Soyad: İsmayılzadə




Yüklə 80.39 Kb.
tarix22.04.2016
ölçüsü80.39 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Biologiya fakültəsi

Ad: Nərmin

Soyad: İsmayılzadə

Qrup: 301

Kurs: III

Fənn: Məktəb gigiyenası.

Sərbəst iş

Müəllim: Lalə Mürsəlbəyova.

Mövzular:


1.Uşaqların böyümə və inkişafının somatometrik üsullarla təyin edilməsi.
2.Uşaq və yeniyetmələrin sümük sisteminin inkişaf qanunauyğunluqları.
3.Həftə və il ərzində şagirdlərin işgörmə qabiliyyə-tinin xüsusiyyətləri.
4.Məktəbəqədər yaşlı uşaqların gün rejiminin xüsu-siyyətləri.
5.Uşaq qidasında zülalların fizioloji əhəmiyyəti.

Mövzu: 1
Uşaq orqanizminin inkişafı və onun anatomik-fizioloji xüsusiyyətləri ilə tanış olmaq ücün bədənin zahiri formasını, bədən hissələrinin münasibətini və antropometrik ölcülərini öyrənmək lazımdır. Bu ölcülər sabit olmayıb, müəyyən yaş dövrlərində dəyişir və orqanizmin kəmiyyət çəhətdən dəyişilməsinə səbəb olur.

Əksər ölkələrdə qəbul olunmuş hal-hazırda elmi antropometriyanın əsasını R.Vços tərəfindən təklif olunmuş metodik vəsaitlər təşkil edir, sonralar ona Monako və Cenevrə keçirilən beynəlxalq konfraslar əlavələr etmiş və R.Martin tərəfindən xeyli genişləndirilmişdir.

Antropometrik göstəricilərə: boyun ölçüsü, bədənin çəkisi, döş qəfəsi dairəsinin ölçüsü, əzələ qüvvəsi, ağ ciyərlərin həyat tutumu, bədənin mütənasibliyi, ayaqların oxunun vəziyyətinin, ayaq tağının nəzərdən keçirilməsi və ölçüləri (podometriya,podoqrafiya), hərəki funksiyaların qeydə alınması və s. aiddir. Antropometrik göstəriçilər inkişafın əsas göstəriçiləri sayılır və 3 tipə ayrılır:

Somatometrik göstəricilər (soma –bədən, metrios – ölçmək deməkdir) bədənin total ölçülərinin öyrənilməsi üçün aparılır (boy, cəki, döş qəfəsinin dairəsi və s.)

Somatoskopik göstəricilər bədənin formalarının təyini (qamətin, döş qəfəsinin, ayaqların, pəncənin forması, piylənmə dərəcəsi və əzələ relyefi)

Fiziometrik göstəricilər orqanizmin fiziki vəziyyətinin təyini (əzələ gücü və ağ ciyərlərin həyat tutumu)

Boy ölcüsü bədənin uzunluğunu səçiyyələndirən göstəriçidir.Bədənin boy ölcüsünü bilməklə digər antropometrik ölcüləri qiymətləndirmək asan olur.Boy xüsusi boyölcən alətlə 2 vəziyyətdə – oturan yerdə və ayaqüstə ölcülür.

Döş qəfəsi dairəsinin ölcüsü onun inkişaf dərəçəsini və tutumunu, döş və arxa əzələlərin, dərialtı piy toplantısının inkişafını, qabırğa və kürəyin vəziyyətini səçiyyələndirən ölcüdür. Döş qəfəsinin dairəsi santimetrli lent ilə nəfəsalma, nəfəsvermə və pauza hallarında ölcülür

Cəki – bədənin kütləsini,xüsusən skeletin, əzələ və dərialtı piy toplantısının inkişaf dərəçəsini səçiyyələndirir. Bunun vasitəsi ilə insanın kök və ya arıqlığı müəyyən dərəçədə qiymətləndirilə bilər. Cəki – xüsusi tibb tərəzisi ilə müəyyən edilir.

Antropometrik ölcülərin dinamikasını müşahidə etməklə fərdin və kollektivin fiziki inkişafının dəyişməsini izləmək olar. Cəki, boy və döş qəfəsinin dairəsi ölcüləri ilə yanaşı olaraq, ağ çiyərlərin həyati tutumu və əzələ güçü öyrənilməlidir.

Ağ çiyərlərin həyati tutumu – spirometr adlanan alətlə ölcülür. Əzələ güçü – dinamometr aləti ilə müəyyən edilir.

Antropometrik ölcülər səhər saatları, aç qarnına ölcülməlidir.Ölcülmə texnikasına xüsusi diqqət verilməlidir. Körpə uşaqların dinamik inkişafını xarakterizə etmək üçün onların fiziki inkişafı ilə yanaşı, neyropsixi inkişafı da öyrənilir. Yeniyetmələrin fiziki inkişafını öyrəndikdə cinsi yetişkənlik göstəricilərindən, habelə orqanizmin, o cümlədən ürək-damar, tənəffüs və sinir sistemlərinin funksional imkanlarının göstəricilərindən istifadə edilir. Adətən bunun üçün müvafiq funksional sınaqların nəticələri nəzərə alınır.

Müasir dövrdə adətən təcrübədə bədənin 3 əsas göstəriciləri- boy, bədən kütləsi və döş qəfəsinin dairəsi təyin edilir. Boy göstəricisi irsi, səmərəli qidalanma, coğrafi-iqlim və başqa amillərin təsiri altında orqanizmdə gedən plastik proseslərin xarakterini əks etdirir.Bu göstəricilər fiziki inkişaf göstəricilərinin ən sabiti hesab olunur. Çünki hər hansı qısamüddətli xəstələnmə zamanı belə, digər antropometrik göstəricilər dəyişə bildiyi halda, boyun ölçüləri sabit qalır. Lakin bəzi endokrin xəstəliklər (giqantizm, akromeqaliya, kretinizm və b.) və mineral mübadilə pozğunluqları zamanı boyun da ölçüləri dəyişə bilər. Boyun uzunluğunu boyölçənlə təyin edirlər.

Bədən kütləsi (çəki) uşağın ümumi vəziyyətini xarakterizə edən göstəricidir. Boy göstəricilərindən fərqli olaraq bədən çəkisi bəzi xəstəliklər, qidalanmanın pozulması, maddələr mübadiləsindəki dəyişikliklər və rejimin dəyişməsi zamanı dəyişə bilər. Bədən çəkisi çox vaxt uşağın istirahət yerlərində olmasını qiymətləndirmək üçün istifadə olunur. Bədən çəkisini tərəzi ilə ölçürlər. Tərəzinin böyüklər və uşaqlar üçün, adi mexaniki və elektron formaları var.

Fiziki inkişaf müayinələri təşkil edilərkən, ilk növbədə öyrənilən əlamətlər seçilməlidir, müayinənin məqsədi və əhali qrupunu xarakterizə edən ən az müşahidə miqdarı müəyyən edilməlidir. Əlamətlər qarşıya qoyulan məqsəddən asılı olaraq seçilir. Misal üçün bir yaşa qədər uşaqların fiziki inkişafı mütləq uzanan yerdə boy, çəki, sakit vəziyyətdə döş qəfəsinin dairəsi müayinə edilməlidir. Bir yaşdan 7 yaşa qədər olan uşaqların fiziki inkişafı öyrənilərkən aşağıdakı ölçülər götürülməlidir: bədənin uzunluğunun ölçülməsi (uzanan vəziyyətdə boy 2 yaşa qədər, ayaq üstə boy 2 yaşdan yuxarı), oturan vəziyyətdə boy (3 yaşlı uşaqlarda), çəki, sakit vəziyyətdə döş qəfəsinin dairəsi (3 yaşa qədər).

Döş qəfəsinin dairəsi orqanizmin ümumi inkişafını xarakterizə etməklə bərabər, döş qəfəsinin həcmini, döş və kürək əzələlərinin inkişaf səviyyəsini, habelə döş qəfəsi orqanlarının funksional vəziyyətini qiymətləndirməyə imkan verir. Döş qəfəsinin dairə göstəriciləri 3 vəziyyətdə (nəfəsalma, nəfəsvermə, pauza) ölçülməlidir.

Orqanizmin funksional əlamətlərinin öyrənilməsi üçün göstərilən əlamətlərdən başqa fiziometrik (spirometriya, dinamo-metriya) müayinələr də aparılmalıdır (ağ ciyərlərin həyat tutumu, əzələ gücünün ölçülməsi). Fiziki inkişafın funksional əlamətlərindən ağciyərlərin həyat tutumu və döş qəfəsinin ekskursiyası, əllərin və gövdənin gücü ölçülür. Ağciyərlərin həyat tutumu və döş qəfəsinin ekskursiyası ağciyərlərin tutumunu və tənəffüs əzələlərinin gücünü qiymətləndirən göstəricilərdir. Ağciyərlərin həyat tutumu spirometrlə ölçülür. Lakin, ağ ciyərlərin həyat tutumu uşaqlarda 8 yaşdan ölçülür, çünki bu 8yaşdan kiçik uşaqlar həmin müayinəni dəqiq keçirdə bilmədiyindən düzgün nəticənin alınması mümkün olmur.

Dinamometriya üsulu ilə ölçülən əl və gövdə əzələlərinin gücü əzələ sisteminin inkişafını xarakterizə edir. Əzələlərin gücünü mexaniki və elktron formalı dinanometrlə ölçürlər.

Fiziki inkişaf müayinəsi proqramını somatoskopik əlamətlər də daxil edilməlidir. 7 yaşa qədər uşaqlarda dərialtı piy toxumasının inkişaf səviyyəsindən, 7 yaşdan yuxarı uşaqlarda isə əzələnin inkişaf dərəcəsi, onurğa sütunun forması, döş qəfəsinin forması, ayaq və pəncənin forması, cinsi yetişkənlik dərəcələri müəyyən edilməlidir.

Məlumatların toplanma vaxtının düzgün müəyyən edilməsi elmi müayinələrin planlaşdırılmasında ən vacib məsələlərdən biri sayılır.

Yenidoğulmuş və bir yaşına qədər olan uşaqlar üçün antropometrik bütün kalendar ili boyu böyük yaş qruplu uşaqlar üçün isə payız-qış aylarında planlaşdırılmalıdır. 1yaşdan 3 yaşa qədər olan uşaqlar hər 3 yaşdan bir, 3 yaşdan 7 yaşa qədər hər 6 aydan bir, məktəb yaşlılar isə ildə bir dəfə müayinə olunmalıdır. Uşaqların ölçülməsi vahid üsulla aparılmalıdır.

Uşağın fiziki inkişafını öyrənərkən somatoskopik (təsviri) əlamətlərdən dayaq-hərəkət aparatının (onurğa sütununun,döş qəfəsinin, ayaqların forması ayaqların və qamətin vəziyyəti, əzələ sisteminin inkişafı ) vəziyyətinə qiymət verilir, dərialtı piy təbəqəsinin qalınlığı ölçülür, cinsi yetişkənliyin dərəcəsi müəyyən edilir.

Qeyd edilən göstəricilərin hər biri ayrılıqda uşağın fiziki inkişafını xarakterizə edə bilməz. Antropometrik göstəricilər kompleks şəkildə, eyni zamanda əldə edilən bütün göstəricilərin müqayisə edilməsi nəticəsində qiymətləndirilməlidir. Orqanizmin böyümə və inkişaf proseslərini əks etdirən fiziki inkişaf bir sıra digər göstəricilərlə də sıx əlaqədardır. Məsələn, endokrin pozğunluqlar və bəzi xroniki xəstəliklər (revmatizm, vərəm) uşaqların fiziki inkişafına güclü təsir göstərir. Uzun müddət və tez-tez xəstələnən uşaqlarda bədən çəkisinin azalması, əzələ tonusunun zəifləməsi və qamətin dəyşməsi qeyd edilir. Raxit və xroniki dizenteriya xəstəliklərinin erkən yaşlarda uşağın boy artımının tormozlaması sübut edimişdir.

Bu məlumatlardan görünür ki, fiziki inkişaf və sağlamlıq vəziyyəti bir-biri ilə sıx əlaqədər olub, qarşılıqlı asılılıqdadırlar. Ona görə də fiziki inkişafın qiymətləndirilməsi məqsədilə aparılan antropometrik tədqiqatlar dərin tibbi yoxlama zamanı sağlamlıq vəziyyətinin müayinəsilə eyni bir vaxtda həyata keçirilir.

Mövzu:2


Sümük sistemi:

Skletin əsası ana bətnində qoyulur. İlk əvvəl sklet qığırdaq toxumasından ibarət olub, sonra sümükləşməyə başlayır. Orqanizmdə sümükləşmə prosesi tədricən gedir və 20-25 yaşlarda sona çatır.

Sümük toxumasının kimyavi tərkibi bütün həyat boyu, yaşdan asılı olaraq dəyişilir. Kiçik yaşlarda orqanizmdə kalsium və fosfor duzları az, üzvi maddələr isə çox olur. Buna görə də uşaqların sümükləri çox elastik olur və yüngül təsirdən belə müxtəlif dəyişikliklərə uğrayır.

Yeni doğulmuş uşaqlarda onurğa əyrilikləri olmur. Uşaq başını dik tutmağa başladıqda onurğanın boyun əyriliyi (3 ay), oturmağa başladıqda döş əyriliyi (6 ay), ən axırda isə bel əyriliyi (9-12 ay) əmələ gəlir. Əyriliklər onurğa sütununun möhkəmliyini artırmaqla kövdə və başın düz saxlanmasına, yerişin və müxtəlif hərəkətlərin icrasını təmin edir. Onurğa əyrilikləri 3-4 yaşlı uşaqlarda sabit olmur və cüzi bir təsir nəticəsində dəyişikliyə uğrayır. 7 yaşdan sonra boyun və döş əyrilikləri, cinsi yetişkənlik dövründə isə bel əyriliyi sabit forma alır. Fəqələlərin tam sümükləşməsi 20-22 yaşlarda başa çatır.

Fəaliyyət zamanı bədənin vəziyyəti düzgün olmadıqda və ya uzun müddət orqanizmin müəyyən bir hissəsi gərginləşdikdə onurğa sütunun patoloji əyilmələri (skolioz – yana, lordoz – önə və kifoz – arxaya) meydana çıxır. Məsələn şagird boy ölçüsünə müvafiq nömrəli partada oturulmadıqda onurğa yana əyilir (xüsusən kiçik yaşlı uşaqlarda müşahidə olur).

Skletin çanaq hissəsinin inkişaf xüsusiyyətləri qızlar üçün böyük əhəmiyyətə malikdir, çünki qızlarda çanaq hamiləlik zamanı dölü saxlamaq vəzifəsini daşıdığı üçün onun həmçinin normal inkişafı doğum prosesində böyük əhəmiyyət kəsb edir. Çanaq 2 böyük adsız sümükdən, hər adsız sümük isə 3 sümükdən (qalça, oturaq və qasıq sümüklərdən) ibarətdir. 7 yaşdan sonra bu sümüklər bir-biri ilə bitişməyə başlayır və 22-23 yaşda tamamlanır. Dikdaban çəkmə geymək, hündür yerdən tullanmaq, ağırlıq qaldırmaq, oturacağı dar olan partada oturmaq və s. çanağın deformasiyasına səbəb olan amillərdir.

Bilək sümüklərinin inkişafı da əhəmiyyətlidir, çünki bilək müxtəlif hərəkətlərin (yazı yazmaq, fiziki iş görmək və s.) icra olunmasında iştirak edir. Yeni doğulmuş uşaqlarda bilək sümükləri inkişaf etməmiş olur. Onun formalaşması və inkişafı 10-13 yaşlarında sona çatır.

Mövzu:3
Müxtəlif fəaliyyət növlərini planlaşdırılması və keçirilməsi üçün şagrdləriniş qabiliyyətinin dəyişmə dinamikasını nəzərə almaq vacibdir.İş qabiliyyəti gün ərzində M oxşar əyriliklə dəyişir. Bu əyrilik «iş qabiliyyətinin fizioloji əyriliyi» adlanır. Bu əyriliyə görə fizioloji funksiya fəallığı artımının 2 dövrü səciyyəlidir: saat 8-12 arasında və saat 16-18-də.

Şagirdlərin iş qabiliyyəti cürəbəcür amillərlə müəyyən edilir.

İlk növbədə o yaşdan asılıdır: şagird nə qədər kiçikdirsə, onun səviyyəsi bir o qədər aşağıdır, sabit ən münasib iş qabiliyyəti dövrü isə qısadır.

Sağlamlıq vəziyyətində olan dəyişikliklərdən və orqanizmin funksional imkanlarını azaldan xəstəliklərdən asılıdır. Aşağı iş qabiliyyəti uşaqlarda baş verən sinir pozğuntularında, fiziki inkişafın yubanmasında, alergik və digər xəstəliklərdə və tez-tez xəstələndikdə müşahidə olunur.

Şagirdin emosional vəziyyətindən

Fəaliyyətə göstərilən münasibətdən (psixoloji component)

Iş mühitinin gigiyenik şəraitindən

Ayrı-ayrı fənlər üzrə öz biliklərini dərinləşdirmək istəyən məktəblilər üçün həftə ərzində əlavə dərslər nəzərdə tutulur. VII-IX siniflərdə 2 saat, X-XI-ci siniflərdə 4saat. Fakültativ məşğələlər məcburi olmadıqları üçün onlar dərs cədvəlinə daxil edilməməlidir.

VIII–X sinif şagirdlərinin beyin hemodinamikasını tədqiq etmiş Q.N.Speranskiy və M.Y.Pratuseviç müəyyən etmişdilər ki, şagirdlərin çoxunda kəskin zehni yorğunluq artıq 4-5 dərsdən sonra başlanır. Bu zaman yuxu arteriyasının daralması, sağ və sol beyin yarımkürələrinin qanla təchiza-tının assimetriyası müşahidə edilir. Beyin hemodinamikasının assimetriyası xüsusən ikinci tədris rübündə müşahidə edilir. Müəlliflər bunu beyinin kumulyasıyası və əqli gərginliyin artması ilə izah edirlər.

Yuxarı siniflərdə 6 dərsin olması əlverişsizdir, çünki şagirdlərin çoxu üçün 6-cı dərs yorucudur. Dərslərin axırı üçün onlarda yüksək yorğunluq əlamətləri aydın sürətdə aşkar edilir. Müşahidələrə görə 1-ci dərsə nisbətən 6-cı dərsin axırı üçün, yüngül tapşırıqları yerinə yetirərkən səhvlərin miqdarı 58% artır. Şagirdlərin iş qabiliyyətinin həftəlik əyriliyini əsas götürərək Tbilisi məktəblərinin II və III siniflərində 2 axırıncı dərslərin 35 və 40 dəqiqəyə qədər qısaldılması tətbiq edilir.

Yuxarı və orta sinif şagirdlərinin ev tapşırıqlarına 2-2,5 saat sərf etmələrini nəzərə alaraq məktəbdə tədris gününün 5 dərsə qədər məhdudlaşdırmaq zəruriyyəti daha da aydın olur. hətta 6 saata ev tapşırıqlarını tələb etməyən dərslər salınıbsa (bədən tərbiyəsi, nəğmə, əmək və s) bu halda da 6-cı dərslər arzuedilməzdir, çünki onlar məktəbdə olma müddətini artıraraq, evə verilən tapşırıqlarının hazırlanma vaxtını gecikdirir, uşaqların gec yatmasına və yuxu sürəkliyinin qısalmasına səbəb olur. bu isə uşaqlarda ali sinir fəaliyyətinin pozulmasını doğura bilər.



Yorğunluğun qarşısını almaqda dərs cədvəlinin tərtibi də mühüm yer tutur. Dərs cədvəli tərtib olunarkən fənnlərin çətinliyinlən asılı olaraq onların gün və həftə ərzində bölüşdürülməsi məsələsi qarşıya çıxır.Lakin fənnin çətin və yüngül oldüğü haqqında rəy birliyi yoxdur. Gigiyena sahəsində aparılan bir çox tədqiqatlar göstərir ki, həftə və gün ərzində səmərəli qurulmuş dərs cədvəli erkən yaranan yorğunluğun qarşısını alır və ifrat yorğunluğun yaranma müddətini bir gədər təxirə salır. Iş qabiliyyəti aşağı olan saatlarda (I növbənin birinci və axırıncı dərslərində) ən çətin dərslərin keçirilməsi məsləhət deyil. SSRİ Səhiyyə nazirliyinin“Uşaq və yeniyetmələrin gigiyenası” elmi tədqiqat institutunda aparılan tədqiqatlara əsasən təlim zamanı şagirdlərin ilk keçdikləri dərslər (məs. 7 sinifdə fizika fənni, 8 sinifdə kimyafənni və s) onların daha çox yorulmasına səbəb olur. Beləliklə, 2-11 siniflərdə aparılan uzunmüddətli tədqiqatlar nəticəüsində təyin edilib ki, kiçik siniflərdə ən yorucu dərslər – oxu, təbiətşünaslıq və tarix, orta siniflərdə - coğrafiya, tarix, riyaziyyat, fizika, kimya; yuxarı siniflərdə isə ədəbiyyat, coğrafiya, fizika, kimya, riyaziyyat fənnləridir. Bununla yanaşı Rusiya Pedaqoji elmlər akademiyasının yaş fiziologiyası və fiziki tərbiyə institutunun əməkdaşlarının apardığı xronometraj vərəqələrinə əsasən tədris fənlərinin ağırlığına görə qiymət vermişlər: V-VII siniflərdə – riyaziyyət, ana dili və ədəbiyyət, xarici dil; VIII-XI siniflərdə – riyaziyyət və fizika, təbiyyətşunaslıq və xarici dil. Bütün tədris günü ərzində iş qabiliyyətini yüksək səviyyədə saxlamaq üçün dərslər arasındakı istirahətin (fasilələrin) düzgün təşkilinin böyük əhəmiyyəti vardır. Həmin fasilələr müddətləri aşağı tipdə müəyyən edilmişdir: I,III və IV – 10 dəqiqə, II isə 30 dəqiqə. Bəzi hallarda II və IIIfasilələrin sürəkliyini 20 dəq müəyyən etməyə icazə verilir. Məktəbdə 10 dəqiqədən qısa fasilələr icazə verilmir, çünki bu müddət ərzində uşaq istirahət edə bilməz. II-ci və III-cü dərslərdən sonra olan böyük fasilələr başlanmış yorğunluğun artmasını tezliklə qarşısını almaq, şagirdlərin qida qəbulunu təmin etmək və siniflərin havasını dəyişdirmək məqsədini güdür. Fasilələri, xüsusən böyük fasiləni, ilin bütün fəsillərində açıq havada keçirmək məsləhət görülür. Fasilələr böyük fiziki gərginlik tələb edən səs-küyly oyunlar, tapşırıqların təkrarı, ədəbi əsərlərin oxunması və şahmat oyunları üçün istifadə edilməməlidir.Məktəbin tədris prosesinin gigiyenik təşkilindən danışdıqda tətillər üzərində də dayanmaq lazımdır. Tətillərin əsas vəzifəsi tədris ili boyu yaranan yorğunluğun aradan qaldırılması və iş qabiliyyətinin bütüb bu müddət ərzində yüksək səviyyədə saxlanılmasıdır.Məktəb Nizamnaməsinə əsasən əvvəllər dərslər məktəbdə sentyabr ayının 1-dən başlamalı və mayın 25-də qurtarırdı. Imtahan olan siniflərdə V-VII sinifələrdə iyunun 19-da, VIII-XI siniflərdə iyunun 25-də tamamlanırdı. Gigiyenik nöqtəyi-nəzərcə, tədris ilinin başlanma və qurtarma vaxtı, həmçinin iqlim şəraiti ilə əlaqədar müəyyən edilməlidir.
Mövzu:4
Məktəbəqədər yaşlı uşaqların gün rejimi (3 – 6 yaşlar). Bu yaşda sağlamlığın möhkəmləndirilməsi və əsas hərəkətlərin təkmilləşdirilməsi ilə yanaşı uşaqlara düzgün nitqin və sözlərin aydın tələffüsünün öyrədilməsi, gəgəyenik vərdişlərin tərbiyəsi, bədii zövgün tərbiyəsi məsələləri qarşıya qoyulur. Uşaqlar mürəkkəb olmayan vəzifələrin, sadə əmək fəaliyyətinin yerinə yetirilməsinə cəlb olunurlar, özü-özünə xidmət etməyi öyrənirlər. Yaşa görə uşaqların gün rejimi fərqlənir. 3-4 yaşlı uşaqların rejimində 2 saatlıq gündüz yuxusu təşkil edir. 4-5 yaşında yuxu vaxtı saat yarım (1,5s) təşkil edir, balacalara nisbətən qida qəbulu, mədəni-gigiyenik vərdişlərin tərbiyəsi üçün daha çox vaxt ayrılır. Yaşından fərqli olaraq məcburi məşğələlərin də vaxtı fərqli olur:3-4 yaşda uşaqlarla gündə bir 10 dəqiqəlik məşğələ, 4-5 yaşlarda – 15 dəqiqəlik,5-6 yaşlarda məcburi məşğələlər uzadılır və mürəkkəbləşdirilir, hər gün iki məşğələ 20 və 25 dəqiqəlik.Məktəblinin gün rejimində tədris məşğələləri və ev tapşırıqların hazırlanması xüsusi yer tutur. Orta ümumtəhsil məktəbinin nizamnaməsinə əsasən ev tapşırıqlarının hazırlanması aşağıda göstərilən müddətlə müəyyən edilməlidir: I sinif - ¾ - 1 s, II – 1 - 1,5s, III-IV – 1,5 - 2s, V-VI – 2 - 2,5s, VII-VIII – 2,5 - 3s, IX-XI – 3 - 4s. Göstərilən vaxtın artması diqqətin, yazı işin keyfiyyətinin, aydın görmə davamlığının enməsinə və digər funksional dəyişikliklərlə nəticələnir və ümumi rejimdə gəzinti vaxtının, idman məşğələləri, yuxunun qısalmasında əks olunur. Ev tapşırıqlarını hazırlayarkən şağird məktəb stereotipini gözlənilməlidir, hər 35 – 45 dəq sonra fasilə etməlidir. Davamlı məşğələlərdən sonra 2 saat havada nisbətən sürəkli istirahət məqsədəuyğundur.

Ev tapşırıqlarını hazırladıqdan sonra şagirdin marağına əsasən asudə vaxt keçirilir. Bu məqsədlə rejimdə xüsusi vaxt ayrılmalıdır: kiçik yaşlı məktəblilər üçün 1 – 1,5s, orta və böyük yaşlı uşaqlar üçün 1,5 – 2,5s. Bu vaxt uşaqlar bədii ədəbiyyat oxuyurlar,şəkil çəkirlər, tikiş tikirlər, televizor verlişlərinə baxırlar və s. aşkar edilmişdir ki, məktəb yaşlı uşaqlar həftədə orta hesabla öz vaxtlarının 12 – 24 saatını televizor ekranı qarşısında keçirirlər, bu isə onların xeyli yorulmasına səbəb olur. televizor verlişlərinə baxış sürəkliyi müəyyən olunmuşdur: həftədə 2 – 3 dəfədən çox olmayaraq kiçik yaşlı uşaqlar üçün 1s, orta yaşlı məktəblilər üçün 1,5s, böyük uşaqlar üçün 2s.

Bazar günləri və tətil vaxtı rejimdə açıq havada qalma vaxtları xeyli uzadılmalıdır Hərəkətli oyunlara, idmana, əyləncələrə, ekskursiyalara daha böyük diqqət vermək lazımdır.İmtahana hazırlıq dövründə ayılma və yuxuya getmə vaxtı, qida qəbulu, açıq havada olma vaxtı həmişəki kimi saxlanılmalıdır.

Gün ərzində rejim komponentlərinin səmərəli bölünməsi və növbələnməsi gün rejiminin vacib şərtidir. Bunun üçün uşaq və yeniyetmələrin orqanizminə xas olan bioloji ritmlər (yəni, orqanizmin funksional vəziyyətinin yaxşılaşması və pisləşməsinin tərəddüdləri) nəzərə alınmalıdır. Belə ki, gecə vaxtı insanlarda bütün fizioloji sistemlərin fəaliyyəti – tənəffüs tezliyinin, ürək yığılmalarının, əzələ tonusunun, təzik yüksəkliyinin və s. ən aşağı səviyyəsi qeyd edilir, buda ki, gündüz ilə gecənin əvəz olunmasına orqanizmin uyğunlaşma reaksiyasıdır. Gündüz vaxtı funksional vəziyyət xeyli yaxşılaşır, lakin eyni səviyyədə daimə qalmır. Əksər sağlam uşaqlarda yaxşı ifadə olunmuş 2 yüksəliş müşahidə edilir: birinci saat 8-dən 12 qədər, ikinci – saat 16-18-də. Sübut olunmuşdur ki, uşaqlarda baş beynin böyük yarımkürələri qabığının ən münasib oyanması səhərlər olur və bu səviyyə günortaya qədər saxlanılır. Sonra oyanma azalır və yuxu anı üçün ən az səviyyəyə çatır, ləngimə prosesləri isə müvafiq olaraq artır. Buna görə də II növbə uşaqların iş qabiliyyətinə pis təsir edir və səmərəsiz hesab edilir.

Mövzu:5

Orqanizmin normal inkişafı və fəaliyyəti üçün su, zülallar, yağlar , karbohidratlar kimi vacib kimyəvi birləşmələr tələb olunur. Onların əsas xüsusiyyətləri insan orqanizminin enerji təlabatlarını ödəməkdir.



Zülallar – başqa qida maddələri ilə əvəz oluna bilməyən qida maddələridir.onlar insanın böyümə və inkişafında bütün sistem və orqanların normal fəaliyyətində, immun sisteminin optimallaşmasında və iş qabiliyyətinin enməməsində vacib rol oynayırlar. zülallar orqanizmdə amin turşulara parçalanıb sorulur və onlardan yeni insan orqanizminə hass olan zülallar sintez edilir. Orqanizmə az miqdarda daxil olduqda hüceyrə və toxumaların yeniləşmə prosesi ləngiyir, böyümə prosesi dayanır, ferment və hormonların əmələ gəlməsi kəskin sürətdə azalır. Böyüklərdə zülalların qıtlıbı sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərir, qara ciyərin piylənməsinə, qanda hemoqlobinin azalmasına, daxili endokrin vəzilərin struktur dəyişməsinə (xüsusən cinsi vəzlərdə, hipofiz və böyrəküstü vəzlərində), ödəm və bir sıra başqa patologiyalara gətirir. Nəticədə avitaminoz, qipovitaminoz kimi pozulmalar, ətraf mühütün əlverişsiz faktorlarına müqavimətin azalması (ən çox soyuğa qarşı), ağır xəstəliklər əmələ gəlir .Heyvan mənşəli zülalların tərkibində olan amin turşular insan orqanizminə yaxın olduğuna görə, onlar insan üçün daha dəyərlidir (ət, balıq, yumurta, süd, kəsmik, pendir). Heyvan mənşəli zülalların 95-97%, bitki mənşəli zulalların isə 60-80% mənimsənilir. Bitki mənşəli qida məhsullarından ən dəyərlisi paxlalılar (lobya, mərci, soya, paxla) və köbələk sayılır. Zülal cəhətdən dəyəri az olan məhsullardan unu, çörəyi, kərtofu və yarmaları qeyd etmək olar). İnsanın sutkalıq zülal tələbatı onların fəaliyyətindən, yaşından, cinsindən və qidada başqa məhsulların dəyərindən asılıdır.Zülalların, yağların və karbohidratların fizioloji cəhətdən ən əhəmiyyətli nisbəti 1:1:4; fiziki işlə məşqul olan insanlar (əzələ gücünü sərf edənlər) üçün isə həmin nisbət 1:1:5, zehni işlə məşqul olanlar üçün isə 1:0,8:3 bərabər olması məsləhətdir.

Hər bir qida qəbuluna hissi sutkalıq qida payında bu cür bölünməlidir: səhər yeməyi 25%, nahar yeməyi 40 – 45%, 2 – ci günorta yemeyi poldnik 15%, şam yeməyi 20%.

Uşağın, yeniyetmənin, ümumiyyətlə insanın böyüməsi və inkişafı qidanın tərkib hissələrinin yüksək dərəcədə mənimsənilməsini tələb edir. Mübadilə proseslərinə bir sıra ardıcıl fazalar-bağırsaqlardan sorulma, hüceyrədaxili mənimsəmə, enerji toplanması və sərfinin plastik prosesləri daxildir.Uşaqlarda yaşlılardan fərqli olaraq enerjinin bir hissəsi böyüməyə və maddələrin ehtiyyat halda toplanmasına sərf olunur ki,bu da böyüyənorqanizmin əsas xüsusiyyətlərindən birini təşkil edir.
Uşaq və yeniyetmələrin zülallara olan tələbatı

Yaş

0,5-1

1-1,5

1,5-2

3-4

5-6

7-10

11-13

14-17 oğlanlar

14-17 qızlar

Zülal miqdarı

q/sutka


Ümumi miqdar

25

48

53

63

72

80

96

106

93

Heyvani

zülallar


20-25

36

40

44

47

48

58

64

56

Uşaqlarda assimilyasiya prosesi dissimilyasiya proseslərindən üstündür, onların səmərəli qidalandırılması orqanizmin tələbatına uyğun olmalıdır. Uşaq orqanizminin xüsusiyyətlərindən biri də odur ki, enerjinin bir hissəsi böyüməyə, digər hissəsi isə ehtiyat maddələrin toplanmasına sərf olunur.Mübadilə prosesləri insan orqanizminin hüceyrələrində və toxumalarında cərrəyan edir,mürrəkəb qida birləşmələrinin sadə qida maddələrinə çevriləmələri tam bir sıra ardıcıl ara biokimyəvi reaksiyalardan kecməklə baş verir.Mübadilə prosesləri əsas etibarilə enzim reaksiyalarıdır.İnsan bədəninin hüceyrələrində və mayelərində minlərlə ferment fəaliyyət göstərir.Yaşlılara nisdətən uşaq orqanizmi bədənin kimyəvi tərkibi cəhətcə yaşdan asılı olaraq dəyişilir.Maddələr mübadiləsinin düzgün davam etməsi üçün uşağın qəbul etdiyi qida lazımı qədər kalorili,bütün əsas inqridiyyentlər –zülallar,yağlar,karbohidratlar ,mineral maddələr,vitaminlər,su və s.ilə zəhgin və onların qidada bir-birinə nisbəti kifayət dərəcədə olmalıdır.

Orqanizmdə üç əsas qida maddəsi-zülallar, yağlar və karbohidratların mübadiləsi sıx əlaqə və qarşılıqlı tənzim şəraitindədir. Uşaq orqanizmindən ötrü zülalların xüsusilə böyük əhəmiyyəti var.Zulalların son dərəcə qiymətliliyinin səbəbi ondan ibarətdir ki,onlar toxuma və orqanların yeni hüceyrələrinin qurulmasından ötrü ən başlıca plastik materialdır.Zülallar,xüsusən bəzi amin turşuları əvəz olunmaz maddələrdir,halbuki onların özü yağlar və karbohidratları əvəz edə bilərlər.Zülalların tərkibinə əvəzolunmayan və əvəz olunan amin turşuları daxildir.Böyüyən orqanizmdən ötrü 8 əvəzolunmayan amin turşu,xüsusilə,qiymətlidir,çünki onlar orqanizimdə əmələ gəlməyib,yalnız qida ilə daxil olurlar.Əvəzolunan amin turşuları orqanizimdə sintez edilir.onların miqdarının çoxluğu zülalların sintezi zamanı amin turşularına qənayət etməyə kömək edir.Uşaqlarda zülala olan tələbat yaşlılardan yüksəkdir,çünki uşaqda böyümə və inkişaf prosesləri daha intensiv gedir.Zülalların ümumi gündəlik kolori miqdarının 10-15% -ni təşkil etməlidir.

Uşaq döşlə əmizdirilən zaman orta hesabla 1 kq çəkiyə 2 q zülal, süni qidalanma zamanı 3-4 q zülal alır. Sonra bu miqdar azalır və 15 yaşlıda 1 kq çəkiyə 1,52 q-a bərabər olur.Həzm sistemində zülalların parçalanması mədədən başlayır və nazik bağırsaqlarda davam edir, burda fermentlərin intensivliyi çox yüksəkdir. Zülalların parçalanmasının son məhsulları amin turşularıdır, onlar bağırsaq divarlarından bilavasitə qana sorulur. Amin turşuları qidadakı azotun mənimsənildiyi əsas formadır.Qanla qaraciyərə daxil olan amin turşularının bir hissəsi orda əsl zülalların və qan plazmasının zülallarının böyük hissəsini sintezində iştirak edir.Amin turşularının xeyli hissəsi bir sıra ardıcıl və son dərəcə mürrəkəb proseslərdən sonra toxuma və orqanlarda müxtəlif çevrilmələrə məruz qalır.Bu son məhsullardan bəziləri müəyyən miqdarda sidiklə ifraz edilir.Uşaq orqanizmindən sidiklə ifraz edilən mübadilə qalıqları onda olan azotun miqdarı,normada qida ilə qəbul olunan zülalların azotunun miqdarından nəzərə çarpacaq dərəcədə azdır. Uşaqlarda azot balansı miqdarca onların yaş xüsusiyyətlərinə görə, zülala olan tələblərindən, eləcə də qidada olan zülalın miqdarından asılıdır.



Uşağın düzgün böyüməsi və inkişafı,eləcə də maddələr mübadiləsinin düzgün davam etməsi üçün optimal miqdarda zülal lazımdır.Sidikdə olan azot komponentlərin sidik cövhəri ,ammonyak.sidik turşusu,kreatinin,amin turşularının və s. miqdarda və onların nisbəti uşağın yaş xüsusiyyətlərindən və zülalın endogen və ekzogen mübadiləsindən asılıdır.Zülal çatışmazlığı zamanı böyümə ləngiyir,müxtəlif fizioloji funksiyaların əmələ gəlməsi yavaşıyır ,endokrin vəzilərində hormonların sitezi və ferment sistemi pozulur,toxumalarda oksidləşmə prosesləri azalarır,avitaminozlar inkişaf edir,infeksiyaya qarşı müqavimət qabiliyyəti azalır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə