Su ötürən qurğular




Yüklə 13.46 Kb.
tarix24.04.2016
ölçüsü13.46 Kb.
Su ötürən qurğular

İstənilən məqsəd üçün kanalların təbii (yarğan,dərə.vadi və s.) və süni (kanal,yol və s.) maneələrdən çox kiçik hidravliki itkilərlə keçirilməsi zamanı su ötürən qurğular tikilir. Su ötürən qurğulara akveduklar, dyükerlər, tunellər, sel ötürən borular, novlar və s. aiddir və bu qurğular əsasən, beton, dəmir-beton, polad və ağacdan (son vaxtlar istifadə olunmur) tikilir.



Akveduk

Akveduklar suyu alçaq yerlərdən (yarğan,dərə və çay ), süni qazmalardan və s. maneələrdən keçirmək üçün tikilir.



Akveduk –suyu maneənin bir sahilindən digər sahilinə nov və bəzən borular vasitəsilə keçirən düzbucaq şəkilli və bəzən yarımdairəvi en kəsiyə malik suötürən tikilidir.

Akveduk giriş, nov, çıxış və daşıyıcı konstruksiyadan ibarətdir. Bəzən novlar borularla əvəz olunur.

Akveduklar beton, dəmir-beton, ağac (son vaxtlar istifadə olunmur) və bəzən dəmirdən hazırlanır. Körpülərdə olduğu kimi dəmir-beton akveduklar da tir, tağ və ya çərçivə konstruksiyalı olurlar. Enli və dayaz maneələrdə dəmir-beton akveduklar çərçivə konstruksiyalı, əksər hallarda isə iki konsollu olmaqla tikilir. Əgər akveduklar dar dərələrdən və iti axinlar üzərindən keçərkən, dayaq qurğularının tikilməsi çətinlik yaradarsa,o zaman tağ şəkilli tikilir.

Akvedukun konstruktiv sxemləri.


________

Q=εφbh√2gz

h - akvedukun qarşısında suyun dərinliyi ;

b - akvedukun eni;

ε - eninə kəsiyin sıxılma əmsalı;

φ - sürət əmsalı;

z=H-h z=0.1-:-0.15 m

H—akvedukun çıxışında suyun dərinliyi;



Dyüker

Kanalları yol, vadi, çay, eləcə də yol,kanal və digər mantələrdən keçirmək üçün adətən dyükerlər tikilir.



Dyüker—basqılı boru şəkilində qayaliqların səthi üzərində və ya yer səthindən müəyyən dərinlikdə tikilən hidrotexniki qurğudur.

Kanallar enli dərələrdən və ya dərin yarğanlardan keçərsə, dyükerin boru kməri yer səthi üzərində yerləşdirilir. Belə dyükerlər dəmir-beton və ya poladdan tiklir.



Yığma və monolit dyükerin sxemləri.

Basqılı borularda dyükerlərdən keçən sərf belə hrsablanır:

_____


Q=μω√2gz

μ−sərf əmsalı;

ω−borunun en kəsik sahəsi;

z−dyükerin girişində və sonunda səviyyələr fərqi;

___

μ=1/√Σζ


Σζ− itki əmsallarinin cəmi;

Tunel

İstənilən məqsəd üçün suyun örtülü yolla yer altından keçirmək üçün tunel adlanan hidrotexniki qurğudan istifadə olunur.

Tunellər basqılı və basqısız olmaqla hidroenergetik, meliorativ, su təchizatı, kanalizasiya və s. məqsədlər üçün tikilir.

Adətən basqısız tunellər layihələnərkən suyun dərinliyi (H), tunelin hündürlüyünün 0.85 hissəsi qədər olmalı, yəni su səviyyəsi üzərində ehtiyat hussə 0.4 metrdən az olmamalıdır.

Η=0.85h


Basqılı tunellərdə suyun surəti 1.5-:-4 m/san, basqısız tunellərdə isə 1.5-:-2.5 m/san götürülür.

Sel ötürən borular və novlar

Sel ötürən borular və novlar sel sularının kanallarla kəsişməsi zamanı tikilir. Bu halda kanallar tam tökmədə tikilir, sel gələn hissələrdə isə giriş və çıxış hissələr başliqlı borulardan istifadə olunmaqla quraşdırılır. Mürəkkəb relyeflı və əlverişsiz hidrogeoloji şəraitdə kanallar novlarla əvəz olunur. Novlar beton, dəmir-beton və başqa materiallardan hazırlanır. Novlarda suyun surətini kanallra nisbətən daha çox götürmək olar, ona görə də novların en kəsiyi kanallara müqayisə də kiçik tikilr.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə