Sortun mənşəyi




Yüklə 285.83 Kb.
tarix29.02.2016
ölçüsü285.83 Kb.
5.10. AzETPİ-nin pambıq sortları
3038. Bu sort respublikamız da 1976-cı ildə rayonlaşdırılmış­dır. Sortun müəllifləri Ə.M.Hüseynov, N.H.Yusibovadır.

Sortun mənşəyi. Sort tezyetişən 2684x2680 pambıq sort­larının çar­pazlaşdırılmasından alınan hibrid nəslindən təkrar seç­mə yolu ilə al­­­ın­mışdır. Ortalifli G.hirsutum L. növünə aiddir (şəkil 30).

Kolu yığcamdır, hündürlüyü 90-100 sm-dir.

Gövdəsi yoğun və möhkəmdir, yatmağa davamlıdır. Sort tez­ye­ti­şən olduğundan birinci meyvə budağı 4-5-ci buğumda əmələ gəlir. Aç­ıq-yaşıldır, orta dərəcədə tüklüdür, zəif dirsəkvaridir.



Şəkil 30. 3038
Meyvə budaqları II tipə mənsubdur, açıq-yaşıl rəngli, or­ta də­rə­cə­də tüklüdür.

Monopodial budaqları 1-2 ədəddir.

Yarpağı tünd-yaşıldır, nisbətən xır­dadır, əsas gövdə və bu­daq­la­rı üz­ə­rində 5 dilimli, bar budaqları üzə­rində isə 3 di­limli olur. Orta də­rə­­cə­də tüklüdür, dilimlənməsi zəifdir, yar­paq ayası düzdür.

Qozası orta irilikdə, səthi hamar və tünd-yaşıldır, uzunsov for­ma­ya malikdir, iti buruncuqlu, ulduzcuq­suz­dur.

Çiçəyi orta irilikdə, ləçəyi və tozcuğu açıq-sarı rənglidir.

Çiyidi orta dərəcədə tüklüdür, çirkli-boz rəngdədir. 1000 ədəd çi­yi­din kütləsi 115-122 qramdır.

Vilt xəstəliyinə sirayətlənir. 3038 pambıq sortu respublikada əki­l­ən sortlardan tez yetişir. Vegetasiya müddəti 125-128 gündür.



Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı 40-45 s/ha-dır. Müsabiqəli sort sınağında orta məhsul­dar­lığı 25-30 s/ha, bir qo­zadan alınan xam-pambığın kütləsi 6,3 qramdır. Lifin uçağanda uz­un­luğu 32,5-33,0 mm, lif çı­xımı 38-39%, lif məhsulu 11,4 s/ha-dır.

Lifin texnoloji göstəriciləri. Lifin qırılma yükü 5,0 qq, xət­ti dol­ğun­luğu 5200-5300 m/teks, nisbi qırılma uzunluğu 25,5-26,0 qq/teks, şta­pel uzunluğu 32/33 mm-dir.

3038 pambıq sortunun lifi kobud olduğu üçün toxuculuq səna­ye­sin­də V tipə uyğundur. İntensiv bartoplama və məh­sulun açım tem­pi­nə görə uzun ömürlü klassik sort sayılır.



Becərmə texnologiyası. Bu sort Muğan və Şirvan bölgə­sinin ağır tor­paqlarında yüksək məhsuldarlığa malik olmuşdur. Əkilməsi üçün mün­bit və yaxşı hamarlanmış torpaq götü­rül­məlidir.

Dondurma şumu 2 yaruslu və ya ön kotançıqlı kotanla apa­rıl­maq­la, noyabr ayının axırı və ya dekabrın əvvəlinədək başa çatdırıl­ma­lıdır. Bu sortun əkini üçün qış aratı edilməli və sə­pin qabağı be­cər­məyə qədər nəmliyi saxlamaq üçün sahə ma­lalanmalıdır. Səpin qabağı be­cərmə işləri başa çatdıqdan sonra torpaqda temperatur 14-16o C ol­duq­da aprel ayının 10-20-i sə­pin aparılmalıdır.

Səpin zamanı toxumlar 4-5 sm dərinliyə basdırılır. Adi tor­paq­lar­da bitki sıxlığı 90-100 min, ağır torpaqlarda isə 120-140 min nə­zər­də tutulur.

Vegetasiya dövründə 4 kultivasiya, 3 dəfə ketmənləmə və 2 də­fə yem­­ləmə gübrəsi verilməlidir. 70-70-65 suvarma re­ji­mində çiçək­ləmə fa­­­zasında suvarmaya başlamaq lazımdır.

Hektara gübrə norması bölgələr üzrə aşağıdakı kimidir:

Mil-Qarabağda azot 120-150 kq, fosfor 150 kq, kalium 50 kq.

Şirvan-Mil bölgələrində azot 120-150 kq, fosfor 150-180 kq, ka­li­um 50 kq.

Qərb bölgəsində azot 120-150 kq, fosfor 100-150 kq, kalium 50 kq.

Bütün zonalarda fosforun 80%-i, kaliumun hamısı don­dur­ma şu­mu­na, azot gübrəsinin 40%-i səpinqabağı, qalanı isə yemləmə za­manı ve­rilir.

I vegetasiya suvarmasına çiçəkləmə başlayandan sonra baş­lan­ma­lıdır. Suvarma arasındakı vaxt Mil-Qarabağ, Şirvan və Qərb böl­gə­sin­də 15-16 gün, Muğan-Salyan bölgəsində isə 18-20 gün ol­malıdır. Kol­larda 15-16 ədəd meyvə budağı əmə­lə gəldikdə avqust ayı­nın 5-nə qə­dər kimyəvi və ya mexaniki ucvurma başa çatdı­rıl­malıdır.



AzNİXİ-33. Bu sort respublikamızda 1989-cu ildə rayonlaş­dı­r­ıl­­mış­­dır. Sortun müəllifləri N.N.Kazımov, X.T.Məmmədovadır.

Sortun mənşəyi. Sort 2272x2018 pambıq sortlarının hibridləş­di­r­il­məsin­dən alınan formaların nəsilləri üzrə çox təkrarlı seçmə yolu ilə al­ınmışdır. Ortalifli G.hirsutum L. növünə aiddir (şəkil 31).


Şəkil 31. AzNİXİ-33
Kolu 100-110 sm hündürlükdə, yığ­cam, ensiz piramida for­ma­lı­dır.

Gövdəsi orta yoğunluqda, möh­kəm­dir, yatmağa davamlı­dır.

Meyvə budaqları I-II tipə aiddir və nisbətən iti bucaq şəklində əm­ələ gəlir.

Monopodial budaqları 1-2 ədəd olur və simpodial bu­daq­­lara nis­bətən iti bucaq altında əmələ gəlir.

Yarpaqları orta irilikdə, 5 dilimli, açıq-yaşıl rəngdədir. Yar­paq ay­asının kənarları qırçınlıdır.

Çiçəyi orta irilikdə, qədəh formalı, tozcuğu açıq-sarı rəng­dədir.

Qozası orta irilikdə, yumurtavari, iti buruncuqlu və zəif ul­­duz­cuq­ludur.

Çiyidi nisbətən xırdadır, az tüklü, çirkli-zümrüd rəng­dədir. 1000 əd­əd toxumun çəkisi 105-110 qramdır.

Vilt xəstəliyinə nisbətən davamlı sortdur. Tezyetişən ol­maqla ve­ge­tasiya müddəti 130 gündür.



Təsərrüfat göstəriciləri. Sortun potensial məhsul­dar­­lığı 50 s/ha-dır, müsabiqəli sort sınağında orta məhsuldar­lığı 30 s/ha, bir qozadan al­ınan xam-pambığın kütləsi 5,6-6,0 qram­dır. Lifin uçağanda uzun­lu­ğu 34 mm, lif çıxımı 37,0 %, lif məh­sulu 11,1 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 4,7 qq, xətti dol­ğun­­luğu 5850 m/teks, nisbi qırılma uzunluğu 27,5 qq/teks, ştapel uz­un­luğu 33/34 mm-dir.

AzNİXİ-33 sortu lifin texnoloji keyfiyyətinə görə V tipin təla­ba­­tını ödəyir.



Becərmə texnologiyası. Dondurma şumu noyabrda aparıl­malı­dır. Sahə səpin qabağı malalanmalı və yaxşı hamar­lanmalıdır. Səpinə or­­­ta temperatur 12-13o C olduqda başlamaq lazımdır. Bu müd­dət Mu­ğan-Salyan və Şirvan bölgələrində aprelin birinci, Mil-Qara­bağ böl­gə­lə­r­ində isə ikinci ongünlüyə təsadüf edir.

Toxum arat olunmuş sahələrdə ağır qranulometrik tərkibli tor­paq­­­­larda 4 sm, yüngül torpaqlarda 5 sm dərinliyə, səpsuvar olu­nacaq sa­­hələrdə isə 3-4 sm dərinliyə basdırılır. Səpin bü­tün bölgələrdə ap­re­l­in 25-də başa çatmalıdır.

Cərgəarası 60 sm olan əkinlərdə becərmələri 40-45 sm enində ap­armaq lazımdır. Kultivatorun kənar işçi orqanları 6-8 sm, orta işçi or­qanları isə 12-14 sm dərinliyə quraşdırılma­lıdır. Birinci kompleks be­­cərmə mayın 15-nə kimi qurtarma­lıdır.

Seyrəltmə cərgəarası 60 sm olan əkinlərdə 12-15 sm-də bir bitki, 90 sm-lik əkinlərdə isə 8-10 sm-də bir bitki sax­la­nılır.

Gübrə verilərkən fosforun illik normasının 80%-i şum altına, 20%-i isə səpinlə birlikdə və çiçəkləmə mərhələsində yemləmə şək- lin­də verilir. Azot gübrəsinin 40%-i səpin qaba­ğı, digər hissəsi qön­çə­ləmə mərhələsində verilməlidir. Bu mərhələdə kalium gübrəsi də ve­ril­məlidır. Mineral gübrələr olmadıqda şum altına 20 t peyin ve­ril­məsi məs­ləhətdir.

Yüksək məhsul almaq üçün Muğan-Salyan bölgələrində hektara 150-160 kq azot, 120-130 kq fosfor və 50-70 kq ka­lium tələb olunur. Suvarma 70-70-65 (4 su) rejimində, kütləvi çiçəkləmə mərhələsindən əv­vəl başlanmalıdır.

Mil-Qarabağ bölgəsində hektara 200-250 kq azot, 160-170 kq fos­­for və 80-90 kq kalium tələb olunur. Bu bölgədə su­var­ma 70-70-65 (4 su) rejimində, çiçəkləmə mərhələsində baş­lanır.

Şirvan bölgəsində hektara 180-190 kq azot, 130-140 kq fosfor, 70-80 kq kalium gübrəsi vermək lazımdır. Suvarma arası müddət 18-20 gün olmalıdır.

Bitkilərin ucunun vurulması kolda 13-15 ədəd barəmələ gəldikdə aparmaq məsləhətdir.

Muğan-395 . Muğan-395 sortu 1989-cu ildə rayonlaşdırılmış­dır­. Sortun müəllifi N.Z.Ələkbərovdur.

Sortun mənşəyi. Sort Muğan 355x3312 sortlarının hibrid­ləş­mə­sin­dən alınan nəsildən çox təkrarlı istiqamətli seçmə yolu ilə alın­mış­dır. Muğan-395 pambıq sortu ortalifli G.hirsutum L. növünə aiddir (şəkil 32).

Kolu yığcam, piramida şəkillidir, hün­dürlüyü 100-110 sm-dir.

Gövdəsi orta dərəcədə tüklü, yatmağa qarşı davamlıdır.

Meyvə budağı I-II tip budaqlanmaya aiddir. 1-ci bar budağı 5-6-cı buğumda olur.

Monopodial budaqları 1-2 ədəddir.

Yarpaqları orta böyüklükdə, açıq-yaşıl rəngdə olub, 5 di­lim­li­dir.

Çiçəyi orta böyüklükdə, ləçəkləri və tozcuqları sarı-krem rən­gin­də­dir.

Qozası iri yumurtavari, küt buruncuqlu, ulduzcuğu yoxdur.

Çiyid boz rəngdə, tüklə örtülü olub, 1000 ədədinin mütləq çə­kisi 120-122 qramdır.

Vilt xəstəliyinə nisbətən davamlıdır. Vegetasiya müddəti 128-130 gündür.



Təsərrüfat göstəriciləri. Sortun po­ten­sial məhsul­dar­lığı hektar­dan 40-45 sentnerdir, müsabiqəli sort sınağında orta məh­­sul­darlıq 30,0 s/ha olmuşdur.



Şəkil 32. Muğan-395
Bir qozadan alınan xam pam­bığın kütləsi 6,0 qramdır. Lifin uça­ğanda uzunluğu 34,5 mm, lif çıxımı 37,0%, lif məh­su­lu 11,1 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 4,7 qq, xətti dol­ğun­luğu 5800 m/teks, nisbi qırılma uzunluğu 27,5 qq/teks, ştapel uz­un­luğu 34/35 mm-dir.

Muğan-395 sortu IV tip lif keyfiyyətinə malikdir.



Becərmə texnologiyası. Dondurma şumu noyabrda apa­rıl­malı­dır. Sahə səpin qabağı malalanmalıdır. Səpinə hava­da 12-13o C tempe­ra­tur olduqda başlamaq lazımdır. Bu müddət Muğan-Salyan və Şir­van böl­gələrində aprelin birinci, Mil-Qarabağ bölgələrində isə ikinci on­gün­­lüklərinə təsadüf edir.

Arat olunmuş sahələrdə ağır qranulometrik tərkibli tor­paqlar­da to­xum 4 sm, yüngül torpaqlarda 5 sm, səpsuvar olu­nacaq sahə­lərdə 3-4 sm dərinliyə basdırılmalıdır. Səpin bütün bölgələrdə aprelin 25-də ba­şa çatmalıdır.

Becərmələr cərgəarası 60 sm olan əkinlərdə 40-45 sm, 90 sm-lik ək­inlərdə isə 70-75 sm enində aparılır. Kultivatorun kə­nar işçi or­qan­la­rı 6-8 sm, orta işçi orqanları isə 12-14 sm də­­rinliyə nizamlan­malıdır. Bi­rinci kompleks becərmə mayın 15-nə kimi qurtarmalıdır.

Seyrəltmə cərgəarası 60 sm olan əkinlərdə 12-15 sm-dən bir bit­ki, 90 sm-lik əkinlərdə isə 8-10 sm-dən bir bitki saxlanılır.

Gübrə verilərkən fosforun illik normasının 80%-i şum al­tına, 20%-i isə səpinlə birlikdə və çiçəkləmə mərhələsində yem­­­ləmə şək­lin­də verilir. Azot gübrə normasının 40%-i səpin qabağı, digər hissəsi qön­çələmə mərhələsində verilməlidir. Bu mərhələdə kalium gübrəsi də verilməlidır. Mineral güb­rələr olmadıqda şum altına hektara 20 ton pe­yin ve­rilməsi məslə­hət­dir.

Yüksək məhsul almaq üçün Muğan-Salyan bölgəsində hek­tara 150-160 kq azot, 120-130 kq fosfor və 50-70 kq kali­um tələb olunur. Su­varma rejimi 70x70x65 (4 su) sxemində, kütləvi çiçəkləmə mərhə­lə­sindən əvvəl aparılmalıdır.

Mil-Qarabağ bölgəsində hektara 200-250 kq azot, 160-170 kq fos­for və 80-90 kq kalium tələb olunur. Bu bölgədə su­varma 70x70x65 (4 su) rejimində, çiçəkləmə mərhələsində başlanır.

Şirvan bölgəsində hektara 180-190 kq azot, 130-140 kq fosfor və 70-80 kq kalium gübrəsi vermək lazımdır. Suvarma 65x70x65 (3 su) sxe­mində aparılır. Suvarma arası müddət 18-20 gün olmalıdır.

Bitkilərin ucunun vurulması kollarda 13-15 ədəd bar budağı əm­ə­lə gəldikdə aparmaq məsləhətdir.

AzNİXİ-104. Bu sort respublikamızda 1994-cü ildə rayonlaş­dı­rıl­mış­dır. Sortun müəllifləri T.Q.Mahmudov, F.X.Məmmədov və b. Res­­pub­likamızda 2000-ci ilə kimi 61100 ha sahədə əkilib.

Sortun kəmiyyət keyfiyyət göstəriciləri. Ve­ge­tasiya müddəti 130 gün, məhsuldarlığı 32,1 s/ha, 1 qoza­nın çəkisi 6,3 q, lif çıxımı 35,3%, lifin uzunluğu 35,5 mm, li­fin qırılma yükü 4,6 qq, lifin xətti dol­ğunluğu 6350 m/teks, lifin qırılma uzunluğu 29,2 qq/teks, viltlə si­ra­yətlənmə 15%-dir (şəkil 33).

IV tip lif keyfiyyətinə malikdir.

Məhsulun açım tempinə görə digər sortlardan fərqlənir. Açım eyni vaxtda olduğundan məhsulun tez və itkisiz yığıl­ma­sına imkan ve­rir.



Şəkil 33. AzNİXİ-104
Becərmə texnologiyası. Vaxtında və düzgün aparıl­mış don­dur­ma şumu məhsuldarlığın əsas amillərindən olduğu­na görə dekabr ayı­nın 10-a kimi başa çatdırılmalıdır. Əgər əsas şum yoncadan sonradırsa on­da oktyabr ayının 20-dək üzləmə, dekabrın 1-ci ongünlüyündə isə şum aparılmalıdır. Üzləmə zamanı yoncanın kök boğazı 8-10 sm də­r­in­likdə kə­­silməlidir. Yanvarın 15-dək arat aparılmalıdır. Şumla arat ar­asında 20 gün fasilə verilməlidir.

Əgər torpağın su saxlama qabiliyyəti pisdirsə və ya qum­saldırsa on­da torpaq yaz aratına qoyulmalıdır. Yaz aratının aparılma müddəti mart ayının 15-dən, aprel ayının 5-nə kimidir. Pam­bıq altından çıxmış sa­hələr 28-30 sm, yonca altından çıxmış sa­hələr isə birinci il 32-35 sm, ikinci il isə 22-24 sm də­rin­liyində iki yaruslu və ön ko­tancıqlı ko­t­an­la dondurma şumu aparılmalıdır.

Səpin qabağı becərmə zamanı «ziq-zaq» və ya yerli ağır ma­la­dan is­tifadə edilməklə sahə tam hamarlanmalıdır. Aqro­texniki qay­dalara düz­­gün əməl edilməsi toxumun normal çı­xışına, nəmliyin it­məməsinə və alaq otlarının 60-70% məhvinə səbəb olur.

Torpaqda temperatur 12-14o C olduqda respublikanın qərb böl­gə­sində aprelin 20-25-dək, Mil-Qarabağ bölgəsində ap­re­lin 15-20-dək, Şirvan, Muğan-Salyan bölgəsində isə aprelin 5-10-dək səpin aparıl­ma­lı­dır. Ümumiyyətlə, aprel ayının 25-dək sə­pin başa çatdırıl­malıdır.

Mil-Qarabağ bölgəsində səpin zamanı alaq otlarına qarşı zolaq üs­­ulu ilə herbisid verilməlidir.

Səpindən 12-14 saat əvvəl toxumlar nəmləndirilir, həmçi­nin xəs­tə­lik və zərərvericilərə qarşı dərmanlanır.

Arat olunmuş torpaqlarda toxumlar 4 sm, yüngül torpaq­larda 5 sm, səpsuvar olduqda isə 3-4 sm dərinliyə basdırılır.

Səpin norması hektara tüklü toxumlarda 70-80 kq, lütlən­miş to­x­um­larda isə 30-35 kq olmaqla hər metrə 40-45 ədəd to­xum səpilir.

Tam cücərtilər alındıqdan 5-7 gün sonra becərmələr baş­lanır.

Cərgəaralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm, 90 sm-lik əkinlərdə isə 70-75 sm enində aparılır.

Kultivatorun kənar işçi orqanları bitkilərdən 8-10 sm aralı 6-8 sm dərinliyə, orta işçi orqanları isə 12-14 sm dərinliyə quraşdırılır.

Cərgəaraları 90 sm olan əkinlərdə isə bu dərinlik 10-12 və 16-18 sm təşkil edir. Kultivasiyaların aparılması arasın­dakı müddət 22-25 gün olmalıdır.

Ketmənləmə 5-6 sm dərinlikdə aparılmalıdır. May ayının 15-dək I-ci kompleks becərmə başa çatmalıdır.

Seyrəltmə 60 sm-lik əkinlərdə12-15 sm-dən bir bitki (hek­tarda 100-120 min), 90 sm-lik əkinlərdə isə 8-10 sm-dən bir bitki (120-140) min saxlanmalıdır. Ağır torpaqlarda bu miq­da­rı 10-15% artırmaq olar.

Fosfor gübrəsinin 80%-i dondurma şumu altına, yerdə qa­lanı isə sə­pinlə birgə və ya qönçələmə dövrünədək verilmə­lidir.

Azot gübrəsinin 40%-i səpin qabağı becərmədə, qalanı çiçək­lə­mə fazasınadək verilir. Kalium gübrəsinin şum altına verilməsi məs­lə­hət­dir. Mineral gübrələr olmadıqda dondurma şu­mu altına hektara 25 ton üzvi gübrə kimi peyin verilməli və yaxud aralıq paxlalı bitkilərdən pa­yızlıq noxud, soya və s. əkilməsi məsləhətdir.

Qərb bölgələrində sələf yonca olduqda azot 75-100 kq, fos­for 100-120 kq, sonrakı illərdə isə əksinə, azot çox, fosfor az tələb olunur. 65-70-65 suvarma rejimində çiçəkləmədən əvvəl suvarmaya başlanılır.

Şirvan bölgəsində azot 160-200 kq, fosfor 130-165 kq, kalium 80-100 kq verilməli, 65-70-65 suvarma rejimində çiçəkləmə faza­sın­dan əvvəl suvarılmalıdır.

Mil-Qarabağ bölgəsində azot 120-160 kq, fosfor 85-110 kq, ka­li­um 60-80 kq tələb olunmaqla 70-70-65 suvarma reji­mində suvar­maya baş­lanmalıdır.

Muğan-Salyan bölgəsində verilən gübrə müvafiq ola­raq 150-160 kq, 120-130 kq, 50-70 kq təşkil edir. Bu bölgə üz­rə suvarma çi­çək­lə­mə fazasından əvvəl 70-70-65 rejimində aparılır.

Pambıq kollarında 13-15 və ya 16-18 ədəd meyvə budağı olduq­da, yaxud hər kolda 3-4 ədəd normal qoza olduqda (av­qust ayının 5-dək) kimyəvi və ya mexaniki ucvurma aparı­lmalıdır.

Hektara 75 q 5%-li PİKS və ya 250 q t.e.m. 60% TUR p­­re­paratı 250-300 litr suda həll edilib, OBX-28 və ya əl çilə­yi­ci ilə sahəyə çi­lə­nir.



AzNİXİ-170. Bu sort 1994-cü ildə respublikamızda rayon­laş­dı­rıl­ıb. Sortun müəllifləri N.N.Kazımov, X.T.Məmmə­d­ova, T.K.Bür­­cə­liyeva, M.Ə.Rzayevadır. Respub­li­kamızda 2000-ci ilə kimi 91500 hek­tar sahədə əkilib.

Sortun kəmiyyət və keyfiyyət göstəriciləri. Ve­ge­ta­siya müd­dəti 135 gün, məhsuldarlığı 35,4 s/ha, 1 qoza­nın çəkisi 6,5 q, lif çıxımı 35,7%, lifin uzunluğu 34,5 mm, li­fin qırılma yükü 4,7 qq, lifin xətti dol­­­ğunluğu 6220 m/teks, lifin qı­rılma uzunluğu 29,2 qq/teks, viltlə si­ra­­­yətlənmə 13%-dir. IV tip lif keyfiyyətinə malikdir (şəkil 34).

Becərmə texnologiyası. Vaxtında və düzgün aparıl­mış dondur­ma şumu məhsuldarlığın artırılmasında əsas amillərdən biri olduğu üç­ün şum dekabr ayının 10-a kimi başa çatdırılmalıdır. Əgər yoncadan son­ra­dırsa, oktyabr ayının 20-dək üzləmə, de­kabrın1-ci ongünlü­yündə isə şum aparılmalıdır.


Şəkil 34. AzNİXİ-170
Üzləmə zamanı yoncanın kök boğazı 8-10 sm dərin­liyində kə­sil­mə­li sonra isə şumlanmalıdır. Yanvarın 15-dək arat apa­­rılmalıdır. Şum­­­­­la arat arasında 20 gün fasilə verilməlidir. Əgər torpağın su sax­la­ma qabiliyyəti pisdirsə və ya torpaq qu­msaldırsa torpaq yaz aratına qo­­y­ulmalıdır. Yaz aratının apa­rıl­ma müddəti mart ayının 15-dən aprel ay­ının 5-ə qədərdir. Pam­­bıq altından çıxmış sahələr 28-30 sm, yonca al­­­­tından çı­xmış sahələr isə birinci il 32-35 sm, ikinci il 22-24 sm də­r­in­­­likdə iki yaruslu və ön kotancıqlı kotanla dondurma şu­mu apa­rıl­ma­lı­­­dır.

Səpin qabağı becərmə zamanı «ziq-zaq» və ya yerli ağır ma­la­dan is­­­tifadə edilməklə sahə tam hamarlanmalıdır. Aqro­tex­niki qay­dalara düz­­­­­­­­gün əməl edilməsi toxumun normal çıxı­şına nəmliyin itməməsinə və alaq otlarının 60-70% məhvinə sə­bəb olur.

Torpaqda temperatur 12-14o C olduqda respublikanın qərb böl­gə­­sində aprelin 20-25-də, Mil-Qarabağ bölgəsində 15-20-də, Şirvan, Mu­­­ğan-Salyan bölgəsində isə aprelin 5-10-dək sə­pin aparılmalıdır. Üm­um­­iyyətlə aprel ayının 25-dək səpin başa çatdırılmalıdır.

Mil-Qarabağ bölgəsində səpin zamanı alaq otlarına qarşı zolaq üs­­­­ulu ilə herbisid verilməlidir. Səpindən 12-14 saat əvvəl toxumlar nəm­ləndirilir, həmçi­nin xəs­­­­təlik və zərərvericilərə qarşı dərmanlanır.

Arat olunmuş torpaqlarda toxumlar 4 sm, yüngül torpaq­larda 5 sm, səpsuvar olduqda isə 3-4 sm dərinliyə basdırılır.

Səpin norması hektara tüklü toxumlarla 70-80 kq, lütlən­miş to­x­umlarla 30-35 kq olmaqla hər xətti metrə 40-45 ədəd to­xum səpilir. Tam cücərtilər alındıqdan 5-7 gün sonra becər­mələr başlanır.

Cərgə aralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm, 90 sm-­lik əkinlərdə isə 70-75 sm enində aparılır.

Kultivatorun kənar işçi orqanları bitkilərdən 8-10 sm aralı 6-8 sm dərinliyə, orta işçi orqanları isə 12-14 sm dərinliyə quraşdırılır.

Cərgə araları 90 sm olan əkinlərdə isə bu dərinlik 10-12 və 16-18 sm təşkil edir. Kultivasiyaların aparılması arasındakı müddət 22-25 gün olmalıdır.

Ketmənləmə 5-6 sm dərinlikdə aparılmalıdır. May ayının 15-dək V kompleks becərmə başa çatmalıdır.

Seyrəltmə 60 sm-lik əkinlərdə 12-15 sm-dən bir bitki (hek­tarda 100-120 min), 90 sm-lik əkinlərdə isə 8-10 sm-dən bir bitki (120-140 min) saxlanmalıdır. Ağır torpaqlarda bu miqdarı 10-15% ar­tırmaq ol­ar.

Fosfor gübrəsinin 80%-i dondurma şumu altına, yerdə qa­lanı isə sə­­pinlə birgə və ya qönçələmə dövrünədək verilmə­li­dir.

Azot gübrəsinin 40%-i səpin qabağı becərmədə, qalanı çi­çək­lə­mə fazasınadək verilir. Kalium gübrəsinin şum altına ve­ril­məsi məs­lə­hət­­dir. Mineral gübrələr olmadıqda hər hektara 25 ton olmaqla don­dur­­­­ma şumunun altına üzvi gübrə kimi peyin verilməli və yaxud, ar­a­lıq pax­lalı bitkilərdən payızlıq noxud, soya və s. əkilməsi məsləhətdir.

Qərb bölgəsində sələf yonca olduqda azot 75-100 kq, fos­for 100-120 kq, sonrakı illərdə isə əksinə azot çox, fosfor az tələb olunur. 65-70-65% suvarma rejimində çiçəkləmədən əvvəl suvarmaya baş­la­nır.

Şirvan bölgəsində azot 160-200 kq, fosfor 130-165 kq, ka­lium 80-100 kq verilməli, 65-70-65% suvarma rejimində çi­çək­ləmə faza­sın­­­­dan əvvəl suvarmalıdır.

Mil-Qarabağ bölgəsində azot 120-160 kq, fosfor 85-110 kq, ka­li­um 60-80 kq tələb olunmaqla suvarma 70-70-65% rejimin­də apa­r­ıl­malıdır.

Muğan-Salyan bölgəsində isə müvafiq olaraq 150-160 kq, 120-130 kq, 50-70 kq təşkil edir. Bu bölgə üzrə suvarılma çi­çək­ləmə fa­za­sın­dan əvvəl 70-70-65% rejimində aparılır.

AzNİXİ-170 sortu fosfor gübrəsinə daha çox həssas oldu­ğu­na gö­­rə bu sortun əkinlərində bölgələr üzrə fosfor gübrəsi­nin optimal nor­ması maksimum götürülməlidir. Birinci vege­ta­si­ya suvarmasına isə çi­­­çəkləmə müşahidə edildikdə başlan­ma­lıdır.

Pambıq kollarında 13-15 və ya 16-18 ədəd meyvə budağı ya­xud, hər kolda 3-4 ədəd normal qoza olduqda avqust ayının 5-dək kim­yəvi və ya mexaniki ucvurma aparılmalıdır.

Hektara 75 q 5%-li PİKS və ya 250 q t.e.m. 60% TUR pre­pa­ra­tı 250-300 litr suda həll edilib, OBX-28 və ya əl çilə­yicisi ilə sahəyə çi­lənir.



AzNİXİ-195. Bu sort respublikamızda 1998-ci ildə rayonlaş­dı­r­ılmışdır. Sortun müəllifləri T.Q.Mahmudov, L.C.Sadıxova, F.X.Məm­mə­dov, S.İ.Eldarov, M.İ.Kazımov, Q.Ə.Axundovdur.

Sortun mənşəyi. Sort təkrar bekkross etməklə Acala 4-41x3012x C-4727x3273 istiqamətli seçmə yolu ilə alın­mış­dır. AzNİXİ-195 pam­bıq sortu ortalifli G.hirsutum L. növünə aiddir (şəkil 35).

Kolu yığcam, piramida şəkillidir, hün­dür­lüyü 90-100 sm-dir.

Gövdəsi antosian ləkəli, zəif tüklü və yatmağa davamlıdır.

Meyvə budaqları I-II tip budaqlan­maya aiddir.





Şəkil 35. AzNİXİ-195




Monopodial budaqları 1-2 ədəd olur.

Yarpaqları orta irilikdə, tünd-yaşıl rəngli, 3-5 dilimlidir.

Çiçəyi orta irilikdə, sarımtıl krem rəngli, tozcuqları isə sa­rı rəng­lidir.

Qozası iri, yumurtavari formalı, küt uca malik, zəif ulduz­cuq­lu­dur.


Çiyidin rəngi bozdur, 1000 ədəd çiyidin mütləq çəkisi 122 qr-­dır.

Vilt xəstəliyinə nisbətən davamlıdır. AzNİXİ-195 sortu tez­yeti­şən olmaqla vegetasiya müddəti 124 gündür.



Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı hek­tar­dan 45-50 sentner, müsabiqəli sort sınağında orta məh­sul­­dar­lığı 31,8 s/ha, bir qozadan alınan xam pambığın kütləsi 6,2 qramdır. Lifin uça­ğ­an­da uzunluğu 35,0 mm, lif çıxımı 35,6%, lif məhsulu 11,3 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 4,9 qq, xətti dol­ğun­lu­ğu 6000 m/teks, nisbi qırılma uzunluğu 29,4 qq/teks, ştapel uzunluğu 34/35 mm-dir. IV tipin təlabatına cavab verir.

Becərmə texnologiyası. Vaxtında və düzgün aparılmış don­dur­ma şu­mu məhsuldarlığın artırılmasında əsas amillərdən biri olmaqla de­kabr ayının 10-a kimi başa çatdırılmalıdır. Əgər yoncadan son­radırsa ok­tyabr ayının 20-dək üzləmə, dekabrın 1-ci ongün­lüyündə isə şum ap­a­rılmalıdır.

Üzləmə zamanı yoncanın kök boğazı 8-10 sm dərinliyində kə­sil­mə­­lidir. Yanvarın 15-dək arat aparılmalıdır. Şumla arat ara­sında 20 gün fasilə verilməlidir. Əgər torpağın su saxlama qabiliyyəti pisdirsə və ya torpaq qumsaldırsa yaz aratına qo­yul­malıdır. Yaz aratının apa­rıl­ma müddəti mart ayının 15-dən aprel ayının 5-nə kimidir. Pambıq al­­tından çıxmış sahələr 28-30 sm, yonca altından çıxmış sahələr isə bi­r­inci il 32-35 sm, ikin­ci il isə 22-24 sm dərinliyində iki yaruslu və ön ko­­tancıqlı kotanla dondurma şumu aparılmalıdır.

Səpin qabağı becərmə zamanı «ziq-zaq» və ya yerli mala­dan is­ti­fa­də edilməklə sahə tam hamarlanır. Aqrotexniki qay­dalara düz­gün əm­­əl edilməsi toxumun normal çıxışına, nəm­liyin itməməsinə və alaq ot­larının 60-70% məhvinə sə­bəb olur.

Səpin torpaqda temperatur 12-14o C olduqda respubli­kanın qərb bölgəsində aprelin 20-25, Mil-Qarabağ bölgəsində 15-20, Şirvan, Mu­ğan-Salyan bölgəsində isə aprelin 15-dək apa­rılmalıdır. Ümu­miy­yətlə, aprel ayının 25-dək səpin başa çat­malıdır.

Mil-Qarabağ bölgəsində səpin zamanı alaq otlarına qarşı zolaq üs­ulu ilə herbisid verilməlidir.

Səpindən 12-14 saat əvvəl toxumlar nəmləndirilir, həmçi­nin xəs­tə­lik və zərərvericilərə qarşı dərmanlanır.

Arat olunmuş torpaqlarda toxumlar 4 sm, yüngül torpaqlar­da 5 sm, səpsuvar olduqda isə 3-4 sm dərinliyə basdırılır.

Səpin norması hektara tüklü toxumlarla 70-80 kq, lütlənmiş to­x­umlarla isə 30-35 kq olmaqla, hər xətti metrə 40-45 ədəd toxum sə­pi­l­ir.

Tam cücərtilər alındıqdan 5-7 gün sonra becərmələr baş­lanır.

Cərgə aralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm, 90 sm-lik əkinlərdə isə 70-75 sm enində aparılır.

Kultivatorun işçi orqanları bitkilərdən 8-10 sm aralı, 6-8 sm də­r­in­liyə, pəncələr isə 12-14 sm dərinliyə quraşdırılır.

Cərgə araları 90 sm olan əkinlərdə isə bu dərinlik 10-12 sm və 16-18 sm təşkil edir. Kultivasiyaların aparılması ara­sındakı müddət 22-25 gün olmalıdır.

Ketmənləmə 5-6 sm dərinlikdə aparılmalıdır. May ayının 15-dək I-ci kompleks becərmə başa çatdırılmalıdır.

Seyrəltmə 60 sm-lik əkinlərdə 12-15 sm-dən bir bitki (hek­tarda 100-120 min), 90 sm-lik əkinlərdə isə 8-10 sm-dən bir bit­ki (120-140 min) saxlanılmalıdır. Ağır torpaqlarda bu miq­darı 10-15% artırmaq olar.

Fosfor gübrəsinin 80%-i dondurma şumu altına, yerdə qalanı isə sə­pinlə birlikdə və ya qönçələmə dövrünədək veril­mə­lidir.

Azot gübrəsinin 40%-i səpin qabağı becərmədə, qalanı çiçək­lə­mə fazasınadək verilir. Kalium gübrəsinin şum altına verilməsi məs­lə­hətdir. Mineral gübrələr olmadıqda dondurma şumunun altına hek­tara 25 ton peyin verilməli və yaxud ara­lıq paxlalı bitkilərdən pa­yız­lıq no­xud, soya və s. əkilməsi məs­ləhətdir.

Qərb bölgəsində sələf yonca olduqda azot 70-75, fosfor 100-120 kq, son­rakı illərdə isə əksinə azot çox, fosfor az tələb olunur. 65-70-65% suvarma rejimində, çiçəkləmədən əvvəl suvarma­ya başlanılır.

Şirvan bölgəsində azot 160-200 kq, fosfor 130-165 kq, ka­lium 80-100 kq verilməli, 65-70-65% suvarma rejimində çi­çək­ləmə fa­zasından əvvəl suvarılmalıdır. Mil-Qarabağ bölgə­sində azot 120-160 kq, fosfor 85-110 kq, kalium 60-80 kq tələb olunmaqla suvarma 70-70-65% rejimində suvarmaya baş­la­nılmalıdır.

Muğan-Salyan bölgəsində bu miqdar müvafiq olaraq 150-160 kq, 120-130 kq, 50-70 kq təşkil edir. Bu bölgə üzrə suvar­ma çi­çək­lə­mə fazasından əvvəl 70-70-65% rejimində aparılır.

Pambıq kollarında 13-15 və ya 16-18 ədəd meyvə budağı yaxud hər kolda 3-4 ədəd normal qoza olduqda avqust ayının 5-dək kimyəvi və ya mexaniki ucvurma aparılmalıdır.

75 q 5%-li PİKS və ya 250 q t.e.m. 60%-li TUR preparatı 250-300 litr suda həll edilib OBX-28 və ya əl çiləyicisi ilə sa­həyə çilənir.

Gəncə-2. Gəncə-2 pambıq sortu 2002-ci ildə rayonlaşdırılıb. Sor­­­tun müəllifləri Ə.Ə.Tağıyev, M.Ə.Rzayeva, Ş.M.Əliyevdir.

Sortun mənşəyi. Sort təcrübi mutagenez metodu ilə Mutant-24/6 formasından çox təkrarlı istiqamətli seçmə yolu ilə alınmışdır. Gəncə-2 pam­bıq sortu ortalifli G.hirsutum L. növünə aiddir (Şəkil 36).

Kolu yığcam, piramida şəkillidir, hündürlüyü 100-120 sm-dir.

Gövdəsi qabırğalı və möhkəmdir, nisbətən az tüklüdür.

Meyvə budaqları I-II tip budaq­lan­­maya aiddir.




Şəkil 36. Gəncə-2
Monopodial budaqları 1-2 ədəd olur.

Yarpaqları orta irilikdə, açıq-yaşıl rəngli, az tüklü, 3-5 di­lim­lidir.

Çiçəyi orta böyüklükdə, açıq-sarı rəngli, gövdəsində xal yox­dur.

Qozası iri, forması ovalvari, səthi hamar və tünd-yaşıl rəngli, bu­r­un­cuğu küt, ulduzcuğu zəif görünür.

Çiyidin üzəri lifaltlığı ilə ortülü olub, rəngi bozdur. 1000 ədəd çi­­yidin mütləq çəkisi 115-120 qramdır.

Vilt xəstəliyinə nisbətən davamlı sortdur. Gəncə-2 pam­bıq sortu tez­yetişən olmaqlavegetasiya müd­dəti 130 gündür.



Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı 50-55 s/ha-dır. Müsabiqəli sort sınağında orta məhsuldar­lığı 30,2 s/ha, bir qo­zadan alınan xam pambığın kütləsi 6,6 qram­dır. Lifin uçağanda uz­un­luğu 36,1 mm, lif çıxımı 37,7%, lif məhsulu 1,4 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 5,0 qq, xət­ti dol­ğun­luğu 5930 m/teks, nisbi qırıma uzunluğu 29,4 qq/teks, ştapel uz­­un­lu­ğu 34/35 mm-dir. Gəncə-2 pambıq sortu IV tipin təlabatına ca­v­ab ve­rir.

Becərilmə bölgələri sələfləri. Muğan-Salyan, Şirvan və Mil-Qa­rabağ bölgələrində becərilməsi təklif olunur. Yon­ca və taxıl bit­ki­lə­r­indən sonra səpilməsi tövsiyə olunur.

Səpinə havada temperatur 12-13o C olduqda başlamaq lazımdır. Bu müddət aprelin birinci və ikin­ci ongünlüyünə təsadüf edir.



Səpin norması hektara 60-80 kq-dır. Bitki sıxlığı hek­ta­ra 90-110 min bitki saxlanmalıdır.

Gübrə norması Gəncə-2 pambıq sortu intensiv tipli oldu­ğun­dan on­un əkinlərindən yüksək məhsul almaq üçün bütün böl­gələrdə azot, fos­for, kalium gübrələrinin maksimum nor­ma­­larından istifadə edil­mə­li­dir. Bütün bölgələrdə fosforun 80%-i, kaliumun hamısı don­durma şu­mu altına, azot gübrə­si­nin 40%-i səpin qabağı, qalanı isə yem­ləmə za­manı verilir.



Suvarma rejimi. 70-70-65 (4 su) sxemində, kütləvi çi­çək­ləmə mər­­hələsindən əvvəl başlanmalıdır. Suvarmalar arasın­da vaxt 15-18 gün olmalıdır.

Bitkilərin ucunun vurulması. Kollarda 13-15 ədəd bar buda­ğı əm­ələ gəldikdə aparmaq məsləhətdir. Ucvurma axırıncı vegeta­siya su­y­undan əvvəl aparıldıqda çox səmərəli olur.

Gəncə-8. Gəncə-8 pambıq sortu 2002-ci ildə rayonlaşdırıl­mış­dır. Sor­tun müəllifləri N.N.Kazımov, X.T.Məmmədova, S.S.Süley­man­­­o­va, T.K.Bürcəliyeva, R.İ.Nəbiyevdir.

Sortun mənşəyi. Sort uzaq növarası 3038 və S-6029 sortlarının çarpazlaşmasından alınan formaların nəsilləri üzrə çox təkrarlı seçmə yolu iləalınmışdır. Ortalifli G.hirsutum L. nö­­vünə aiddir (şəkil 37).

Kolu ümumi görünüşünə görə ana forması 3038 pambıq sortunu xatırlatsada qozasının iriliyi, yarpa­ğı­nın nisbətən iri açıq-yaşıl və ətli ol­ması ilə kəskin fərqlənir. Kolu yığcamdır, orta hündürlüyü 90-100 sm-dir.



Şəkil 37. Gəncə-8
Gövdəsi zəif tüklü, zəif antosian ləkəlidir.

Meyvə budaqları 1-1,5 tip budaqlanmaya aiddir.

Monopodial budaqları 2 ədəddir.

Yarpağı orta irilikdə, tüksüz, açıq-yaşıl, 3-5 dilimlidir.

Qozası orta irilikdə, uzunsov, solğun-yaşıl, səthi hamar, 4-5 dil­im­li, uc hissəsi kütdür.

Çiçəyi iridir, sarımtıl rəngdədir. Ləçəkləri və tozcuqları sarı- krem rəngdədir.

Çiyidi çirkli zümrüdü rəngdədir. 1000 ədəd çiyidin mütləq çə­kisi 117 qramdır.

Vilt xəstəliyinə və zərərvericilərə qarşı nisbətən davamlı sortdur. Gəncə-8 pambıq sortu tezyetişən sortlar qrupuna aid ol­maqla vege­ta­si­ya müddəti 134 gündür.



Təsərrüfat göstəriciləri. Sortun potensial məhsul­dar­lığı 50-55 s/ha-dır, müsabiqəli sort sınağında orta məhsul­darlığı 30,0 s/ha, bir qo­zadan alınan xam pambığın küt­ləsi 6,5 qramdır. Lifin uçağanda uz­un­­luğu 34,4 mm, lif çıxımı 36,1%, lif məhsulu 10,4 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 4,7 qq, xətti dol­ğun­­luğu 6320 m/teks, nisbi qırılma uzunluğu 29,6 qq/teks, ştapel uz­un­­­luğu 34/35 mm-dir.

Gəncə-8 pambıq sortunun lifinin texnoloji keyfiyyəti IV tipin tə­labatına cavab verir.



Sortun becərilmə aqrotexnikası. Gəncə-8 sortu­nun Muğan-Sal­yan və Mil-Qarabağ bölgələrində əkilməsi töv­si­yə olunur.

Optimal səpin müddəti aprel ayının ikinci ongün­lü­­yü­dür.

Bitki sıxlığı hektarda 90-100 min olmalıdır.

Qida rejimi. Sort mineral gübrələrə, xüsusi ilə azot güb­rəsinə çox həssaslıq göstərir. Ona görə də sələfdən asılı ola­raq bölgələr üçün op­­timal gübrə normalarında yüksək məhsul yetişdirilə bilər.

Suvarma rejimi. Sort üçün əlverişli 65-70-65 (üç su) su­varma re­­­­ji­midir. Birinci suvarma çiçəkləmə fazası ərəfə­sində aparılmalıdır. Tor­pağın su tutumundan asılı olaraq su­var­malar arası müddət 14-17 gün­dən çox olmamalıdır.

Ucvurma bitkilərdə 12-14 meyvə budaqları əmələ gəl­dik­də, axı­r­ın­cı vegetasiya suyundan əvvəl aparıldıqda çox sə­mə­rəli olur.

Sələf Gəncə-8 pambıq sortu üçün əlverişli yonca, tərə­vəz, paxlalı və pambıq bitkiləridir.

Gəncə-80. Gəncə-80 pambıq sortu respublikamızda 2006-cı il­də rayonlaşdırılıb. Sortun müəllifləri N.N.Kazımov, S.S.Süleymanova, R.İ.Nəbiyev, K.A.Bay­­ramovdur.

Sortun mənşəyi. Sort G.hirsutum L. növünə mənsub olan, Gən­cə-17 pambıq sortundan istiqamətli seçmə yolu ilə yara­dıl­mışdır (şəkil 38).

Gövdəsi yoğun, yatmağa qarşı davamlı, zəif tüklüdür. Bu­daq­lanması 1-1,5 tiplidir.

Qozası orta irilikdə, forması yumurtavaridir, məhsulu tö­külmür. Bir qozada xam pambığın kütləsi 5,8 qr-dır.





Şəkil 38. Gəncə-80




Kolu orta hündürlükdə (110 sm), yığcam, piramida forma­lı­dır.

Monopodial budaqları 1 ədəddir.

Toxumu orta irilikdə, orta dərə­cə­də tüklüdür, kül rənglidir. 1000 ədəd toxumun kütləsi 120 qramdır.


Vilt xəstəliyinə nisbətən davamlı sortdur.

Təsərrüfat göstəriciləri. Tezyetişəndir, vegetasiya müd­dəti 119 gün­­dür, Gəncə-80 pambıq sortunun potensial məh­­suldar­lığı 45-50 s/ha­-dır, müsabiqəli sort sınağında orta məhsul­dar­lığı 30,4 s/ha-dır. Li­fin uçağanda uzunluğu 34,5 mm, lif çıxımı 34,3%, lif məhsulu 10,4 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 4,7 qq, xətti dol­ğun­luğu 6000 m/teks, nisbi qırılma uzunluğu 29,2 qq/teks, ştapel uz­un­luğu 33/34 mm-dir.

Gəncə-80 pambıq sortunun lifinin texnoloji keyfiyyəti IV tipin tə­labatına cavab verir.



Becərmə texnologiyası. Vaxtında və düzgün aparılmış don­dur­ma şu­­mu məhsuldarlığın artırılmasında əsas amillərdən biri olmaqla de­kabr ayının 10-a kimi başa çatdırılmalıdır. Əgər yoncadan son­radırsa ok­tyabr ayının 20-dək üzləmə, dekabrın 1-ci ongün­lüyündə isə şum ap­a­­rılmalıdır. Üzləmə zamanı yon­canın kök boğazı 8-10 sm dərin­li­yində kə­silməlidir. Yanvarın 15-dək arat aparılmalıdır. Şumla arat ara­sında 20 gün fasilə verilməlidir. Əgər torpağın su saxlama qabiliy­yəti pis­dir­sə və ya torpaq qum­saldırsa sahə yaz aratına qoyulmalıdır. Yaz ara­tının ap­a­rılma müddəti mart ayının 15-dən aprel ayının 5-nə kimidir. Pam­bıq altından çıxmış sahələr 28-30 sm, yonca altından çıxmış sa­hələr isə bi­rinci il 32-35 sm, ikinci il isə 22-24 sm dərin­liyində iki yaruslu və ön kotancıqlı kotanla dondurma şumu aparılmalıdır.

Səpin qabağı becərmə zamanı «ziq-zaq» və ya yerli ağır maladan istifadə edilməklə sahə tam hamarlanır. Aqrotexniki qaydalara düzgün əm­əl edilməsi toxumun normal çıxışına, nəm­liyin itməməsinə və alaq ot­­larının 60-70% məhvinə səbəb olur.

Torpaqda temperatur 12-14o C olduqda respublikanın qərb böl­gə­sin­də aprelin 20-25-də, Mil-Qarabağ bölgəsində 15-20-də, Şirvan və Mu­ğan-Salyan bölgəsində isə aprelin 5-10-dək səpin aparılmalı, üm­u­m­iyyətlə aprel ayının 25-dək səpin başa çatdırılmalıdır.

Mil-Qarabağ bölgəsində səpin zamanı alaq otlarına qarşı zolaq üs­ulu ilə herbisid verilir.

Səpindən 12-14 saat əvvəl toxumlar nəmləndirilir, həmçi­nin xəs­tə­lik və zərərvericilərə qarşı dərmanlanır.

Arat olunmuş torpaqlarda toxumlar 4 sm, yüngül torpaq­lar­da 5 sm, səpsuvar olduqda isə 3-4 sm dərinliyə basdırılır.

Səpin norması hektara tüklü toxumlarda 70-80 kq, lüt­lən­miş to­x­umlarla isə 30-35 kq olmaqla hər xətti metrə 40-45 ədəd toxum səpilir. Tam cücərtilər alındıqdan 5-7 gün sonra becər­mələr başlanır.

Cərgə aralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm, 90 sm-lik əkinlərdə isə 70-75 sm enində aparılır. Kultiva­to­run işçi or­qan­la­­rı bitkilərdən 8-10 sm aralı, 6-8 sm dərinliyə pəncələr isə 12-14 sm də­­­rinliyə quraşdırılır.

Cərgə araları 90 sm olan əkinlərdə isə bu dərinlik 10-12 sm və 16-18 sm təşkil edir. Kultivasiyaların aparılması arasın­da müddət 22-25 gün olmalıdır.

Ketmənləmə 5-6 sm dərinlikdə aparılmalıdır. May ayının 15-dək 1-ci kompleks becərmə başa çatmalıdır.

Seyrəltmə 60 sm-lik əkinlərdə 12-15 sm-dən bir bitki (hek­tarda 100-120 min), 90 sm-lik əkinlərdə isə 8-10 sm-dən bir bitki (120-140 min) saxlanmalıdır. Ağır torpaqlarda bu miqdarı 10-15% artırmaq olar.

Fosfor gübrəsinin 80%-i dondurma şumu altına, yerdə qa­lanı isə sə­pinlə birgə və ya gönçələmə dövrünədək veril­məli­dir.

Azot gübrəsinin 40%-i səpin qabağı becərmədə, qalanı çi­çək­lən­mə fazasınadək verilir. Kalium gübrəsinin şum altına ve­rilməsi məs­lə­hət­dir. Mineral gübrələr olmadıqda hər hektara 25 ton olmaqla don­dur­ma şumunun altına üzvi gübrə kimi peyin ve­rilməli və yaxud aralıq pax­lalı bitkilərdən payızlıq noxud, soya və s. əkilməsi məsləhətdir.

Qərb bölgəsində sələf yonca olduqda azot 75-100 kq, fos­for 100-120 kq, sonrakı illərdə isə əksinə azot çox, fosfor az tələb olunur. 65-70-65% suvarma rejimində çiçəkləmədən əv­vəl suvarılmağa baş­lanılır.

Şirvan bölgəsində azot 160-200 kq, fosfor 130-165 kq, ka­lium 80-100 kq verilməli, 65-70-65% suvarma rejimində çi­çək­­ləmə fa­za­sın­dan əvvəl suvarılmalıdır.

Mil-Qarabağ bölgəsində azot 120-160 kq, fosfor 85-110 kq, ka­li­um 60-80 kq tələb olunmaqla 70-70-65% suvarma rejimin­də su­var­ma­ya başlanılmalıdır.

Muğan-Salyan bölgəsində bu miqdar müvafiq olaraq 150-160 kq, 120-130 kq, 50-70 kq təşkil edir. Bu bölgə üzrə su­varma çiçəkləmə fa­za­sından əvvəl 70-70-65% rejimində apa­rılır.

Gəncə-80 sortu fosfor gübrəsinə daha çox həssas olduğuna görə bu sortun əkinlərində bölgələr üzrə fosfor gübrəsinin op­timal norması mak­simum götürülməlidir. Birinci vegetasiya suvarmasına isə bit­ki­lərdə çiçəkləmə müşahidə edildikdə baş­la­nılmalıdır.

Pambıq kollarında 13-15 ədəd və ya 16-18 ədəd meyvə bu­da­ğı ol­duqda, yaxud hər kolda 3-4 ədəd normal qoza olduq­da avqust ayının 5-dək kimyəvi və ya mexaniki ucvurma apa­rıl­malıdır. 75 qr 5%-li PİKS və ya 250 q, təsiredici maddə he­sabı ilə 60%-li TUR preparatı 250-300 litr suda həll edilib OBX-28 və ya əl çiləyicisi ilə bir hektara çi­lənməlidir.

Gəncə-78. Gəncə-78 pambıq sortu 2007-ci ildə rayonlaşdırılıb. Sor­tun müəllifləri M.Ə.Rzayeva, P.M.Əyyubova, K.A.Bayramovdur.

Sortun mənşəyi. Sort G.hirsutum L. növünə mənsub 3348 və 3273 sortlarının çarpazlaşmasından alınan hibrid nəslindən çox tək­rar­lı istiqamətli seçmə yolu ilə alınmışdır (şəkil 39).

Kolu orta hündürlükdə (110-120 sm), az dağınıq forma­lı­dır.

Gövdəsi orta dərəcədə tüklü, yatmağa qarşı davamlıdır. Bu­daq­lan­ması 1-1,5 tiplidir.

Qozası iri, yumurtavari, ulduzcuqludur.

Monopodial budaqları 1-2 ədəd olmaqla zəifdir.

Yarpağı orta irilikdə, tünd-yaşıl rəngli, 3-5 dilimlidir.

Çiçəyi iri, açıq-sarımtıl rəngdə, tozcuqları solğun rəng­də­dir.

Toxumu orta böyüklükdə, orta dərəcədə tüklüdür, kül rən­gin­də­dir. 1000 ədəd toxumun kütləsi 110-120 qramdır.

Vilt xəstəliyinə nisbətən davam­lı sortdur. Gəncə-78 pambıq sor­tu tez yetişən olmaqla vegetasiya müd­­dəti 119 gündür.



Təsərrüfat göstəriciləri. Sortun potensial məhsuldarlığı 45-50 s/ha-dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı 31,1s/ha, bir qo­za­­dan alınan xam pambığın kütləsi 7,0 qr, lifin uçağanda uzunluğu 34,5 mm, lif çıxımı 36,2%, lif məh­sulu 11,3 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 4,7 qq, xətti dol­ğun­luğu 5820 m/teks, nisbi qırılma uzunluğu 27,2 qq/teks, ştapel uz­un­­luğu 34/35 mm-dir.

Gəncə-78 pambıq sortu lifinin texnoloji keyfiyyətinə görə V ti­p­in təlabatına cavab verir.




Şəkil 39. Gəncə-78

Becərmə texnologiyası. Dondurma şumu noyabrda apa­rılma­lı­dır. Sahə səpin qabağı malalanmalı və yaxşı hamar­lanmalıdır. Səpinə ha­vada gündəlik orta temperatur 12-13o C olduqda başlamaq la­zımdır. Bu müddət Muğan-Salyan və Şirvan bölgələrində aprelin birinci, Mil-Qa­rabağ bölgələrin­də isə ikinci ongünlüyünə təsadüf edir. Arat ol­un­muş sahələrdə ağır qranulometrik tərkibli torpaqlarda toxum 4 sm, yün­gül tor­paq­larda 5 sm dərinliyə basdırılmalıdır. Səp­suvar olunacaq sa­hə­lər­də isə toxum3-4 sm dərinliyə basdırılır. Səpin bütün bölgə­lərdə ap­relin 25-nə kimi başa çatmalıdır.

Cərgəarası becərmələri 60 sm əkinlərdə 40-45 sm enində apar­maq lazımdır. Kultivatorun kənar işçi orqanları 6-8 sm, orta işçi or­qan­ları isə 12-14 sm dərinliyə quraşdırılmalıdır. Bi­rinci kompleks be­c­ər­mə mayın 15-nə kimi başa çatdırıl­malı­dır.

Seyrəltmə cərgəarası 60 sm əkinlərdə 12-15 sm-dən bir, 90 sm-lik əkinlərdə isə 8-10 sm-dən bir bitki saxlanılır.

Gübrə verilərkən fosforun illik normasının 80%-i şum al­tına, 20%-i isə səpinlə birlikdə və çiçəkləmə mərhələsində yemləmə şə­k­lin­də verilir.

Azot gübrə normasının 40%-i səpin qabağı, digər hissəsi qön­çə­lə­mə mərhələsində verilməlidir. Bu mərhələdə kalium gübrəsi də ver­il­məlidir.

Mineral gübrələr olmadıqda şum altına 20 ton peyin veril­məsi məs­ləhətdir.

Yüksək məhsul almaq üçün Muğan-Salyan bölgələrində hek­tara 150-160 kq azot, 120-130 kq fosfor və 50-70 kq kalium tə­ləb olunur. Su­varma rejimi 70-70-65 (4 su) sxemin­də, küt­ləvi çiçəkləmə mər­hə­lə­sin­dən əvvəl başlanmalıdır.

Mil-Qarabağ bölgəsində hektara 200-250 kq azot, 160-170 kq fos­for və 80-90 kq kalium tələb olunur. Bu bölgədə suvar­ma 70-70-65 (4 su) rejimində, çiçəkləmə mərhələsində başla­nır.

Şirvan bölgəsində hektara 180-190 kq azot, 130-140 kq fos­for, 70-80 kq kalium gübrəsi vermək lazımdır. Suvarma 65-70-65 (3 su) re­­jimində aparılır. Suvarma arası müddət 18-20 gün olmalıdır.

Bitkilərin ucunun vurulması kollarda 13-15 ədəd bar buda­ğı əm­ə­lə gəldikdə aparmaq lazımdır.



Gəncə-110. Bu sort 2008-ci ildə rayonlaş­dı­r­ı­lmışdır. Sortun müəllifləri Ə.Ə.Tağıyev, D.Q.Əliyeva və M.H.Ab­basovdur.

Sortun mənşəyi.Sort təcrübi mutagenez metodu ilə for­ma­sın­dan çox tək­rar­lı istiqamətli seçmə yolu ilə yaradılmışdır. Gən­cə-110 pambıq sortu ortalifli G.рirsutum L. növünə aiddir (şəkil 40).

Kolu yığcam, piramida şəkillidir, hündürlüyü 90-110 sm-dir.

Gövdəsi yoğun və möhkəmdir, yatmağa qarşı davamlı­dır, sol­ğun-yaşıl rəngli, nisbətən zəif tüklüdür.

Meyvə budaqları iti bucaq altında əmələ gələrək, I-II tip budaq­lan­maya aiddir.

Monopodial budaqları 1-2 ədəd olur.

Yarpaqları orta irilikdə, tünd-yaşıl rəngli, orta dərəcədə tük­lü, 3-5 dilimlidir, yarpaq ayası düzdür.

Çiçəyi orta irilikdə, sarımtıl rəngdədir. Ləçəkləri və toz­cuq­ları sa­rı rəngdədir.

Qozası iridir, səthi hamar və tünd-yaşıldır, forması uzun­sov, yu­mur­tava­ri olmaqla buruncuğu küt, ulduzcuq­ludur.


Şəkil 40. Gəncə-110
Çiyidi orta böyüklükdə, orta dərəcədə tüklüdür, çirkli-züm­­rüdü rəng­dədir. 1000 ədəd çiyidin çəkisi 120 qramdır.

Vilt xəstəliyinə nisbətən davamlıdır. Gəncə-110 pambıq sortu tez­­yetişən olmaqla vegeta­siya müddəti 118 gündür.



Təsərrüfat göstəriciləri. Sortun potensial məhsul­dar­lığı 50-55 s/ha-­dır, müsabiqəli sort sınağında orta məh­suldarlığı 42,5 s/ha, bir qo­­zadan alınan xam pambığın küt­ləsi 6,2 qramdır. Lifin uçağanda uz­un­­luğu 36,1 mm, lif çıxımı 38,5%, lif məhsulu 17,0 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yükü 4,9 qq, xətti dol­ğun­­luğu 5980 m/teks, nisbi qırılma uzunluğu 29,1 qq/teks, ştapel uz­un­­luğu 35/36 mm-dir. Gəncə-110 pambıq sortu IV tipin təlabatına ca­vab verir.

Becərmə texnologiyası. Vaxtında və düzgün aparılmış don­dur­ma şumu məhsuldar­lığın artırılmasında əsas amillə­r­dən biri ol­maq­la 2 ya­ruslu və ya ön kotancıqlı kotanla dekabr ayının 10-a kimi başa çat­dır­ılmalıdır. Əgər torpağın su saxlama qabiliyyəti pisdirsə və ya tor­paq qumsaldırsa torpaq yaz aratına qoyulmalıdır. Yaz aratının ap­ar­ıl­ma müddəti mart ayının 15-dən, aprel ayının 5-nə kimidir.

Səpin qabağı becərmə zamanı «ziq-zaq» və ya yerli ağır maladan is­tifadə edilməklə sahə tam hamarlanır.

Torpaqda temperatur 12-14o C olduqda respublikanın qərb böl­gə­sində aprelin 20-25-də, Mil-Qarabağ bölgəsində 15-20-də, Şir­van, Mu­­ğan-Salyan bölgəsində isə aprelin 5-10-dək sə­pin aparıl­malıdır. Üm­umiyyətlə aprel ayının 25-dək səpin ba­şa çatdırılmalıdır.

Arat olunmuş torpaqlarda toxumlar 4 sm, yüngül torpaq­larda 5 sm, səpsuvar olduqda isə 3-4 sm dərinliyinə basdırılır.

Səpin norması hektara tüklü toxumlar 60 kq, lütlənmiş to­xumlar 30 kq olmaqla hər xətt metrə 40-45 ədəd toxum səpi­lir.

Adi torpaqda bitki sıxlığı 90-100 min, ağır torpaqlarda isə 120-140 min nəzərdə tutulur.

Vegetasiya dövründə 4 kultivasiya, 3 dəfə ketmənləmə, 2 dəfə yem­ləmə gübrəsi verilməklə 70-70-65 (4 su) suvarma rejimində çi­çək­lə­mədən əvvəl suvarmaya başlanılmalıdır. Su­var­malar ara­sındakı vaxt 15-18 gün olmalıdır.

Hektara gübrə norması bölgələr üzrə aşağıdakı kimidir:

Mil-Qarabağ bölgəsində azot 120-150 kq, fosfor 100-150kq, kalium-50 kq.

Şirvan bölgəsində azot 160-200 kq, fosfor 130-165 kq, kalium 80-100 kq.

Muğan-Salyan bölgəsində bu miqdar müvafiq olaraq 150-160 kq, 120-130 kq, 50-70 kq təşkil edir.

Qərb bölgəsində azot 120-150 kq, fosfor 100-150 kq, ka­lium 50 kq.

Bütün zonalarda fosforun 80%-i, kaliumun hamısı dondur­ma şu­mu altına, azot gübrəsinin isə 40%-i səpin qabağı, qalanı isə yem­ləmə za­­manı verilir.

Pambıqçılıqda ucvurma vaxtında həyata keçdikdə məhsul­darlığı 20-30% artırmaq mümkündür. Kollarda 15-16 ədəd mey­və budağı əm­ələ gəldikdə avqust ayının 5-nə qədər kim­yə­vi və ya mexaniki uc­vur­ma başa çatdırılmalıdır. Ucvurmanı axırıncı vegetasiya suyundan əv­vəl apardıqda çox səmərəli olur.



Gəncə-103. Gəncə-103 pambıq sortu 2009-cu ildə rayonlaşdır­ı­lıb. Sortun müəllifləri F.K.Qəhrəmanov, T.Q.Mahmudov, L.C.Sa­dıx­ova, M.İ.Kazımov, F.X.Məmmədov, R.İ.Nəbiyevdir.

Sortun mənşəyi. Sort təcrübi mutagenez me­to­du ilə çox tək­rar­lı, is­tiqamətli seçmə yolu ilə ya­­ra­dıl­mış­­­­dır. Gəncə-103 pambıq sortu orta­lif­­li G.hirsutum L. növünə aiddir (şəkil 41).


Şəkil 41. Gəncə-103
Kolu 100-120 sm hündürlükdə, yığcam, pira­­­­mida forma­lı­dır.

Gövdəsi açıq-yaşıl rəngli, zəif tük­lüdür. Yatmağa qarşı da­vam­lı­dır.

Simpodial budağı I-II tipə aid olmaq­la, birinci meyvə bu­dağı 4-5-ci buğumda yerləşir.

Monopodial budağı 1-2 ədəd ol­maq­la zəifdir.

Yarpağı orta böyüklükdə, 3-5 di­lim­li, tünd-yaşıldır.

Çiçəyi orta böyüklükdə, sarımtıl rəng­də­­­­­­­­­­­­dir, ləçəklərində an­tosian lə­kə­lər yox­dur. Tozcuqların sarımtıl rən­gindədir.

Qozası orta böyüklükdə olub, yumurta­va­­ridir, küt uclu, səthi ha­mar­­dır, rəngi yaşıldır.

Çiyidin rəngi bozdur. 1000 ədəd çiyidin kütləsi 121 qram­dır.

Vilt xəstəliyinə və zərərvericilərə qarşı davamlı sortdur.

Gəncə-103 tezyetişən olmaq­la vegetasiya müddəti 127 gün­dür.

Təsərrüfat göstəriciləri. Sortun potensial məh­­­­suldar­lığı 45-50 s/ha-dır, müsabiqəli sort sınağında orta məhsul­darlığı 41,8 s/ha, bir qo­zadan alınan xam pambığın kütlə­si 6,3 qram­dır. Lifin uça­ğan­da uz­un­­luğu 35,7 mm, lif çıxımı 39,1%, lif məh­sulu 16,3 s/ha-dır.

Lifin texnoloji keyfiyyəti. Lifin qırılma yük 4,8 qq, xət­ti dol­ğun­luğu 5943 m/teks, nisbi qırılma uzunluğu 28,2 qq/teks, ştapel uzun­lu­ğu 35/36 mm-dir.

Gəncə-103 pambıq sortu IV tipin tələba­tına cavab verir.



Becərmə texnologiyası. Vaxtında və düz­gün aparılan don­durma şu­­mu dekabr ayının 10-a kimi başa çatdırılmalıdır. Əgər yon­cadan son­­radırsa oktyabr ayının 20-dək üzləmə, deka­­­b­­­­­rın 1-ci ongün­lü­yün­də isə şum aparıl­malıdır.

Əgər torpağın su sax­­lama qabiliyyəti pis­dir­­sə və ya torpaq qum­sal­dırsa torpaq yaz ara­tı­na qoyulmalı­dır.

Səpin qabağı becərmə zamanı «ziq-zaq» və ya yerli ağır ma­la­dan is­tifadə edilməklə sahə tam hamarlanmalıdır. Aq­rotexniki qayda­lara düz­­­gün əməl edilməsi toxumun normal çıx­­ma­sına, nəmliyin it­məmə­si­nə və alaq otları­nın 60-70% məh­vinə səbəb olur.

Torpaqda temperatur 12-14OC olduqda qərb bölgəsində ap­­relin 20-25-də, Mil-Qarabağ bölgəsində 15-20-də, Şirvan, Mu­­­ğan-Salyan böl­gəsində isə aprelin 5-10-dək səpin aparıl­ma­lı­dır. Aprel ayının 25-dək səpin başa çatdırılmalıdır.

Səpindən 12-14 saat əvvəl toxumlar nəm­lən­dirilir, həmçi­nin, xəs­təlik və zərərveri­ci­lərə qarşı dərmanlanır.

Arat olunmuş torpaqlarda toxumlar 4 sm, yün­­­gül torpaq­larda 5 sm, səpsuvar olduqda isə 3-4 sm dərinliyində basdırı­lır.

Səpin norması adi səpinlərdə hektara 70-80 kq, dəqiq səpində isə 20 kq-dək toxum götürülür.

Səpin aqreqatı adi səpində hər metrə 35-40, dəqiq səpində isə hər yu­vaya 2-3 ədəd toxum düşməyə görə nizamlanır.

Cərgə aralarının becərilməsi 60 sm-lik əkin­­­lərdə 40-45 sm, 90 sm-lik əkinlərdə isə 70-75 sm enində aparılır.

Ketmənləmə 5-6sm dərinlikdə aparılma­lıdır. May ayının 15-ə dək I-ci kompleks becərmə başa çatmalıdır.

Seyrəltmə 60 sm-lik əkinlərdə 12-15 sm-də, 90 sm-lik əkin­lər­də isə 8-10 sm-də bir bitki saxlanılmalıdır. Ağır torpaqlarda bu miq­darı 10-15% artırmaq olar.

Fosfor gübrəsinin 80%-i dondurma şumu altına, yerdə qa­lanı isə sə­pinlə birgə və ya qönçələmə dövrünədək veril­mə­li­dir.



Azot gübrəsinin 40%-i səpin qabağı becər­mədə, qalanı çi­çək­lə­mə fazasınadək verilir. Kalium gübrəsinin şum altına verilməsi məslə­hət­dir. Mineral gübrələr olmadıqda hekta­ra 25 ton dondurma şumu­n­un al­tına peyin verilməsi məsləhətdir.

Pambıq kollarında 13-15 ədəd meyvə budağı, yaxud hər kolda 3-4 ədəd normal qoza olduqda, avqust ayının 5-dək kim­­yəvi və ya me­xa­niki ucvurma aparılmalıdır. Ucvurmanı axı­­rıncı vegetasiya su­yun­dan əvvəl apardıqda çox səmərəli olur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə