Solfront. Org




Yüklə 26.62 Kb.
tarix25.04.2016
ölçüsü26.62 Kb.



Fanzində verilən materiallara görə kapitalizm məsuliyyət daşıyır”


SOLFRONT.ORG

№ 4 Tiraj: ∞











Prezident seçkilәrini baykotun tәrәfdarı olaraq qalıram. Seçki prosesinin olsa-olsa mövcud rejimi daһa 5 il müddәtinә legitimlәşdirmәk üçün zәruri vasitә olduğu da ümummәlumdur. Yәni, seçkilәr ona görә keçirilir ki, sadәcә keçirilmәlidir. Formallıq, vәssalam.

Ancaq әsas mәsәlә başqadır – bu gedişlә gәlәn parlament seçkilәri dә, 5 il sonrakı növbәti seçkilәr dә sadәcә formallıq ola bilәr. Axı ölkәdә müxalifәt yoxdur, olacağına ümid dә görünmür?! Müxalifәt partiyaları var, ancaq müxalif әmәl yoxdur. Forma var, mәzmun yoxdur. Üstәlik, bundan sonra da nәyinsә öz-özünә dәyişәcәyi, mәsәlәn, һakimiyyәtin total nәzarәt vә repressiyaları zәiflәdәcәyi, müxalifәt partiyalarının isә maliyyә, informativ vә elektoral bazasının möһkәmlәnәcәyi – nonsensdir.

Problem dә elә bundadır. Bu gedişatla 2 il sonra parlament, 5 il sonra daһa bir prezident seçkisi dә baykot olunmalıdır. Vә belәcә bu ssenari indiki һakimiyyәt opponentlәrinin tәbii sonuna, ya da açıq-aşkar indiki iqtidarın tәrәfinә keçәcәyi günә qәdәr davam etmәlidir. Yәni, biz indiki rejimlә yaşlaşacaq, qocalacaq, ölәcәyik. Övladlarımızı indiki rejim savadsız, kölә, qorxaq, mәnәvi şikәst vә bәdbәxt edәcәk. Һara baxırsan, "lәnәtlәnmiş dövrә" alınır. Dövlәt quruluşu isә Respublikadan çevrilib birdәfәlik qeyri-konstitusion monarxiya olur.

Müxalifәtin yoxluğu monarxik rejimi daimilәşdirir. Müxalifәt isә ona görә ölәziyib ki, iqtidar rejimi totalitar, repressiv vә anti-demokratikdir. Bir sözlә, müxalifәtin güclәnәcәyinә zәrrә qәdәr dә eһtimal yoxdur.

Ancaq bu vәziyyәt sonsuzluğadәk davam edә bilmәz axı. Zәngin ölkәnin һüquqsuz vә yoxsul xalqı total repressiyalar qarşısında mükәddәr duraraq susa, yaxud özünüqoruma instinktinin diqtәsilә rejimә difiramblar oxuya, alqış çәpiklәri çala bilәr vә çalır da. Bu isә ikili һәyatdır ki, geci-tezi bitmәlidir. Һeç olmasa ona görә ki, insan tәbiәtinә ziddir. Kamyunun söylәdiyi "gülәyәn kölәlik" bir gün ağalarının üzünә ağ olacaq. Bağıracaq ki, kölәyә yalandan "azad adam" epiteti yapışdırmaqla onu һәmişәlik aldatmaq olmaz. Kölә doğrudan da azad adam olmaq istәyәcәk.

Vә o vaxt bәlli olacaq ki, seçki yolu ilә һüquqlarını tәlәb etmәk vә qazanmaq praktik mümkün deyil. O zaman indiki müxalifәt yeni tip müxalifәtlә әvәzlәnәcәk. Yeni müxalifәt әvvәlcәdәn seçki yoluna inanmadığından yeni taktikaya baş vuracaq. Bu, yeni müxalifәtin һakimiyyәt tәrәfindәn qanundankәnar elan olunması ilә nәticәlәnәcәk. Vә elә bu faktor da yeni müxalifәtin әl-qolunu açıb mәsuliyyәtini azaldacaq. "Madam ki mәn qanundan kәnaram, demәli, istәdiyim taktikanı mәqbul saymalıyam" mәntiqilә.

Әgәr Azәrbaycanda seçki yolu ilә iqtidarları dәyişmәk eһtimalı indiki kimi sıfır nöqtәsindә qalarsa, bizi irәlidә tәlatümlü siyasi proseslәr gözlәyir. Dirilәrin yaşadığı mәkanda mәzar sükutu aldadıcıdır. Mәntiq qanunlarını lәğv etmәk indiyәdәk һeç bir iqtidara müyәssәr olmayıb.

Ancaq tәlatümdәn qaçmağa vaxt var. Eһtimal necә, varmı?..
Məmməd Süleymanov




İki şey var ki, onlar yurdumuzda yetişmir. Biri qəhvə, biri demokratiya. İkisi də bizə xaricdən gəlir. Nə etdiksə yurdumuzda qəhvə yetişdirə bilmədik. Vətənimizin torpağı, havası, suyu qəhvə yetişdirmək üçün əlverişli deyil.

Demokratiyaya gəldikdə isə…

Sözün düzü, onun yetişməsi, inkişaf etməsi üçün əlimizdən gələni etdik. Tariximizə baxsanız, təxminən yüz il əvvəl yurdumuza demokratiyanın toxumları səpilib. Biz illərdir

-    Demokratiyamız filiz verdi;

-    Gənc demokratiyamız;

-    Demokratiyanın cücərtiləri… deyib durmuşuq.

Şükür yetiştirənə, neçə ildir demokratiyanı güc-bəla ilə bu boya gətirdik, bir cücərti oldu.

Yüz ildir bu demokratiya üçün sərf etdiyimiz gücü qəhvə yetişdirmək üçün istifadə etsəydik,  bu gün məmləkət balta girməmiş qəhvə meşəsinə dönərdi.

Zamanında lazım imiş, bilməmişik. Qəhvə toxumu əkmək əvəzinə demokratiya toxumu əkmişik. İndi isə olanlar göz qabağındadır.

Şükürlər olsun, demokratiyadan heç bir şikayətimiz yoxdur, yoxsa qəhvəsizlikdən çəkdiyimizi biz bilirik. Adı üstündə qəhvə. Heç nəyə bənzəməz. Oysa demokratiya olsa da olar, olmasa da. Qəhvə olmasa, insanın başı gicəllənər, demokratiya olmasa gicəllənməz. Qəhvənin məst edici qoxusu var, demokratiyanın qoxusu belə yoxdur. Qəhvəni fincana süzüb içə bilərsən, demokratiyanı nə yemək, nə də içmək olar. Məni başa sala bilərsinizmi, demokratiya nə işə yarayır?

Xaricdən məmləkətimizə bol miqdarda demokratiya gəlir, amma qəhvə yox. Qəhvəni satırlar, demokratiyanı isə verirlər. Qəhvə üçün valyuta lazımdır, demokratiya üçün isə heç bir şey istəmirlər.

Çəkdiyimiz bu qəhvə sıxıntısına bir baxın. Qəhvəyə necə də alışmışıq… Qəhvənin yaxşısını-pisini, yenisini-bayatını, safını-saxtasını bir anda başa düşə bilərik.

Sağolsunlar bəzi yurddaşlarımız uydurma qəhvə hazırladılar. Öncə arpa qəhvəsi çıxdı, tutmadı. Sonra noxud qəhvəsi çıxdı, bəyənmədik. Sonra, paxla qəhvəsi çıxdı, içmədik. Biz millətcə qəhvə aludəçisiyik. Heç bir şeyin uydurmasını anlamarıq, ama qəhvəninkini əsla, aldanmarıq, o dəqiqə ayırarıq uydurma qəhvə ilə əsl qəhvəni.

Ey Ulu Tanrım! Nə olardı, qəhvədən anladığımız qədər, bu demokratiyadan da baş çıxara biləydik…













VİKTOR TSOY – GÖZLƏRİMİZDƏ

Dayan, getmə!

Biz yayı gözləyirdik – qış gəldi.

Evlərə girirdik, amma

Arxamizca qar gəldi.

Biz sabahı gözləyirdik,

Hər gün sabahı gözləyirdik.

Gözlərimizi beləcə bağladıq.

Gözlərimizdə “İrəli” çağırışı var.

Gözlərimizdə “Dayan” səslənişi var.

Gözlərimizdə yeni gün doğur,

Onlarda alovun ölümü var.

Gözlərimizdə ulduzlu gecə.

Gözlərimizdə itirilmiş cənnət.

Gözlərimizdə bağlı qapılar var.

Seçim et! Nəyə ehtiyacın var?

İçmək istəyirdik, su yox idi.

İşıq istəyirdik, ulduzlar yox idi.

Evdən çıxdıq, yağış yağırdı

Gölməçələrdən su içirdik.

Mahnı istəyirdik, amma sözlər yox idi.

Yatmaq istəyirdik, yuxular yox idi.

Matəm libasında idik, orkestr tuş çalırdı

Gözlərimizdə “İrəli” çağırışı var.

Gözlərimizdə “Dayan” səslənişi var.

Gözlərimizdə gün doğur,

Onlarda alovun ölümü var.

Gözlərimizdə ulduzlu gecə

Gözlərimizdə itirilmiş cənnət



Gözlərimizdə bağlı qapılar var.

Seçim et! Nəyə ehtiyacın var?


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə