Шејтан тәләси Nauçno-kulьturnıй цentr «Axli-Beйt» v Sankt-Peterburqe




Yüklə 354.42 Kb.
tarix22.04.2016
ölçüsü354.42 Kb.
Faiq Vəlioğlu

http://ehliwie-samux.com



Шејтан

тәләси


Nauçno-kulьturnıй

цentr «Axli-Beйt»

v Sankt-Peterburqe

موسسه علمی فرهنگی اهل بیت (علیهم السلام) در سان پترزبورق
Ünvan: SPB. Ul. Uşinskoqo. dom-5. korpus.-2. Tel: 8-901-320-11-73

Bismillahir-rəhmanir-rəhim!
وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
[Ey müsəlmanlar!] İçərinizdə insanları yaxşılığa `vət edən, xeyirli işlərə əmr edib pis əməlləri qadağan edən bir dəstə olmalıdır! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. 1

Müqəddimə


Haqqında bəhs etmək istədiyimiz mövzu müasir dünyanın ən böyük bəlalarından biridir. İnsan öz şəxsiyyətini nə qədər alçaltsa, Şeytan bir o qədər ona yaxınlaşar. Şərab və məstedici içkilər də insan şəxsiyyətini aşağı salan amillərdən biridir.

Bu qısa bəhsimizdə şərab və içki barəsində dörd bölmədə bəhs edəcəyik:



Birinci: Qur`anda şərab və içki barəsində nə buyurulub?

Ikinci: Əhli-Beyt (ələyhimussalam)-dan şərab haqqında gələn dəyərli kəlamlar;

Üçüncü: Dünya alimləri və tibb elmi şərab haqqında nə söyləyir?

Dördüncü: Şərab və içkidən tövbə və yaxud Allaha tərəf qayıdış.
Faiq Vəlioğlu 2003

Birinci fəsil




Şərabın yaranma tarixi

Şərabın nə vaxt meydana gəlməsi bizə dəqiq mə`lum deyildir. Hal-hazırda mövcud olan Tövrat və İncil kitablarında da şərab haqqında danışılmışdır. Bundan əlavə, qədim Misir və Babil aşurilərindən əldə qalan əsərlərdə, müxtəlif millətlərin əfsanələrində, o cümlədən yunanların, rumların qədim əfsanələrində şərabın adı çəkilmişdir.

Həzrəti İsa (əleyhissalam)-dan qabaqkı dövrlərdə yaşamış qədim yunan tarixçisi Blinyus yazır ki: “Mən yüz ildən qalmış şərab içdim”. Humerus adlı başqa bir tarixçi özünün “Əl-Yazər” kitabında şərabın adını çəkir.

Bə`ziləri üzüm şərabının meydana gəlməsini belə nəql edirlər: Həzrət Adəm (əleyhissalam) üzüm ağacını əkir. Bu səhnəni görən Şeytan gəlib onun dibində tovuz quşunu kəsir. Üzümün yarpaqları açıldıqdan sonra isə dibində meymun kəsərək onun qanını ağacın dibinə tökür. Amma ağac bar gətirdikdən sonra, Şeytan onun dibində bir şir kəsir. Meyvə kamil yetişdikdən sonra isə bu dəfə onun dibində bir donuz kəsir. Deyilənə görə, həmin səbəbə görə şərab içən şəxsdə bu dörd heyvanın xasiyyəti zahir olur.1

Şərab içənin rəngi və surəti əvvəlcə tovuz quşu kimi qızarır. Şərab onun damarlarına keçdikdən sonra məst olaraq meymun kimi rəqs etməyə başlayır. Sərxoşluq halı onun bütün bədənini bürüdükdən sonra kimisə vurub öldürmək istəyir. Şir kimi hər tərəfə həmlə edir. Daha sonra onda əsəb yorğunluğu yaranır və yatmaq istəyir. Bu vaxt xoruldayaraq yuxuya gedir və özünü Şeytanın ixtiyarında qoyur.2

Tarix səhifələrində bu cür əhvalatlara çox rast gəlmək olar. Hər halda, şərabın yaranma tarixi bizə dəqiq şəkildə mə`lum olmasa da, onun adının qədim zamanlardan, hətta demək olar ki, bəşərin ömrü ilə bərabər olmasına şübhə yoxdur.

Amma şərab və məstedici içkilərin rəsmi şəkildə hazırlanması miladi tarixinin birici ilindən İskəndəriyyədə başlanır. .

QUR`ANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA

Bəşəriyyətin ən qatı düşmənlərindən biri olan şərab haqqında Qur`ani-Kərimin bir neçə surəsində ayələr nazil olmuşdur. Mə`lum olduğu kimi cahiliyyət dövründə şərabdan çox geniş şəkildə istifadə olunurdu. Onu da qeyd edək ki, bə`zi şərabxorların şəxsi fikirlərinin əksinə olaraq, İslam dini nöqteyi-nəzərindən bütün səmavi dinlərdə, dini kitablarda (həmçinin, Tövrat və İcildə), həzrəti Adəm (əleyhissalam)-dan indiyə qədər şərab haram olmuş və Qiyamətə qədər də haram olacaqdır. Bütün müsəlman alimlərinin fətvasına uyğun olaraq, şərab və məstedici içkilər zatı nəcis sayılan on bir nəcis (murdar) şeylərdən biridir.

İndi də Qur`anda şərab haqqında nazil olan bə`zi ayələri nəzərdən keçirək:


  1. Bəqərə surəsi,219-cu ayə:


يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِن نَّفْعِهِمَا ............. كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

[Ey Mənim Rəsulum!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah və həm də insanlar üçün mənfəət [şərabın alveri ilə əldə edilən kiçik dünya mənfəəti] vardır.................... Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz..”.

Bu ayə barəsində məşhur təfsir kitabı olan “Məcməul-bəyan”da yazılır: İnsanlara söylə: Şərabda və qumarda böyük günah var! Ola bilsin ki, ondan bə`ziləri mənfəətlər də götürsünlər. Belə ki, şərabı alıb-satmaqla qazanc əldə edilir, onu içib ləzzət alanlar da olur və s. Sonra əlavə edir ki, onların günahı və zərəri xeyrindən daha çoxdur. Çünki, içki və qumarın istifadəsi ötəri, faydası isə məhduddur. Amma günahına gəldikdə isə, onu içən insan əgər tövbə etməsə, Pərvərdigari-aləmin qəzəbinə, O müqəddəs varlığın qarşısında düşmən mövqeyində durmasına səbəb olur. Halbuki, ondan götürülən azacıq xeyir, günah və zərəri ilə müqayisədə bir damla ilə dəryanın fərqi qədərdir. Əlbəttə, qeyd olunan zərər insanın iman, təqva və mə`nəviyyatında olan zərərdir, tibbi və fiziki bəlalarından isə gələcək bəhslərdə söz açacağıq.




  1. Maidə surəsi,90-ci ayə:


يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! Şərab da [içki də], qumar da bütlər də, fal oxları da Şeytan əməlindən olan çirkin bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!”

Bu ayə dörd cəhətdən şərabın haram olmasına dəlalət edir:

1. Allah şərabı çirkin bir şey adlandıraraq insanın nicat tapmasının mümkünlüyünü bu çirkinliklərdən uzaqlaşmaqda görmüşdür.

2. Bu cür əməlləri Şeytan əməli adlandırır. Aydındır ki, Şeytan əməli haram işlərdəndir.

3. Göstəriş verir ki, bu işdən çəkinin. Allahın göstərişlərinə əməl etmək vacib və bu göstərişin icrasından yayınmaq isə haramdır.

4. İnsanın düz yola gəlməsini və xoşbəxt olmasını bu cür murdar işlərdən çəkinməkdə görür. Onu da qeyd edək ki, Allah-təala bu günahın adını «bütpərəstlik» kimi günahla bir sırada çəkir. Bu da həmin əməlin şiddətli haram olmasına bir nişanədir. Bu mətləblərdən əlavə, şərabın təkcə içilməsinin deyil, satılmasının da haram olması aydınca başa düşülür.

Sonrakı ayədə buyurur:



إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ

Şübhəsiz ki, Şeytan içki qumarla aranıza ədavət kin salmaq, sizi Allahı yada salmaqdan namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı1.

Göründüyü kimi şərab insanın həm dünyasını, həm də Axirətini xarab edir.

Bütün bunlardan nəticə olaraq başa düşmək olar ki, şərab içən. Allahın düşməni sayılır. Çünki, insan şərab içdikdə Şeytana yaxın olanlardan sayılır. Əgər insan vaxtında bu yoldan peşiman olub qayıtmasa, dünya və Axirətdə Allahın bəlasına düçar olar.

İkinci fəsil




14 MƏ`SUMLARDAN (əleyhimussəlam)-ŞƏRAB BARƏSİNDƏ

İslam dininin insanlara ne`mət olaraq bəxş etdiyi Peyğəmbər (səlləllahi və alehi və səlləm) və Əhli-Beyt (ələyhimussalam), cəmiyyətin bəlasına çevrilmiş şəraba qarşı çoxlu hədislər buyurmuşlar. Hər bir ağıllı insan bu kəlamlardan sonra şərab içmək, sərxoşluğa qurşanmaq və hər hansı bir məstedici içkilərə əl uzatmaqdan çəkinər. Aşağıda şərab haqqında nəql olunan bə`zi rəvayətləri qeyd edirik:



1) İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) şərab barəsində bir neçə dəstəni:

Üzüm ağacını şərab əldə etmək məqsədilə əkib becərənləri;

Üzüm sıxıb şərab çəkəni;

Şərab satanı;

Şərab içəni;

Şərab alanı;

Şərab və içkidən hər hansı bir yolla xeyir götürənləri;

Şərabın hazırlanmasında onun istifadəsində əli olanların hamısını `nətləmişdir1.

2) Yenə də İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) buyurur:

Hər kəs şərab içsə, ar etməz, anası, xalası və ya bibisi ilə də olsa, zina edər2”.



3) İmam Baqir (əleyhissəlam) buyurur:

Şərabxor şəxs, Allahın ədalət məhkəməsinə bütpərəst kimi gələr3”.



4) İmam Sadiq ələyhissalamdan nəql olunur;

Hər kəs zina etsə, imandan xaric olar;



Hər kəs şərab içsə, imandan xaric olar;

Və hər kəs Ramazan ayında bir gün qəsdən orucunu yesə, imandan xaric olar4”.

5) İmam Sadiq ələyhissəlamdan, başqa bir hədis nəql olunur:

Ne`məti azaldan günah - təcavüzkarlıq və Allahın göstərişlərindən çıxmaqdır.



İnsana həmişə peşmançılıq gətirən günah, adam öldürməkdir.

Allahın bəlasını nazil edən günah, zülmkarlıqdır.

İnsanı imansız edən günah, şərab içməkdir.

Ruzini kəsən günah zinakarlıqdır5”.

Həzrəti imam Rza (əleyhisalam)dan nəql olunur:

Allah şərabı haram buyurmuşdur. Çünki, onda fəsad vardır, o, şərab içənin ağlını əlindən alaraq Allahın inkarına gətirib çıxarır;

Şərabxor, Allah və Onun rəsulunun adından yalan danışmaqla (nalayiq sözlər söyləməklə) nəticələnir;

Həmçinin, fəsad, qətl, böhtan və zinaya səbəb olur;

Şərabxor, haram olunmuşlardan çox az çəkinir. Ona görə də, Allah əmr edir ki, bütün məstedici şeylər haramdır1!”

6) Həzrəti imam Sadiq (ələyhissalam) buyurur:

Allah-təala Behişti üç dəstəyə haram edibdir. [Onlardan birincisi] şərab içənlərdir2.

Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

Başqaları ilə şərab içilən süfrənin başında əyləşən şəxs, məl`undur”3!



7) Həzrəti imam Rza (əleyhisalam) buyurur:

Allah şərabı fəsad əmələ gətirdiyinə, əqli və fikri batil etdiyinə, abır-həyanı aradan apardığına görə haram etmişdir”4.


ŞƏRABIN TƏ`SİRİNƏ BİR MİSAL

Tarixdən mə`lum olur ki, böyük peyğəmbərlərdən olan Həzrəti Yəhya ibni Zəkəriyyanın (əlyehissalam) qətli şərab və içkinin tə`sirindən baş vermişdir. Yazırlar ki, O həzrətin ölümü zinakar bir qadınla şərabxor şahın əyyaşlıq macərası ilə bağlıdır. O qadın öz zinakarlığı ilə şahın səltənətində yüksək mövqe və qüdrət ələ gətirmişdi. Qocalana yaxın qorxur ki, şah ondan üz döndərsin və bununla da öz mövqeyini itirsin.

Buna görə də, başqa kişidən olan qızını şahla evləndirmək fikrinə düşür. Qızını yüz bir oyunla bəzəyib şahın hüzuruna gətirir ki, onunla evlənsin.

Şah deyir: Bu işdən ötrü Yəhya Ibni Zəkəriyya (zəmanənin peyğəmbəri) ilə məsləhətləşməliyəm. Əgər o icazə versə, sözüm yoxdur”. Şah bu məsələ ilə bağlı Həzrəti Yəhya (əleyhissala)-ma müraciət edir. O Həzrət bu işə icazə vermir və buyurur ki, bu iş şəriətdə haramdır! Şah nəfsani istəyinin əksinə olan cavab eşitdiyinə görə, hirslənir. Amma zahirdə özünü dindar kimi göstərdiyinə görə e`tiraz etmir. İstəmir ki, onu, bir şəriət hökmünü bəyan etdiyinə görə qətlə yetirsin.

Qadın bu işin qisasını Yəhya peyğəmbərdən almaq fikrinə düşür. O, şah şərab içib sərxoş olan halda qızını bəzəyib onun yanına gətirir. Qızına tapşırır ki, şah səndən istəyirsən?” - deyə soruşsa, söylə ki, Yəhya peyğəmbərin başını istəyirəm”.

Qız şahın yanına gəlir. Şah sərxoş olduğuna görə qızla zina edir və ondan nə istədiyini soruşduqda, qız həmin arzusunu söyləyir. Şah sərxoş olduğuna görə tez əmr verir ki, Yəhya ibni Zəkəriyya (əleyhissalam)-ın başını kəsib onun yanında hazır etsinlər.

Beləliklə, bu fitnə nəticəsində Allah peyğəmbərinin başını faciəli şəkildə teştin içində kəsdirir.

Göründüyü kimi şərab, Allahın peyğəmbərini qətlə yetirəcəyi qədər böyük tə`sirə malikdir.




Üçüncü fəsil




TİBB ALİMLƏRİ ŞƏRAB HAQQINDA

İnsan bə`zi vaxtlar hər hansı bir işin mahiyyətini başa düşmədən kor-koranə onu icra edir. Əgər onu bu işdən çəkindirmək istəsələr, tutarlı dəlil olmasa, heç vaxt öz işindən əl çəkmir. Bu vəziyyət insanın fitrətində qoyulmuş təbii bir məsələdir. Yə`ni, insan həmişə səbəb və elm axtarışındadır. Qeyd olunan bu məsələni İslam dini tamamilə qəbul edir, hətta, bu məsələ İslamın əsas şüarlarıdan biri sayılır. Buna görə də, İslamda e`tiqadi məsələlərdə təqlid etmək düzgün sayılmır.

Bütün müctehidlər ”Şəriət hökmləri” kitabının birinci məsələsində yazırlar ki, e`tiqadi məsələdə, yə`ni, “Üsuliddin”də təqlidə icazə verilmir. Yə`ni, hər bir müsəlman Allahın varlığını, Onun vəhdaniyyətini və bu kimi digər e`tiqadi məsələləri sübut və dəlillə qəbul etməlidir. həmçinin, başqa əqidəvi məsələlər də bu qayda üzrə olmalıdır. Biz, müsəlman və qeyri-müsəlman olan alimlərin şərab və ümumiyyətlə, bütün məstedici içkilərin nə qədər zərərli və murdar bir şey olması haqqında söylədikləri nəzəriyyələrdən söhbət açmaq istərdik.

Onu da bilmək lazımdır ki, insanın ağlı onun üçün dəlil (əsas) sayılır. Yə`ni, hər bir sağlam insan öz ağlı ilə həqiqi nəticəyə gələ bilər. Ona görə də, Allah-təala, ağılsız və ya ruhi cəhətdən tam mə`nada qeyri-sağlam şəxslər üçün heç bir təklif və vəzifə müəyyən etməmişdir. Elə bu səbəbdən də, dəli insanlar hər hansı bir cinayət və günahlarına görə məs`uliyyət daşımırlar və onlar üçün sorğu-sual yoxdur.

Tanınmış alim və filosof Əflatun1 şərab və başqa fəsad amilləri ilə mübarizə aparmaq yolunda belə bir təklif irəli sürür:

Cəmiyyətlərin bədbəxtçiliyi ondadır ki, savadsızlıq və cəhalət üzündən yaxşı ilə pisi bir-birindən ayıra bilmirlər. Cinayət və fasid işlərin tə`sirindən xəbərləri yoxdur. Bəs, əhalinin savadlanmasına çalışmaq lazımdır ki, murdar işlərin acı nəticələrindən xəbərdar olsunlar və bununla da, yaramaz işlərin kökü kəsilsin. İnsan bir şeyin zərər və puçluğunu bildikdən sonra ondan çəkinər.”

Amma Əflatunun şagirdi Ərəstu2 ustadının bu sözünü nəqd edərək yazır:

Doğrudur ki, əhalinin savadlı elmli olması, onları etdikləri cinayətlərin nəticəsindən xəbərdar edir. Amma bu heç fitnə-fəsadı günahı aradan aparmağa səbəb olmur. Çünki, biz gözümüzlə görmüşük ki, qazilər məhkəmə işçiləri rüşvət almaq kimi böyük bir cinayətin cəmiyyətdə dağıdıcı nəticələrini bilə-bilə bu işə əl uzadırlar. Digər bir misal, tibb elmini çox yaxşı bilən təbib şərabın pis `sirindən, bədənə olan zərərlərindən xəbərdar olduğu halda onu içir”.

Hər iki alimin kəlamından, belə nəticəyə gəlmək olar ki, bütün fəsad və günahların kökünün kəsilməsi yalnız, Allaha iman gətirməklə ola bilər. Yalnız haqq ədaləti və insanın dünya və Axirətinə zamin olan İslam dininə əməl etməklə bu fəsadlara son qoymaq olar.

Məşhur avropa alimi doktor Lev Gern öz statistik mə`lumatı və təhqiqatının nəticəsində belə bir mə`lumat verir:

Spirtli içkilərə qurşanmış hər 761 nəfər şərab içənin övladlarından 322 nəfəri yüngül əxlaqlı olur, 155 nəfəri ruhi anormallığa, 131 nəfəri isə ürək xəstəliyinə tutulur. Ruhi xəstəxanalarda olan xəstələrin 30-40%-i şərab içənlərdir. İnsan qətllərinin 75%-i şərab içməyin tə`sirindəndir. Soyuq silahla adam yaralamaq və fiziki xəsarət yetirməyin 30%-i şərabın tə`sirindən, oğurluq və qarətçiliyin 82%-i də həmin üzdəniraq və yaramaz sərxoşluğun acı nəticələrin-dəndir”.

Başqa bir avropalı Andre Mino adlı doktor özünün “Alkoqolizimə qarşı beynəlxalq mübarizə” təşkilatına verdiyi mə`lumatda deyir:

Ruhi xəstələrin 80%-i və cismi xəstəliklərə tutulanların 40%-i şərab içməyin tə`sirindəndir. Uşaqlar arasında 60% avara və tüfeyli uşaqlar, 40% azyaşlı cinayətkar, şərab içilən ailələrdən olublar.”

Şərabın yə`ni spirtli içkilərin bəşəriyyətə vurduğu ziyanlar həddən artıqdır. Bə`zi xəstəliklər, o cümlədən mə`də-bağırsaq xəstəliyi cigər xəstəliyi, mə`də, sinə və böyrək vərəmi, ruhi xəstəliklər, əsəb zəiflikləri və bu kimi digər ağır xəstəliklər şərabın tə`sirindən vücuda gəlir. Məşhur Rus yazıçısı Tolstoy yazır:

Əhali yaxşı bilir ki, şərabın `siri ilə vicdanın səsi boğulur. Ona görə , ondan istifadə edirlər.” (Yə`ni adi halda kimsənin cür`ət etmədiyi yaramaz, alçaq hərəkətlər, zülm və böyük cinayətlər sərxoş olan vəziyyətdə çox asan bir işə çevrilir.)

Doktor Karlın dediyinə görə, qadın və ya kişinin cinsi yaxınlıq zamanı sərxoş olması əsl cinayətdir. Çünki bu şəraitdə dünyaya gələn uşaq sağalmayan əsəb xəstəliyinə tutulur. Doktor Melvin Kezinin nəzəri belədir ki:

Hətta azacıq da olsa, şərabdan istifadə olunması zehnin çox korlanmasına səbəb olur. Az bir miqdarda şərab içib ləzzət alan insan bilmir ki, öz əsəb sisteminə nə qədər böyük zərər yetirir. Şərab əsəb hüceyrələrini öldürür, qanda zəhərlənməyə münasib şərait yaradır. Oksigeni azaldır və onun qana daxil olmasına mane olur. Həmçinin, qan dövranını ləngidir, bədəndə qanın laxtalanmasını əmələ gətirir.”

Nəhayət, doktor Herburq Moskov belə nəticəyə gəlib ki:

Şərab insan zehninin hafizə-sini korlayır, çoxlu mə`lumatları dərk edib yadda saxlamaq qüdrətini öldürür. Şərabxorun övladı xəstə olar, tənbəl və avam olub heç bir elmi təhsil almağa meyl göstərməz, həmişə hirsli olub, bə`zən isə naqis, anormal halda dünyaya gəlir”.

Bütün bunlara nəzər saldıqda, Qur`ani-Kərimin şərab haqqında buyurduqları təsəvvürümüzdə canlanır:



[Ey Mənim Rəsulum!] Səndən içki qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah həm insanlar üçün mənfəət [şərabın alveri ilə əldə edilən kiçik dünya mənfəəti] vardır.

Bə`ziləri iddia edirlər ki, şərab və məstedici içkilərin insan orqanizminə xeyiri vardır. Elə başa düşürlər ki, şərab iştahanı artırır, mə`dəni gücləndirir və yeməyin həzm olunmasına kömək edir. Bə`ziləri hətta, ifrata vararaq belə zənn edirlər ki, şərab ömrü uzadır, insana həyat verir. Bütün bunların qarşısında biz, tibb alimlərinin dəqiq elmi təhqiqatlarından başqa, ümumi nəticələrini əlavə edirik ki, Alahın insanlara haram buyurduğu şərab, insanın ciyərlərinə zərərdir və onda bir çox qorxulu xəstəliklər yaradır. Onların ən kiçiyi ciyərin genişlənməsi, iltihab, həmçinin, sidik kisəsi və onun yollarının tutulması və bağırsaq dolaşması xəstəliyinin yaranmasıdır. Çünki ciyərin və daxili bədən üzvlərinin və bağırsaqlarla birbaşa bağlılığı, qan-damar sistemi ilə sıx rabitəsi vardır. Çox vaxt şərabın tə`sirindən ciyərdə çoxlu xırda şişlər əmələ gəlir. Bunun da səbəbindən qarında su yığılır. İnsanın qarnında yığıntılar əmələ gəlir. Bu cür xəstəliklər bə`zən çox pis xəstəliyə o cümlədən, rak xəstəliyi ilə nəticələnir.

Allahın sizə qadağan etdiyi şərab, insan böyrəklərinin xarab olmasında ən tə`sirli amildir. Onları bütünlüklə fəaliyyətdən saxlayır, insanın ölümünə səbəb olan müxtəlif təhlükəli xəstəliklər yaradır. Burada təbiblərin məşhur bir sözü var, buyururlar: Şərabla yaşayanın ölümü sudan olar.”Yə`ni, çox şərab içmək insanın ciyərlərinin korlanmasına və həmçinin, böyrəklərinin çürüməsinə səbəb olur.

Allahın haram etdiyi şərab, insanın ürək-damar sisteminə çox böyük mənfi tə`sir edir, qəlbin döyüntüsünü azaldır, ürəyin genişlənməsinə və damarlarında beyin, əsəb və hafizəyə lazım olan hüceyrələrin zəiflənməsinə səbəb olur. Qırmızı qan damarlarını o qədər zəiflədir ki, çox asanlıqla aradan gedir. Bu da şərab içənin infarkt keçirməsinə və nəhayət, qəfil ölümünə səbəb olur. Bu cür xəstəliklərdən Allaha pənah aparırıq!

Çox vaxt küçələrdə, zibilliklərdə, çirkab sularda ölü kimi düşüb qalmış sərxoşları görürük və bir daha Rəbbimizin haram etdiklərinin hikmətini xatırlayırıq. Şərab, bir çox vaxtlarda sinə xəstəliklərinə, damağ və qorxulu damar çürüməsi xəstəliklərinə səbəb olur. Qeyd etdiyimiz kimi şərabın zehnə və əqlə də, çox böyük mənfi tə`sirləri vardır. Sayıqlamaq, dəlilik və əsəb xəstəlikləri yaradır. Alimlər sübut etmişlər ki, şərab içənin burun boşluğu, baş nahiyəsi şüşə kimi spirtli maddələrlə dolu olur. Bütün bunların tə`sirindən müxtəlif səviyyəli psixoloji sarsıntılar yaranır.

Hansı ağıllı adam razı olar ki, insan öz ağlını və malını ötəri ləzzətlərə dəyişsin və özünü cəmiyyət arasında gülünc vəziyyətə salsın?!

Allahın haram etdiyi şərabın gözə də çox böyük mənfi tə`siri vardır. Göz-əsəb sistemlərini zəiflədir. Gözlərdən həmişə yaş gəlməsinə səbəb olur. Bununla da, şərabxorun gözlərindən də məhrum olmaq ehtimalı qarşıya çıxır. Şərabın zərəri qulağın içinə qədər tə`sir edir, eşitmə qabiliyyətini azaldır və qulağın içində qəribə qorxulu səslər yaranmasına səbəb olur.

Allahın haram etdiyi şərab, insanın cinsiyyət üzvlərinə də mənfi tə`sir göstərir. Ona görə də, cəmiyyətdə şərabın yayılması uşaq doğulmasının sayını azaldır1.

Bütün bunlardan əlavə, şərab-xorluq yüzlərlə başqa xəstəliklərə də səbəb olur. Onların hamısını bu kiçik bəhsdə qeyd etməyə imkan yoxdur.
ŞƏRAB, BAŞQA GÜNAHLARIN AÇARIDIR
Mə`mun-ər-Rəşid bəni-Əbbas xəlifələri arasında elmi mübahisələrə daha çox diqqət edən bir şəxs idi. Nəql edirlər ki, o, həftədə iki dəfə məclis təşkil edər, alimləri, elm sahiblərini oraya də`vət edib çətin məsələlər haqqında bəhs edərmiş.

Günlərin birində üst-başı çox da səliqəli olmayan bir dərviş məclisə daxil olur və bir guşədə oturur. Hər kəs öz növbəsində bir çətin məsələ barəsində söz açır. Dərvişə növbə çatanda, məharətlə çox çətin bir məsələni həll edir. Mə`mun onun bu elmini görüb yuxarı başa keçirir. Hansı məsələ müzakirəyə qoyulursa, dərviş tez cavabını tapır. Məclisin sonunda Mə`mun hamını şərab süfrəsinə də`vət edir, dərvişə təklif olunanda isə, bu işdən imtina edir. O, Mə`mundan icazə alaraq sözə başlayır:

Bu gün azacıq elmimə görə məni yuxarı başa keçirtdin, amma, indi istəyirsən bu ne`məti məndən alasan?! Bu elm mənim izzətimdir. İstəyirsən məni uca məqamdan endirib zəlil edəsən? Sənin kimi xəlifəyə yaraşmaz ki, mənim bu kiçik elmimə paxıllıq edib məndən alasan. Çünki, şərab insanın ağlını aradan apararaq, ədəb və elmini əlindən alır. Insanların gözündə adamı xar və zəlil edir”.

Mə`mun bu sözlərdən xəcalət çəkib başını aşağı salır1.



Dördüncü fəsil




Şərab və içkidən tövbə

Hər bir insan öz həyatında müxtəlif günahlara və ən azı, kiçik xətalara yol verir. Elə buna görə də, Allah-təala həmişə tövbə qapısını bəndələrinin üzünə açıq qoyub. Allah tövbə edən bəndələrini çox sevir. Necə ki, Qu`rani-Kərimdə buyurur:

إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

Həqiqətən, Allah, tövbə edənləri və pakları dost tutur1”.

“Tövbə”, yə`ni, peşmançılıq, günahın ziddi, qayıtmaq, düz yola dönmək. Onu da qeyd edək ki, Qur`ani-Kərimin dediyinə görə günahlardan tövbə etmək vacibdir. Allah-təala buyurur:

أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً....

Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!”2

Tövbə edən şəxs üç şeyi özündə yaratmalıdır:



Birinci: İmanını qüvvətləndirib, Allaha yəqinliyini artırmalıdır.

İkinci: Etdiyi işdən həqiqətdən peşiman olmalıdır.

Üçüncü: Etdiyi işi birdəfəlik tərk etməlidir3.

İnsan ölüm məqamına çatanda, bə`zən tövbə etməyə macal tapmır. Nəql edirlər ki, insanın ölüm vaxtı çatanda, Cənabi Əzrail (ələyhis-salam) onun başının üstünü alar və e`lan edər ki, sənin ölümündən bir saatdan da az vaxt qalıb. O vaxt o şəxsə elə təəssüf və hüzn üz verər ki, hətta məğribdən məşriqə kimi dünyanın hamısını Cənabi Əzrail (ələyhissalam)-a verməyə hazır olar, təki ona yalnız, bir neçə saat möhlət versin, amma mümkün olmaz4.

Başqa rəvayətdə nəql olunur. Bəndənin dünyadan köçmək vaxtı çatanda, gözləri önündən dünyanın pərdəsi götürülər, öz ölümünə yəqinlik tapar. Cənabi Əzrail (ələyhissəlam)-ın yanında zar-zar ağlayar ki, heç olmasa mənə bir gün möhlət ver. Peşiman əllərimi Allah dərgahına qaldırım, bəlkə günahlarımdan keçə, tövbəmi qəbul edə! Cənabi Əzrail buyurar: Heç vaxt! Heç vaxt! Sənin ömrünün vaxtı qurtarıb, vaxtın qalmayıb getməlisən! Bir saat da olsa, vaxtın yoxdur”. Bu vaxt insanın tövbə qapısı bağlanır, ruhu bədənində titrəyir və qüssə boğazını tutur. Ömrünü zay etməsinin acı həsrətini çəkir1.

Gəlin, tövbə edək! Gəlin, nə qədər ki, gec deyil, Allahın haram və murdar buyurduğu şeylərdən çəkinək! İnsan, ömrünün axırına qədər şeytanın əlindən tövbə etməyə macal tapmır, gəlin, tövbəni ölüm ayağına saxlamayaq.

Allah-təala Qu`randa buyurur ki, Mən “şirk”dən başqa bütün günahları bağışlayacağam. Bəs, belə isə onda şərab içənlər düşünməsinlər ki, mən tövbə etsəm, qəbul olunmaz. Əgər xalis niyyətlə tövbə edilsə, qəbul olunar.

Tarixdən Hürr ibni Riyahinin əhvalatı mə`lumdur. Onun əhvalatından mə`lum olur ki, günah nə qədər böyük olsa belə, Allahın rəhməti ondan daha böyükdür. Hürr ibni Riyahi özü deyir:

Hüseyn can! Mən birinci şəxsəm ki, Həzrəti Zeynəb (salamullahi ələyhan)-ı narahat etdim. Sənin yolunu kəsdim”.

Hürr o şəxs idi ki, həzrəti imam Hüseyn (ələyhisəlam)-ın Mədinəyə qayıtmasının qarşısını alaraq o Həzrəti mühasirədə saxladı. Bu müddətdə qoşunlar gəlib çatdı və İmam Hüseyn (əleyhissalam)-ı şəhadətə yetirdilər. Bu günah çox böyükdür, amma onun tövbəsi ondan da böyükdür. Bu günahdan tövbə etməyə gərək fürsət tapasan. Allah bu fürsəti Hürrə qismət etdi. Allahın rəhməti hər şeydən böyükdür.

Ravi nəql edir: Aşura günü gördüm ki, Hürrün vəziyyəti dəyişərək bədəni titrəməyə başladı. Dedim: Nəyə görə titrəyirsən? Hələ ki, döyüş başlamayıb, xəbərdir?” Cavab verdi: Xeyr! And ola Allaha, özümü Behiştlə Cəhənnəm arasında görü-rəm! pis gördüm? İndi edim?” O, Həzrəti imam Hüseyn (ələyhis-səlam)-ın xidmətinə gəlir. İmam onun günahından keçərək ona ehtiramla salam verir1.

Sözsüz ki, İmam bağışladığı şəxsi Allah da bağışlayar.




ŞƏRABXORUN TÖVBƏSİ

Nəql edirlər ki, Abdullah adlı bir şəxs çox pis şəkildə yolunu azmışdı. İşi-gücü ancaq şərab içib müxtəlif havalara (musiqilərə) qulaq asmaq idi. Lakin birdən-birə qəflət yuxusundan oyanaraq tövbə etməklə günahlardan əl çəkir. Allah yolunda hərəkətə gəlir.

Bir şəxs ondan soruşur: Sən ki, dinsiz, əxlaqsız şərabxor əqidəsiz adam idin, necə oldu ki, birdən-birə belə dəyişdin Allah yoluna gədin?” Abdullah cavabında deyir: “Mən həddən artıq içki içən və musiqi dəlisi idim. Gecələrin birində özüm kimi dostlarımla birlikdə istirahət bağlarının birində kef məclisi qurmuşduq. Yaxşıca yeyib-içib və çalıb oynadıqdan sonra tar-kamanımızı və musiqi alətlərimizi ağaclardan birinin budağından asıb ağacın altında yatdıq. Bir müddətdən sonra birdən yuxudan ayıldım və ağacın yanından qəribə bir səs eşitdim. (Ola bilsin vicdanının səsi idi). Səs bu ayəni oxuyurdu:

أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ

Məgər vaxt çatmamışdır ki: O kəslər ki, Allaha inanırlar, qəlbləri qorxub təvazökar olaraq Allahı yadlarına salsınlar?”(Hədid surəsi 16)

Bu ayə mənə elə tə`sir etdi ki, o gündən belə qərara aldım ki, Allahın də`vətinə baş əyib qəlbimi Onu yad etməklə təmizləyəm və Allah yolunda çalışam!”

GÜNAHKARIN TÖVBƏSİ QƏBULDUR



إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً (17) وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَاباً أَلِيماً

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!



Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!”
Nəql olunur ki, bütün ömrünü ancaq günahda sərf etmiş bir kişi vardı. Ömrü boyu heç bir günahı haqqında fikirləşməmişdi. Zəmanəsinin xeyirxah və pərhizkar insanları ondan uzaq qaçır və ona nifrət bəsləyirdilər.

Nəhayət, hökm verən hökmünü verdi və kişinin ömrü sona yetdi. Cənabi Əzrail (ələyhissəlam) onun ruhunu almaqdan ötrü başının üstünü kəsdirdi. Kişi ölümünə yəqinlik gətirir, baxıb görür ki, daha geriyə yol yoxdur. Bir an xəyala dalıb ömrü boyu etdiyi əməllərinə nəzər salır. Bir ömür etdiyi əməllər içində bir dənə də olsa, savab iş görmür. Ümid etməli olan heç bir işıq ucu da gözünə dəymir. İlahi, nə günə qaldım? Əməllərimin axırı nə olacaq? Acizanə şəkildə ürəkdən ah çəkib, özündən ixtiyarsız deyir:

Ey O kimsə ki, dünya və Axirət Onundur! Dünyası və Axirəti olmayan bəndənə rəhm et!”

Bu cümləni deyib dünyasını dəyişir. Şəhərin camaatı onun ölümündən çox xoşhal olurlar. Ömrü boyu günahlar içində boğulan bu şəxsi bir zibilliyə atıb üstünə zir-zibil tökürlər. Sonra həmin zibilliyin üstünü torpaqla örtürlər.

Gecə düşür şəhərin alimlərindən biri yuxuda görür ki, filankəs ölüb onu zibilliyə atıblar. Ona əmr edirlər ki: Tez dur, o şəxsi zibillikdən çıxart qüsl ver! Kəfənə bükdükdən sonra isə ona namaz qıl! Sonra onu xeyirxah pərhizkar şəxlərinin qəbirlərinin yanında dəfn et!” Alim hövlnak cavab verir:Pərvərdigara! Bu kişi pis adam olub, əhali arasında günahkar bir şəxs kimi məşhur olub. Nəyə görə rəhmət dərgahına layiq görüldü Öz kəramətini ona bəxş etdin?”

Xitab gəlir ki: Bu bəndənin ruhu bədənindən çıxmaq halında idi. Özünün keçmiş əməllərinə nəzər etdi. Günah fəsaddan başqa bir şey görmədi. Ona görə , müflis aciz bir halda dərgahıma nalə çəkdi. Acizanə bir halda rəhmət dərgahıma baxıb fəzl rəhm istədi. Onun acizliyinə biçarəliyinə rəhm edib onun günahlarından keçdim, şiddətli əzabımdan ona nicat verdim ne`mətimdən onu bəhrələndirdim1”.

Bəhsimizin sonunu Qur`ani-Kərimdə günahkar və haqq yoluna gəlməyib dünyadan köçənlər haqqındakı ayəni zikr etməklə bitiririk. Onu da xatırladaq ki, insan əgər Allaha təvəkkül etsə və özünün iradəsini möhkəmlətsə, hər hansı bir pis əməldən və ya günahdan çəkinə bilər. Allahdan istəyirik ki, bütün günahkar bəndələrinin tövbə etməsinə yar olsun!
إِذَا رَأَتْهُم مِّن مَّكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظاً وَزَفِيراً (12) وَإِذَا أُلْقُوا مِنْهَا مَكَاناً ضَيِّقاً مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُوراً (13) لَا تَدْعُوا الْيَوْمَ ثُبُوراً وَاحِداً وَادْعُوا ثُبُوراً كَثِيراً

[Qiyamət günü] Cəhənnəm onları [günahkarları] uzaqdan görüncə, onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə Cəhənnəmə dar bir yerə atıldıqları zaman, [dünyada Allaha asi olduqlarına görə özlərinə nifrin edib] ölüm diləyərlər. [Onlara istehza ilə deyərlər:] Bu gün özünüzə bir deyil, çox ölüm diləyin! [Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı sonsuz və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!]”1



Qadir və rəhman Allahdan istəyirik ki, hamımızı cəhənnəmin şiddətli əzabından uzaq etsin və Ona itaət etməkdə bizə yardımçı olsun!

Amin ya Rəbbəl aləmin!



1 “Ali İmran” surəsi, 104-cü ayə.

1 “Şö`ləhayi fəsad”, səh.150.

2 “Kanuni fəsad”, səh.150.

1 “Maidə” surəsi, 91-ci ayə.

1“Vəsailuş şiə”, 18-ci cild, səh. 250.

2 “Nəhcül-fəsahə”, səh. 323.

3“Vəsailuş şiə”, 18-ci cild, səh. 256.

4 “İqbalul ə`mal”, səh.25.

5 “Usuli Kafi”, 2-ci cild, səh.287.

1“Biharul-Ənvar”, 6-cı cild,.səh.107.

2 “Biharul-Ənvar”, 11-ci cild.

3 “Şərab və qumar amili fəsad”.

4 “Müstədrək”, 3-cü cild.

1 Platon.

2 Aristotel.

1 “Dərd və dərman”, səh. 219.

1 “Şö`ləhayi fəsad”, səh. 66.

1 “Bəqərə” surəsi, 22-ci ayə.

2 Nur surəsi, 31-ci ayə.

3 “Me`racus-Səadət”, səh. 675.

4 “Me`racus-səadət”, səh. 618.

1 “Mühiccətul-Bəyza”, 7-ci cild, səh. 20.

1 “Cihad ba nəfs”, səh. 187.

1 “Me`racus-səadət”, səh. 687.

1 Furqan surəsi, 12-14.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə