SƏRƏncam №297s




Yüklə 8.34 Kb.
tarix10.03.2016
ölçüsü8.34 Kb.
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə Lənkəran, Mingəçevir, Astara, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xırdalan, İmişli, Kürdəmir, Qazax, Qax, Quba, Samux, Şəmkir, Tərtər, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi və tikintisi, həmçinin kredit hesabına icra olunacaq Astara, Daşkəsən, Gədəbəy, Xırdalan, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Azərbaycan tərəfinin payı üçün nəzərdə tutulmuş vəsaitin ABŞ dollarının manat ekvivalenti azaldılması hesabına, bir ədəd üzən dokun alınması üçün Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə ABŞ dollarının manat ekvivalenti məbləğində
vəsait ayrılması barədə


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

297s



Bakı şəhəri, 4 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli və 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə Lənkəran, Mingəçevir, Astara, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xırdalan, İmişli, Kürdəmir, Qazax, Qax, Quba, Samux, Şəmkir, Tərtər, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi və tikintisi, həmçinin kredit hesabına icra olunacaq Astara, Daşkəsən, Gədəbəy, Xırdalan, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Azərbaycan tərəfinin payı üçün nəzərdə tutulmuş vəsaitin 11 357 500,0 (on bir milyon üç yüz əlli yeddi min beş yüz) ABŞ dollarının manat ekvivalenti azaldılması hesabına, bir ədəd üzən dokun alınması üçün Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə 11 357 500,0 (on bir milyon üç yüz əlli yeddi min beş yüz) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Satın alınan dokun təxirəsalınmadan əldə edilməsinin vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən satınalmanın birbaşa müqavilə ilə yerinə yetirilməsinə icazə verilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə