Şizofreniya 1 Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur?




Yüklə 1.52 Mb.
səhifə1/19
tarix21.04.2016
ölçüsü1.52 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19
Psixiatriya ixtisası üzrə nümunəvi test sualları

Şizofreniya
1) Bugünkü gündə şizofreniyanın etiopatogenezində hansı faktorlar əhəmiyyətli hesab olunur?

A) Genetik faktorlar

B) Sadalanan faktorlardan heç biri

C) Sadalanan bütün faktorlar

D) Psixososial faktorlar

E) Bətndaxili inkişafla bağlı faktorlar

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
2) Şizofreniyanın daha tez-tez rast gəlinən forması hansıdır?

A) Sadə şizofreniya

B) Hebefrenik şizofreniya

C) Diferensasiya edilməmiş şizofreniya

D) Paranoid şizofreniya

E) Katatonik şizofreniya

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
3) Şizofreniya gedişatının hansı növü XBT-10 psixi və davranış pozuntuları təsnifatından çıxarılmışdır?

A) Epizodik artan qüsurlu

B) Fasiləsiz

C) Epizodik remittent (rekurrent)

D) Epizodik stabil qüsurlu

E) Az proqredientli (süstgedişli)

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
4) Şizofreniya simptomlarının təzahürünün azalması fonunda, 2 həftə müddətində depressiya simptomlarının inkişafına hansı diaqnoz qoyulmalıdır?

A) Qalıq (rezidual) şizofreniya

B) Postşizofrenik depressiya

C) Psixotik əlamətlərlə ağır depressiya epizodu

D) Şizotipik pozuntu

E) Şizoaffektiv pozuntu, depressiv tip

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
5) Şizofreniyanın sadə forması üçün xarakterik deyil:

A) Sayıqlama və hallüsinasiyalar

B) Sosial adaptasiyanın aydın formada aşağı düşməsi

C) Davranışın əhəmiyyətli dərəcədə dəyişməsi

D) Maraq və məqsədlərin itməsi

E) Enmiş affekt

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
6) “Şizofreniya” diaqnozunun qoyulması üçün səciyyəvi simptomların qeyd olunması hansı zaman kəsiyində aparılmalıdır?

A) 1 ay və daha çox

B) İstənilən zaman kəsiyində, əgər şizofreniya simptomları bütün xəstəlik boyu qeydə alınırsa

C) Gedişatın tipinin müəyyənləşdirilməsi üçün 1 ildən az olmayaraq

D) Onların üzə çıxdığı vaxtdan 6 aydan az olmayaraq

E) Pasiyentin stasionar və ya ambulator müalicəyə qəbulundan 10 gün sonra

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
7) Sadalananlardan hansı şizotipik pozuntunun diaqnostik əlamətlərinə aid deyil?

A) Qeyri-adekvat affekt və emosional soyuqluq

B) Maraqların, motivasiyanın itməsi, özünə qapanma və sosial dezadaptasiya fonunda davranışın artan keyfiyyət dəyişiklikləri

C) Sayıqlamayabənzər ideyalarla müşayiət edilən epizodik tranzitor epizodlar

D) Qəribə, ibarəli nitqlə ifadə olunan amorf, metaforik fikirlər

E) Şübhəlilik və paranoyal ideyalar

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
8) 22 yaşlı xəstədə psixomotor oyanılıq vəziyyətində stasionara qəbul edilir. Xəstə bildirir ki, o “dahi adamdır” və “xüsusi” biliklərə malik olduğu üçün hansısa adamlar onun düşüncələrinə nəzarət edirlər. Anamnezdən məlum olur ki, xəstənin psixi vəziyyətində dəyişikliklər xarici provokasiyasız qəflətən meydana çıxmışdır. Əhvali-ruhiyyənin xeyli dərcədə yüksəlməsi, coşğun xərəki aktivlik, çox danışma müşahidə olunmuşdur. Hansı diaqnozun qoyulması daha məqsədəuyğundur?

A) Paranoid şizofreniya

B) Şizoaffektiv psixoz, maniakal tip

C) Kəskin şizofreniyaya bənzər psixotik pozuntu

D) Şizofreniya əlamətləri ilə polimorf psixotik pozuntu

E) Psixotik əlamətli maniakal epizod

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
9) Sayıqlama pozuntusunun şizofreniyadan əsas fərqi hansıdır?

A) Depressiv simptomların olmaması

B) İmperativ və ya şərhedici xarakterli daimi eşitmə hallüsinasiyalarının olmaması

C) Sayıqlamanın 3 aydan az olmayaraq mövcudluğu

D) Qeyd olunan bütün əlamətlər

E) Qeyd olunan əlamətlərin heç biri

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
10) “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu” diaqnozu hansı halda təyin edilir?

A) Sadalanan bütün cavablar yanlışdır

B) Xəstədə şizofreniya simptomları ilk dəfə üzə çıxdıqda və o, yardım üçün ilk dəfə müraciət etdikdə

C) Sadalanan bütün cavablar düzgündür

D) Pozuntu polimorf psixotik pozuntu meyarlarına cavab verdikdə

E) Şizofreniya simptomları 1 aydan az müddətdə müşahidə olunduqda

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
11) Saadalanan koqnitiv-mnestik pozuntularından şzofreniya üçün hansıxarakterikdir?

A) Diqqətin pozulması

B) İQ göstəricilərinin aşağı olması

C) Antero-retroqrad amneziya

D) Erkən demensiya

E) Hipermneziya

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
12) Sadalananlardan hansı şizofreniya üçün (4 A) Blöyler meyarına aid deyil?

A) Autizm

B) Ambivalentlik

C) Apatiya

D) Amensiya

E) Assosiativ pozuntular

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
13) Zəifləmiş meyl sferası sadalanan xəstəliklərdən daha çox hansı üçün xarakterikdir?

A) Obsessiv-kompulsiv pozuntu

B) Şizofreniya

C) Şəxsiyyətin anankastik pozuntusu

D) Nevrasteniya

E) Epilepsiya

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
14) Hansı düşüncə pozuntusu şizofreniyaya daha çox xasdır?

A) Deliri

B) Qeyd olunanların hamısı

C) Oneyroid

D) Düşüncəin alaqaranlıq pozulması

E) Düşüncənin daralması

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
15) Şizofreniyadan əziyyət çəkənlərin əkiz olmayan bacı və qardaşlarında bu xəstəliyin rast gəlmə ehtimalı neçə faiz təşkil edir?

A) 6%


B) 10%

C) 34 %


D) 1%

E) 51%


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
16) Psixi proseslərin vəhdətinin dağılması aşağıdakılardan hansı üçün xarakterikdir?

A) Paranoid şizofreniya

B) Katatonik şizofreniya

C) Sadə şizofreniya

D) Şizofreniyanın bütün formaları

E) Hebefrenik şizofreniya

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
17) Kəskin polimorf psixotik pozuntunun diaqnozu qoymaq üçün simptomların davam etmə müddəti üçün XBT-10-da hansı vaxt limiti müəyyən edilib?

A) 4 ay


B) 3 ay

C) 1ay


D) 2 ay

E) 6 ay


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
18) Şizoaffektiv pozuntu diaqnozu o vaxt qoyula bilər ki, affektiv simptomlar:

A) Əvvəlki şizofrenik pozuntunun bir hissəsi olsun

B) Şizofrenik simptomlar qədər təzahür olunsun

C) Yalnız hallüsinator simptomlarla müşayiət olunsun

D) Şizofreniya simptomlarından daha qabarıq təzahür etsin

E) Affektiv simptomlar bir, şizofrenik simptomlar isə başqa tutmalarda özünü göstərsin

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
19) Aşağıda göstərilənlərdən hansı şizofreniya epidemiologiyasına uyğun gəlmir?

A) Şizofreniyanın yayılması müxtəlif populyasiya qrupları arasında 0,4-1,4 % təşkil edir

B) Şizofreniyanın ilk manifestasiyası, orta hesabla, kişilərdə qadınlara nisbətən daha erkən yaşlarda qeydə alınır

C) Şizofreniyanın 10 yaşadək uşaqlar arasında yayılması digər yaş qrupları ilə müqayisədə xeyli azdır

D) Son 30 ildə şizofreniyaya tutulma halları 20% artıb

E) Şizofreniyanın qadınlar və kişilər arasında yayılma dərəcəsi təqribən eynidir

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
20) Şizofreniya zamanı ilkin seçim preparatları hansılardır?

A) Klassik neyroleptiklərlə uzlaşdırılmış dərman müalicəsi

B) Atipik neyroleptiklərlə dərman müalicəsi

C) Elektrik-qicolma terapiyası (ECT)

D) İnsulin-komatoz terapiyası

E) Klassik neyroleptiklərlə dərman müalicəsi

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
21) Aşağıda qeyd olunanlardan hansı şizofreniya formalarına aid deyil?

A) Katatonik

B) Diferensasiya edilməmiş

C) Hebefrenik

D) Tutmavari (şubvari)

E) Paranoid

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
22) Şizofreniyanın əsas simptomlarına aşağıdakılardan hansı daxil deyil?

A) Fikirlərin əks-sədası, fikirlərin qoyulması və ya alınması, onların radioverilişi (açıqlığı)

B) Adi şən vəziyyətdən az qala idarə olunmayan oyanıqlığadək dəyişə bilən əhval-ruhiyyənin şəraitə qarşı qeyri-adekvat olaraq qalxması

C) Xəstənin davranışını şərh və ya öz aralarında müzakirə edən hallüsinator səslər; əzalardan gələn digər hallüsinator səslər

D) Sosial mədəniyyətə uyğun gəlməyən və mahiyyətcə tamamilə mümkün olmayan dayanıqlı sayıqlama ideyaları

E) Bədən hərəkətlərinə, ətraflara və ya fikirlərə, hərəkət və hisslərə açıq aidiyyatı olan təsir, nüfuz və ya passivlik sayıqlaması

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
23) Şizofreniyanin patogenezində aşağıdakı neyromediatorlardan hansının mübadilə pozğunluğu daha səciyyəvidir?

A) Qlutamin turşusu

B) Noradrenalin

C) Dofamin

D) Asetilxolin

E) Serotonin

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
24) Şizofreniya müalicəsində risperidonun optimal terapevtik dozası hansıdır?

A) Sutkada 50-100 mq

B) Sutkada 2-6 mq

C) Sutkada 8-12 mq

D) Sutkada 1-2 mq

E) Sutkada 10-20 mq

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г

25) Aşağıdakılardan hansı katatonik şizofreniyanın əlamətlərinə aid deyil?

A) Yüksək özünüdəyərləndirmə və dahilik ideyaları

B) Neqativizm (pozanı dəyişmək və ya yerindən tərpətməyə cəhdə cavab olaraq, əks istiqamətdə mənasız müqavimət və ya hərəkət)

C) Donub qalma (öz arzusu ilə adekvat olmayan və qəribə pozanın alınması və saxlanması)

D) Yüksək plastiklik (bədəni narahat və qəribə vəziyyətdə saxlama)

E) Stupor (ətraf mühütə qarşı reaksiyanın, spontan hərəkətlərin və aktivliyin aşağı düşməsi) və ya mutizm

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
26) Şizofreniyanın neqativ simptomlarına aşağıdakılardan hansı aid deyil?

A) Ədavət

B) Emosional təcridolma

C) Abstrakt təfəkkürün pozulması

D) Apato-abuliya

E) Kütləşmiş affekt

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
27) Şizofreniyalı xəstə tipik antipsixotik, risperidon və olanzapinlə müalicə cəhdlərinə zəif cavab vermişdir. Psixiatr klozapindən istifadə etməyi məsləhət görür. Aşağıdakı faktorlardan hansı bu preparatın istifadəsinə əks göstərişdir?

A) Zəif tardiv diskineziyanın olması

B) Əvvəllər təkrarlanan depressiv simptomların olması

C) Əvvəllər etaperazin qəbulu zamanı haloktareyanın olması

D) Əvvəllər klozapindən istifadəsi zamanı xəstədə aqranulositozun olması

E) Haloperidol qəbulu zamanı əvvəllər müxtəlif ekstrapiramidal simptomların olması

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
28) 55 yaşlı şizofreniyalı qadın son 25 ildə haloperidolla müalicə olunub, son bir ildə onda gecikmiş diskineziya əlamətləri müşahidə olunub. Neyroleptiklərin qəbulu dayandırıldıkda psixotik simptomlar artır. Aşağıda qeyd olunan preparatlardan hansı bu halda daha münasibdir?

A) Haloperidol-dekanoat

B) Klozapin

C) Neuileptil

D) Trifluperazin

E) Moditen-depo

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
29) Sosial münasibətlərə marağı itmiş, affekti kəskin enmiş, ünsiyyətə həvəsi zəifləmiş, xarici görkəminə fikir verməyən və xroniki sayıqlama ideyaları təzahür etdirən şizofreniyalı xəstənin vəziyyəti üçün aşağıdaki antipsixotik preparatlardan hansı daha münasibdir?

A) Haloperidol-dekanoat

B) Zuklopentiksol (klopeksol)

C) Olanzapin

D) Xlorpromazin

E) Tioridazin

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
30) Neyroleptiklərlə müalicə almış 45 yaşlı qadında günəş şüalarının altında gəzdikdən sonra bədənin açıq yerlərində qeyri-bərabər piqmentasiya əmələ gəlmişdir. Aşağıda göstərilən antipsixotik preparatlardan hansı bu vəziyyəti yarada bilər ?

A) Etaperazin

B) Haloperidol-dekanoat

C) Klozapin

D) Xlorpromazin

E) Olanzapin

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
31) Şizofreniyalı xəstənin anamnezində antipsixotik preparatların vaxtı-vaxtında qəbul edilməməsi ilə əlagədar idəfələrləı kəskinləşmələri olub. Aşağıda göstərilən antipsixotik preparatlardan hansının təyini məsləhətdir?

A) Klozapin

B) Haloperidol-dekanoat

C) Xlorpromazin

D) Trifluperazin

E) Olanzapin

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
32) İlkin epizodlu şizofreniyalı pasiyentlərin müalicəsi aparılmalıdır:

A) 6 aydan 1 ilədək

B) 1 ildən 2 ilədək

C) Qeyri-müəyyən müddətdə

D) 3 aydan 6 ayadək

E) 3 ildən 5 ilədək

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
33) Aşağıda göstərilmiş maddələrdən hansının təsiri altında yaranmış psixozu asanlıqla şizofreniya ilə səhv salmaq olar?

A) Heroin

B) Amfetaminlər

C) Benzodiazepinlər

D) Alkoqol

E) Barbituratlar

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
34) Şizofreniya zamanı intihar riski necə faiz təşkil edir?

A) 5%


B) 10%

C) 30%


D) 1%

E) 20%


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
35) Şizofreniyanın ilkin manifestasiyasının müalicəsi zamanı olanzapinin orta sutkalıq dozası nə qədərdir?

A) 10-20 mq

B) 40-60 mq

C) 2-4mq


D) 30-40 mq

E) 1-2mq


Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
36) Şizofreniyanın ilkin manifestasiyasının müalicəsi zamanı ziprazidonun orta sutkalıq dozası nə qədərdir?

A) 40-60 mq

B) 20- 40 mq

C) 150-200 mq

D) 80-120 mq

E) 10-20 mq

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
37) Şizofreniya zamanı bədxassəli neyroleptik sindromun müalicəsi üçün aşağıdakılardan hansı tələb olunur?

A) Nootrop vasitələr – pirasetam, aminalon

B) Ca-kanalları blokatorları – verapamil, korinfar

C) Dantrolen və domafin aqonisti – bromokriptin

D) Antidepressantlar – amitriptilin, melipramin

E) Trankvilizatorlar– diazepam, fenazepam

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
38) Şizofreniyanın paranoid formasının ilk manifestasiyası daha çox hansı yaş dövrünə təsadüf edir?

A) 30-40 yaş

B) 10 yaşa qədər

C) 40 yaşdan sonra

D) 10-15 yaş

E) 20-30 yaş

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
39) Xroniki sayıqlama pozuntusunu şizofreniyanın daha çox hansı forması ilə diferensasiya etmək lazım gəlir?

A) Diferensasiya olunmamış

B) Sadə

C) Paranoid



D) Hebefrenik

E) Katatonik

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
40) Şizofreniya zamanı pozitiv psixopatoloji əlamətlərə aşağıdakı sindromlardan hansı aiddir?

A) Psevdoastenik

B) Apato-abulik

C) Hallüsinator-paranoid

D) Emosional defisit

E) Energetik potensialın reduksiyası

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
41) Şizofreniyanın hansı formasında düşüncənin pozulması sindromu daha çox rat gilinir?

A) Paranoid

B) Katatonik

C) Deferensasiya etməmiş

D) Sadə

E) Hebefrenik



Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
42) Şizofreniya zamanı daha çox rast gəlinən neqativ simptom hansıdır?

A) Sadalananların heç biri

B) Abuliya

C) Sayıqlama

D) Bütün sadalananlar

E) Ambivalentlik

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
43) Şizofreniyanın hansı təzahürü bu xəstəliyin qeyri-qənaətbəxş gedişatına dəlalət edə bilər?

A) Psixopatoloji hisslərin kəskin başlanğıcı

B) Düşüncənin pozulması

C) Başlanğıcın 20 yaşdan sonra olması

D) Xəstəliyin 20 yaşadək başlanması

E) Hallüsinator simptomatikanın üstünlük təşkil etməsi

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
44) Paranoid şizofreniyaya daha çox xas olan psixi simptomlar hansılardır?

A) Psevdohalüsinasiyalar

B) Neqativizm

C) Katalepsiya

D) Oneyroid tipli düşüncə pozuntusu

E) Apatiya

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
45) Bu psixiatrlardan hansı şizofreniya konsepsiyasının əsasını qoymuşdur?

A) Blöyler

B) Freyd

C) Cekson

D) Qannuşkin

E) Korsakov

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
46) Sadalanan sindromlardan şizofreniya üçün daha çox spesifik olanı hansıdır?

A) Ganzer sindromu

B) De la Taurret sindromu

C) Korsakov sindromu

D) Kanner sindromu

E) Kandinski-Klerambo sindromu

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
47) Şizofreniyanın debütündə aşağıdakılardan hansı müşahidə edilmir?

A) Artan introversiya

B) Öz səhhətinə ifrat dərəcədə diqqət

C) Düşüncənin qısamüddətli pozulması

D) Doğma və yaxınlara olan münasibətin dəyişməsi

E) Fəlsəfə və dinə marağın yaranması

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
48) Şizofreniya üçün səciyyəvi olmayanı hansıdır?

A) Düşüncə və qavrama sahəsində pozuntular olur

B) Gedişat əhəmiyyətli dərəcədə müxtəlifliyi ilə fərqlənir

C) Sağalma tam və ya demək olar ki, tam ola bilməz

D) Prosessual xəstəlikdir

E) Bir qayda olaraq gənc yaşlarda yaranır

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
49) Sibslərdən (bacı/qardaş) biri xəstədirsə, şizofreniyaya genetik meyllilik riski neçə faizdir?

A) Əkiz olmayan sibs üçün 10%

B) Bütün cavablar yanlışdır

C) Diziqot əkiz olan sibs üçün 15%

D) Monoziqot əkiz olan sibs üçün 45%

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
50) Şizofreniyanın kəskin epizodunun başlanğıc dövrü üçün aşağıdakılardan hansı xarakterik deyil?

A) Təqib sayıqlama ideyaları

B) Affektin kəskin enməsi

C) Fikirlərinin özünə məxsus olmaması

D) Şərhedici hallüsinasiyalar

E) Depressiv-paranoid simptomatika

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
51) Hebefrenik şizofreniya zamanı şizofreniyanın ümumi meyarları ilə yanaşı hansı simptomlar qeyd edilir?

A) Emosional qeyri-adekvatlıq və təfəkkürün parçalanması

B) Emosional kasadlığı və qeyri-mütəşəkkil davranış

C) Emosional kasadlıq və məqsədsiz, yöndəmsiz davranış

D) Emosional qeyri-adekvatlıq və məqsədsiz, yöndəmsiz davranış

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
52) Sadalanan faktorlardan hansı şizofreniyanın proqnozlaşdırılmasında başlıca rol oynamır?

A) Müalicəyə həssaslıq

B) Doğma və yaxınların dəstəyi

C) Xəstəliyin ilkin manifestasiya yaşı

D) Sayıqlama və hallüsinasiyaların olması

E) Funksional adaptasiyanın premorbid səviyyəsi

Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
53) Katatonik şizofreniyaya aşağıda qeyd olunanlardan hansı xas deyil?

A) Ambulator avtomatizm

B) Oyanıqlıq

C) Rigidlik

D) Neqativizm

E) Stupor

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.
54) Şizofreniya zamanı daha çox hansı sferanın pozulması baş verir?

A) İntellekt

B) Yaddaş

C) Düşüncə

D) Təfəkkür

E) Bütün sadalananlar

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, КЛАСС V МЕЖДУНАРОДНОЙ КЛАССИФИКАЦИИ БОЛЕЗНЕЙ (10-й ПЕРЕСМОТР); КЛАССИФИКАЦИЯ ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г.

  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə