ŞİRKƏt rəHBƏRLƏRİNİn diQQƏTİNƏ!




Yüklə 31.43 Kb.
tarix27.04.2016
ölçüsü31.43 Kb.
ŞİRKƏT RƏHBƏRLƏRİNİN DİQQƏTİNƏ!
KEYFİYYƏT ASSOSİASİYASI” İCTİMAİ BİRLİYİ VƏ QAFQAZ UNİVERSİTETİ AZƏRBAYCANDA İLK DƏFƏ OLARAQ “STRATEJİ İDARƏETMƏ VƏ KEYFİYYƏT” SAHƏSİ ÜZRƏ DÜNYANIN ƏN MƏHŞUR VƏ TƏLƏB OLUNAN BİZNES MƏSLƏHƏTÇİLƏRİNDƏN BİRİ

DR. QREQORİ H. VATSONUN “KEYFİYYƏT STRATEGİYASI-KREATİV İDEYALARDAN EFFEKTİV İDARƏETMƏYƏ DOĞRU”

MÖVZUSUNDA MÜƏLLİF SEMİNARINI TƏŞKİL EDİR.

SEMİNAR 15-17 DEKABR TARİXLƏRİNDƏ KEÇİRİLƏCƏK.
Qeydiyyat üçün Qafqaz Universiteti Daimi İnkişaf və Karyera Planlama Mərkəzinə müraciət edilə bilər.
Qafqaz Universiteti, Azərbaycan, Bakı-Sumqayıt Şosesi 16-km, Xırdalan, Bakı AZ0101

Tel./Fax: (+994 12) 448 28 62-66, Fax: (+994 12) 448 28 61/67

Mob.: (+994 55) 207 75 09, (+994 55) 350 93 12

E-poçt: sgm@qafqaz.edu.az www.qafqaz.edu.az



Dr. Qreqori Harriss Vatson

Tərcümeyi hal

Dr. Qreqori Vatson idarəetmə, keyfiyyət, altı siqma, bençmarkinq, statistika sahəsində dünyanın ən məşhur və tələb olunan biznes-məsləhətçilərindən biridir. O, 1948-ci ilin 16 iyulunda ABŞ-da anadan olmuşdur. Dr. Vatson 1970-2003-cü illər ərzində Teylor Universitetində “Faydalı qazıntılar və kimya” üzrə bakalavr, Cənubi Kaliforniya Universitetində “Sistemlərin idarə olunması” üzrə magistr, Milli Müdafiə Universitetində “İqtisadi siyasət” üzrə fəlsəfə doktoru, Antiox Hüquq Məktəbində “Hüquq təlimi” üzrə magistr, Oklahoma Dövlət Universitetində “Sənaye mühəndisliyi” ixtisası üzrə magistr təhsili və dərəcələrinə yiyələnmişdir.

Hal-hazırda Qreqori Vatson “Business Excellence Solutions” Ltd. şirkətinin rəhbəri, Beynəlxalq Keyfiyyət Akademiyasının prezidentidir. Bundan başqa o, Bençmarkinq üzrə Qlobal Şəbəkənin, Asiya və Sakit Okean Regionu Ölkələri Keyfiyyət Təşkilatının, Ümumdünya Elm və Mühəndislər Cəmiyyətinin, Dünya Sənaye Mühəndisliyi Cəmiyyətinin idarə heyətinin üzvüdür. Dr. Vatson 25 ölkənin elm, texnika və keyfiyyət üzrə təşkilatlarının fəxri üzvü seçilmişdir.



Peşəkar fəaliyyəti:

Cənab Dr. Vatson 1980-ci illərin əvvəllərindən başlayaraq idarəetmə sahəsində peşəkar məsləhətçi kimi fəaliyyət göstərir. 1990-cı illərdə o, ABŞ hökumətinin xüsusi tapşırığı ilə Çin və Çilidə idarəetmə və keyfiyyət sahəsinin inkişafı üzrə dövlət proqramlarının rəhbəri olmuşdur. Qeyd etmək lazımdır ki, bu ölkələrdə iqtisadiyyatın inkişaf etdirilməsində onun müstəsna xidmətləri vardır. Dr. Vatson özünün çoxillik peşəkar fəaliyyəti müddətində dünyanın bir çox ölkələrində dövlət və özəl sektor nümayəndələrinə idarəetmə və keyfiyyətlə bağlı təlimlər keçmiş, məsləhətlər vermiş və bu sahədə mütəxəssislərin yetişdirilməsində böyük rol oynamışdır. O, hazırda dünyanın Nokia Mobile, American Express, Chevron, ExxonMobil, Toyota, Nissan, Ford, Toshiba, Sony, Compaq, Hewlett-Packard, İntel, İBM, DuPont, Xerox, Nestle, Citigroup, Monsanto, Alied İrish Bank, Deutsche Bank, British Telecom, Telia Sonera, Gemplus, ST Microelectronics, Johnson Controls, AT&T və s. kimi şirkətlərinin baş məsləhətçisidir.

Dr.Vatson bu gün dünyanın bir sıra ölkələrinin hökumət və biznes dairələrində böyük nüfuza malikdir. Hal-hazırda Dr.Vatson dünyanın müxtəlif ölkələrində həyata keçirilən iri biznes layihələrində peşəkar məsləhətçi kimi iştirak edir. Bundan başqa o, bir sıra ölkələrin hökumət dairələri üçün fərdi məsləhətçi kimi də fəaliyyət göstərir.

Cənab Vatson 2008-ci ildə dünyada elm və mühəndislik sahəsində göstərdiyi xidmətlərə görə “İlin adamı” seçilmişdir.



Kitabları:

1) Marketing R&D Concepts (Washington, DC: Continental Press, 1985)

2) The Benchmarking Workbook (Portland: Productivity Press, 1992)

3) Strategic Benchmarking (New York: John Wiley & Sons, 1993)

4) Business Systems Engineering (New York: John Wiley & Sons, 1994)

5) Managerial Distinctions: Total Quality and Six Sigma (Tokyo: JUSE Press, 2001)

6) Operationally Defining Quality for Government (Milwaukee: American Society for Quality, 2003)

7) Six Sigma for Business Leaders: A Guide to Implementation (Salem, NH: GOAL/QPC Press, 2004)

8) Design for Six Sigma: Innovation for Enhanced Competitiveness (Salem, NH: GOAL/QPC Press, 2005)

9) Strategic Benchmarking Reloaded with Six Sigma (New York: John Wiley & Sons, 2007)

10) The Future of Quality (Milwaukee: American Society for Quality, 2008) və s.

Q. Vatsonun kitabları dünyanın 100-ə yaxın ölkəsində nəşr olunmuş və müxtəlif dillərə tərcümə edilmişdir. Amerika Keyfiyyət Cəmiyyəti 2007-ci ildə onun əsərlərini ABŞ-da biznesi idarəetmə sahəsində praktiki əhəmiyyəti olan ən dəyərli əsərlər siyahısına daxil etmişdir



Dr. Qreqori H. Vatsonun

Keyfiyyət strategiyası – kreativ ideyalardan effektiv idarəetməyə doğru”


mövzusunda müəllif seminarının

Proqramı

1-ci gün (15. 12.2009)

Fəaliyyətin adı

Saat

Qeydiyyat

09:30-10:00

Tədbirin açılışı

(Açılış nitqi)



Çıxış edən /Mühazirəçi

10:00-10:10

Qafqaz universitetinin rektoru

Ahmet Saniç



AQA-nın prezidenti Samir Novruzlu

10:10-10:20

Beynəlxalq Keyfiyyət Akademiyasının

prezidenti Dr. Qreqori H. Vatson



10:20-10:30

Seminarın verilməsi

( Dr. Qreqori H. Vatson)



Mövzu

  1. Keyfiyyət strategiyası: effektiv idarəetmə üçün kreativ ideyalar

10:30-11:00

Çay fasiləsi 11:00-11:15

Seminarın davamı

(Dr. Qreqori H. Vatson)



  1. Keyfiyyəti idarəetmə biznesin rəqabətə davamlılığını artırır

11:15-12:45

Nahar 12:45-14:00

Seminarın davamı

(Dr. Qreqori H. Vatson)



  1. Biznesin idarə edilməsində keyfiyyət amili və beynəlxalq standartlar

14:00-15:30

Çay fasiləsi 15:30-15:45

Seminarın davamı

(Dr. Qreqori H. Vatson)



  1. Strateji idarəetmə üçün biznesin mükəmməllik modelinin üstünlükləri

15:45-17:15



2-ci gün (16. 12.2009)

Fəaliyyətin adı

Mövzu

Saat

Seminarın verilməsi

( Dr. Qreqori H. Vatson)



  1. Altı Siqma ən effektiv idarəetmə üsulu kimi

10:00-11:30

Çay fasiləsi 11:30-11:45

Seminarın davamı

(Dr. Qreqori H. Vatson)



  1. Biznesin idarə edilməsi - gəlirlərin artırılmasında uğur faktorudur

11:45-13:15

Nahar 13:15-14:30

Seminarın davamı

(Dr. Qreqori H. Vatson)



Mövzu

  1. Davamlı və uğurlu biznes nəticələrinin əldə edilməsində keyfiyyəti idarəetmə siyasətinin rolu

14:30-16:00


3-cü gün (17. 12.2009)

Fəaliyyətin adı

Saat

Şirkət rəhbərləri və ya top menecerləri ilə görüş

(Dr. Qreqori H. Vatson) Açıq müzakirələr-məsləhətlər

10:00-13:00

Seminarın yekunu və Naharın verilməsi

13:00-13:30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə