Sudan istifadə ( və ya suvarma ) planı




Yüklə 106.35 Kb.
tarix27.02.2016
ölçüsü106.35 Kb.
Sudan istifadə ( və ya suvarma ) planı
Sudan istifadə — kənd təsərüfatı, sənaye və komunal-məişət ehtiyaclarının ödənilməsi uçun suyun götürülməsi, bölünməsi və itifadə olunmasını özündə cəmləşdirn kompleks tədbirlərdir.

Suyun təsərrüfatdaxili və təsərrüfatlararası bölüşdürülməsi optimal suvarma rejimi əsasında planlaşdırılır. Suvarma rejimi və bunun əsasında təbiq olunan suvarma texnikaları planlı sudan istifadə etmənin əsasını təşkil edir.

Sudan istifadə planlarının tərtib olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası» əsasında həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1998-ci il 15 oktyabr tarixli

206 nömrəli qərarı ilə təsdiq edilmişdir


Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi




Q A Y D A L A R I

1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.


2. Azərbaycan Respublikasında sudan istifadə edənlər mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
3. Suvarma sistemlərinin, otlaqların su təminatı sistemlərinin və digər su təsərrüfatı obyektlərinin suyundan istifadə sudan təsərrüfatdaxili istifadə və sudan istifadəyə dair ümumsistem planları əsasında həyata keçirilir.
4. Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən suya olan tələbat nəzərə alınmaqla tərtib olunur.
5. Sudan təsərrüfatdaxili istifadə planları suvarılan torpaqların miqdarı, əkin sahələrinin strukturu, suvarma rejimi və bitkilərin suvarma vaxtı, daxili təsərrüfat kanallarının faydalı iş əmsalı, əkin sahələrinin torpaq-meliorativ şəraiti və su ehtiyatları barədə məlumatları özündə əks etdirməlidir.
6. Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən rayon suvarma sistemləri idarələri ilə razılaşdırdıqdan sonra yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunur.
7. Sudan istifadəyə dair ümumsistem planları rayon suvarma sistemləri idarələri tərəfindən yerli kənd təsərrüfatı təşkilatları ilə əlaqəli şəkildə əkin proqnozlarına və suvarma rejimlərinə uyğun tərtib olunur və sudan təsərrüfatdaxili istifadə planları əsasında dəqiqləşdirilir.
8. Sudan istifadəyə dair ümumsistem planlarında sudan təsərrüfatdaxili istifadə planlarında göstərilən məlumatlardan başqa magistral və təsərrüfatlararası kanalların və baş su götürücü qurğunun sərfi, təsərrüfatlararası kanalların və ümumiyyətlə sistemin faydalı iş əmsalı haqqında məlumatlar da öz əksini tapmalıdır.
9. Sudan təsərrüfatdaxili istifadə planları və sudan istifadəyə dair ümumsistem planları təsərrüfatlarda işin təşkili və aqrotexnika üzrə görülən tədbirlər sistemi ilə uzlaşmalı və hidrometeoroloji şərait nəzərə alınmalıdır.
10. Suvarma suyundan energetika, sənaye, nəqliyyat, kommunal, məişət və digər məqsədlər üçün istifadə sudan istifadəyə dair ümumsistem planlarında nəzərə alınmalıdır.
11. Sudan istifadəyə dair ümumsistem planları təsdiq edilir:
rayon əhəmiyyətli suvarma sistemləri üzrə rayon suvarma sistemləri idarələri tərəfindən;
respublika əhəmiyyətli və rayonlararası suvarma sistemləri üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən.
12. Sudan istifadə planları və onların əsasında bağlanmış sudan istifadə müqavilələri rayon suvarma sistemləri idarələri ilə su istifadəçiləri arasında münasibətləri müəyyənləşdirən əsas sənədlərdir.
Sudan istifadə müqavilələrində rayon suvarma sistemləri idarələri tərəfindən sudan istifadə edənlərə su ayrıcılarından sudan təsərrüfatdaxili istifadə planlarına uyğun vaxtlı-vaxtında və tələb olunan miqdarda suyun verilməsi, sudan istifadə edənlər tərəfindən isə plan üzrə suvarmanın aparılması, suvarma suyunun kollektor-drenaj şəbəkəsinə axıdılmaması, suvarma texnikasının təkmilləşdirilməsi, təsərrüfatdaxili şəbəkə və onların üzərindəki qurğuların işlək vəziyyətdə saxlanması və digər şərtlər göstərilir.
13. Əkiləcək sahənin miqdarı, əkiləcək bitki növləri, su mənbələrində olan suyun miqdarı nəzərdə tutulduğundan 10 faizə qədər dəyişərsə, yaxud güclü yağışlar nəticəsində suvarma vaxtının və suvarma normasının dəyişməsinə ehtiyac olarsa sudan istifadəyə dair ümumsistem planları dəqiqləşdirilir.
Ümumsistem planları su mənbələrinin sululuğu haqqında dəqiqləşdirilmiş məlumatlar və əkinin vəziyyəti nəzərə alınmaqla dəqiqləşdirilir.
14. Suvarma sistemlərindən planda nəzərdə tutulduğundan artıq, hətta su mənbələrində su çox olduqda belə, yerli suvarma sistemləri idarələrinin razılığı olmadan su götürülməsinə yol verilmir.
15. Təsərrüfatlararası suvarma kanallarından yeni su qəbuledici qurğu tikməklə, müvəqqəti nasos stansiyası quraşdırmaqla, yaxud başqa üsullarla su götürülməsinə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəinin razılığı ilə icazə verilir

Yuxarıda təsdiq olunmuş qaydalara əsasən sudan istifadə planı ilk olaraq ayrı-ayrı təsərrüfatlar üçün tərtib olnur və bunların əsasında ümumi sistem üçün hazırlanır.Təsərrüfat üçün sudan istifadə planı tərtib olunarkən aşağıdakı sənədlər olmalıdır:


a).Təsərrüfatın sərhəddini, kollektor-drenaj və sutullayici şəbəkələrini, təsərrüfatdaxili bölüşdürücü kanllarıni, təsərrüfatlararası

kanallardan ayrılan suayrici nöqtələrini, onlar üzərindəki hidrotexniki qurğuları, hidrometrik postları, ayri-ayri suvarılan

sahələri, yolları və meşə əkmələrini göstərməklə ümumi torpaq planı;
b).Təsərrüfatın verilən il üçün suvarılan torpaq planı (icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmaqla);
c).Hidromodul rayonu üçün suvarma rejimi cədvəli (icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmaqla);
d).Təsarrüfatdaxili şəbəkənin faydalı iş əmsalı;
e). Əkin sahələrinin torpaq-meliorativ şəraiti;
Rayonlararası kanallar idarəsi və ya rayonun suvarma sistemləri idarələri tərəfindən ayrı-ayrı təsərrüfatlar üçün tərtib olnunmuş sudan istifadə planları əsasında, ümumi rayon üçün (sistem üçün) sudan istifadə planı işlənib hazırlanır.

Sistemin sudan istifadə planı aşağıdakı sənədlər əsasında tərtib olunur:


a). Ümumi suvarma şəbəkəsinin ətraflı sxemi və planı;
b).Sxemdə butün magistral və təsərrüfatlararası kanallar və onlardan ayrılan suayrici nöqtələr, onlar üzərində olan hidrotexniki

qurğular, kanallar və hidrotexniki qurğuların xidmət sahələri və su buraxma qabiliyyəti, təsərrüfatlar və istifadə olunan

sahələrin sərhədləri, böluşdürücü qovşaqları öz əksini tapmalıdır;
c).Suvarma mənbəyinin (sərfinin) qarşıdakı il üçün hesabat göstəriciləri;
d).Hidrogeoloji xəritə (sahələr və qrunt sularının səviyyəsi göstərilməklə), torpaq xəritəsi;
e)Təsərrüfatlar üçün sudan istifadə planları;
ə).Sistemin faydalı iş əmsalı;
j).Dövlət planinda müəyyən olunmuş ümumi torpaq fondu və suvarılan torpaqların əkin sahələri;

Sudan istifadə planları sudan istifadəedənlər tərəfindən verilmiş sifarişlər nəzərə alınmaqla tərtib olunur.


Bu plan əsasında təsərrüfatlararası kanallardankı suayriclardan ayrılan suyun təsərrüfatlara ( fermerlərə,ayrı-ayrı şəxslərə ) verilməsi və onun hesabatlarının aparılması rayon suvarma sistemləri idarələri tərəfindən yerinə yetirilir.

Kənd təsərrüfatı bitkilərinin suvarılması və digər məqsədlər üçün sərf olunan suyun düzgün hesaba alınması su ehtiyatlarından səmərəli istifadənin əsasıdır. Suvarma sistemlərində suyun uçotu hidrometrik məntəqələr, hidroqurğular və suölçən avadanlıqlar vasitəsi ilə aparılır.

Hidrometrik məntəqələrdə müşahidələrin aparılması, müddəti, həmçinin suyun uçotuna aid məlumatların ümumiləşdirilməsi meliorasiya və su təsərrüfatı orqanlarının istismar idarələri tərəfindən vahid formada aparılır.

Azərbaycan Respublikasında suların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli 7 nömrəli qəra rı ilə təsdiq edilmiş “Suların dövlət uçotu Qaydası”na əsasən həyata keçirilir.

Yuxarıdakı məlumatlar əsasında və ən əsası suvarma rejimi cədvəlinin köməyilə hidromodul qrafikləri (nizamlanmamış və nizamlanmış ) qurulur. Qrafikin qurulması qaydaları saytda-ana səhifədə göstərilmışdir.

Nizamlanmış hidromodul qrafikindən aylar üzrə hər bir 15 günluk (dekadalar üzrə də ola bilər) ordinatların qiyməti hesablanır.Bu ordinatlara əsasən birbaşa bitkiyə verilən Q netto, su ayrıcından verilən Q su ayrıcı, başdan götürülən Q brutto su sərfləri və uyğun olaraq axınların həcmləri W=Q*86400*t ( həmçinin artan yekunla ) müəyyən olunur.

Suvarma rejimi cədvəlinin köməyilə həmçinin bitkilərin hektarlarla aylar üzrə (15 günlük) yerləşdirilməsi və eləcə də artan yekunla müəyyənləşdirilir. Sonra ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin vegetasiya müddətində suvarma sayı müəyyən olunur .
Yuxarıdakı məlumatlar əsasında ümumi sistem üçün təqvim planı hazırlanır və başdan götürülən suyun, suayricından və bitkiyə verilən suyun qrafiklərin qurulur.
Sistemin sudan istifadə planı tərtib olunmaqala sudan istifadə aid əsaslı məsələlər həll olunur: hər təsərrüfatın hər bir su ayrıcı və ümumilikdə bütün sistem üçün olan su təlabatı; su mənbəyinin rejiminin suvarma sisteminin su təlabatı rejimi ilə əlaqəsi; magistral və təsərrüfatlararası kanalların başdan götürdüyü və eləcə də təsərüfatlara verilən su sərfinin itkilər də əlavə olunmaqla müəyyən olunması; sistemin faydalı iş əmsalını artırmaq məqsədilə bir sıra tədbirlrin hazırlanmsı; və s.

Suvarma suyundan planlı şəkildə istifadə olunması təsərrüfatları tələb olunan aqrotexniki müddətlərdə lazımi qədər suvarma suyu ilə təmin etməyə imkan verir, bununla da torpaq və su ehtiyatlarından daha səmərəli istifadə olunmasına və suvarılan kənd təsərrüfatı əkinlərindən yüksək və sabit məhsul götürülməsinə zəmin yaradır.


Suyun götürülməsi və onun bölüşdürülməsi üçün limitləri hesablayarkən bəzi şərtlərə əməl olunmalıdır: hesabat aparılarkən sistem üçün başdan götürülən su sərfi,faktiki su mənbəyindən götürüləcək su sərfini bağlamalıdır ( 5% xəta ola bilər); mənbənin su buraxma qabiliyyətinə, suvarma rejiminə və suvarılan sahənin ölçüsünə müvafiq olraq, təsərrüfata bütün vegetasiya suvarma müddətində fasiləsiz suyun verilməsi; və s.
TƏQVİM PLANI


Aylar

Göstəricilər


Başdan götürülənc su

Min.kub.m



Su ayrıcından götürülənv su

Min.kub.m




Bitkiyə verilən su

Min.kub.m





Bitkilərinin suvarılması

ha



Sistemin

FİƏ


Suvarma norması

m3 /ha





başdan

götürülən



suayrıcı

götürülən



bitkiyə

verilən


YANVAR

Aylıq

























Artan yekun

























FEVRAL

Aylıq

























Artan yekun

























MART

Aylıq

























Artan yekun

























APREL

Aylıq

























Artan yekun

























MAY

Aylıq

























Artan yekun

























İYUN

Aylıq

























Artan yekun

























İYUL

Aylıq

























Artan yekun

























AVQUST

Aylıq

























Artan yekun

























SENTYABR

Aylıq

























Artan yekun

























OKTYABR

Aylıq

























Artan yekun

























NOYABR

Aylıq

























Artan yekun

























DEKABR

Aylıq

























Artan yekun


























Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə