Sərbəst İş Fakultə: “Ümumi İqtisadiyyat” Kafedra




Yüklə 0.87 Mb.
səhifə1/7
tarix10.04.2016
ölçüsü0.87 Mb.
  1   2   3   4   5   6   7
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti
Sərbəst İş

Fakultə: “Ümumi İqtisadiyyat”

Kafedra: Beynəlxalq iqtisadi münasibətlər

Fənn: Beynəlxalq iqtisadi münasibətlər

Qrup: 242

Tələbə: Quluzadə Tərlan
Mövzu

Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə ticarət-iqtisadi əlaqələri

Bakı 2011

Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə ticarət-iqtisadi əlaqələri



Plan:
1.Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikası, strukturu və coğrafiyası
2. a)Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə ticarət-iqtisadi əlaqələrinin dinamikası,strukturu və coğrafiyası
2.b)Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə ticarətin həcmində ayrı-ayrı ölkələrin payı


Giriş
Ticarət insan əməyi ilə bağlı iqtisadi fəaliyyətdir. Beynəlxalq ticarət fəaliyyəti əsasən ya müstəqil, ya da iri şirkətlərin tərkibində firma və s. təsərrüfat vahidləri səviyyəsində həyata keçirilir.Beynəlxalq praktikada firmanın istehlakçılarla iqtisadi münasibətləri məhz ticarət fəaliyyəti vasitəsilə reallaşdırır.Həmin münasibətlər xarici kontragentlər arasında baş verdikdə,bu tip fəaliyyət firmanın xarici iqtisadi fəaliyyəti kimi qiymətləndirilir və firmanın həm ixrac-idxal əməliyyatlarına, həm də istehsal və satış fəaliyyətinə yönəldilir.

Xarici ticarət geniş mənada ölkə hökümətinin istehsal amillərinin hərəkəti və istiqamətinə, ticarətin həcmi , strukturu və coğrafi yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi başa düşülür.Bu yanaşmadan göründüyü kimi , bu halda söhbət təkcə gömrük siyasətindən deyil , eyni zamanda pul, valyuta və ümumiyyətlə maliyyə siyasətində əhatə olunduğundan gedir.

Dar mənada isə xarici ticarət siyasəti xarici ticarətlə investisiyaların məhdudlaşdırılması ,stimullaşdırıcı və tənzimlənməsi istiqamətində dialektik vəhdətə söykənir.

Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanmalıdır.

Respublikanın xarici ticarət əlaqələrinin tənzimlənməsi istiqamətində sistemliliyə nail olunmuş , ölkənin ÜTT-yə üzv olmaq istiqamətində bir çox maneələr dəf edilmiş, ölkənin milli mənafelərinin qorunması yönümündə qismən də olsa irəliləyiş müşahidə olunmuşdur.

Ümumdünya Ticarət Təşkilatı getdikcə genişlənməkdə və daha çox dövlətləri əhatə etməkdədir.Hal-hazırda ÜTT-nin tam səlahiyyətli üzvlərinin sayı 150-yə çatmışdır. Tədqiqatın materialları göstərir ki, bir sıra ziddiyyətli məqamlarına baxmayaraq tədqiqatçıların böyük əksəriyyəti ÜTT-yə üzvlüyün keçid iqtisadiyyatlı ölkələr üçün mühüm əhəmiyyət kəsb etməsində yekdildirlər. Söhbət ondan gedir ki , bu halda qarşılıqlı ticarət məhdudiyyətlərinin azalması, iqtisadiyyatın hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi , ölkənin investisiya reytinqinin yüksəlməsi gözlənilənlər sırasına daxil edilir. Eyni zamanda , yəni bununla bağlı olmayan digər problemlərin həllinə dolayısı ilə müsbət təsir göstərdiyi xüsusi olaraq vurğulanır.

Bu kurs işində Azərbaycanın xarici ticarətinə keçməmişdən əvvəl , ümumiyyətlə xarici ticarətdən söhbət açıb,daha sonra isə Azərbaycanın Cənub-Şərqi Asiya (ASEAN) ölkələri ilə ticarət-iqtisadi əlaqələri və onun əsas istiqamətlərini qeyd edilir Mövzunun izahı zamanı cədvəllərdən ,sxemlərdən istifadə edilmiş və müəyyən illərin statistik göstəriciləri qeyd olunub,təhlillər aparılıb və müqayisə edilmişdir.

Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikası,strukturu və coğrafiyası.
Dünya ölkələrinin iqtisadi inkişaf tarixi göstərir ki, xarici ticarət siyasəti müxtəlif tarixi mərhələrdə fərqli məzmun daşımaqla , həmin dövrün konkret xüsusiyyətlərindən və bunların əsasında formalaşan situasiyadan asılı olmuşdur.

Qərb iqtisadçıları da xarici ticarət siyasətinin mahiyyətinə vahid mövqedən yanaşmamışlar. Belə ki, Q.Haberlerə görə ,xarici ticarət siyasəti hər hansı bir ölkənin bütövlükdə xarici iqtisadi əlaqələrini tənzimləyən tədbirlər sistemidir. C.Mid isə xarici ticarət siyasətini tədiyyə balansında əks olunan əməliyyatlara birbaşa nəzarət məqsədi daşıyan tədbirlər sistemi kimi səciyyələndirirdi.B.Belaxankinin verdiyi tərif isə sadəcə olaraq , xarici ticarət siyasətini idxal-ixrac tarifləri, miqdar məhdudiyyətləri və s. ilə xarakterizə olunur.

Tarixi materialların tədqiqi göstərir ki, xarici ticarət siyasəti sferasında ilkin konseptual baxışlar real bazar münasibətlərinin formalaşdığı və milli bazarın meydana çıxdığı dövrə təsadüf edir.Tarixi-xronoloji nöqteyi nəzərdən xarici ticarət siyasətinin baza konsepsiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar :

1.Merkantilzm

2.Azad ticarət siyasəti

3.Proteksionizm

Merkantilzm dövründə başlıca rol ticarət kapitalına məxsus olmuşdur və buna müvafiq surətdə də sərvətin sinonimi kimi pul vəsaitləri qəbul edilirdi. Xarici ticarət qiymətli metalların yığımına istiqamətlənməklə, dövlət nəzarəti və dövlət müdaxiləsi vasitəsilə idxalın məhdudlaşdırılması və ixracın genişləndirilməsi siyasətinə xidmət etməli idi. Əcnəbi mənşəli əmtəələrin daxili bazara girişində əsas məhdudlaşdırıcı vasitə idxal rüsumları olmuşdur. Eyni zamanda , müstəmləkərə idxal malları yalnız metropoliyadan daxil ola bilərdi. Onların fikrincə , bir ölkənin zənginliyi digərinin yaxşılaşması hesabına ola bilər. Xarici ticarətin merkantilist siyasəti belə hesab edirdi ki,milli mövqelərin möhkəmlənməsi üçün dövlət :


  • Müsbət ticarət balansını dəstəkləməli

  • Tariflər, kvotalar və ticarət siyasətinin digər vasitələrilə müsbət ticarət saldosuna malik olmaq üçün xarici ticarəti tənzimləməli

  • Xammal ixracını qadağan etməli və ya ciddi məhdudlaşdırmalı,ölkə daxilində hasil olunmayan və qızıl ehtiyatının toplanmasına imkan verən xammalın rüsumsuz idxalına icazə verməlidir və s.

Manufaktura istehsalına keçid və ümumiyyətlə, kapitalit istehsal münasibətlərinin formalaşması nəticəsində merkantilzm tədricən proteksionist siyasətlə əvəz olunmağa başladı və bununla da, xarici ticarət siyasətində konseptual bazanın keyfiyyətcə dəyişməsi prosesi start götürdü. Bele ki , artıq maksimum səviyyədə pul yığımı deyil , milli iqtisadiyyatda (gömrük rüsumları və qeyri-tarif vasitələrin köməyi ilə ) himayədarlıq siyasəti həyata keçirilməyə başlandı. Əmək məhsuldarlığının böyük surətlə artımı nəticəsində istehsalçı-istehlakçı yönümlü birbaşa əlaqələr qırılır , standartlaşdırılmış kütləvi istehsal məhsulları xarici bazarlara axmaqda idi. Belə bir şəraitdə proteksionist siyasət sonunc etibarilə iqtisadi inkişaf tempinin əhəmiyyətli dərəcədə azaldılmasına , normal biznes mühitinin təşəkkülünə mənfi təsir göstərirdi.Yığcam şəkildə qeyd etdiyimiz cəhətlər və ümumiyyətlə iqtisadi stuasiyanın mahiyyətində baş vermiş keyfiyyət dəyişiklikləri tam obyektiv olaraq xarici ticarət siyasətində yeni konseptual istiqaməti ortalığa çıxardı.Klassik iqtisadçılar-A.Smit və D.Rikardo tərəfindən “azad ticarət” nəzəriyyəsi formalaşdırıldı. Bu nəzəriyyədə əsas ideya ondan ibarətdir ki, istehsal xərcləri , yaxud onların ifadə etdikləri kimi,əmək məsrəfləri (A.Smitdə - mütləq üstünlüklər , D.Rikardoda müqayisəli üstünlüklər ) əsasında beynəlxalq əmək bölgüsündə aktiv iştirak edən ölkələr çox ucuz əldə edirlər. Azad ticarət modeli ideal məzmun daşıyır və bütövlükdə , xarici ticarət siyasətinin birmənalı olaraq yönəldilməsi istənilən başlıca məqsədlərdən biridir. Göstərilən sərfedici yanaşma əsasən , aşağıdakı səbəblərlə şərtlənir:

1)Proteksionist tədbirlərə əsaslanan effektivlik itkisindən yaxa qurtarmaq yalnız azad ticarət rejiminin tətbiqi ilə mümkündür.

2)Azad ticarət siyasəti , itehsal və istehlakın təhrif olunmuş stimullarını aradan qaldırmaqla bahəm , əlavə fayda əldə etməyə imkan verir.

3)Müasir qloballaşma şəraitində azad ticarət xarici ticarət siyasətinin ən optimal variantıdır.

Proteksionizm xarici ticarət siyasətini bir forması olmaq etibarı ilə öz təkamül prosesində üç mərhələdən keçmişdir:

1.”azad”rəqabət dövrü

2.İnhisar dövrü

3.Müasir dövr

Hal-hazırda proteksionizmin 4 növü mövcuddur:

1)Selektiv proteksionizm bu halda himayədarlıq məzmunu daşıyan ticarət siyasəti ya ayrıca götürülmüş bir ölkəyə , ya da bir məhsula istiqamətlənir.

2)Sahə proteksionizmi konkret bir sahənin , məsələn , kənd təsərrüfatı sferasının (aqrar proteksionizm )xarici rəqabətdən mühafizəsi.

3)Kollektiv proteksionizm iqtisadi inteqrasiya bloku , yaxud çoxtərəfli müqavilələr əsasında yaradılmış ölkələr birliyi tərəfindən üzv-olmayan ölkəyə istiqamətlənir

4)Gizli proteksionizm daxili iqtisadi siyasət metodlarından istifadə etməklə həyata keçirilir.Müasir xarici ticarət siyasəti əslində bütövlükdə beynəlxalq iqtisadi münasibətlər kompleksində baş verən proseslərin daxili məntiqinə uyğun şəkildə milli iqtisadi və siyasi amillərin qarşılıqlı təsirindən formalaşan mürəkkəb sistemdir.Dünya ölkələrinin təcrübəsi göstərir ki , dövlətin xarici ticarət sferasındakı fəaliyyəti üç aspektdə nəzərdən keçirilə bilər:

1)Dövlət xarici sferasını öz inhisarına alır. Məsələn , Xalq Komissarları sovetinin 25 aprel 1918-ci il tarixli sərəncamı ilə tətbiq edilən dövlət orqanları (47 xarici ticarət birliyi ) yerinə yetirirdi. Qeyd etmək lazımdırki , hal-hazırda xarici ticarət üzərində dövlət inhisarı çox sayda ölkələrdə - Şimali koreya , Kuba və s. qalmaqdadır.

2)Dövlət səhmlərin nəzarət paketinə ,yaxud böyük paya sahib olduğu firmalar vasitəsilə xarici ticarətdə iştirak edə bilər.

3)İxracatın stimullaşdırılması.

Hal-hazırda , dünya ölkələri tərəfindən həyata keçirilən xarici ticarət siyasətinin əsasında başlıca olaraq üç mövqe dayanır:

1)Xarici ticarət siyasətinin üfiqi modeli ;Bu model əsasən inkişaf etmiş ölkələr arsında həyata keçirilən qarşılıqlı ticarəti özündə əks edir.Onu çox vaxt xarici ticarətdə “Şimal-Şimal” istiqaməti də adlandırırlar.qeyd edilən modeldə dövlət ticarət axınlarına məqsədyönlü təsir göstərir.

2)Xarici ticarət siasətinin şaquli modeli; əksər iqtisadi ədəbiyyatlarda “Şimali-Cənub” istiqaməti kimi səciyyələndirilən bu model inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasıda qarşılıqlı ticarəti özündə əks etdirir.Əslində, bütövlükdə beynəlxalq əmək bölgüsünün modeli kimi təzahür edən qarşılıqlı ticari münasibətlər sistemi inkişaf etməkdə olan ölkələr dinamik tərəqqisi yolunda əngələ çevrilmişdir.Belə ki, bu model çərçivəsində inkişaf etməkdə olan ölkələr xammal və yarımfabrikatlar ixrac etməklə hazır sənaye məhsullarının idalına istinadla xarici ticarət münasibətlərini formalaşdırır.Yəni həmin ölkə qrupunun inkişaf etmiş ölkələrin xammal əlaqəsi statusuna çevrilməsi qaçılmazdır ki, bu da perspektiv planda ümummilli mənafelərin ödənilməsi prosesinə güclü əks təsir göstərəcəkdir.Eyni zamanda , sözü gedən modeldə ölkə qruplarının (əsas inkişaf etmiş ) kollektiv mənafeləri , müxtəlif səpkili inhisarçı biliklərin , maliyyə-ticarət və digər qruplaşmaların marağı ön plana çıxır. Başqa sözlə həmin münasibətlər sistemində uduzan , yalnız inkişaf etməkdə olan ölkələr olurlar.

3) Xarici ticarət siyasətinin konqlomerat modeli; Bu modeli çox vaxt xarici ticarət siyasətində “Cənub-Cənub” istiqaməti adlandırırlar.Əsasən inkişaf etməkdə olan ölkələri təcəssüm etdirən “Cənub-Cənub” istiqamətində həm üfiqi, həm də şaquli modellər , yaxud onların “sintezi” mövcud olur.

Müasir dünya təsərrüfatının qloballaşması prosesinə paralel olaraq beynəlxalq ticarət surətlə inkişaf etməkdədir. Bazar iqtisadiyyatına keçidin start vəziyyətinin sistemli şəkildə qiymətləndirilməsi və əldə olunan məntiqlərin inteqrasiyası göstərir ki , Şərqi avropa ölkələri ilə müqayisədə sabiq SSRİ respublikaları daha az əlverişli mövbqedə olmuşdur.Bu hər şeydən əvvəl onunla izah olunur ki , sözügedən ölkələr qrupunun , o cümlədən Azərbaycan respublikasının dünya bazarı ilə əlaqələri son dərəcə zəif və əhəmiyyətsiz formada təşəkkül tapmışdır.Ən böyük problemlərdən biri xarici ticarət sferasında hər bir təcrübənin , yaxud müəyyən zaman intervalı çərçivəsinidə formalaşmış ənənələrin yoxluğu , kadr kasadlığı və s. tipli məsələlərin qabarıq şəkildə ortalığa çıxmasında idi.

SSRİ-nin süqutu və sabiq müttəfiqlərin dövlət müstəqilliyi əldə etməsi nəticəsində qarşılıqlı ticarət əlaqələrinin kəskin tənəzzülü dövrü başladı. Qeyd edilən prosesin start götürməsi təkcə imperiyanın dağılması ilə əlaqələndirilə bilməz.Belə ki , qarşılıqlı ticarət bağlılığının qırılmasında əsas səbəblərdən biri “sosialist” bazarının spesifikası ilə bağlı idi.

Keçid dövrünün ilkin vaxtlarında mövcud və yaranmış problemlərin kəskinlik dərəcəsini azaltmaq üçün sözügedən ölkələr qrupu ixracın artımına nail olmağa çalışırdı və bu artım əsasən və başlıca olaraq onun fiziki həcminin yüksəldilməsi çərçivəsində həyata keçirilir, ixracın orta qiymətinin aşağı düşməsi və ölkənin ticarət şəraitinin pisləşməsinə fikir verilmirdi.

Keçid dövrünün ilkin vaxtlarında əksər postsosialist ölkələrində müşahidə olunan situasiya Azərbaycan Respublikasında da anolji məzmun daşıyırdı.Bu hal özünü xarici ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsində, onun coğrafiyasının daralmasında daha aydın formada təzahür etdirirdi.Qeyd etmək lazımdır ki, yalnız makroiqtisadi sabitliyə nail olunduqdan sonra xarici ticarət əlaqələrinin dəyərcə həcminin artımı , onun coğrafiyasının genişləndirilməsi müşahidə olunur.Belə ki, əgər ölkənin ticarət partniyorlarının sayı 1997-ci ildə 84 , 1998-ci ildə isə 104 , 1999-cu ildə isə 121 ölkə olmuşdursa, hal-hazırda onların sayı 130-u keçmiş ,əksər ölkə qrupları ilə iqtisadi əlaqələri formalaşdırılmışdır.Bu zaman (1991-2002-ci illərdə) çərçivəsində ölkənin xarici ticarət dövriyyəsinin dinamikası cədvəli aşağıdakı kimi olar:



Xarici ticarət dövriyyəsinin dinamikası (mln. ABŞ dolları ilə)

CƏDVƏL 1



Göstəricilər

1991

1992


1993

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

1.Xarici ticarət dövriyyəsi-əvvəlki ilə nisbətən %

4002.2

2423.8

60,6%

1353.4

55,8%

1430.6

105,7%

1304.8

91,2%

1591.8

122,0%

1575.6

99,0%

1682.6

106,8%

1965.5

116,8%

2917.3

148,4%

3745.3

128,4%

3833.1

102,3

2.İdxal əvvəki il nisbətən %

1881.3

939.8

50%

628.8

66,9

777.9

123,7

667.6

85,6

960.6

143,9

794.3

82,7

1076.5

135,5

1035.9

96,2

1172.1

113,1

1431.1

122,1

1665.6

116,4

3.ixrac-əvvəlki ilə nisbətən %

2120.9

1484.0

70%

724.6

48,8

652.7

90,1

637.2

97,6

631.2

99,1

781.3

123,8

606.1

77,8

929.6

153,4

1745.2

187,7

2314.2

132,6

2167.5

93,7

4.Xarici ticarət saldosu

+239.6

+544.2

+95,9

-125,2

-30,4

-329.4

-13.0

-470.4

-106.3

+573.1

+883.1

+501.9

Cədvəldəki məlumatlardan göründüyü kimi , ölkənin xarici ticarət dövriyyəsinin inkişaf dinamikası hamar olmamışdır. Hesablamalarımız göstərir ki , 2002-ci ildə xarici ticarət dövriyyəsinin dəyərcə həcmi 1991-ci ilin 95,7%-ni təşkil etmişdir.Lakin 1995-ci ildə sistemli islahatların həyata keçirilməyə başlandığı dövrlə müqayisədə isə 2,9 dəfə artım olmuşdur.Xarici ticarət dövriyyəsinin inkişaf dinamikasını araşdırarkən , tədqiq edilən dinamik sıra-12 illik tarixi dövrün 5 mərhələyə bölünməsi real gerçəkliyin adekvat şəkildə əks edilməsi baxımından müvafiq olardı:

1)1991-1993-cü illər;SSRİ-nin süqutu və ölkənin dövlət müstəqilliyi əldə etdiyi bu dövrdə məlumdur ki, anarxiya və xaos hökm sürmüş , iqtisadiyyatın təməl sütunları dağıdılmış , ölkə sosial-iqtisadi böhrana sürüklənmişdir. Sözsüz ki, qeyd olunanlar hələ yenicə formalaşmaqda olan , yaxud start götürən xarici ticarət əlaqələrinə mənfi təsir göstərmiş , ənənəvi tərəf-müqabillərlə münasibətlər qırılmış və ticarət dövriyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Təhlilin materialları göstərir ki , 1991-ci illə müqayisədə 1992-ci ildə xarici ticarət dövriyyəsi 39,4% ,1993-cü ildə isə 66,2% azalmışdır. Həmin dövr ərzində xarici ticarət dövriyyəsinin struktur təhlili azalmamış , bərabər şəkildə bölündüyünü üzə çıxarmışdır.Belə ki, 1993-cü ildə ümumidxal dövriyyəsi 1991-ci ilə nisbətən 66,6% , ixracat isə 65,9% aşağı düşmüşdür.Əlbəttə ki, bu proseslərdə Azərbaycan milli valyutasının dövriyyyəyə buraxılması və onun surətli devalvasiyası da mühüm rol oynamışdır.Bununla bahəm, o da qeyd olunmalıdı ki, ölkənin xarici ticarət saldosunun bu dövr ərzində kəskin şəkildə azalmasına baxmayaraq (60%) , müsbət olaraq qalmışdır. Maraqlı cəhət burasındadı ki, 1992-ci ildə ölkənin xarici ticarət kvotası 185% təşkil etmiş və bunun da əsas hissəsi ixracın payına düşmüşdür.

2)1993-1995-ci illər; Azərbaycanda mərkəzləşdirilmiş unitar dövlətin qurulduğu ,Ermənistanla müharibənin dayandırıldığı və 1995-ci ildən etibarən bazar iqtisadiyyətına keçid yönümlü sistemli islahatların başlandığı dövr.Bu illər ərzində ölkənin xarici ticarət dövriyyəsinin inkişaf dinamikasında müsbət yönümlü meyllərin epizodik şəkildə təzahür etdiyi müşahidə olunur. Eyni zamanda xarici ticarət dövriyyəsinin 1991-ci illə müqayisədə azalma meyli davam etmişdir.Belə li, 1994-cü ildəki azalma 64,3% , 1995-ci ildə isə 67,4 % təşkil etmişdir. İnkişafın təhlil etdiyimiz mərhələsində ölkənin xarici ticarət saldosu kəsirlə yekunlaşmışdır.

3)1995-1998-ci illər; “Vaşinqton” və “Post Vaşinqton Konsesusuna” əsaslanmaqla sistemli islahatların həyata keçirilmə intensivliyinin artımı , makroiqtisadi və makro maliyyə sabitliyinin qərarlaşması (1997) , xarici ticarətin ardıcıl şəkildə liberallaşdığı dövr.Tədqiqatımızın nəticələri göstərir ki , həmin illər ərzində ölkənin xarici ticarət dövriyyəsinin inkişaf dinamikası ləng də olsa yüksələn qrafiklə getmişdir. Belə ki , 1995-ci illə müqayisədə idxal-ixrac əməliyyətlarının məcmu dəyəri 1996-cı ildə 22,0% , 1997-ci ildə 20,7 % , 1998-ci ildə isə 28,95 yüksəlmişdir.Sosial-iqtisadi inkişafın təməli qoyulmuş dövrün sonuncu ilində -1998-ci ildə 1991-ci saziş ili ilə müqayisədə xarici ticarət saldosunun ən böyük kəsiri də müşahidə olunur.(470,4 mln. dol.) Araşdırmalarımız göstərir ki , sözü gedən dövrdə xarici ticarət saldosunun böyük həcmdə kəsirdə qalmasının əsas səbəbi idxalın kəskin şəkildə artması və bu artımın neft kontraktları ilə birbaşa yaxud dolayısı ilə əlaqədə istehsal təyinatlı məlumatların ölkəyə güclü axını ilə bağlı olmuşdur.

4) 1998-2001-ci illər ; Sosial-iqtisadi inkişafın sürətləndiyi , genişləndiyi dövr. Bu mərhələdə xarici ticarət dövriyyəsi sürətlə artmağa başlamış ,onun coğrafiyası əməlli-başlı genişlənmişdir.Belə ki, 2000-ci ildə 1998-ci ilə nisbətən xarici ticarət dövriyyəi 73,35 , 2001-ci ildə isə 2,2 dəfə yüksəlmişdir. Bu illər ərzində əldə olunan səviyyə 1991-ci ilin 93,6%-iqədər olsa da ,ümumixracatda 9,1 % artım müşahidə edilmişdir. Əsasən neft və neft məhsullarınin ixrac potensialının genişlənməsi nəticəsində xarici ticarətin müsbət saldosu 2000-ci ildə 573,1 mln ABŞ dolları ,2001-ci ildə isə 883,1 mln ABŞ dolları təşkil etmişdir.



5)2002-ci ildən başlanan yeni dövr sosial-iqtisadi inkişafın dayanıqlı xarakter alması , bazar iqtisadiyyatına keçid dövrünün başa çatması və ölkənin beynəlxalq əmək bölgüsündə layiqli yer tutması niyyətlərini özündə əks etdirir. Qeyd etmək lazımdır ki , 2002-ci ildə ölkənin xarici ticarət dövriyyəsi durmadan yüksəlmiş və onun coğrafi oriyentasiyasında açıq-aydın şəkildə müşahidə edilən meyl və təmayüllər üzə çıxmışdır.

2003-cü il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 129 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 5217881.0 min ABŞ dolları olmuşdur.Bu müddət ərzində 2591994.1 min ABŞ dolları dəyərində 1218 adda mal ixrac, 2625886.9 min ABŞ dolları dəyərində 5266 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 33892.8 min ABŞ dolları təşkil etmişdir.

2005-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 137 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 8547276,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 4346879,8 min ABŞ dolları dəyərində 2102 adda mal ixrac, 4200396,2 min ABŞ dolları dəyərində 5740 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 146483,6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,- respublikaya 44222,2 min ABŞ dolları dəyərində 17890,4 ton əmtəə dövlət, hökümət və beynalxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.

2006-cı il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 140 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11637208,6 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6372112,8 min ABŞ dolları  dəyərində 2242 adda mal ixrac, 5265095,8 min ABŞ dolları dəyərində 5935 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 1107016,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,- respublikaya  38345,5 min  ABŞ dolları  dəyərində 23020,8 ton əmtəə dövlət, hökumət  və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,humanitar yük və texniki yardım kimi daxil olmuşdur
2007-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 11766862,9 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6058299,4 min ABŞ dolları dəyərində 2454 adda mal ixrac, 5708563,5 min ABŞ dolları dəyərində 6755 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 349735,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən , respublikaya 61399,5 min ABŞ dolları dəyərində 17005,8 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.

2008-ci ilin I rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 114 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2896185,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1543977,8 min ABŞ dolları dəyərində 1022 adda mal ixrac, 1352207,6 min ABŞ dolları dəyərində 4104 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 191770,2 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,- respublikaya 8473,5 min ABŞ dolları  dəyərində 2458,3 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.

1998-ci ildən 2002-ci ilin statistikasına nəzər yetirdikdə Azərbaycanın xarici ticarət əlaqələrində Avropa ölkələrinin rolu həddən artıq yüksəkdir.Belə ki, ölkənin bütövlükdə idxalatının 49,5%-i , ixracatının isə 77,4%-i Avropa ölkələrinin payına düşür.Buna cədvəldə (2) baxaq:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə