Sizi son vaxtlar facebookda müşahidə edirəm. Yazdığınız statuslarda, paylaşdığınız fikirlərdə hiss edirəm ki, siz nədənsənsə narahatsınız, bəlkə də yanılıram




Yüklə 34.17 Kb.
tarix20.04.2016
ölçüsü34.17 Kb.
Vəkil Adil İsmayılovun “Qafqazinfo”ya müsahibəsi

- Sizi son vaxtlar facebookda müşahidə edirəm. Yazdığınız statuslarda, paylaşdığınız fikirlərdə hiss edirəm ki, siz nədənsənsə narahatsınız, bəlkə də yanılıram.

  • Mən ümumiyyətlə həmişə narahat olmuşam heç vaxt rahat adam olmamışam.Şəxsən mən o fikri bölüşmürəm ki, narahatam. Ola bilsin ki, son dövrlər bəlkə bu narahatçılıq artıb. Bu gün cəmiyyədə hərəkət yoxdur, hamı ölü kimidir çox cuzi bir hissə oyaqdır. İnsanlar öz haqqını tələb edə bilmir. Cəmiyyətin hərəkətə gəlməsi iqtidara da lazımdır. Heç olmasa öz hərəkətlərini ölçüb-biçərlər. Bu gün onların fikri budur ki, hər şey etmək olar. Narahtçılığımın bir səbəbi də odur ki, Azərbaycanda nəsə baş verərsə kompramislərə getməyəcəklər və Liviyada, Suriyada baş verən hadisələr burda da yaşanacaq. Elə bir dönəmə çatmışıq ki, mənim aləmimdə bu bir keçid dövrü kimi hesab olunur. Bu dövrü 1991-ci ildə bir dəfə də yaşamışam. O vaxt onunla nəticələndi ki, Respublika prokurorluqda işləyirdim ordan ərizə verdim çıxdım. Həmin dönəmdə hiss edirdim ki, nəsə olacaq və oldu da. Sovetlər Birliyi dağıldı, müstəqillik qazandıq, amma mənim istədiyim heç bir dəyişiklik olmadı. Mən hesab edirdim ki, Azərbaycan müstəqil, demkratik quruluşlu, hüquqi dövlət olacaq. Bu gün də həmin oxşar stuasiyadır. Düşünürəm ki, gələn il nəsə dəyişiklik olacaq. Elə buna görə də özümü bu dəyişikliyə hazırlayıram. İstəyirəm cəmiyyət də hazır olsun. Amma hadisələrin inkişafı göstərir ki, faktiki olaraq cəmiyyət dəyişikliyə hazır deyil.


- Mən belə başa düşdüm ki, 1991-ci ildə baş verən dəyişikliyə də cəmiyyət hazır deyildi, indikinə də. Bəs nə vaxt hazır olacaq bu cəmiyyət?

  • Mən bu məsələyə bir az başqa cür yanaşıram. Məncə cəmiyyət yox cəmiyyətin aktivsləri hazır deyil. Yəqin yadınızdadır ki, o vaxt hadisələr nə ilə nəticələndi. Öncə Ayaz Mütəllibov, 1 il sonra Xalq Cəbhəsi gəldi hakimiyyətə və görüntü olaraq deyə bilərlər ki, çox şey dəyişdi, amma heç nə dəyişmədi. Müxtəlif bəhanələr, səbəblər gətirilərək parlament seçkiləri keçirilmədi. Nəyə görə keçirilmədiyi də aydın məsələdir. Onlar cəmiyyəti idarə etməyə hazır deyildilər. İdarəçilik qabiliyyəti demək olar ki, yox idi. 1992-ci ilin avqust ayı idi. Bakı şəhər Baş Polis İdarəsinin rəisi Bəxtiyar Əliyevi həbs etdilər. Mən də onun vəkili idim. Bəxtiyarıhəbs etmək olmazdı əslində, çünki o deputat idi. Əvvəlcə müraciət olunmalı, onun həbsinə icazə alınmalı idi. Amma bütün bunlara baxmayaraq artıq onu həbs etmişdilər. O vaxt İsa Qəmbərbelə bir çıxışetmişdi ki, siz razılıq versəniz də verməsəniz də biz onu tutmuşuq və həbs olunacaq. Amma biz istəyirik ki, siz razılıq verəsiniz. O vaxt biz görşdük və mən izah etməyə çalışdım ki, Bəxtiyar Əliyevin həbs olunması düzgün deyil. Onun həbs olunmasına səbəb də o idi ki, niyə mitnq keçirməyə imkan vermir. Həmin dönəm bu tip başqa hadisələr də olmuşdu. Demək istəyirəm ki, o vaxt hakimiyyətə gələn adamlar əvvəlcədən verdiyi vədləri yerinə yetirə bilmədilər. Mən hesab edirəm ki, həmin vaxt bir neçə radikal addım atmaq lazım idi. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin müəyyən arxivlərinin açılıb, ictimailəşdirilməsi vacib idi. Amma təəssüf ki, bu sənədlərin heç biri açılmadı. Bu gün də kimlər ki, imkan tapıb o arxivlərlə tanış olmuşdu, həmin məlumatdan təhdid kimi istifadə edirlər. Bunlar 1 il hakimiyyətdə qaldılar, bu bir ili 20 ildir ki, başımıza vururlar. Digərləri də 19 ildir hakimiyyətdədirlər. Nə dəyişdi ki? Bu 19 ildə o 1 ilin ziyanlarını da aradan qaldırmaq olardı, irəli getmək də. Hər dəfə demək ki, AXCP və Müsavat Azərbaycanda mühüm dəyişikliklər etdilər, mən bu fikirlə razı deyiləm. Doğrudur, dəyişikliklər oldu- insanlarda olan inamı öldürdülər. Biz inanırdıq ki, bunlar gəlib nəsə edəcəklər, amam heç nə etmədilər. Özləri deyir ki, bu dəfə hakimiyyətə gəlsək biz getməyəcəyik, onda səhv elədik getdik.

- Bu daha təhlükəlidir.

  • Mən elə düşünürəm.

- Ümumiyyətlə, hazırki müxalifət hakimiyyətə gələ bilər?

  • Əvvəlcə ondan başlayaq ki, indikilər gedə bilər mi? Bəli, bu iqtidarın getməsi mümkündür. Müxalifətin hakimiyyətə gəlməsi üçün də ilk növbədə hazırki iqtidar getməlidir. Bunlar gedəndən sonra da hakimiyyətə çox adam gələ bilər.

- Necə baş verəcək bu proses?

  • Bu gün iqtidara arxa duran adamlar, sabah getməklərini istəyəcək. Təbii ki, söhbət daxildən yox, xarici qüvvələrdən gedir.

- Onda, demək ki, bu daxili məsələ deyil.

  • Belə deyək ki, maraqların üst-üstə düşməsi nəticəsində olacaq bu proses. Bilirsiniz, mən daxildə o potensialı görmürəm kimsə bu hakimiyyəti devirsin. Amma xaricdən bu ola bilər. Həmin xaric də daxildə onlara kim sərf edirsə hakimiyyətə həmin qüvələri gətirəcək.

- Amma bu dəyişiklik olmaya da bilər.

  • Hadisələrin bu cür inkişafı onu göstərir ki,olacaq. Ərəb dövlətlərinə olan vəziyyətə baxaq. Onlarda belə bir stiuasiyanın yaranacağını heç kim proqnozlaşdıra bilməzdi. Onlarla müqaisə edəndə elə düşünürdük ki, bizdə mübarizə aparmaq əzmi var, biz hər şeyi qəbul edə bilmərik, güya biz onlardan daha demokratikik və sair. Lakin orda elə bir vəziyyət yarandı ki, artıq hansısa qüvvələrə sərf etmədi. Yəqin ki, Suriya məsələsi həll olunan kimi, növbədə olan bir neçə dövlətin də məsələsinə baxılacaq.

- Azərbaycanın siyasi arenasına baxanda indiki iqtidarı heç də zəif görünmür. Bu adam artıq 8 ildir öz iqtidarını qoruyub saxlayır və qonşu ölkələrlə münasibəti normal saxlaya bilirsə, hətta bəzən həmin ölkələrin üstünə də gedirsə İlham Əliyevi zəif hesab etmək olmaz. Mən belə düşünürəm.

  • Uşaq anadan olur və başlayır böyüməyə. 1 yaşında uşaqla 10 yaşında uşağın arasında təbii ki, fərq çoxdur. Azərbaycan da bu müddət ərzində yavaş-yavaş böyüdü.

- Yəni, bu iqtidar çox böyüyüb?

- Mən iqtidarın güclü olması fikiri ilə razı deyiləm. Bizim iqtidarı nədəsə güclü hesab etmirəm. Sadəcə olaraq bizim iqtidar dünyani idarə edən güclərə sərf edir.

Bəlkə Azərbaycanın polisi, ordusu Misirdən güclüdür, yoxsa pulu çoxdur? Bunların hamısı nisbi olan söhbətlərdir.

- Əgər hakimiyyətdə dəyişiklik olarsa, toplumu ətrafında birləşdirən bir lider olmalıdır. Bu gün Azərbaycan siyasi arenasında belə bir şəxs varmı?

- Azərbaycanda dəyişiklik olacaqsa deməli, kimsə hakimiyyətə gəlməli və bu iqtidarı əvəz etməlidir. Mən hesab edirəm ki, cəmiyyətin aktiv olan siyasətçiləri deyil başqa bir qüvvə ortaya çıxa bilər. O baxır burda olan dəyişikliyin başında kim duracaq və hansı tərəfə meyilli olacaq. Bu gün Azərbaycanda özlərini demokratik düşərgə adlandıran bir qrup var, bunların da içində AXCP və Müsvat fərqlənir və bir neçə başqa partiyalar var ki, burada birləşirlər. Azərbaycanda dini qruplaşmaların da olduğunun yəqin ki, fərqindəsiniz. Bu qruplaşmaları bəziləri qəbul edir, bəzilərisə yox. Mən hesab edirəm ki, bəlkə də o dini qruplaşmalar, demokratik düşərgədən yüksəkdədir ya da eyni səviyyədədir.



- Güc etibarı ilə də, təşkilatlanmada yuxarıda ola bilərlər. Doğrudur, onların radikallarına qarşı əməliyyatlar olub, amma düşünürəm ki, bu qruplaşmalar çox təhlükəlidir. Mən onu problem kimi dəyərləndirirəm güc kimi yox.

  • Siz onu problem hesab edirsiniz, amma o gücün tərəfdarları düşünürlər ki, niyə də onlar olmasın.

  • Şəxsən mən Azərbaycanın İrana çevrilməyini istəmirəm.


  • Siz belə hesab edirsiniz, amma bu yolu düzgün hesab edənlər də var. Onlar düşünürlər ki, bu yolla ağ günə çıxa bilərlər.

- Siz nə düşünürsünüz o qruplarla bağlı?

  • Mən o qrupun tərəfdarı deyiləm və bunu istəmirəm də. Amma mən düşünürəm ki, bu günkü şərait onların inkişafına zəmin yarada bilib.

- Mən belə başa düşdüm ki, demokratik düşərgə adlanan qrupun da tərəfdarı deyilsiniz.

  • Xeyr, demokratik düşərgə adlanan qrupun istədiklərini mən də istəyirəm. Amma onlar o istədiklərini edə biləcək ya yox bu başqa məsələdir. Mən hesab edirəm ki, edə bilməyəcəklər. O halda da ikinci xəyal qırıqlığı yaşanacaq. 1993-cü ildə cəmiyyətin əksər hissəsinin gözləntisi o idi ki, Heydər Əliyev gələcək hər şey düzələcək. Hər kəsin müsbət bir gözləntisi var idi. Yəni Azərbaycan müstəqil, demokratik dövlət olacaq. Bu gözlənti 1998-ci ilə kimi davam etdi. Mən deyərdim ki, 1994-cü ildə Azərbaycanda hüquq sahəsində də çiçəklənmə dövrü idi. O vaxt nəsə qazanmaq olardı. Məhkəmə proseslərin də haqqı, ədaləti sübut eləmək mümkün idi. 1997-ci ildən başlayaraq getdikcə azaldı və bu gün Azərbaycanda məhkəmə sisitemi demək olar ki, yoxdur. Bu gün Azərbaycanda məhkəmədə ədalət axtarmaq mənasız bir şeydir. Əgər bizim məhkəmələrdə ədalətli qərar çıxarılarsa bu adama anormallıq kimi gələr. Düşünərsən ki, mən pul verməmişəm, birindən xahiş etməmişəm bu necə ola bilər axı. Daha sonra 1998-ci ildə az-çox bir az normal seçki oldu. Etibar Məmmədovun namizəd olduğu dövrü nəzərdə tuturam. Mən həmin seçkidən sonra məhkəmədə vəkil kimi iştirak edirdim. Əlimizdə bir sənəd vardı, Mərkəzi Seçki Komissiyasında başqa. Bu gün də o, sənədlər məndədir. O dönəmdə müxalifətdən heç kəs Etibar Məmmədovu müdafiə etmədi. Səbəb də o idi ki, 1993-cü ilin iyun hadisələrində Etibar Məmmədov düzgün mövqe tutmamışdı. Mən də həmin fikirdəyəm. Nəhayət, Heydər Əliyev hakimiyyətdə qaldı və fəaliyyətinə davam etdi. 2003-cü ildə yenə həmin vəziyyət oldu. Bu gün İsa Qəmbər deyir ki, mən 2003-cü ildə seçilmişəm. Mən belə hesab edirəm ki, seçilmiş adam prezident olmalı idi, olmadısa deməli seçilməyib. Bəlkə də seçilmişdi, amma onu qoruya bilmədi. 2008-ci ildə isə Azərbaycanda elə bil heç seçki keçirilmədi. İndi də 2013 gəlir. 2003-cü illə 2013-ün fərqi nədir? Yenə həmən iqtidardır. Bəlkə bu gün o iqtidar zəifləyib, bəlkə pulu azalıb, bəlkə postunda bir zəifləmə var? Bu müxalifət 2003-cü ildə bunu edə bilmədisə 2013-cü ildə necə edəcək? “Yenilən doymaz” deyirlər. Müxalifətdəkilərdə belə bir fikir var ki bəlkə növbəti dəfə nəsə oldu. Yenə oyun oynayırlar. Mən şəxsən bu oyunu istəmirəm. Düşünürəmki, uduzacaqlar və ömrümüzdən daha 5 il gedəcək.

- Bəs, bu müxalifətlə nə edək?

  • Cəmiyyətlə işləmək lazımdır. Təəssüf ki, mən bunu görmürəm. Ümumiyyətlə 100 adamdan 50-si bu iqtidarı istəmir. Bir hissəsi də düşünür ki, sakitcə yaşayırıq də müharibə yox, çörək pulumuzu qazanırıq bəsimizdir. Ürəkdən istəyənlər təxminən 5-10 faiz ola bilər.

- Mən deyərdim ki, cəmiyyətdə daha çox etinasızlıq, laqeyidlik var.

  • Bu günkü hakimiyyət özünə demokratik iqtidar deyir. Qəzetlər, saytlar var, məhkəmə fəaliyyət göstərir. Amma bunların hamısını bağlasınlar və görsünlər nə baş verir bu cəmiyyətdə. Mənfi enerji yığılacaq və sonra partlayacaq. Hazırda az-az da olsa nəfəs alırlar, amma olmasa boğulacaqlar. Əlbəttə ki, bu mənim gördüyümdü, mən belə görürəm.

  • Mən belə başa düşürəm ki, 2013-cü ildə də hələki belə olacaq.

  • 2003-cü il seçkilərində hələ Heydər Əliyevin sağlamlığında problem yox idi, başqa məsələlər də öz yolunda idi mən İlham Əliyevin prezidentolacağını söyləyən insanlardan birincisi olmasam da ilklərdən idim. O vaxt çoxları məni qınayırdı ki, bura Ərəbistan deyil, burda monarxiya ola bilməz. Siyasətçilərimiz bu dəyişikliyə inanmırdılar və hazır deyildilər. Amma İlham Əliyev 2003-cü ildə namizədliyini də verdi və seçildi də. Ola bilər 2013-cü ildə də iqtidar başqa bir namizəd təqdim edə bilər. Mən bunun mümkünlüyünə inanıram. Hesab edirəm ki, Rusiya variantı kimi nəsə etmək olar. 10 ildən çoxdur hakimiyyətdə qalıblar deyə irad tutulmaması üçün iqtidarbu addıı ata bilər. Amma bu nə ilə nəticələnəcək, beləbir addım atılacaq atılmayacaq bu məlum deyil. Demək istəyirəm ki, bu gün özünü siyasətdə görən adamlar bu variantı da hesablamalıdırlar.

  • Mən belə başa düşdüm ki, siz hesab edirsiniz ki, əgər gələn il dəyişiklik olarsa həmin şəxs bu günkü demokratik düşərgədən olmayacaq.

  • Bəli, mən belə düşünürəm.

- 2013-cü ildə bu məsələyə bir daha qayıdarıq.

  • Əgər mənim fikirləşdiyimin əksinə olarsa, məni tanıyanlar bilir ki, mən sözümdən qaçan deyiləm o vaxt da bu fikrimi təsdiqləyəcəm və deyəcəm ki,mən səhv etmişəm, amma bu sözü demişdim.

  • Sizə Azərbaycan vətəndaşı kimi deyil, bir vəkil kimi müraciət etmək istəyirəm. Ramil Səfərov qəhrəmandır, yoxsa yox?

  • Deməli, əvvəlindən müəyyən müddətə qədər mən həmin işin içində olmuşam. 2004-cüilin mart ayında Macarıstana getmişəm, həbsxanada Ramillə görüşmüşəm və söhbət etmişəm. Birinci İnstansiya Məhkəməsi hökm çıxarana qədər 11 dəfə Macarıstanada olmuşam və hər dəfə də Ramil Səfərovla görüşmüşəm. Bu işin detallarına qədər bilirəm. Mən bu fikirdəyəm ki, kiminsə haqqında fikir yürütmək, kiməsə hakimlik etmək düzgün deyil. Ramil düz edib, səhv etdib, bu cinayətdir və ya qəhrəmanlıqdır bu kimi fikirlər yürütməyi yalnış hesab edirəm. Təbii ki, hər kəsin öz baxış bucağı ola bilər, amma onu mühakimə etmək doğru deyil. Bəlkə mən Ramilin yerində olsaydım o hərəkəti etməzdim. Və buna görə də məni heç kim qınaya bilməzdi. Mən Ramilin yaşadıqlarını yaşamamışam, onun gördüklərini görməmişəm. O vaxt bir neçə dəfə psixoloji ekspertizalar keçirilmişdir. Ekspertlər belə bir rəyə gəlmşdilər ki, Ramil postravmatik stres deyilən bir vəziyyətdə olub. Buna Amerikada “Vyetnam sindromu”, Rusiyada “Çeçenistan sindromu” deyirlər. Yəni bu adamlar adi həyat tərzi keçirmiş insanlardan fərqlənirlər. Demək istəyirəm ki, Ramilin hərəkətinə qiymət vermək üçün insan özünü onun yerinə qoymalıdır. Ondan sonra fikir irəli sürməlidir.

- Belə anladım ki, siz cinayətkara qatil deməyi düzgün hesab etmirsiniz.

  • Qanunvericilik adam öldürməni müxtəlif cür qiymətləndirir. Məsələn, affekt vəziyyətində olub adam öldürmək olar , özünümüdaifiə nəticəsindəcinayət işləmək olar və sair.

  • Ramili ittiham edirlər ki, güya o ermənini yatan yerdə qətlə yetirib. Prosesin içində olan biri kimi siz nə deyə bilərsiniz bu haqda?


  • Şəxsən mənim üçün fərq etmir bu yatan yerdə olub, ya oyaq şəraitdə. Mən bu işin içində olan adam kimi bunun bir fərqini görmürəm. Hazırda bu məsələ mətbuatda çox müzakirə olunur. Mən birmənalı cavab verirəm ki, o yatan vəziyyətdə olmayıb. Bunu sübut etmək problem deyil. O iş üzrə Məhkəmə Tibii Ekspertizasının rəyi var. Rəydə göstərilir ki,mərhumun bədənində müxtəlif xəsarətlər var, xəsarətlərin bir hissəsi özünümüdafiə üçün xarakterikdir. Yəqin ki, siz də mənimlə razılaşarsınız ki, yatan adam özünümüdafiə edə bilməz.

- Ramili eksiradisiya edib Azərbaycana gətirmək, elə Hava Limanındaca əfv etmək, mayor rürtbəsi vermək, evlə təmin etmək, maaşını vermək, mühavizə etmək, onu bu cür yüksək statusa laiq görmək sizcə emosionallıqdan doğan zərurətdir yoxsa bu düşünülmüş addımdır?

  • Ağlı başında olan adam bizim kimi cəmiyyətdə fərd olaraq prezident olmaq iddiasına düşməz. Ən azından ona görə ki, prezidentin komandası olmalıdır. Müxtəlif adamlar bu gün Azərbaycanda hakimiyyətə gəlmək istəyirlər.. Mən Bu adamlardan soruşardım 8 ilkeçib bu hadisədən. Neçə illərdir müzakirə gedir ki, Ramil Səfərov məsələsi niyə həll olunmur. Bu iddiada olan adamlardan siz soruşun ki, siz nə edərdiniz gətizdirərdinizmi və azadlığa buraxardınızmı, baxın nə cavab verəcəklər. O adamdan xoşum gələrdi o deyərdi nə gətirərdim, nə də azadlığa buraxardım. Ona görə xoşum gəlməzdi ki, proses ağırdır, məhz axarla getmədiyi üçün xoşum gələrdi. Özünü hardasa müəyyən məqamlarda cəmiyyətə qarşı qoyan adamlardan xoşum gəlir. Amma mən sizi inandırıram ki, hamısı olmasa da hamısına bərəabər hissə deyəcək ki, gətirərdim və azad edrdim. Bəs niyə bu gün bunu prezident edəndə buna başa cur münasibət göstərirlər. Şəxsən mən indiyə kimi o hay-küyün də tərəfdarı olmamışam, burada olan hay-küy o vaxt Macarıstanda məkəmə prosesinə təsir etmişdir. Və bundan sonra da hay-küyün tərfdarı deyiləm. Onun hərəkətlərinin qəhrəmanlıq səviyyəsinə qaldırılmasınada haqq qazandırmıram.. Burda başqa məqamlar da ola bilər. Bu prosesi həyata keçirən adam doğrudan da bu addımın uğurlu nəticəsini görür və hesab edir ki, bu hərəkəti etməklə doğru qərar verib və gələcəkdə dəbu addımının arxasındaduracaq o halda mən həmin adamı alqışlayıram.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə