SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad




Yüklə 5.56 Mb.
səhifə6/24
tarix27.04.2016
ölçüsü5.56 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Qanun insanın mövqeyi ilə həmişə

uyğunlaşmır


Qanun xəlvətlikdə insanıhidayət etmir

Qanun hamı üçün icra olunmur

Qanun qəzəbli insanı idarə və

islah edə bilmr

Qəzəb barədə hədislər

Allah rizası üçün qəzəblənmək

Qəzəbi sakitləşdirən amillər

Əmr be-məruf nəhy əz-münkər

Əmr be-məruf və nəhy əz-münkər etməməyin ziyanları

Pis və yaxşı işlərə razı olmaq

Əmr be-məruf və nəhy əz-münkər etməyin mərhələləri

İman

Dildə Allaha iman gətirmək

Əqli dəlillərin vasitəsilə Allaha

iman gətirmək

Qəlbən Allaha iman gətirmək

Allaha qəlbən iman gətirməyin əlamətləri

İslamla imanın fərqi

Yəqin

Yəqinin mərhələləri

Elmül-yəqin

Eynül yəqin

Həqqül-yəqin

Qəlbdə iman yaradan amillər

Tövbə

İbadət

İbadətin mənası

İbadətin rüknləri

Şəri vacib olan əməlləri yerinə yetirmək



Günahdan qorunmaq

Müstəhəb olan əməlləri yerinə yetirmək



SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD


BAKI-2002

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ وَالعاقِبَةُ لِلتَّقوى وَ الْيَقِينِ وَالصَّلاةُ وَالسَّلامُ عَلى اَشرَف ِ الأَ نْبِياءِ وَالْمُرْسَلِيَنَ حَبِيبِينا وَحَبِيب ِ اِلهِ الْعالَمِينَ اَبِى الْقاسِمِ مُحَمَّدٍ وَعَلى آلِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ َولَعْنَةُ اللهِ عَلى أَعْدا ئِهِمْ أَجْمَعِينَ مِنَ الآنَ اِلى قِيامِ يَوْمِ الدِّينِ أَعُـوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيـم بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيـمِ قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

HƏZRƏT PEYĞƏMBƏRİN(S) ƏHLİ-BEYTİ

“(Ya Peyğəmbər!) De: Mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində heç bir şey istəmirəm. Lakin mənə yaxşılıq etmək istəyirsinizsə, onda yaxınlarıma (Əhli-beytimə) məhəbbət bəsləyin.”1

Allah-təala qeyd olunan bu ayədə bütün dünya müsəlmanlarına Həzrət Peyğəmbərin(s) yaxınlarına məhəbbət bəsləməyi vacib etmişdir. Sual oluna bilər ki, görəsən Həzrət Peyğəmbərin(s) yaxınları kimlərdən ibarətdir ki, Allah-təala onlara məhəbbət bəsləmyəi müsəlmanlara vacib edir?

Bu sualın cavabını Quran ayələri və Həzrət Peyğəmbərin(s) hədisləri ilə cavablandırmağımız daha gözəl olar.

Bir gün ənsarlardan bir neçəsi Həzrət Peyğəmbər(s)-in yanına gəlib dedilər: “Ya Rəsulallah, Sənin maddi-iqtisadi çətinliklərini həll etməyə hazırıq. Nə çətinliyin varsa, əmr et, biz o onları həll edək.”

Onlar bu sözü Peyğəmbərə(s) deyəndə Allah-təala Şura surəsinin 23-cü ayəsini nazil etdi.

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

“De: Mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində heç bir şey istəmirəm. Lakin mənə yaxşılıq etmək istəyirsinizsə, onda yaxınlarıma (Əhli-beytimə) məhəbbət bəsləyin.”3

Əhməd ibn Hənbəl “Fəzilətüs-səhabə” adlı kitabında bu barədə belə bir rəvayət nəql etmişdir:

لَمّا نَزَلَتْ قُل لَّا أَسْأَلُكُمْ ...

قَالُوا يَا رَسُولُ اللهِ مَنْ قَرابَتُكَ؟ مَنْ هَؤُلاءِ الَّذِينَ وَجَبَتْ عَلَيْنا مَوَدَّتُهُمْ؟

قَالَ رَسُولُ اللهِ(ص): عَلِيٌ وَ فَاطِمَةُ وَ أَبْنَاهُمَا عَلَيْهِمُ السَّلامُ قَالَهَا ثَلاثًا

“Şura surəsinin 23-cü ayəsi nazil olanda, müsəlmanlar Həzrət Peyğəmbər(s)-in yanına gəlib dedilər: Ya Rəsulallah, sənin yaxınların kimlərdir ki, Allah-təala onlara məhəbbət bəsləməyi bizlərə vacib etdi? Peyğəmbər(s) onların cavabında üç dəfə bu sözü buyurdu: “Əli(ə), Fatimə(ə) və onlardan dünyaya gələn iki övlad (Həsən(ə) və Hüseyn(ə).”1

Allah-tala bu şəxslərə məhəbbət bəsləməyi bütün müsəlmanlara vacib edib. Buna görə də hər bir müsəlman İmam Əliyə(ə), Həzrət Fatimeyi Zəhraya(sə), İmam Həsən(ə) və İmam Hüseynə(ə) məhəbbət bəsləyib onları sevməlidir.



MÜBAHİLƏ AYƏSİ

Həzrət Peyğəmbərin(s) yaxınlarının yəni əhli-beytinin kimlərdən ibarət olduğunu Ali-İmran surəsinin 61-ci ayəsi bir daha sübut edir.

Tarix və təfsir alimləri islam tarixində baş vermiş məşhur bir hadisəni nəql edirlər:

Nəcran xristianlarından ibarət olan bir heyət Həzrət Peyğəmbərin(s) yanına gəlib o Həzrətin İsa(ə) peyğəmbərin haqqında onunla mübahisə etmək istədilər. Nəcran xristianlarının heyəti üç nəfərdən ibarət idi. Onlardan biri Əbdül-məsih ləqəbi ilə tanınmış Aqib, heyətin rəisi, elmi rəhbəri və fikir sahibi idi. İkincisi onların yığıncaqlarının rəisi Eyhəm, üçüncüsü isə Əbu Hatəm ibn Əlqəmə, onların dini rəhbəri və müəllimi hesab olunurdu.

Onlar iddia edirdilər ki, insan atasız dünyaya gələ bilməz. Buna görə də Həzrət İsa ya Allahdır, ya da Allahın oğludur.

Həzrət Peyğəmbər(s) buyurdu: Adəmi(ə) atasız-anasız torpaqdaq yaradan Allah İsanıda atasız yaratmağa qüdrəti var.

Allah-təala Ali-İmran surəsinin 59-cu ayəsini nazil etdi.

إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ

Allah-yanında İsanın məsəli də Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra “ol” dedi, o da oldu.

Həzrət Peyğəmbər(s) bu ayəni də onlar üçün oxudu lakin onlar Həzrət Peyğəmbərin sözlərini qəbul etmədilər və Həzrət Peyğəmbər(s) də onların sözlərini qəbul etmədi. Sonda iş mübahilə etməyə yetişdi. Mübahilə o əmələ deyilir ki, əgər iki dəstə bir-birinin sözlərini qəbul etməsəydi yığışıb bir-birinə nifrin edib lənətləyər və hansı tərəfin nifrini tərəf müqabilinin barəsində həyata keçsəydi, o da qalib hesab olunardı. Buna görə də onlar Həzrət Peyğəmbərin(s) və o Həzrət də onların sözlərini qəbul etmədiyi üçün bu mübahilə məsələsi qarşıya çıxdı. Elə oradaca Allah təala bu ayəni nazil etdi.

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra səninlə mübahisə edənlərə de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!”

Qeyd etmək lazımdır ki, mübahilə məsələsində ailə və uşaqları bu işə qatmazdılar. Lakin Həzrət Peyğəmbər(s) bu ayəni Nəcran xristianlarına oxudu. Onlar da razılaşdılar. Lakin sabaha qədər Peyğəmbərdən vaxt istədilər. Gedib öz keşişləri ilə Peyğəmbərlə etdiyi söhbətləri məsləhətləşdilər. Keşiş ağıllı adam idi. O dedi: Sabah görsəniz ki, Peyğəmbər hay küylə camaatı başına yığıb gətiribsə, onunla mübahilə etməyə dəyər. Yox əgər Peyğəmbər öz dediyi kimi ailəsi ilə gələrsə onda onunla mübahilə etməyin.

Hamı gözləyirdi ki, Həzrət Peyğəmbər(s) meydana kimlərlə birgə gələcək? Çünki, Allah-təala ayədə o Həzrətə oğlanlarını, qadınlarını və özlərini gətirməyi əmr etmişdir.

Gördülər ki, Həzrət Peyğəmbər(s) İmam Həsən və İmam Hüseynin(ə) əlindən tutub, onların arxasınca Həzrət Fatimə(sə) və İmam Əli(ə) meydana tərəf gəlirlər.

Nəcran keşişi bu mənzərəni gördükdə üzünü xristianlara tutub dedi: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz.

Buna görə də Həzrət Peyğəmbərə(s) dedilər: Biz qərarlaşdıq ki, səninlə mübahilə etməyək. Sən öz dinində qal, biz də öz dinimizdə.

Həzrət Peyğəmbər(s) buyurdu: Əgər mübahilə etmirsinizsə, onda İslamı qəbul edin. Xristianlar qəbul etmədilər. Həzrət Peyğəmbər(s) buyurdu: Elə isə sizinlə müharibə etməli olacağam.

Onlar dedilər: Bizim ərəblərlə müharibə etməyə qüdrətimiz yoxdur. Lakin sizinlə müqavilə bağlamağa razıyıq. Onlar bir neçə şərt əsasında müqavilə imzaladılar.

Həzrət Peyğəmbər(s) buyurdu: And olsun Allaha az qalmışdı ki, Nəcran əhlinə həlakət üz gətirsin. Əgər onlar mübahilə etsəydilər, şübhəsiz heyvan (donuz və meymun) surətinə düşərdilər. Bu düzənlik onlar üçün odlu bir cəhənnəmə çevrilərdi və çox keçməzdi Nəcran əhalisinin hamısı, hətta ağacdakı quşlar da belə həlak olardı. Bir il keçməzdi ki, xristianların hamısı həlak olardı.1

Təfsir alimləri bu ayənin təfsiri barədə çox təhqiqatlar aparmış və bu ayə barədə olunan suallara cavab vermişlər. O suallardan biri budur ki, nəyə görə Həzrət Peyğəmbər(s) xristianlarla mübahilə edərkən Əlini(ə), Fatiməni(s.ə), Həsən(ə) və Hüseyni(ə) meydana gətirmişdi?

Bu sualın bir neçə cavabı vardır. Əlbəttə bu cavabların bir-birinə qarşılıqlı bağlılığı vardır. Birinci cavab budur ki, Allah təala bu dörd nəfəri gətirməklə Həzrət Peyğəmbərə(s) ürək dirək verirdi.

İkinci cavab budur ki, Allah təala bütün insanlar sübut etdi ki, Bu beş nəfər Allahın ən sevimli bəndələridir və onların hörməti Allah yanında hamıdan üstündür. Əgər Allah yanında onlardan üstün və ya onlarla bərabər olan bir şəxs olsaydı, onda Peyğəmbər(s) onu da mübahilə üçün meydana gətirərdi. Həzrət Peyğəmbərə(s) iman gətirənlər çox idi. Onların arasında ağsaqqallar, cavanlar və qadınlar da var idi. Lakin bu beş nəfərin Allah yanında hörməti hamıdan çox olduğu üçün Allah təala məhz bunların gəlməsini əmr etmişdir.

Qeyd etmək lazımdır ki, mümkündür bir şəxs ağsaqqal olsun və camaat arasında hörməti böyük olsun, lakin elə cavanlar da vardır ki, onun hörməti Allah yanında həmin ağsaqqaldan üstündür. Bir sözlə desək Allahın insanı sevməsi saqqalın ağlığı və ya qaralığı ilə yox, onun təqvası, Allahı sevməsi və bəndəçiliyi ilə ölçülür.

Üçüncü cavab budur ki, Allah təala bütün insanlara sübüt etdi ki, İmam Həsən(ə) və İmam Hüseyn(ə) Peyğəmbərə(s) oğul hesab olunur. Çünki Allah təala ayədə [أَبنائنا] oğlanlarımızı sözünü buyurmuşdur. Buna görə də Peyğəmbər(s) Həsən və Hüseyni(ə) də mübahilə etmyə gətirmişdi.

Məmun həmişə elmi məclislər təşkil edib İmam Rzanı(ə) ora alimlərlə mübahisə etmək üçün dəvət edərdi. Onun bunu etməkdə məqsədi İmam Rzanı(ə) camaat arasında gözdən salmaq idi. Məmunun məqsədi bu idi ki, əgər alimlər İmam Rzanı(ə) cavabsız qoysaydılar İmam camaat arasında xar olardı, o da öz istədiyi məqsədə çatardı. Yox əgər İmam Rza alimlərə üstün gəlsəydi onda deyəcəkdilər ki, İmam Rza(ə) Məmunun müavini olduğu halda belə elimlidir, görəsən Məmun özü necə elmli olar?

Məmunun hər iki məqsədi İmam Rzaanı(ə) camaat arasında gözdən salmaq idi.

Bir gün də Məmun böyük bir elmi məclis qurub İmam Rzanı(ə) Xorasana dəvət etdi. O İmamla mübahisə etmək üçün ən bilikli alimləri məclisə dəvət etmişdi.

Məclisdə bir çox suallar müzakirə olunandan sonra alimlər İmam Rzadan(ə) soruşdu. Nəyə görə sizə Peyğəmbərin oğlanları deyirlər. Bu söz düzgün deyildir. Çünki Sən Musa ibn Cəfərin oğlusan. Sənin baban Cəfəri Sadiq Mühəmməd Baqirin, o da İmam Zeynül-abidinin oğlu, o da Hüseyn ibn Əlinin oğludur. Peyğəmbərin oğlu olmayıb. Nə üçün siz özünüzü Peyğəmbərin(ə) oğlanları adlandırırsınız.

İmam Rza(ə) buyurdu: Əgər siz Quran oxusaydınız bilərdiniz ki, Allah-təala İmam Həsən(ə) və İmam Hüseyni(ə) Peyğəmbərə(s) oğlan seçib. İmam Rza(ə) Ali-İmran surəsinin 61-ci ayəsini onlar üçün oxuduqdan sonra buyurdu: Allah-təala dünyada ən gözəl və sevdiyi bəndələrini mübahilə ayəsində bütün dünyaya elan etdi.

Bütün müsəlman alimləri firqəsindən asılı olmayaraq hamısı bu ayənin təfsirində Allahın İmam Həsən(ə) və İmam Hüseyni(ə) Peyğəmbərə(s) oğlan hesab etməsini yazmış və qəbul etmişlər.

Bu ayədə [نسائنا] qadınlarımızı sözü də işlənmişdir. Həzrət Peyğəmbərdə (s) ailəsində olan qadınlardan Allahın əmrinə əsasən yalnız qızı Həzrət Fatiməni(s.ə) gətirmişdi.

Sonra bu ayədə [انفسنا] özümüzü gətirək deyə əmr olunmuşdu. Sual ola bilinər ki, Həzrət Peyğəmbər(s) özü tək olduğu halda nəyə görə ayədəki bu söz cəm formasında nazil olmuşdu? Bu sualın cavabı budur ki, İmam Əli(ə) Peyğəmbərin(s) özü hesab olunduğu üçün onu meydana gətiirdi.

Həzrət Peyğəmbər(s) dəfələrlə bu hədisi buyurmuşdur və bu hədisi həm sünni alimləri həmdə şiə alimləri təsdiq etmişlər.

عَلِيٌّ مِنِّى كَنَفْسِى طاعَتُهُ طاعَتِى وَ مَعْصِيَتُهُ مَعْصِيَتِى

Əli mənə özüm kimidir, ona itaət edən mənə itaət etmiş, onunla düşmənçilik edən mənimlə düşmənçilik etmişdir.

Mübahilə ayəsinin əhli-beyt barəsində nazil olmasını və Allahın İmam Həsən və İmam Hüseyni Peyğəmbərə oğul seçməsini bütün şiə və sünni alimlərinin böyükləri öz kitablarında yazmışlar. Əhqaqül-həqq kitabının müəllifi Qazi Nurullah Şüştəri yazdığı bu kitabının 3-cü cildinin 46-cı səhifəsində bu ayənin Əhli-beyt barədə nazil olmasını qeyd etdikdən sonra bunu təsdiq edən altmış sünni aliminin mənbəkitablarının adlarını çəkir. Onlardan bir neçəsin qeyd edirəm.

Səhih Müslim c.7. səh120.

Əhməd ibn Hənbəl (Müsnəd) c.1. səh.185.

Təbəri –(Təfsiri) c.3. s. 192.

Haki Həskani (Müstədrək) c.3. səh.150

Hafiz Əbu Nəim (Dəlailün-nübüvvə) səh297

Vahid Nişaburi (Əsbabün-nüzul) səh.74

Fəxri Razi (Təfsir) c.8. s.85

İbn Əsir (Camiül-üsul) c.9. səh.470

Qazi Beyzavi (Təfsir) c.2 səh.22

Alusi (Ruhul-məani) c.3 səh. 167

Təntavi (təfsirində) c.2 s.120

Səhih Müslim kitabında belə bir rəvayət nəql olunmuşdur:

Bir gün Müaviyə Səd ibn Vəqqasa dedi: Sən həmişə Əbu Turabı (Əlini) söyərdin. Lakin son vaxtlar səni Əliyə söyüş göndərən görmürəm. Bunun səbəbi nədir?

Səd dedi: Mən Peyğəmbərdən(s) Əlinin barəsində üç hədis eşitmişəm. O hədisləri eşidəndən bəri daha Əlini söymürəm.

Müaviyə soruşdu: Peyğəmbərdən hansı hədisləri eşitmisən?

Səd dedi: O hədislərdən birini sənə deyirəm.

Allah-təala mübahilə ayəsini nazil etdikdən sonra. Həzrət Peyğəmbər(s) Əliniə(ə), Fatiməni(s.ə), Həsən(ə) və Hüseyni(ə) gətirdi. Onlar Peyğəmbərin kənarında dayanmışdılar. Heyğəmbər orada buyurdu: İlahi bunlar mənim Əhli-beytimdir.

Buna görə də mən bu hədisi eşidəndən sonra Əlini söymürəm.

Buna əsasən də qeyd olunan ayə və ayə barədə nəql olunan hədis və rəvayətlər həzrət Peyğəmbərin(s) əhli-beyti kimlərdən ibarət olduğu aydın şəkildə bəyan edir.



İNSAN SURƏSİ

Həzrət Peyğəmbərin Əhli-beyti haqda nazil olan ayələrdən bir neçəsi də insan surəsinin beşinci ayəsində on səkkizinci ayəsinə qədər nazil olan ayələrdir. Bu ayələrin nazil olma səbəblərinə diqqət yetiərk.

İbn Abbas deyir: İmam Həsən və İmam Hüseyn(ə) kiçik yaşlarında ikən xəstələnmişdilər. Həzrət Peyğəmbər(s) məsciddə namaz qıldıqdan sonra Qızı Fatimənin(s.ə) evinə yollandı. Gördü ki, Həsən(ə) və Hüseyn(ə) xəst halında uzanıblar.

Həzrət Peyğəmbər(ə) İmam Əliyə(ə) və Qızı Fatiməyə buyurdu: Nə əcəb siz bu uşaqların şəfa tapması üçün nəzir etmirsiniz?

Həzrət(ə) və Xanım Fatimə(s.ə) elə oradaca nəzir etdilər ki, uşaqlar tezliklə sağalandan sonra üç gün oruc tutsunlar. Onlar bu nəziri edəndən sonra uşaqlar tezliklə şəfa tapıb sağaldılar. Uşaqların sağalan günü Həzrət Əli(ə) və Xanım Fatimə(s.ə) oruc tutdular. Həzrət Fatimənin(s.ə) qulluqçusu da uşaqların özləri da ata-analarının icazəsi ilə oruc tutdular.

Birinci gün Həzrət Əli(ə) gedib yarım batman arpa alıb gətirdi. Həzrət Fatimə(s) arpanı üyüdüb un etdi və onun bir hissəsindən iftara çörək bişirdi. Axşam oldu xanım Zəhra(s.ə) iftar süfrəsini hazırladı. Süfrə duz, çörək və sudan ibarət idi. Elə bu vaxt bir yoxsul qapını döyüb dedi: Salam olsun sizə ey Peyğəmbərin(s) əhli-beyti. Mən bir müsəlman fəqirəm mənə yemək verin. Bu sözləri eşitdikdən sonra öz iftar edəcəkləri yeməyi həmin fəqirə verdilər. Özlər isə bir içim su ilə iftar edib gecəni belə keçirdilər. Sabahı gün ac olduqları halda yenə də oruc tutdular. Axşam iftar etmək üçün süfrə başına yığışmışdılar ki, bir yetim qapını döyüb dedi: Salam olsun sizə ey Peyğəmbərin(s) Əhli-beyti. Mən bir yetməm mənə yemək verin. Onlar yenə də süfrədə olan yeməkləri o yetimə verdilər və özləri ac qaldılar. Üçüncü gün də iftar vaxtı bir əsir gəlib qapını döydü və dedi: salam olsun sizə ey Peyğəmbərin(s) əhli-beyti. Mən bir əsirəm ki, yeməyə heç bir şey yoxumdur. Onlar öz yeyəcəkləri yeməyi də ona verib yola saldılar. Ertəsi gün Həzrət Əli(ə) Həsən və Hüseynlə birlikdə Peyğəmbərin hüzuruna gəldilər. Həzrət Peyğəmbər uşaqların aclıqdan titrədiklərini görüb buyurdu: Sizi bu halda görmək mənim üçün çox ağırdır.

Elə bu vaxt Həzrət Cəbrail nazil olub, Allahın salamını Peyğəmbərə gətirdi və dedi: Ya Peyğəmbər! Allah sənin belə bir Əhli-beytin olduğu üçün təbrik deyir. Sonra bu ayələri Peyğəmbərə təqdim etdi.

إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا  عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا  وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا وَجَزَاهُم بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا وَيُطَافُ عَلَيْهِم بِآنِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا قَوَارِيرَ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا عَيْنًا فِيهَا تُسَمَّى سَلْسَبِيلًا

Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (soyuq və xoş ətirli) su içəcəklər.

O elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə asanlıqla) axıdacaqlar.

Onlar elə kimsələrdilər ki, verdikləri sözü, etdikləri nəziri yerinə yetirər və dəhşəti aləmi bürüyəcək qiyamət günündən qorxarlar.

Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.

(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən bu ehsan müqabilində nə bir mükafat, nə də bir təşəkkür istəyirik.

Sünni alimlərinin yazdıqlarına görə Allah-təala onlar üçün Cənnətdən yemək göndərmişdi və o yeməyin ətri düz bir həftə Həzrət Zəhranın(s.ə) evindən çəkilmədi.



TƏTHİR AYƏSİ

Allah-təala Əhzab surasinin 33-cü ayəsində Həzrət Peyğəmbərin(s) yaxınlarının Əli(ə), Həzrət Fatimə(s.ə), Həsən(ə) və Hüseyndən(ə) ibarət olduğunu bir daha təsdiq edərək buyurur.

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər.”1

Burada qarşıya belə bir sual çıxır: Allahın bütün çirkinliklərdən uzaq və tər-təmiz, pak etmək istədiyi, Quranda “Əhli-beyt” adlandırdığı kəslər kimlərdir?

Bu sualın cavabını Həzrət Peyğəmbərin dilindən eşitsək, daha yaxşı olar. Çünki Əhli-beyti hamıdan yaxşı tanıyan Peyğəmbər(s)-in özüdür.

Ümmü Sələmə deyir: “Bir gün Həzrət Peyğəmbər(s) evdə əyləşmişdi. Qızı həzrət Fatimə(s.ə) əlində bir parça içəri daxil oldu. Həzrət Peyğəmbər(s) parçanı qızından alıb yerə qoydu və buyurdu: “Qızım, get, yoldaşın Əli(ə)-ı və oğlanların Həsən(ə)-i və Hüseyn(ə)-ı çağır gəlsinlər.” Xanım Fatimə(ə) getdi və bir az keçməmiş Əli(ə), Həsən(ə) və Hüseyn(ə)-la birgə peyğəmbərin hüzuruna gəldi. Bir süfrə kənarında əyləşib yemək yedilər. Sonra Həzrət Peyğəmbər(s) qızının gətirdiyi parçanı gətirib onların üstünə çəkərək belə dua etdi: “İlahi! Bunlar mənim Əhli-beytim və itrətimdir. Bütün çirkinlik və pislikləri onlardan təmizlə və onları tər-təmiz, pak et!”

Həzrət Peyğəmbər(s) bu duanı edib qurtaran kimi elə o haldaca həzrət Cəbrail(ə) nazil olaraq Əhzab surəsinin 33-cü ayəsini gətirdi.

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər.”1

Ümmü Sələmə deyir: “Mən Peyğəmbər(s)-ə dedim: “Ya Rəsulallah, icazə verirsənmi mən də bu Əhli-beytin içinə daxil olum?” Peyğəmbər(s) buyurdu: “Ümmü Sələmə, Allah sənə xeyir versin. Lakin sənə Əhli-beytin içinə daxil olmağa icazə yoxdur. Onları Allah təyin etmişdir.”

Bu barədə Peyğəmbərin həyat yoldaşı Aişə belə rəvayət edir: “Əhli-beyt barəsindəki bu ayə nazil olduqdan sonra, Həzrət Peyğəmbər(s) düz doqquz ay məscidə sübh namazına gedərkən Həzrət Əli(ə)-ın qapısının qarşısında durub belə buyurardı: “Ey Əhli-beyt! Namaz vaxtıdır.” Sonra həmin ayəni oxuyardı.”

Ümmü Sələmənin və Aişənin nəql etdikləri bu rəvayətdən məlum olur ki, Peyğəmbər(s)-in Əhli-beyti Əli(ə), Xanım Fatimə(s.ə), İmam Həsən(ə) və İmam Hüseyn(ə)-dır.

Ümumiyyətlə, Allah-təala bizlərə Əhli-beyti sevməyi vacib etmişdir. Bizim onlara olan məhəbbətimiz ana südü ilə qəlbimizə daxil olmuşdur. Əgər günah edib o məhəbbəti qəlbimizdən çıxarmasaq, Qiyamət gününə qədər Əhli-beytin məhəbbəti qəlbimizdə qalacaqdır. İnsan günah etdikcə o məhəbbət qəlbində ölər.

Sünnülərin böyük alimlərindən olan Fəxri Razi, Qürtəbi və Kəşşaf Qurana yazdıqları təfsirlərdə Həzrət Peyğəmbər(s)-in Əhli-beyt barəsində buyurduğu bir hədisi belə rəvayət edirlər:

قَالَ رَسُولُ اللهِ(ص): مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ شَهِيدًا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ مَغْفُورًا لَهُ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ بَشَّرَهُ مَلَكُ الْمَوْتِ بِاالْجَنَّةِ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ جَعَلَ اللهُ قَبْرَهُ مَزارَالْمَلائِكَةِالْرَّحْمَةِ

أَلا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ جَاءَ يَوْمَ الْقِيَامَةِ مَكْتُوبٌ بَيْنَ عَيْنَهِ آيِسٌ مِنْ رَحْمَةِ اللهِ و مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ مَاتَ كَافِرًا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ لَمْ يَشُمَّ رَائِحَةَالْجَنَّةِ

Həzrət Peyğəmbər(s) buyurur: “Hər kəsin qəlbində Məhəmməd(s)-in Əhli-beytinə məhəbbəti olarkən ölərsə, dünyadan şəhid getmişdir. Hər kəsin qəlbində Məhəmməd(s)-in Əhli-beytinə məhəbbəti olarkən ölərsə, Allah onun bütün günahlarını bağışlayar. Hər kəsin qəlbində Məhəmməd(s)-in Əhli-beytinə məhəbbəti olarsa, can verən zaman ölüm mələyi onun başı üzərinə gülə-gülə gələrək ona cənnət müjdəsini verər. Və hər kəsin qəlbində Məhəmməd(s)-in Əhli-beytinə məhəbbəti olarkən ölərsə, Allah onun qəbrini Qiyamət gününə qədər mələklərin ziyarətgahı edər.”

Sonra həzrət Peyğəmbər(s) əlavə edərək buyurur: “Diqqət edin! Hər kəsin qəlbində Əhli-beytə qarşı düşmənçilik olduğu halda ölərsə, Qiyamət günü alnında “Allah rəhmətindən məyus olmuş” sözü yazılmış halda gələcək. Hər kəs Əhli-beytə qarşı düşmən olduğu halda ölərsə, dünyadan kafir getmişdir. Və hər kəs Əhli-beytə qarşı düşmən olduğu halda dünyadan gedərsə, Cənnətin iyi belə onun burnuna dəyməyəcək.”1

Bu ayə və ayə barədə olan rəvayətlər də Həzrət Peyğəmbərin(s) Əhli-beytinin (yaxınlarının) Əli(ə), Xanım Fatimə(s.ə), İmam Həsən(ə) və İmam Hüseyndən(ə) ibarət olmasını bir daha açıq şəkildə bəyan edir.

Buna əsasən də Allah-təala Şura surəsinin 23-cü ayəsində bütün müsəlmanlara Həzrət Peyğəmbərin(s) əhlibeytinə məhəbbət bəsləyib onları sevməyi vacib etmişdir. Bu ayə lərdən belə nəticə alırıq ki, Həzrət Peyğəmbərin(s) yaxınlarını sevən şəxs həm Peyğəmbərin(s) özünü, həm də Allahı sevmiş olur. Yox əgər Peyğəmbərin Əhli-beytini sevmirsə, demək heç Peyğəmbərin özünü də sevmir.

Məlum məsələdir ki, Həzrət Peyğəmbərin(s) yaxınlarından biri də İmam Hüseyndir(ə). Allah təala bizə o həzrətə məhəbbət bəsləməyi vacib etmişdir. Həzrət Peyğəmbərdə(s) İmam Hüseyni(ə) əzizləyib sevər və bizə də onun sevməyi və onun üçün ağlamağı tövsiyə etmişdir.



HƏZRƏT PEYĞƏMBƏRİN(S) ƏHLİ-BEYTİNƏ MƏHƏBBƏT BƏSLƏMƏK VACİBDİR

Bəhsin əvvəlində qeyd olunan Şura surəsinin 23 ayəsinə əsasən Allah-təala Həzrət Peyğəmbəri(s) yaxınlarına məhəbbət bəsləməyi bütün müsəlmanlara vacib etmişdir və qeyd olunan hədis və rəvaytlərdən də məlum oldu ki, Peyğəmbərin(s) yaxınları (əhli-beyti) Həzrət Fatimə(s), İmam Əli(ə), İmam Həsən(ə) və İmam Hüseyndən(ə) ibarətdir.

Məhəbbət elə bir xüsusiyyətdir ki, Allah təala onu bütün insanların fitrətində yaratmışdır. Lakin bu məhəbbəti kimə bəsləməyi insanın öz ixtiyarında qoymuşdur. Məhəbbət insanın özündən asılı olmayaraq onun daxilində vardır və bu məhəbbəti nəyəsə bağlanmalıdır. Bu məsələni açıq aydın başa düşmək üçün insanın göz, qulaq kimi bədən üzvlərini misal çəkmək mümkündür. Allah-təala insana görmək üçün göz vermişdir. Gözün həyatda rolu görməkdən ibarətdir. Həyatda mümkün deyil ki, insanın gözü görməsin və ya qulağı eşitməsin. Əgər göz halala baxmasa haramı görəcək və qulaq halal sözlər eşitməsə, haram sözlər eşidəcək. Allah-təala insana göz verib, lakin baxmağı insanın ixtiyarında qoymuşdur.

Buna görə də insanda qəlb varsa, demək məhəbbət də vardır. Bu məhəbbətin qəlbdə olması insanın öz əlində deyildir. Lakin əsas sözümüz budur ki, insan qəlbində olan bu məhəbbəti kimə bəsləməlidir?

Məlum məsələdir ki, məhəbbət insanın fitrətində var və bu məhəbbəti kimlərə bəsləməyi Allah-təala insan üçün təyin etmişdir. Lakin ixtiyarını isə insanın özünə vermişdir.

Allah-təalanın buyurduğuna əsasən insanın məhəbbəti əsas Allaha, Onun Peyğəmbərinə və Peyğəmbərin(s) əhli-beytinə bağlanmalıdır. Çünki məhəbbətin ən ümdə bağlanan yeri bunlardır. Bundan əlavə insanın qəlbində kiçik məhəbbətlər də mövcuddur. Məsələn insanın mal-dövlətinə, övladına, ailəsinə olan məhəbbətini misal çəkmək olar.

İnsanın mal-dövlətinə mütləq məhəbbəti olmalıdır. Əgər insan öz mal-dövlətini müdafiə etmək yolunda ölərsə Allah onu şəhid hesab edir. Çünki haqq yolda dünyadan getmişdir. Nə qədər ki, insanın övladı yoxdursa onun məhəbbəti də qəlbində yoxdur. Lakin övladı olandan sonra Allah təala o övladın məhəbbətini insanın qəlbinə salır. İnsanın öz vətəninə də mütləq məhəbbəti olmalıdır. Əgər insan öz vətənini müdafiə etmək yolunda ölərsə Allah-təala onu şəhid hesab edir.

Bunlar insanın qəlbində olan kiçik məhəbbətlərdir. Lakin insanın qəlbində əsasən Allaha, Peyğəmbərinə və Peyğəmbərin əhli-beytinə olmalıdır. Bunu Allah insanlar üçün təyin etmiş və bütün insanlara onları sevməyi vacib etmişdir. Lakin onlara məhəbbət bəsləyib bəsləməmək isə insanın öz ixtiyarına qoyulmuşdur.

Burada əsas sözümüz budur ki, əgər Allahın dini xətərdə olarsa və insanın mal-dövlətinin Allah yolunda övladının qurban verilməsinə ehtiyac duyularsa, gərək əlindən gələni əsirgəməsin. Əgər dinin insanın qurban verilməsinə ehtiyac duyularsa, insan bu yolda övladını qurban verməyi bacarmalıdır. Bir sözlə desək kiçik məhəbbətlər böyük məhəbbətlərə qurban verilməlidir. İnsan bir gün mal-dövlətinə görə öz canını xətərə atırsa, bir gün də lazım olsa canını xətərə atdığı həmin mal-dövləti Allaha, Peyğəmbərinə və Peyğəmbərin əhli-beytinə qurban verməlidir. Allahın dininin insanın övladına ehtiyacı olduqda insan onu qurban verməyi bacarmalıdır. Çünki bunlar insanın imanı üçün bir ölçüdür. Yəni insanın qəlbində olan kiçik məhəbbətlərlə böyük məhəbbətlər insanın imanı arasında bir çəpərdir. Əgər insan kiçik məhəbbətləri böyük məhəbbətlərə qurban verirsə bu imandır, yox əgər böyük məhəbbətləri kiçik məhəbbətlərə qurban versə küfrdür. İnsan əgər mal dövlətini İmam Əlidən(ə) çox istəyirsə bu iman deyildir.

Firuid-dinin doquzuncu və onuncu şərtləri təvəlla və təbərradan ibarətdir. Bunu mənası Əhli-beytiin dostu ilə dost, düşməni ilə düşmən olmaqdan ibarətdir. Hər bir müsəlmana namaz, oruc vacib olduğu kimi təvəlla, təbərra da vacibdir.

Buna əsasən də insanın qəlbində olan məhəbbətin mizan və ölçüsü Allah, Peyğəmbər(s) və Peyğəmbərin(s) əhli-beytidir. Təvəlla və təbərra sözünün mənası budur ki, kim əhli-beyti sevirsə, sən də onu sevməli, kim sevmirsə səndə sevməməlisən. Peyğəmbər(s) və Əhli-beyti kimi sevirsə səndə sevməli, kimi sevmirsə, sən də sevməməlisən. Onlar kimdən razıdırsa, insan da gərək ondan razı qalsın və kimdən narazıdırsa gərək ondan narazı olsun. Buna görə də Həzrət Peyğəmbər və onun əhli-beyti insanların imanı üçün bir ölçüdür.

Qiyamət günü Allahın Cənnət, Cəhənnəminə də mizan Həzrət Fatimədir(s.ə).

Həzrət Peyğəmbər(s) Həzrət Fatiməyə(s.ə) buyurdu: Cənab Cəbrəil mənə bu xəbəri gətirdi:

يا فاطِمَة إِنَّ اللهَ يَغْضِبُ لِغَضَبِك وَ يَرْضى لِرِضَاك

Ya Fatimə! Həqiqətən Allah-təala sənin qəzəbləndiyn işə qəzəblənər və sənin razı olduğun işə razı olar.

Bu hədis inkarolunmaz bir hədisdir. Bu hədisi həm sünni, həm də şiə alimləri mənbə kitablarında yazmışdır.

Bu hədisdən bir daha məlum olur ki, Allahın razılığı Fatimənin(s.ə) razılığı ilədəri. Yəni həzrət Fatimə(s.ə) kimdən razıdırsa Allah da razıdır və hər kimdən razı deyilsə, Allah da həmin şəxsdən razı deyil.

Buna əsasən də insanın qəlbində olan məhəbbətin mizanı Peyğəmbər və onun əhli-beytidir. Bunlar razı olan şəxsdən gərək sən də razı və narazı olan şəxsdən narazı olasan. Həzrət Peyğəmbər(s) və əhli-beyti kimi sevirlərsə həmin şəxsi sən də sevməli, yox əgər sevmirlərsə sən də gərək onu sevməyəsən.

Allahın da razılığı məhz əhli-beytin razılığı ilədir. Çünki Allah-təala dünyanı yaradıb onlara vermiş və Cənnəti də onlara hədiyyə etmişdir. Onlar kimə icazə versələr cənnətə daxil olacaq, kimə icazə verməsələr daxil olmayacaq.

Bunun aydın olmusı üçün bir misalın nəzərinizə çatdırıram. Məsələn, bir şəxs ev alır və o evi dostuna bağışlayır. Başqa bir şəxs gəlib evi bağışlayan şəxsdən xahiş edir ki, bir neçə günlük evi ona versin. Evi bağışlayan şəxs də deyir ki, mən evi dostuma bağışlamışam. Get ondan icazə al, əgər o razıdırsa evində qala bilərsən. Çünki mən evi ona bağışlamışam və artıq ev onundur. Onun evində qalmaq üçün gərək onun özü ilə razılaşasan.

Odur ki, Allah-təala dünyanı yaradıb Peyğəmbər(s) və onun əhli-beytinə vermişdir. Yəni onlar dünyada yaşasınlar deyə bu dünyanı yaradıb. Bu dünyanın da elə də qiyməti yoxdur ki, Allah-təala onlara hədiyyə etsin. Yəni dünyanın onlara hədiyyə olunası qabiliyyəti yoxdur. Hədislərdə vardır ki, Allah-təala dünyanı yaradandan bəri bir dəfə də olsun ona nəzər etməyib. Əgər dünyanın Allah-yanında qiyməti olsaydı, Allah qoymazdı ki, kafirlər ondan bir qurtum belə su içsinlər. Dünyanın Allah yanında qiyməti olmadığına görə onun bütün naz-nemətlərini insanların ixtiyarında qoymuşdur.

Allah bu dünyanı Əhli-beytin yaşaması üçün yaratmışdır. Lakin Cənnəti isə onlara hədiyyə edərək bağışlamışdır. Əhli-beyt kimə icazə versə o Cənnətə daxil olacaq, əgər icazə verməsə daxil olmayacaq.

Demək təvəlla və təbərra sözünün mənası budur ki, Əhli-beyt Allahla insanın və insanla xalq arasında mizan və ölçüdür.

Buna görə də hər bir müsəlman Peyğəmbər və onun Əhli-beytinin qəmli günlərində qəmli və şad günlərində də şad olmalıdır


1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə