Su anbarları və orada yaranan ekolooji vəziyyətinin qiymətləndirilməsi. Giriş Azərbaycanda 140-a qədər su anbarı




Yüklə 64.14 Kb.
tarix10.04.2016
ölçüsü64.14 Kb.
Su anbarları və orada yaranan ekolooji vəziyyətinin qiymətləndirilməsi.

Giriş
Azərbaycanda 140-a qədər su anbarı vardır ki, bunun da 34-ü daha böyük əhəmiyyət kəsb edir. Su anbarları çay dərələrində bənd tikməklə yaradılır. Lakin çay yatağından kənarda tikilən su anbarları da mövcuddur ki, onlarda çaylardan başlayan xüsusi kanallar vasitəsi ilə qidalanır. Məsələn: Ceyranbatan. Azərbaycanda su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Azərbaycandakı su anbarları altında bərəkətli torpaqlar, Tuğay meşələri qalır.
Mingəçevir Azərbaycanın ən iri su anbarıdır. O, 1953-cü ildə Kür çayının Bozdağı yarıb keçdiyi yerdə — Samux çökəkliyinin su ilə doldurulması nəticəsində yaradılıb. Bura Qanıx, Qabırrı və Kür çayları tökülür. Buradan Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları öz mənbəyini götürür. Mingəçevirdən başqa Kür üzərində Varvara, Şəmkir və Yenikənd su anbarları da tikilib. Bu su anbarlarından suvarmada və elektrik enerjisinin alınmasında istifadə edilir. Lakin bu su anbarları altında geniş tuğay meşələri qalmış və ətraf ərazilərdə şoranlıqlar yaranmışdır.

Bundan əlavə Naxçıvanda Araz su qovşağı (Azərbaycanın 2-ci böyük su anbarı), Ağsuda Cavanşir, Qazaxda Ağstafa və Coğaz, Qəbələdə Nohurqışlaq, Ismayıllıda Aşıq Bayramlı, Lənkəranda Xanbulan, Tərtərçayı üzərində Sərsəng su anbarları var.

Samur - Abşeron kanalı ilə qidalanan Ceyranbatan su anbarının suyundan Abşeron yarımadasının su təchizatından geniş istifadə olunur.

1.3 Azərbaycandakı su anbarları

Ağstafa su anbarı - 1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m³-dir. Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir. Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur.

Araz su anbarı - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi sututumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir.

Su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir. Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m³/san təşkil edir.



Aşıqbayramlı su anbarı - İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir.

Ceyranbatan su anbarı - Bakı və Sumqayıt şəhərlərində iç­mə­­li və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1958-ci ildə yaradılmışdır. Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, VəlvələçayQudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır. Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir.

Xanbulançay su anbarı - 1976-cı ildə istismara verilmişdir. Ümumi sututumu 52 mln m³-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə respublikanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m³/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m³/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.

Mingəçevir su anbarı - Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış su anbarıdır. Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının (SES) tikintisi 1953-cü ildə tamamlanıb. Su anbarının normal dolma səviyyəsində (83m) ümumi su tutumu 15730 mln.m3, faydalı həcmi isə 8210 mln.m3- dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir (Avropadakı suvarma vasitəsiylə quraşdırılan ən hündür bəndlərdən biridir).

Kür çayından ayrıca olaraq hövzə iki kanalı su ilə təchiz edir:



  1. 172 km uzunluğundakı Yuxarı Qarabağ Kanalı

  2. 123 km uzunluğundakı Yuxarı Şirvan Kanalı

Bu kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir. Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur. Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilmişdir. Mingəçevir su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulmuşdur. Varvara su anbarı və Varvara su elektrik stansiyası Kür çayında yerləşən Mingəçevir su anbarından 20 km şərqdə yerləşir. Varvara su elektrik stansiyasının enerji bloklarının tezliyi 16 MV-dır.

Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayıda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının - postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.



Sərsəng su anbarı - Tərtərçayı üzərindəki su anbarı 1976-cı ildə inşa edilmişdir. Onun ümumi sututumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

Qeyd etmək lazımdır ki, işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 mln.kbm olan digər su anbarları da qalmışdır.



Sərsəng su anbarı yazda

Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı byefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır. Hal-hazırda erməni işğalı altındadır.



Şəmkir su anbarı - Kür çayının üzərində tikilən Şəmkir su anbarı 1982-ci ildə istifadəyə verilmişdir. Anbarın ümumi sututumu 2677 mln m³, faydalı həcmi isə 1425 mln m³-dir. Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km², bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir. Anbardan Şəmkir, Samux, Xanlar və Goranboy rayonları­nın 46 min. hektar torpaq sahələrini suvarmaq üçün Şəmkir maşın kanalına ikipilləli nasos stansiyası vasitəsilə su götürülür. Su anbarı kompleksinə daxil olan Şəmkir su-elektrik stansiyasında hər birinin gücü 190 min kvt olan 2 ədəd turbin quraşdırılmışdır.



Varvara su anbarı - Kür çayının üzərində, Mingəçevir su anbarından 20 km aşağıda, ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə tikilmiş və 1952-ci ildə istismara verilmişdir. Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksi­mum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km²-dir. Varvara su anbarında 3 aqreqatdan ibarət və ümumi gücü 16,5 min.kvt olan Varvara su-elektrik stansiyası fəaliyyət göstəri.

Vayxır su anbarı - 2005-ci ildə başa çatdırılmışdır. Onun ümumi sututumu 100 mln m³, bəndinin uzunluğu 550 m, hündürlüyü 70,5 m-dir. Su anbarı Naxçıvan Muxtar Respublikasının Babək, ŞahbuzCulfa rayonlarında 6,9 min hektar yeni torpaqların suvarılması və 9,9 min hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulmuşdur.

Su anbarının layihəsi hələ 1981-ci ildə hazırlanmışdır. 1982-1983-cü illərdə inşaat işlərinə başlanıb. Lakin anbarın tikintisinə uzun illərdiki dayandırılmışdı.



Viləşçay su anbarı - Masallı rayonunda Viləşçayın üzərində tikilən su anbarının həcmi 46,0 mln. m³, topaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulmuşdur.

Yenikənd su anbarı - Şəmkir su anbarından 14 km aşağıda elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilmişdir. Anbarın ümumi həcmi 158 mln. m³, faydalı həcmi isə 136 mln. m³-dir. Anbarın bəndində ümumi gücü 150 min.kvt olan 4 aqreqat quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda onlardan 112,5 min. kvt gücündə 3 aqreqat istismara verilmişdir. Anbarın suyu ilə Qarasaqqal arx kanalı vasitəsilə Samux rayonunun 6 min hektar torpaq sahəsi su ilə təmin edilir.



Yekəxana su anbarı - İsmayıllı rayonu ərazisində Kürdmaşı kəndi ilə Göyçayın Yekəxana kəndi arasında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir.

2. Su anbarlarının ekoloji vəziyyətin qiymətləndirilməsi.
2.1 Su anbarlarında suyun səviyyəsi:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir su anbarının səviyyəsi 1,64 m, Araz su anbarının səviyyəsi 2,46 m, Ceyranbatan su anbarının səviyyəsi1, 13m, Şəmkir su anbarının səviyyəsi isə 3,31 m çoxdur. Kür çayının aşağı axınında hazırki səviyyələr 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 23-182 sm, keçən il ilə müqayisədə isə 364 sm yuxarıdır. Avropa Ortamüddətli hava Proqnozlar Mərkəzinin fəsillik proqnozlarına görə bu ilin yaz-yay aylarında (aprel-may-iyun) Qafqazın mərkəzi ərazilərində yağıntıların normaya yaxın, dağlıq ərazilərdə normadan çox, temperaturların isə normadan 0,5-1,0 dərəcəyədək yuxarı olacağı gözlənilir.
2.2 Su anbarlarında suyun vəziyyəti.

Su anbarlarında suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəisndən, onların yatağının səhiyyə-gigyena vəziyyətindən asılıdır. Çayların intensiv çirklənməsi fonunda yaradılan su abarları antropogen evitrofikasiya nəticəsində suyun keyfiyyəti kəskin pisləşir. Müxtəlif su anbarlarında antropogen evitrofikasiya prosesi müxəlif səbəblərdən baş verir. Əsas su anbarları qonşu dövlətlərdən güclü çirklənməyə məruz qalan Kür və Araz çaylarının üzərində yerləşdiyindən Kür və Araz çaylarının ümumi vəziyyəti bizim hamımızı düşündürməlidir. Kür çayının ümumi uzunluğu 1515 km, onun 200 km Türkiyə ərazisinə, 400 km Gürcustana və 915 km-i Azərbaycan ərazisinə düşür. Mənsəbindən 236 km məsafədə (Sabirabad şəhəri yaxınlığında) Kür ən böyük qolu olan Arazla birləşir. Başlanğıcını Türkiyənin Bingöl silsiləsindən (3000 m hündürlükdə) götürən, ümumi uzunluğu 1072 km, Azərbaycan ərazisində 580 km olan Araz çayı Kürə qovuşanadək Ermənistanın 15 irili-xirdalı şəhərlərinin tullantılarını, sənaye və dağ - mədən sularını toplayaraq Kür çayına axıdır.

Xüsusilə Arazın qolu olan Oxçuçay (Azərbaycan ərazisində 580 km olan) tarixən Azərbaycanın, 1920-ci ildə isə Ermənistan tərəfindən ilhaq olunan Qafan, Qacaran mis-molibden və Ley-Liçkivaz qızıl yataqlarının zərərli sularını Araz çayına axıdır və onu dözülməz dərəcədə çirkləndirir.

İndi Ermənistan adlanan ərazi bütövlükdə Araz və Kür çaylarının hövzələri hüdudlarında yerləşir. Deməli onun bütün çirkab suları bu 2 çaydan başqa heç yerə axıdıla bilməz.

Bu gün Naxçıvan ərazisində inşa edilmiş, o cümlədən bir hissəsi İran İslam Respublikası tərəfindən istifadə edilən su anbarları, yaxın illərdə çirkab qarışıq zəhərli maddələrin və ağır metalların nohuruna çevrilməsi ehtimalı vardır. Bunu aşağıdakı faktlar sübut edir.

Məlumatlara görə artıq uzun illərdir ki, Ermənistan Araz boyu bütün çirkab sularını iri borularla toplayıb (qapalı sistem) gətirərək Sədərəklə həmsərhəd olan Surenavan kəndi ərazisində Araza axıdır. Özləri isə çayın yuxarı çirklənməmiş hissəsinin suyundan istifadə edir. Hər ay orta hesabla Kür və Araz çayları vasitəsilə Gürcüstandan 280 - 300 min m3, Ermənistandan 230 - 250 min m3 çirkli su Azərbaycan ərazisinə daxil olur. Bundan başqa Kürün sağ qolu olan Akstafaçayın bütün hövzəsi Ermənistan ərazisindədir və İncivan, Dilican və digər şəhərlərdən ildə 1 milyon m3 çirkli su Kürə daxil olur.

Monitorinqlərin nəticələrinə əsasən, bütün bunların təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibində olan spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) bir neçə dəfə keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Araz çayında aparılan monitorinqlərin nəticələri isə suda yüksək çirklənmənin olduğunu göstərib. Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, sənaye və dağ mədən müəssisələrinin çirkab sularının təsiri nəticəsində noyabr ayının II ongünlüyünün əvvəllərində mis birləşmələrinin konsentrasiyası normadan 3-4 dəfə çox olduğu halda, 16 noyabr tarixindən başlayaraq bu miqdarın 11-13 dəfəyə qədər yüksəldiyi müşahidə olunub. Bu müddət ərzində Araz çayında suyun sərfi orta illik sərfdən fərqli olaraq 17,2 m3/san təşkil edib. Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 13, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 11 dəfə YVQH-ni keçib.

Ağstafaçay su anbarıda çayların bu çirklənməsindən ziyan çəkir. Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur.

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi 34 su anbarında araşdırmalar aparılıb. Anbarlardan götürülən su nümunələrində keyfiyyət nisbətən normal olsa da anbarlar sanitar tələblərə cavab vermir. Yaxın müddətdə əsaslı təmir olunmalıdır. Gəncə çayının üzərindən keçən, 8-ci kollektor-təmizləyici qurğusu artıq dağılıb.

2.3 Su anbarları sahillərinin dinamikası.

Sahillərin dinamikasının intensivliyinə görə Mingəçevir su anbarı xüsusi ilə fərqlənir, kəskin parçalanmış relyef şəraiti olan bu su anbarı hər tərəfdən Baş Qafqaz dağ silsiləsinə paralel alçaq dağlarla əhatə olunmuşdur. Aparılan çöl tədqiqat işləri göstərir ki şimal-qərb və qərb küləklərinin yaratdığı dalğalar sahillərin uçmasında həlledici rol oynayır. Bu zaman dalğaların hündürlüyü 3 m-yə çatır.

İndiyə qədər Mingəçevir su anbarında abrazyon sahillər 150-300 m-ə qədər uçulmuş və 26 km2 torpaq sahəsi k/t dövriyyəsindən çıxarılmışdır. Şəmkir su anbarında abrazyon sahillərin uzunluğu 10 km-ə çatır. Burada 10 il ərzində yüksək abrazyon sahillər 40-70 m uçmuş və sahillərin yuyulması hesabına su anbarının sahəsi 50 ha artmışdir.

56 il ərzində Kür çayının çirkli sularla gətirdiyi zərərli elementlər Mingəçevir su anbarının dibində çökmüşdür. Digər tərəfdən Mingəçevir su anbarına axıdılan Kür, Alazan, Qanıx çaylarının və su anbarını əhatə edən ətraf dağ silsilələrindən leysan yağışlar zamanı müxtəlif uzunluğa malik 150-dən çox dərə və yarğanların əmələ gəlməsi, onların aşınmasından əmələ gələn çöküntülərlə su anbarını doldurmuşdur. Məhz belə hadisələrin qarşısının alınması üçün Mingəçevir su qovşağı layihələndirilərkən onun hər iki sahilində meşə zolaqlarının salınması nəzərdə tutulmuşdu. Lakin buna əməl olunmamışdır. Deməli uzun illər ərzində yuxarıda qeyd olunan səbəblər üzündən anbarın həcmi 16 milyard m3 olmayıb az olmuşdur.

Ağstafaçay su anbarıda çayların bu çirklənməsindən ziyan çəkir. Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur.

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi 34 su anbarında araşdırmalar aparılıb. Anbarlardan götürülən su nümunələrində keyfiyyət nisbətən normal olsa da anbarlar sanitar tələblərə cavab vermir. Yaxın müddətdə əsaslı təmir olunmalıdır. Gəncə çayının üzərindən keçən, 8-ci kollektor-təmizləyici qurğusu artıq dağılıb.






Nəticə

Nəticə üçün bunu demək olar ki, su anbarlarımızda ekoloji durum heçdə ürək açan deyil. Buna səbəb kimi yuxarıda qeyd olunduğu kimi çayların hədsiz çirklənməsi, bəzi su anbarlarında su təmizləyici qurğuların müasir standartlara cavab verməməsi və hətta Mingəçevir su anbarında olduğu (Bu su anbarı layihələndirilərkən onun hər iki sahilində meşə örtüyünün salınması nəzərdə tutulmuşdu.) kimi tikintinin layihəyə uyğun aparılmamasıdır.

Mənim fikirimcə Mingəçevir su anbarının hər iki sahilində meşə zolaqlarının salınmasını, digər tərəfdən Mingəçevir su anbarının dibinin təmizlənməsini, onun həcminin layihə həcminə gətirilməsini təmin etməlidirlər. Bu işlərin yerinə yetirilməsi Kür çayının aşağı hissəsində yerləşmiş mühüm yaşayış məntəqələrinin gələcəkdə baş verə biləcək təbii fəlakətlərdən tam qorunması üçün etibarlı təminat verə bilər.

Su anbarlarından təkcə suvarma və əhalini içməli su ilə təchiz etmək üçün deyil həmdə istirahət və balıqçılıq üçündə istifadə edirlər. (Mingəçevir Varvara, Əlibayramlı su anbarlarından xeyli balıq tutulur.) Buna görədə su anbarlarının ekoloji durumununyaxşılaşdırılması və ciddi nəzarət altında salanılması mühüm məsələdir.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə