Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydas I bu Qayda «Məşğulluq haqqında»




Yüklə 50.67 Kb.
tarix10.04.2016
ölçüsü50.67 Kb.


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2005-ci il 22 noyabr

tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi
Q A Y D A S I

Bu Qayda «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir.


1. Ümumi müddəalar

    1. Kvota şamil edilməyən müəssisələr istisna olmaqla mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda (bundan sonra - müəssisə) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.

Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi müvafiq normativ-hüquqi aktlar ilə qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

    1. Kvotanın miqdarı ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir.

      1. işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə kvotanın miqdarı işçilərin orta illik siyahı sayının 3 faizi (1 iş yerindən az olmamaqla) miqdarında müəyyən edilir. Bu halda həmin iş yerlərindən biri əlillər üçün nəzərdə tutulur.

      2. işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə kvotanın miqdarı işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər üçün nəzərdə tutulmaqla) müəyyən edilir.

      3. işçilərinin sayı 100-dən çox olan müəssisələrdə kvotanın miqdarı işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər üçün nəzərdə tutulmaqla) müəyyən edilir.




    1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına aşağıdakılar aid olunur:

  • əlillər;

  • 20 yaşadək gənclər;

  • yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;

  • əlil uşaqları tərbiyə edən qadınlar;

  • pensiya yaşına 2 ildən az qalmış şəxslər;

  • cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;

  • məcburi köçkünlər;

  • müharibə veteranları;

  • şəhid ailələri.




  1. Kvota təyin edilməsi qaydası

    1. İşəgötürənlər hər il 1 iyul tarixinə olan məlumata əsasən müəssisədəki iş yerlərinin sayı, işçilərin orta siyahı sayı haqqında Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin yerli orqanlarına (bundan sonra şəhər, rayon Məşğulluq Mərkəzləri) hər il avqust ayının 1-dək rəsmi məlumat verməlidirlər.

    1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota ilə müəyyən olunan işçilərin ümumi sayı, o cümlədən hər bir kateqoriya üçün ayrılıqda kvotanın sayı, bu Qaydanın 1.3-cü bəndində göstərilən vətəndaşların ərazi əmək bazarında iştirakından və kvota tətbiq olunan müəssisələrdəki işçilərin sayından asılı olaraq, şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən müəssisələr üçün hesablanır və Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsində müzakirə olunduqdan sonra sentyabr ayının 20-dək yerli icra hakimiyyəti orqanına təqdim olunur.

    2. Kvota üzrə işçilərin sayı oktyabr ayının 15-dək yerli icra hakimiyyəti orqanının qərarı ilə təsdiq olunur.

    3. Həmin qərardan çıxarış 15 gün ərzində şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən müəssisələrə çatdırılır.



3.Kvotanın tətbiq edilmə qaydası.

    1. Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən təsdiq olunmuş formada «Göndəriş»in ikinci hissəsində müvafiq qeydlər apararaq şəhər, rayon Məşğulluq Mərkəzinə təqdim edir.

    2. İşəgötürən tərəfindən «Göndəriş»in ikinci hissəsində müvafiq qeydlər aparılmaqla şəhər, rayon Məşğulluq Mərkəzinə təqdim edilməməsi halları da işə qəbul etməkdən imtina kimi qiymətləndirilir.

    3. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda, işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkəzinə ən geci 5 gün ərzində məlumat vermək şərti ilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər.

    4. Şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar müəssisələrə göndərilərkən həmin müəssisədə kvota üzrə işlə təmin edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sayı nəzərə alınır.

    5. Kvota tətbiq olunan müddətdə kvota üzrə müəyyən edilmiş iş yerində vakansiya yarandığı təqdirdə işəgötürənlər 5 gün ərzində şəhər, rayon Məşğulluq Mərkəzlərinə məlumat verməlidirlər.


4. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunmasında işəgötürənlərin məsuliyyəti

    1. Şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş əlilləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar.

4.2. Qanunvericiliklə nəzərdə tutulmuş inzibati cərimələr işəgöturən vəzifəli şəxsin(rəhbərin) əmək haqqından və ya digər gəlirlərindən tutulur.

Azərbayçan Respublikası Nazirlər

Kabinetinin 2005-ci il 22 noyabr

tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmişdir.




Kvota şamil edilməyən müəssisələrin




S İY A H I S I



1.Dövlət orqanları.
2.Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla).
3.Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoci fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla).
4.İşçiləri orta illik siyahı sayı iyirmi beş nəfərdən az olan müəssisələr.
5.Hərbi qurumların, hüquq-mühafizə, milli təhlükəsizlik və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, pentensiar müəssisələr və istintaq təcridxanaları.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə