Sual-Cavab Bu kurslarda şagirdlərin təhsil alması mümkündürmü? Əgər mümkündürsə, neçənci sinifdən?




Yüklə 21.58 Kb.
tarix21.04.2016
ölçüsü21.58 Kb.
Sual-Cavab



1. Bu kurslarda şagirdlərin təhsil alması mümkündürmü? Əgər mümkündürsə, neçənci sinifdən?
Hazırlıq kurslarına yalnız orta təhsili başa vurmuş abituriyentlər qəbul olunur. Çünki bu kursu bitirənlər ali məktəbə qəbul olunur.

2. 4360 avro məbləğinə nələr daxildir? Tələbə yataqxanası pulsuzdur? общежитии?
Bu məbləğ yalnız 10 aylıq hazırlıq kursu üçün təhsil haqqıdır. Yataqxana, nəqliyyat, qidalanma, kitab-dəftər və sığorta xərcləri tələbə tərəfindən ödənilir.

3. Hansı hallarda hazırlıq kursuna qəbuldan universitet imtina edir?
Bəli, bu hal mümkündür. Səbəblər müxtəlif ola bilər: sənədlərdə çatışmamazlıq və ya kurslarda boş yerin olmaması.

4. Azərbaycanda bakalavr pilləsini bitirən IV kurs tələbəsini hərbi xidmət gozləyirsə, o hazirliq kursuna sənəd verə bilərmi?
Bəli. Ancaq hərbi qulluqla bağlı məsələləri tələbə özü həll etməlidir.

5. Çexiya Respublikasının Gürcüstandakı səfirliyi tələbə vizasını verməkdən imtina edə bilərmi?
Bəli, sənədlərdə çatışmamazlıq olsa, səfirliyin belə bir səlahiyyəti var. Ancaq hələlik tələbələrimizin belə problemi olmayıb.

6. Çex dilini bilməyən tələbənin kursu mənimsəməsində çətinlik olmur ki?
Hazırlıq kursları məhz xarici tələbələrə çex dilini tədris etmək üçün təşkil olunub. Bu dili mənimsəyəndən sonra müxtəlif fənlərdən hazırliq keçirilir. Bundan başqa, Çexiyada yaşayış bu dili tezliklə mənimsəməyə kömək edir. Çex dilinin tədrisində rus və ingilis dillərindən istifadə olunur.

7. Əgər abituriyent ixtisası dəyişmək istəyirsə, amma hazırlıq kursları başqa şəhərdədirsə, bu mümkündürmü? Ümumiyyətlə, əsas profil fənlərini dəyişmək olarmı?
Bəli

8. Ali məktebin bakalavr pilləsinə qəbul olan tələbənin təqaüd alması mümkündürmü?
Bəli, Çexiyada təhsil alan ali məktəb tələbələrinin təqaüd almaq imkanları vardır.

9. Hazırlıq kursundan əlavə,10 aylıq tədrisə daha nə daxildir?
Karl Univeristeti tərəfindən Çexiyanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq üçün mədəni proqramlar hazırlanır. Bura filmlərə nümayiş, sərgilər, ədəbiyyat axşamları və konsertlər daxildir.

10. Hazırlıq kursuna daxil olmuş tələbə sizin təklif etdiyiniz Ekskluziv paketdən imtina edirsə, ona diaspora tərəfindən hər-hansı bir köməklik olurmu?
Bəli, təhsil boyunca biz tələbələrimizə informasiya yardımı göstəririk və bütün tələbələr keçirdiyimiz mədəniyyət tədbirlərində iştirak edə bilərlər. Ətraflı məlumat: www.diaspora.cz

11. Hazırlıq kurslarına qəbul üçün hansı sənədlər tələb olunur?
Tələb olunan sənəd və məlumatları saytımızın TƏHSİL bölməsindən oxuyun.

12. Əgər abituriyent hər hansı bir səbədən hazırlıq kursundan imtina etsə, təhsil haqqı geri qaytarılırmı?
Bəli, istisna halda bu mümkündür və bu zaman təşkilati xərclər məbləğdən tutulur.

13. Sizin vasitəçiliyiniz olmadan hazırlıq kurslarının təşkilatçıları ilə birbaşa əlaqə saxlamaq mümkündürmü?
Bəli, Karl Universitetinin kordinatlarını saytımızdan əldə edə bilərsiz.

14. Siz kirayə ev haqda yazırsız, məgər tələbələr yataqxana ilə təmin olunmurlar?
Hazırlıq kursunun bütün tələbələri yataqxana ilə təmin olunur. Kirayə evin qiymətini biz maraq üçün qeyd etmişik.

15. Təşkilatçı tərəf kimi, ali məktəbə qəbul olanlara ev kirayə etməyi, yoxsa yataqxanada qalmağı məsləhət görərdiz?
Çexiya ali məktəb tələbələri üçün yataqxanalar daha ucuz qiymətə kirayələnir, hazırlıq kursu tələbələri üçün yataqxana ilə müqayisədə. Ona görə bu imtiyazlardan istifadə etməyiniz məsləhətdir.

16. Əgər tələbə sizin təşkilat olmayan şəhərə düşürsə, siz ona necə nəzarət edirsiz?
Çexiyadakı bütün tədris mərkəzlərində proyektimizin kuratorları vardır. Bizim proyektlə Çexiyaya gələn tələbələrə AZƏR-ÇEX Cəmiyyəti nəzarət edir və qayğısına qalır. Həmçinin tələbənin valideyinlərinin kuratorumuzla mütəmadi əlaqə saxlayıb tələbənin dərsə davamiyyəti və gündəlik həyatı haqda məlumat əldə edə bilər. Bu imkanlardan istifadə etməyiniz üçün sərfəli qiymətə Ekskluziv paketi məsləhət bilirik.

17. Abuturiyent Çexiya Respublikasındakı humanitar fakultələrə qəbul olmaq üçün konkret nə etməlidir?
Qəbul zamanı lazım olan biliklərin hamısı hazırlıq kursunda tədris olunur. Ona görə tələbədən yalnız bir şey tələb olunur: Oxumaq, oxumaq və yenə də oxumaq.

18. Təhsilini başa vuran tələbəyə hər hansı bir sənəd verilirmi? Aldığı sənəd harda istifadə oluna bilər?
Təhsili uğurla başa vuran tələbərə Şəhadətnamə verilir. Bu sənədi, misal üçün, Çex dilini bilməsi haqda arayış kimi istifadə etmək olar.

19. Xarici vətəndaşların və Çexiyalı tələbələrin ali məktəbə qəbul olununma şərtlərində fərq varmı?
Çexiya təhsil sisteminin unikallığı ondan ibarətdir ki, xarici tələbələr və Çex vətəndaşları ilə təhsildə fərq qoyulmur.

20. Ali məktəbə daxil ola bilməyən abituriyentlərin aqibəti necə olur?
Onlar kursu təkrarlaya bilərlər. Ancaq qeyd edək ki, statistika üzrə hazırlıq kursunu bitirənlərin 75-95% ali məktəblərə uğurla qəbul olunurlar. Bugunə qədər bu kursu bitirən həmvətənlərimizin hamısı ali məktəbə qəbul olunublar.

Çexiya Respublikasında hazırlıq kursunda təhsilə başlayan tələbələr üçün

Ekskluziv təklif


Təşkilatımız tərəfindən hazırlanmış bu xidmət növündən istifadə etsəz 600-700€ qənaət etmiş olarsız!:

  • Tələbənin Praqa hava limanında kurator tərəfindən qarşılanması və transferi.

  • Kursun başlanması ilə bağlı Azərbaycan Evində təntənəli açılış mərasimi - furşet.

  • Praqada hotel xərcləri - 1 gecə / 2 nəfərlik otaq

  • Kurs keçirilən şəhərə tələbənin yola salınması: Praqa-Podebradi, Praqa-Marianske Lazne (autobus və ya qatar xərcləri).

  • Təhsil ərzində tələbənin sosial-məişət problemlərinin həllinə çalışmaq və konsultasiya vermək.

  • Kuratorun fəaliyyəti-tələbənin valideyinləri hərgün kuratorla əlaqə saxlayıb, tələbənin dərsə dəvamiyyəti, qiymətləri və problemləri haqda məlumat ala bilər, həmçinin Çexiyadakı təhsil və yaşayış qayğılarını kuratorla həll edə bilərlər.

  • Çexiya Respublikasında yaşamaq və təhsil almaq üçün vacib olan 1 illik tibbi sığortanın bağlanma xərcləri.

  • ISIC beynəlxalq tələbə kartının verilməsi. Bu kart vasitəsilə Avropa Birliyində hədsiz endirimlər qazana bilərsiz.

  • Praqa şəhərində bütün ictimai nəqliyyat vasitələrindən (metro,avtobus,tramvay) istifadə üçün illik daimi bilet.

  • Tələbələr üçün xüsusi bank hesabının açılmasında yardım*.

  • Kirayə evdə qalmaq istəyən tələbələr üçün Praqa və ya digər şəhərlərdə evlərin seçilməsində yardım.

  • Lazim olan bütün sənədlərin leqalizasiyasina köməklik.

  • Atestat və diplomlarin nostrifikasiya üçün hazırlanması (notarial təsdiq,çex dilinə rəsmi tərcümə və tərcümələrin təsdiqi).

  • Çexiyada ali təhsil almaq üçün lazım olan Atestat və diplomların nostrifikasiyasına yardım.

  • Ixtisas seçmə və ali məktəblərə qəbul olma şərtləri haqda informasiya

  • Ali məktəblərə qəbul üçün ərizə verməkdə köməklik, tələb olunan bütün sənədlərin siyahisinin təşkili və tərtibi*.

  • Ali məktəbə qəbul üçün tələb olunan bütün sənədlərin hazirlanması (notarial təsdiq,çex dilinə rəsmi tərcümə və tərcümənin təsdiqi).

  • Tələbənin qanuni nümayəndələrini (valideyinləri) mütəmadi olaraq məlumatlandırmaq: tələbənin ali məktəbdə dəvamiyyəti, müvəfəqiyyəti, problemləri və uğurlari haqda məlumat.

  • Tələbənin asudə vaxtının təşkili: ekskursiyalar, kino-teatr, idman yarışlari və mədəniyyət tədbirlərinin təşkili.*

  • Son zəng: kursun bitməsi ilə bağlı təntənəli vidalaşma gecəsi, sertifikatlarin təqdimat mərasimi.

  • Çexiya haqda xatirə suvenirinin hədiyyə edilməsi.

  • Ali məktəbə qəbul olmuş tələbələrin təhsil vizalarini uzatmaq üçün köməklik.

  • Tələbəyə Çexiya mobil operatorunun SIM kartinin verilməsi (konturu tələbə yükləyir).

  • Çexiyadakı təhsil müddətində rəsmi dövlət orqanları, idarələr və xaricilər polisi ilə ünsiyyətdə vasitəçilik, hüquqi yardım.

  • AZƏR-ÇEX Cəmiyyətinə 1 illik üzvlük haqqı, üzvlük biletinin verilməsi.

  • Praqadakı AZƏRBAYCAN restoranına 20% endirim kartı – 1 illik müddətə.

* Bank hesabında balans,kino-muzeyə giriş və ali məktəbə qeydiyyat xərcini tələbə ödəyir.

Xidmət paketinin qiyməti: 2000 € avro


 www.student.diaspora.cz/

AZƏR-ÇEX Cəmiyyəti

Ünvan: Voronezska 19, 101 00 Praha 10 - Vinohrady. Çexiya Respublikası.

E-mail: student@diaspora.cz

www.diaspora.cz

Proyektin Azərbaycan üzrə kordinatoru: Bulu Ismayılova



Tel:(050)4090046

www.msmt.cz


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə