ŞƏHƏr yaşilliqlarinin təSNİfati plan




Yüklə 102.74 Kb.
tarix22.04.2016
ölçüsü102.74 Kb.
ŞƏHƏR YAŞILLIQLARININ TƏSNİFATI

PLAN:

Giriş


1) Şəhər sisteminin yaşıllıq əkililərinin layihələndirilməsi və elementləri

2) Bakı Bulvarının hazırlanması layihəsi

3) Azərbaycan Respublikasında məktəbəqədər təhsil sahələrinin salınması layihəsi

4) Mikrorayon bağının layihələndirilməsi Nəticə İstifadə olunmuş ədəbiyyat



GİRİŞ
Azərbaycanın şəhər və rayonlarında son illər yaşıllıq zonalarının təkmilləşdirilməsi və şəhər mühitinin sağlamlaşdırılması üzrə geniş işlər həyata keçirilir. Şəhərlərin böyüməsi,onların plan strukturunun yenidən qurulması və dəyişməsi ilə baglı ayrı-ayrı element və ərazi sahələri deyil,həmdə bütöv şəhər mühiti dəyişir.İri şəhərlərdə formalaşmış şəhərsalma şəraiti müasir zamanda şəhər mühitinin müəyyən səmərəliliyinə nail olmağa imkan verən və ümumi istifadəli yaşıllıq əkintiləri sisteminin bərabər paylaşma, arasıkəsilməzlik, pilləvarilik kimi mövcud formalaşma prinsiplərinə cavab verən yeni prinsiplərdən istifadə etməkdən ibarətdir.

Hal-hazırki landşaft memarliğı şəhər mühitinin təkmilləşməsinə, torpaq ehtiyatlarının səmərəli istifadəsinə,kompleks abadlaşmanın funksional və iqtisadi səmərəliliyinin qaldırılmasına, layihə həllərinin əsaslandırılmasına, şəhər mühitinin sağlamlaşdırılmasına, onun fərdiliyinin qorunub saxlanılmasına yönəlir.

Ətraf mühit insan orqanizminə böyük təsir göstərir. Onun yaxşilaşdırılması müasir elm və təcrübənin ən aktual problemlərindən biri hesab olunur. Əsasən şəhərsalmada onun rolu böyükdür.

Ətraf mühitin yaxşılaşdırılması ücün tədbirlər sistemində vacib yer şəhərlərdə yaşıllıqların salınmasıdır. Bu sistem üç qrup üzrə müxtəlif əkililər kateqoriyasını özündə birləşdirir.

Birinci qrupa ümumi istifadə əkililəri daxildir: mədəniyyət və istirahət parkları, uşaq əyləncə parkları, stadionlar, botanika və zooloji parklar, meşə - parklar, qoruqparklar, bağlar, istirahət ücün istifadə olunan skverlər, bulvarlar, kücə və meydanlardakı əkililər.

İkinci qrupa məhdudiyyətli istifadə əkililəri daxildir: yaşayış mikrorayonları və kvartallarin əkililəri, uşaq, mədəni istirahət və ictimai obyektlərin,o cümlədən zavod və fabriklərin ərazilərindəki əkililər.

Ücüncü qrup əkililərə xüsusi təyinatlı əkililər aiddir: sənaye müəssisələri ilə yaşayiş rayonlari arasında salinmiş yaşil zonalar, su hövzəsi və qəbiristanlıqların, şitilliklərin ərazilərindəki əkililər.

Sadalanan yaşıl massivlər kateqoriyası şəhərin ümumi sahəsinin 30-40% -ni təşkil edir. Onlar bir cox müsbət cəhətlərə malikdirlər : havani oksigenlə zənginləşdirirlər,karbonu udurlar, həmcinin ucan maddələri, (bitosidlər) xəstəliktörədən mikrobları məhv edirlər. Əkililər ətrafdakıları küləkdən, səsdən, tozdan, atmosfer havasinin sənaye tullantıları ilə cirkləndirilməsinin qorunmasının mühafizə vasitəsidir.

Yaşıl əkililər iqlim şəraitini yaxşılaşdırır, havanin rütubətliyini artırır, günəş radiasiyasından qoruyur.

Bağ və parklar şəhər yaşillaşdirma sistemində aparıcı yer tuturlar. Onlar ümumi yaşıllıq sahəsinin 70%-ni tuturlar.

Layihələndirilən bağ və parkların bədii-memarlıq keyfiyyəti, onların daxili məkanlarının kompazisiyası həllindən,məqsədyönlü təyinatina uygun olaraq bitkilərin qruplaşdırılması və onun relyefi,su qurğuları,memarlıq və mühəndislik tikililəri, nəhayət, bu cür müxtəlif xarakterli elementlərin yeganə bir vəhdətdə necə harmonik bağlanacaqlarından asılıdır.

Bağ və parkların salınmasına layihələşdirmə, inşaat və yaşıllıqların sonrakı formalaşması bir-biri ilə sıx bağlıdır və yeganə bir yaradıcılıq prosesi təşkil edir.Belə ki,inkişaf həddində bitkilər öz ölçülərini,forma və rəngini dəyişir, bunun nəticəsində bağ və parkın da genişliyini təşkil edir.

Bağ və parklar təbiətlə incəsənətin sintezidir. Onlar qədim zamanlardan bəşəriyyət tərəfindən yaradılmışdır. Uzun müddət ərzində digər incəsənət növlərindən fərqlənmiş, öz kompozisiya metodları, anlayışları və ənənələri ilə meydana gəlmişdir.

Bütün başqa incəsənət növləri kimi bağ-park sənəti də qanuna uyğunluqlara əsaslanır: kompozisiya qanunu, perspektivin öyrənilməsi, çiçəkçilik, kontrast, ritm və s. harmoniya haqqında biliklər verir.




  1. Şəhər sisteminin yaşıllıq əkililərinin layihələndirilməsi və elementləri

İri şəhərlərdə insanların həyat tərzinə mənfi təsir göstərən bir çox faktorlar mövcuddur. Belə faktorlara havanın avtonəqliyyat qazları və sənaye tullantıları ilə çirkləndirilməsi,səs,həmçinin yüksək həyat tempi aiddir. Bu faktorlar təbii və ya süni yaradılmış şəraitdə insanlarda vaxtaşırı istirahət zərurətini yaradır. Şəhərin həyat şəraitinin yaxşılaşdırılması onun planlaşdırılmış strukturlarından və ərazinin əmək, yaşayış, məişət, istirahət üçün düzgün zonalaşdırılmasından asılıdır. Bu nöqteyi nəzərdən yaşıl əkililərin sistemi birinci dərəcəli yer tutur.

Əkililər ətrafdakıları küləkdən, səsdən, tozdan, atmosfer havasının sənaye tullantıları ilə çirkləndirilməsinin qorunmasının mühafizə vasitəsidir.

Yaşıl əkililər iqlim şəraitini yaxşılaşdırır, havanın rütubətliyini artırır, günəş radiasiyasından qoruyur.

Bağ və parklar şəhər yaşıllaşdırma sistemində aparıcı yer tuturlar. Onlar ümumi yaşıllıq sahəsinin 70%-ni tuturlar.



Şəhər sisteminin yaşıllıq əkililərinin elementləri aşağıdakı kimidir:

  1. Ümumşəhər parkı (şəhər əhalisinin xidmətinə ayrılmış yaşıl massiv).

  2. Rayon park (daha az əraziyə malikdir və şəhər rayonlarinin əhalisinin istirahəti üçün nəzərdə tutulub). O, iki zonadan ibarətdir – idman, oyun və sakit istirahət zonası.

  3. Bağ (yaşayış evlərinin ətrafında yerləşir və yaşıllaşdırma sisteminin birinci elementidir).

  4. Skver (qısa müddətli istirahət üçün nəzərdə tutulmuş kiçik yaşıl ərazi).

  5. Bulvar (piyada hərəkəti şərtlərinin yaxşılaşdırılması və əhalinin qısa müddətli istirahəti üçün nəzərdə tutulmuş, müxtəlif təyinatlı yaşıl əkililər arasında əlaqə yaradır).

Yaşayiş ərazisində yerləşən bir-bir adları sadalanan yaşıllıq ərazilərindən başqa, hər bir şəhərin ətrafında bir hissəsi meşə park müdafiə zolağı olan şəhəryani zona yaradırlar. Bütün bu elementlər öz aralarında əlaqələndirilməli və yeganə bir sistem yaratmalıdırlar.

Şəhər ərazisinin memarlıq-planlaşdırma həlli zamanı elə bir şərait yaratmaq lazımdır ki, sakin evdən çıxdıqda bulvar və skver şəbəkələrindən keçərək mikrorayon bağından rayon və şəhər parkına çatsın və oradan da meşə park müdafiə zolağına gəlib çıxsın.

Şəhər tikintisində yaşıl sahələrin müxtəlif yerləşdirilməsini ifadə edən bir neçə nəzəri sxemlər var. Onları üç sxemə ümumiləşdirmək olar: - şəhər ərazisi boyunca yaşıl qurğuların bərabər paylandığı dagınıq sxem; -yaşıllıq əraziləri koridorlarla birləşir və yaşıl halda zolaq əmələ gətirən aramsız; -yaşıl əkililərin enli zolaqlarla şəhər ərazisini kəsib keçdiyi diaqonal.

Yaşıl əkililərin layihələndirilməsinin vəzifəsi – yaşıl əkililərin və digər elementlərin köməyi ilə müəyyən ərazilərin göz və bədii tərtibatından ibarətdir. Yaşıl qrupların əsas təyinatı insanların açıq havada qalmaları, əyləncə, mədəni tədbirlər, istirahət, oyunlar, idman və üçün daha yaxşı şərait yaratmasıdır.

Cansız materialla daşa, gilə, betona, dəmirə layihələışdirilmiş quruluş vermək asandır, hətta bu quruluş uzun illər dəyişməz qalır. Yaşıl əkililərin layihələşdirilməsi zamanı isə ərazinin formalaşmasına xüsusi yanaşmaq gərəkdir. Onun məkanın təşkili bəndləri bağ-park incəsənətinin yığılmış təcrübəsinə, bitkilərin və mühitin qarşılıqlı əlaqəsi, bitkilərin və mühitin bioloji xüsusiyyətlərinin və əsas aqronomik bəndlərinin öyrənilməsinə əsaslanmalıdır. Yaşıl əkililərin formalaşması prosesi layihənin qurulmasından sonra da davam edir, çünki inkişaf dövründə ağaclar və kollar öz forma və ölçülərini dəyişirlər. Bu dəyişikliklər ildən-ilə baş verir. Ağacların böyüməsi ilə onların saldıqları kölgənin əhatəsində böyüyür və bunun sayəsində onun altında yaxud yaxınlığında yerləşən bitkilərin inkişafı üçün şərait dəyişir. Bitkilərin kökləri böyüyür və qonşu ağac və kolların kökləri ilə rəqabətə girir. Bəzi hallarda tufan, xəstəlik yaxud qocalma nəticəsində ağacların düşməsi layihə tərəfindən düşünülmüş kompozisiyanı radikal şəkildə dəyişə bilər.

Layihəni layihələşdirərkən növbəti dövrlərə bölmək olar: layihədən qabaqkı dövr, şəxsi layihələşdirmə və müəllif mülahizəsinin keçirilməsi:



Layihədən əvvəlki dövr. Layihələşdirməyə başlamazdan əvvəl növbəti gərəkli materialları toplamaq: 1. Geodeziya əsasları. 1:500 miqyasda ərazinin planı,10 hektardan artıq olan ərazilər üçün 1:1000 və 1:2000 miqyasda. 2. Verilmiş ərazinin plandakı mövcud olan və layihələşdirilən şəhər yeraltı mühəndislik qurğuları şəbəkəsi daxil olmaqla şəhərin baş planından köçürülmə. 3. Sahənin torpağının xarakteristikası. 4. Sahənin geoloji və hidroloji şəraitlərinin xarakteristikası (çayların,su hövzələrinin sayı) 5. İqlimin xarakteristikası.

Mövcud parkları,bağları və başqa obyektlərin rekonstruksiyaları layi- hələrinin işlənməsi üçün saydığımız materiallardan əlavə mövcud əkililərin geniş xarakteristikası lazımdır(növü,yaşı və s)

Binaların və tikililərin yerləşdirilməsi zamanı onların təyinatına xüsusi diqqət yetirmək lazımdır.Binanın təyinatı o zaman ideal hesab olunur ki,onun fasadı cənub-şərqə yaxud cənubda yerləşir.Belə yerləşdirmə daili məkana maksimum işıq verir və evin fasadının qabagındakı giriş sahəsi üçün ağacların,kolların və ot bitkilərinin seçimini asanlaşdırır.

Sahənin analizi zamanı şəxsi müşahidələrin nəticələri topoqrafik əsasa daxil edilir.Belə müşahidələrə aiddir:



1. Müəyyən istiqamətlərdə daha yaxşı və daha pis mənzərələr açılan nöqtələr.

2. Planda göstərilən ağaclardan hansıların saxlanılmalı,hansıları aradan qaldırılmalı.

3. Adi təsdiqlənmiş giriş və çıxış nöqtələri.

4. Horizontun günəş və ya küləkdən mühafiz yaradan yaxud əksinə onu gücləndirən yüksək və alçaq nöqtələri yerləçən ərazilər.

5. Layihə üçün xüsusi vacib olan istənilən başqa faktorlar – məsələn, bulaqlar,qeyri-adi bitkilər və s.

Layihələndirmə. a) Texniki layihə.

Lazımi plan materialları və sahənin dəqiq öyrənilməsindən sonra , texniki layihənin hazırlanmasına başlanır. O coğrafi materiallar və mətni hissə şəklində əks olunmuş planlaşdIrma və ərazinin mühəndis hazırlığının əsas suallarının həllini təşkil edir.



Texniki layihənin tərkibinə daxildir: 1. Binalar, yollar, meydançalar, ağacların əkini üçün yerlər və s. – ilə birgə ərazinin zonalaşdırma sxemi daxil olmaqla 1:500 yaxud 1:1000 masştablı baş plan.

2. Bağ-park landşaftlarının xarakterini və panoram, mənzərə və peyzajların kompazisiyasını həll edən dendroloji layihə.

3. su hövzələri şəbəkələrinin qırmızı xətlərlə göstərildiyi şaquli planlaşdırma layihəsi və mühəndis hazırlığı layihəsi.

4. Bütün layihələşdirilən binaların eskiz layihələri.

5. İzahat vərəqi.

b) İş çertyojları təsdiq olunmuş texniki layihə əsasında işlənir və tərkibinə bütün düzəlişlərə təsdiq olunmuş toplanan texniki çertyojlar daxil edilir.

Layihələndirilən bağ və parkların bədii-memarlıq keyfiyyəti, onların daxili məkanlarının kompazisiyası həllindən, məqsədyönlü təyinatina uygun olaraq bitkilərin qruplaşdırılması və onun relyefi, su qurğuları, memarlıq və mühəndislik tikililəri, nəhayət, bu cür müxtəlif xarakterli elementlərin yeganə bir vəhdətdə necə harmonik bağlanacaqlarından asılıdır.

Azərbaycanın şəhər və rayonlarının yaşıllaşdırılmasının landşaft memarlığı əsasında qurulması dövrün mühüm ekoloji problemlərindən biridir.

Bu məsələnin həyata keçirilməsində yerli və xarici floraya mənsub ağac və kol bitkiləri əsas rol oynayır. Respublikamızın bir çox şəhərlərində son zamanlar yeni salınan sənaye, yaşayış massivlərinin, yolların, körpülərin ətrafının yaşıllaşdırılması dövrün ən aktual məsələlərindən biridir. Bunun üçün yerli şəraitə davamlı bitkilərdən istifadə edilməsi bəzək memarlığı ilə yanaşı, həm də insanların sosial şəraitinin yaxşılaşmasının, istirahətinin təşkilində əsas amildir. Digər tərəfdən, bu ətraf mühitin təmizlənməsində böyük rol oynayır. Salınan belə yaşıllıqlar genefondun mühafizəsinin, biomüxtəlifliyin artırılmasının və ekoloji tarazlığın bərpasının əsasını təşkil edir. Müxtəlif zonaların yaşıllaşdırma sisteminin əsas elementlərinə parklar, bağlar, xiyabanlar, küçələr, yaşayış və sənaye rayonlarının yaşıl əraziləri daxildir. Bitkilər həm də insanlar üçün estetik təsir mənbəyidir. Bu tip yaşıllıqlar şəhərin ağır psixoloji şəraitində, ətraf mühitin çirkləndiricilərdən mühafizəsində xüsusilə vacibdir. Ağac və kol bitkilərinin bu xüsusiyyətləri ilə yanaşı, meleorativ əhəmiyyəti də vardır. Onlar qumluqların bərkidilməsində, torpaqda su erroziyasının qarşısının alınmasında böyük rol oynayır. Məhz Azərbaycan dendroflorasında, eləcə də park və bağ zonalarında təbii bitən və mədəni şəraitdə becərilən ağac və kol bitkilərini hərtərəfli öyrənmək məqsədi ilk tədqiqat işinin yerinə yetirilməsi qarşıya məqsəd qoyulmuşdur.

Bunun üçün Dendraflorada olan ağac və kol bitkilərinin taksonomik tərkibi aşağıdakı kimi təyin edilməlidir :

1. Sistematik, morfoloji təhlili;

2. Ağac və kol bitkilərin ekoloji təhlili;

3. Ağac və kol bitkilərinin təsərrüfatda istifadəsi kateqoriyasının

müəyyənləşdirilməsi;

4. Yaşıllaşdırma üçün perspektivli növlərin seçilməsi;

Parklar və bağlar kütləvi istirahət, gəzinti və əyləncə üçün əsas yaşıllıq

zonalarıdır. Təbii meşə massivləri olmayan ərazilərdə bu yaşıllıq zonaları şəhər əhalisinin yaşayış şəraitini yaxşılaşdıran və şəhərin memarlıq görünüşünü zənginləşdirən əsas amillərdən biridir. Bakı şəhərinin planlaşdırılmasında və bərpasında parklara, bağlara, yaşıl çəmənlərə böyük sahələrin ayrılması zəruridir. Şəhər və rayonlarda yaşıllıqların salınması qaydaları, torpaq və iqlim şəraitinin xüsusiyyətləri, ağac, kol, dekorativ ot bitkilərinin şəraitə uyğun düzgün seçimi, becərilmə aqrotexnikası hərtərəfli öyrəniləcəkdir. Hal-hazırda yaşıllaşdırmada istifadə edilən ağac, kol və dekorativ ot bitkiləri Azərbaycanın flora zənginliyində mühüm əhəmiyyət kəsb edir. Şəhərin və rayonların yaşıllaşdırılmasında parkların dekorativ tərtibatı üçün ağac, kol və ot bitkilərinin seçimi torpaq və iqlim şəraiti ilə müəyyənləşdirilməlidir. Güclü küləklər bağ salınmasının planlaşdırılması üçün əlverişli deyil və xoşagəlməz amillərin təsirini azaltmaq üçün hündür çəpərlərdən, əlavə ağac və kollardan, dekorativ qoruyucu əkinlərdən də istifadə etmək lazımdır. Əkinləri küləkdən mühafizə etmək üçün yaşıl qoruyucu əkinlərin salınması daha məqsədyönlüdür. Bu üsullardan hansısa formada mütləq istifadə etmək halları tez-tez baş verir. Məsələn, açıq yerdə və ya dəniz sahilində salınan bağ küləklərin təsirindən əziyyət çəkir. Nəqliyyatın səsi və tozu yaxında yerləşən evlərin sakinlərinə əlverişsiz şərait yaradır. Sahənin ətrafında salınmış hündür çəpərli kollar bu problemin həll edilməsində müstəsna rol oynayır. Qoruyucu yaşıl çəpərlər səs, qaz və ya küləyin qarşısını alır. Ona görə də belə sahələrdə ərazini hündür daş çəpərlərlə əhatə etmək lazım deyil. Qoruyucu məqsədlərlə əkilmiş bitkilər əlverişsiz amillərdən qorumaqla yanaşı, həm də bağları bəzəyir.

Şəhər və rayonlarda bəzən yeni tikilən evlər açıq sahədə yerləşir ki, Xəzər dənizindən əsən küləklər burada yeni əkilmiş ağac və kollara ciddi ziyan vurur. Nəticədə küləyin təsirinə məruz qalan bəzi ağac və kollar deformasiyaya uğrayır. Bakının sərt küləkləri bəzən hündür çoxillik bitkiləri də sındıra bilir. Belə sahələrdə kök sistemi dərinə gedən ağac və kollar əkməklə bütün ərazini bu tip küləklərdən qorumaq olar. Əlbəttə ki, kiçik dağ sahələrində bunu etmək çətindir. Ancaq burada bitkilərin kiçik qruplarını yaradaraq bitkiləri elə seçmək olar ki, daha davamlı növlər zəif növləri küləkdən və mühitin digər əlverişsiz amillərindən qoruya bilsin. Nadir bitkilərin əkilməsi üçün tikintilərlə qorunan sahələri seçmək yaxşıdır. Həmin sahələrdə ağac və kolları elə əkmək olar ki, bitkilərin küləkdən qorunmasından maksimal dərəcədə istifadə olunsun. Əvvəlcə küləyin sürətini təyin etmək və küləkdən mühafizə olunan sahə

Hal-hazırda Azərbaycanda yaşıllıqların ümumi sahəsi xeyli artmışdır. Yaşıllaşdırmada Abşeronun torpaq-iqlim şəraitinə tam uyğunlaşmış, introduksiya sınağından çıxmış, bioloji, ekoloji və dekorativlik xüsusiyyətləri hərtərəfli öyrənilmiş ağac və kol bitkilərindən istifadə edilir. Son illərdə Bakı şəhərində yeni inşa edilmiş belə park və bağların sayı 100-dən artıqdır. Şəhərimizdə yeni salınan magistral şosselərin, körpülərin ətrafının yaşıllaşdırılması müasir dünya landşaft memarlığının incilərini özündə əks etdirir, istifadə olunan ağac, kol və ot bitkiləri Respublikamızda genefondun bərpasında, biomüxtəlifliyin artırılmasında əsas amildir.




  1. Bakı Bulvarının hazırlanması layihəsi

Ilk “yaşıllıq sahəsi” Bakıda planda 1859-cu ildə göstərilmişdir. Bu yaşıllıq XIX əsrin 40-cı illərində 4,6 ha sahədə salınmış “Mixaylov” (qubernator) bağı idi. Mixaylov bağından başqa Bakıda ümumi istifadə də olan bağlardan biri hazır ki Dəniz Kənarı parkın bir hissəsi olan bulvar idi. Daha iri park bağlarından biri “Villa-Petrolea” indiki Nizami parkıdır ki, 1882-83-cü illərdə Nobel qardaşları tərəfindən salınmışdır. 1887-ci ildə “Parapet bağçası”, “Marinsk bağçası” (Malakan bağı), 1882-ci ildə dəmir yol vağzalı yanında bağ salınmışdır.

Bakı şəhərində yaşıllıqların genişləndirilməsi ilə əlaqədar olaraq 1934-cü ildə Bakı şəhərində Nəbatət bağı təşkil edilir və burada bitkilərin introduksiyası üzrə elmi – tədqiqat işləri aparılır.

Bakı şəhərində ümumi yaşıllıqların sahəsi min ha, parkların sayı 13 olub, sahəsi 489 ha, bağların sayı 19, sahəsi 93 ha, bağçaların sayı 17 olub, sahəsi 127 ha-dır. Dəniz kənarı parkın sahəsi 63 ha, Botanika bağının sahəsi 41 ha-dır. Son illərdə yaşıllıqlara diqqət artırılmış, Bakı və eləcə də respublikamızın digər rayonlarında yeni park – bağların salınmasına, köhnə yaşıllıqların bərpası və onlara qulluq işlərinə diqqət artırılmışdır.



Bulvarın layihələndirilməsi. İlk bulvar Qərbi Avropada XVII- XVIII əsrlərdə yaradılıb. Öz təyinatina görə onlar skverdə sıravi küçə əkililərinin aralarındakı rolu oynayır. Bulvarın yerləşdirilmələrinin aşagıdakı üsulları var:

  1. hər iki tərəfdən nəqliyyat hissələri;

  2. küçənin orientasiyasından asılı olaraq (onun eni iki bulvar yaratmaq imkanı vermədikdə). Şimal-cənub orientasiyası küçələrdə bulvarları qərb tərəfdə, en orientasiyalı küçələrdə şimal tərəf boyunca yerləşdirmək lazımdır.

Bulvarın planlaşdırma həlli onun enindən və piyada hərəkəti axınından asılıdır. Bulvarın bir piyada xiyabanında eni 18 m az olmalıdır. Hərəkət hissələri və səkilər arasındakı küçələrin salınma bulvarlar 10 m enində ola bilərlər. Bulvarın eni 30 m çox olarsa ayrı-ayrı qrup ağac, kol, gül kompozisiyasından, ərazinin landşaft həllində istifadə etmək məqsədə uyğun ola bilər.

Bulvar tozdan və səs-küydən müdafiə məqsədilə nəqliyyat yolundan yaşıllıq zolağı ilə ayrilmalıdır. Bulvarda əkilən ağaclar şəhər şəraitinə davamlı olmalıdır, onların yarpaqları kifayət qədərə sıx olmalıdır ki, bura gələnləri kənar təsirlərdən qorusun, ağac köklərinin sistemini isə səki örtülərini zədələməməlidir.

  Bakı bulvarının yüz illik tarixi var. Dəniz kənarında bulvar salmaq məsələsi Bələdiyyə idarəsində dəfələrlə müzakirə edilmişdisə də, əsl əməli işə yalnız 1909-cu ildə  istedadlı mühəndis Məhəmməd Həsən Hacınskinin rəhbərliyi altında başlanır. Bələdiyyə idarəsi bulvar salmaq üçün 60.000 manat pul buraxmağı qərara alır. Bakı varlıları da xeyli kömək edir. Layihə işlərində və təşkilat məsələlərində şəhərdəki bir neçə əzəmətli binanın və iki Kirxin müəllifi Adolf Eyxler ürəkdən iştirak edir. Bulvar şəhərin dəniz fəsadı olduğunu nəzərə alaraq müsabiqə elan edilir və tanınmış, adlı-sanlı memar və inşaatçı mühəndislər işə qoşulur. 30 memar-mühəndis müsabiqədə iştirak etməyə dəvət olunur. Fərdi sifarişlər yerinə yetirməyinə baxmayaraq bu müsabiqədə Zivərbəy Əhmədbəyov, Ploşko, Termikelov, Edel və tanınmış başqa istedadlı mütəxəssislər ürəkdən çalışırlar. O zaman tender yolu ilə seçilmiş layihənin işlənib həyata keçirilməsində mühəndis K. V. Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur.

3. Azərbaycan Respublikasında məktəbəqədər təhsil sahələrinin salınması layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətində uşaqların və gənclərin tərbiyəsi xüsusi yer tutur. Qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən insanın tərbiyə olunmasını tələb edir. Təhsil alan uşaq və gənclərin dövlətçilik ruhunda tərbiyəsi prioritet sahələrdəndir.

Dövlətçilik tərbiyəsinin mahiyyətini daha da zənginləşdirmək baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncam və çıxışlarından irəli gələn vəzifələr təhsil müəssisələrində pedaqoji ictimaiyyətə çatdırılır.

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Hazırda ölkədə 107954 uşağı əhatə edən 1635 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 103157 uşağı əhatə edən 1571 məktəbəqədər təhsil müəssisəsi Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi və ümumi təyinatlı 13 məktəbəqədər müəssisədə 22 xüsusi təhsil qrupu fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Ölkə üzrə Təhsil Nazirliyi tərəfindən lisenziya almış 22 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 15,9 faiz (şəhər yerlərində 23,4 faiz, kənd yerlərində isə 8,4 faiz) təşkil edir.

Məktəbəqədər təhsilin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla birgə müəyyən tədbirlər həyata keçirilib, müasir təlim texnologiyalarının tətbiqi sahəsində bir sıra məqsədyönlü işlər görülüb.

1997-ci ildə Azərbaycan Respublikasının hökuməti ilə “SOS – Kinderdorf İnterneyşnl” arasındakı razılaşmaya əsasən bu qurumun Azərbaycanda fəaliyyətinə qərar verilib.

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası 28 sentyabr 1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. SOS Uşaq Kəndi uşaqların cəmiyyətə etibarlı adaptasiyasını təmin edən bir körpüdür. Uşaqlar SOS Uşaq Kəndinə körpəlikdən qəbul edilir və hərtərəfli qayğı ilə təmin olunurlar.

Bakı SOS Uşaq Kəndi 6 oktyabr 2000-ci ildə fəaliyyətə başlayıb. SOS Uşaq Kəndinə ilk vaxtlar valideyn himayəsindən məhrum olmuş 104 uşaq qəbul edilib.

SOS Uşaq Kəndində 14 ailə evi, 2002-ci ilin noyabr ayından isə 4 qruplu uşaq bağçası fəaliyyət göstərir. Bu uşaq bağçasında Bakı SOS Uşaq Kəndində tərbiyə alan uşaqlarla yanaşı, yaxınlıqda yaşayan ailələrdən olan uşaqlar da qəbul olunur.

Ötən müddət ərzində Assosiasiyanın maliyyələşməsi tamamilə “SOS – Kinderdorf İnterneyşnl” tərəfindən həyata keçirilib. Böyük həcmdə investisiya hesabına Bakıda və Gəncədə bütün infrastruktura malik SOS Uşaq Kəndləri salınıb, bir sıra sosial layihələr həyata keçirilib. Hazırda bütün bu işlər uğurla davam etdirilir.

Hazırda ölkədə fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələri bunlardır: “Şəkər Bala”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, “XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzinin uşaq bağçaları, Azərbaycan Beynəlxalq məktəbəqədər təhsil müəssisəsi, “Göyərçin”, Zərifə Əliyeva adına, Binə, “Ləma”, “Çeburaşka”, “Günəş”, “Pleyorena”, “Leylək”, “Cücələrim”, “Şirin”, “Baby Plaza”, “Gül”, “Şirin bala”, “Nağıl”, Təlim firmasının, “Xəzər-RC”, “Servise-AR”, “Renessans-FS” MMC-lərinin nəzdindəki uşaq bağçaları. Bakı şəhərindəki 7 müəssisə - Zərifə Əliyeva adına, Binə, “Göyərçin”, “Pleyorena”, “Şirin”, “Baby Plaza”, “Şirin bala”. Sumqayıt şəhərindəki “Ləma” uşaq bağçası isə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən özəlləşdirilib.

Son illər məktəbəqədər təhsilə diqqətin və qayğının artırılması nəticəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində 120 yerlik, Xındırıstan kəndində 100 yerlik, Füzuli rayonunun məcburi köçkünləri üçün Zobucuq ərazisində salınmış Zobucuq 1, Zobucuq 2, Zobucuq 3, Zobucuq 4 qəsəbələrinin hər birində 3 qruplu uşaq bağçaları, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayonunun məcburi köçkünləri üçün salınmış qəsəbədə 3 qruplu 1 müəssisə, Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 7, 8, 9, 10, 11 nömrəli qəsəbələrin hər birində 50 yerlik 1 müəssisə, Zaqatala rayonunun Mamrux kəndində 2 qruplu 1 müəssisə, Abşeron rayonunun Qobu qəsəbəsində 4 qruplu 1 müəssisə, Qəbələ rayonunun Yenikənd kəndində 2 qruplu 1 müəssisə və Heydər Əliyev Fondunun dəstəyi ilə 70 yerlik 1 müəssisə, Lerik rayonunun Cəngəmiran kəndində 35 yerlik 1 müəssisə açılıb. Ağcabədi rayonunun ərazisindəki Alman qəsəbəsində yerləşən Xocavənd rayonunun məcburi köçkünləri üçün 3 qruplu uşaq bağçası, Goranboy rayonunun Qarqucaq və Hazırəhmədli kəndlərinin hər birində 2 qruplu uşaq bağçasının fəaliyyəti bərpa edilib.

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsində mövcud olan problemlərin aradan qaldırılması, onların səmərəli həlli, ölkəmizdə məktəbəqədər təhsilin günün tələbləri səviyyəsində qurulmasının təmin olunması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi üçün “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli 2089 nömrəli sərəncamı ilə təsdiq edilib.

Proqramda məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi, idarəetmənin yeni iqtisadi münasibətlər zəminində təkmilləşdirilməsi, təşkilati-hüquqi və iqtisadi mexanizmlərin bu müəssisələrin səmərəli fəaliyyətinə yönəldilməsi, məktəbəqədər təhsil xidmətlərinin əhalinin aztəminatlı təbəqəsinin imkanlarına uyğun olması, kadr təminatının yaxşılaşdırılması, yeni kurikulumun hazırlanması, bütövlükdə məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi önəmli vəzifələr kimi qarşıya qoyulub. Ən başlıcası isə məktəbəqədər təhsil haqqında ayrıca qanunun hazırlanması nəzərdə tutulub.


4) Mikrorayon bağının layihələndirilməsi

Mikrorayonlarda adətən bütün zəruri olan mədəni-məişət, təhsil-tərbiyə, təsərrüfat xidməti, idman və istirahət üçün meydançalar və qurğular,mikrorayon bağları nəzərdə tutulur. Mikrorayonun yaşıllaşdırma sistemi mikrorayon bağından yaşayış yerlərinin,uşaq və məktəb müəssisələrinin, piyada yollarının, mikrorayon ətrafında olan müdafiə zonalarından ibarətdir.

Mikrorayon bağı mikrorayonun daxilində əhalinin gündəlik istirahəti üçün istifadə olunan yaşıllaşdırılmış sahəsidir. Onun sahəsi hər sakin üçün 3,5 kv.m götürülür. Adətən mikrorayon bağı mikrorayonun mərkəzində yerləşdirilir.

Mikrorayon bağının funksional təyinatı – mikrorayon əhalisinin istirahəti,gündəlik gəzintisi üçün sabit məkandır. Onun paylaşdırılması buna tabe olmalıdır.

Ağac və kollar burada başqa bağlar üçün olduğu kimi seçilir.Birinci növbədə bağ üçün bağın görünüşünü yaradacaq bir, iki yaxud bir neçə aparıcı ağac seçilməli.

Əgər mərkəzi meydan ətrafında bir qədər sıx əkililərdən, nisbətən seyrəkləşdirilmış qruplara və ya ayrı-ayrı ağaclara tədricən keçid yaradılarsa, o zaman əkililərin yerləşdirilməsinin ümumi sistemi daha effektli alınar. Bağ və park yaranışından öz keyfiyyətlərinə görə müxtəlif xarakterli elementlərin iştirak etdiyi çətin sənət əsəridir.Yəni, canlı bitkilər və yer örtüyünün müxtəlif formaları (su və daş), həmçinin müxtəlif sənət əsərləri (heykəltəraşlıq,memarlıq və təsviri sənət) və s..Bağ və yaxud parkdan mümkün qədər istirahət ,təcrübi məqsədlə daha dolğun istifadə edilməsi , eyni zamanda bədii cəhətdən vahid harmonik vəhdət təşkil etməsi ücün,bütün bu elementləri insanların gəlişi üçün daha rahat şərait yaradan müəyyən bir qarşılıqlı əlaqəli sistemdə birləşdirmək vacibdir.

Azərbaycanda park və bağların salınma tarixi çox qədim olduğu Həsənova A.Ə. (1996) “Azərbaycanın park və bağları” kitabında ətraflı verilmişdir.

Park - yaşıl inşaatın vacib obyektlərindən biri, şəhər yaşıllaşdırma sisteminin aparıcı elementidir.

Parkların aşağıdakı təsnifatı mövcuddur: 1. Funksional təyinata görə - mədəniyyət və istirahət,uşaq-idman, kurort, bağ-park incəsənəti abidələri, memorial parklar; 2. Ümumi yaşıllaşdırma sistemindəki yerinə görə - şəhərkənarı ,ümumşəhər, rayon; 3. Təbii şəraitə görə - hidroparklar, çəmənparklar, dağ, pilləvari və s. 4. Ayrılmış ərazi ölçülərinə görə - 200 ha – dan artıq, orta 50 – 200ha, kiçik 20 – 50 ha.

Əksər parklar müxtəlif istirahət növlərinə aid bir sıra funksiyaları yerinə yetirir. Bu nöqteyi nəzərdən parkları növbəti zonalara bölürlər:

- Gəzinti və sakit istirahət 60%

- İdman 15%

- Əyləncə,attraksion və b. kütləvi tədbirlər 15%

- Uşaq sektoru 15%

- Xidmət (administrator) 5%

Parkda yaşıl əkililərin layihələndirilməsində əsas məsələlərdən biri ondan ibarətdir ki, ilin hər fəsli öz rəngi və florası ilə fərqlənsin. Bağ və parkın bütün fəsillərində gözəl və özünəməxsus olmasına çalışmaq lazımdır. Parkda rəng effektlərinin dinamik və mövsümü dəyişiklikləri bizə bağların dekorativ bitkilərinin və vəhşi florasının fondlardan daha rasional və tam istifadə etmək imkanı verir. Parkın mövsümiliyi və dinamikliyi kompozisiyalı şəkildə o zaman biruzə verir ki, parkın yaxud bağın müəyyən hissələri çiçəklənən bitki axının sayəsində “mövsümün tacı” kimi çıxış edir, sonra isə solğunlaşır və ikinci plana keçir.

Şəhərlərdə yaşayiş və ictimai binalardan və böyük mühəndislik tikililərindən əlavə çox miqdarda həcminə görə nisbətən kiçik olan dekorativ və həm də faydalı xarakterli obyektlər mövcuddur. Onlarin sırasında heykəltəraşlıq həlli, dekorativ su hövzələri, bütün mümküni qasidlər və pavilyonlar, mebel və çəpərləmələr var. Bütün bu şəhərin xarici inşaat elementləri kiçik memarlıq formaları adlanır. Kiçik memarlıq formalarına növbəti yaraşıq elementlərinə aid edirlər.

Heykəltaraşlıq və dekorativ tikililər. Heykəllərdən və abidələrdən əlavə bura həmçinin binaların bağlı (pəncərəsiz) fasadının dekorativ qurğularını da aid etmək olar.

Trelyajlar və talvarlar – adətən bitkilərlə bürünmüş və ayrı dayanan “yaşıl” divarlar, oturacaqlar, örtülü xiyabanlar yaradan, dəmirdən yaxud ağacdan olan yüngül tikililərdir.

Fəvvarələr, onlardan sıçrayan dekorativ sular.

Oturacaqlar və talvarlar – mədəni-məişət (rəqs üçün meydanlar, kassalar, telefon avtomatları,məlumat bürosu, qasidlər, yaşıl teatrlar və s.); ticarət məqsədli (qasidlər); nəqliyyat məqsədli (dayanacaq pavilyonları, kassalar və s.) tikililərə bölmək olar.

Skamyalar və bağ-park mebeli –skamyalar, çimərlik avadanlığı və s.

Çəpərlər – təyinatına görə ayrı-ayrı binaların ansanblına daxıl edilən çəpərlərə; ümumi istifadə sahələri çəpərləri – parkların , skverlərin və s. məhdudiyyətli istifadə sahələrinin çəpərləri –məktəblərin, uşaq bağçalarının, sanatoriyaların və s. nəqliyyat tikililərinin çəpərləri – körpülərin, döngələrin və s. əkililərin çəpərlənməsi.

Yerinə yetirdikləri funksiyalara görə də bütün kiçik formaları bölmək olar:

Dekorativ tikililər: heykəllər, fəvvarələr və dekorativ su hövzələri, dekorativ barelyerlər və binaların başqa dekorativ quruluşu bəndləri, trelyajlar, çiçəklər üçün güldanlar və s.

Utilitar xarakterli tikililər, çox vaxt dekorativ məqsədlərdə işlənir: oturacaqlar, pavilyonlar, attraksionlar, qastidlər, telefon avtomatları, parklarda girişlər, skamyalar və başqa bağ-park mebeli, çəpərlər piyada körpüləri, istinad divarları, meydanların və piyada yollarının dekorativ quruluşu, sıçraq hovuzlar və içməli fəvvarəciklər, fanarlar və b. işıqlandırıcılar, nəqliyyat dayanacaqlarında pavilyonlar və s.

Park inşaatı memarlığını ümumi tələblər – formanın təsvirliyi və orijinallığı, konstruksiyanın sadəliyi, rəng həllinin harmoniyası, inşaat materialının uzun ömürlülüyüdür. Tikili mütləq işıq və hava ilə təmin olunmalıdır, kompozisiyaya pillələr,eyvanlar, kolonlar və b. işıq və kölgə oyununu yaradan elementlər daxil edilməlidir.

Kiçik memarlıq formalarını da park memarlığı tikililəri tiplərinin bütün müxtəlifliyi ilə şərti olaraq əsas rekreasion funksiyaya mənsubiyyətinə görə qruplara bölmək olar.



Nümayiş etdirici - əyləncə tədbirləri üçün nəzərdə tutulub; yaşıl teatr, kinoteatr, açıq estrada, rəqs eyvanı, konsert zalı, attraksion, kafe, restoran;

Mədəni – maarifləndirici tədbirlər üçün: sərgi pavilyonu, oxu və stolüstü oyunlar üçün pavilyon, mühafizə üçün amfiteatrlar, qasid, musiqi dinləmək;

Bədən tərbiyəsi – sağlamlıq tədbirləri üçün – idman pavilyonu, tir, idman oyunları üçün meydançalar və üzmək üçün hovuzlar;

Sakit istirahət və gəzinti üçün: oturacaq, talvar, trelyaj, skamyalar, qayıq stansiyası və sahil, çimərlik təminatı, mənzərəli meydanlar;

Uşaqların əyləncə və oyunları üçün: meydançaların oyun təminatı, sıçraq hpvuz və s.

Bədii təminatlar üçün: arka, kolonna, stela, heykəl, dekorativ divar, fəvvarə, hovuz.

Bütün başqa incəsənət növləri kimi bağ-park sənəti də qanuna uyğunluqlara əsaslanır: kompozisiya qanunu, perspektivin öyrənilməsi, çiçəkçilik, kontrast, ritm və s. harmoniya haqqında biliklər verir.



NƏTİCƏ

Şəhərlərin böyüməsi, həmçinin ətraf mühitin mühafizəsi ilə əlaqədar problemlərin həlli vacibliyi landşaft memarlığının düşüncə dairəsini genişləndirir.

Müasir landşaft memarlığında iki inkişaf tendensiyasını təyin etmək olar. Onlardan birincisi – layihələşdirmənin masştabının genişləndirilməsi tərəfinədir: o mühitin ümumi formalaşması problemi ilə əlaqədar məsələləri həll edir. Mühitin formalaşması prosesinə xarakterik olaraq landşaftın yaranmasının müxtəlif aspektləri “Landşaft planlaşması” termini ilə bağlıdır.

İkinci tendensiya insanın şərksiz əhatəsinə artan diqqətlə əlaqədardır (mühitin tərkib hissəsi olmaqla). Bu əhatə bir qayda olmaqla,incəsənət kökləri ilə bağlıdır və onda təbiət mühitinin elementləri, mühəndislik yaraşıq detalları ilə, bəzən isə incəsənət əsərləri ilə birgə iştirak edirlər (heykəltaraşlıq, dekorativ panno). Bu tendensiyada əsas – insana estetik təsir faktorunun mövcud rolunu nəzərə alaraq,bu müxtəlif elementlərin orqanik axınının əldə olunmasıdır.

Landşaft layihəsinin bu sahəsi üçün xarici təcrübədə “Landşaft dizaynı” termini yaranmışdır.

Verilən terminlərin bəzi şərtlərini qeyd edərkən , nəzərə almaq lazımdır ki, bu istiqamətlərin hər ikisi müasir memarlıq landşaftının inkişafında eyni dərəcəli vacibdirlər. Onlar qarşılıqlı əlaqədardırlar və insanı əhatə edən mühitin landşaft rahatlığı və onun mühafizəsi məsələlərini birlikdə həll edirlər.


ƏDƏBİYYAT

1. V.Tutayuk, «Azərbaycanın yaşıllaşdırılması» Bakı, Gənclik, 1968

2. A.İ.Prilosko,A.R.Əliyev, «Azərbaycanın yaşıllaşdırılması» Az.Elml.Akadem.nəşriyaatı, 1967

3. www.edu.gov.az



MÜNDƏRİCAT
1. Giriş...............................................................................................................2

2. Şəhər sisteminin yaşıllıq əkililərinin layihələndirilməsi və elementləri...............................................................................................................5

3. Bakı Bulvarının hazırlanması layihəsi...................................................13

4 Azərbaycan Respublikasında məktəbəqədər təhsil sahələrinin salınması layihəsi.................................................................................................16

5. Mikrorayon bağının layihələndirilməsi.................................................20

6. Nəticə..........................................................................................................25



7. Ədəbiyyat...................................................................................................26







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə