlərə daxil olma mexanizmini , torpaqda, suda, atmosferdə miqrasiyasını və ekoloji sistemə təsirini öyrənməyə başlamışlar.

Çernobl qəzası torpağın intensiv çirklənməsinə səbəb olmuşdur. Qəzanın episentirində çirklənmə maksimal olmaqla atmosferin sirkuliyasiyasından asılı olaraq Belarusiyanın bütün torpaqları radioaktiv izotoplarla çirklənmişdir. Çernobıl atom elektirik stansiyasının qəzası nəticəsində atmosferə çoxlu miqdarda yarım parçalanmış radionüklid tullantıları daxil olmuşdur.

Radioaktiv parçalanma məhsulları içərisində əmələ gətirdiyi enerjinin miqdarına və parçalanma müddətinin uzun olmasına görə deyil, həmçinin maddənin bioloji dövriyəyə daxil olma qabiliyyətinin yüksək olmasına görə, stronsium-90-ın təhlükəli izotop hesab olunur.

Uzun müddət yaşama qabiliyyətinə malik olan radioaktiv stronsium-90, atmosferə düşərək yavaş-yavaş yer səthinə çökür. Radioaktiv stronsimun başqa parçalanma məhsulları kimi yer səthinin bu və ya digər hissəsinə ardıcıl düşməsinin qatılığı hava axınının xüsusiyyətindən strosfer və troposferə toplanmasından ibarətdir. Bu da radionuklidlərin yer səthi üzərinə eyni bərəbərdə düşməsinin və torpağın müxtəlif qatlarda çirklənməsini əmələ gətirir.

Radioaktiv stronsium-90-dan başqa yer səthini və havanı güclü çirkləndirən, yüksək parçalanma dövriyyəsi (T) olan izotop sezium-137 sayılır, bu izotop məlum şəraitdə çox miqdarda bitki vasitəsilə məhsulun başqa dövriyyəsinə daxil olur.

Ətraf mühit şəraitindən xüsusilə izotopun xüsusiyyətindən və torpağın tərkibindən asılı olaraq qeyd olunan maddələr bitkinin tərkibinə müəyyən ardıcıllıqla daxil olur və müxtəlif miqdarda kənd təsərrüfatı bitkilərinin tərkibinə toplanır. Bitki ola bilsin ki, özündə yüksək dozanı saxlasın, amma əhəmiyyətsiz məhsul itkisi baş versin. Bitkiyə daxil olan radionükleid olsun ki, onu zədələməsin, amma məhsulunu istifadəyə yararsız hala salsın. Radioaktiv stronsium, sezium və başqa izotoplar bitkiyə daxil olaraq onun orqanizminə eyni bərabərdə toplanır, buna görə bitkinin müxtəlif hissələrinin çirklənməsi (küləşdə, dəndə, kökümsov və kökümeyvəlilərdə) müxtəlif olur. Heyvanın yem normasında küləşin, otun, dənin, kökümeyvəlilərin və kartofun hansı münasi-bətdə daxil olmasından asılı olaraq heyvan məhsulları ilə insan orqanizmasına müxtəlif miqdarda radionuklidlər xüsusilə radiostronsium daxil olur.

Radioaktiv parçalanma məhsullarının torpaq, bitki sistemində özünə aparma qaydasına ətraf mühitin faktorları təsir göstərir. Hansı ki, az da olsa onların bitki məhsullarında toplanmasına imkan yaradır.

Təbii radioaktiv elementləri üç qrupa bölmək olar. Birinci qruppa U 4,5x1028 və Th-1,39x100 bərabərdi K40 və Rb, ikinci qrupa az yayılmış və yük-sək parçalanma xassəsinə malik olan izotoplar 48Ca, 96Zr, 113Zn, 124Sn, 124Te, 138La, 150Nb, 152Sm, 176Lu, 180N, 187Re, 209Bi. Üçüncü qrupa daxil olan izotoplar fasiləsiz olaraq kosmik şüaların təsiri nəticəsində yaranan 14C, 3H, 7Be.

Yer kürəsində ən çox yayılan radioaktiv izotop 87Rb, hansı ki, urandan və xüsusilə 46R çox təsadüf olunur. Onu da qeyd etmək lazımdır ki, 40K-yer kürəsində yayılan digər təbii radioaktiv izotoplardan çoxdur. 87Rb yumşaq beta şüası () verir və həmçinin çox yüksək parçalanma xassəsinə malikdi. 40R- parçalanması zamanı sərt beta və qamma şüasını yaradır. Kalium-40 ən çox torpaqda yayılmışdı. Sovrulma zamanı ən çox gilli torpaqların tərkibində saxlanılır.

Ağır radioaktiv elementlərdən (uran, toriy, radiy) dağ və qranit torpaqlarının tərkibində çox yayılmışdır.

İonlaşdırıcı şüaların süni mənbəyi Nüvə partlayışları zamanı ağır elementləçrin (U235, Pu239, U238) nüvələrinə neytronların təsiri zamanı bölünmə aktı yaranır və yeni radioaktiv izotoplar əmələ gəlir. Parçalanma zamanı 2-3 neytron və qamma-karbonatlar əmələ gəlir.

Qeyd olunan bu reaksiya nüvə silahları partlayışı zamanı əmələ gəlir, bu elementlər alfa və qamma aktivliyə malik olurlar və ətraf mühitin radioaktiv çirklənməsini təşkil edir.



Nüvə reaksiyaları zamanı ayrılan neytronların bir hissəsi atmosfer və tor-paqda olan elementlər tərəfindən tutulur, bu zaman həmin elementlər radio-aktiv elementlərə çevrilir ki, bu da ətraf mühitin süni çirklənməsinə səbə olur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə