Справочник инженера- дорожника. Проектирование автомобильных дорог. Москва, 1989. СниП 2,02 05-85




Yüklə 393.61 Kb.
səhifə1/6
tarix10.04.2016
ölçüsü393.61 Kb.
  1   2   3   4   5   6
«AVTOMOBİL YOLLARI»

(«Yol hərəkətinin təşkili» ixtisası üçün)



ƏDƏBİYYAT

  1. «Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu» Bakı, 2000

  2. Справочник инженера- дорожника. Проектирование автомобильных дорог. Москва, 1989.

  3. СНиП 2,02 05-85

  4. В.Ф.Бабков, О.В.Андреев. «Проектирование автомобильных дорог» Часть I, II. Москва, 1979

  5. R.M.Cəfərov, R.M. Bayramov «Avtomobil yollarının layihələndirilməsi haqqında metodiki göstəriş». Bakı, 1995

  6. В.Ф.Бабков «Дорожные условия и безопасность движения». Москва. 1982

  7. Н.А.Митин «Таблицы для разбивки кривых на автомобильных дорогах». Москва, 1971

  8. Хомяк и др. «Инженерное оборудование автомобильных дорог». Москва, 1990

  9. Дороги местного значения. Под редакцией Г.А.Кузнецова. Москва, 1986.

§ 1. AVTOMOBİL YOLLARI, TƏSNİFATI

Plan


  1. Avtomobil nəqliyyatı.

  2. Avtomobil yolları.

  3. Avtomobil yolları şəbəkəsi.

  4. Avtomobil yollarına qoyulan tələblər, normalar.

  5. «Yol hərəkəti haqqında qanun».

  6. Avtomobil yollarının təsnifatı.

Avtomobil nəqliyyatı ölkənin digar nəqliyyat növündən özünün mobil olması, yük və sərnişinləri lazımı yerlərə birbaşa çatdıra bilməsi, yüksək manevr qabiliyyəti kimi xüsusiyyətləri ilə üstünlük təşkil edir. Qısa məsafələrdə avtomobil nəqliyyatı daha sərfəlidir. Avtomobil nəqliyyatına olan tələbat yüksək keyfiyyətli avtomobil yollarının layihələndirilməsi və tikilməsi vəzifəsini qarşıya çıxarır. Müasir avtomobil yolları avtomobillərin sürətli və təhlükəsiz hərəkətinə təminat yaratmalıdır, sürücünün yol şəraitini psixofizioloji qavramasını nəzərə almalıdır. Avtomobil yollarının layihələndirilməsində həmçinin ətraf mühitin qorunması məsələləri geniş yer tutur.

Mürəkkəb mühəndis qurğusu olan müasir avtomobil yolları elə layihələndirilməlidir ki, avtomobillər öz dinamik keyfiyyətlərini mühərrikin normal rejimində tam istifadə edə bilsinlər, döngələrdə, eniş və yoxuşlarda aşmasınlar və sürüşməsinlər. Bütün il boyu yol geyimi daimi möhkəm, hamar və sürüşkənsiz olmalı, avtomobilin hərəkətlərindən düşən dinamik yüklərə davam gətirməlidir. Yola təsir edən çoxsaylı təbii amillərin təsiri də layihə, tikinti və istismar dövürlərində nəzərə alınmalıdır.

Mühəndis qurğusu kompleksi kimi avtomobil yolları torpaq yatağından, yol geyimindən, süni qurğulardan və yolun avadanlığının elementlərindən təşkil olunur. Bundan əlavə sərnişinlərə və nəqliyyatın vasitələrinə xidmət üçün vacib qurğular da nəzərdə tutulur.

Müasir avtomobil yolları kütləvi sərnişin və yükdaşımalarına xidmət göstərir, burada minlərlə sürücü gündəlik iş rejmində çalışır, çoxsaylı turistlər səyahət edirlər. Yolda hərəkətin rahatlığını təmin etmək məqsədi ilə yolları landşafta uyğun və müəyyən estetik tələblərə əsasən layihələndirirlər. Tikinti dövründə torpaq yatağının və ya yol geyiminin qurulmasında buraxılan səhvləri əsaslı təmir zamanı aradan qaldırmaq mümkündür. Layihələndirmə zamanı olan səhvlər, xüsusən trassanın istiqamətinin seçilməsində, on illərlə dəyişilə bilməyərək avtomobil nəqliyyatında böyük itkilərə səbəb olur. Yolların layihələndirilməsində izafi möhkəmlik qiymətlərini aradan qaldırmaq, gətirilmə materiallarından rasional istifadə etmək, yerli inşaat materiallarını və qruntları daha geniş işlətmək, zəif materialları və qruntları bərkitmək nəzərdə tutulmalıdır.

Yolların layihələndirilmiəsi və tikintisi daimi inkişaf prosesindədir, tətbiqi texniki fənn olaraq fiziki-riyazi və təbiət elementlərinin nailiyyətlərinə əsaslanır.

Müasir avtomobil yollarında sərnişinlərin rahat və xoş təəsürratlı gedişini təmin etmək üçün texniki xidmət stansiyalarının, yanacaq doldurma stansiyalarının, avtomobil yuma məntəqələrinin, qarajların, yeməkxanaların, mehmanxanaların geniş şəbəkələri yaradılır. Yolların memarlıq kompozisiya məsələlərinə, onların yaşıllaşdırılmasına, texniki estetikasına, təhlükəsizlik tədbirlərinə böyük əhəmiyyət verilir.

Düşünülməmiş yol trassası ətraft landşaftı korlaya bilər, uçqun və sürüşmələri fəallaşdırar. Yaxşı layihələndirilmiş avtomobil yolu sərnişinlər qarşısında gözəl görünüşlərin açılmasına, ətraf ərazinin gözəlləşməsinə səbəb olur.

Yaşayış məntəqələrini, sənaye mərkəzlərini, kənd təsərrüfatı rayonlarını öz aralarında və yükləmə-boşaltma məntəqlələri ilə biləşdirən yollar avtomobil yollarının şəbəkəsini yaradır. Müəyyən istiqamətlərdə daşınan yüklər müxtəlif qiymətli yük axınlarını tərtib edirlər. Yol şəbəkəsinin əsasını dövlət əhəmiyyətli təkmilləşdirilmiş avtomobil magistralları şəbəkəsi təşkil edilir. Bu magistrallar ölkənin vacib iqtisadi rayonlarını və mərkəzlərini birləşdirir, sürətli sərnişin və yük daşımalarını təmin edir, inzibati, mədəni və təsərrüfat əlaqələrində və ölkənin müdafiə sistemində əhəmiyyətli rol oynayır. Bu yolların inkişafı və əlavəsi kimi vilayət əhəmiyyətli, rayon əhəmiyyətli yollar yaradılır. Yol şəbəkəsinin çəkilməsi planlaşdırmanın bir elementidir, istehsal qüvvələrinin ölkə ərazisində yerləşməsinə əsasən təyin edilir və onların sonrakı inkişafını təmin etməlidir. Bu işlərdə yolların yenidən qurulması böyük əhəmiyyət kəsb edir. Yol şəbəkəsini daşımaların tələbatını təyin edən rayonların iqtisadiyyatının dərin təhlili əsasında layihələndirirlər.

Hər bir avtomobil yolu on illərlə xidmət etdiyi üçün hərəkət edəcək av­tomobillərin dəqiq parametrlərini qabaqcadan təyin etmək mümkün deyil, çünki avtomobillərin hazırlanmasındakı inkişaf qısa müddətdə avtomobillərin yeni tiplərinin yaradılmasına səbəb olur. Bununla yanaşı çox illər qabaq üçün hesab­lanmış izafi möhkəmlik ehtiyyatlı yolların tikintisi də iqtisadi cəhətdən əlverişli deyildir. Bu səbəbdən avtomobillərin qabariti və onlardan yola düşən yüklərin standartları işlənmişdir ki, avtomobil sənayesi bu standartları rəhbər tutmalıdır, avtomobil yolunun elementlərinin normaları da onlara uyğunlaşdırılmalıdır. Stan­dartlara görə I-IV dərəcəli yol üçün iki oxlu avtomobilin bir oxuna düşən yükün qiyməti 100 KN (10 TS), V dərəcəli yol üçün isə 6 KN (60 TS) qəbul edilir. Av­tomobillərin uzunluğu 12m və avtoqatarın uzunluğu isə 20m, avtomobillərin eni 2,5m götürülməlidir. I-IV dərəcəli yolda avtomobillərin hündürlüyü 4m-ə qədər və V dərəcəli yolda 3,8 m-ə qədər ola bilər. İki qoşqulu üç oxlu yedəkçi avtomobilin uzunluğu 24m olmalıdır. Avtomobil yolundakı körpüləri böyük yüklərə hesab­la­yırlar, çünki körpüdən tək ağır maşınların keçməsi ehtimalı olur.

Avtomobil yollarında təhlükəsiz hərəkəti tənzimləmək üçün 3 iyul 1998-ci ildə Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunu qəbul edildi. 8 fəsildən ibarət “Qanunda” ümumi müddəalar, yol hərəkətinin təhlükəsizliyinin tə­min edilməsi, nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması, nəqliyyat va­sitələrini idarə etmək hüququ, yol hərəkəti qaydaları, yol hərəkəti qaydalarının po­zuntuları, yol hərəkəti təhlükəsizliyinə nəzarət və yekun müddəalar öz əksini tap­mışdır. Qeyd edək ki, yol hərəkəti pozuntularını azaltmaq məqsədi ilə müntəzəm olaraq cərimələrin səviyyəsini artırırlar. 09 sentyabr 2000-ci ildə Azər­baycan Res­publikasının “Avtomobil yolları haqqında yeni qanunu” qəbul edildi ki, burada Res­publikanın avtomobil yollarının inkişaf planından bəhs edilir. Son illər res­publikamızın keçmiş yollarının çox intensiv yenidənqurulması həyata keçirilir.

10 mart 2000-ci ildə «Avtomobil yolları haqqında Azərbaycan Respub­likasının Qanunu» barəsində fərman imzalanmışdır. Bu qanun Respublikamızda avt­o­mobil yollarının layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması və inki­şaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqti­sadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfat subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir.

Qanun 7 fəsildən ibarətdir. Bunlar aşağıdakılardır: ümumi müddəalar, avto­mobil yollarının təsnifatı, yol təsərrüfatının təşkili və idarə edilməsi, avtomobil yol­larından istifadənin əsasları, avtomobil yollarının saxlanılmasının əsasları, yol fə­aliyyətinin iqtisadi əsasları və beynəlxalq əməkdaşlıq, məsuliyyət və müba­hisə­lərin həlli.

Bu fəsillərdə avtomobil yolları haqqında anlayış, onların təsnifatı, yol təsər­rüfatı, onun təşkili və idarə edilməsi, yollardan istifadə, yolların saxlanılması, iq­tisadi münasibətlər və s. barəsində müddəalar öz əksini tapmışdır.

Avtomobil yolları təsərrüfatda və mədəni həyatda təyinatına görə aşağıdaki kimi təsnifatlandırılır:1)Dövlət əhəmiyyətli maqistral yol; 2) Vilayət əhəmiyyətli magistral yollar; 3) Rayon əhəmiyyətli yollar; 4) Kurort yolları; 5) Köməkçi yollar; 6) Şəhər yolları və küçələri; 7) Sənaye və kənd təsərrüfatı yolları. Əhəmiyyətinə görə avtomobil yolları 5 dərəcəyə (kateqoriya) bölünür: Iа, Ib və II-dövlət əhəmiyyətli; III-vilayət əhəmiyyətli; IV-V-rayon əhəmiyyətli; V-yerli təsərrüfat əhəmiyyətli. Hər bir dərəcə yolun elementlərini yolda təhlükəsiz hərə­kətin tələblərini təmin etmək məqsədi ilə hesablayırlar.

«Avtomobil yolları haqqında Qanuna» əsasən təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edən yollar yerli əhəmiyyətli yollardır. Kənd təsər­rüfatı yolları ümumiyyətlə 2 yerə bölünür:

1) Təsərrüfatlararası yollar. Bu yollar təsərrüfat obyektlərini, həmçinin tə­sərrüfat obyektini digər yollarla, neft bazaları ilə, elevatorla, liman və vokzallarla birləşdirir. Texniki cəhətdən bu yollar IV və V texniki dərəcəli avtomobil yolla­rının normativlərinə uyğun layihələndirirlər;

2) Təsərrüfatdaxili yollar. Təyinatca bu yollar sahə avtomobil yollarına aid edilir, təsərrüfat idarəçiliyində olur və onların öz vəsaitləri hesabına yaradılır.



Traktor yolları. Traktorların, tırtıllı kənd təsərrüfatı və digər maşınların intensiv və müntəzəm hərəkəti zamanı ayrıca torpaq yatağında traktor yolları layihələndirilir. Böyük su keçidlərində və digər maneələrdə, qiymətli kənd tə­sər­rüfatı torpaqları sahələrində, həmçinin çətin yerlərdə traktor yollarını əsas yol­lar­la birləşdirməyə icazə verilir.

Traktor yollarını bir zolaqlı və görkəm məsafələrində yol ayrıcları nəzərdə tutmaqla layihələndirirlər. Yolda 1 saatda 20 və daha çox trarktor qatarının və ya tək traktorların hərəkəti zamanı, həmçinin əgər yol ayrıcları arasında görkəm mə­safəsi təmin olunmayırsa, az intensivlikli hərəkət zamanı da 2 hərəkət zolaqlı trak­­tor yolu layihələndirmək olar.

Nəqliyyatın tərkibindən asılı olaraq hərəkət zolağının eni 3,5-4,5 m, torpaq yatağının eni isə 1 zolaqlı yol üçün 4,5-5,5 m və 2 zolaqlı yol üçün 80-100 m qə­bul edilir. Geniş qabaritli (3,6 m-də çox) nəqliyyatın hərəkəti üçün bu qiymətlər he­sablanıb artırılır.

Əyrilərin minimal radiusu 100 m qəbul edilir. Çətin şəraitdə radiusu 15 m-ə qədər, uzunölçülü yükdaşımalarında isə 30 m-ə qədər azaltmaq olar. Ən böyük uzunluq mailliyi 40% və enişlərdə 60% qəbul olunmalıdır. Müstəsna hallarda uy­ğun olaraq 80% və 100 % icazə verilir.

Uzun məsafəli 60% maillikli sahələrdə hər 500 m-dən bir 20%-dən çox olmayan və uzunluğu traktor qatarının uzunluğu qədər meydançalar nəzərdə tu­tulmalıdır. Traktor yollarında yükləmə və boşaltma məntəqələrini yoxuşda 10% və enişdə 20% maillikli meydançalarda yerləşdirirlər.

Traktor yollarının en profillərini «sıfır yüksəklik qiymətlərində yan qanov­suz və ya hidroloji şəraitə görə üçbucaq en kəsikli küvetlərlə layihələndirirlər. Gediş hissəsini təbii qruntlardan və ya əlavələrlə yaxşılaşdırılmış qruntlardan qu­rurlar.


§ 2. YOLUN PLAN VƏ PROFİLİ

Plan

  1. Yolun əsas elementləri.

  2. Piket və piketaj.

  3. Uzunluq profili.

  4. En profili.

  5. Təhkim zolağı.

Avtomobil yolları avtomobil mühərrikinin az enerji sərf etməsi ilə və daşınmaların dəyərinin minimum qiymətlərində yüklərin və sərnişinlərin rahat daşınmalarını təmin etməlidir. Verilən məntəqələri birləşdirən düz xətt bu tələblərə cavab verir.

İki məntəqə arasında ən qısa avtomobil yolu onları birləşdirən düz xətt (“hava xətti”) sayılır. Lakin relyefin elementləri, qiymətli torpağların olması və digər səbəblər buna əngəl törədir. Bu da öz növbəsində avtomobil yolunun qırıq xətt şəklində layihələndirilməsi ilə nəticələnir. Hərəkətin təhlükəsizliyi və rəvan olması üçün yolun qırılma yerlərində əyrilər nəzərdə tutulur.

Yolun əsas elementləri aşağıdakılardır:

Trassa- yol oxunun yer üzərindəki izidir, fəza xəttdidir.

Uzunluq əmsalı (inkişaf əmsalı)- yolun həqiqi uzunluğunun hava xəttinin uzunluğuna nisbətidir (k)

Yolun planı-yol trassasının keçildilmiş miqyasda üfqi proyeksiyasının qrafikii ifadəsidir.

Döngə-trassanın istiqamətinin dəyişilmə yerləri. Burada döngə gucağı əmələ gəlir. Döngə bucağının elementləri bunlardır:



-döngə bucağının qiyməti; R-əyrinin radiusu, B-bissektrisa; -tangens; -əyri, D- (təshih, düzəliş).

; ; ; D=2T-K (təshih, düzəliş).

Trassanı yer üzərində ölçdükdə tangenslər üzrə ölçürlər və bu zaman yanlışa yol verilir, çünki qırıq xətt əyri xəttdən uzun alınır. Bu səhvi ləğv etmək üçün təshih (D) nəzərə alınmalıdir. Rahatlıq üçün əyrinin elementlərini hazır cədvəllərdən təyin edirlər.

Trassanın istiqamətinin dəyişmələri döngə bucağı ilə təyin edilir ki, onu da trassanın əvvəlki və yeni istiqamətləri arasında ölçürlər. Döngə bucaqlarını trassanın gedişi üzrə ardıcıl nömrələyirlər. Layiləhəndirilən trassanı yer üzərində dəqiq qurmaq üçün onu cəhətlərə görə istiqamətləndirirlər. Bu məqsədlə trassanın düz xətli sahələrinin rumb bucaqlarını hesablayırlar. Yer üzərində istiqaməti və vəziyyəti təyin olunmuş trassanı 100 m-lik parçalara bölürlər. Bu parçalara «piketlər» (pk) və piketlərə bölmə əməliyyatına isə piketaj deyilir. Piketaj əməliyyatı nəticəsində trassanın uzunluğu təyin edilir, trassa zolağının vəziyyəti aydınlaşdırılır. Trassanın döngələrində əyrinin hesabatı aparılır. Piketlər başlanğıc məntəqədən başlayaraq ardıcıl olaraq 0, 1, 2, 3 və s. nömrələnir. Piketaj əməliyyatı məlumatları xüsusi «Piketaj jurnalında» qeyd edilir. İki qonşu piket arasındakı xarakterik nöqtəyə «plyus» deyilir. Bəzən piketaj nəticəsində piketin uzunluğu 100 m-dən az və ya çox alına bilər. Belə piketə «kəsik piket» deyirlər və hesabat zamanı onun faktiki uzunluğu nəzərə alınır.

Yol oxunun şaquli müstəvidə açılmış proyeksiyasına UZUNLUQ PROFİLİ deyilir və yolun hissələrinin mailliyini xarakterizə edir. Yolun uzununa mailliyi (İ) avtomobil yolunun vacib nəqliyyat göstəricilərindən birisidir.Yer səthinin təbii mailliyi çox vaxt avtomobilin effektli istifadəsi üçün yaramır, ondan çox olur. Belə olduqda yer səthinin qruntunu kəsirlər (qazırlar) və ya oraya torpaq tökürlər. Belə hissələr uyğun olaraq “QAZMA” və “TÖKMƏ” adlanır. Qazmanın dərinliyini və ya tökmənin hündürlüyünü ifadə edən kəmiyyətə işçi yüksəklik qiyməti deyirlər



hişçi = Hqırmızı - Hqara;

Hqırmızı – layihə xəttinin yüksəklik qiyməti (torpaq yatağının qaşı): Hqara - yer səthimin yüksəklik qiyməti.

Uzunluq profilində layihə xəttinin qırılma yerlərini şaquli əyrilərlə yumşaldırlar. Şaquli əyrilər qabarıq və çökək növlü olur.

Uzunluq profili xüsusi tələblər əsasında tərtib olunur. Əyaniliyi qabartmaq üçün şaquli miqyası üfuqi miqyasdan 10 dəfə böyük qəbul edirlər. Əsas miqyas:

şaquli - 1:5000; dağlıq relyefdə 1:200

üfuqi - 1:5000; 1:2000

Uzunluq profilində həmçinin qrunt şəraiti (geoloji kəsiklər) göstərilir (surt quyuların məlumatları), burada şaquli miqyas 1:50 qəbul olunur. Uzunluq profili əsasən millimetrlik kağızda çəkilir.

Uzunluq profili yolun tikilməsi üçün əsas, vacib sənədlərdən birisidir. Uzunluq profilində torpaq səthini ifadə edən xəttə qara xətt, layihə xəttinə (yol qaşının yüksəklik qiymətləri xətti) isə qırmızı xətt deyilir. Layihə xətti qara xətdən iki dəfə qalın çəkilir.

Yolun oxuna perpendikulyar olan yol kəsiyinə EN PROFİLİ deyilir. Avtomobil hərəkət edən yol səthinin zolağına gediş hissəsi deyirlər. Gediş hissəsində yol geyimi qurulur. I dərəcəli yolda hər hərəkət istiqaməti üçün ayrıca gediş hissəsi olur və onların arasında təhlükəsizlik üçün ayırıcı zolaq yerləşdirilir. Gediş hissəsinin yanlarına ÇİYİN deyilir. Çiyin və ayırıcı zolağ boyu bəriktmə zolağı olur. Gediş hissəsini yer səthindən lazımı səviyyədə yerləşdirmək üçün torpaq yataği tikilir. Torpaq yatağından suyu kənar etmək üçün küvet qurulur. Torpaq yatağı üçün istifadə olunan qrunt yerlərinə rezerv (ehtiyyat) deyilir. İstifadə olunmayan artıq torpaq (qrunt) yola paralel tökülür (kavalyer). Torpaq yatağının yaxşı hamarlanmış yanlarına yamac deyilir. Torpaq yatağının kənar xətlərinə yatağın qaşı, qaşlar arası məsafə-torpaq yatağının eni adlanır. Yamacın malliyi maillik əmsalı ilə (1:n) ifadə olunur, müəyyən tələblərə görə 1:1,2÷ 1:6 və əsasən 1:1,5 götürülə bilər. Yağış və qar sularının qazmaya axmasının qarşısını almaq üçün kavalyerlə qazmanın yamacı arasında banket qurulur. Banket üçbucaq kəsikli olur, hündürlüyü 0,6m-ə qədər, səthinin mailliyi 20-40‰ götürülür; onun yamacının oturacağı qazmanın qaşından 1m aralı olmalıdır. Banket və kavalyer arasında banket arxası qanov çəkilir (h-0.3m)
Az hündürlüklü tökmələrin yamaclarını 1:5 və 1:6 maillikli qəbul edirlər ki, qəza zamanı avtomobil yoldan kənara hərəkət edə bilsin. Bu həm də, hərəkətin təhlükəsizliyinə və yolun qarla az örtülməsinə təminat verir. 6 m-dən az tökmələrdə torpaq işlərinə qənaət məqsədi ilə yamacın mailliliyini 1:1,5 götürürlər. Yüksək tökmələrin dayanaqlığını artırmaq üçün yatağın qaşından 6 m aşağıdakı yamacın mailliyini 1:1,75 qəbul edərək daha çox yastı vəziyyətə salırlar.

Dərinliyi 1 m-ə qədər olan qazmaları axımlı en profilli qəbul edirlər. Bərk qruntlu yamaclı dərin qazmalarda yamacın mailliliyini 1:1,5 götürmək olar.

Rezervlərin ölçüləri torpaq yatağına tələb olunan qruntun miqdarına görə təyin olunur. Rezervin dərinliyi 1,5 m-dən çox və 0,3 m-dən az olmamalıdır. Yerli şəraitə görə rezervləri yolun hər iki tərəfində yerləşdirmək olar. Rezervin enini uzun məsafələrdə eyni qəbul etmək lazımdır, çünki tez-tez dəyişən en ölçülü rezervlər yolun görünüşünü pisləlşdirir. Rezervdən istifadə oluna bilməyən sahələrdə torpaq yatağını gətirilmə qruntlardan tikirlər.

Kavalyerin hündürlüyü 3 m-dən çox olmamalıdır, artıq qruntu qazmanın xarici qaşından 3 m aralı tökmək lazımdır. Zəif qruntlu yamaclarda kavalyeri qazmanın qaşından H+5 m məsafədə yerləşdirmək vacibdir. (H-qazmanın dərinliyidir). Banket arxası qanovun eni və dərinliyi 0,3 m-dən çox olmamalıdır.

Avtomobil yolunun, onun qurğu və avadanlıqlarının, torpaq karxanalarının yerləşməsi üçün ayrılan torpaq zolağına təhkim zolağı deyilir və yolun dərəcəsindən asılı olaraq belə qəbul etmək olar: I dərəcə üçün- 39 m; II-dərəcə üçün -28 m; III dərəcə üçün-22 m; IV dərəcə üçün -19 m və V dərəcə üçün-18 m.

Tikintinin müasir mexanikləşdirilmiş metodunda işləri yalnız yol zolağının daxilində aparmaq mümkün deyildir. Bunun üçün əlavə müvəqqəti torpaq sahələri ayrılır və işlərin sonunda yararlı vəziyyətə salınaraq torpaq sahiblərinə qaytarılır. Təhkim zolağının tələb olunan ölçüləri aşıdakı cədvəldə verilmişdir.




Yolun dərəcəsi

Hərəkət zolağının sayı

Təhkim zolağının ümumi sahəsi, ha

Kənd təsərrüfatına yararlı torpaqlarda

Kənd təsərrüfatına yararsız torpaqlarda

Daimi təhkim

Müvəqqəti təhkim

Daimi təhkim

Müvəqqəti təhkim

I

8

6,3

1,8

7,4

2,3

6

5,5

1,7

6,4

2,2

4

4,7

1,6

5,5

2,1

II

2

2,6

1,4

3,6

2,0

III

2

2,6

1,3

3,6

2,0

IV

2

2,4

1,3

3,5

2,0

V

2

2,1

1,2

3,3

2,0


Şaquli əyrilər. Trassanın şaquli müstəvidə mailliklərinin dəyişilən yerlə­rində hərəkətin sə­lisliyini təmin etmək üçün şaquli əyrilər layihələndirilir. Şaquli əyrinin hesabatını kvadrat parabolanın tənliyi üzrə aparırlar:

R-şaquli əyrinin radiusu

(+) işarəsi qabarıq əyri üçün

(-) işarəsi çökük əyri üçün

Uzununa mailliyin qiymətinin az olduğunu nəzərə alsaq x absissini əyrinin l uzunluğu ilə əvəz etmək olar.

Kiçik radiuslu çökük əyrilər gecə vaxtı hərəkət üçün əlverişsiz olur, çünki avtomobilin farası hesabi görkəm məsafəsindən az məsafəni işıqlandırır. Məslə­hət görülür ki, qabarıq şaquli əyrilərin radiusunu ən azı 70000 m və çökük şaquli əyrilərin radiusu 8000 m qəbul edilsin. Yolun texniki dərəcəsinə uyğun olaraq in­şaat normalarında şaquli əyrilərin minimal qiymətləri verilmişdir.

Şaquli əyrinin elementləri aşağıdakılardır:


  • i1 və i2 –uzununa mailliklər

  • T – əyrinin tangensi

  • K-əyrinin uzunluğu

  • B – əyrinin bissektrisası

  • R – əyrinin radiusu

Şaquli əyrilərin elementləri nəzəri olaraq aşağıdakı düsturlarla hesablanır:

; və ya

Əyrinin elementlərini xüsusi cədvəllərdən mailliklərin fərqinə və radiusun 1 m qiymətinə görə hazır təyin edirlər.



  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə