Səmərəli dövlət idarəçiliyi: üsul və texnologiyalar




Yüklə 5.54 Kb.
tarix23.04.2016
ölçüsü5.54 Kb.
Dövlət İdarəçilik Akademiyasının Diskussiya Klubu “Səmərəli dövlət idarəçiliyi: üsul və texnologiyalar” mövzusunda elmi-maarifləndirici seminar keçirib
Noyabrın 26-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Diskussiya Klubu “Səmərəli dövlət idarəçiliyi: üsul və texnologiyalar” mövzusunda elmi-maarifləndirici seminar keçirib. Seminarda Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyi və siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov, siyasi ekspert Elman Nəsirov və Diskussiya Klubunun üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının Diskussiya Klubunun sədri Tamerlan Dəmirbəyli dövlət idarəetməsinin səmərəliliyi mövzusunda təşkil olunmuş bu seminarın dövlət idarəçiliyi sahəsində mütəxəssislərin, peşəkar kadrların hazırlanmasında mühüm rol oynayan Dövlət İdarəçilik Akademiyasında keçirilməsinin təsadüfi olmadığını qeyd etdi.

Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyi və siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov “İnzibati dövlət idarəçiliyinin əsasları” barədə məruzəsiylə tələbələrə geniş məlumat verdi.

Dövlət İdarəçilik Akademiyasının siyasi eksperti Elman Nəsirov “Siyasi idarəetmə və beynəlxalq münasibətlər” mövzusunda məruzə edərək beynəlxalq arenada Azərbaycan Respublikasının uğurlu xarici siyasətindən söhbət açdı.



Tədbirdə, həmçinin, Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi işçisi Aygün Əsgərzadə, Akademiyanın Diskussiya Klubunun sədr müavini Ayşən Quliyeva, Akademiyanın məzunları Afaq Əhmədova və Rza Əliyev, BDU-nin Tələbə-Gənclər Təşkilatının sədr müavini Lamiyə Hüseynova çıxış edərək tələbələrə dövlət idarəçiliyinin nəzəri əsaslarının müxtəlif aspektləri barədə qısa məlumat verdilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə