SƏRƏncam №369s




Yüklə 0.74 Mb.
səhifə1/7
tarix29.02.2016
ölçüsü0.74 Mb.
  1   2   3   4   5   6   7
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 oktyabr tarixli 298s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il oktyabrın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişi (Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)” və “Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi (Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 oktyabr tarixli 299s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il oktyabrın 25-də Bakı şəhərində imzalanmış “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında Layihə Sazişi (Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)” və “Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında Layihə Sazişi (Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)” təsdiq edilsin barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

SƏRƏNCAM

 

369s



 

Bakı şəhəri, 11 noyabr 2011-ci il

 

“Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.11-ci bəndinə uyğun olaraq:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 oktyabr tarixli 298s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il oktyabrın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişi (Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)” və “Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi (Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 oktyabr tarixli 299s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il oktyabrın 25-də Bakı şəhərində imzalanmış “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında Layihə Sazişi (Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)” və “Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında Layihə Sazişi (Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sazişlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti üzrə lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə kreditin istifadəsinə dair hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr; tarixli 263s nömrəli sərəncamı ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sazişlərin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına və Beynəlxalq İnkişaf Assosiasiyasına müvafiq bildiriş göndərsin.

5. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

 

 



 

 

 



KREDİTİN NÖMRƏSİ 8039-AZ

 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

ilə



 

 

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI arasında

 

 

 



 

25 oktyabr 2011-ci il tarixli

 

Kredit Sazişi



(Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi)

 

KREDİTİN NÖMRƏSİ 8039-AZ



 

KREDİT SAZİŞİ

 

25 oktyabr 2011-ci il tarixli Saziş AZƏRBAYCAN RESPUBLİKASI ("Borcalan") ilə BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI ("Bank") arasında bağlanır. Borcalan və Bank bununla aşağıdakılar barədə razılığa gəlirlər:



 

MADDƏ I — ÜMUMİ ŞƏRTLƏR; ANLAYIŞLAR

1.01.                                                                               Ümumi Şərtlər (Bu Sazişin Qoşmasında müəyyənləşdirildiyi kimi) bu Sazişin ayrılmaz hissəsini təşkil edir.

1.02.                                                                               Kontekstə əsasən başqa cür tələb olunan hallar istisna olmaqla, bu Sazişdə baş hərflərlə verilmiş terminlər Ümumi Şərtlərdə və bu Sazişin Qoşmasında göstərilmiş mənalara malikdir.

MADDƏ II — KREDİT

 

2.01.                                                                               Bank bu Sazişin 1-ci Cədvəlində təsvir olunmuş layihəni (“Layihə”) maliyyələşdirməyə yardım göstərmək üçün bu Sazişdə müəyyənləşdirilmiş və ya istinad edilmiş şərtlərlə üç milyon iki yüz min Amerika Birləşmiş Ştatları dolları (3,200,000 ABŞ dolları) məbləğində vəsaiti Borcalana verməyə razılaşır. Bu məbləğ Valyutanın Konvertasiyası yolu ilə vaxtaşırı Sazişin (“Kredit”) 2.07 Bölməsinin müddəalarına müvafiq olaraq, konvertasiya oluna bilər.



2.02.                                                                               Borcalan bu Kredit vəsaitlərindən bu Sazişin 2-ci Cədvəlinin IV bölməsində göstərilmiş qaydada istifadə edə bilər.

2.03.                                                                               Borcalan tərəfindən ödənilə bilən Komisyon Haqq Kredit məbləğinin bir faizinin dörddə bir hissəsinə (0.25%) bərabər olacaqdır.

2.04.                                                                               Borcalan tərəfindən Hər bir Faiz Dövrü üçün ödəniləcək faiz Kredit Valyutası üçün İstinad Dərəcəsi ilə Dəyişən Spred məcmusuna bərabər dərəcədə olmalıdır. Nəzərə alınmalıdır ki, Kreditin əsas məbləğinin tam və ya istənilən hissəsinin Konvertasiyasından sonra, Borcalan tərəfindən Konvertasiya zamanı bu məbləğ üzrə ödəniləcək faiz Ümumi Şərtlərin İV-cü Maddəsinin müvafiq müddəalarına uyğun müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara baxmayaraq, gecikdirilən ödənişlərin otuz gün müddətində davam etdiyi zaman İstifadə olunmuş Kredit Qalığının istənilən hissəsi ödənilməmiş qalırsa, Borcalan tərəfindən ödəniləcək faiz Ümumi Şərtlərin 3.02 (e) Bölməsində nəzərdə tutulduğu kimi hesablanmalıdır.

2.05.                                                                               Ödəniş Tarixləri hər ilin 15 iyun və 15 dekabr tarixləridir.

 

2.06.                                                                               Kreditin əsas məbləği bu Sazişin 3-cü Cədvəlində göstərilmiş ödəniş cədvəli əsasında qaytarılır



 

2.07.                                                                               (a) Borcalan, istənilən zaman, borcun idarə olunmasını yüngülləşdirmək üçün Kreditin şərtlərinə aşağıdakı dəyişikliklərdən istənilən birini tələb edə bilər: (i) Kreditin əsas məbləğinin tam və ya bir hissəsi üzrə, istifadə olunmuş və ya istifadə olunmamış hissəsi üzrə, Kredit Valyutasının Təsdiq Olunmuş Valyutaya dəyişdirilməsini; (ii) Kreditin bütövlükdə məbləğinin, yaxud əsas kredit məbləğinin çıxarılmış və ya çıxarılmamış hissəsinə tətbiq edilən faiz dərəcəsinin baza hissəsinin Dəyişən Dərəcədən Sabit Dərəcəyə dəyişdirilməsini, yaxud əksinə Dəyişən Spredə əsaslanan Dəyişən Dərəcədən Sabit Dərəcəyə əsaslanan Dəyişən Dərəcəyə dəyişdirilməsini; və (iii) Dəyişən Faiz dərəcəsinin Maksimum və Minimum hədlərini müəyyən etməklə Kreditin bütövlükdə məbləğinin, yaxud əsas kredit məbləğinin çıxarılmış və ya çıxarılmamış hissəsinə tətbiq edilən Dəyişən Dərəcənin hədlərinin təyin edilməsini.

(b) Bu Bölmənin (a) bəndinə uyğun tələb edilmiş və Bank tərəfindən qəbul olunmuş istənilən konvertasiya Ümumi Şərtlərdə qeyd edildiyi kimi “Konvertasiya” hesab ediləcək, Ümumi Şərtlərin və Konvertasiya haqda Təlimatların IV Maddəsinin şərtlərinə uyğun olaraq yerinə yetiriləcəkdir.

 

(c) Borcalanın Kredit vəsaitlərindən sığorta haqqının ödənilməsini tələb etdiyi minimal və maksimal faiz dərəcələri üçün İcra Tarixindən dərhal sonra, Bank Ümumi Şərtlərin 4.05 (c) Bölməsinə müvafiq olaraq ödənilə bilən istənilən sığorta haqqı üçün tələb olunan məbləğləri Sazişin 2-ci Cədvəlinin IV Bölməsində qeyd edilmiş cədvəldəki məqsəd üçün vaxtaşırı ayrılacaq məbləğ həddinədək borcalan adından Kredit Hesabından çıxaracaq və özünə ödəyəcəkdir.



 

MADDƏ III — LAYİHƏ

3.01. Borcalan bu Layihənin məqsədlərinə öhdəlik daşıdığını bəyan edir. Bu məqsədlə Borcalan bu Layihəni Ümumi Şərtlərin V Maddəsinin müddəalarına və Layihə Sazişinə uyğun olaraq Layihənin İcraçı Qurumu vasitəsilə həyata keçirir.

 

3.02. Bu Sazişin 3.01-ci bəndinin müddəalarını məhdudlaşdırmadan, və Borcalan və Bank arasında başqa cür razılaşdırılmış hallar istisna olmaqla, Borcalan Layihənin bu Sazişin 2-ci Cədvəlinin müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.



 

MADDƏ IV — BANKIN MÜDAFİƏ VASİTƏLƏRİ

4.01. Sazişin fəaliyyətinin dayandırılması üçün Əlavə Hal aşağıdakılardan ibarətdir: Layihənin İcraçı Qurumunun Qanunvericiliyinin dəyişdirilməsi, dayandırılması, imtina edilməsi, qüvvədən salınması və ya ləğv edilməsi, və bunun nəticəsində Layihənin İcraçı Qurumu tərəfindən Layihə Sazişi üzrə öhdəliklərinin yerinə yetirilməsinin həyata keçirilməsinə əhəmiyyətli maddi və mənfi təsir göstərilməsi.

4.02. Kreditin Banka qaytarılmasının Sürətləndirilməsi üçün Əlavə Hal aşağıdakından ibarətdir: Bu Sazişin 4.01 bəndində göstərilmiş halın baş verməsi və bu halın baş verməsi barədə Bankın Borcalana məlumat verməsindən sonra otuz (30) gün ərzində davam etməsi.

 

MADDƏ V — QÜVVƏYƏ MİNMƏ; XİTAM VERİLMƏSİ

5.01. Sazişin Qüvvəyə Minməsi üçün Əlavə Şərtlər aşağıda göstərilir:

(a) Təkrar Saziş Borcalan və Layihənin İcraçı Qurumu adından icra edilmiş olmalı.

(b) Maliyyələşdirmə Sazişi imzalanmış və yerinə yetirilmiş olmalı və onun qüvvəyə minməsi, yaxud Borcalanın onun çərçivəsində vəsait istəmə hüququnun təmin edilməsi üçün, bu Sazişin qüvvəyə minməsi istisna olmaqla, bütün ilkin şərtlər yerinə yetirilmiş olmalıdır.

5.02. Əlavə Hüquqi Məsələ aşağıdakılardan ibarətdir: Təkrar Saziş müvafiq qaydada Borcalan və Layihənin İcraçı Qurumu tərəfindən razılaşdırılmalı və ya təsdiq olunmalı və şərtlərinə müvafiq olaraq Borcalan və Layihənin İcraçı Qurumu üçün hüquqi öhdəlik kəsb etməlidir.

5.03. Bu Sazişin qüvvəyə minməsi üçün son tarix onun imzalanma tarixindən sonra doxsan (90) gündür.

MADDƏ VI — NÜMAYƏNDƏLƏR; ÜNVANLAR

6.01. Borcalanın Nümayəndəsi Maliyyə Naziridir.

6.02. Borcalanın Ünvanı:

Maliyyə Nazirliyi

Səməd Vurğun, 83

Bakı AZ1022

Azərbaycan Respublikası

 

Teleks: Faksimil:



142116 BNKSL 99412 4044720

99412 4044721

 

6.03. Bankın Ünvanı:



 

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

1818 H Street, N.W.

Washington, D.C. 20433

Amerika Birləşmiş Ştatları

 

Teleqram: Teleks: Faksimil:



INTBAFRAD 248423(MCI) və ya 1-202-477-6391

Washington, D.C. 64145(MCI)

 

 

Yuxarıda birinci qeyd edilmiş tarixdə ______________, __________ razılaşdırılmışdır.



AZƏRBAYCAN RESPUBLİKASI

 

Səlahiyyətli Nümayəndə tərəfindən

 

 

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI



 

Səlahiyyətli Nümayəndə tərəfindən

 

 



CƏDVƏL 1

 

Layihənin Təsviri

 

Layihənin məqsədi layihə ərazisində təsərrüfat-daxili suvarma suyunun paylanması və idarə edilməsinin səmərəliliyinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılmasından ibarətdir.



Layihə aşağıda qeyd olunan hissələrdən ibarətdir:

Hissə A: İnstitusional Gücləndirilmə və Bacarıqların Artırılması

1. Mallar, məsləhət xidmətləri və Təlimlərin keçirilməsi vasitəsilə Layihənin İcraçı Qurumunun, mərkəzi dəstək qrupunun, rayon sudan istifadəedənlər birliklərinə dəstək qruplarının və regional dəstək mərkəzlərinin institusional gücləndirilməsi və bacarıqların artırılması; habelə işlərin görülməsi vasitəsilə adıçəkilən regional dəstək mərkəzlərinin ofislərinin bərpası və tikintisi.

2. Müvafiq SİB-lərin mal, məsləhət xidmətləri və təlimlərin təmin edilməsi vasitəsilə bacarıqlarının artırılması.

3. İşlərin görülməsi, habelə mal və məsləhət xidmətlərinin təmin edilməsi vasitəsilə müvafiq SİB-lər üçün istismar və texniki xidmət avadanlığının və idarəetmə vasitələrinin təmin edilməsi.

4. “Meliorasiya və Su Təsərrüfatı haqqında” Qanuna müvafiq olaraq Layihənin İcraçı Qurumunun sudan istifadəedənlər birliklərinin fəaliyyətinə dövlət nəzarəti üzrə cavabdehliyinin yerinə yetirilməsi üçün bacarığının mal, məsləhət xidmətləri və təlimlərin təmin edilməsi vasitəsilə gücləndirilməsi.

5. İşlərin icrası, malların təchiz edilməsi və məsləhət xidmətləri vasitəsilə suvarma və drenaj, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və aidiyyatı institusional sahələrdə seçilmiş tədqiqatlar, araşdırma və nümayiş xarakterli pilot təsərrüfatların hazırlanması.



Hissə B: Təsərrüfat-daxili Suvarma və Drenaj Sistemlərinin Bərpası

İşlərin görülməsi və məsləhət xidmətlərinin təmin edilməsi vasitəsilə seçilmiş rayonlarda münasib SİB-lər üçün təsərrüfat-daxili suvarma və drenaj sistemlərinin bərpası.



Hissə C: Layihənin İdarə edilməsi, Monitorinq və Qiymətləndirmə

Mal, məsləhət xidmətləri və təlimlərin təmin edilməsi vasitəsilə monitorinq və qiymətləndirmə daxil olmaqla Layihənin idarə edilməsi və həyata keçirilməsinə dəstək.

 

CƏDVƏL 2

Layihənin İcrası

Bölmə I. İcra Mexanizmləri

A. İnstitusional Mexanizmlər

1. Bankın digər razılaşdığı halları istisna etməklə, Borcalan: (a) LİT, ƏMTQ, ƏMİMP və KSÇ-də qeyd olunmuş meyar, siyasətlər, prosedurlar və mexanizmlərin Layihənin İcraçı Qurumu tərəfindən tətbiq edilməsini təmin edəcək; və (b) Bankın fikrinə görə Layihənin icrasına maddi təsir və mənfi təsir göstərə biləcək şəkildə LİT, ƏMTQ, ƏMİMP, və/və ya KSÇ-yə, yaxud da onların hər hansı müddəasına dəyişiklik etməyəcək, və ya qüvvəsini dayandırmayacaq, yaxud dəyişməsinə və qüvvədən salınmasına yol verməyəcəkdir

2. Borcalan Layihə başa çatanadək Layihənin İcraçı Qurumu tərəfindən LHKQ-nin saxlanmasını və onun layihənin icrası üçün hər zaman zəruri və müvafiq prosedurlara uyğun, eləcə də Bank üçün qənaətbəxş ixtisasa, texniki tapşırıqlara və funksiyalara malik işçi heyətlə müvafiq qaydada təchiz olunmasını təmin edəcək. LHKQ-nin funksiyalarına aşağıdakı cavabdehliklər daxildir : (a) Layihənin gündəlik idarə edilməsi; (b) Layihə çərçivəsində satınalmalar prosesi, maliyyə menecmenti və vəsaitlərin çıxarılması üçün ərizələrin hazırlanması; və (c) Bank üçün məqbul sayılan texniki tapşırığa uyğun olaraq Layihənin monitorinqi və qiymətləndirilməsi. LHKQ-yə layihənin icrası üçün hər zaman zəruri və müvafiq prosedurlara uyğun, eləcə də Bank üçün məqbul olan ixtisasa, texniki tapşırıqlara və funksiyalara malik işçi heyətlə müvafiq qaydada təchiz olunmuş dörd regional dəstək mərkəzi (RDM) vasitəsilə dəstək göstəriləcəkdir.

3. Borcalan Layihənin İcraçı Qurumu tərəfindən aşağıdakıların saxlanmasını təmin edəcəkdir: (a) mərkəzi dəstək qrupunu (MDQ); və (b) hər bir layihə rayonunda, sudan istifadəedənlər birliklərinə dəstək qrupunu (RDQ), hər ikisi işçi heyəti, ehtiyatlar və Bank üçün məqbul sayılan texniki tapşırıqlarla təmin ediləcəkdir.

4. Borcalan Layihənin İcraçı Qurumu tərəfindən Bank üçün məqbul sayılan təlimatlar əsasında, Layihə çərçivəsində növbəti təqvim ilində həyata keçirilməsi təklif olunan fəaliyyətləri əks etdirən və sözü gedən növbəti ildə həyata keçirilməsi təklif olunmuş fəaliyyət planlarını birləşdirən illik iş proqramının və büdcənin hazırlanmasını və hər təqvim ilinin 31 oktyabrından gec olmayaraq nəzərdən keçirilmək üçün Banka təqdim olunmasını təmin edəcəkdir. Bundan sonra, Layihənin İcraçı Qurumu Bank tərəfindən təsdiq olunmuş belə bir proqramın qeyd edilən növbəti il ərzində lazımi cəhd və səmərəliklə həyata keçirilməsini təmin edəcəkdir.

5. LİT-də əks olunmuş münasiblik meyar və prosedurlarından istifadə etməklə, eləcə də ƏMTQ, ƏMİMP və KSF-də müəyyənləşdirildiyi kimi Bankın sosial məsələlər və ətraf mühit üzrə qoruyucu siyasətlərinin tələblərinə uyğun olaraq Layihənin B Hissəsinin icrası üçün münasib SİB-lər seçiləcəkdir.



B. Təkrar Saziş

 

1. Layihənin B Hissəsinin həyata keçirilməsinə kömək etmək məqsədilə, Borcalan Kredit vəsaitlərini Borcalanla Layihənin İcraçı Qurumu arasında Bank tərəfindən təsdiq olunmuş şərtlər və müddəalara müvafiq bağlanan təkrar sazişə əsasən Layihənin İcraçı Qurumunun istifadəsi üçün təmin edəcəkdir. (“Təkrar Saziş”)



2. Borcalan öz hüquqlarını Təkrar Saziş altında elə qaydada yerinə yetirməlidir ki, burada Borcalanla Bankın maraqlarını müdafiə etmək və Kredit məqsədlərinə nail olmaq mümkün olsun. Bankın razılaşdığı hallardan başqa, Borcalan Təkrar Saziş və yaxud onun müddəalarının icrası üzrə cavabdehliklərin başqalarına verilməsinə, onlarda düzəlişlərin edilməsinə, ləğv edilməsinə və yaxud onlardan imtina edilməsinə yol verməməlidir.

C. Anti-korrupsiya

Borcalan Layihənin Antikorrupsiya Təlimatının müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.



D. Qoruyucu tədbirlər

1. Borcalan Layihənin ƏMTQ, ƏMİMP, KSÇ və KTP(lar)-ın müddəaları ilə uyğun Layihənin İcraçı Qrupu tərəfindən həyata keçirilməsini təmin edəcəkdir. Borcalan Bankın ilkin təsdiqi olmadan, ƏMTQ, ƏMİMP, KSÇ və KTP(lar)-ın müddəalarının icrası üzrə cavabdehlikləri digər tərəflərə verməyəcək, onları dəyişməyəcək, qanuni qüvvəsini ləğv etməyəcək və ya onlardan imtina etməyəcəkdir.

2. Borcalan məcburi torpaq ayırma və yaxud hər hansı belə torpaq sahəsinin icarəçi və ya sahiblərinin müvəqqəti və ya daimi olaraq məcburi köçürülməsi və ya yerinin dəyişdirilməsindən ibarət Layihə çərçivəsində həyata keçiriləcək istənilən fəaliyyət üzrə KSÇ-ə uyğun olaraq, hər hansı iş başlanmamışdan əvvəl Bank üçün məqbul sayılan KTP-nin müəyyən olunmuş şəkildə hazırlanmasını, tamamlanmasını və tam yerinə yetirilməsini təmin etməlidir.

3. (a) 1 oktyabr 2011-ci il tarixindən gec olmayaraq, Borcalan Bank üçün məqbul ixtisas, təcrübə və texniki tapşırığa malik bənd təhlükəsizliyi üzrə ekspertin müqavilə əsasında Layihənin İcraçı Qurumu tərəfindən cəlb edilməsini və onun Layihənin icrası müddətində saxlanmasını təmin edəcəkdir. Bu ekspert aşağıdakılara cavabdehlik daşıyacaqdır: (i) Layihə ərazisində yuxarı byefdə yerləşən bəndlərin, məhz Mingəçevir, Nohurqışlaq və Yekəxana su anbarlarının təhlükəsizlik vəziyyəti, istismar və texniki xidmət qaydalarının, eləcə də fövqəladə hallara hazırlığının mütəmadi yoxlanması, qiymətləndirilməsi və baxışın keçirilməsi; və (ii) bu bəndlərin Bank üçün məqbul sayılan təhlükəsizlik standartına uyğun yaxşılaşdırılması üçün zəruri olan hər hansı təmir işi və təhlükəsizliklə bağlı tədbirlərə dair yazılı hesabat və tövsiyələrin verilməsi;

(b) Borcalan Layihənin İcraçı Qurumu tərəfindən yuxarıda qeyd olunan (a) paraqrafına müvafiq, bəndlərin təhlükəsizliyi üzrə ekspert tərəfindən hazırlanmış tövsiyələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirməsini təmin etməlidir.

Bölmə II. Layihənin Monitorinqi, Hesabatvermə və Qiymətləndirmə

A. Layihə Hesabatları

(1) Borcalan Ümumi Şərtlərin 5.08 bəndinə uyğun olaraq və Bank üçün məqbul olan göstəricilər əsasında Layihənin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək və Layihə Hesabatlarını hazırlayacaqdır. Hər bir Layihə Hesabatı bir təqvim semestrini əhatə edəcək və həmin hesabatın əhatə etdiyi dövrün başa çatmasından sonra ən gec bir ay ərzində Banka təqdim ediləcəkdir.

 

B. Maliyyə Menecmenti, Maliyyə Hesabatları və Auditlər

1. Borcalan Ümumi Şərtlərin 5.09-cu bəndinin müddəalarına uyğun olaraq maliyyə menecmenti sisteminə malik olmalı və ya belə sistemin mövcudluğunu təmin etməlidir

2. Borcalan, hər bir təqvim rübünün başa çatmasından sonra qırx beş (45) gündən gec olmamaqla həmin rübü əhatə edən dövr üçün Layihənin audit yoxlamasından keçməmiş aralıq maliyyə hesabatlarını forma və məzmunca Bank üçün məqbul qaydada hazırlamalı və Banka təqdim etməlidir.

3. Borcalan Ümumi Şərtlərin 5.09 (b) bəndinə uyğun olaraq Maliyyə Hesabatlarının audit yoxlamasından keçməsini təmin etməlidir. Maliyyə Hesabatlarının hər bir auditi Borcalanın bir maliyyə ilini əhatə etməlidir. Hər bir belə dövr üçün audit yoxlamasından keçmiş Maliyyə Hesabatları hesabat dövrünün başa çatmasından sonra altı aydan gec olmamaqla Banka təqdim edilməlidir.



Bölmə III. Satınalma

A. Ümumi

1. Mallar və İşlər. Layihə üçün tələb olunan və Kredit vəsaiti hesabına maliyyələşdirilən bütün mallar və işlər Satınalmalar haqqında Təlimatın I bölməsində göstərilmiş və ya istinad olunmuş tələblərə və bu Bölmənin müddəalarına uyğun şəkildə satın alınır.

2. Məsləhət Xidmətləri. Layihə üçün tələb olunan və Kredit vəsaitləri hesabına maliyyələşdirilən bütün məsləhət xidmətləri Məsləhətçilər haqqında Təlimatın I və IV bölmələrində göstərilmiş və ya istinad olunmuş tələblərə və bu Bölmənin müddəalarına uyğun şəkildə satın alınır.

3. Anlayışlar. Bu Bölmədə satınalmanın xüsusi metodlarını və ya xüsusi müqavilələrin Bank tərəfindən nəzərdən keçirilmə metodlarını təsvir etmək üçün istifadə edilmiş baş hərflərlə verilmiş terminlər yerindən asılı olaraq, Satınalmalar haqqında Təlimatda və ya Məsləhətçilərin Seçimi haqqında Təlimatda təsvir edilmiş metodlara aiddir.



B. Malların və işlərin satın alınması üçün xüsusi metodlar

1. Beynəlxalq Müsabiqəli Tender. Aşağıda 2-ci bənddə başqa cür nəzərdə tutulmayıbsa, mallar və işlər beynəlxalq müsabiqəli tender prosedurları əsasında bağlanan müqavilələr çərçivəsində satın alınır.

 

2. Mal və işlərin satın alınmasının digər metodları. Aşağıdakı cədvəldə mal və işlərin satın alınması üçün Beynəlxalq Müsabiqəli Tenderdən başqa istifadə edilə bilən digər satınalma metodları göstərilmişdir. Satınalma Planında bu metodlardan istifadə edilməsinə icazə verilən hallar göstərilməlidir:



Satınalma Metodu

(a) Yerli Müsabiqəli Tender aşağıda qeyd olunmuş əlavə müddəalardan asılı olacaqdır:

(i) tender iştirakçısının milli mənsubiyyəti ilə bağlı heç bir münasiblik məhdudiyyəti qoyulmamalıdır;

(ii) ilkin qiymətləndirmə kiçik işlər üzrə aparılan satınalmalarda deyil, yalnız iri həcmli işlər üzrə bağlanmış müqavilələrə tətbiq ediləcəkdir;

(iii) Hökumətin və yaxud Hökumətin rəsmi qurumlarının hər hansı bir payı olan müəssisələr Hökumət üçün keçirilən tenderlərdə iştirak etməyə dəvət olunmamalıdır. Onlar yalnız hüquqi və maliyyə cəhətdən müstəqil olduqlarını və kommersiya qanunu çərçivəsində fəaliyyət göstərdiklərini nümayiş edəndən sonra bu imkandan yararlana bilərlər;

(iv) məhsul və ya əməyin mənşəyi ilə bağlı heç bir yerli üstünlüklər verilə bilməz;

(v) birgə müəssisələrin tərəfləri öhdəlikləri üzrə birgə və ayrı-ayrılıqda cavabdehlik daşımalıdırlar;

(vi) tender sənədlərinin verilməsi üçün tender iştirakçılarından heç bir “iştirak haqqı” tələb olunmur. Ödəniş yalnız tender sənədlərinin hazırlanması (sürətlərin çıxarılması) üçün çəkilən xərcə bərabər ölçüdə olmalıdır;

(vii) Təkliflərin qiymətləndirilməsi zamanı, tender qiymətlərinin mümkün büdcədən artıq olması hallarından başqa, satın alan qurum tərəfindən hesablanmış smeta qiymətlərindən nəzərə çarpacaq dərəcədə fərqlənən qiymət təklifləri rədd edilə bilməz;

(viii) Təkrar tender Bankın ilkin təsdiqi olmadan keçirilə bilməz;

(ix) müddəti on səkkiz (18) aydan yuxarı olan iş müqavilələrində müvafiq qiymət dəyişiklikləri üzrə müddəalar öz əksini tapmalıdır; və

(x) icra müddətində müqavilənin həcmində və şərtlərində istənilən dəyişikliklərin edilməsi üçün Bankın əvvəlcədən razılığı tələb olunur; və

(xi) Bank ilə razılaşdırılmış standart tender sənədləri istifadə olunmalıdır.



(b) Bazarlama

 


(c) Birbaşa Müqavilə Bağlama

 
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə