Söz düşübdü, söz baxtına Bir söz de, çəksin vaxtına. Çıxdım 75 taxtına Qulağıma yaş nə deyir




Yüklə 34.06 Kb.
tarix27.02.2016
ölçüsü34.06 Kb.
GƏNCƏ ŞƏHƏR MƏDƏNİYYƏT VƏ TURİZM İDARƏSİ

GƏNCƏ ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ



ONUN ƏDƏBİ BAĞÇASI

QƏRİB MEHDİ-75


MƏRKƏZİ ŞƏHƏR KİTABXANASININ MƏLUMAT-BİBLİOQRAFİYA

ŞÖBƏSİNİN TƏRTİB ETDİYİ


(BİBLİOQRAFİK YADDAŞ)

GƏNCƏ 2011



Söz düşübdü , söz baxtına

Bir söz de , çəksin vaxtına.

Çıxdım 75 taxtına

Qulağıma yaş nə deyir.
QƏRİB MEHDİ

Mehdiyev Qərib Qasım oğlu 1936-cı il iyunun 21-də Azərbaycanın Qutqaşen (indiki Qəbələ) rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur.

1943-cü ildə Gəncə şəhərinə köçmüş və 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirmişdir (1955).

Gəncə şəhər rabitə idarəsində poçtalyon (1955), C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor (1957-1959), Gəncə şəhər dəmir-beton məmulatı zavodunda bənna , suvaqçı , betonçu , armaturçu və qaynaqçı peşəsində (1959-1965) çalışmış-dır.

H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi təhsil alıb.

İnstitutu bitirdikdən sonra 1971-ci ildə 16 saylı şəhər məktəbində müəllimlik edib.

1956-cı ilildən bədii yaradıcılıqla məşğuldur.

1958-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində ilk mətbu əsəri “İşığın qəzəbi” adlı satirik hekayəsi dərc olunub.

1967-ci ildə “İşıq” adlı ilk kitabı çapdan çıxıb. Ondan sonra 33 kitabı işıq üzü görüb.

1971-ci ildən bu günə kimi GDU-nin “Yüksəliş” qəzetində baş redaktor işləyir.

Nasir, publisist, jurnalist 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin ,1976-cı ildən Azərbaycan Yurnalistlər İttifaqının üzvü Mehdiyev Qərib Qasım oğlu çoxsaylı fəaliyyətinə görə 1991- ci ildə Həsən bəy Zərdabi adına mükafata və sonra “Məmməd Araz” ali ədəbi mükafatına, bir illik prezident təqaüdünə , “Əməkdar jurnalist” adına , BMT-nin “Şərəf və vicdan” ordeninə layiq görülmüşdür.

Ailəlidir, 6 uşağı, 13 nəvəsi var.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin çoxsaylı oxucuları və kitabxana işçiləri adından yazıçı-dramaturq , şair, publisist Qərib Mehdini 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir , yeni-yeni yaradıcılq uğurları arzulayırıq.

QƏRİB MEHDİNİN ƏSƏRLƏRİ:
1. Təmiz hava: hekayələr,mənsur şeirlər .- Bakı : Yazıçı , 1980.- 148 s.

2. Səndən sonra : Povest və hekayələr .- Bakı : Yazıçı , 1985.- 271 s.

3. Çinar günü : Povest və hekayələr .- Bakı : Gənclik , 1986.- 192 s.

4. Müsabiqə : Roman və povestlər .- Bakı : Yazıçı , 1988.- 288 s.

5. Kentavr - Lətifələr.-Gəncə:Gəncə Nəşriyyat Poliqrafiya Birliyi ,2000 .- 108 s.

6. Xatırlanmaq xoşbəxtliyi.- Gəncə : Gəncə Nəşriyyat Poliqrafiya Birliyi, 2000.- 144 s.

7. Müsahibələr və mübahisələr.- Gəncə: Gəncə Nəşriyyat Poliqrafiya Birliyi, 2001 .- 362 s.

8. Bulanma , könül çayım .- Gəncə : Gəncə Nəşriyyat Poliqrafiya Birliyi , 2002.-174 s.

9. Əlim çatan , ünüm yetən sənətçilər .- Gəncə : Ekologiya nəşriyyatı , 2002 .- 248 s.

10. Göyçəgülü : Hekayələr.- Gəncə: Gəncə Nəşriyyat Poliqrafiya Birliyi , 2002 .-565 s.

11. Bu qızı eşit , ilahi!...-Gəncə : Gəncə Nəşriyyat Poliqrafiya Birliyi , 2003 .- 192 s.

12. Səbuhinin hekayətləri : Şeirlər və hekayələr .- Gəncə : Gəncə Nəşriyyat Poliqrafiya Birliyi,2003 .- 58 s.

13. Gördüyünü çağıran aşığın nağılı.- Gəncə : Gəncə Poliqrafiya Birliyi , 2004.- 400 s.

14. Güldün , ağlım apardın : Lətifə-hekayələr .- Gəncə : Gəncə şəhər mətbəəsi , 2006.- 136 s.

15. Küləklər ağzında şam işığı .- Bakı : “Vektor” Nəşrlər Evi , 2007.-170 s.

16. Sözün vaxtı – vaxtın sözü : Ədəbi-tənqidi məqalələr və teatr resenziyaları .- Gəncə : Gəncə Poliqrafiya Nəşriyyatı , 2007 .- 124 s.

17. Bircəm mənim-Gəncəm mənim.-Bakı : “Vektor” Nəşrlər Evi , 2008 .- 126 s.

18. Deyin görək... : Müsahibələr və başqa yazılar.- Bakı : “ÇİNAR-ÇAP”, 2008.- 208s.

19. Məni çağıran səs. Rast : Povest .- Bakı : “Vektor” Nəşrlər Evi , 2009 .- 294 s.

20. Fikrin nədir ? : Hekayələr , müsahibələr və ədəbi mülahizələr .- Bakı : “Vektor” Nəşrlər Evi , 2011 .- 386 s.


QƏRİB MEHDİ HAQQINDA

Kitablarda:
1. Əhmədov Teymur. Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı.- Bakı : “Azərbaycan Ensiklopediyası” NPB. “Öndər” nəşriyyatı ,1995 .- 637 s.

2. Əhmədov Teymur. XX əsr Azərbaycan yazıçıları: Təkmilləşdirilmiş üçüncü nəşri.-Bakı :“Nurlar” Nəşriyyat- poliqrafiya Mərkəzi , 2004.-984 s.


Dövrü mətbuatda:

1. Fərruxə Pərişan. Əlahəzrət sözün sirdaşı // Gəncənin səsi.-2010.-25 noyabr.-№29.-S.4

2. Hüseynoğlu S. Qərib Mehdinin “İç-içə üç povest”i // Ədəbiyyat qəzeti .-2010.-24 sentyabr.-№38.-S.5

3. İsayev Əhməd. Qərib Mehdi BMT- dən orden aldı // Gəncənin səsi.-2010.-27 aprel.-№12.- S.3

4. Кулиев Ф. Международная награда журналиста-публисиста // Новости Гянджи.-2010.-15 апреля.-№9.- С.2

5. Gülafət. Qərib Mehdi yaradıcılığında ana və muğam möcüzəsi // Gəncəbasar.-2010.- 17-24 yanvar.- №63-64.- S.6-8

6. Hacıyev S.İ. Məni çağıran səs , Rast // Gəncənin səsi.-2010.-9 yanvar.- №01.- S.3- 4

7. Mirzəyeva Məlahət. Nə biləydik... // Gəncəbasar.-2009.-7-13 dekabr.-№ 59-60.-S.4

8. Novruzov Vaqif. “Yüksəliş” lə yüksələn redaktor // Gəncənin səsi.-2009.-20 may.-№ 16.-S.3



9. Cavadlı Zirəddin. Yumoristik ilhamın ilk toplusu // Gəncənin səsi.-2007.-30 yanvar.-S.4

Tərtib edən: Məlumat biblioqrafiya şöbəsinin

böyük biblioqrafı Qurbanova Sürayə
Kompüter dizayneri: Məlumat biblioqrafiya şöbəsinin

müdiri Məmmədova Tamella


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə