Statistik Təhlil üzrə Bakıda keçirilmiş təlimin tamamlanması barədə hesabat




Yüklə 124.48 Kb.
tarix20.04.2016
ölçüsü124.48 Kb.
Kimə: Cənab Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Təhsil Naziri

Surəti: Cənab Elvin Rüstəmov, Təhsil Nazirliyi, Dövlət İnvestisiyası üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL), Layihə Əlaqələndirmə Qrupu

Kimdən: Prof.Dr. Şəmsəddin Hacıiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rektoru

Statistik Təhlil üzrə Bakıda keçirilmiş təlimin tamamlanması barədə hesabat

15 sentyabr 2013

Xülasə


Təhsil Nazirliyi (Sifarişçi) və ADİU arasında müqavilə əsasında Statistik Təhlil (ST) üzrə 10-günlük təlim kursu 2-13 sentyabr 2013 tarixlərində Bakıda, ADİU və tərəfdaş təşkilat olan Sosial İqtisadi Araşdırmalar Mərkəzi (SİAM) tərəfindən Sifarişçinin təqdim etdiyi Texniki Tapşırığa və təqdim etdiyimiz Təklifə uyğun şəkildə uğurla həyata keçirilərək başa çatmışdır.

Təlim Sifarişçinin təmin etdiyi təlim otağında, ADİU-nun 2-ci (“Gənclik”) korpusunun 203 nömrəli otağında müxtəlif nazirlikləri və dövlət şirkətlərini təmsil edən 17 iştirakçı üçün keçirilmişdir (iştirakçıların siyahısı onların təmsil etdikləri təşkilatlar da daxil olmaqla Əlavə 2-də verilmişdir). Daha bir neçə iştirakçı təlimin əvvəlində gəlmiş, lakin sonadək davam etməmişlər.


Əlavələr

Əlavə 1: İştirakçı xalı və yeri, tərəqqisi, sertifikatları, davamiyyəti, və təşkilatları

Əlavə 2: İştirakçıların öyrənilənləri tətbiqlə bağlı planları

Əlavə 3: Təlim mövzuları

Əlavə 4: Təlim gündəliyi


Əlavə 1: İştirakçı xalı və yeri, tərəqqisi, sertifikatları, davamiyyəti, və təşkilatları

Yer

Ad

Son Xal

Sertifikatın Tipi

Davamiyyət

Tərəqqi

Təşkilat

1

Pərvanə Novruzova Fikrət qızı

98%

'Uğurla bitirmişdir'

100%

88%

Təhsil Nazirliyi

2

Gülüstan Cəfərova Hidayət qızı

93%

'Uğurla bitirmişdir'

100%

88%

Təhsil Nazirliyi

3

Tarlan Səfərov Nəriman oğlu

88%

'Uğurla bitirmişdir'

100%

80%

NN, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi

4

Anar İslamov Bahadır oğlu

87%

'Uğurla bitirmişdir'

100%

90%

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

4

Kamil Bəşirli Adil oğlu

87%

'Uğurla bitirmişdir'

100%

80%

İİN-in İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstutu

6

Minarə Sadıxova Musa qızı

83%

'Uğurla bitirmişdir'

100%

75%

Azərsu ASC

7

Elçin Sərdarov Məmmədağa

82%

'Uğurla bitirmişdir'

100%

'n/a'

Təhsil Nazirliyi

7

Nuranə Seyidova Nəriman qızı

82%

'Uğurla bitirmişdir'

100%

'n/a'

Təhsil Nazirliyi

9

Rauf Qurbanov

80%

'Uğurla bitirmişdir'

100%

78%

Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyi

9

Naimə Orucova Elçin qızı

80%

'Uğurla bitirmişdir'

100%

65%

Azərbaycan Dövlət İqtisad Universiteti

11

Aydın Qeybulla Ramazan oğlu

77%

'İştirak etmişdir'

90%

83%

Meliorasiya və Su Təsərrüfatı ASC

12

Qənirə Temirxanova Cuvat qızı

75%

'İştirak etmişdir'

90%

65%

Meliorasiya və Su Təsərrüfatı ASC

12

Emin Məcidov Əli

75%

'İştirak etmişdir'

100%

65%

NN, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi

14

Fikriyyə Kərəmova Kərəm qızı

71%

'İştirak etmişdir'

100%

73%

Meliorasiya və Su Təsərrüfatı ASC

15

Namiq Məmmədov Afər oğlu

48%

Heç biri

80%

'n/a'

Azəryolservis ASC

16

Faiq Ələsgərov Mimbər oğlu

45%

Heç biri

80%

40%

Azərbaycan Dəmir Yolları QSC

17

Cavad Cavadov

21%

Heç biri

70%

'n/a'

Təhsil Nazirliyi

Əlavə 2: İştirakçıların öyrənilənləri tətbiqlə bağlı planları

A.

Bu təlimdə əldə etdiyiniz bilik, səriştə vəya metodları tətbiq etməyi planlaşdırdığınız 2 layihə/tapşırıq/iş (mövcud səlahiyyət və vəzifəniz çərçivəsində) təklif edin.




1.ADİU-nun müəllimlərin keçdiyi dərslərin səviyyəsini öyrənilməsi məqsədi ilə sorğunun keşirilməsi.

2.ADİU-nun tələbələrin şirkətlərdə və banklarda təcrübə keçən imkanlarını öyrənmək.

Metodlar:anketin qurulması,respondent tərəfindən doldurulması,məlumatların qrafik və cədvəl təqdim olunması.





1. Həsən Əliyev küçəsində parklanma məntəqəsinin tikilməsi.

2. Əsəd Əhmədov küçəsinin genişləndirilməsi və əsaslı təmiri






1. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə (bundan sonra - müvafiq sahə) imkanlarını qiymətləndirmək məqsədi ilə seçmə statistik müayinələrin (müşahidələrin) keçirilməsi;

2. Müvafiq sahə ilə məşğul olan təsərrüfat subyektlərinin registrini hazırlamaq;






Sosial müavinətlərin unifikasiyası




"1. Suvarma işləri üçün su kanalının tikintisi.

2. Çirkab su xəttlərinin çəkilməsi"






1)Azərbaycanını Turzim potensilaı və onun Region ölkələri ilə müqayisəsi.

2) Azərbaycanda Üzümçülük sektoru və onun iknkişaf etdirilməsinin zərəri və xeyri.






1. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə (bundan sonra - müvafiq sahə) imkanlarını qiymətləndirmək məqsədi ilə seçmə statistik müayinələrin (müşahidələrin) keçirilməsi;

2. Müvafiq sahə ilə məşğul olan təsərrüfat subyektlərinin registrini hazırlamaq






1) Şəhərin tıxaclı olan küçə və prospektlərində ay, gün, həftə və pik saatlarda keçən nəqliyyat vasitələrin sayının və sürətini statistikasını analiz etmək. Əlavə zolaqların artırılması və ya tunel, keçid, körpü və yol ötürücülərin inşasının mümkünlüyü, təsiri və səmərəsini öyrərnərək tədbiq edilməsi.

2) Küçə və prospektlərdə tıxac və qəzaların sıx olduğu yerləri öyrənmək baş vermə sayını və statistikasının hesablamaq. Gələcəkdə baş verə biləcək tıxacları və qəzaları dərhal müəyyən etmək məqsədi ilə müşahidə kameralarının quraşdırılmasının ərazi üzrə mümkünlüyü.






Təlimdə əldə etdiyim hipotezin qoyulması anlayışından istifaə etməklə ;

1.Şagird sayı 20-dən çox komplektləşdirilmiş siniflərdə tədrisin keyfiyyətinin analizini aparmaq.

Məlumatların toplanması və qrafik təsviri metodlarından istifadə etməklə;

2.Regionlarda qızların məktəbdən kənarlaşdırılmasının səbəblərinin statistikasını aparmaq.






Mövcud səlahiyyətlərim və vəzifəm çərçivəsində təlim keçdiyimiz dərslər arasında mənə yaxın olan layihə olaraq - kuriculum, işimdə tədbiq edəcəyim metodlardan biri olaraq isə xətti modelləshdirmə və zaman modellərini secərdim.

1) kuriculum

2) xətti modelləshdirmə və zaman sırası modelləri





1) İbtidai siniflərdə dərslərin eyni bir müəllim tərəfindən tədris edilməsinin effektivliyinin araşdırılması

2) Müəllimlərin dərs yükü normasının artırılmasının təhsilin keyfiyyətinə təsirinin araşdırılması



B.

Bu tapşırıqların/işlərin sizin sektor, təşkilat və həllini planlaşdırdığınız məsələlər üçün niyə əhəmiyyət kəsb etdiyini açıqlayın.




1-ci.ADİU-da tədris daha da yaxşı təşkil olumalıdır(muasir ABŞ və Avropa tədris mərkəzlərinə uyğun uyğun olaraq).

2-ci.Tələbələrin işlə təyin olunmasına köməklik ğöstərmək.






Bu tapşırıqlar və işlər vasitəsilə çalışdığım sektorun əsas məqsədi olan şəhər nəqliyyatının optimallaşdırılması və tıxacların aradan qaldırılması, bunun nəticəsində də vaxta, pula qənaət və ekologiyaya xeyir vermiş oluruq.




1. İlk növbədə qeyd etməliyəm ki, müvafiq sahədə baş verən hadisələr barədə rəsmi statistikada kifayət qədər məlumat olmadığına görə yuxarıda qeyd olunan müşahidənin aparılmasına ehtiyac vardır. Müayinə nəticəsində əldə olunacaq məlumatlar bizə ölkənin müəyyən ərazilərində hidro, külək, günəş, bio-enerji, tullantılar enerjisi üzrə istehsal potensialının qiymətləndirilməsinə imkan verəcəkdir.

2. Təlimdə aldığım bilgilərdən istifadə etməklə, statistik reyestri daha mükəmməl hazırlamaq.






“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və Azərbaycan 2020 gələcəyə baxış inkişaf Konsepsiyasında Nazirlik tərəfindən görüləcək tədbir kimi nəzərdə tutlmuşdur.

Qeyd olunan məqsədə nail olmaq üçün Nazirliyin strategiyasının müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edən müvafiq vəziyyətin təsvirini və son 4-5 il ərzində sosial müavinətlərin məbləğinin inkişaf dinamikasını hazırlamaq.






"1. Suvarma işləri üçün su kanalının çəkilişi kənd təsərrüfatları olan şəxslərin işlərinə yardım göstərəcək. Suvarma suyun verilməsi məhsuldarlığı artacaq.Buda öz növbədə bir çox məsələlərə təsir göstərəcək.Məs.

a.Yerli (ekoloji təmiz)məhsulun bazara çıxması.

b.İşsizliyin azalması - bu da cinayətkarlığın azalması deməkdir.

c. Təhsilin artması.

d.Əhalinin gəlirlərin artması- bu da dövlət büdcəsinə ödəmələrin artmasına çıxardır, buda yeni layihələrin başlanmasına yol aça bilər- yeni layihələrdə yenədə əhaliyə xidmət edəcək.,yəni əvvəllər qeyd etdiyimiz nəticələr verəcək.

2.Çirkab su xəttlərinin tikintisidə əhalinin həyat şəraitinin yaxşılaşdırmasına təsir edəcək.Məs.

a. ekoloji problemlər qismən aradan qaldırılacaq.

d. əhalinin sağlamlığına müsbət təsiri olacaq."






1)Bu lahiyələrin heyata keçirmək üçün onların ilkin olaraq planları qurulmalıdir,ondan sonar uyğun olaraq sorğu keçirilməlidir və anket hazırlanmalıdır.

2)Sonra lahiyələrin hesabatların müqayisəsi və statistic təhlili aparilmalidir ki,onlarin Azərbaycan iqtisadiyyatın daha da inkişaf etsin.






1. İlk növbədə qeyd etməliyəm ki, müvafiq sahədə baş verən hadisələr barədə rəsmi statistikada kifayət qədər məlumat olmadığına görə yuxarıda qeyd olunan müşahidənin aparılmasına ehtiyac vardır. Müayinə nəticəsində əldə olunacaq məlumatlar bizə ölkənin müəyyən ərazilərində hidro, külək, günəş, bio-enerji, tullantılar enerjisi üzrə istehsal potensialının qiymətləndirilməsinə imkan verəcəkdir.

2. Təlimdə aldığım bilgilərdən istifadə etməklə, statistik reyestri daha mükəmməl hazırlamaq.






Yollarda mütəmadi olaraq baş verən tıxacların aradan qaldırılması və təhlükəsiz hərəkətin təmin edilməsi bizim mərkəzin və şöbənin əsas məqsədlərindən biridir.




Hər iki məsələ təhsildə keyfiyyətə təsir edir. Bu da Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi üçün əhəmiyyət kəsb edir.




Səbəb: ishim rübluk, illik hesabatı olduqunu nəzərə alsaq, rübluk və illiyin mərkəzləşmiş sürüşkən ortasını hesablamaq işimə çox yarıyar.

Nəticə: çunki mən belə fikirləşirəm ki, işimdə, iş prinsipində yenilik, müasir metodlardan istifadə etmək hec də pis deyi,l əksinə belə düşünürəm ki, yüzlərlə sənədləri qarşıva qoyub saatlarla vaxt sərf etməkdənsə az vaxt və asan metodddan istifadə etmək daha sərfəlidir.






Çalışdığım şöbə Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi olduğuna görə yuxarıda qeyd etdiyim məsələlərin araşdırılması şöbənin işinə müvafiqdir. Bundan başqa qeyd etdiyim məsələlər son vaxtlar təhsil sahəsində aktual məslələrdən biridirlər.

C.

Növbəti 6 ay ərzində öyrəndiyiniz anlayış və metodları təşkilatınızın mandatına aid strateji məsələlərə necə tətbiq edəcəyiniz planı təsvir edin.




Təlimdə əldə etdiyim biliklər tələbələr arasında sorğular keçirmək vasitəsi ilə tədrisin effektivliyini artıracaq.




Təlimdı öyrəndiyim anlayış və metodları mütəmadi olaraq Bakı şəhərinin əsas küçə və prospektlərindən video aşkarlayıcı kameralar vasitəsilə əldə edilən xam məlumatların analiz edilməsinə və bu yolla da verilə biləcək təkliflərin əsaslandırılması, yaranan problemlərin araşdırılması və qiymətləndirilməsi istiqamətində tətbiq edəcəm.




1. Müşahidənin nəticələri Altrnativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) veb portalında yerləşdiriləcək ki, bu da müvafiq fəaliyyətlə məşğul olmaq və ya ona investisiya qoymaq istəyən sahibkarı zəruri məlumatlarla təmin edəcəkdir.

2. Xüsusi proqram təminatından istifadə etməklə registrin tərtib edilməsi və onun mütəmadi aktuallaşdırılması.






Müxtəlif sosial müavinətlərin standart yayınmasını, çəkili ortasını, median və modunu müəyyən etmək . Piroq və Pareto diaqramlarını qurmaq Daha çox çəkiyə malik müavinətləri müəyyən etmək zaman diaqramını qurmaq, müavinətin məbləği ilə benefisiarları arasında paylanmanı təsvir etmək. Uyğun məbləğə malik müavinətlərin eyniləşdirilməsi üzrə işlər aparmaq .




"1. Həyata keçirilən layihələrin effektivliyinin,etibarlılığının,səmərəliliyinin,təsirinin vacib olduğunu başa salmağa çalışacam.

2.Yeni infrastruktur layihələrin alınması üçün öyrəndiklərimi təklif etməyə çalışacam.Məsələn:resurs varsa layihəni ala biləcəyik, layihəni ala bilsək məhsul olacaq.Məhsulda yuxarıda,yəni 2-ci sualın cavabında göstərdiyim nəticələr verəcək."






Növbəti 6 ay ərzində təşkilatımızda sorğularda,anketlerde və statistic hesabatlarda daha aktiv fəaliyyəty göstərəcəyimi planlaşdırıram.Təlimdə əldə etdiyim bilik və bacarıqlardan digger əməkdaşlarımada yardım etecem.




1. Müşahidənin nəticələri Altrnativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) veb portalında yerləşdiriləcək ki, bu da müvafiq fəaliyyətlə məşğul olmaq və ya ona investisiya qoymaq istəyən sahibkarı zəruri məlumatlarla təmin edəcəkdir.

2. Xüsusi proqram təminatından istifadə etməklə registrin tərtib edilməsi və onun mütəmadi aktuallaşdırılması.






Növbəti 6 ay ərzində öyrənilən yollarda tıxacın və qəzaların baş vermə səbəblərini araşdırmaq. Gün ərzində və pik saatlarda nəqliyyat vasitələrin orta sürətini analiz etmək. Tədbiq olunacaq həll yollarının nəticəsinin effektivliyi və səmərəliliyinin müəyyən etmək. Sonda təkliflər hazırlamaq.




1.Təlimdə əldə etdiyim məlumatlarla şöbə əməkdaşlarını tanış etmək;

2. Nəzərdə tutulmuş layihənin təklif olunması;

3. Təklif edilmiş layihənin həyata keçirilməsi üçün tədbirlərin görülməsi;

4.Layihənin yekun hesabatının hazırlanması






Novbəti 6 ay ərzində öyrəndiyim bilik və nəticələri praktik səriştə, bilik ve bacarıqlarım, gördüyüm işlərin keyfiyyət və səmərəliyi, həmcinin təlim materialları və bəzi dərsliklərdən istifadə etməklə tətbiq edəcəm.




Təlimdə əldə etdiyim bilik və bacarıqları çalışdığım şöbənin səlahiyyətləri çərçivəsində apardığı statistik araşdırmalarda tətbiq edəcəyimi düşünürəm. Həyata keçirməyi planlaşdırdığım layihələrdə statistik məlumatların toplanması və ya əldə edilməsi metodlarından, bu məlumatların rəqəmsal formada təsvir olunması və emal olunması metodlarından istifadə edəcəyimi düşünürəm.

D.

Təklif etdiyiniz planın icrası üçün rəhbərinizdən nə cür və hansı səviyyədə yardım və ya dəstəyə ehtiyacınız olacaq?




Rəhbərlikdən sorğunun keçirilməsi üçün lazım olan məlumatların,resursların,təlim vəsaitlər müqaisə üçün əldə etmək.




Hazırlanmış təklif layihələri ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılması… (Bununla bağlı problem yaranmır, hər zaman şərait yaradılır.)




Tədbirin həyata keçirilməsinə müsbət rəy verilməsi.




Nazirlikdə mövcud olan elektron məlumat bazasında olan məlumatlar əsasında qeyd olunan istiqamətdə fəaliyyət mümkün olacaqdır.




"Öyrəndiklərimi təcrübədə istifadə etək üçün dəstək.Məs.

a.Layihələrin hazırlanmasında,alınmasında, müzakirələrdə iştirakımın təmin edilməsi.

b.Məsələlərinin yerində müzakirəsi, çatışmamazlıqların müəyyən edilməsi,aradan qaldırıması üçün, nəzarətin həyata keçirilməsi və digər işlərə görə layihə keçirilən ərazilərə ezam olunmağımın təmin edilməsi.

c. Biliklərimi təkmilləşdirmək üçün yerli və xarici təlimlərdə iştirakımın təmin edilməsi.

d.Təcrübə və fikir mübadiləsi üçün digər analoji yerli və xarici təşkilatlara göndərilməyimin təmin edilməsi

e.Maddi və mənəvi dəstək."






Planın həyata keçməsi üçün daha səmərəli mühitin yaradilması,rəhbərlik tərəfindən stimulların verilməsi və köməklik göstərilməsi.




Tədbirin həyata keçirilməsinə müsbət rəy verilməsi.




Məlumatların toplanmasında şəraitin yaradılması və koməkliyin göstərilməsi.




1.Rəhbərin layihəni dəstəkləməsi;

2.Planın icrası üçün rəhbərlik tərəfindən işçi qrupun yaradılması;

3.Layihənin icrası üçün vaxt ayrılması;

4.Məlumat toplayarkən rəhbərlik tərəfindən dəstək.






a) Bunun ücün ilk növbədə ona öyrəndiklərimi hesabat şəklində təqdim edəcəm və təklif edəcəm ki, daha müasir metodlardan, hesablama qaydalarından(düsturlar+diaqramlar) istifadə etməklə, statistik təhlillər aparmaqla effektiv nəticələr , ucotlar əldə etmək olar.

b) rəhbərlik məsləhət gördüyü halda yuxarıda sadalananlari iş prinsipimdə tətbiq edəcəm və ondan stimulaşdırıcı imkan ve şəraitin yaradılması, həmicinin əlavə materiallarin toplanmasinda, bu cur təlimlərdə tez-tez iştirak etməyimdə yardım və dəstəyinə ehtiyacım olacaq.






İlk növbədə şöbə müdirinin icazəsi olmalıdır ki, mən təklif etdiyim layihənin icrasına başlayım. Lazımı şəraitin yaradılmasında, əlavə işçi qüvvəsinin cəlb olunmasında(ehtiyac olarsa), layihənin icrası ilə bağlı müəyyən göstərişlərin verilməsində şöbə müdirinin və sektor müdirinin yardım və dəstəyinə ehtiyacım var.

E.

Yuxarıda qeyd etdiyiniz istiqamətlər üzrə fəaliyyətinizin 1) məhsullarını, 2) dərhal (vəya birbaşa) nəticələrini və 3) dolayı (vəya orta-müddətli) təsir və nəticələrini təsvir edin.




Lahiyə 1.

1)Biliyin səviyyəsini artırılması.

2)Tədris səviyyəsi ilə bağlı ilkin məlumatları əldə olunması.

3)Müəllimlərin tədris performansının aqtırılması.

Lahiyə 2.

1)ADİU-nu bitirən tələbər işlə təmin olunması.

2)Tələbələr gələcək ixtisasla bağlı təcrübə toplayır.

3)Gələcək iş yeri ilə əlagə qurulur.






1. Həsən Əliyev küçəsində parklanma məntəqəsinin tikilməsi.

Məhsul: Parklanma məntəqəsi

Dərhal (və ya birbaşa) nəticələri: Həmin ərazidə gündəlik müşahidə olunan tıxacın azalması

Dolayı (və ya orta-müddətli) təsir və nəticələrini: Yanacağa və vaxt (insan) itkisinə qənaət və pullu daynacaqdan əldə edilən gəlir.

2. Əsəd Əhmədov küçəsinin genişləndirilməsi və əsaslı təmiri

Məhsul: Geniş və təmirli yol

Dərhal (və ya birbaşa) nəticələri: Həmin ərazidə gündəlik müşahidə olunan tıxacın azalması

Dolayı (və ya orta-müddətli) təsir və nəticələrini: Yanacağa və vaxt (insan) itkisinə qənaət, şirkətlərin loqistik daşımalarına müsbət təsir.






1. Ölkə ərazisi üzrə ABOEM-in potensialının müəyyənləşdirilməsi, müvafiq sahədə məşğulluğun artması.

2. Müvafiq sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin statistik registri.






Yaxın məbləğə malik müavinətlərin ümumiləşdirilməsi.




Yenə Resurs - Layihə - Məhsul məsələsinə - və ondan irəli gələn nəticə və təsirlərə qayıtmaq istəyirəm.Yəni 2-ci sula cavabın təkrarına




1)Lahiyənin nəticəsində Azərbaycanın Turzim potensilı müəyyən olunacaq.

2)Nəticədə Turzimizin çatışmayan cəhətlərini müəyyən ediləcək və onoun həlli yollari tapılacaq.

3)Bunun sahəsində gələcək də lider gücə sahib olacaq.





1. Ölkə ərazisi üzrə ABOEM-in potensialının müəyyənləşdirilməsi, müvafiq sahədə məşğulluğun artması.

2. Müvafiq sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin statistik registri.






1) Tıxacın aradan qalxması. Təhlükəsiz hərəkət.

2) Yanacağa qənaət, zaman itkisininin azaldılması, ekologiyaya olan mənfi təsirlərin azaldılması, operativ xidmət avtomobillərin əraziyə təcili çatması.

3) Maşın detallarınının tez sıradan çıxmasının təsirin azalması, motor və sürtgü yağlarının tez xarab olmagının qarşısının alınması, Sürücü və sərnişinlərə psixoloji mənfi təsirin azaldılması, sağlamlıqa təsir, asfalt örtüyünə təsir, pul vəsaitinə qənaət.





Birinci layihə üzrə:

Məhsul- İlkin nəticə- Aralıq təsir- Təsir-

İkinci layihə üzrə:

Məhsul- İlkin nəticə- Aralıq təsir- Təsir-






1) təkmilləşmə, müasirlik, təhsilin inkişafi

2) artan nəticə

3) risklər , maniələr





Birinci layihə üzrə:

Məhsul- İlkin nəticə- Aralıq təsir- Təsir-

İkinci layihə üzrə:

Məhsul- İlkin nəticə- Aralıq təsir- Təsir-



Əlavə 3: Təlim mövzuları

Modul 1 Əsas anlyaışlar

Modul 2 Kateqorik məlumat təsviri

Modul 3 Rəqəmsal məlumat təsviri

Modul 4 Dəyişənlər arasında əlaqə

Modul 5 Mərkəzə meyllik

Modul 6 Dəyişkənlik göstəriciləri

Modul 7 Aproksimasiya

Modul 8 ST üzrə tədqiqat planı

Modul 9 Konseptualizasiya və Ölçmə

Modul 10 Təsadüfi eksperimentlər

Modul 11 Ehtimal postulatları

Modul 12 Ehtimal qaydaları

Modul 13 İkidəyişənli ehtimal

Modul 14 Diskret təsadüfi dəyişən

Modul 15 Davamlı təsadüfi dəyişən

Modul 16 Normal paylanma

Modul 17 Populyasiya və nümunə

Modul 18 Nümunə paylanması

Modul 19 Nümunə-götürmə

Modul 20 Əminlik intervalı

Modul 21 Hipotez testi

Modul 22 Statistik qərəz və xətalar

Modul 23Eksperimentlər

Modul 24 Sorğu tədqiqatı

Modul 25 Çöl Keyfiyyət Tədqiqatı

Modul 26 Müqayisəli, tarixi tədqiqat

Modul 27 Qiymətləndirmə tədqiqatı

Modul 28 Məlumat toplama metodları

Modul 29 İndeks, Şkala və Tipologiya

Modul 30 Xətti modelləşdirmə

Modul 31 Zaman sırası modelləri

Modul 32 Məlumatın keyfiyyət təhlili

Modul 33 Məlumatın kəmiyyət təhlili

Modul 34 Məlumat keyfiyyəti

Modul 35 ST hesabatı

Modul 36 ST-nin effektiv təqdimatı

Modul 37 Rəqəmləri danışmaq sənəti

Modul 38 ST üzrə inzibati məsələlər

Modul 39 ST-də etik məsələlər

Modul 40 ST istifadə və institutlaşma

Modul 41 ST siyasəti və təcrübə



Modul 42 ST davamlılığı və uğur



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə