SİRLİ DÜnyam müəllifdən:əziz oxucum, əvvəlki kitablardan bir neçə şeiri təkmilləşdirib, bu kitaba əlavə etmişəm




Yüklə 1.25 Mb.
səhifə1/8
tarix23.02.2016
ölçüsü1.25 Mb.
  1   2   3   4   5   6   7   8
SİRLİ DÜNYAM


Müəllifdən:əziz oxucum, əvvəlki kitablardan bir neçə şeiri təkmilləşdirib, bu kitaba əlavə etmişəm.
I.bölmə

Könlümün nəğmələri
SİRLİ DÜNYAM

Sübh tezdən, günorta, qaralanda qaş,

Ruhum ruzigarla dolaşıb dağ-daş,

Olub gül-çiçəyə, yarpağa sirdaş.

Dönüb ay-ulduza, bəzənib səma,

Oxucum, bir baxın, sirli dünyama!


Keçdiyi yamacda bənövşəsi var,

Dərd-kədərdən başqa, həm nəşəsi var,

Gəzdiyi oylaqda göy meşəsi var.

O yerlər, dağ-meşə girir röyama,

Ətirli gül taxın sirli dünyama!
Elimdən-günümdən, xalqdan demişəm,

Pisi lənətləyib, haqqdan demişəm,

Sevgi-məhəbbətdən dastan demişəm.

Dəvət edirəm mən mey dolu cama,

Gəlin axın-axın sirli dünyama!
Qəlbimin atəşi, odlu sevdası,

Ömrümün aynası, səsi sədası,

Hər şeir açılan gülün butası.

Ecaskar hisslərim dönüb misrama,

Əzizim, ol yaxın sizli dünyama!
Ruhuma dad gəlib, söz olub tacım,

Qəlbimdə göyərib sözdən ağacım,

Oxu bu kitabı qardaşım bacım.

Bütün gözəlliklər axıb duyğuma,

Yayılsın sorağın sirli dünyama!
Açıb qucağını çölüm-düzlərim,

Söz olub dünyaya baxan gözlərim,

Nəğmədir, şeirdir sirli sözlərim.

Gülfir söz mülkündə yetişib kama,

De, varmı marağın sirli dünyama?

Varsa sevdim səni, dostsan ruhuma,

Əmanət kimi bax, sirli dünyama!
2015-ci il
MEHRİBAN OLAQ

Dünya boyda ümid, inam bəslərəm,

Bütün insanları sülhə səslərəm.

Üzümü dünyaya tutub söylərəm,

Eşidin sevgimi məhəbbətimi,

Mehriban olaq biz, ulduzlar kimi.


Hərəmiz bir ulduz, Yer kürəsində,

Körpələr uyusun layla səsində.

Dünya nəğmə desin eşq həvəsində.

Xoşbəxt istəyirəm gələcəyimi,

Mehriban olaq biz, ulduzlar kimi.

Mehriban olmasaq, daşacaq dərya,

Mehriban olmasaq, çin olmaz röya.

Mehriban olmasaq, yaşamaz dünya.

Gözdə səadətin xoş təbəssümü,

Mehriban olaq biz, ulduzlar kimi.

Aşıqlar saz çalıb, desin dastanı,

Açsın hər ölkənin, öz gülüstanı.

İnsanlıq naminə sevək insanı,

Göylərə ucaldım həyat eşqimi,

Mehriban olaq biz, ulduzlar kimi.

Gülfir deyir gəlin, bir deyib-gülək,

Xeyirxaqlıq edib, pisliyi silək,

İnsanlar, insanın qədrini bilək!

Qəbul edin mənim bu tövsiyyəmi,

Mehriban olaq biz, ulduzlar kimi.

Yanvar 2011
Şəki
SƏNİNKİDİR
Gecə-gündüz çapar olub, çapan bilir,

İtirəndə axtararaq tapan bilir,

Xəzan vurub budağından qopan bilir,

Boşalanda başqa yandan dolub dünya,

Yaşa-yarat, yaşamqaçun olub dunya.
Duyğusu saf, amalı düz, sözü şirin,

Eşqi dəniz, sudan təmiz, fikri dərin,

Göztək görər, duyub bilər, sakit,sərin,

Bax, bu mənim ürəyimdi səvmək üçün

Sığar kiçik vücuduna dünya bütün
Ay bənizli, günəş üzlü asimanım,

Ulu, ülvi, mavi gözlü kəhkəşanım,

Ulduz-ulduz şölə saçar dörd bir yanım,

Qanad çalıb, uçmaq üçün mənimkidir,

Azərbaycan, bu Gülfir də səninkidir!
2015-ci il

ÜZÜMƏ TOXUN

Xəyallar içində düşüncəm dərin,

Sevincim acıdır dərtlərim şirin,

Çünki dərtdən doğur ən gözəl şeirim.

Ey ürək, dünyada budur var-yoxum,

Əs, ey dağ küləyi, üzümə toxun!
Köklənmiş sim kimi dinir ürəyim,

Yeni açan gülə, enir ürəyim,

Dostum ol, dörd yandan əs ey küləyim!

Demə daşa dəydi, atdığın oxun,

Əs, ey dağ küləyi, üzümə toxun!
Ehmalca sirkələ nazlı gülümü,

Bihuş ətri ilə şad et könlümü,

Məxfi nəvazişlə oxşa telimi.

Gəl mənim yanıma, xoşdur az-çoxun,

Əs, ey dağ küləyi,üzümə toxun!
Tərpədsin gülləri meh ləçək-ləçək,

Axsın gözlərindən şeh çiçək-çiçək,

Zülmətdə görürəm işıqdan göyçək.

Tar-kaman, saz mənim şeirimlə oxun,

Əs, ey dağ küləyi,üzümə toxun!
Gülfirə dağlardan əs, cürət gətir,

Ruhuma sərinlik, güc-qüvvət gətir,

Təmkin, vüqar gətir, əzəmət gətir.

Bu dünya dünyama qoy olsun yaxın,

Əs, ey dağ küləyi, üzümə toxun!
2015-ci il

YAŞADAR


Hissim, duyğum qanadlanıb bu səhər,

Səsim alıb bu dünyanı başına,

Oxuyuram şeirləri nə təhər,

Saflıq gəlib bu könlümün xoşuna.


Dil-ağızsız oxuyuram ucadan,

Nə eşidən, nə bilən var səsimi.

Qaçıb məndən, ruhum uçub bacadan,

Açan güldən qoparacaq sözümü,


Günəş qonur təbəssümlə üzümə,

Bağça-bağlar ayırıb yer nərgizə,

Kəpənəklər qanad taxıb sözümə,

Ucub qonur hərəsi bir nərgizə


Yağmaz yağış, göydə bulud dolmasa,

Susmaz ürək dünya ona olsa dar.

Məhv olaram ümid,inam olmasa,

Gülfiri söz, sevgi, həvəs yaşadar.
2015-ci il

VERİN


Titrədəndə göy otları nəğmələr,

Söz çiçəkdir, o çiçəkdən bal verin.

Ey xudayar, verdiyini çəkirəm,

Paylaşmağa sevincimi bol verin.


Günü-gündən pöhrələnən budağam,

İlhamımla yaşıllaşan yarpağam,

Misra-misra bəhrələnən torpagam

Haqqa dogru gedirəm mən, yol verin

Min rüzgarla qarşılaşan çiçəyəm,

Min rüzgarla qarşılaşan çiçəyəm,

Səadətimdən aşıb-daşan diləyəm.

Ülfətimdən sınanmış bir ürəyəm,

Dostlar, mənim əllərimə əl verin.
Sözlə hördüm divarımı, bəndimi,

Dost qədrimi, düşmən bilir həddimi.

Vətənimə haray səsim yetdimi,

Sussam bir gün,sözlərimə dil verin.


Yaşamağa kənd, şəhərdə gözəldir

Axşamçağı sübh səhər də gözəldir

Sevinc, şadlıq, dərd, qəhərdə gözəldir

Həyat şirin, yüzdən artıq il verin.


Bağda hər bar, süsən, sünbül düzdədir,

Mehribanlıq, xoş təbəssüm gözdədir.

Polerantlıq, sülh, ədalət bizdədir,

Var-dövlət yox, Gülfirə siz gül verin.


2015-ci il

ÖLÜM ÇƏLƏNGİ
Yenə səhər olur yorğun, üzgünəm

Gözümü yummadım bu vaxta kimi.

Dünya da, həyat da mənasızlaşıb,

Kim alıb yuxumu, kim verib hökmü?


Gözlərim zillənib tavana sarı,

Göydə ulduzları sayıram sanki.

Olaylar fikirlər pərakəndədir,

Baxıram, baxmaqdan üzüldü can ki.

Göz yaşımla dolar sonsuz dəryalar,

Ayları, illəri sürüyürəm mən.

O qədər dərdim var, dünyaya sığmaz,

Dərd-qəmi köksümə bürüyürəm mən.


İndi deyilən söz dil altındadır,
Göylərdə gəzirəm mən həqiqəti.

Hamı bir-birini burda aldadır,

Sığışmır qəlbimə dərdin möhnəti.
Elə bil yırtılıb üzü dünyanın,

Təmiz bir insanda söz möhtacıyam.

Üzü yox, düzü yox, astarı çıxıb,

Mən dərtdən saralmış dərd ağacıyam.


Günlərim ağacdan tökülən xəzəl

Ömrüm getdi bada duman qar aldı.

Belə davranmazdı insanlar əzəl,

Yollarda yoldaşım ruzigar oldu.


Hayana yan aldım, əl-həzər oldum,

Qara gecələrdə fikrim ağ başamaq.


Kimə ağız açdım, giryan eylədim,

Mümkünmü görəsən özümdən qaçmaq?


Bir kağızdan ötrü yüz yol gedirəm,

Yalanı danışır ağızdolusu.

Hər dəfə yeni bir yalan vəd verir,

Rahat çəkir başa cam dolusu su.


Dünyanı tutacaq deyəsən ahım,

Ölümə çələngi hörürəm özüm.

Bu nə güzarandı söylə Allahım?

Gülfir deyir bir gün yumular gözüm.


2015-ci il
XƏYALİ DÜNYAM
Şanlı-şöhrətlidir ağac bar ilə,

Külək söhbət edir ağaclar ilə.

Güllərin üstündə səhərin şehi,

Həzin-həzin əsir baharın mehi.


Günəş zirvələrin qızılı tacı,

Nuruna qərq edir çölü yamacı.

Lalələr günəşə hey boylanacaq,

Əbədi məşələ dönüb yanacaq.


Gözəllik aləmi, füsünkar diyar,

Hər qarış torpaqda bir abidə var.

Daş məzarlardakı mərd igidləri,

Bəzər tər qərənfil, vətən gülləri.


Dolub-boşalanda göylərin gözü,

Daha gözəl olur lalə-nərgizi.

Həyat eşqi verir odlu çıraqlar,

Sanki gəl-gəl deyir loğman bulaqlar.


Şehli yarpaqların pıçıltı səsi,

Evdə körpələrin qığıltı səsi,

Həyat nəğməsidir, yaşamaq eşqi,

Quşlar da səs səsə söyləyir şərqi.


Al şəfəq doğanda duyğusu təmiz,

Ürəyim çırpınan dalğalı dəniz.

Gül olub çilənmək istəyirəm mən,

Deyirəm həmişə sevinsin vətən.


Od olub, odumla zülmət doğradım,

Xəyali dünyama gedən yol aldım.

Bu dünya əbədi xanimanımdır,

Hər sözü-söhbəti can dərmanımdır.


Səmada durnalar qaqqıldaşanda,

Dağ çayları coşub aşıb-daşanda.

Qanadlı ilhamım qanadın çalar,

Gülfir yene şirin xəyala dalar.


2015-ci il
GƏNCLİYİN SƏSİ

Nurlanan ay, yanan günəş, sandığım,

Gənclik eşqi, həvəsidir, səsidir.

Hünər, zəfər, odlu atəş sandığım,

Gənclik eşqi, həvəsidir, səsidir.
Sevənlərin, pünhan yerdə, görüşü,

Gözəllərin, ceyran, cüyür yerişi,

Medal alan igidlərin yarışı,

Gənclik eşqi, həvəsidir, səsidir.


Nəğmə, Dastan, Seygah, Zabul Heyratı,

Yarpaqlartək pıçıltısı, söhbəti,

Dostlar ilə ünsiyyəti, vəhdəti,

Gənclik eşqi, həvəsidir, səsidir.


Gözəllərə baxıb boyun burması,

Saatlarla yollarında durması,

Cosub-daşıb sozdən şeyir qurması,

Gənclik eşqi, həvəsidir, səsidir.


Göydən ayı, ulduzları endirən,

Tufanları, vulkanları söndürən,

El obada çıraqları yandıran,

Gənclik eşqi, həvəsidir, səsidir.


Kipriyindən güllər üstə şeh düşən,

Nəfəsindən buz əriyən, meh əsən,

Boz çölləri laləzara çevirən,

Gənclik eşqi, həvəsidir, səsidir.


Dağdan axan duman, çisgin, çən ahı,

Qeyrət, namus, düzlük onun silahı,

Bu millətin gələcəyi sabahı,

Gənclik eşqi, həvəsidir, səsidir.


Sevgisiylə xaliqələr yaradan,

Gülfir deyir pəncərədən daş atan,

Vətənini millətini yaşadan,

Gənclik eşqi, həvəsidir, səsidir.


2015-ci il
BƏXTİMİN TACI

Baxma qəmdən yazıram,

Gur gülüşüm, şənim var.

Macəraya hazıram,

Daş əridən dəmim var.
Hissim duyğum ayıqdır,

Dərdi alma vecinə.

Mənim sevgim layiqdir,

Ülvi təmiz sevginə.


Saxla mənim sevgimi,

Ömürlük əmanətdir.

Nur çiləsin gün kimi,

Dönməzlik dəyanətdir.


Sənlə nəfəs alıram,

Həyatımın mənası.

Qanadımı çalıram,

Sən ömrümün aynası.


Qəlbimin dan ulduzu,

Seçdim səni əzəldən.

Sözümün dadı-duzu,

Sevdim səni təzəldən.


Qısqanıram, üzünə,

Düşəndə gülün şehi.

Sığal çəksə gözünə,

Baharın həzin mehi.


Daşa, divara belə,

Qısqanıram mən səni.

Çıxsan obaya-elə,

Düşmən billəm özgəni.


Bu sevgiyə, sevdaya,

Od, atəş köz olmusan.

Mənim üçün dünyaya,

Baxdığım göz olmusan.


Gülfir görünür çox şən,

Sənsən bəxtimin tacı,

Başımdan dağılıb çən,

Ay dərdimin əlacı.


2015-ci il
O YERDƏ

Bəzən üstümüzə yağış, qar yağmış,

Sən bizə, mən sizə, gedən o yerdə.

Ay da bədirlənmiş, günəş də doğmuş,

Sən bizə, mən sizə, gedən o yerdə.
Var idi bərkimiş, tapdanmış torpaq,

bir ot bitərdi, nə də bir yarpaq.

Arada yol vardı yaxın, çox qıvraq,

Sən bizə, mən sizə, gedən o yerdə.


Mehriban dolandıq, olmadı pis gün,

Zamanın hökmüylə ayrıldıq bir gün.

Yolumuz yox olub, düşübdü küskün,

Sən bizə, mən sizə, gedən o yerdə.


Ötən aylar illər ömrümü çalıb,

Hər anın yerində xatirə qalıb.

Tikan-çayır bitib, ot ələf alıb,

Sən bizə, mən sizə, gedən o yerdə.


“Cicco edib getdi, qayıtdı həmən,

Bir cilo oturmaz” deyirdi nənəm.

Səndən çox yox idi, tez gedib gələn,

Sən bizə, mən sizə, gedən o yerdə.


Bir də belə yolu edə bilmərik,

Hər adddım başında yetə bilmərik.

Nə mən, nə sən, gəlib, gedə bilmərik,

Sən bizə, mən sizə, gedən o yerdə.


Gülfir yolumuzu eyləyir soraq,

Yaxıdan yaxldır, uzaqdan uzaq.

Özgə evdə yanır, özgə bir çıraq,

Sən bizə, mən sizə, gedən o yerdə.


2015-ci il
NƏ ÇƏKİR GÖYƏ

Fikir dəryasında batan qayığam,

Yelkəni yox, üzüb, sahilə çatam.

Gecəni sübhətək belə ayığam,

Dedim şeir yazıb başımı qatam.
Uçtdu fikirlərim qızıl quş kimi,

Şığıdı göylərin yeddi qatına.

Ağlım da başımdam çıxıb huş kimi,

Şam kimi sızlayıb, yandım oduna.


Səmada ulduzlar ağ tabakdadı,

Sayrışan ulduzlar yuxusuz idi.

Yerdə qara kabus bax qabaqdadı,

Ulduzlu göylərsə qorxusuz idi.


Sığındım köksünə ulu göylərin,

Ay da yeni çıxıdı, qorxmayım deyə.

Gülfir fikirləşir hey dərin dərin,

Susqu urəyimi nə çəkir göyə?

2015-ci il

SİMUZƏR KİMİ
Qurtulub keçmişindən,

Gələcəyə doğru get.

Geri qalma işindən,

Yerində, vaxtında et.


Keçmiş keçdi, düşünmə,

Fikirləş sabahını,

Doğru yoldan daşınma

Tanı öz Allahını.


İçində el qeyrəti,

Namusla dursun qoşa.

Buraq köhnə söhbəti,

Çalış bu günlə yaşa!


Od al çaxan şimşəkdən,

Qoy yolun təzə olsun.

Uzaq yalandan şəkdən,

Doğruya düzə olsun.


Qürbətdə kamın almaz,

Qəlbi sızlar dərindən.

Tərpədə bilən olmaz,

Dağları öz yerindən.


Güllərdən çələng hörər,

Dost qədrini bilənlər,

Qarşılığını görər,

Saf ürəklə sevənlər.


Simuzər kimi uçar,

Xəyal üçün yox sərhədd.

Dünya dolu intizar,

Yamac zirvəyə həsrət.


İsti, incə baxışdan,

Buz dağı da əriyər.

Bir ilmə bir naxışdan,

Güfir yüz dastan deyər.


2015-ci il
QOY DESİN

Yazmadıqlarından, yaz deyir ürək,

Etmədiklərini cürətlə et sən.

Yuxunu yozasan yaxşıya gərək,

Arzu istəyinə çalış yetəsən.
Ümid toxumları cücərt könlündə,

Axtarsan hər şeydə bir gözəllik var.

Tikanı çox olar açan gülündə,

Küləklər tikan yox gülü sovurar.


Şükr etmək özü bir nurlu səadət,

Xoşbəxtlik sevməkdir, sevgini qoru!

Dost qazan, dostunla, yarat xoş ülfət,

Üzdə təbəssümdür, qəlbinin nuru.


Gəmirə-gəmirə xırda böcəklər,

Nəhəng bir ağacı məhv edə bilər.

Nə deyir, qoy desin, ağzıgöyçəklər,

Gülfir nə eşidər nə sözə gələr.


2015-ci il
BÖYÜDÜ
Güllər düymələndikcə,

Könlüm, keyfim saz oldu.

İllər ilmələndikcə,

Ömrüm-günüm azaldı.


Dolandım sək-səkəri,

Sözlə əlbir olmuşam.

Müqəddəs yol seçəli,

Sənətdə pir olmuşam.


Yuxsuz gecələrimin,

Bahasına yarandı.

Çəkdiyim dərtlərimin,

Dühasına yarandı.


Sevgi, həvəslə doldu,

Səfasını duyası.

Böyüdü, böyük oldu,

Gülfirin söz dünyası.


2015-ci il
Çəkinə-çəkinə
Sözdür hikmət, sözdür həyat,

Yerdən göyə uçan qanad.

Doğan Günəş, ulduz-aydır,

Coşan dəniz, axan çaydır.

Söz söykəncim, dayağımdır,

Qaranlıqda mayağımdır.

Hər kəlməsi sirli dünya,

Sonsuz ümman, dərin dərya.

Sözdən çəkinə-çəkinə,

Girdim dəryanın içinə.

Sözü çəkirəm özümə,

Keçir bəsirət gözümə.

Sözdən tutub, mən dikəldim,

Çətinlikər aşıb gəldim.

Gülün butasından axdı,

Ilhamıma qanad taxdı.

Yaşıl zəmidir biçirəm,

Kövsər bulaqdır içirəm.

Şahin xəyalımla gəzdim,

Düzüm-düzüm misra düzdüm.

Sözdən çəkinə-çəkinə,

Qalxdım yel atın təkinə.

Sözü çəkirəm özümə,

Nuru qonur üz-gözümə.

Söz mənim qaynayan qanım,

Canımdan ayrılan canım.

Günəş kimi məhəbbəti,

Vulkandan güclü nifrəti.

Suyum, havam çörəyimdir,

Sevgi dolu ürəyimdir,

Əlimdən dost kimi tutur,

Ən böyük sərvətim budur.

Sözdən çəkinə-çəkinə,

Tabladım ağır yükünə.

Sözü çəkirəm özümə,

Təpər gətirir dizimə.

Ülvi, ulu bir neymətdir.

Nəğmə, şeir, hekayətdir.

Istəsə ulduz endirər,

Dağ-daşı muma döndərər.

Öz sözüm, özümün tayı,

Allahımın mənə payı.

Gülfirin keçdiyi bu yol,

Sevin,kədər,qəm-qüssə bol.

Sözdən çəkinə-çəkinə,

Yetirəm hər məsləkinə.

Sözü çəkirəm özümə,

Dönür əbədi izimə.
2015-ci il


  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə