SƏRBƏst iŞ Fənn: Dünya iqtisadiyyatı




Yüklə 288.26 Kb.
səhifə1/4
tarix23.04.2016
ölçüsü288.26 Kb.
  1   2   3   4
Azərbaycan Dövlət Neft Akademiyası

Fakultə: İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment

Kafedra: Neft emalı,Neft-Kimya Sahələrinin İqtisadiyyatı və Menecment

Qrup: 777.9 İxtisas: Biznesin idarə edilməsi

SƏRBƏST İŞ

Fənn: Dünya iqtisadiyyatı

Mövzu: İnkişaf etməkdə olan ölkələrlə yüksək inkişaf etmiş sənaye ölkələri arasındakı qarşılıqlı əlaqələrin xüsusiyyətləri.

Tələbə: Aslanzadə Aydın

Fənn müəllimi: Dos:T.Q.Əliyev

BAKI - 2011

Plan:

1)İnkişaf etmiş ölkələr və onların xüssusiyyətləri.

2)İnkişaf etməkdə olan ölkələr və onların xüsusiyyətləri və onların dünya təsərrüfatında rolu

3) İnkişaf etməkdə olan ölkələrlə yüksək inkişaf etmiş sənaye ölkələri arasındakı qarşılıqlı əlaqələrin xüsusiyyətləri.

4)Azərbaycanın Avropanın inkişaf etmiş ölkələri iləiqtisadi əlaqələri(Almaniya,İngiltərə,İtaliya)

1)İnkişaf etmiş ölkələr və onların xüssusiyyətləri.

Bu qrup ölkələrdə planetimizin əhalisinin 15%-nin yaşamasına baxmayaraq, dünya sənaye məhsullarının təxminən 57%-i və kənd təsərrüfatı məhsullarını 40%-i burada istehsal edilir. Dünyanın mineral və yanacaq ehtiyatlarının, xüsusilə kömür, dəmir filizi, uran və boksit ehtiyatlarının 40%-i İEÖ-in payına düşür. Həm də bu ehtiyatlarm əksər hissəsini dörd ölkə - ABŞ, Kanada, Avstraliya İttifaqı və CAR verir. Bu qrup ölkələr elmi-texniki potensiala, ixtira və kəşflərə görə dünyada fərqlənirlər.

Bütövlükdə İEÖ olduqca güclü iqtisadiyyata malikdirlər və dünya təsərrüfatında onların rolu böyükdür. Belə iqtisadi üstünlük dünya təsərrüfatı sistemində onların hakim mövqeyini təmin etmişdir. İEÖ bütün qitələrdə yerləşir, lakin əksəriyyəti kapitalizmin vətəni Avropadadır (bax: cədvəl 1).

Sosial-iqtisadi səviyyəsinə görə İEÖ-i iki qrupa — yüksək və orta inkişaf etmiş ölkələrə ayırırlar. İspaniya, Portuqaliya, Yunanıstan və İrlandiya orta, qalanları isə yüksək İEÖ-ə aid edilir. Orta İEÖ-də adam başma düşən milli gəlir 5-10 min, yüksək İEÖ-də isə 17-30 min dollar təşkil edir.

İEÖ içərisində feodalizm ictimai-iqtisadi formasiyasmı keçməyən, Avropadan gələn mühacirlərin və kapitalın hesabına sürətlə inkişaf edən ABŞ, Kanada, Avstraliya İttifaqı, Yeni Zelandiya, İsrail və qis- mən CAR kimi ölkələr də var. Bunları "köçürülmə ölkələr" adlandırırlar.

İEÖ-in üç rəqabət mərkəzinin təşəkkül tapması və iqtisadi potensialı. Dünya iqtisadiyyatının "modeli" tədricən mürəkkəbləşmişdir. XIX əsrin axırına qədər bütün sosial-iqtisadi göstəricilərə görə bir mərkəz Qərbi Avropa üstünlük təşkil edirdi. Sonra birinciliyi ələ keçirən ikinci mərkəz ABŞ ya- ranmışdır. İDM-dən sonra iqtisadiyyatını sürətlə inkişaf etdirən Yaponiya üçüncü mərkəzə çevrilmişdir. Beləliklə, bu qrup ölkələr arasında rəqabətin üç başlıca mərkəzi təşəkkül tapmışdır: ABŞ, Qərbi Avropa və Yaponiya.

Dünya təsərrüfatında payının azalmasına baxmayaraq, ABŞ əvvəllər olduğu kimi yenə də planetimizin "bir nömrəli" coğrafi mərkəzidir. Dünya ticarətində keçmiş birinciliyini itirərək, ABŞ bir çox sahələrdə, xüsusilə ETİ-nin həyata keçirilməsinə, elektrik enerjisi, elektron avadanlığı, hərbi sənaye, aviaraketkosmik istehsalına, AES-m gücünə, Kosmos və Dünya okeanın mənimsənilməsinə və bir sıra ənənəvi sənaye və kənd təsərrüfatı sahələrinə, həm də qeyri-maddi istehsal sahəsinə görə dünyada öz "çempion" yerini saxlayır.

İqtisadi rəqabətin ikinci coğrafi mərkəzi Qərbi Avropadır. QA-da ABŞ-a nisbətən daha çox metalkəsən dəzgahlar, dəqiq və optik cihazlar, traktor,


CƏDVƏL 1

2003-cü ildə İEÖ-in ərasisi və əhalisi

Ölkə qrupları

Sayı

Ərazisi mln. km2

Əhalisi, mln. nəfər

Dünya ÜDM-da payı, %

Bütün İEÖ o cümlədən



27

32,8

975

55,2

QA ölkələri

18

3,8

390

21,0

Şimali Amerika ölkeləri



2

19,3

325

22,4

Asiya ölkələri

4

0,5"~

""184

10,0

Avstraliya və Okeaniya ölkələri

2

8,0

32

1,2

CAR

1

1,2

44

0,6

kimyəvi lif, plastik kütlə, yüngül sənaye məhsulları istehsal edilir. Onun ixracatı ABŞ-dan üç dəfə çoxdur. Dünyanın mühüm maliyyə mərkəzidir. Bununla belə, bu region ən yeni elmtutumlu sahələrə görə, xüsusilə robot, materiallar istehsalına, biotexnologiyaya və s. görə ABŞ və Yaponiyan geridə qalır.

"Böyük yeddilərə" daxil olan Avropanın başlıca ölkələri ilə yanaşı regionda kiçik ölkələr də mühüm rol oynayır. Bu ölkələrin bir çoxu əskin rəqabət gedən dünya bazarında "boş piştaxtlar" axtarmağa məcbur muşlar. Buna görə də bu ölkələr elmə, ixtisaslı kadrlara böyük vəsait tələb edən və demək olar ki, "bütün dünyaya" ixrac edilən bir neçə bahalı məhsul istehsalı üzrə ixtisaslaşmış və beynəlxalq əmək bölgüsündə iştirakın xüsusi tipini yaratmışlar. Daxili bazarın məhdudluğu ilə əlaqədar onların istehsal etdikləri məhsulların yarıdan çoxu ixrac edilir.

Misal üçün, Belə sahələrə İsveçrədə ölçü cihazları, saat istehsalı, Niderland ,İsveçrədə əczaçılıq sənayesi, Danimarkada süd sənayesi və pivə çəkmək , avadanlıq istehsalı və s. aiddir. Bunlarla yanaşı, Niderland və Belçika kiçik ölkələrin dəniz sahilində bütün regiona xidmət edən iri neft emalı,neft-kimya sənayesi formalaşmışdır. İsveç və Finlandiya regionun başlıca "meşə sexinə" çevrilmişdir. Həm də bu ölkələr müxtəlif növ xidmət dairəsi üzrə ixtisaslaşmışdır. Məsələn, İsveçrə "Dünya bankiri", "Seyf dövləti' adlandırılır. Dünyanın ən böyük portu Rotterdam Avropanın daxili rayonlarına xidmət edir, Yunanıstan və Norveç dünyada "beynəlxalq dəniz daşıyıcısı" kimi tanınmışdır. Ispaniya beynəlxalq turizmə görə "dünya rekordçusudur.Haaqada beynəlxalq məhkəmə, Cenevrədə BMT-nin bir sıra komissiyal qərargahı yerləşir.

Üçüncü mərkəz olan Yaponiya iqtisadi gücünə görə ABŞ və QA-dan təxminən iki dəfə geri qalır. Lakin son on ildə Yaponiya dünyanın “iki nömrəli dövlətinə" çevrilmişdir. Bu gün ölkə dünyada sənaye istehsalı və xarici ticarətinə görə müvafiq olaraq üçüncü və dördüncü yerə çıxmışdır. Yaponiya bir sıra ən mühüm məhsul növlərinin istehsalına görə ABŞ-ı ötüb keçmiş və dünyada birinci yerə çıxmışdır. (bax: cədvəl 2). Lakin bununla belə, Yaponiyada əhalinin həyat səviyyəsi ABŞ-a və QA ölkələrinə nisbətən aşağıdır.

Dünyada təşəkkül tapmış üç başlıca mərkəz arasında sərmayə tətbiqi dairələri, xammal mənbələri, satış bazarı, ETT-nin həlledici sahələrində üstünlük uğrunda rəqabət getdikcə daha da güclənir.

Sosial-iqtisadi inkişafın yüksək səviyyəsinə çatan və başqa regionlarda yerləşən İEÖ-in hər birinin təsərrüfatı özünəməxsus ixtisaslaşma ilə fərqlənir. Məsələn, Kanada Avstraliya İttifaqı dünyada ən iri mineral xammal ixracatçılarıdır.



Cədvəl 2

Dünyanın sənaye istehsalında Yaponiyanın yeri (2000-ci ilə görə)

Göstəricilər

Yer

1

2

3

Kömür

Çin

ABŞ

Rusiya

Elektrik enerjisi istehsalı

ABŞ

Çin

Yaponiya

Polad

Çin

Yaponiya

ABŞ

Avtomobil

ABŞ

Yaponiya

AFR

Dəniz gəmiləri



Yaponiya

KR

AFR

Sənaye robotları

ABŞ

Yaponiya

AFR

Televizor

Çin

ABŞ

Yaponiya

Plastik kütlə

ABŞ

Yaponiya

AFR

Süni lif

Yaponiya

ABŞ

Çin

Elmə sərf olunan vəsait

ABŞ

Yaponiya

AFR

Yeni Zelandiya Avstraliya Ittifaqı dünya bazarında yun, ət, yağ və taxıl, CAR uran, qızıl və almaz, İsrail toxuculuq, Sinqapur elektron məhsulları, KR gəmi və avtomobil tədarük edən ölkə kimi çıxış edirlər.

Uzun müddət kapitalizm üçün xarakterik olan kortəbiilik bazar iqtisadiyyatının daima təkmilləşdirilməsi ilə əlaqədar tədricən aradan qaldırılmışdır.

Kortəbiilik şəraitində sahibkar əhalinin tələbatının, daxili və xarici rəqiblərinin istehsal etdikləri məhsulun həcmini və keyfiyyətini bilmədən istehsala başlayırdı. Buna görə də gah həddindən artıq, gah həddindən az istehsalın bir-birini əvəz etməsi tez-tez müşahidə edilirdi. Müasir şəraitdə dünya bazarında müxtəlif məhsullara olan tələbatı çox dəqiqliklə və qısa müddətdə hesablaya bilən EHM, kompüterlərin və s. meydana gəlməsi kapitalizm üçün xarakterik olan belə nöqsanları aradan qaldırmışdır. Bu gün istehsalçı nəinki tələbatın miqdarı və keyfiyyəti barədə, həm də rəqiblərinin fəaliyyəti barədə məlumata malik olur. Bununla əlaqədar müasir dövrdə rəqabət bir çox hallarda "kapitalizmin azad rəqabəti" dövrünə nisbətən daha kəskin ola bilər.

İEÖ-in ümumi oxşar əlamətləri. Təbii mühitin və əhalinin etnik tərkibinin müxtəlifliyinə, ərazisinin ölçüsünə və əhalinin sayına görə böyük fərqlərə baxmayaraq, İEÖ (həmçinin İOÖ) ümumi tipoloji əlamətlərə malikdir. Ümumi oxşar əlamətlərin öyrənilməsi dünya təsərrüfatında bəzi məsələlərin anlaşılmasını asanlaşdırır. Məsələn, İEÖ üçün səciyyəvi olan bütün tipoloji əlamətləri bu qrupa daxil olan hər hansı bir ölkəyə tətbiq etmək olar. Bunların arasında aşağıdakı əlamətlər daha aydın nəzərə çarpır:



  1. CAR və KR-dan başqa, bu qrup ölkələrin hamısında demoqrafik vəziyyət oxşardır, yəni əhalinin təkrar artımının müasir tipi xarakterikdir;

  2. Bu qrup ölkələrin hamısı üçün urbanizasiyanın yüksək səviyyəsi xarakterikdir. İndi İEÖ-də şəhər əhalisinin payı 75%-i ötmüşdür;

  3. Kanada, Avstraliya İttifaqı, CAR və qismən də ABŞ istisna olmaqla, bu qrup ölkələrin heç biri sənayenin tələbatını öz mineral resurslarının hesabına təmin etmir;

  4. İEÖ-in hamısı üçün təsərrüfatın sosial-iqtisadi amilləri oxşardır, yəni istehsal və maliyyənin TMK və TMB-da təmərküzləşməsi və dövlətin rolunun yüksəlməsi xarakterikdir.Xüsusilə ABŞ və Yaponiya TMB-rı güclüdür.

Misal: ABŞ-ın TMB-ı tərəfindən yaradılan xarici müəssisələrdə 35mln fəhlə və qulluqçu çalışır. Bu da ABŞ-ın özünün emaledici sənayesində çalışanların sayına bərabərdir. Onun ikinci "iqtisadiyyatı" adlanan bu rnüəssisələrdə AFR, Fransa və İngiltərəyə nisbətən 2—3 dəfə çox məhsul istehsal edilir.

İndi dövlət vəsaiti hesabına elm və texnikanın maliyyələşdirilməsi olduqca böyük əhəmiyyəti var. Sərmayə qoyuluşu, kadr hazırlığı, regional və vergi siyasəti, sahibkarlara dövlət sifarişləri və kredit vermək və s. yollarla dövlət ayrı-ayrı sahələrin inkişafını və onların yerləşdirilməsini nizama salmağa çalışır

5.Dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi güclənmişdir. Xüsusilə Avropa ölkələri bu cəhətdən başlıca rol oynayırlar. Çünki Avropa ökələrində İDM-nə hazırlıq və müharibədən sonra bərpa işləri, elm tutu sahələrin inkişafı, sosial proqramının təmin olunması, nəhayət, tənəzzül uğrayan istehsalın qorunub saxlanılması məqsədi ilə dövlət bölməsinin mövqeyi güclənmişdir. Lakin artıq ötən əsrin 70-ci illərinin ortalarından B.Britaniyada, 80-ci illərinin ortalarında isə digər İEÖ-də özünü doğrultmayan və rəqabətə davam gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi başlanmışdır. Dövlətə məxsus olan ənənəvi sahələr (energetika, nəqliyyat, rabitə, hərbi istehsalın ayrı-ayrı sahələri) xüsusiyyətçilərin əlinə keçmişdir. Sosial dairədə yalnız səhiyyə, təhsil, pensiya təminatı dövlətin əlində qalmışdır.

İndi QA ölkələrində hər müəssisənin aksiyası (səhmi) başlıca olar: həmin müəssisədə çalışanlara satılır. Dövlət hər vasitə ilə çalışır ki, müəssisənin, yaxud şirkətin payçıları daha çox olsun və təkəlçilik məhdudlaşsın, dövlət içərisində "dövlət" yaranmasm. Təbii ki, həmin müəssisədə çalışan hər kəs daha həvəslə işləyəcəkdir. Həm də müasir dövrdə xırda müəssisə və şirkətlərin daha faydalı olduğu sübut edilmişdir.



6.Təsərrüfatın makro və mezostrukturu oxşardır. Onların ümumi daxili məhsulunda sənayenin payı 35%-ə yaxmdır. Qeyri-istehsal sahələri sürətlə artır, kənd təsərrüfatınm xüsusi çəkisi isə azalır, 2002-ci ildə bu göstərici 4%-ə enmişdir. Lakin kənd təsərrüfatı məhsulları istehsalının mütləq həcmi artmış və əsasən intensiv heyvandarlıq üstünlük təşkil edir

Misal üçün,İnhisarlar fermerlərlə müqavilə bağlayırlar. Bu müqavilələr kənd təsərrüfatının ixtisaslaşdırılmasını və müəyyən keyfiyyətli məhsulların dəcqiq təyin olunmuş vaxtda təhvil verilməsini müəyyənləşdirir. İnhisarlar fermerləri toxum, gübrə və texnika ilə təchiz edirlər. Kənd təsərrüfatı dövriyyəsi başa çatdıqda inhisarlar fermerlərlə haqq-hesab çəkir və öz xərclərini çıxırlar. Yerinə yetirilməyən müqavilələr fermerlərin müflisləşməsi deməkdir. Əslində, müqavilə bağlayan fermerlər öz torpaqlarında işləyən fəhlələrə çevrilirlər.

Bu qrup ölkələrin hamısında, hətta mineral xammal ixrac edən Kanada, Avstraliya İttifaqı və CAR-da da emaledici sənaye üstünlük təşkil edir; hasilat sənayesinin payı 4%-ə, Yaponiyada isə 0,3%-ə enmişdir. Belə azalma daha çox İOÖ-in yanacaq-xammal ehtiyatları hesabma mümkün olmuşdur. Emaledici sənayenin strukturunda ən yeni elmtutumlu sahələr, xüsusilə elektron sənayesi daha sürətlə inkişaf edir.

7.Təsərrüfatın ərazi strukturu üçün əsasən üç dərəcə: 1) yüksək inkişaf etmiş, 2) tənəzzülə uğramış və 3) zəif inkişaf etmiş bölgələrin formalaşması səciyyəvidir.

İqtisadiyyatın nizama salmmasının mühüm tərkib hissəsi olan regional siyasətin əsas məqsədi istehsalın və əhalinin yüksək təmərküzləşməsinin qarşısını almaqdır. Bu əsasən dörd istiqamətdə həyata keçirilir: 1) geri qalmış bölgələrin inkişaf etdirilməsi (məsələn, Cənubi İtaliya, Mərkəzi İspaniya, Cənub-Qərbi və Şimal-Qərbi Fransa, Yaponiyada Xok- kaydo); 2) tənəzzülə uğramış köhnə sənaye bölgələrinə köməklik və burada müasir elmtutumlu istehsalın yerləşdirilməsi (ABŞ-da Appalaç, B.Britaniyada Cənubi Uels, Lankaşir, Fransada Lotaringiya, Şimal Bölgəsi, AFR-də Rur və Saar); 3) əvvəllər istifadə olunmayan ərazilərin təsərrüfat dövriyyəsinə cəlb edilməsi (Alyaska, Qrenlandiya, Skandinaviya ölkələrinin və Kanadanm şimalı, Avstraliyanın mərkəzi); 4) ekoloji problemlərin qarşısını almaq məqsədi ilə yüksək inkişaf etmiş bölgələrin iri şəhər və aqlomerasiyalarmda (ABŞ-da Çikaqo, Avropada London, Paris, Yaponiyada Tokio və Osaka şəhərlərində) istehsalın artımının məhdudlaşdırılması.

Bəzi oxşar əlamətləri İEÖ-in təsərrüfatının ərazi strukturunda (TƏS) görmək olar. Bu ölkələrdə TƏS-in çoxmərkəzli tipi üstünlük təşkil edir. Bununla belə, bəzi ölkələrdə, xüsusilə Danimarka, Fransa və Avstriyada başlıca mərkəz kimi paytaxtların rolu açıq-aydın hiss olunur. Bütün bunlar onların "coğrafi şəklinin", "təsərrüfat modelinin" oxşar əlamətlərini əks etdirir.

8.İqtisadiyyatın hərbiləşdirilməsi maliyyə və maddi istehsal məhsullarının getdikcə böyük hissəsini udur. Son illər NATO-nun üzvü olan ölkələrin hərbi xərclərinin artım sürətinin aşağı düşməsinə baxmayaraq, mütləq ölçüdə bu xərclər artıq 400 mlrd. dollara çatmışdır. Onlarm hərbi xərcləri ÜDM-un 5,5%-ni təşkil edir. NATO ölkələrinin hərbi xərclərinin 75%-i ABŞ-m üzərinə düşür.

9.Ekoloji vəziyyət nisbətən yaxşılaşmışdır. İEÖ-də iqtisadiyyatın strukturunun yenidən qurulması, yəni postindustrial mərhələyə keçməsi, ətraf mühitin mühafizəsinə sərf olunan vəsaitin artırılması əsrimizin ilk illərində bir çox ənənəvi ekoloji problemlərin nəzərə çarpacaq dərəcədə həll olunmasına səbəb olmuşdur. Xüsusilə, texnologiya və təmizləmə qurğularının təkmilləşdirilməsi, karbon qazının atmosferə atılmasının və çirkli suların su hövzələrinə axıdılmasının azaldılması, torpaq və sahələrində bərpa işlərinin sürətlənməsi, şəhər mühitində ekoloji vəziyyyətin xeyli yaxşılaşdırılması (Tokio və s.), milli park və qoruq sahələrinin genişləndirilməsi ekoloji vəziyyətə diqqətin artırılmasının nəticəsidir. Bütün bunlarla yanaşı, bu qrup ölkələri ETT-nin inkişafı ilə əlaqədar ətraf mühit və insan üçün daha təhlükəli olan yeni təzahürlərin meydana çıxması, yəni daha ağır nəticələrə səbəb ola bilən ekoloji böhranın yeni "burulğanının" yaranması ehtimalı narahat edir.

10. Həyat səviyyəsi yüksəkdir. Müasir ETT-yə əsaslanan və beynəlxalq əmək bölgüsündə qiymətli məhsullarla çıxış edən İEÖ əhalinin əksəriyyətinin yüksək həyat səviyyəsini təşkil etmiş, maddi nemətlər bolluğu yaratmışdır. Dövlət və şirkətlər əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və sosial ziddiyyətlərin aradan qaldırılmasına istiqamətləndirilən sıra tədbirlər (işsizlərə, azgəlirli əhaliyə, qocalara, xəstələrə yardım və s.) həyata keçirirlər. Gəncləri işlə təmin etmək məqsədilə ötən əsrin 90-cı illərindən başlayaraq, emiqrasiya məhdudlaşdırılır, xarici fəhlələrin ölkədən getməsinə şərait yaradılır, iş həftəsinin vaxtı qısaldılır, hətta bir iş yerinin iki yerə bölünməsi də nəzərə çarpır. Bu məqsədlə ABŞ, Qərbi Avropa ölkələrində və Yaponiyada işçiləri vaxtından əvvəl təqaüdə göndərirlər. İEÖ-də iqtisadi faydalığa zərər yetirmədən zəhmətkeşlərin həyat səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilən qayğılar azad bazar rəqabətli cəmiyyətdən əsaslı surətdə fərqlənən sistem yaranmışdır. Məhz, "sosializm nəzəriyyəsindən" daha çox istifadə edən bu qrup ölkələrdə kapital yığımının hesabına maddi nemətlər bolluğu, insana layiq cəmiyyət yaranıb. Hazırda belə mütərəqqi cəmiyyət yaratmaq bir çox ölkələrin, istər mütləqiyyət, istərsə "islam sosializmi" tərəfdarlarının və sosial-demokratların mövqeyi güclü olan ölkələrin arzusudur.

Bu gün Şərqi Avropa ölkələri və Asiyanın bir neçə ölkəsi, o cümlədən respublikamız iqtisadi təkamülün elə mərhələsindədirlər ki, onlar Qərb ölkələri üçün xarakterik olan bəzi ən yaxşı əlamətləri qəbul etməklə icqtisadiyyatı sürətlə inkişaf etdirə bilərlər.

Qərb ölkələrinə xas olan üstün əlamətlərdən biri sosial bazar iqtisadiyyatıdır. Xüsusilə bazar iqtisadiyyatı ilə sosializm cəmiyyəti qurmaq yolunu qəbul etmiş Çin, Vyetnam bu sahədə xeyli irəli getmişlər. Ayrı-ayrı iqtisadi sahələrdə daha çox maddi nemətlər bolluğu yaradan, yaxud daha gəlirli olan istehsal münasibətlərindən (dövlət bölməsi, kooperativlər, icarədarlıq, xüsusiyyətçilik) və beynəlxalq əlaqələrdə özünü doğruldan iqtisadi formalardan müvəffəqiyyətlə istifadə etməklə, bu ölkələr qısa müddətdə sürətlə inkişaf etmiş və əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışlar. Beləliklə, XX əsrin axırlarında həyatda sübut olunmuşdur ki, daha faydalı yol qarışıq iqtisadiyyatdır, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilən bazarın sosial planlaşdırma ilə uyğunlaşdırılmasıdır.

Iqtisadi və sosial coğrafi fərqlər. İEÖ-in hər birinin təsərrüfat və əhalisinin yerləşməsinin "coğrafi mənzərəsinin öz səciyyəvi forması vardır. Bu da onların iqtisadi və sosial-coğrafi simasını təmsil edir. Uzun müddət bütün ölkələrdə sənayenin yerləşməsini müəyyən edən əsas amillər kömür və dəmir filizi yataqları, həm də əsas ticarət yollarının istiqaməti olmuşdur. Qərbi Avropada bu amillər sənayenin və şəhərlərin çox əvvəllərdən İngiltərənin mərkəzi hissələrində, Reyn vadisi boyunca və Po çayının yuxarı axarında toplanmasına səbəb olmuşdur. Bu sənaye-şəhər arealları B.Britaniyanm mərkəzini, Niderlandın, Belçikanın, Lüksemburqun ərazisini, Fransanın şimal hissəsini, AFR və İsveçrənin Reynsahili ərazisini, həm də Rona vadisinin bir hissəsini və Şimali İtaliyanı əhatə edir.Qərbi Avropanın sənaye müəssisələrinin böyük hissəsi bu sənaye-şəhər arealında, "inkişafın mərkəzi oxunda" cəmləşmişdir. "İnkişafın mərkəzi oxu" boyunca uzanan magistrallar hər 30—40 km-dən bir növbəti şəhərlə kəsişir, kənd sakinləri yığcam kəndlərdə yaşayırlar. "İnkişafın mərkəzi oxunun" kənarlarında sənaye əsasən paytaxt və iri portlarda (Paris, Soma, Madrid, Stokholm, Kopenhagen, Hamburq, Marsel, Barselona, Valensiya) və başqa şəhərlərin ətrafında təmərküzləşmişdir. Bu şəhərlərdə müasir ETT-nin əsasını təşkil edən ən yeni sahələr cəmləşmişdir.

Avropadan kənarda yerləşən dövlətlərin ticarət əlaqələrinə başlıca olaraq dəniz yolları xidmət edir. Ən mühüm faydalı qazıntı yataqları isə adətən, ölkənin daxili bölgələrində yerləşmişdir. Buna görə də sənaye-şəhər arealları dəniz sahili boyunca uzanmışdır, həm də daxili bölgələrlə sahili birləşdirən dəmiryol boyunca sənaye sahələri inkişaf etmiş, şəhərlər salınmışdır. Kənd sakinlərinin əksəriyyəti ayrı-ayrı fermalar üzrə səpələnmişdir.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə