Sülh Korpusu Amerikalı Könüllüləri yerləşdirmək üçün potensial təşkilatlar axtarır!!!




Yüklə 9.97 Kb.
tarix20.04.2016
ölçüsü9.97 Kb.
Sülh Korpusu Amerikalı Könüllüləri yerləşdirmək üçün potensial təşkilatlar axtarır!!!
Əgər Sizin təşkilatınız Bakıdan kənarda İcmanın İqtisadi İnkişafı sahəsində fəaliyyət göstərirsə siz Sülh Korpusu Könüllüsü üçün müraciət edə bilərsiniz!

ABŞ hökümətinin qeyri-siyasi, qeyri-dini agentliyi olan Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Onun əsas məqsədi digər ölkələrə texniki yardım göstərmək və dünya ölkələri arasında qarşılıqlı anlaşmanı və sülhü inkişaf etdirməkdir.

Son 45 ildə Sülh Korpusu dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərmişdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildə İngilis dilini tədris etmələri üçün Amerikalıları Azərbaycana gətirməklə fəaliyyətə başlamışdır. İki il sonra isə 2005-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən İcmanın İqtisadi İnkişafı Proqramı yaradılmışdır.

İcmanın İqtisadi İnkişafı Proqramında fəaliyyət göstərən Amerikalı Könüllülər Azərbaycanda 2 il icmanın inkişafına dəstək olurlar. Əgər sizin təşkilatınız aşağıdakı hökümət və qeyri-kökümət təşkilatlarından biridirsə sizin Sülh Korpusu Könüllüsünü qəbul etmək inkanınız var!



İcmanın İqtisadi İnkişafı layihəsi üzrə Könüllülər iki il ərzində işləmək üçün 2008-ci ilin dekabr ayından başlayaraq seçilmiş təşkilatlarda yerləşdiriləcəklər.

Könüllülərin aylıq xərcləri və onların səhhəti ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödəniləcək. Könüllünü qəbul edən təşkilat həmin Könüllüyə heç bir maliyyə ayırmayacaqdır. Onlardan yalnız Könüllünün işinə dəstək vermək və onun səmərəli işləməsi üçün lazım olan resurslarla təmin etmək tələb olunur. Könüllünü qəbul edən təşkilatın Könüllü üçün münasib evin tapılmasında Sülh Korpusuna köməklik göstərməsi nəzərdə tutulur.
ABŞ Sülh Korpusunun İcmanın İqtisadi İnkişafı Layihəsi üzrə Könüllüsü üçün müraciət etmək istəyən təşkilatın rəhbəri ərizə formasını doldurmalı, imzalamalı və Sülh Korpusu ofisinə təqdim etməlidir. Ərizə forması üçün aşağıdakı telefon nömrələrinə zəng edə bilərsiniz. Ərizə formaları sizə faks, elektron poçt və ya adi poçt vasitəsilə çatdırılacaqdır.

Ərizələr 15 aprel 2008-ci il tarixinədək qəbul olunacaqdır.

Əlavə məlumat üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Elmir İsmayılov, İcmanın İqtisadi İnkişafı üzrə Proqram Meneceri və ya Zamira Abbasova, Proqram Asistenti

Telefon: 994 12 596 17 20/21/22/23 (ofis); (050) 203 32 66 (Elmir), (050) 250 51 24 (Zamira)



Elektron poçt ünvanı: eismayilov@az.peacecorps.gov / zabbasova@az.peacecorps.gov


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə