Sosiologiyanin predmeti,qanun və kateqoriyalari




Yüklə 13.38 Kb.
tarix24.04.2016
ölçüsü13.38 Kb.
SOSİOLOGİYANIN PREDMETİ,QANUN VƏ KATEQORİYALARI
Sosiologiyanın predmetini ictimai həyatın sferalarından biri ilə məhdudlaşdırmaq olmaz.Çünki onun maraq dairəsi insan problemini,sosial qrup və təbəqələri,təsisatları və prosesləri onların gündəlik fəaliyyətini,adamların gündəlik həyatını,bir sözlə,iqtisadi,siyasi və mənəvi sferaları əhatə edir,bunların sosioloji cəhətdən mənalandırılması isə zərurətə çevrilir.XX əsrin son onilliyində,xüsusilə,90-cı illərin ikinci yarısında sosiologiyanın predmetinin müəyyənləşdirilməsi istiqamətində Rusiya alimlərinin fəalliğının artması da nəzərə çarpır.Q.V.Osipovun rəhbərliyi altında çap olunan sosiologiyaya aid vəsaitdə onun predmeti belə izah olunur:<birliklər,siniflər və xalqların fəaliyyətində təzahürünə aid elmdir>>

Sosiologiyaşübhəsiz,bütövlükdə sosial sistem olmaqetibarilə cəmiyyət haqqında,bu sistemin ünsürləri vasitəsilə şərtlənən sosial fəaliyyət və soial inkişaf barədə elmdir.

Cəmiyyəti təşkil edən başlıca ünsürlər şəxsiyyət,mədəniyyət,sosial qruplar,sosial birliklər,sosial təsisatlar və sairədir.

Sosiologiyanın obyekti və predmetilə bağlı yürütdüyümüz mülahizələri və müqayisəli təhlilləri ümumiləşdirərək bu elmə aşağidakı tərifi vermək zənnimcə,daha məqsədə uyğundur.<>

Sosioloqlar sosiologiyanın predmetinin müəyyənləşdırılməsi baxımından aşağıdakı hadisələrə diqqət yetirilməsini daha zəruri hesab edirlər.

-Qrup halında qarşılıqlı fəaliyyət

-İnsanların qarşılıqlı fəaliyyəti və onun nəticələri

-İnsanların sosial münasibətləri

-Sosial təsisatlar

-Sosial təşkilatlar və onların insanların davranışına münasibəti

-Sosial qaydaların və nizamsızlığın <>

-Sosial qruplar

-İnsanların birlik formaları

-Sosial prosseslər

-Sosial mədəni hadisələr

Təsadüfi deyil ki,beynəlxalq ensiklopedik sosial elmə görə sosiaologiyanın predmetini <>.Ümumiyyətlə,ictimai həyatın bütün hadisə və prossesləri həyat fəaliyyətinin (iqtisadi,siyasi,sosial,ideoloji və s.) hansı formasında təzahür etməsindən asılı olmayaraq sosioloji idrakın obyekti ola bilər.

Sosiologyada <> anlayışı xüsusi əhəmiyyət kəsb edir. <> bu və ya digər ictimai münasibətlərin xassə və xüsisiyyətlərin məcmuu olub,fərdlərlə birliklərin konkret şəraitdə birgə fəaliyyət prossesində qarşılıqlı münasibətində təzahür edir.

Müasir sosioloji ədəbiyyatda sosiologiyanın anlayışlar sistemi müxtəlif cür şərh olunur.Çünki,tədqiqatçılar bu məsələyə münasibətdə birmənalı olmayan nəzəri – metodoloji mövqedən çıxış edirlər.Sosiologiyanın mahiyyətini və məzmununu səciyyələndirən cəhət hər şeydən əvvəl,onun kateqoriyalarıdır.

Digər elmlər kimi sosiologiyanın da özünəmaxsus kateqoriyaları vardır.Bu kateqoriyalar sosioloji idrakın inkişafı prossesində və sosial praktika əsasında təşəkkül taır və inkişaf edir.Onlar idrakın sosial gerçəkliyin mahiyyətinə nüfuz etməsini səciyyələndirir.

Sosiologiyanın mahiyyətini açıqlayan kateqoriyaları bir neçə qrupa ayırmaq olar.

Birinci qrup – Sosilogiyanın obyektinin təhlili,eləcə də sosiologiyanın dünya haqqında elmi təsəvvürlərlə əlaqəsinin səciyyələndirilməsi ilə bağlıdır.Bu mənada sosiologiyanın tədqiqat obyektini və predmetini nəinki bütövlükdə cəmiyyət həmçinin,onun ayri-ayri sferaları,təsisatları (dövlət dili və s.),siniflər,millətlər təşkil etməlidir.Vətəndaş cəmiyyəti və onun strukturu, siyasətin sosiologiyası və s. sosiologiyanın kateqoriyası kimi çıxış edə bilər.

İkinci qrup – kateqoriyaları sosiologiyanın predmetini şərh və izah edən anlayışların böyük məcmuusu əhatə edir.Əvvəla,bu anlayışlar şürun (fərd,qrup halinda və ictimai) xarakteristikası,novləri (siaysi,iqtisadi,əxlaqi,dini və s.) və spesifik xüsusiyyətləri ilə (ictimai rəy,kütləvi şüur) bağlıdır.İkincisi,onlar adamların real davranışını səciyyələndirir.Bu isə insanların davaranışını və fəaliyyətinin nəinki nəzəri eləcə də empirik səviyyədə tədqiq olunmasını nəzərdə tutur.

Üçüncü qrup – fərdlərin,sosial təbəqə və qrupların real şüuru və davranışına aiddir.Burada subyektiv fəaliyyətin xüsusi qrupları (xalqlar,etnos və s.) əhəmiyyətli yer tutur.Xeyli anlayışlar isə ailə ilə əlaqədardır.

Dördüncü qrup – kateqoriyalara sosioloji idrakın vasitələri daxildir.Burada həm metodoloji kateqoriyaların (proqramlar,hipotezlər,ssenarilər və s.) həm də metodların (müşahidə,sorğu,müşahibə eksperiment və s.) məcmuu mühüm yer tutur.

Beşinci qrup – katreqoriyaları sosiologiyanınmüxtəlif funksiyaları haqqinda təsəvvürümüzü dərinləşdirməsi ilə səciyyələnir.

Altıncı qrupa – aid olan kateqoriya və anlayışlar nəinki sosiologiyaya xidmət edir,eləcə də digər elmi biliklər sferasi üçün əhəmiyyətlidir.Məsələn:sosiologiyada demoqrafiya (miqrasiya,sağlamlıq və s.),sosial psixologiya,(hakimiyyət,siyasi mədəniyyət və s.) ilə qohum anlayışlar az deyildir.Sosiologiyanın kateqoriya və anlayışları tükənməz deyil.Bunların da müəyyən hakimiyyət həddi var.Bu hədd sosiologiyanı həqiqi və müstəqil elm kimi təsdiqləyən amillərdəndir.

Sosiologiya məhz,<>.Bu tərif sosiologiyanın predmetini nisbətən məhdud əks etdirsə də bütövlükdə onun həddini səciyyələndirir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə