SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad




Yüklə 5.56 Mb.
səhifə8/24
tarix27.04.2016
ölçüsü5.56 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

İMAM HÜSEYN(Ə) ÜÇÜN AĞLAMAĞIN FAYDALARI.

İmam Sadiqin(ə) İraqda Müsmə adlı bir dostu yaşayırdı. O İraq şəhərinin qazısı idi. Bir gün Müsmə İmam Sadiqin(ə) hüzurunda idi. İmam ondun soruşdu: Ey Müsmə, sən İraqda olarkən cəddim Hüseynin(ə) ziyarətinə gedirsənmi.

Müsmə dedi: Ey Allahın höccəti mən İraqda tanınmış bir adamam. Əgər mən İmam Hüseynin(ə) ziyarətinə getsəm tutub məni öldürərlər.1

İmam buyurdu: Bilirəm ki, sən cəddim Hüseynin(ə) qəbrini ziyarət etsən səni öldürərlər. Bəs evdə cəddim Hüseynin(ə) adına növhə deyib ağlayırsanmı?

Müsməin gözləri yaşla doldu. Dedi: Ey Allahın höccəti mən evdə olarkən İmam Hüseyn(ə) üçün o qədər ağlayıram ki, az qalır gözlərimin suyu qutarsın. Süfrə kənarında əyləşib çörək yediyim zaman Kərbəla hadisəsi yadıma düşəndə o qədər ağlayıram ki, yemək yeməyə iştahım qalmır.

İmam Sadiq(ə) buyurdu: Mən sənə bəşarət verirəm ki, bu ağlamağın neçə yerdə sənin dərdinə dəyəcək.

1.Can verən zaman,

2.Qəbrdə,

3.Qiyamət günü,

4.Səndən hesab çəkilən zaman.

Bu hədisin daha da aydın olması üçün bir neçə qeydi nəzərnizə çatdırıram.

İnsanın ən çətin anlarından biri ölüm yatağında can verən zamandır. Çünki insan can verərkən əli hər bir şeydən üzülür. O anda artıq nə həkimlər, nə insanın ata-anası, nə mal-dövləti və nə dost və övladları köməyinə çata bilməyəcək. Hər kim İmam Hüseyn(ə) üçün ağlayıbsa can verən zaman o Həzrət onun başı üzərinə gələr və ona rahatlıqla can verməkdə kömək edər.

Hədislərdə vardır ki, hər kim bir möminin qəlbini şad edərsə, o şadlıq qəbrdə onun üçün nura çevrilib qəbrini işıqlandırar. Bir möminin qəlbini sevindirən şəxs öldükdə onu qəbrə qoyduqdan sonra görəcək ki, qəbrinə bir nur daxil olun oranı işıqlandıracaq. O, nurdan soruşacaq ki, sən kimsən və haradan gəlmisən? Nur deyəcək: Filan vaxt bir möminin qəlbini şad etməyin yadındadırmı? Mən həmin şadlığam ki, Allah təala məni nur surətində sənin qəbrini işıqlandırmaq üçün bura göndərib.

Ayətullah Şüştəri yazır ki, bir möminin qəlbini sevindirmək qəbrdə insan üçün nura çevriləcəksə, əgxər bir şəxs Həzrət Fatimənin(s.ə) və Həzrət Peyğəmbərin(s) qəlbini şad etsə necə olar?

Buna görə də İmam Hüseyn(ə) üçün ağlayıb o Həzrətə əzadarlıq edən şəxs Peyğəmbərin və Həzrət Fatimənin(s.ə) qəlbini sevindirmiş olur. Odur ki, İmam Hüseyn(ə) üçün ağlamaq insana qəbrin vəhşətli qaranlığından nicat verəcək.

Etibar eyləmə az ömrə əcəl verməz əman,

Gecə gündüz dolanır sürətilən çərxü zəman,

Körpüdür cənnətə ya duzəxə bu mülki cəhan.

Başuva onda ki, qəhrən ləhədin daşı dəyər,

Dərdüvə qəbridə vallahi bu göz yaşı dəyər.

İmam Hüseyn(ə) üçün ağlamaq və o Həzrətə əzadarlıq etmək Qiymət günü insanın işini yüngülləşdirər. Hədis və rəvayətlərə əsasən qiyamət günü adi bir gün olmayacaq. O günün çox dəhşətli bir gün olacağını Allah-təala və Peyğəmbərlər bizə xəbər vermişdir. Hədislərdə vardır ki, Qiyamət günü istinin şiddətindən beyinlər qaynayacaq. O gün heç kəs heç kəsə kömək etmək iqtidarında olmayacaq. Atanın yadına övlad düşməyəcək, qardaş öz qardaşından belə qaçacaq.

Hədislərdə vardır ki, Qiyamətin isti və dəhşətli səhnəsində İmam Hüseynin(ə) əzadarları ərşin kölgəsi altında əyləşəcəklər.

Buna əsasən İmam Hüseyn(ə) üçün ağlayıb o Həzrətə əzadarlıq edən şəxslər qiyamət günü nicat tapacaqlar.

Hədislərdə vardır ki, aşura günü İmam Hüseynə Ağlayıb əzadarlıq edənlər və bütün işlərini tətil edənlər qiyamət günü sevinərlər.

مِنْ تَرَكَ سَعْيَ فِى حَوائِجِهِ فِى يَوْمِ الْعاشُورا جَعَلَ اللهُ يَوْمَ الْقِيامَةِ يَوْمَ سُرُورٍ

Hər kim aşura günü öz işini və sənətini tətil edib (İmam Hüseynə əzadarlıq edərsə) Allah-təala Qiyamət gününü onun üçün şadlıq günü qərar verər.

Qiyamət günü insanlardan hesab çəkilən zaman İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağlayan şəxslərin hesabı yüngül və asan olacaq.

Buna əsasən də İmam Hüseyn(ə) üçün əzadarlıq etməyin insan üçün böyük savabı və xeyirləri vardar.

Burada əzadarlıq etmək barədə bir neçə qeydi də möminlərin nəzərinə çatdırıram.

Məhərrəm ayında İmam Hüseyn(ə) üçün əzadarlıq etməyin böyük savabı vardır. Məhərrəm ayında xüsusən tasua və aşura günlərində mərsiyə oxuyub ağlamaq, aşura ziyarətnaməsini oxumaq, qara paltar geymək və bu kimi əməllərlə öz məhəbbətimizi və qəmginliyimizi bildiririk. Lakin bir sıra əzadarlıqlar şəriət baxımından da düzgün deyildir. Şəriət baxımından qılıncı başa vurub qan çıxarmaq düzgün deyildir. Əvvəllər bu cür əzadarlıqlar olub. Lakin şəriət buna icazə vermir. Müctehidlər də öz fətvalarında qılınc vurub başından qan tökməyə icazə vermirlə. Xüsusən Rəhmətlik İmam Xomeyni bu əməlin əleyhinə fətva vermiş və bunun məsləhət olmadığını bildirmişdir. Ondan sonra Ayətullah Xaminei də yazılı şəkildə bu əməlin haram bir əməl olması barədə fətva vermişdir.

Kommunist rejimi dövründə Azərbaycanda dindarlığı məhdudlaşdırıb qadağan etmişdilər. Lakin bəzi yerlərdə məhərrəm ayında qılıc vurmağa icazə verirdilər. Onlar bu əmələ ona görə icazə verirdilər ki, bu əməllə müsəlmanlar öz abrlarını aparıb camaatda dinə qarşı ikrah hissi oyatsınlar.

Buna görə də məhərrəm ayında əzadarlıq hər nə qədər ədəb-ərkanla və şəriət çərçivəsində keçirilsə bir o qədər də yaxşı olar. Allah razı olmayan əməllərlə əzadarlıq keçirmək düzgün deyildir. Yaxşı olar ki, insan mərsiyə deyib İmam Hüseyn(ə) üçün ağlamaq, şərbət düzəldib imkan daxilində ehsan süfrəsi açmaqla öz əzadarlığını keçirtsin. Bu cür əzadarlığın həm cəmiyyətdə müsbət təsiri olar həm də heç kəsdə dinə qarşı ikrah hissi oyanmaz.

İMAM HÜSEYNİN(Ə) ZİYARƏTİNİN FƏZİLƏTLƏRİ

İmam Hüseynin(ə) qəbrini uzaqdan və yaxından ziyarət etməyin insan üçün böyük savabı və fəziləti vardır. Bu əməl İslamda böyük şərafətə malikdir. İmam Hüseynin(ə) qəbrini ziyarət etməyin fəzilətləri barədə bir çox hədis və rəvayətlər vardır. Onlardan bir neçəsini möminlərinn nəzərinə çatdırıram.

قَالَ الصّادِقُ(ع): مَن اَتَ الْحُسَيْن عارِفاً بَحَقِّهِ كَتَبَ اللهُ فِى اَعْلَى عِلِّيِّينَ

İmam Sadiq(ə) buyurur: Hər kim İmam Hüseynin haqqını tanıdığı halda1 ziyarət edərsə Allah-təala onun adını Cənnətin ən yüksək dərəcəsində olanların siyahisinə yazar.

قَالَ الصّادِقُ(ع): مَنْ زار قَبْرَ الْحُسَيْن يَوْمَ عاشُورا عارِفاً بَحَقِّهِ كَمَنْ كَانَ زارَ اللهِ فِى عَرْشِهِ

Başqa bir hədisdə İmam Sadiq(ə) buyurur: Hər kim Aşura günü İmam Hüseynin(ə) qəbrini haqqını tanıdığı halda ziyarət edərsə, elə bil Allahı ərşində ziyarət etmişdir.

Cabir ibn Abdullah Ənsari Həzrət Peyğəmbərin ən yaxın səhabələrindən biri idi. Allah-təala ona uzun ömür vermişdir. O İmam Baqirin(ə) dövrünə qədər ömür sürmüşdü.

يا جابِرُ زُرْ قَبْرَ الْحُسَيْن فَإِنَّ كَرْبَلا قِطْعَةٌ مِنَ الْجَنَّةِ

Bir gün Həzrət Peyğəmbər ona buyurdu:

Ey Cabir Hüseynin qəbrini ziyarət et. Həqiqətən Kərbəla məkanı Cənnətin bir parçasıdır.



İMAM HÜSEYNİN(Ə) QƏBRİNİN TÜRBƏTİNİN FƏZİLƏTLƏRİ

İmam Hüseynin(ə) qəbrinin türbətinin də böyük şərafət və fəziləti vardır. Allah-təala o Həzrətin mübarək türbətində şəfa qərar vermişdir. Şəriət hökmlərində insanın torpaq yeməsinə icazə verilmir. Bu iş şəriətdə haram hesab olunur. Lakin İmam Hüseynin(ə) türbətində xəstəliklərə şəfa tapmaq üçün insan azacıq yeyə bilər. İmam Hüseynin(ə) türbətinin fəziləti haqqda imamlardan çoxlu hədis və rəvayətlər nəql olunmuşdur. Bu barədə İmam Sadiqdən(ə) nəql olunan hədisi nəzərnizə çatdırıram.

عَنْ اَبِى عَبْدِاللهِ (ع): تِينُ قَبْرَ الْحُسَيْن شِفاءٌ مِنْ كُلِّ داءٍ اِنَّ اللهَ جَعَلَ تُرْبَةَ جَدِّى الْحُسَيْن شِفاءً مِنْ كُلِّ داءٍ اَماناً مِنْ كلِّ خَوفٍ فَإِذا تَنَاوَلَها اَحَدُكُمْ فَقَبَّلَها وَ يَزَعَها عَلى عِيْنِيهِ وَالْيَمُرَّ عَلى سائِرِ جَسَدهِ

İmam Hüseynin(ə) qəbrinin torpağı bütün xəstəliklərin şəfavericisidir. Allah-təala cəddim Hüseynin(ə) türbətində bütün xəstəliklərə şəfa və bütün qorxular üçün əmin amanlıq qərar vermişdir. Əgər sizlərdən birinizin əlinə o Həzrətin türbətindən düşsə onu öpüb gözlərinizin üzərinə qoyun və bədən üzvlərinizə sürtün.

İmam Zaman(ə.c) kiçik qeybində o həzrətin dörd nəfər nümayəndəsi olmuşdur. Bu nümayəndələr biri-birindən sonra camattla İmam arasında vasitəçilik edirdilər. Camaatın hər nə sualı olsaydı yazıb o nümayəndələrə verər, İmam da o sualların cavabını yazıb göndərərdi.

O dövürdə bir nəfər İmama məktubda bir neçə şər sual yazıb göndərmişdi. O sualların ikisi Kərbəla türbətinə aid idi.

Biri bu idi ki, Kərbəla türbətindən cənazənin kəfəninin arasına qoymaq olarmı?

İkincisi isə belə idi. Kərbəla türbətilə meyyitin kəfəni üzərinə yazı yazmaq olarmı?

İmam bu sualları oxuyub həmin məktubun altında yazıb bildirdi ki, bu əməllərin hər ikisinə icazə var. Lakin bu şərtlə ki, Kərbəla türbətinə hörmətsizlik olmasın.1

Allah-təala Kərbəla türbətin insanla üçün şəfa qərar vermişdir.

Böyük alimlərdən biri deyir ki, gecə yarı kimsə evimin qapısını döydü. Açıb gördüm ki, bir tələbə uşağı qucağında qapıda dayanıb. Uşağı bərk xəstələnmişdi. Görünürdü ki, son anlarıdır. Həmin tələbə dedi: Mən bilirəm ki, sən həkim deyilsən Amma uşağın bu vəziyyətini görüb dözə bilmədim. Əlacım olmadığından sənin qapına gəldim.

Mən döz-özümə dedim: İlahi gecənin bu vaxtı qərib bir tələbə öz uşağını mənim qapıma gətirib mən onun üçün nə edə bilərəm. Elə bu anda yadıma düşdü ki, evdə Kərbəla türbəti varımdır. Gedib ondan bir az gətirib uşağın ağzına tökdüm. Dedim ki, inşallah Allah bunun vasitəsilə uşağa şəfa verər. Tələbə getdi və bir neçə gündən sonra gəlib uşağın şəfa tapdığını mənə söylədi.

Beləliklə biz İmam Hüseynin(ə) Allah yanında nə qədər hörməti olduğunu bildik və o Həzrətə məhəbbət bəsləmyi və onun üçün əzadarlıq etməyin insan üçün nə qədər əhəmiyyət kəsb etdiyini bildik.

ALLAHIN ƏZABININ NAZİL OLMASININ SƏBƏBLƏRİ.

Yuxarıda qeyd olunan bəhslərdə Həzrət Peyğəmbərin(s) əhli-beytinə məhəbbət bəsləməyin vacib olması, İmam Hüseyn(ə) üçün əzadarlıq etməyin fəzilət və xeyirləri barədə söhbət olundu. Lakin bu bəhsdə isə İmam Hüseynin(ə) Kərbəlada yaratdığı qiyamında və aşura günü bütün insanlara öyrətdiyi bir sıra dərslər barədə söhbət olunacaq. Bu mövzuyu başlamazdan öncə tövbə surəsinin 23-cü ayəsini müqəddimə üçün qeyd edirəm.

قُلْ إِن كَانَ آبَاؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُم مِّنَ اللّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ

(Ya Peyğəmbər!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz (həyat yoldaşlarınız), qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kəsad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin.”

Allah-təala bu mübarək ayədə səkkiz ünsürün adını çəkir. Və buyurur ki, hər kim bu səkkiz ünsürün birini və yaxud hamısını Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən çox istəyərsə, onda Allahın əzabının ona nazil olmasını gözləsin. İnsan Allahı, Peyğəmbəri və Allah yolunda cihad etməyi adı çəkilən səkkiz ünsürdən daha çox sevməlidir. Əks təqdirdə isə Allahın əzabı və bəlası həmin şəxsə mütləq nazil olacaq.

Əlbəttə qeyd etmək lazımdır ki, Allahın göndərdiyi əzab və bəlalar müxtəlif olur. Bəzi insanlar elə fikirləşməsinlər ki, Allah-təala təkcə zəlzələ, vulkan və təbii fəlakətlər kimi bəlalar nazil edir. Bu fikir çox yanlış bir fikirdir. Allahın göndərdiyi bəlalar təkcə təbii fəlakətlərdən ibarət deyildir. Allahın nazil etdiyi elə bəlalar da vardır ki, insan onu ya öləndən sonra, ya ömrünün axırında, ya da iş-işdən keçəndən sonra başa düşər ki, bu bəla ona hansı səbəbə görə nazil olmuşdur. Ataların belə bir məsəli vardır: Allah vuran çomağın səsi olmaz. Həyatda bir çox insanlar vardər ki, bəlanın içində olduğu halda, Allah onu hansı bəlalara giriftar etdiyini başa düşmür. Onlar elə fikirləşirlər ki, biz bu qədər günah işlərlə məşğul oluruq lakin Allah nə üçün bizə bəla nazil etmir? Həqiqətdə isə Allahın onlara göndərdiyi əzabları hələ də başa düşməyiblər.

Bir zaman vardı ki, Allah təala su, od, zəlzələ kimi bəlalar nazil edərdi.

Nuh Peyğəmbərin dövründə Allah-təala onun günahkar qövmü üçün su bəlası, hud Peyğəmbərin qövmü üçün qara küləkləri bəla kimi nazil etmişdir.

Bəzən Allah-təala müxtəlif xəstəlikləri, insanlara günahları nəticəsində əzab kimi nazil edir. Əlbəttə bu bəlalar insanların öz çirkin əməllərinə görə nazil olur. Nuh Peyğəmbərin dövründə QICS1 xəstəyliyi yox idi. Lakin bizim dövrümüzdə Allah-təala bu yolxucu xəstəliyi insanların çirkin əməlləri və günahları nəticəsində bəla kimi nazil etmişdir. Alimlər bu xəstəliyin yaranma və insana hansı yollarla sirayət etməsi barədə bir çox tədqiqat aparmışlar. Avropanın bir sıra küçələrində bəzi cavanlar əllərini alınlarına qoyub başını aşağı salıb, qarşılarına üzərində “Mənə kömək edin” yazılmış lövhələr qoymuşlar. Onlar bu yolxucu xəstəliyə giriftar olduğundan camaatın onlara kömək etməsini istəyirlər.

Məlum məsələdir ki, bu xəstəlik də zina nəticəsində və başqa çirkin əməllərin nəticəsində nazil olan bəladır.

Bazən Allah-təala insanları günahları nəticəsində mənəvi bəlalara düçar edir.

Şüeyb Peyğəmbər öz qövmünü Allaha tərəf dəvət edirdi, lakin onlar Peyğəmbərin bu dəvətini qəbul etmək istəmirdilər. Şüeyb(ə) Allahın əzab nazil edəcəyindən onları xəbərdar etdi. Onlar da Şüeyb Peyğəmbəri məsxərə edirdilər. Bir nəfər dedi: Mən bu qədər günah edirəm və mal-dövlətim də başımdan aşır. Bəs nəyə görə Allah mənə bəla nazil etmir? Görürsünüzmü Şüeyb yalan deyir.

Allah-təala Şüeybə buyurdu: Ya Şüeyb! Ona de ki, Mən ona böyük bəla nazil etmişəm, lakin onun xəbəri yoxdur. O da budur ki, ibadətin ləzzətini onun qəlbindən çıxartmışam.

Odur ki, Allah təala bəzən insanların günahlarına görə ibadətin ləzzətini onların qəlbindən çıxarar. Hər nə qədər ibadət etsə belə yenə də onun ləzzətini hiss etməz.

İranda tanıdığım bir şəxs var. O, xərçəng xəstəliyinə tutulmuşdu. Yaxşı bir insan idi. Bəziləri elə fikirləşməsinlər ki, hər xəstəliyə tutulan Allahın əzabına düçar olub. O mömin bir insan idi. O tutulduğu bu xəstəliyin nəticəsində başının və saqqalının tükləri öz-özünə tökülürdü. O, Həcc ziyarətinə gedənlərdən onu dua etməsini xahiş edirdi. Dost-tanışlardan kimi görsəydi onun barəsində dua etməsini istəyərdi. Onun bu xəstəliyindən xəbərdar olanlar onu dua edirdilər.

O deyir: Tasua günü mən öz evimin qapısısında dayanıb İmam Hüseynin(ə) əzadarlarına tamaşa edirdim. Əzadarlar mərsiyə deyə-deyə gəlib bizim qapıya çatıb dayandılar. Onlar mənim şəfa tapmağım üçün dua edib getdilər.

Ondan sonra mən evə girdim. Gecə yatıb yuxuda İmam Rzanı(ə) gördüm. O Həzrət Mənə bir zeytun verib buyurdu: Bu zeytunu ye və tumunu çıxarıb kənara at. Mən ondan zeytunu alıb yedim və tumunu da çıxarıb atdım. Zeytunu yeyəndən sonra İmam Rzaya(ə) dedim: Ağa mən ömrümdə bu cür dadlı zeytun yeməmişdim. Ondan sonra yuxudan ayılıb həyat yoldaşımı çağırıb dedim: İmam Rza(ə) mənə şəfa verdi.

Bu hadisəni qeyd etməkdən məqsədim budur ki, o bu xəstəliyin nəticəsində ağzının dadını da itirmişdi. Özünün dediyinə görə heç bir yeməyin dadını, şit və şorluğunu hiss etmirdim. Yeməyə baxmasaydım bilməzdim ki, bu çörəkdir yoxsa kağız. Əvvəl yeməyə baxırdım sonra yeyirdim. Tikəni ağzıma qoyanda onun nə olduğunu hiss etmirdim. Lakin İmam Rza(ə) mənə şəfa verəndən sonra yavaş-yavaş ağzımın dadı öz yerinə qayıtdı.

İnsanın bir xəstəlik nəticəsində ağzının dadını itirdiyi kimi, bəzi insanlar da mənəvi xəstəlik və bəlalar nəticəsində Allaha ibadət etməyin şirinliyini və ləzzətini hiss etmir. Bu da Allahın göndərdiyi mənəvi əzabdır ki, bir sıra günahkarlar bu əzaba düçar olur.

Bəzən Allah-təala ictimai bəla və əzablar nazil edir ki, bir çox insanlar bu bəlaya düçar olduğunu dərk etmirlər. Bir zaman cəmiyyətdə dərd-bəla belə idi ki, ata öz övladını namaz qılmadığına görə danlayardı. İndiki zamanda Allah-təala bəlanı çevrib əksinə etmişdir. Oğul öz atasına namaz qılmağı tövsiyə edir. Lakin atası nə özü qılmaq istəyir, nə də oğlunu məscidə getməyə qoymur.

Yuxarıda qeyd olunan dərdlərin hamısı Allahın göndərdiyi müxtəlif bəlalardır ki, insanların bir çoxu bunu başa düşmürlər.

Buna görə də Allah-təala bəlanın insana hansı səbəblərə görə nazil olmasını bu ayədə açıq aydın bəyan edir:

(Ya Peyğəmbər!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz (həyat yoldaşlarınız), qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kəsad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin.”

Bu ayəyə əsasən hər kim ayədə sadalanan səkkiz ünsürü Alladan, Onun Peyğəmbərində və Allah yolunda cihad etməkdən çox istəyərsə o zaman Allahın əzabının nazil olmasını gözləsin.



İNSAN HƏR BİR ZAMANDA ÖZ VƏZİFƏSİNİ BİLMƏLİDİR

İnsan öz yaşadığı dövrün hər bir zamanında həyatı boyu oxuyub öyrənməli və öz vəzifəsini bilməlidir. Yəni Allah-təala zamanın içində insandan nə tələb etdiyini öyrənib başa düşməli və öz vəzifəsinə əməl etməlidir. Hər bir insan namaz, orucdan öncə öz vəzifəsini təyin etməlidir. Səhər yuxudan ayılarkən insan əvvəl bunu başa düşməlidir ki, Allah-təala ondan nə istəyir. Əgər bir şəxs Allahın ondan nə istədiyini düşünüb başa düşərsə ondan sonra namaz, oruc və s. əməllər də başa düşdüyü bu vəzifənin içindədir.

Bəzən insanın gülməyin eybi yoxdur, lakin bəzən də elə gün olur ki, orada gülməyi düzgün deyil. Bəzi yerdə insanın ağlamağı eyb sayılmır. Lakin elə gün olur ki, insan orada ağlamalıdır.

Bir gün İmam Rzaya(ə) xəbər verdilər ki, əmisi Məhəmmədin son nəfəsləridir. İmam Rza(ə) bu xəbəri eşitcək onların evinə yollandı. Evə daxil olub Məhəmmədin başı üzərində əyləşdi. Orada olanlar ağlaşırdı. Məhəmmədin qardaşı İshaq isə hamıdan möhkəm ağlayırdı. İmam bu halı müşahidə etdiikdə azacıq gülümsədi.

İmamın bu təbəssümü məclisdəkilərin xoşuna gəlmədi. Hətta bəziləri dedilər: Onun bu təbəssümü əmisinin ölümünə şad olduğunu göstərir.

Ravi deyir ki, İmam Rza(ə) məsciddə namaz qılmaq üçün çölə çıxdı. Səhabələrdən biri dedi: Ey Allahın höccəti, sənə qurban olum! Sizin təbəssüm etdiyiniz zaman məclisdəkilərin bəzisinin dedikləri bizi narahat etdi.

İmam Rza(ə) buyurdu: Mən İshaqın ağlamağına təəccübləndim. Halbuki, and olsun Allaha Mən İshaqın Məhəmməddən tez öləcəyini və Məhəmmədin İshaqın başı üzərində ağladığını indidən görürəm.

Həqiqətən də Məhəmməd sağalıb şəfa tapdı və İshaq xəstələnib ölüm yatağına düşdü. Məhəmməd onun başı üzərində möhkəm ağladıqdan sonra İshaq dünyasını dəyişdi.

İmam Rza(ə) onların fikrinə görə yerində təbəssüm etmədi, lakin o Həzrətin öz fikrinə görə orada təbəssüm etməyin heç bir nöqsanı yox idi. Çünki İmam bilirdi ki, Məhəmməd ölməyəcək.

Buna görə də insan nə üçün gülüb ağladığını bilməlidir. Yəni insan hər bir yerdə və hər bir zamanda Allahın ondan nə istədiyini düşünüb öz vəzifəsinə əməl etməlidir. Əgər insanan öz vəzifəsini başa düşüb Allahın istədiyi kimi əməl edərsə, həmin şəxs Allaha bütün qəlbi ilə iman gətirmişdir.

İmam Hüseyn(ə) öz yaşadığı dövürdə bu məsələni özü üçün tapıl həll etmişdi. O həzrət bildi ki, mən indi elə bir vəziyyətdə yaşayıram ki, diri qalmağım mənim üçün ar və nöqsandır. Mənim namaz orucum öz yerində, lakin bunların hamısından üstün mənim şəhid olmağımdır. Allah-təala məndən bu gün şəhid olmağımı istəyir.

İmam Həsən(ə) yaşadığı dövürdə öz vəzifəsini bilib ona Allah istədiyi kimi əməl etmişdir. İmam Həsən(ə) bilirdi ki, mən indi elə bir zamanda yaşayıram ki, Allah-təala mənim sülh bağlamağımı istəyir.

Buna görə də İmam Həsən(ə) Müaviyə ilə sülh etdi.

Ola bilsin bəzi şəxslər desinlər ki, İmam Həsən sülhçü olduğu üçün Müaviyə ilə sülh, İmam Hüseyn(ə) qiyamçı olduğu üçün Yəzidə qarşı qiyam etdi.

Bu cür fikirlər çox yanlış bir fikirdir. Çünki İmam Həsənin(ə) dövründə zamanın tələbi və Allahın istəyi sülh olduğu üçün o Həzrət də hər bir şeydən əvvəl sülh müqaviləsi bağladı. Əgər İmam Hüseyn(ə) İmam Həsənin(ə) zamanında olsaydı o da sülh edərdi. Həmçinin İmam Həsən(ə) İmam Hüseynin(ə) zamanında yaşasaydı, o da Yəzidə qarşı qiyama qalxardı.

Çünki əsas məsələ budur ki, Allah hansı dövürdə nəyi tələb edirsə, insandan onu da layiqincə yerinə yetirməlidir.

Həzrət Əlinin(ə) iyirmi beş il evdə əyləşməsi xilafəti dövründə olan döyüşləri və camaatı haqqa dəvət etməsi müxtəlif zamanların tələbinə uyğun olması bunun üçün açıq aydın sübutdur.

Bəzi şəxslər elə düşünməsinlər ki, İmam Əli(ə) kimdənsə qorxub iyirmi beş ili evdə xanənişin olmuşdur. İmam Əli(ə) Allahdan başqa heç kəsdən qorxmurdu. O Həzrətin iyirmi beşi ivdə əyləşməsinin səbəbi zamanənin tələbi və Allahın istədiyi olduğu üçün o öz vəzifəsini yerinə yetirdi. Çünki o Həzrətin dövründə yaşayan insanların çoxu nadan və düşüncəsiz olduğu üçün o da bu işi görmüşdür. O Həzrətin dövründə bir zaman da gəldi ki, İmam Müaviyə ilə müharibə etməli oldu və öz vəzifəsinə əməl etdi. O vaxtlar da bir sıra nadan insanlar döyüşün gedişatına mane oldular. Ondan sonra İmam Əlinin(ə) vəzifəsinin camaatı haqqa dəvət etməsi olduğunu bilib onları haqqa dəvət edirdi.

İmam Əli(ə) camaatı haqqa dəvət edirdi, lakin nadan camaat onu başa düşmək istəmirdilər. Onların bu nadanlığı o Həzrəti təngə gətirmişdi. Axırda İmam Əli(ə) onlara xitab edərək buyurdu:

أَظْأَرُكُمْ عَلَى الْحَقِّ وَ أَنْتُمْ تَنْفُرُونَ عَنْهُ نُفُورَ الْمِعْزى مِنْ وَعْوَعَةِ الْأَسَدِ

Mən sizi haqqa dəvət edirəm, lakin şirin nərilti səsindən meşədə hevanların qaçdığı kimi, siz də mənim haqtələb səsimdən qaçırsınız.

İmam Əli(ə) öz yaşadığı dövrün hər bir zamanında Allahın ondan nə istədiyinin düşünüb bilmiş və öz vəzifəsinə layiqincə əməl etmişdir.

Həzrət Peyğəmbər və imamların hamısı öz yaşadığı dövürdə zamanın tələbinə əsasən Allahın istədiyi kimi hərəkət etmişlər. Onlar öz zamanlardı Allahın onlardan nə istədiyini düşünmüş və öz vəzifələrinə əməl etmişlər.

İmam Hüseyn(ə) da bildi ki, ərəfə günü mənim ilahi vəzifəm Məkkədən çıxmaqdır. O Həzrət əvvəl özünü inandırdı ki, nə qədər dünyəvi xoşluq və ləzzətlər varsa hamısından keçməliyəm. Bana görə də ərəfə günü Məkkədən Kufəyə hərəkət etməyi qərara aldı.

İmam Hüseynin(ə) qardaşı Məhəmməd hənəfiyyə o Həzrətin Məkkədən xüruc etməsini eşitdikdə özünü qardaşına yetirib dedi: Qardaş, eşitdim ki, Məkkədən çıxmaq istəyirsən?

İmam buyurdu: Bəli.

Məhəmməd dedi: Bilmirsənmi Kufə əhli vəfasızdır və onlara etibar etmək olmaz? Görmədinmi onlar Atan Əli(ə) ilə necə rəftar etdilər?

İmam buyurdu: Sənin bu barədə təklifin nədir?

Məhəmməd dedi: Mənim birinci təklifim budur ki, Məkkədə qalıb istirahət edəsən. İkinci təklifim isə budur ki, əgər Məkkədə qalmaq istəmirsənsə onda Yəmənə get. Çünki Yəməndə Peyğəmbəri(s) sevənlər və vəfalı insanlar çoxdur. Ora getsən sənə hörmət edərlər və sənin üçün istədiyin şəraiti hazırlayarlar.

İmam Hüseyn(ə) bildi ki, Məhəmmədin söz tutumu azdır və onu başa düşməyəcək. Ona görə də buyurdu: Qoy bu barədə fikirləşim.

Məhəmməd İmamdan ayrılıb getdi. Bir neçə saatdan sonra xəbər tutdu ki, İmam Məkkədən hərəkət etməyə başlayır. Özünü İmama yetirib dedi: Ey Allahın höccəti, axı mən sənə dedim ki, Kufəyə getməyəsən.

İmam buyurdu: Yuxuda cəddim Peyğəmbəri(s) gördüm. O mənə buyurdu:

يَا حُسَيْنُ أُخْرُجْ فَإِنَّ اللهَ تَعالى أَرادَ أَنْ يَراكَ قَتِيلاً

Ya Hüseyn! Çıx, həqiqətən Allah səni qətil (qanına boyanmış) görmək istəyir.

Məhəmməd dedi: Əgər Allah sənin şəhid olmağını görmək istəyirsə, bəs onda ailəni, qızlarını və körpə uşaqları nəyə görə aparırsan?

وَقَدْ شآءَ أَنْ يَراهُنَّ سَباياً

İmam buyurdu: Çünki Allah onları da əsir görmək istəyir.

İmam Hüseyn(ə) bilirdi ki, mənim bu günkü vəzifəm şəhid olmaq və ailəmin isə vəzifəsi əsir olmaqdır. Çünki Allah-təala ondan bunu istəyirdi. Buna görə də İmam Hüseyn(ə) bu məsələni başa düşdü və öhdəsinə düşən vəzifəsinə əməl etdi. O Həzrət bildi ki, əgər mən bu günkü vəzifəmə əməl etməsəm və ərəfata getsəm İslamdan heç bir əsər-əlamət qalmayacaq.

İmam Hüseyn(ə) öz qardaşı Məhəmmədə bildirdi ki, siz gedin ərəfata və qurbanlarınızı kəsməklə məşğul olun. Lakin mən öz qurbanlarımı Kərbəlaya aparıram.

İmam Hüseyn(ə) Məkkədən çıxıb yola düşdü. Məhərrəm ayının ikinci günü kərbəlaya yetişib xeymələri qurub hazırlıq işləri gördü.

Nəhayət Məhərrəm ayının doqquzuncu günü oldu. İmam Hüseyn(ə) xeyməsinin qarşısında öz qılıncına söykənib azacıq mürgüləmişdi. Bacısı Xanım Zeynəb o Həzrətin yanına gəlib dedi: Qardaş deyəsən düşmən qoşunu hücuma keçmək istəyir.

İmam buyurdu: Əbülfəzli çağırın.

Həzrət Əbülfəzl İmamın hüzuruna gəldi.

İmam ona buyurdu: get onların məqsədlərini öyrən.

Həzrət Əbülfəzl gedib onların məqsədlərini öyrənib İmamın hüzuruna qayıtdı və dedi: Onlar deyirlər Hüseyn ya gərək beyət etsin, yada günü bu gün döyüşə başlayırıq.

İmam buyurdu: Get onlara de ki, mən Yəzidə beyət etməyəcəyəm, lakin onlardan sabaha qədər möhlət al. Ürəyim çox istəyir ki, bu gecəni də ibadətlə səhərə çatdırım.

Aşura günü günortadan sonra müharibə başlandı İmamın bütün səhabələri şəhid oldular və ailəsi də əsir tutuldular. İmam Hüseyn(ə) Kərbəlada otuz min nəfərlik düşmən ordusunun qarşısında izzətlə dayanıb uca səslə buyurdu:

إِنْ كانَ دِينُ مُحَمَّدٍ لا يَسْتَقِيمُ إِلاّ بِقَتْلِى يَاصُيُوفُ خُذُونِى

Əgər cəddim Mühəmmədin dini mənim ölməyimlə diri qalacaqsa, elə isə ey qılınclar, doğrayın məni!

İmam Hüseyn(ə) öz zamanında Allahın ondan nə istədiyini dərk edib öz vəzifəsinə layiqincə əməl etdi.

Buna görə də insan öz yaşadığı dövürdə zaman çərçivəsində hər bir əməlindən öncə Allahın ondan nə istədiyini başa düşməli və öz vəzifəsinə də əməl etməlidir.

1   ...   4   5   6   7   8   9   10   11   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə