Sultanabad rayon məhkəməsinə İddiaçılar: Heybətov Heybət Həşim oğlu Ünvan




Yüklə 13.02 Kb.
tarix10.04.2016
ölçüsü13.02 Kb.


Sultanabad rayon məhkəməsinə

İddiaçılar: Heybətov Heybət Həşim oğlu

Ünvan: Bakı şəhəri, _______ qəsəbəsi,

_________ küçəsi, ev ___, mənzil ___


Cavabdeh: Cəlilova Qönçə Şərif qızı,

Ünvan: Bakı şəhəri, ________ qəsəbəsi,

_________ küçəsi, ev _____8, mənzil ___



Faktiki ünvan: _____________________

İDDİA ƏRİZƏSİ

(Yaşayış hüququnun itirilməsi, qeydiyyatdan çıxarılma barədə)


Cavabdeh, Heybətova Qönçə Şərəf qızı və oğlum Heybətov Əksəriyyət Heybət oğlu 24 iyun 2007-ci il tarixdə Sultanabad Rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olublar. Rəsmi nikaha daxil olduqdan sonra cavabdeh Heybətova Qönçə Şərəf qızının, gəlinim və ailəmin üzvü olaraq seriya ÖM 186640 №-li Qeydiyyat Vəsiqəsinə əsasən mənim xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Qaranlıq qəsəbəsi, Z. Şərifli küçəsi, ev 28, mənzil 25 ünvanında yerləşən evə qeydiyyata düşməsinə icazə verdim. Cavabdeh Bakı şəhəri, Qaranlıq qəsəbəsi, Z. Şərifli küçəsi, ev 28, mənzil 25 ünvanında yerləşən evə qeydiyyata düşsədə oğlum Heybətov Əksəriyyət Heybət oğlu ilə birgə mənim ailəmlə birgə yaşadığım bulokun 5-ci mərtəbəsində yerləşən, Bakı şəhəri, Qaranlıq qəsəbəsi, Z. Şərifli küçəsi, ev 28, mənzil 30 ünvanında yerləşən mənzildə kirayə yaşamağa başladılar. Cavabdeh və oğlum rəsmi nikahda olduqları dövr ərzində Bakı şəhəri, Qaranlıq qəsəbəsi, Z. Şərifli küçəsi, ev 28, mənzil 30 ünvanında yerləşən mənzildə kirayə yaşayıblar. Ailə münasibətlərinin pozulması səbəbindən cavabdeh və oğlum boşanmaq üçün məhkəməyə müraciət etmiş və Sultanabad rayon məhkəməsinin 29 sentyabr 2009-cu il tarixli 2(010)-0000/2009 №-li qətnaməsi ilə nikaha xitam verilmişdir.

Mənzil Məcəlləsi maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri

29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

Mənzil Məcəlləsi maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri

30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Cavabdeh, Heybətova Qönçə Şərəf qızı və oğlum, Heybətov Əksəriyət Heybət oğlu Sultanabad rayon məhkəməsinin 29 sentyabr 2009-cu il tarixli 2(010)-0000/2009 №-li qətnaməsi ilə boşandıqları üçün mənimlə cavabdeh arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh mənim ailə üzvüm olmadığına, atasının evində yaşadığına və hal hazırda yaşayış yerinin olduğuna görə onun hal hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Qaranlıq qəsəbəsi, Z. Şərifli küçəsi, ev 28, mənzil 30 ünvanında yerləşən mənzilə olan qeydiyyatı silinməlidir.



Yuxarıda qeyd olunanları nəzərə alaraq AR Mənzil Məcəlləsinin 29.1., 30.4.-cü maddələrini rəhbər tutaraq:
Xahiş edirəm:
Cavabdeh, Heybətova Qönçə Şərəf qızının Bakı şəhəri, Qaranlıq qəsəbəsi, Z. Şərifli küçəsi, ev 28, mənzil 30 ünvanında yerləşən mənzilə olan qeydiyyatının silinməsi barədə qətnamə qət edəsiniz.


İddia ərizəsinə əlavə olunan sənədlərin siyahısı:

  1. Arayış F-2;

  2. Qeydiyyat Vəsiqəsi;

  3. Nikahın pozulmasına dair qətnamənin surəti;

  4. iddia arizəsinin surəti (2 nüsxə);

  5. dövlət rüsumunun ödənilməsi haqqında qəbz;

  6. Doğum haqqında şəhadətnamənin surəti;

  7. Şəxsiyyət vəsiqələrinin surətləri.



Tarix: İmza: ________________Heybətov H. H.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə