Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu üzrə inzibati reqlament




Yüklə 70.59 Kb.
tarix05.03.2016
ölçüsü70.59 Kb.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 03 noyabr 2015-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir.


Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin satışı üzrə keçirilən ixtisaslaşdırılmış pul hərraclarında fiziki və hüquqi şəxslər tərəfindən I və II növ sifarişlərin verilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.3-cü bəndi;

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndi;

1.3.5. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”nin 3.0.3-cü yarımbəndi;

1.3.6. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 24.28-ci bəndi.


1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi (bundan sonra – Mərkəz).
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.

1.7. Elektron xidmətin icra müddəti: Hərracın keçirilməsi haqqında məlumatda göstərilən sifarişlərin qəbulunun başlanma günündən 5 (beş) gün.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: sifariş və ona əlavə edilmiş sənədlərin qəbulu barədə qəbzin təqdim edilməsi və alıcının (sifarişçinin) hərracda aldığı səhmlərə mülkiyyət hüququ əldə etməsi (səhmdar olması) barədə “Bildiriş”in verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nın 3.1-ci bəndi ilə müəyyən edilmiş tələblərə uyğun hüquqi (səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər istisna olmaqla) və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: www.e-emdk.gov.az, e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
1. www.e-emdk.gov.az

2. www.auksion.gov.az

3. “Mülkiyyət” qəzeti

4. Çağrı mərkəzi: (012) 566 07 44

5. e-mail: info@auksion.gov.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Fiziki şəxslər üçün:
- Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin rekvizitləri (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsinin seriya və nömrəsi).
2.6.2. Hüquqi şəxslər üçün:

1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2. Hüquqi şəxsin nizamnaməsinin təsdiq edilmiş surəti;

3. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə;

4. Hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması
İstifadəçi bu  Reqlamentin 2.4-cü bəndində göstərilən  internet ünvanlara daxil olub müəyyənləşdirilmiş avtorizasiya prosesini keçdikdən sonra sifarişin növünü (1 nömrəli əlavə və ya 2 nömrəli əlavə), səhmdar cəmiyyətini seçir və avtomatik olaraq doldurulmuş  sifariş formasını yoxlayır.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq səhmdar cəmiyyətinin səhminin nominal dəyəri həcmində və ya onun 2 və daha çox tam mislinə bərabər olan pul vəsaiti aşağıda göstərilən hesaba ödənilməlidir:
Rekvizitlər:

Dövlət Xəzinədarlıq Agentliyi

Kod 210005

VÖEN 1401555071

Müxbir hesab AZ85NABZ01360100000003003944

SWIFT BİK CTREAZ22

Vəsaiti alan: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi

Hesab nömrə AZ77 CTRE 00000000000002647902

VÖEN 2000325371

Büdcə təsnifat kodu: 142110

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifat kodu: 142110



Ödəmə üsulları: elektron ödəniş

3.1.2. Sorğunun qəbulu
Sorğu istifadəçi tərəfindən bu Reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu və müvafiq məbləğin elanda göstərilən hesaba ödənildiyi tarixdə qeydə alınır və bu barədə istifadəçiyə dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən aşağıdakı hallarda imtina edilir:
1. sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;
2. sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;
3. hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar düzgün tərtib edilmədikdə.
4. sorğu bu Reqlamentin 1.7-ci bəndində göstərilən müddət başa çatdıqdan sonra verildikdə.
Elektron xidmətin göstərilməsindən imtina edildikdə əsaslandırılmış imtina barədə istifadəçiyə elektron formada bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: Sorğu bu Reqlamentin 3.1.1.-ci yarımbəndinə uyğun formalaşdırıldıqda qəbul olunur və bu barədə istifadəçiyə dərhal bildiriş göndərilir.

3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. təqdim edilən sənədlər qəbul edilir və icra edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə göndərilir;

2. qəbul edilən sənədlər yoxlanılır, sənədlərdə imtina üçün əsas olduqda xidmətin göstərilməsindən imtina edilir;

3. imtina üçün əsaslar olmadıqda sifarişin qəbulu barədə bildiriş elektron formada təqdim edilir;

4. elektron xidmətin icrasına görə Mərkəzin aidiyyəti struktur bölməsi məsuliyyət daşıyır.


3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
1. Sifariş və ona əlavə edilən sənədlər qəbul edilərək dərhal elektron bazada qeydə alınır.

2. Məsul şöbədə sifariş və ona əlavə edilən sənədlərin bu reqlamentin 2.3-cü və 2.6-cı bəndlərinin və 3.1.1-ci yarımbəndinin tələblərinə uyğunluğu yoxlanılır. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə 1 (bir) gündən gec olmayaraq elektron qaydada məlumat verilir. Çatışmazlıqlar 1 (bir) gündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Mərkəzə məlumat verildikdən sonra elektron xidmət göstərilir.

3. Təqdim edilən sənədlər yoxlanıldıqdan sonra istifadəçiyə sifarişin qəbulu barədə bildiriş elektron formada təqdim edilir.

İnzibati əməliyyatların yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətdən artıq olmamalıdır.


3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası;


Sorğu qəbul edildikdən sonra bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddət ərzində, hüquqi şəxslər üçün isə bu Reqlamentin 2.6.2-ci yarımbəndində göstərilən sənədlərin əsli bilavasitə təqdim edildikdən sonra alıcının (sifarişçinin) hərracda aldığı səhmlərə mülkiyyət hüququ əldə etməsi (səhmdar olması) barədə “Bildiriş” verilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. nəzarət forması:
Xidmətin yerinə yetirilməsinə nəzarəti Mərkəz həyata keçirir.
3.4.2. nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
Qeyd: Elektron xidmətin göstərilməsi zamanı yaranacaq hər hansı anlaşmazlığın aradan qaldırılması və məlumat dəstəyinin verilməsi üçün Mərkəzdə çağrı mərkəzi fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.


3.5.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının __ ________ 2015-ci il tarixli ____ nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli əlavə





1-ci NÖV SİFARİŞ
















Sifarişçi ___________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri, ünvanı, əlaqə telefonu, və ya

___________________________________________________________________________________

hüquqi şəxsin adı, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi, verilmə tarixi, nümayəndəsinin soyadı, adı, atasının adı, şəxsiyyəti
___________________________________________________________________________________

təsdiq edən sənədin göstəriciləri, etibarnamənin nömrəsi, tarixi)

Hərracda____________________________________________________________________________

(səhmdar cəmiyyətinin adı)


Səhmdar Cəmiyyətinin səhmlərini əldə etmək üçün _________________________________________

(rəqəm və sözlə)


manat məbləğində pul vəsaiti təqdim edirəm. Hərracın nəticəsinə əsasən müəyyən ediləcək bir səhmin satış qiyməti ilə razıyam.

Sifarişçi: __________________ __________ M.Y.

(soyadı, adı, atasının adı) (imza)

“____”_________________20___il

Sifariş və ona əlavə olunmuş sənədlərin qeydiyyatı haqqında sifarişçiyə müvafiq qəbz verilmişdir.


Nəzarətçi: ________________ _______ Qeydiyyatçı: _________________ _________


(soyadı, adı, atasının adı) (imza) (soyadı, adı, atasının adı) (imza)
QƏBZ
















-li 1-ci NÖV SİFARİŞ QƏBUL EDİLİB

Sifarişçi ___________________________________________________________________________

(fiziki şəxsin soaydı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri, ünvanı, əlaqə telefonu, və ya

___________________________________________________________________________________

hüquqi şəxsin adı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi,, verilmə tarixi, nümayəndəsinin soaydı, adı, atasının adı, şəxsiyyəti

___________________________________________________________________________________

təsdiq edən sənədin göstəriciləri, etibarnamənin nömrəsi, tarixi)
Qəbul edən təşkilat____________________________ Sifarişçidən ____________________________

(Hərracların Təşkili üzrə Auksion Mərkəzi və ya zona bölməsi) (rəqəm və sözlə)

manat məbləğində pul vəsaiti qəbul edildi.

Sifariş: ____________________________________________________________________________

(səhmdar cəmiyyətinin adı)

səhmdar cəmiyyətinin səhmlərini əldə etmək üçün verilib.

“____” _____________20___il Qeydiyyatçı: _____________________ ______________


(soyadı, adı, atasının adı) (imza)


Xəzinədar: ______________________ ______________


(soyadı, adı, atasının adı) (imza)
Qeyd: Hərrac məzənnəsi üzrə hesablaşmalar nəticəsində ödənişə qəbul edilən məbləğin səhmlə ödənilməyən hissəsi geri qaytarılmır.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının __ ________ 2015-ci il tarixli ____ nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu üzrə inzibati reqlament”ə 2 nömrəli əlavə





2-ci NÖV SİFARİŞ
















Sifarişçi ___________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri, ünvanı, əlaqə telefonu və ya

___________________________________________________________________________________

hüquqi şəxsin adı, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi,, verilmə tarixi, nümayəndəsinin soyadı, adı, atasının adı, şəxsiyyəti
___________________________________________________________________________________

təsdiq edən sənədin göstəriciləri, etibarnamənin nömrəsi, tarixi)

Hərracda____________________________________________________________________________

(səhmdar cəmiyyətinin adı)


Səhmdar Cəmiyyətinin səhmlərini əldə etmək üçün _________________________________________

(rəqəm və sözlə)

manat məbləğində pul vəsaiti təqdim edirəm. Hərracın nəticəsinə əsasən müəyyən ediləcək bir səhmin satış qiymətinin ___________________________________ manatdan çox olmaması ilə razıyam.

(rəqəm və sözlə)


Sifarişçi: __________________ __________ M.Y.

(soyadı, adı, atasının adı) (imza)

“____”_________________20___il


Sifariş və ona əlavə olunmuş sənədlərin qeydiyyatı haqqında sifarişçiyə müvafiq qəbz verilmişdir.


Nəzarətçi: ________________ _______ Qeydiyyatçı: _________________ _________


(soyadı, adı, atasının adı) (imza) (soyadı, adı, atasının adı) (imza)
QƏBZ
















-li 2-ci NÖV SİFARİŞ QƏBUL EDİLİB

Sifarişçi ___________________________________________________________________________

(fiziki şəxsin soaydı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri, ünvanı, əlaqə telefonu, və ya

___________________________________________________________________________________

hüquqi şəxsin adı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi, verilmə tarixi, nümayəndəsinin soyadı, adı, atasının adı, şəxsiyyəti
___________________________________________________________________________________

təsdiq edən sənədin göstəriciləri, etibarnamənin nömrəsi, tarixi)


Qəbul edən təşkilat____________________________ Sifarişçidən ____________________________

(Hərracların Təşkili üzrə Auksion Mərkəzi və ya zona bölməsi) (rəqəm və sözlə)

manat məbləğində pul vəsaiti qəbul edildi.
Sifariş: ____________________________________________________________________________

(səhmdar cəmiyyətinin adı)



səhmdar cəmiyyətinin səhmlərini əldə etmək üçün verilib.


Bir səhmin tələb olunan satış qiyməti ____________________________manatdan çox olmayan qiymət.

(rəqəm və sözlə)



“____” _____________20___il Qeydiyyatçı: _____________________ ______________


(soyadı, adı, atasının adı) (imza)


Xəzinədar: ______________________ ______________


(soyadı, adı, atasının adı) (imza)
Qeyd: 2-ci növ sifariş verərkən sizə səhm əldə etməyə tam zəmanət verilmir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə