Sərbəst iş №6 Mühasibat uçotu hesablarının quruluşuna və təyinatına görə təsnifləşməsi




Yüklə 12.54 Kb.
tarix24.04.2016
ölçüsü12.54 Kb.
Sərbəst iş №6
Mühasibat uçotu hesablarının quruluşuna və təyinatına görə təsnifləşməsi
Təyinatına və quruluşuna görə hesabların təsnifatı göstərir ki, bu və ya digər hesabların təyinatı nədən ibarətdir və onlar necə qurulublar, yəni onların debet və kreditlərinin məzmunu və onların qalıqlarının xarakteri necədir.Bu, mühasibat təcrübəsində istifadə edilən hesabların xüsusiyyətini öyrənməyə, bu və ya digər göstəricilərin əldə edilməsi üçün hansı növ hesabların tətbiq edilməsinin lazım olduğunu müəyyən etməyə imkan verir.

Mühasibat uçotu hesabları öz quruluşuna və təyinatına görə əsas, nizamlayıcı və əməliyyat hesablarına bölünürlər.

Əsas hesablar vəsait növlərinin mövcudluğuna, hərəkətinə (aktiv) və onların mənbələrinə (passiv) nəzarət etmək üçün tətbiq edilir.Bu hesablar həmçinin balans hesabları adlanırlar, çünki onların qalıqları balansa keçirilir.

Əsas hesablar aktiv (müəssisənin vəsaitlərinin hesabları), passiv (vəsaitlərin mənbələri hesabları) və aktiv-passiv ( mənfəəti və zərəri və ya debutor və kreditor borclarını tam əks etdirən) hesablara bölünürlər.

Aktiv hesablar maddi və pul vəsaitlərinin miqdarı və hərəkətinin uçotu üçün, habelə debutorlarla hesablaşmaların uçotu üçün xidmət edirlər.

Əsas passiv hesablar fondların vəziyyətinin və dəyişilməsinin, alınmış maliyyələşmənin, müəssisənin öhdəliklərinin və kreditorlarla hesablaşmaların uçotu üçün tətbiq edilir.

Əsas aktiv-passiv hesablar debutor və kreditorlarla hesablaşmaların uçotunda tətbiq edilir.

Balans tərtib edilərkən aktiv-passiv hesabların debet qalıqları balansın aktivində, kredit qalıqları isə balansın passivində əks olunur.

Müəssisənin vəsaitlərinin və ya onların əmələ gəlmə mənbələrinin qiymətləndirilməsini dəqiqləşdirmək (tənzimləşdirmək) üçün müəyyən edilən hesablara nizamlayıcı hesablar deyilir.

Nizamlayıcı hesablar kontrar, əlavə və kontrar-əlavə hesablara bölünürlər.

Kontrar hesablar, nizamlandırılan obyektin həqiqi miqdarını, onun ilk dəyərindən nizamlandırılan məbləği çıxmaq yolu ilə təyin etmək üçün xidmət edirlər.

Kontrar hesablar kontur-aktiv və kontr-passiv hesablara bölünürlər.

Kontr passiv hesablar əsas passiv hesablarda əks etdirilən müvafiq göstəricilərin azaldılması üçün xidmət edir.

Əlavə hesablar əsas hesablarda əks etdirilən, müəssisənin maddi vəsaitlərinin və ya onların əmələ gəlmə mənbələrinin məbləğlərinin artırılması üçün tətbiq edilirlər.

Əlavə hesablar aktiv və passiv hesablara bölünürlər.

Əlavə aktiv hesaba tikinti və tədarük təşkilatlarında, habelə kənd təsərrüfatı məhsullarını tədarük edən sənaye müəssisələrində tətbiq edilən 15 saylı hesabı aiddir.O, maddi qiymətlilərin və digər obyektlərin hesab-fakturada göstərilən topdan satış qiyməti ilə uçotu zamanı istifadə edilir.

Kontrar-əlavə hesablar kontrar və əlavə hesabların əlamətlərini özündə əlaqələndirir.Öz quruluşuna görə onlar əsas aktiv-passiv hesablara oxşayırlar.

Bunlara “Materialların faktiki maya dəyərinin plan qiymətindən kənarlaşması hesabı, hazır məhsulların faktiki maya dəyərrinin plan maya dəyərindən kənarlaşması hesabı” aiddir.Bunların uçotu 16 saylı “Materialların dəyərindəki kənarlaşma” və ya analitik hesabda aparılır.

əməliyyat hesabları istehsal xərclərini, məhsulların maya dəyərini hesablamaq, müəssisə və təşkilatların təsərrüfat və satış fəaliyyətlərinin nəticələrini aşkara çıxarmaq üçün istifadə edilir.

Əməliyyat hesabları bölüşdürücü, kalkulyasiya və nəticə hesablarına bölünürlər.

Bölüşdürücü hesablar ayrı-ayrı xərcləri toplamaq və onları müxtəlif uçot obyektləri arasında bölüşdürmək üçündür.onlar da öz növbəsində toplayıcı-bölüşdürücü və büdcə-bölüşdürücü hesablara bölünürlər.

Kalkulyasiya hesabları tikilən və ya əldə edilən əsas vəsaitlərin, tədarük edilən maddi qiymətlilərin, istehsal edilən məhsulların, yerinə yetirilən iş və xidmətlərin, satılan məmulatların və s. maya dəyərini müəyyən etmək üçün istifadə edilir.



Nəticə hesabları müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrini aşkara çıxarmaq üçün istifadə edilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə