SƏRƏncam №390s




Yüklə 44.47 Kb.
tarix26.04.2016
ölçüsü44.47 Kb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü”ndə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə “Milli Su Təchizatı və kanalizasiya xidmətləri-2” layihəsində Azərbaycan tərəfinin payı (Dünya Bankı) üçün nəzərdə tutulmuş vəsaitin və Şəmkir çayı üzərində dəryaçanın tikintisi üçün nəzərdə tutulmuş vəsaitin azaldılması hesabına, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə manat vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 390s



Bakı şəhəri, 30 noyabr 2011-ci il

 “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü”ndə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə “Milli Su Təchizatı və kanalizasiya xidmətləri-2” layihəsində Azərbaycan tərəfinin payı (Dünya Bankı) üçün nəzərdə tutulmuş vəsaitin 10445000,0 (on milyon dörd yüz qırx beş min) manat və Şəmkir çayı üzərində dəryaçanın tikintisi üçün nəzərdə tutulmuş vəsaitin 5000000,0 (beş milyon) manat azaldılması hesabına, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə 15445000,0 (on beş milyon dörd yüz qırx beş min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə görüləcək işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

  Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2011-ci il 30 noyabr

tarixli 390s nömrəli sərəncamına



əlavə

 

Vəsait ayrılan obyektlərin siyahısı



 

 

(min manatla)

Obyektlərin adı

Ayrılan vəsaitin məbləği

İstifadəyə

verilən

Güc

1

2

3

Cəmi:

15445

 

o cümlədən:

 

 

Qəbələ rayonu ərazisində Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işləri (Dəmiraparan çayı üzrə)

1550

dəmir-beton istinad divarı-172 pm

Quba rayonunda Qudyalçayın suqəbuledici hidroqovşağının bərpası

2200

Qudiyalçay hidroqovşağının təmir-bərpası

Samur-Abşeron Kanalının Gilgilçayla kəsişməsindəki dükerin mühafizəsi

1000

Gilgilçayda nizamlayıcı qurğunun tikintisi

Samur-Abşeron Kanalının Qudyalçayla kəsişməsindəki dükerin mühafizəsi

550

Qudyalçayda nizamlayıcı qurğunun tikintisi

Qax şəhərinin və Qax rayonunun Əlibəyli kəndinin sel sularından müdafiəsi

1500

240 pm sahilbərkitmə işləri

Qax rayonu ərazisində Kürmükçay, Qaşqaçay, Qanıx, Qum və Zərnə çaylarında sahilbərkitmə işləri

325

daşlı-beton istinad divarı-132 pm

Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası

500

su təminatının yaxşılaşdırılması-400 ha

“Dinaraj” kanalının Gəncə şəhəri ərazisindən keçən hissəsinin yenidən qurulması

100

kanal-103 pm

Şəki şəhərinin mərkəzi ilə axan Qurcana və Dəyirmanarx çaylarının yatağının təmizlənməsi və sahil divarlarının əsaslı bərpa olunması

400

Qurcana çayında sahilbərkitmə işləri 100 pm

Astara rayonunun Astara və Pensər çaylarında sahilbərkitmə işləri

330

beton istinad divarı-50 pm, fiksator-80 pm, beton üzlüklü kanal-50 pm

Qazax rayonunun sərhədyanı Abbasbəyli, Alpout, Fərəhli, Ürkməzli kəndlərinin əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması tədbirləri

200

Coğazçay su anbarında suburaxıcı qurğunun qəza vəziyyətinin aradan qaldırılması

Xaçmaz rayonu ərazisində Qudyalçay çayında sahilbərkitmə işləri

75

beton istinad divarı-46 pm

Ağcabədi rayonunun Nəcəfqulubəyli və Salmanbəyli kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri

600

Nəcəfqulubəyli suvarma nasos stansiyası və onun elektrik təchizatı

Kürdəmir rayonu ərazisində Axtaçı - Ərəbqubalı kanalının tikintisi

1000

beton üzlüklü kanal-2,0 km

Yuxarı Qarabağ kanalı maşın qolunun tikintisi

700

boru kəməri-500 pm

Balakən rayonunun Şərifkənd kəndinin İnterçay çayının sel sularından müdafiəsi

200

beton istinad divarı-150 pm

Kürdəmir, Beyləqan, Ucar, İsmayıllı, Biləsuvar, İmişli, Goranboy, Lənkəran və digər rayonlarda torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması

90

torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması-105 ha

Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə tədbirlərin görülməsi

1000

Padar magistral kanalı-2,2 km

Şamaxı rayonunun Zoğalavaçay su anbarının əsaslı təmiri

250

 

Araz çayında sahilbərkitmə işləri

965

torpaq damba-1255 pm, torpaq dambada daş düzmə-150 pm

Quba rayonu ərazisində Qusarçay, Qudiyalçay, Ağçay və Qaraçay çaylarında sahilbərkitmə işləri

460

Qusarçay çayında 250 pm sahilbərkitmə işləri

Ağcabədi rayonu ərazisində Qarqarçayda selə qarşı mübarizə tədbirləri

300

150 pm sahilbərkitmə işləri

Oğuz rayonu ərazisində Qalaçay və Daşağılçay çaylarında sahilbərkitmə işləri

200

120 pm sahilbərkitmə işləri

Tovuz rayonu ərazisində Zəyəm çayının sel və daşqın təhlükəsinin aradan qaldırılması

750

405 pm sahilbərkitmə işləri

Saatlı rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin görülməsi

100

layihə sənədlərinin hazırlanmasına başlanılması

Qanıx çayından nasos stansiyası vasitəsi ilə qış otlaqlarının suvarılması

100

layihə sənədlərinin hazırlanmasına başlanılması

Aparatın rəhbəri Ağa-Bala Hacıyev


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə