SƏQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə




Yüklə 257.23 Kb.
səhifə1/5
tarix20.04.2016
ölçüsü257.23 Kb.
  1   2   3   4   5
SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ona həmd edir, Ondan yardım istəyir, Onun məğfirətini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə onu azdıracaq, kimi də azdırsa onu doğru yola yönəl-dəcək kəs yoxdur. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. O, təkdir və şəriksizdir. Şəhadət edi-rəm ki, Muhəmməd Allahın qulu və son elçisidir.



Hörmətli oxucu! Bu risaləni qələmə almağımın səbəbi şiə məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: Mən sizə iki şeyi: Allahın kitabını və əhli-beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Tirmizi: 3786)

Şiələr bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar (yəni şiələr) əhli-sünnətdən fərqli olaraq əhli-beytə tabe olmağı vacib bilirlər. Guya ki, onların məzhəbi əhli-beytin məzhəbidir. Bu sə-bəbdən də onlar özlərini əhli-beytdən olan İmam Cəfərə nisbət edərək “Cəfəri” adlandırırlar.

Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə dəlildir. Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.

Birincisi: Hədisin məhz bu formada Peyğəmbərdən (salləlla-hu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdilər. Çünki bu hədisin sənədində Zeyd adlı bir rəvayətçi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı sayılan rəvayətçilərə muxalif olur. Bu hədisi İmam Müslim daha etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram.” (Müslim: 2408). Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Tirmizi-nin rəvayətindən fərqli olaraq burada əhli-beytə tabe olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr edilmişdir. Bunu, Müslimin Cabir ibn Abdullahdan (radiyallahu anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir:Mən sizə bir şeyi, Allahın kitabını qoyub gedirəm. Siz ondan tutunsanız, məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Müslim: 1218) Bu hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın kitabına tabe olan insanın haqq yoldan azmayacağını demiş, amma əhli-beytini qeyd etməmişdir.

İkincisi: Tirmizinin rəvayət etdiyi hədisi Şeyx Əlbani (rahiməhullah) səhih saymışdır. Bu hədisin səhihliyi barədə olan ixtilafı bir kənara qoyaraq deyirəm: “Bu hədis səhih olsa da, şiələrin zənn etdikləri mənadan təmamilə uzaq və onların leyhləri-nə yox, əleyhlərinə dəlildir. İstər Müslimin nəql etdiyi hədisdə “haqlarının qorunması” əmr edilən və istərsə də Tirmizinin nəql etdiyi hədisdə “tabe olunmaları” əmr edilən əhli-beytdən məqsəd şiələrin iddia etdikləri kimi yalnız Əli (radiyallahu anh) və onun övladları deyil. Əvvəla, əhli-beyt dedikdə Peyğəmbərin zövcələri nəzərdə tutulur. Bu həm Quran, həm Sünnət baxımından və həm də dilçilik və adət baxımından bu cürdür.

Qurandan dəlil əl-Əhzab/33-cü ayədir. Uca Allah buyurur:

{ وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلاَ تَبَرَّجْنَ تَبَرُّجَ الجَاهِلِيَّةِ الأُولَى وَأَقِمْنَ الصَّلاَةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ البَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا وَاذْكُرْنَ مَا يُتْلَى فِي بُيُوتِكُنَّ مِن ءَايَاتِ اللهِ وَالحِكْمَةِ إِنَّ اللهَ كَانَ لَطِيفًا خَبِيرًا }.

Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.” (əl-Əhzab/32-34). Ancaq burada əhli-beytə olan xitabın kişi cinsində olması şiələrin iddia etdikləri kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) zövcələrinin əhli-beytdən sayılmayacağına dəlalət etmir. Çünki evin kişisi ev əhlinin rəisi olduğundan ötrü, ev əhlinə (yəni zövcələrə) müraciət də kişi cinsində olmuşdur. Bu, ərəb dilçiliyində məlum olan bir qaydadır. Necə ki mələklər İbrahimin (aleyhissəlam) zövcəsinə övlad müjdəsi verərkən, ona kişi cinsində xitab etmişdirlər. Uca Allah buyurur:

{قالوا أتعجبين من أمر الله رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد}

Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun!..” (Hud/73). Bu ayədə də Uca Allah İbrahimin (aleyhissəlam) zövcə-sini əhli-beyt adlandırır.

Sünnətdən dəlil isə Peyğəmbərin namazlarında oxuduğu salavat duasının belə bir formasıdır: “Allahım! İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və onun zövcələrinə, zürriyətinə də bərəkət ver!” (Buxari və Müslim 1/306) Həmçinin sədəqə almaq da Peyğəmbərin zövcələrinə haram idi. Bu da, onların Muhəmmədin (salləllahu aleyhi və səlləm) əhli-beytindən olduğunun açıq bir isbatıdır. Çünki sədəqə insanların mallarının çirki sayılır və bu, Peyğəmbərin əhlinə haram idi. İbn Əbi Müleykə nəql edir ki, Xalid ibn Səid sədəqə malından bir inəyi Aişəyə göndərir. Aişə (radiyallahu anhə) isə onu geri qaytararaq deyir: “Bizə, Muhəmmədin əhlinə sədəqə haramdır.” (İbn Əbi Şeybə “Musənnəf” 3/214 səhihdir.)

Ərəb dilçiliyi baxımından da bu belədir. Məhşur ərəb dilçiləri və ən möhtəşəm ərəb dili izahlı lüğətlərinin müəllifləri demişdirlər: Əhli-beyt dedikdə, o evin sakinləri nəzərdə tutulur. Əhlur-rəcul (kişinin əhli) dedikdə, ona ən yaxın olan adamlar nəzərdə tutulur. Peyğəmbərin əhli-beyti dedikdə, onun zövcələri, qızları və yaxın qohumları nəzərdə tutulur. (Bax! İbn Mənzur “Lisanul-arab” 11/28, “əl-Qamusul-muhit” səh.1245 ləm hərfi bölümü, “əs-Sihah” 4/1628, “Mucəm Məqayis əl-lüğə” 1/161)

Adət baxımından bu məsələyə yanaşsaq, yenə də zövcənin kişinin əhli sayıldığını görəcəyik. Uca Allah Musanın (aleyhissə-lam) zövcəsinin onun əhlindən olduğunu bəyan edərək buyurur:

{ إذ رأى نارا فقال لأهله امكثوا إني آنست نارا لعلي آتيكم منها بقبس أو أجد على النار هدى}

O zaman o, bir od görüb ailəsinə demişdi: "Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” (Taha/10). Bütün bu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiə alimlərin-dən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklə-rindən ötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindən qəsdən əl-Əhzab/33-cü ayənin içərisinə daxil edilmişdir ki, bu ayəni oxuyan hər kəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbinin ən asas səkkiz kitabından birinin müəllifi olan Məclisi1 “Biharul-ənvər” (c.35 səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə etiqad etməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur. Hətta şiə məzhəbinin mötəbər və məhşur kitab-larında da Peyğəmbər zövcələrinin əhli-beytdən olmasına dair rəvayətlər mövcuddur. Məsələn, Ümmü Sələmə soruşur: “Ey Allahın Elçisi! Mən də sənin əhli-beytindənəmmi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə cavabında: “Bəli” – deyir. (“Biharul-ənvər”35/221 və 45/198, “Təfsirul-burhan” 3/321, Tusi “əl-Əmali” səh.136 və.s.)

Həmçinin əhli-beyt dedikdə Əlinin, Cəfər ibn Əbu Talibin, Əqil ibn Əbu Talibin və Abbas ibn Əbdülmüttəlibin ailələri nəzərdə tutulur. Bunların hamısına sədəqə almaq haram idi. Bu barədə dəlil Müslimin Zeyd ibn Ərqamdan nəql etdiyi hədisdir. (Müslim 2408). Ümumiyətlə Haşim övladlarının hamısı əhli-beytdən sayılır və onlara sədəqə malından pay almaq haram edil-mişdir. Buna dəlalət edən hədisi Müslim (1072) Rabiə ibn əl-Harisdən rəvayət etmişdir. Hətta bunu isbat edən şiə rəvayətləri də mövcuddur. Belə rəvayətlərin birində deyilir: Peyğəmbər (salləl-lahu aleyhi və səlləm) dedi: “Mən sizə iki şeyi: Quranı və əhli-beytimi qoyub gedirəm...”. Ondan soruşdular ki, bəs əhli-beytin kimlərdir? O (salləllahu aleyhi və səlləm) isə cavabında belə dedi: “Əlinin, Cəfərin, Əqilin və Abbasın ailələri.” (“Biharul-ənvər” 23/115, “Kəşful-ğummə” 1/44).



Xülasə, əhli-beyt məfhumu geniş bir məfhumdur. Şiələrin id-dia etdikləri kimi on dörd nəfərdən2 ibarət deyil. İndi mən sual verirəm. Kimdir əhli-beyti qəbul etməyənlər? Əhli-beytə mənsub olan hər kəsi əhli-beytdən sayan və onları sevən Əhli-sünnət, yoxsa Haşim oğullarını və Peyğəmbərin zövcələrini əhli-beytdən saymayan və onları söyən şiələr?

Onlar (yəni: şiələr) əhli-beytdən olan Abbasa və onun oğlu Abdullaha, həmçinin İmam Həsənin övladlarına rişxənd edirlər (Kuleyni “əl-Kəfi” 2/155 və 8/191, Kəşşi “Rical” səh.52). Onlar Abdullah ibn Abbası ağıldankəm, İmam Hüseynin nəvəsi Zeyd ibn Əlini şərabxor adlandırırlar. Həsən əl-Əskərinin qardaşı Cəfəri isə fasiq sayırlar. (“əl-Kəfi” 1/247 və 1/405, “Biharul-ənvər” 46/194)



Budurmu əhli-beytə qarşı olan hörmət və onlara tabeçilik?

Üçüncüsü: İmam Məlik “əl-Muvatta”da və Hakim də “əl-Müstədrək”də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini nəql etmişdirlər: “Mən sizə iki şey buraxdım. Siz bunlara bağlı qaldıqca azmayacaqsınız. Bunlar Allahın kitabı və Rəsulunun sünnətidir.” Bu hədis də Müslimin rəvayət etdiyi hədisi gücləndirir. Çünki burada da tabeçilik əhli-beytə yox, Quran və Sünnətə yönəldilmişdir. Bir çox halda şiələrin bu hədisi rədd etdiklərini gördüm. Bu hədisi qəbul etməyən, görəsən bu ayələrə nə cavab verəcək? Uca Allah buyurur:

Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” (ən-Nisə/13-14);

Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görür-sən.” (ən-Nisə/61);

Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!"– demələridir...” (ən-Nur/51);

Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha və Onun Elçisinə tabe olardıq!"” (əl-Əhzab/66);

Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! (Muhəmməd/33).

Bu mənada olan ayələr Quranda çoxdur. Onların hamısında da Allaha və Rəsuluna itaət etməkdən bəhs edilir. Deməli, şəriətdə əsas olan budur. Əhli-beytə tabe olmaq və onların yolu ilə getmək də mühüm məsələlərdəndir. Çünki onların Quran və Sünnətin qorunmasında əməkləri çox böyükdür. Bu ümmət, Quranın təfsi-rində ibn Abbasdan faydalandığı qədər bəlkə də heç kəsdən fayda-lanmayıb. Həmçinin Aişə anamız da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabələrdən biridir. Onun rəvayət etdiyi hədislərin sayı 2000-dən artıqdır. Bu da onun dinə olan xidmətidir. Bu iki səhabə də əhli-beytin ən şərəfli simalarındandır. İbn Abbasın yüzlərlə ayəyə verdiyi şərhlər də, Aişənin rəvayət etdiyi 2000-dən artıq hədis də, Əlinin nəql etdiyi yüzlərlə hədis və onun verdiyi şəri hökmlər, bütün bunların hamısı əhli-sünnətin təfsir, hədis və fiqh kitablarında yer almışdır. Bu əhli-beytə tabeçilik deyil də, bəs nədir?

Dördüncüsü: Peyğəmbər (salləllahu aleyhi və səlləm) de-mişdir: “Mənim sünnətimdən və məndən sonra gələcək, hidayətə çatmış Raşidi xəlifələrimin sünnətindən azı dişləriniz ilə yapı-şın!..” (Əhməd “Müsnəd” 4/126, Tirmizi 5/44-də hədis üçün həsən-səhih demişdir, Əbu Davud 5/13, İbn Məcə 1/15, Darimi “Sünən” 1/57, Hakim “Müstədrək”də hədisi səhih saymış və Zəhəbi də onunla razılaşmışdır: 1/95-96, Şeyx Əlbani də hədisi səhihləmişdir: “Mişkətul-məsabih” 1/58).

Həmçinin o (salləllahu aleyhi və səlləm): “Məndən sonra iki şəxsə, Əbu Bəkrə və Ömərə tabe olun!” – demişdir. (Əhməd 5/399, Tirmizi 5/610, Hakim 3/79. Hədis səhihdir. Bax! Əlbaninin “Silsilətul-əhadis əs-sahiha” əsəri 3/233 hədis no: 1233).

Əhli-beytə tabeçiliyi əmr edən hədislər də bu cürdür. Bu hə-dislərə əsasən bəzi alimlər demişdir ki, Raşidi xəlifələrin3 icması (bir məsələ üzərində yekdil rəyə gəlmələri) şəriətdə hüccət (dəlil) sayılır. Alimlərdən bir qismi isə yuxarıda qeyd etdiyim ikin-ci hədisə əsasən: “Əbu Bəkr və Ömər bir məsələdə ittifaq etsələr, bu mənim üçün hüccət sayılar” – demişdir. Əbu Yalə də: “Tirmizinin rəvayət etdiyi hədisə əsasən Haşim övladları-nın (yəni əhli-beytin) icması hüccətdir” – demişdir (Bax! “Minhəcus-sunnə” 4/85).

BİRİNCİ ƏMANƏT: “QURAN”

Səqəleyn hədisində qeyd olunan birinci və ən böyük əmanət, Allahın kitabı Qurandır. Bu hədisi əhli-sünnətə qarşı dəlil olaraq irəli sürən və bütün nəzərləri ikinci əmanətə (Əhli-beytə) yönəltmək istəyən şiələr birinci əmanəti – Quranı unutmuşdurlar. Bu əmanəti qoruyan, bu əmanətə (Qurana) sadiq qalan və onunla əməl edən, ona düzgün münasibət bəsləyən kimlərdir? Əhli-sünnət yoxsa şiələr?



Birincisi: Elə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sağ-lığında ikən, Quranı yazmaq işi onun tərəfindən səhabələrinə tapşı-rılmışdır. Bu dövrdə yazıdan çox əzbərləmək ön planda idi. Çünki hafizələr güclü idi. Yazı üçün lazım olan alətlər isə az idi. Bu səbəbdən Quran tam bir müshəf halında toplanmamışdır. Quranı tam olaraq əzbər bilən bir çox səhabə var idi. Ancaq hər nazil olan ayə əzbərlənməklə birlikdə yazılırdı. Osmandan (radiyallahu anh) belə dediyi nəql olunmuşdur: “Peyğəmbərə bir ayə nazil olduğu zaman, vəhy katiblərindən birini çağırar və belə deyərdi: Bu ayələri bu, bu mövzuların olduğu surəyə qoy!” (Nəsai 7008, Əbu Davud 786, Tirmizi 3086, Əhməd 399). Beləliklə səhabələr, Peyğəmbərin sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi xəlifə, Zubeyr ibn Əvvam, Ubey ibn Kəb, Zeyd ibn Sabit, Muaviyə ibn Əbi Süfyan və Məhəmməd ibn Məsləmə Quranın katibliyini etmiş səhabələrdəndir.

İkincisi: Əbu Bəkrin xilafəti zamanı Quranın yazılması. Bütün bunlarla birlikdə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman Quran, nə vəhy katiblərinin nə də digər səhabələrin əlində tam bir müshəf halında deyildi. Yazılı nüsxələr müxtəlif şəxslərdə dağınıq bir halda idi. Bir surə bir səhabənin, başqa bir surə isə başqa bir səhabənin evində idi. Əbu Bəkrin xilafəti zamanı h.12-ci ildə Yəməmə döyüşündə çoxlu sayda Quran hafizi şəhid edildi. Bu səbəbdən Ömər (r.a) Əbu Bəkrə (r.a) təklif etdi ki, Quranı bir müshəf halında toplasın. Əbu Bəkr isə bu şərəfli və məsuliyyətli işi Zeyd ibn Sabitə həvalə etdi. Çünki o, elə Peyğəmbərin sağlığında Quranı ən mükəmməl şəkildə, tam olaraq əzbər bilən dörd nəfərdən biri idi. Bu dörd nəfər: Ubey ibn Kəb, Muaz ibn Cəbəl, Əbu Zeyd və Zeyd ibn Sabitdir. Ömər (radiyal-lahu anh) camaata elan edib bildirdi ki, kimdə Qurandan bir yazı varsa, gətirsin! Zeyd (radiyallahu anh) deyir ki: “Mən də Quranı xurma yarpaqları üzərindəki, daş üzərlərindəki yazılardan və əzbərdən bilən insanların qəlblərindən topladım.” Onun Quranı toplayarkən qoyduğu şərtlər belə idi:

a. Gətirilən ayələrin əzbərlənmiş olması.

b. Peyğəmbərin hüzurunda yazılmış olması.

c. Bütün bunların da ən azı iki şahidin şahidliyi ilə isbat edilməsi.

Zeyd (radiyallahu anh) Allahın kitabını əzbər bildiyi halda, ona həvalə olunmuş bu məsuliyyətli işə bu qədər ciddi yanaşdı. Bir ilə yaxın bir müddət içərisində Quranın toplanması işi tamamlandı. Daha sonra Zeyd, Quranın müshəfini Əbu Bəkrə təhvil verdi. Müshəf, vəfat edincəyə qədər Əbu Bəkrin yanında qaldı. Daha sonra həyatı boyunca Ömərin yanında, sonra da Ömərin qızı Həfsənin yanında qaldı.



Üçüncüsü: Osmanın xilafəti zamanı Quranın yazılması. Bu hadisə h.25-ci ildə baş vermişdir. Beləki, müsəlmanlar Hüzeyfə ibn Yəmənin başçılığı ilə Ermənistana və Azərbaycana cihada çıxmışdılar. Bu döyüşdə Şam camaatı ilə Küfə xalqı bir yerdə idi. Həmin vaxt Hüzeyfə (r.a) görür ki, bu iki bölgənin əhalisi Quranın bəzi kəlmələrinin oxunuşu barəsində ixtilafa düşür. Çünki Küfə xalqı Abdullah ibn Məsudun qiraəti ilə, Şam əhalisi isə Ubey ibn Kəbin qiraəti ilə oxuyurdular. Bu ixtilaf Hüzeyfəni qorxutdu və o, Mədinəyə, İmam Osmanın yanına gələrək bu ixtilafı həll etməsini istədi. Osman (r.a) da Ömərin qızı Həfzəyə xəbər göndərərək: “Əlindəki müshəfi bizə göndər ki, biz də onu çoxaldıb sənə qaytaraq” dedi. Həfzə də müshəfi Osmana göndərdi. Osman da bu müshəfi çoxaltmaq üçün Zeyd ibn Sabiti, Abdullah bin.Zubeyri, Səid ibn əl-Ası və Abdurrəhman ibn əl-Haris ibn Hişamı seçdi. Bu şərəfli iş tamamlanandan sonra Osman, müshəfi Həfzəyə qaytardı və bu Quranın xaricində nə qədər nüsxə var idisə, onları yandırmağı əmr etdi. (Buxari 4987, Fəthul-Bəri 9/11). Osman bu işi səhabələr ilə məsləhətləşəndən sonra etmişdir. Bu barədə Əli (r.a) belə deyir: “Allaha and olsun ki, müshəflərə etdiyini bizimlə məsləhətləşəndən sonra etmişdi. Osman belə dedi: “Mən insanları bir müshəf ətrafında toplamağı məqsədə uyğun bilirəm...” Biz də: “Sənin bu fikrin çox doğru bir fikirdi, dedik.” (İbn Əbid-Dünya “Kitabul-Məsahif” 22, Xətib “əl-Fəslu li vusulil-Mudrək” 2/954). Musab ibn Sad isə belə demişdir: “Osman digər (səhabələrin əlində olan və özlərinin yazdığı) müshəfləri yandırmaq istəyəndə, hər kəs bu işi bəyəndi və heç kəs etiraz etmədi.” (İbn Əbid-Dünya “Kitabul-Məsahif” səh.16)

Bütün bunlardan sonra ortaya belə bir sual çıxır: Allah Quranı kimlərin əli ilə qorumuşdur? Şiələrin yoxsa, onların nif-rət etdikləri kişilərin?! Bax, “Səqəleyn” hədisini əhli-sünnətə qarşı dəlil gətirən şiələr ilk növbədə bu suala cavab verməlidirlər.



Dördüncüsü: Quranın 14 qiraəti mövcuddur. Bu qiraətlər-dən 7-si əsas, 3-ü köməkçi və 4-ü şəzz qiraətlərdir.4 Bu gün yer üzərində olan milyonlarla müsəlman (məzhəbindən aslı olmaya-raq) Quranı bu 10 qiraətdən birinin vasitəsi ilə oxuyurlar. Bu 10 qiraət mütəvatir (çoxsaylı) sənədlə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən nəql olunmuşdur. Səhabələr də, bu qiraət formalarını Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) öyrənmişdirlər. Şübhəsiz ki, Quran, bu on qarinin (Quran biliciləri-nin) sayəsində qorunmuşdur. Bu on qarinin hamısı da əhli-sünnət-dəndir. Yəni, Quranın oxunuş qaydalarını Peyğəmbərin əshabın-dan nəql edən ravilərin hamısı əhli-sünnətin raviləridir. Deməli, Quran bizə əhli-sünnət yolu ilə nəql olunmuşdur. Bunların içərisində bir dənə də olsa şiə ravisi yoxdur. Bəs hanı sizin Qurana olan xidmətləriniz? Axı o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə tərk edib getdiyi ən böyük əmanətidir. Harada qaldı “Səqəleyn” hədisinə tabeçilik? Haradadır əhli-beyt imamlarından nəql etdiyiniz Quran? Nə üçün Zürarə ibn Əyun, Cabir əl-Cofi və Əbu Bəsir kimi raviləriniz İmam Cəfərdən minlərlə hədis rəvayət etdikləri halda, ondan və digərlərindən Quran (qiraətini) nəql et-məyiblər? İmam Cəfərin vasitəsi ilə Quran qiraəti nəql edən qari Həmzə əz-Zəyyatdır. Bu qari də əhli-sünnətdəndir. (İbn əl-Cəzəri “ən-Nəşru fil-qiraətil-aşara” 1/133, Zəhəbi “Siyəru Əlamin-nubəla” 7/90) Bəs haradadır şiə raviləri? Şübhəsiz ki, şiələrin Quran üçün nə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), nə də onun əhli-beytindən bir sənədləri yoxdur. Bu gün də yer üzərində yaşayan bütün şiələr, Quranı bu 10 qiraətdən biri ilə oxuyurlar. Deməli, onlar dinin əsas təməllərindən biri olan Quran barəsində əhli-sünnətə möhtacdırlar. Quranı bizə nəql edən on qari isə bunlardır:

1. Mədinəli qari İmam Nafi ibn Abdirrəhman (vəfatı hicri:169)

2. Məkkəli qari İmam Abdullah ibn Kəsir (v.h.120)

3. Bəsrəli qari İmam Əbu Amr ibn Ala (v.h.154)

4. Şamlı qari İmam Abdullah ibnşAmir (v.h.118)

5. Küfəli qari İmam Asim ibn Əbin-Nəcud (v.h.128)

6. Küfəli qari İmam Həmzə ibn Həbib əz-Zəyyat (v.h.156)

7. Küfəli qari İmam Əli ibn Həmzə əl-Kisai (v.h.189)

8. Mədinəli qari İmam Əbu Cəfər Yezid ibn əl-Qaqa (v.h.128)

9. Bəsrəli qari İmam Yaqub ibn İshaq (v.h.205)

10. Bağdadlı qari İmam Xələf ibn Hişam (v.h.229) 5

Bu on qiraət forması 13 səhabədən: Ömər ibn Xəttab, Osman ibn Əffan, Əli ibn Əbi Talib, Zeyd ibn Sabit, Ubey ibn Kəb, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Abdullah ibn Əyyaş, Abdullah ibn əs-Saib, Əbu Musa əl-Əşari, Əbu Dərda, Əbu Hureyrə və Hüseyn ibn Əlidən nəql olunmuşdur. Quranın qiraətini əhli-beytdən: Əli, İbn Abbas və Hüseyndən rəvayət edən məhz əhli-sünnətin raviləridir. Biz, bu ravilərin içərisində bir dənə də olsa şiə ravisi görə bilmirik. Şiələrdən bəziləri iddia etmişdir ki, İmam Asim və onun tələbəsi Həfs şiə olmuşdur. Bu iddiaya qarşı bir neçə yöndən cavab vermək olar.



  1. Şiələr əhli-beyt imamlarından Quran üçün bir dənə də olsa, şiə ravilərindən ibarət sənədin mövcudluğunu isbat etməkdən aciz qaldıqları vaxt, belə bir yalan iddianı irəli sürdülər.

  2. Əgər İmam Asimin qiraətinin ravilərinin küfəli şiələr oldu-ğunu iddia edirsinizsə, bu idianızı açıq dəlillər ilə isbatla-malısınız. Siz, Əhli-sünnətin rical kitabları (yəni: ravilərin kimliyindən bəhs edən əsərlər) ilə bunu isbatlaya bilərsiniz-mi? Əgər bunu, bizim kitablarımızla isbatlamağı bacarmırsı-nızsa, o zaman onların şiə olduqlarını öz rical kitablarınız-la isbat edin!

  3. Şiələrin ən mötəbər rical kitablarının müəllifləri olan Kəşşi, Hilli, Nəcaşi, İbn Davud, Bərqi və Xəqani öz kitablarında Həfs ibn Süleymanın həyatına (tərcümeyi-halına) yer verməmişdirlər. Yalnız Tusi öz ricalında onun tərcümeyi-halına yer vermiş və Həfsi İmam Cəfərin tələbələrindən saymışdır. (“Rical ət-Tusi” səh.189) Ancaq onun şiə, yaxud etibarlı və ya yalançı ravi olduğunu qeyd etməmişdir. Ayətullah ət-Tustəri də “Qamus ər-rical” (3/582) əsərində Həfsin tərcümeyi-halına yer vermiş, ancaq onun şiə ravisi olduğunu isbat edə bilməmişdir.

  4. Sual verilsə ki: “Onun, İ.Cəfərin tələbələrindən olması, şiə olmasının isbatı deyilmi?” Cavabım belə olacaq: “Əlbətdəki xeyr”. Çünki şiə alimlərinin özlərinin də dediyi kimi, imamların əshabı (yəni: dostları, tələbələri) içərisində nəinki əhli-sünnət raviləri, hətta əhli-beytin düşməni olan nəvasiblər də olub. Məsələn, şiə müəlliflərinə görə Əhməd ibn əl-Xasib adlı şəxs İmam əl-Hədinin əshabından sayılır. Ancaq o, nasibi (əhli-beyti söyən) idi. (ət-Tustəri “Qamus ər-rical” 1/180)

  5. Xülasə, bilmək lazımdır ki, nə isə iddia etmək asan ola bilər. Amma əsas olan iddia etmək yox, o iddianı isbat etməkdir. Şübhəsiz ki, isbatı olmayan iddianı irəli sürməkdən də heç kəs aciz deyil.

Beşincisi: Bu yerdə belə bir sual ortaya çıxır. Quranı Əbu Bəkr (radiyallahu anh) cəm etdiyi və onu Osman (radiyallahu anh) çoxaltdığı və onun qiraətini əhli-sünnət qariləri nəql etdiyi halda, necə olur ki, şiələr bu Quranı qəbul edirlər? Onlar nəql edəni (yəni, səhabələri) qəbul etmədikləri halda, necə olur ki, nəql oluna-nı (yəni: Quranı) qəbul edirlər? Quranın oxunuş şəklini rəvayət edən və beləcə Quranı bizə çatdıran əhli-sünnətin bu imamları (raviləri), o cümlədən də peyğəmbər hədislərini rəvayət etmiş və bizə çatdırmışlar. Bu hədislərin hamısı əhli-sünnətin hədis kitab-larında mövcuddur. Şiələr onlar tərəfindən rəvayət olunan Quranı qəbul etdikləri halda, nə üçün onların nəql etdikləri sünnəti (hədisləri) qəbul etmirlər?
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə