Şəhid Məzarları Gəlirik dünyaya bir amal üçün gədirik Yaşayır bu yurd, bu torpag !




Yüklə 166.63 Kb.
səhifə1/3
tarix22.04.2016
ölçüsü166.63 Kb.
  1   2   3

Bəxtiyar Vahabzadə
toplayan:ali berazande(turk)

E.mail:turkbaris2003@yahoo.com

Şəhid Məzarları
Gəlirik dünyaya bir amal üçün gədirik...

Yaşayır bu yurd, bu torpag !

Ölər bizim kimi vətən’də bir gün,

Vətəncün ölümə hazır olmasag !

Vətəni sevmirlər guruca sözlə,

Vətəndir yaradan, yaşadan bizi,

Biz də yeri gəlsə

 

Ölümümüzlə



Gəldik, yaşatmağa vətənimizi!

Neçə əsrlərə bəs edər ba’zən

Vətənə hay verən bir odlu səs də,

Dünən də bugün də yaşayır vətən,

Babək’in gırılan golları üsdə

Şəhid məzarları... Düşmən ganimi!

Vətənin köksündə vügarla durup

Mənim varlığımı bir tasdig kimi

Yurdun sinəsinə möhrlər vurup

Şəhid məzarları...

 

Bu magbərələr



O əsrin bu əsrə uzanan eli

Basgınlar...

Hücumlar

Vuruşlar,

Nələr!

Bir halgın tarihi...

Aşgı, əməli!

Şəhid məzarları...

Məni,

Həm səni,

Bir yola çağırır,

Tək bir söz deyir

Bütün əsrlərin fikirlərini,

Bir fikrin oduna şö’lələndirir,

Şəhidlər nur sağır amalımıza,

Həmişə yenilməz,

Həmişə mağrur!

Onlar Gonag gəlir hayalımıza,

Onlar ruhumuzda binalar gurur.

Şəhidlər sıçrayıp hayalımızdan

Ötür mahnısını

Ötən çağların.

Hayır dua verir bizə hər zaman,

Başına dolanıb od- ocagların

Şəhidlər boşlanır əsrlər üstdən,

Dolanır zamanə,

Dönür garinə

Necə yaşamağın, necə ölmeğin,

Təhrini öğrədir nəvələrinə,

Vətəni sevirəm deyən çox olar,

Deməyə nə var ki, dil yorulmasa.

Vətən də bizim tək ölər, yox olar,

Vətənin yolunda ölən olmasa.

Həyat yaşasın diyə
Çox gorxardım ölümdən

O məndən uzağikən

İndi yaxınımdadır

Bəs nəyə gorxmuram mən?

Gorxdum ya gorxmadım

Edər –gəlməz dir yolum

Gərçək budur:ömümə

Davasız təslim olum

Aldanıb nağılara

Uyma ölümsüzlügə

Ölüm yaşamalıdır

Həyat yaşasın deyə!

Nisbilik

Günəşə baxandagaralır gözümdə

Işığın içində zülmət olurmuş?

İki sövən gəlbin govuşduğu yer

Kol dibi olsada cənnət olurmuş

Əzəldən nisbi dir gara da ağ da

Yaxın da ozag da təpə də dağ da

Dünən bayrag olan,söz bəd yağ da

dönüb birdən bir ğələt olurmuş

Höhmu daşdan keçər yalanın şərin

Ruhu unudulub mugədislərin

Amalı cibindən üngül kəslərin

Ən böyük tələbi minət olurmu.

Xeyrində şərində vəhdət dir aləm

Bir ucu sövinc.bir ucu ələm

Gorulan gələdə mənim budirəməm

Mənim rəgibimə fürsət olurmuş

Enişin gədrin bildik yoxuşda

Ağıl nə bilikdə ki yışda

Dünyanın ahəngi baharla gışda

Kədərdə sevincidə vəhdət olurmuş

Almalmız fikrimiz bir eşg bir həvəs

Öz-özünə cücərə bilməz

millət sevgisi ilə silahlanan kəs

Özü tək başına millət olurmuş

Anam öldümü?


nə tez əllərini üzdün dünyadan
balani tək goyup nərəyə gittin?
nasil yox oluyormus bir anda insan
sanki bu dünyada hiç yox imişsin..

günəş ğurup etti..oda garardi...


bir anda yox oldun sən xəyal kimi.
şimdi düşünürüm səndən nə galdi..
gönlündə xatiran gara hal gibi...

məni boya başa yetirdin anna


bizə borçlu bildik hər zaman səni
sən məni dünyaya gətirdin anna
mənsə yola saldim dünyadan səni...

sən mənə beşiktə ninni çalmissin


bugün ninni çalsam sana mən də mi?
sənin şirin şirin ninnilərini
sana gaytarayim cənazəndəmi?

"yxun şirin olsun"diyerdin mənə


"yxun şirin olsun"deyim mi sənə
gərək mən basina dönüm dolanim,
məni hayat için həp uyutanim,

söyle ölümçün


nasil uyutayim səni mən bugün?

bu nasil dünyadir anlayamam mən,


cilvəsi cürbəcür ,rəngi cürbəcür
dün öz nəfəsiyle səni isidən
bugün buza dönüp,daşa dönüptür

bu nasil dünyadir..


insanoglunun
xəyali göktədir özü yerdədir..
sagkən omuzunda hayatin yükü
öləndə cəsəti çiyinlərdədir..
bu nicə dünyadir bu nicə dünya
ölüm hakikat hayati rüya
dərdimin gamimin ortagi səndin
niye yüz çevirdin ya niyə məndən?...
"derdin mənə gəlsin"hani diyərdin
niyə dərt əklədin dərdimə ya sən

ananam,kimsə səni dariltmamiştir,


mən səni
mən səni dariltan gədər
şimdi kimə açsam dərdimi bir bir
kim mənim dərdimə yanar sən gədər?
evin hər yerində görülür yerin
gözüm axtarcidir anna ey anna
"ninəm" hani"diyor küçük azərin
cəvap verəm ana ey ana
bilməm bilməm bilməm bu ölüm nədir
hayat var ikən
nəfəsin ey anam hala evdədir
özün yer altinda daşa dönmüssün

bugün yedin oldu...


annam yedi gün,
bizimlə bərabər ağlar odalar
sənə
yalniz sənə
sənə demək için
gönlümdə nə gədər bilsən sözüm var...

annəm ismarlandin anna topraga


bu ölüm sinəmə çəkti dağ mənim
sən mənim arxamda bənzərdin dağa
sanki də arxamdan uçtu daə mənim...

ömrü başa vurdun altmiş yaşinda


altmişin üstündə durup yaşinda
artix sənin için durudgu zaman
mənim çün dolaşir
gün olur axşam..
vakit geçər sən məndən uzaklaşirsin
mən sənə günbəgün yaxinlaşirim.....

Ecdada Borcumuz

Hadis


İmandan, gümandan, əsən küləktən
Bu millət bir nicə yerə bölündü.
Biri öbürünü iynələməktən
Sanki çevrilərək aqrəbə döndü.

Bu ona şər atar, o buna bühtan


Allah özi yetsin fəryadımıza
Bıkıp özümizi damgalamaktan
indi də geçmişiz əcdadımıza.

Iyiyi dışarda arıyoruz biz


Fərqını bilmədən boşla dolunun
Savaş məydanından çəkilməğimiz
Adına yazılmış goç Köroğlu’nun:
“Yiğitlik on imiş, dokuzu kaçmak”
Bizim kimliğimiz bu imiş ancak?

Özüni küçültmək nərdəndir bizdə?


Nədir özümizə bu şər, bu bühtan?
Bizim aşağılık düşüncemizdə
“Öküz olmaz imiş ev danasından.”

“O altın götürüp ülkədən” diyə


Bühtan da yamadık Rəsulzadə’yə.
Amma bir ayarı olur yalanın
Gəl dünü bu günə satma sən bu gün
Kəndi baştan başa gızıl olanın
Nəyinə gərkmiş altın, bir düşün.

Sən Allah, daş atma sən billur suya,


Gün gəlir, vicdanın gınar yar sına.
Amandır, goymayın garşı karşıya
Gəlin Nəriman’la Rəsulzadə’yi

“Bəbək soy köküylə bizdən değilmiş


Hatai İslam’i ikiyə bölmüş
Fətalı Allahsız, Vagıf baz idi
Falansa azıcık kumarbaz idi
Gəcəli gündüzlü Hadi dem idi
O ayyaş, bu fersiz, o bigam idi
Biri garazkârdı, biri hasisti
Bu ondan iyiydi, o bundan pisti
Nâtavan böyləydi Hacər şöyləydi
Böyükler önündə o, bir köləydi

Rahmet demiyoruz amma bir kərə


Milləti yücəltən rahmetlilərə
Bir soran yox mudur pəki, sən nəsin?
Söylə, bu millətə nə getirmişsin?
Sən bühtan attığın bu büyüklərin
üzdə biri gədər nə iş görmüşsün?

“Divan şairleri” yaramaz bizə


Yoxtur uyarlığı zamanımıza
Fikrət’in oğlu da vazgeçti dindən
Gitti öz yurdundan, öz vatanından,
Hamit əsərləri batı taxlidi
Akif də, Fazıl da bir dindar idi”

“Doğudan Batıya fərman göndərən


Atalar ne gədər cephə yardılar
Batının önündə Fatihlərimiz
Bu gün yeni nesli utandırdılar.”



Özünü küçülten ey Türk, bir düşün
İncələ tarixi bir də dərindən.
Niçin utanmiıor batılı bu gün
Atasının xaçlı səfərlərindən?

Yadların önündə kekələməklə


Dədəni, nənəni lekələməklə
Niyə geçmişini sən tanıyorsun ?
Ulu şöhrətini kıskanıyorsun,

Sözün doğruysa da demə arkadaş


Birinə Turancı, birinə yoldaş
Öylə bilə olsa söyləmə kardaş
Birinə gasbikâr, birine ayyaş

O vakittən sular akmış durulmuş


Çox şeylər dəyişmiş, bu ki sır değil.
Farklı düşüncələr hər zaman olmuş
Yarın da olacak, zaman bir değil,

Zirvədən derəyi görmən ilə sən


Övünmə, bu dəyil uzax görənlik
Derədən zirvəyi gör, deyim əhsən!
İştə, buna derlər ərlik, ərənlik,
Bugünün gözüylə sən dünə baxsan
Geçmişə yargıda yanılacaksan,

Əvvəl özümüzü görək , anlayak


Bizə ağıl verip o ulu tanrı
Hiç görəbildik mi biz on yıl gabak
Bu gün gördügümüz bu oyunları?

Çox şey ummadık mı biz atalardan?


Bu günkü dertlərə biz yâdız məğər
Bizdən öncəkinə kulp tokmak asan ,
O kulptan kendimiz azadız meğer?

Neriman kim idi?: vaktinin oğlu!


O vakit düşünemezdi o bizim gibi
Sor öz vicdanından sanki bu yurdu
O senden, ya benden az mı severdi?

Gəlin ataları ata sayak biz


Ulu məzarlara daş atmayak biz
Zaman hükmeylədi, dünya dəyişti
Bizdən arkadaki iləri geçti
Dünya göz görəsi şər atar bizə
Biz də şər atarız öz dedəmizə
Ulu Atalara yol göstəririz
Harda ayrılsak da burda biz biriz.

Hakkı ayaklarız biz hak adına


Dil uzun, əl kisa, fikir dərbədər
Ya Rab! Bu dünyada öz əcdadına
Çirkef atan var mı bu millət gədər?


Tora düştü kələyindən dünyanın
Baş açmadım ömrüm boyu mən yazık
Iblisindən, mələyindən dünyanın
Adəm sattı bir almaya cənnəti
Tora düştü kələyindən dünyanın

Nə güzəldir, ürək geniş, söz açık


Yaşamadım bir sevdamı yarımcık.
Azap adlı dəyirməndən narin çık
Geçəcəksin ələyindən dünyanın

Arzum için bir mələyən cüyürdüm


O təpədən bu təpəyə yüyürdüm
Niyə gorxum kəfənindən ? Ne gördüm
Beşigindən, bələyindən dünyanın

Biz özümüz özümüzdən öç aldık


Geçən günə gələn günü bac aldık
Ömrümüzün yarısında gocaldık
Silləsindən kötəgindən dünyanın

Gönül üzgün, hayal küskün dərbədər


Özün söyle zulm olur mu bu gədər?
Yədəkləyip arxasınca sürədər
Bərk yapışsan ətəqindən dünyanın.

Gönül düştü min arzunun izinə


Biləmədik əyrisi nə düzü nə?
Şimdi kəfən örüyoruz özünə
Öz külündən, çiçəqindən dünyanın.

AZƏRBAYCAN-TÜRKİYƏ

(Cavanşir Kuliyev musiki bestelemiştir)

 

Bir ananın iki oğlu,



Bir amalın iki kolu.

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

 

Dinimiz bir, dilimiz bir,



Ayımız bir, ilimiz bir,

Eşgımız bir, yolumuz bir

Azərbaycan-Türkiyə.

 

Bir millətik, iki dövlət



Eyni arzu, eyni niyyət.

Hər ikisi cumhuriyət

Azərbaycan-Türkiyə.

 

Birdir bizim her halımız-



Sevincimiz-melalımız.

Bayraklarda hilalımız

Azerbaycan-Türkiye.

 

Ana yurdda-yuva kurdum,



Ata yurda könül verdim.

Ana yurdum, ata yurdum

Azerbaycan-Türkiye.
Yol İşarətİ 

Sevdinsə ... 
eşgındə itip yox oldun, 
Karıştıracaksın günü , ayları. 
Sevgi yollarında nə gaidə, ganun 
özünü aşmalısın bu dolayları. 

Eriyip özünü yox sanacaksın 


Bu dərdin olmayıp özgə çarəsi 
Sən hız hız 'kazaya' uğrayacaksın 
Yoxtur bu yollarda yol işarəti 

Şəhidlər
Gatil gölgəsində gurban gedərkən

Gözünü sabaha dtikdi şəhidlər

Üç rəngli bayrağı öz ganlarıla

Vətən göylarinə çəkdi şəhidlər

Zalim öyünməsin zölmümləinə

Min bir böhtanilə min bir şərilə

Həgigət yolundə ölümlərilə

Ölümü kamına çəkdi şəhidlər

O şənbə gəcəsi,o gətl günü

Mümkünə döndərdik çox na mümkünü

Xəlin gəlbində gorxu mülkünü

O gecə dağıdıb sökdi şəhidlər

Tarixi yaşadıg diləgimizdə

Bir yumuruğla döndük o gecə bizdə

Yıxıb küləkli ürəgimizdə

Həyat mülkünü dikdi şəhidlər.

Onlar susdurulan həggi dindirər

Garca toprağı giymətləndirər

Donan vucudları ğeyrətləndirər

Axı el ğeyrəti ççəkdi şəhidlər

Bilirik bu bəla nə ilkidi nə son

Ölürkən uğrunda bu ana yurdun

Guzu cildində bu goca gurdun

Doğru düz şəkildə çəkdi çəhidlər.

Dözdü hər zilətə hər şeyə

Dünyada mənim də həgim var”- deyə



Kütləni xalg edən mugaviləyə

Ganilə golunu şəkdi şəhidlər.

İnsan insan olur üz hünərilə

Millət millət olur xeyri şərilə

Torpağın bağrına cəsədlərilə

Azadlıg toxmunu əkdi şəhidlər

Allahu-əkbər

Allaha ucalan ulu bir yolun
İlkin pilləsidir Allahu-Əkbər.
Haqqı dananların üzünə dəymiş,
Haqqın şilləsidir Allahu-Əkbər.

Göylərin nidası ucalıb yerdən.


Daim xilas edir xeyiri şərdən.
Qüdrəti-kamilin minarələrdən
Gələn nəğməsidir Allahu-Əkbər.

Məkana, zamana, dövrə o, soltan!


Odur həqiqətə qapılar açan.
Mömünlik yolunda qəlbə nur saçan-
İman şöləsidir Allahu-Əkbər.

Odundan əriyər sinə dağları,


İşığa bürüyər qaranlıqları.
Donmuş ümidləri, batmış haqları
Bir anda isidər Allahu-Əkbər.

Dünyanın əzəli borcludur ona,


O bir pəncərədir əvvəldən sona.
Görünməz dünyanın var olduğuna
İman müjdəsidir Allahu-Əkbər.

Odur əyriliyə düzün həmləsi-


Rəhmin ilk nidası, axır cümləsi!
Allahın səsidir vicdanın səsi,
Vicdanın səsidir Allahu-Əkbər.


ALUŞTADA ƏMƏTXAN SULTANIN HEYKƏLİ ÖNÜNDƏ


Əmət Sultan,
De, hardadır indi sənin ana yurdun?
Sən cəbhədə Rusiyanı qoruyurdun.
Həmin ölkə Vətənindən sürgün etdi
millətini.
Tapdaladı namusunu, qeyrətini.
O, üzünə gülə-gülə
Yaxşılığın əvəzini çıxdı belə
Eşitmişəm, bu təhqirdən
Sinən olmuş oyuq-oyuq
Sənin ana torpağından özünə yox,
Təkcə sənin heykəlinə yer verdilər.
Sənə sənin qan bahanı göstərdilər.
Dəyərinə diqqət elə,
Alçaldılan şərəf, şanın!
Vətənində ucaltdılar
heykəlini qəhrəmanın.
Dedilər: biz sevirik Əmətxanı.
Demədilər: bu igidi yetişdirən
millət hanı?
O, göydənmi düşdü yerə?
Atası kim, anası kim? Milləti nə?
O igidin məhəbbəti yox idimi
Vətənindən qovduğunuz millətinə?
Döşünə cüt ulduz taxıb dedilər ki:
“Öz millətin sənə yaddır.
Atan da, ana da biz.
Dedilər ki, sən yaxşısan,
Atan da pis, anan da pis...”
Heykələ bax!
Qəzəb yağır baxışından.
Sən dostunla düşmənini
Seçəmmədin, ey Əmətxan!
Sən qəzəblə nə baxırsan Qərbə sarı?
Döndər, döndər sən Şimala
O qəzəbli baxışları.
Qərbdə deyil, qardaş, sənin
Şəmaldadır öz düşmənin!
O düşmən ki, torpağına sahib olub
Səni dandı.
“Ay dağ”*da ayılandı.
Necə deyim “qəhrəmansan“
mən də sənə-
Dostu ilə düşmənini seçməyənə?
Sənin iti nəzərin var.
Yaxşı vuran,
Ancaq niyə vurduğunu
Düşünməyən bir ovçuya bənzərin var.
Atəşinə öz ürəyin hədəf oldu,
Şərəfsizlik indi dönüb şərəf oldu.
Heykələ bax! Dayanıbdır əzəmətlə,
Ləyaqətlə.
Millətinin şərəfini
Qoruyan bir igid kimi.
Döşündəki o ulduzlar
Əldən çıxan o torpağın əvəzimi?
Əmət Sultan,
Sənə haram elədilər halalını.
Sən tutuşdur heykəldəki qürurunla
Həyatdakı bu halını.
Vallah, billah, yaraşmayır bu qürur sənə,
Qanan hər kəs gülür sənə!
Kimdir sənin o dünənki qürurunu
Bir quruşa bu gün alan.
... Ey Vətəndə daşa dönüb yalqız qalan!
Sən döyüşdün
Düşməninin düşməniylə nahaq yerə.
Döşündəki nişanlardan
Bu gün gərək Vətən boyda
Dərd göyərə, qəm göyərə!


BƏLKƏ AYILDIM

Zori Balayanın “Ocağ”ına cavab

Gah Şərqə, gah Qərbə qol-budaq atdıq,


Biz tarix yazmadıq, tarix yaratdıq.
Sizsə özünüzə hey zaman-zaman
Tarix uydurdunuz şərdən, yalandan.
Gerçəyin üzünə boya sürtdünüz,
Böhtanı doğru tək gözə dürtdünüz.

Utanmaz üzünlə, Balayan, utan


“Bala”dan yaranmış öz soyadından.
Nədir Ələkçiyan, Dəmirçiyanlar?
Ələyə, dəmirə sən nə deyirsən?
Türkü bəyənməyib sən açıq-aşkar
Türkün sərvətini mənimsəyirsən?

Nə tez cığırandan çıxıb qudurdun,


Dünənki ağanın üzünə durdun.
Rusun hiyləsiylə köçüb İrandan
Bizə sığınmaqçın, maska geydiniz.
Pənah xan Şuşanı tikdirən zaman
Çaydan daş daşıyan qulbeçəydiniz.
Vaxt keçdi, girdiniz başqa bir dona,
Düşdünüz ağalıq iddiasına.
Guya bu torpağın qəsbkarı biz,
Əsl sahibkarı yalnız sizsiniz.
Tarixin dərsləri unudulammaz,
Dünənki nökərdən ağa olammaz.
Saxta dəlillərlə yanan bu “ocaq”
Nifrət çöpləriylə qalanıb ancaq.
Geydin astarını sən həqiqətin,
Hər kəlmən uydurma, hər sözun qərəz.
Türkə bəslədiyin kinin, nifrətin
Siqləti çəkiyə, ölçüyə gəlməz.
Dşümən kəsildiniz haqqa, gerçəyə
Əslində olmayan “soyqırım” deyə.
Bürüdü dünyanı hay-harayınız.
Quyruq bulamaqda yoxdur tayınız.
Sənin tarixinin dolanbac yolu
Yalanla, böhtanla, şərlə dopdolu.
Allah elə bil ki, yaradıb səni
Bizim başımıza bəla, erməni !

Həmişə oyaqsan...


sən bu gününə,
Mənsə keçmişimə uydum, bayıldım.
Uydur yalanları, uydur sən yenə
Bəlkə qəflətimdən bir gün ayıldım.
Mən öz keçmişimlə xumaram hələ,
Balayan, sən Allah, məni iynələ.
Elə iynələ ki. göynəyən ağrı
Mənə çoxdan çatıb, hamıya çatsın.
Düşünüb sabahı deyirəm, barı
Rəhbərim oyanıb xalqı oyatsın.


HÖRÜMÇƏK TOR BAĞLADI

Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı-
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldıö
Uydurma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış bələkdə qundaqladı.
Özülümüz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsənən,
Vəzifə kürsüsünün
Birinci pilləsində bu mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz,
Şərəf bildik özgəyə qul olmağı yoxsa biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, kişiliyi unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən,
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.

Dilimiz yasaq oldu.


Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
üzümüzə ağ oldu.
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.

Həqiqət dilə gəldi,


Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, barışdıq
Biz "azadlıq" adlanın bir uydurma nağılla.
Ölən düşüncələrlə qəlbimiz yas saxladı,
Həqiqəti deməkdən elə qorxduq…
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.


KİROVUN HEYKƏLİ

Kamil Mirbağırova ithaf

O, heykəlmi?


Yox, ey dost!..
O, ölkənin sahibi.
Başımızın üstündə
Sıyrılıb qılınc kimi.
Hədələyir o, bizi.
Deyir mənimdir ölkə-
Bu göy,
bu yer,
bu dəniz!
Başınızı vuraram,
Ayaqlarım altından
Başınızı çəksəniz!
Ayağım altındadır
Namusunuz,
arınız.
Başınızı sürüsun
Daim ayaqlarınız.
-Bu düzdür!
Bəs neyləmək,
Susub oturmaqmı?..
-Yox!
Biz nə qədər yaşayaq
Başımız üstündə yumruq?..
Öz doğma şəhərində
Sən kimin heykəlini
İstəyirdin ucala
O heykəlin yerində?
- Koroğlunun,
- Babəkin.
- Yox, dostum yox, bilmədin!
Mən istərəm tarixə
Bu gündən də iz qala,
O heykəlin yerində
O heykəli yıxanın
Tunc heykəli ucala...

QORXU

Mən qorxuram, sən qorxursan,
O da qorxur, bu da qorxur,

Biz qorxuruq.


Təzə fikir beynimizə gələn kimi
tez qorxuruq.
Başqasından qorxduğumuz bəs deyilmiş,
Özümüzdən biz qorxuruq!
Qorxu, qorxu!
Bir qurd olub yeyir bizi içimizdən,
Nə gözləyir Vətən bizdən?
İradə yox,
kişilik yox.
Biz qorxuruq,
biz susuruq.
Fikir ölür,
can sustalır,
ürək dönüb,
ruh boğulur.
Qorxu bizim dilimizdə kilid olur,
Beynimizdə qıfıl olur.
Dərd budur ki, bu dərdi də
Biz qanırıq, biz bilirik.
Qorxa-qorxa
Özümüz də özümüz üçün
Biz qorxuya çevrilirik.


MƏNIM SƏBRİM

Mənim səbrim.
Bu səbrimə mən nə deyim?
Mənim səbrim-mütiliyim,
köləliyim !
Atam kölə olduğunu heç bilmədi,
"Ağa" kimi ömür sürdü.
Yaşayırdı,
düşünmürdü.
Mənsə kölə olduğumu
Qana-qana, bilə-bilə
yaşayıram.
Öz-özümü dana-dana,
ölə-ölə
yaşayıram !
Xöşbəxtliyim ondadır ki,
Düşmənimin hökmü böyük,
taxtı çürük!
Bədbəxtliyim ondadır ki,
Mənim səbrim
Düşmənimin qüdrətindən daha böyük !


MÜSAVAT

Zülmətlə savaşlarda zəfər çaldığı gündən,
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.
Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,
Boz qurdu könüllərdə oyandırdı Müsavat.

Meydan oxudu qan çiləyən dövrana qarşı,


Hər zalimə, hər nadana, hər hədyana qarşı.
Tüğyan elədi eyləki zülm insana qarşı,
Öz həddini zalimlərə qandırdı Müsavat.

İlhamını almış o, Vətən adlı gözəldən,


İman suyunu, çünki o içmişdi düz əldən.
Xalq namina haqq naminə vuruşlarda əzəldən
Ön cərgədə hər tilsimi sındırdı Müsavat.

Öndər dedi: - İstiqbal üçün dağ aşalım biz,


İstiqlala, istiqbala daim qoşalım biz,
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz
Amalına bu xalqı inandırdı Müsavat.

Amalı təmiz, məqsədi aydın, üzü ağdır,


Ən ali məqamlarda qərəzlərdən uzaqdır.
Tarix şüuru-xalqımı millət yapacaqdır,
Haqqa dönəni haqqa tapındırdı Müsavat.

Düzlük şüarı daima çarpışdı yalanla,


Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.
Cənnət edəcək amala dönmüş bir imanla
Ünvanı Azərbaycan olan yurdu Müsavat.


PAMBIQ

Adına min lənət, özün bir yana,
Gəlmişik əlindən zinhara, pambıq.
Rəngin ağdırsa da yazıq kəndlinin
Elədin gününü sən qara, pambıq.

Havaya sovrulur əlimin rənci,


Qocaya döndərdin cahılı, gənci.
Yazı əkinçiyik, qışı dilənçi,
Düşmüşük əlindən azara, pambıq.

Sən mənim xalqıma kəsildin qənim,


Çox da ki, bahadır qiymətin sənin.
Millət lüt-üryandır,
amma özgənin
Əynində dönürsən paltara, pambıq.

Anamın, bacımın yeyib ətini,


Gözündə qoyursan hər niyyətini.
Çəkirsən kəndlinin heysiyyətini,
Hərrac malı kimi bazara, pambıq.

Hər zülmə, cəfaya sinə gərmişik,


Xeyiri, qazancı yelə vermişik.
Səni biz əkmişik, biz becərmişik,
Yüklənib gedirsən bəs hara, pambıq?


TARİX

Bizi ayırdılar mənliyimizdən,
Millət kökdən qopan bir budaq oldu.
Süzüldü yad səsi öz neyimizdən,
Keçmişin üzünə indi ağ oldu.

Hələ unuduldu Quran da, din də,


Keçib gəldiyimiz yollar danıldı.
Əridik özgələr, yadlar içində,
Hünərli, zəfərli illər danıldı.

Tarixdir hər daşın, qayanın yaşı,


Tarixlə bağlıdır insan, yurduna.
Yox isə bir xalqın tarix yaddaşı,
Vətən də quruca torpaqdır ona.


YADA ABİDƏLƏR UCALDIB DEDİK..


...Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq elədik
Beyin bizim oldu, əsər özgənin.

Nadir də, Qacar da ölkələr aldı,


Vətən ucalmadı, özü ucaldı,
Öz doğma yurdunu ayağa saldı,
Şahlar bizim oldu, zəfər özgənin.

Saldıq özümüzü özümüz gözdən,


Kül ilə oynadıq əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən,
Günəş bizim oldu, səhər özgənin.

Mənim sərvətimə cahan göz dikdi,


Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi,
Əmək bizim oldu, bəhər özgənin.

Açdı sinəsini bizə bu torpaq,


Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq,
Hünər bizim oldu, nəmər özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.

SANDIQDAN SƏSLƏR
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə