Sənəd "regiON" Beynəlxalq Analitik Mərkəz tq-nun rəhbəri Razi Nurullayev tərəfindən hazırlanmışdır




Yüklə 39.68 Kb.
tarix11.03.2016
ölçüsü39.68 Kb.
Sənəd “REGİON” Beynəlxalq Analitik Mərkəz TQ-nun rəhbəri Razi Nurullayev tərəfindən hazırlanmışdır.

Paper has been prepared by Mr.Razi Nurullayev, head of Initiative Group of “REGION” International Analytic Center (RIAC). The paper is about common reasons for NGOs registration with the Minsitry of Justice. Many rejection reasons are reiterated in many letters addressed to NGOs by the Ministry. If you get this paper translated into English, please, do not forget to send the copy to razi.nur@gmail.com.

www.rbam.org

QHT-lərin qeydiyyatına yaradılan

ƏSAS İMTİNA SƏBƏBLƏRİ

  1. Sədr müavinin səlahiyyətlərinin göstərilməməsi;

  2. "Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 5-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının daimi və ya müvəqqəti əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis olunmasının göstərilməməsi;

  3. Üzvülərinin məhkəməyə müraciət hüququnun göstərilməməsi;

  4. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.4-cü maddəsinə görə protokol deyil, qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərarın təqdim olunması;

  5. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər ( dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri-16 yaşına) çatmış fiziki şəxslər ola bilər, ona görə nizamnamənin 5.1-ci bəndi həmin maddənin tələblərinə uyğunlaşdırılmalıdır;

  6. Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq qeyri-hökumət təşkilatlarının təsisçilərinin qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətdə isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. Həmin maddənin tələblərinə zidd olaraq qurumun nizamnaməsində təsisçilərin qarşılıqlı vəzifələrinin həcmi göstərilməmişdir.  

  7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.2 maddəsinə uyğun olaraq təşkilatın qeydiyyat sənədlərinə baxılması müddətinin 30 gün artırılması.

  8. Nazirlər kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması barədə ərizənin məzmunu”nun 5-ci bəndinə uyğun olaraq ərizədə saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat göstərilməməsi.

  9. “Hüquqi şəxslərin dövlər qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.4.1-ci maddəsinə zidd olaraq qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərarda onun yaradılması barədə müddəanın qeyd edilməməsi.

  10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr Notariat qaydasında təsdiqlənməlidir.

  11. Nizamnamənin 7.1-ci bəndində təşkilatın fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Odur ki, nizamnamənin müvafiq bəndinin Məcəlləyə uyğunlaşdırılması zəruridir.

  12. “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən ictimai birliyin idarəetmə orqanlarının səlahiyyətli birliyin nizamnaməsində müəyyən edilməlidir. Təqdim olunan nizamnamələrdə sədr müavinlərinin vəzifəsi nəzərdə tutulsa da, həmin maddənin tələbinə zidd olaraq onun səlahiyyətləri göstərilməmişdir.

  13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyinə) təqdim edilən sənədlərdə təşkilatların müraciət ərizəsisın aşkar edilməməsi.

  14. Təddim edilmiş sənədlərin yoxlanılması zamanı qurumun təsisçi və ya təsisçlərinin şəxsiyyət vəsiqələrinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü və 7-ci maddələrinə əsasən qüvvədən düşdüyünün aşkar edilməsi.

Əksər QHT-lərin sənədləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən geri qaytarılmışdır.
Ədliyyə Nazirliyinin qeyri-adi iradları da olub: Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Nizamnaməsində "Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" “qanunun adı düzgün yazilmayib yəni "lər" şəkilçisi yazilmayib” cümləsi ilə sənədləri geri qaytarıb. Qanunun adı “ictimai birliklər” əvəzinə “ictimai birlik” yazılıb.

4 (dörd) İctimai Birlik üzrə aparılan

araşdırmaların nəticələri
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
a) 26 yanvar 2009-cu ildə muraciet edilib. Nazirlik 29 aprelde teshkilati qeydiyyata almaqdan imtina edib ve esas kimi göstərib ki, teshkilatin Nizamnaməsində  qanunun adı düzgün yazilmayib yəni "lər" şəkilçisi yazilmayib. "Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda ictimai birliklər əvəzinə ictimai birlik yazılıb.

b) 6 may 2009-cu ildə Ədliyyə Nazirliyinə yenidən müraciət edilib. 18 avqust 2009-cu ildə Nazirlik yenidən qeydiyyatdan imtina edib və əsas kimi də göstərib ki, Nizamnamədə təşkilatın daimi və ya müvəqqəti əsaslarla fəaliyyət göstərilməməsi olub.

c) 3 dekabr 2009-cu ildə yenidən Nazirliyə muraciət edilib. Lakin mart 2010-cu ildə Nazirlik yenidən qeydiyyatdan imtina ilə bağlı məktub göndərib. İmtina üçün əsas isə Təşkilatın nizamnaməsində üzvülərinin məhkəməyə müraciət hüququnun göstərilməməsi olub. 

P.S. Təşkilatın qeydiyyatından birinci dəfə imtina olunandan sonra təsisçilər Məhkəməyə müraciət ediblər lakin hələdə məhkəmə prosesi davam edir. 3 dekabr 2010-cu ildə Bakı Apellyasiya Məhkəməsi iddiaçıların şikayətini təmin etməyib



Sosial-İqtisadi və Hüquqi Maarifçilik” ictimai birliyi

Imtina 1

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.3.1-ci maddəsinə əsasən ərizədə təsisçi (təsisçilər) fiziki şəxs olduqda – onun (onların) adı, soyadı, atasını adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməlidir. Lakin həmin maddəyə zidd olaraq ərizədə təsisçilərin yaşadığı yer göstərilməmişdir;

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.4-cü maddəsinə görə protokol deyil, qurumun yaradılması və nizamnamənin təsdiq edilməsi haqqında qərar təqdim olunmamışdır.

Imtina 2

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları daimi əsaslara və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilər. Təqdim olunmuş sənədlərdə qurumun daimi əsaslara və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilməsi müəyyən olunmamışdır.



Imtina 3

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər ( dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri-16 yaşına) çatmış fiziki şəxslər ola bilər, ona görə nizamnamənin 5.1-ci bəndi həmin maddənin tələblərinə uyğunlaşdırılmalıdır.

Göstərilənlərlə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır.

« Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi » ictimai birliyi  
Ərizəçilər  28 mart 2009-cu il tarixində “Regional İnsan Hüquqları və Sosial Araşdırmalar  Mərkəzi”  Qeyri Hökümət Təşkilatını təsis ediblər.Təşkilatın dövlət qeydiyyatına alınması üçün sənədlər toplanılaraq  07 aprel  2009-cu il tarixdə Ədliyyə Nazirliyinin Qeydiyyat  və Notariat  Baş İdarəsinə müraciət olunub.

  Ədliyyə Nazirliyinin 25 may 2009-cu il tarixli, 11/ 663 saylı məktubu ilə Ərizəçilərin sənədlərinə baxılması müddəti 30 gün artırılmışdır. Cavabdehin  07 avqust 2009-cu il tarixli, 11/1000 saylı məktubu ilə təşkilatın nizamnaməsində bir sıra çatışmazlıqlar aşkar olunaraq, sənədlər icra olunmadan Ərizəçilərə geri qaytarılıb.



İmtina 1       

Qeyri-hökümət təşkilatları (ictimai birliklər vəfondlar)haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilər.



Həmçinin həmin Qanunun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq qeyri-hökumət təşkilatlarının təsisçilərinin qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətdə isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. Həmin maddənin tələblərinə zidd olaraq qurumun nizamnaməsində təsisçilərin qarşılıqlı vəzifələrinin həcmi göstərilməmişdir.  

İmtina 2 

Ərizəçilər nizamnamədə olan çatışmazlıqları aradan qaldıraraq,  2009-cu il tarixdə yenidən Ədliyyə Nazirliyinə müraciət ediblər. Cavabdehin 14 oktyabr 2009-cu il tarixli 11/1278 saylı məktubu ilə Ərizəçilərin sənədlərinə baxılması müddəti 30 gün artırılıb. Cavabdehin 24 noyabr 2009-cu il tarixli başqa bir məktubu ilə sənədlər geri qaytarılıb.

Qeyri-hökümət təşkilatları (ictimai birliklər vəfondlar)haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilər.

Təqdim olunmuş sənədlərdə qurumun daimi əsaslarla və ya konkret məqsədlərə nail olunmaq üçün təsis edilməsi müəyyən olunmamışdır.

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında”Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılıb.           



Avrointeqrasiyaya Doğru” ictimai birliyi

Imtina 1

№11/69 qərarla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.2 maddəsinə uyğun olaraq təşkilatın qeydiyyat sənədlərinə baxılması müddəti 30 gün artırılmışdır.



Imtina 2

№11/2211 qərarla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.2 maddəsinə uyğun olaraq təşkilatın qeydiyyat sənədlərinə baxılması müddəti 30 gün artırılmışdır.



Imtina 3

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.2 maddəsinə müvafiq olaraq qurumun qeydiyyat sənədlərinə baxılması müddəti 30 gün artırılmışdır. Sənədlərə baxılma müddətinin artırilması ilə bağlı Ədliyyə Nazirliyinin 23.01.2008-ci il tarixli 11/69 nömrəli məktubu qurumun həmtəsisçisi Qəniyeva Nabat Şamxal qızının yaşadığı ünvana (Bakı şəhəri, 3-cü Xrebtovı 129/110) göndərilmişdir. Lakin həmin məktub müvafiq poçt xidməti tərəfindən “ Ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır.



Imtina 4

Nazirlər kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması barədə ərizənin məzmunu”nun 5-ci bəndinə uyğun olaraq ərizədə saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat göstərilməlidir.

Həmçinin, “Hüquqi şəxslərin dövlər qeydiyyatı və dövlət reyestri haqqında”.Qanunun 5.4.1-ci maddəsinə zidd olaraq qurumun yaradılması və nizamnaməsinin təsdiqi edilməsi haqqında qərarda onun yaradılması barədə müddəa qeyd edilməmişdir.

Teliviziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyi

Imtina 1


Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr Notariat qaydasında təsdiqlənməlidir.

Imtina 2


“Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 5-ci maddəsinə əsasən qeyri-hökümət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilər. Təqdim lunmuş sənədlərdə qurumun daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis edilməsi müəyyən olunmamışdır.

Imtina 3


Nizamnamənin 7.1-ci bəndində təşkilatın fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilməsi nəzərdə tutulmuşdur.

Mülki Məcəllənin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.Odur ki,nizamnamənin müvafiq bəndinin Məcəlləyə uyğunlaşdırılması zəruridir.

Imtina 4

“Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən ictimai birliyin idarəetmə orqanlarının səlahiyyətli birliyin nizamnaməsində müəyyən edilməlidir. Lakin qurumun təqdim olunan nizamnaməsində sədr müavini vəzifəsi nəzərdə tutulsa da, həmin maddənin tələbinə zidd olaraq onun səlahiyyətləri göstərilməmişdir.

Imtina 5 - No 11/77; 19\01\2010

“Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” ictimai birliyinin dövlət qeydiyyatına alınması məqsədilə Ədliyə Nazirliyinə təqdim etdiyiniz sənədlərə baxılma müddəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında “ Qanunun 8.2-ci maddəsinə əsasən 30 gün uzadılmışdır.

Imtina 6 - No 11/1253; 08\10\2009

“Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” ictimai birliyinin dövlət qeydiyyatına alınması məqsədilə Ədliyə Nazirliyinə təqdim etdiyiniz sənədlərə baxılma müddəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında “ Qanunun 8.2-ci maddəsinə əsasən 30 gün uzadılmışdır.

Imtina 7

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyinə) ərizə ilə müraciət edilməlidir. Lakin təqdim edilən sənədlərdə təşkilatın müraciət ərizəsi aşkar edilməmişdir.

Həmçinin, təddim edilmiş sənədlərin yoxlanılması zamanı qurumun təsisçiləri Cəfərov Rəsul Ağahəsən oğlu və Heybətov Əhməd Nurəddin oğlunun şəxsiyyət vəsiqələrinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü və 7-ci maddələrinə əsasən qüvvədən düşdüyü aşkar edilmişdir.

Nəticə

Nəticə bundan ibarətdir ki, Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatını əsassız olaraq qeydə almaqdan yayınmış, qurumun sənədlərini müxtəlif bəhanələrlə geri qatarmaqla qanunsuzluğa yol vermişdir.



--------------------------------------------------------------------------------------------------------------------------

Contact Razi Nurullayev at razi.nur@gmail.com; Tel: (012) 436 0941



Mob: (994 50) 323 7024


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə