Sumqayit şƏHƏr gənclər və İdman baş İdarəSİ “GƏncləRİn məŞĞulluğu və karyera” MÖvzusunda gənclər arasinda keçİRİLƏn sosioloji sorğunun




Yüklə 218.13 Kb.
tarix11.03.2016
ölçüsü218.13 Kb.
SUMQAYIT ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİ
GƏNCLƏRİN MƏŞĞULLUĞU VƏ KARYERA” MÖVZUSUNDA

GƏNCLƏR ARASINDA KEÇİRİLƏN SOSİOLOJİ SORĞUNUN
TƏHLİLİ

Sosioloji rəy sorğusu 18 noyabr-04 dekabr 2010-cu il tarixində keçirilmişdir. Sorğuda əsasən Sumqayıt şəhərində yaşayan, müxtəlif ali, orta ixtisas və orta məktəblərdə təhsil alan, müxtəlif müəssisələrdə işləyən, habelə gənclər təşkilatlarında fəaliyyət göstərən gənclər təşkilatlarının fəal üzvləri arasında keçirilmişdir. Sosioloji sorğu şəxsi məlumatları da əhatə etmək şərti ilə 16 sualdan ibarətdir. Sorğuda ümumilikdə 331 nəfər gənc iştirak etmişdir.
Onların yaş qrupu üzrə bölgüsü aşağıdakı şəkildədir.

14-19 yaş qrupu- 120 nəfər, yəni respondentlərin 36,25 %-i

20-24 yaş qrupu- 130 nəfər, yəni respondentlərin 39,27 %-i

25-29 yaş qrupu- 55 nəfər, yəni respondentlərin 16,63 %-i

30 yaş və yuxarı qrupu- 26 nəfər, yəni respondentlərin 7,85 %-i
Respondentlərin cinsiyyətinə görə bölgüsü aşağıdakı kimidir

Kişi- 114 nəfər, yəni respondentlərin 34,44 %

Qadın-217 nəfər, yəni respondentlərin 65,56 %

Respondentlərin təhsil vəziyyətinə görə bölgüsü aşağıdakı kimidir

Ali (bakalavr)- 48 nəfər, yəni respondentlərin 14,5 %-i

Ali (maqistratura)- 22 nəfər, yəni respondentlərin 6,65 %-i

Natamam ali – 134 nəfər, yəni respondentlərin 40,48 %-i

Orta ixtisas- 9 nəfər, yəni respondentlərin 2,72 %-i

Natamam orta ixtisas- 72 nəfər, yəni respondentlərin 21,75 %-i

Orta- 29 nəfər, yəni respondentlərin 8,76 %-i

Natamam orta- 17 nəfər, yəni respondentlərin 5,14 %-i


Respondentlərin ixtisasları çox müxtəlifdir. Respondenlərdən 17 nəfər, yəni respondentlərin 5,14%-i orta məktəb şagirdi olduğu üçün onların hər hansı bir ixtisası yoxdur. Qalan respondentlərin isə əsas ixtisaslar üzrə bölgüsü aşağıdakı kimidir:


s/s

İxtisasların adı

Ixtisaslar üzrə cavabların sayı

Ümumi respondentlərə görə nisbəti

1

İqtisadiyyat ixtisasları (bütün istiqamətlər üzrə)

44

13,29%

2

Filologiya

43

12,99%

3

Tibb (bütün istiqamətlər üzrə)

36

10,88%

4

Pedagogika

34

10,27%

5

Musiqi ixtisasları (bütün istiqamətlər üzrə)

29

8,76%

6

Tarix

20

6,04%

7

Riyaziyyat və informatika

17

5,14%

9

Göstərilməyib

16

4,83%

10

fizika

14

4,23%

11

hüquqşünaslıq

14

4,23%

12

mühəndislik (bütün istiqamətlər üzrə)

13

3,93%

13

Kimya

12

3,63%

14

psixologiya/sosiologiya

8

2,42%

15

İnzibati idarəetmə

5

1,51%

16

biologiya

4

1,21%

17

Memarlıq və inşaat

2

0,60%

18

energetika

1

0,30%

19

turizm

1

0,30%

20

jurnalisika

1

0,30%

Respondentlərin işlədikləri yerlər o qədər də müxtəlif deyil. Respondentlərin 62,23 %-ni, yəni 206 nəfəri ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr təşkil edir. 31 nəfər, yəni respondentlərin 9,37%-i orta məktəbdə müəllim vəzifəsində işləyir. 22 nəfər, yəni respondentlərin 6,65%-i isə tibb müəssisələrində işləyirlər. Qalan respondentlər müxtəlif dövlət və özəl müəssisə və təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər.


Respondentlər “iş axtarışında aşağıdakı faktorlardan hansılarına daha çox üstünlük verərdiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla 2 cavab verməklə ümumilikdə 657 cavab vermişdir.


s/s

Cavabların adı

Verilən cavabların sayı

Ümumi cavablara nisbəti (faizlə)

Respondenlərin sayına nisbəti (faizlə)

1

2

3

4 (3/657X100%)

5 (3/331X100%)

1

Məvacib

153

23,29

46,22

2

Kollektiv(iş mühiti)

132

20,09

39,88

3

Karyera imkanları

121

18,42

36,56

4

İxtisasa uyğunluq

118

17,96

35,65

5

İş rejimi

66

10,05

19,94

6

İşə götürən qurumun prestiji

46

7,00

13,90

7

Ezamiyyət imkanları

11

1,67

3,32

8

Digər cavablar

10

1,52

3,02

9

Cəmi

657

100

200

Nəticələrdən göründüyü kimi, respondentlər məvacib və iş mühiti faktoruna daha çox üstünlük verirlər. İş mühiti cavabının çoxluq təşkil etməsi sorğuda iştirak edən respondentlərin çoxunun qadın cinsindən olması ilə əlaqədərdir. Respondentlərin verdiyi ümumi cavabların 61,8%-i, məvacib, kollektiv (iş mühiti), karyera imkanları cavablarıdır. Cavablardan göründüyü kimi respondentlər üçün işin ixtisasa uyğunluğu bir o qədər rol oynamır. Respondentlər üçün iş rejimi, işə götürən qurumun prestiji və ezamiyyət imkanları da bir o qədər rol oynamır.


Respondentlər “daha çox hansı sektorda işləmək istərdiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir:
Dövlət sektoru- 186 nəfər, yəni respondentlərin 56,19 %-i

Beynəlxalq təşkilatlar- 58 nəfər, yəni respondentlərin 17,52 %-i

Özəl sektor – 43 nəfər, yəni respondentlərin 12,99 %-i

Sahibkarlıqla özüm məşğul olmaq istəyirəm- 28 nəfər, yəni respondentlərin 8,46 %-i



Digər- 15 nəfər, yəni respondentlərin 4,53 %-i
Nəticələrdən göründüyü kimi iş baxımında dövlət sektoru hələ də prestijli bir sektor kimi qalmaqdadır. Belə ki, respondentlərin yarıdan çoxu, 56,19%-i dövlət sektorunda işləməyə daha çox üstünlük verirlər.
Respondentlər “hansı sahələrdə fəaliyyət göstərən qurumlarda işləmək istəyərdiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 3 cavab verməklə ümumilikdə 796 cavab vermişdir.


s/s

Sahələrin adı

Verilən cavabların sayı

Ümumi cavablara nisbəti (faizlə)

Respondenlərin sayına nisbəti (faizlə)

1

2

3

4 (3/796X100%)

5 (3/331X100%)

1

Maliyyə və bank

134

16,83

40,48

2

Təhsil və elm

110

13,82

33,23

3

Gənclər və idman

105

13,19

31,72

4

Mədəniyyət və incəsənət

73

9,17

22,05

5

Turizm və otelçilik

55

6,91

16,62

6

Səhiyyə

53

6,66

16,01

7

Hüquq-mühafizə orqanları (hüquq sahəsi daxil olmaqla)

51

6,41

15,41

8

İnzibati idarəetmə (dövlət qulluğu)

44

5,53

13,29

9

Marketinq

40

5,03

12,08

10

İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyası

37

4,65

11,18

11

İctimai sektor (QHT-lər və Donor təşkilatları daxil olmaqla)

37

4,65

11,18

12

Sənaye (bütün istehsalat istiqamətləri daxil olmaqla)

26

3,27

7,85

13

Kənd təsərrüfatı

8

1,01

2,42

14

Bələdiyyə

7

0,88

2,11

15

Nəqliyyat

6

0,75

1,81

16

İnşaat və memarlıq

5

0,63

1,51

17

Fərqi yoxdur

4

0,50

1,21

18

Media

1

0,13

0.30

19

Cəmi

796

100

200

Respondentlərin bu suala cavabı onların ixtisası və hal hazırkı statusu ilə uyğunluq təşkil etsə də maliyyə və bank sahəsini seçənlər gözlənəndən daha çox oldu. Belə ki, respondentlərdən yalnız 44 nəfərin ixtisası iqtisadiyyat yönümlü olduğu halda maliyyə-bank sahəsini 134 respondent seçmişdir. İkinci yerdə gələn sahə təhsil və elm sahəsinin olması təbii qarşılanmalıdır. Belə ki, bu sahəni seçənlərin əksəriyyəti musiqi ixtisasları, pedagogika, filologiya və bənzəri ixtisaslı respondentlərdir. Bu sualın nəticələrindən ən əhəmiyyətlisi isə budur ki, ilk 5 yerdə gələn sahə humanitar sahələrdir. Respondenlərin ixtisas üzrə bölgüsündə də humanitar yönümlü ixtisaslar üstünlük təşkil edir.



Respondentlər “işəgötürən müəssisə rəhbərləri namizədlərdə daha çox hansı meyarları axtarırlar” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 4 cavab verməklə ümumilikdə 1323 cavab vermişdir.


s/s

Meyarın adı

Verilən cavabların sayı

Ümumi cavablara nisbəti (faizlə)

Respondenlərin sayına nisbəti (faizlə)

1

2

3

4 (3/1323X100%)

5 (3/331X100%)

1

Xarici dil bilikləri

245

18,52

74,02

2

Kompüter bilikləri

210

15,87

63,44

3

İş təcrübəsi

192

14,51

58,01

4

İxtisas

174

13,15

52,57

5

Zahiri və fiziki görkəm

111

8,39

33,53

6

Tanışlıq və qohumluq dərəcəsinə görə

74

5,59

22,36

7

Yaş və cinsi meyarlara görə

71

5,37

21,45

8

Etibarlılıq meyarına görə

64

4,84

19,34

9

Məzun olduğu ali (orta ixtisas) məktəbinə görə

63

4,76

19,03

10

Tərcümeyi-hal və ya CV-lərin dolğunluğuna görə

52

3,93

15,71

11

İxtisasartırma kurslarında iştirak

45

3,40

13,6

12

İmtahan və müsabiqələrdə bilik baxımından əldə etdiyi nəticə

19

1,44

5,74

13

Digər

3

0,23

0,91

14

Cəmi

1323

100

400

Respondentlərin əksəriyyəti yəni 50%-dən çoxu əsasən 4 meyara üstünlük verib. Bu sualın cavablarında xarici dil və kompüter bilikləri cavabları liderliyi ələ alır. Respondenlərdən 245 nəfər, yəni 74,02%-i hesab edir ki, işəgötürən qurumlar namizədlərdə xarici dil biliklərini əsas meyar kimi hesab edir. Xarici dil bilikləri ümumi cavabların 18,52%-ni təşkil edir. Ümumilikdə ilk 3 meyar-xarici dil bilikləri, kompüter bilikləri və iş təcrübəsi ümumi cavabların 48,9 %-ni təşkil edir. Növbəti yerlərdə isə ixtisas, zahiri və fiziki görkəm və tanışlıq meyarları gəlir. Bu suala verilən cavablarla KİV-də və digər mənbələrdəki iş elanları ilə müqayisə edərkən bunu müşahidə etmək mümkündür ki, bir çox hallarda işəgötürənlərin əsas tələbləri xarici dil və kompüter bilikləri ilə bağlı olur.


Respondentlər “İş imkanlarınızı artırmaq üçün hansı bacarıqları artırmaq istəyərdiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 2 cavab verməklə ümumilikdə 673 cavab vermişdir.


s/s

Cavabların adı

Verilən cavabların sayı

Ümumi cavablara nisbəti (faizlə)

Respondenlərin sayına nisbəti (faizlə)

1

2

3

4 (3/673X100%)

5 (3/331X100%)

1

Xarici dil bilikləri

208

30,41

46,22

2

Kompüter bilikləri (ofis proqramları)

149

22,14

39,88

3

İxtisasartırma, bacarıq və bilikləri artıran müxtəlif təlimlər və seminarlar

132

19,61

36,56

4

Kompüter bilikləri (dizaynerlik və mühasibatlıq)

94

13,97

35,65

5

Biznes plan hazırlamaq bacarıqları

52

7,73

19,94

6

Marketinq bacarıqları

29

4,31

13,90

7

Peşə bilikləri (dərzilik, bərbərlik, kosmetologiya və bənzəri)

9

1,34

3,32

8

Cəmi

673

100

203,32

Respondentlər “işəgötürən müəssisə rəhbərləri namizədlərdə daha çox hansı meyarları axtarırlar” sualına verilən cavablara uyğun olaraq tələbatlarını müəyyən ediblər. Belə ki, respondentlərin 46,22%-i xarici dil biliklərini, 39, 88%-i isə ofis proqramlarında işləmək bacarıqlarını artırmaq istəyirlər. Bu cavabları verənlərin əksəriyyətini ali və orta ixtisas məktəblərində təhsil alan tələbə-gənclər təşkil edir. Biznes plan və marketinq bacarıqlarını artırmaq istəyənlər azlıq təşkil edir. Bu cavablar əsasən ali təhsillilər və müxtəlif yerlərdə işləyən, habelə iqtisadiyyat ixtisaslarına malik olanlar cavablamışdır. İxtisasartırma, bacarıq və bilikləri artıran müxtəlif təlimlər və seminarlar cavabını verənlər isə hər iki təbəqədən-yəni tələbələr və eləcə də müxtəlif yerlərdə işləyən gənclər eyni səviyyədə cavablamışdır.


Respondentlər “işə düzəlmək üçün aşağıdakı informasiya mənbələrindən hansı daha effektlidir” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 2-3 cavab verməklə ümumilikdə 766 cavab vermişdir.


s/s

Cavabların adı

Verilən cavabların sayı

Ümumi cavablara nisbəti (faizlə)

Respondenlərin sayına nisbəti (faizlə)

1

2

3

4 (3/766X100%)

5 (3/331X100%)

1

İşəgötürən qurumların özlərindən birbaşa məlumat əldə edərək

171

22,32

51,66

2

Dostlar və tanışlar vasitəsi ilə

154

20,10

46,53

3

İnternetdəki iş elanları saytlarından

131

17,10

39,58

4

Özəl işə düzəltmə mərkəzlərindən

116

15,14

35,05

5

Ailə və qohumların köməyi ilə

97

12,66

29,31

6

Əhalinin Məşğulluq Mərkəzlərinin yerli idarələrindən

47

6,14

14,20

7

Dövrü mətbuatdan (qəzet və jurnallardan)

41

5,35

12,39

8

Digər

9

1,17

2,72

8

Cəmi

766

100

231,42

Bu suala verilən cavabları şərtləndirən amillərdən biri respondentlərin bu məsələdə informasiya çıxışlarının hansı səviyyədə olması ilə bağlıdır. Verilən cavablar onu göstərir ki, gənc respondentlərin iş axtarma məsələsində informasiya çıxışları çox vaxt yaxın ətrafla bağlıdır. Bu baxımdan internet saytları, KİV-i və məşğulluq mərkəzlərini cavablandıranlar nisbətən azdır. İkinci bir amil isə informasiya mənbələrinin iş axtaranlara nə dərəcədə uyğun işlər təklif etməsi ilə bağlıdır. Bəzən informasiya mənbələrindən işaxtaranlar öz tələblərinə uyğun iş tapa bilmirlər. Bunun əsas səbəblər ya iş axtaran informasiya mənbələrində məlumat bazasının diversifikasiyasının aşağı olması, ya da verilən informasiyada işaxtaranlarla işəgötürənlərin tələblərinin uzlaşmamasıdır. Bununla yanaşı respondentlərin işə düzəlmək üçün informasiya mənbələrindən məlumatlılıq dərəcəsi də önəmli amildir və verilən bu sualin cavabına böyük təsir göstərir. Cavablardan göründüyü kimi respondentlər işə düzəlmək üçün işəgötürən qurumların özlərindən məlumat əldə etmək (ümumi cavabların 22,32%-) , ikincisi isə dostlar və tanışlar vasitəsi ilə (ümumi cavabların 20,10%-i) onu göstərir ki, respondentlər daha yaxın ətrafa etibar etməyi üstünlük verirlər. Əslində bu iki mənbə işaxtarmaq baxımından o qədər də çevik bir mənbə deyil və bu mənbələrlə işə düzəlmək kifayət qədər vaxt aparır.



Son iki sırada yer alan mənbələr isə Əhalinin Məşğulluq Mərkəzlərinin yerli idarələr (ümumi cavabların 6,14%-i) və dövrü mətbuatdır (ümumi cavabların 5,35 %-i).
Respondentlər “İşə düzəlmək üçün aşağıdakı mətbuat vasitələrindən hansılarının adlarını bilirsiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir.
224 nəfər, yəni respondentlərin 67,67 %-i suala “heç birini bilmirəm (xatırlamıram)” cavabını vermişdir. Qalan 107 respondentin 41 cavabı qəzet və jurnalların, 104 cavabı isə müxtəlif internet saytların adların qeyd etmişdir. Respondentlər bu suala cavabda 10 qəzetin və 26 internet saytın adlarını qeyd etmişdir. Qəzetlər üçün verilən ümumi 41 cavab arasında “Birja” qəzetinə 16 cavab (ümumi cavabların 39,02%-i), “Supermarket” qəzetinə 8 cavab (ümumi cavabların 19,51%-i), “Sumqayıtxəbər” qəzetinə 6 cavabla (14,63%-i) liderliyi ələ alır. İnternet saytlar üçün isə verilən 104 cavab arasında www.boss.az 24 cavab (ümumi cavabların 23,08 %-i), www.resurs.az 14 cavab (ümumi cavabların 13,46 %-i), www.jobsearch.az 9 cavab (ümumi cavabların 8,65 %-i), www.kadr.az 9 cavab (ümumi cavabların 8,65 %-i), www.karyera-az.com 6 cavabla (ümumi cavabların 5,77 %-i) liderliyi ələ alır. Bu göstəricilər onu göstərir ki, gənclərin işaxtarma məsələsində məlumatlılıq dərəcəsi zəfidir.
Respondentlər “uğurlu iş tapmaq və karyera əldə etmək üçün aşağıdakı meyarlardan hansıları daha çox vacibdir” sualına aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərin hər biri bu sualda orta hesabla təxmini 3 cavab verməklə ümumilikdə 987 cavab vermişdir.


s/s

Meyarın adı

Verilən cavabların sayı

Ümumi cavablara nisbəti (faizlə)

Respondenlərin sayına nisbəti (faizlə)

1

2

3

4 (3/987X100%)

5 (3/331X100%)

1

Xarici dil bilikləri

201

20,36

60,73

2

İxtisas

171

17,33

51,66

3

İş təcrübəsi

160

16,21

48,34

4

Kompüter bilikləri

158

16,01

47,73

5

Zahiri və fiziki görkəm

57

5,78

17,22

6

İxtisasartırma, bacarıq və bilikləri artıran müxtəlif təlimlər və seminarlar

44

4,46

13,29

7

Məzun olduğu ali (orta ixtisas) məktəbinə görə

42

4,26

12,69

8

Tanışlıq və qohumluq dərəcəsinə görə

41

4,15

12,39

9

Etibarlılıq meyarına görə

34

3,44

10,27

10

Yaş və cinsi meyarlara görə

32

3,24

9,67

11

Tərcümeyi-hal və ya CV-lərin dolğunluğuna görə

27

2,74

8,16

12

İmtahan və müsabiqələrdə bilik baxımından əldə etdiyi nəticə

20

2,03

6,04

13

Cəmi

987

100

298,19

Suala verilən cavablar işəgötürən müəssisə rəhbərləri namizədlərdə daha çox hansı meyarları axtarırlar sualına verilən cavablarla oxşaqlıq təşkil edir. Bu sualda da xarici dil bilikləri 201 cavabla (respondenlərin 60,73%-i, ümumi cavabların 20,36%-i) respondentlər üçün ən vacib meyar hesab edilib. İş təcrübəsi meyarı bu suala verilən cavabda da 160 cavabla (respondentlərin 48,34%-i, ümumi cavabların 16,21%-i) 3-cü pillədə gəlir. Qalan növbəti meyarların reytinqində də oxşarlıqlar mövcuddur.Bu suala verilən cavablarda ixtisas meyarı əvvəlkindən fərqli olaraq 171 cavabla (respondentlərin 51,66%-i, ümumi cavabların 17,33%-i) ikinci pillədə gəlir. Kompüter bilikləri isə 158 cavabla (respondentlərin 47,73%-i, ümumi cavabların 16,01%-i) 4-cü pillədə qərarlaşmışdır. Tanışlıq və qohumluq dərəcəsinə görə, yaş və cinsi meyaralara görə meyarları burada nisbətən aşağı pillələrə düşmüşdür.


Respondentlər “hal hazırkı ixtisasınız sizi qane edirmi sualına aşağıdakı şəkildə cavab vermişdir.

Qane edir- 251 nəfər, yəni respondentlərin 75,83 %-i

Qane etmir- 80 nəfər, yəni respondentlərin 24, 17%-i
Respondentlər “İş imkanlarınızı artırmaq üçün aşağıdakılardan hansılarında iştirak etmisiniz” sualına aşağıdakı şəkildə cavab vermişdir.

104 nəfər, yəni respondentlərin 31,42%- iş imkanlarını artırmaq üçün hər hansı bir kurs, təlim və ya seminarda iştirak etmədiyini bildirmişdir. Qalan 227 nəfər, yəni respondentlərin 68, 58% bu suala ümumilikdə 395 cavab vermişdir. Bu cavabların bölgüsü aşağıdakı kimidir:




s/s

Cavabların adı

Verilən cavabların sayı

Ümumi cavablara nisbəti (faizlə)

Respondenlərin sayına nisbəti (faizlə)

1

2

3

4 (3/395X100%)

5 (3/331X100%)

1

Kompüter bilikləri (ofis proqramları)

129

32,66

38,97

2

Xarici dil bilikləri

101

25,57

30,51

3

İxtisasartırma, bacarıq və bilikləri artıran müxtəlif təlimlər və seminarlar

83

21,01

25,08

4

Kompüter bilikləri (dizaynerlik və mühasibatlıq)

43

10,89

12,99

5

Biznes plan hazırlamaq bacarığı

17

4,30

5,14

6

Marketinq bacarıqları

12

3,04

3,64

7

Peşə bilikləri (misal üçün dərzilik, bərbərlik, kosmetologiya və digərləri kimi

10

2,53

3,02

8

Cəmi

395

100

231,42

Cədvəldən göründüyü kimi bu suala verilən cavabların nəticələri respondentlərin “İş imkanlarınızı artırmaq üçün hansı bacarıqları artırmaq istəyərdiniz”sualına verilən cavablarla uyğunluq təşkil edir. Bu sualların cavablarının nəticələrini müqayisə edərək bu qənaətə gəlmək mümkündür ki, kompüter və xarici dil bilikləri, ixtisasartırma, bacarıq və bilikləri artıran müxtəlif təlimlər və seminarlar gənclərin məşğulluğunun yaxşılaşdırılmasında önəmlidir. Gənclər biznes plan hazırlamaq, marketinq və peşə bilikləri bacarıqlarının gücləndirilməsinə çox meylli deyillər.



Respondentlər “iş axtararkən arzu etdiyiniz minimum məvacib nə qədər olmalıdır” sualına aşağıdakı şəkildə cavab vermişdir.

100-200 AZN- 29 nəfər, yəni respondentlərin 8,76 %-i

201-400 AZN- 119 nəfər, yəni respondentlərin 35,95 %-i

401-600 AZN- 93 nəfər, yəni respondentlərin 28,10 %-i

601-800 AZN- 29 nəfər, yəni respondentlərin 8,76 %-i

801-1000 AZN- 27 nəfər, yəni respondentlərin 8,16 %-i



1000 AZN və yuxarı- 14 nəfər, yəni respondentlərin 4,23 %-i

Fərqi yoxdur- 17 nəfər, yəni respondentlərin 5,14 %-i


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə