Şəffaflıq Azərbaycan




Yüklə 274.5 Kb.
səhifə1/5
tarix23.02.2016
ölçüsü274.5 Kb.
  1   2   3   4   5
“Şəffaflıq Azərbaycan” Korrupsİyaya Qarşı Mübarİzə İctİmaİ BİRLİYİ
tərəfindən 2010 – 2012-ci illər ərzində təşkil edilmiş dəyirmi masalarda qanunvericilik ilə bağlı təklif olunan tövsiyələrin ümumi müzakirəsi ilə bağlı

AZƏRBAYCAN RESPUBLIKASI MİLLİ MƏCLİSİNİN



İŞTİRAKI İLƏ KEÇİRİLƏN DƏYİRMİ MASANIN
Yekunu ilə əlaqədar verilən tövsiyyələr
Transparency International təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 2010-cu ilin sonundan 2012-ci ilin may ayındadək Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) maliyyə dəstəyi əsasında həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi (ALAC) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində müxtəlif dövlət qurumları və vətəndaş cəmiyyətin üzvlərinin iştirakı ilə 12 dəyirmi masa təşkil edib. Dəyirmi masalar Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Məhkəmə Hüquq Şurası, “Bakıelektrikşəbəkə” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri, Ədliyyə Nazirliyi və Milli Məclis ilə keçirilib. Hər bir dəyirmi masada müvafiq dövlət qurumlarına konkret sahələrlə bağlı korrupsiya risklərini minimuma endirmək, şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə qanunvericilik, idarəetmənin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı tövsiyyələr təqdim olunub. Qanunvericilik təşəbbüslərinin həyata keçirilməsinə cavabdeh Milli Məclis olduğundan dəyirmi masalarda bu istiqamətdə səsləndirilən tövsiyyələr ümumiləşdirilərək Milli Məclisə təqdim olunur.
Tövsiyələrin hazırlanmasında aşağıdakı şəxslərin fikirlərindən istifadə olunub:


  1. Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru;

  2. Rəna Səfərəliyeva, “Şəffaflıq Azərbaycan” İB-nin İcraçı Direktoru;

  3. Azər Talıbov “Şəffaflıq Azərbaycan” İB-nin Baş hüquqşunası

  4. Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının Sədri

  5. Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri;

  6. Ələkbər Ağasıyev, Konstitusiya Araşdırmalar Fondunun eksperti

  7. Azər Mehdiyev, İqtisadi Təşşəbüslərə Yardım İctimai Birliyinin sədri

  8. Mirvari Gəhramanlı, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri

  9. Sevgim Rəhmanov, Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov 

  10. Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru

  11. İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri

  12. Ülviyyə Mikayılova, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru;

  13. Məlahət Mürşüdlü, Azad Müəllimlər Birliyinin sədri

  14. Nazim Mahmudov, müstəgil hüquqşünəs

  15. Eldar Qocayev, USAID, Ticarət və Rəqabətlilik Layihəsi rəhbərinin müavini

  16. Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birlyi

  17. Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İctimai Birlyi

  18. Samir İsayev, Hüquqi Düşuncə İctimai Birlyi

  19. Əhməd Abbasbəyli, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi

  20. Fuad Suleymanov, Müstəgil hüquqşünas,“Şəffaflıq Azərbaycan” İdarə Heyətinin sədri


Bu tövsiyələr “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) maliyyə dəstəyi əsasında həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi (ALAC) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində hazırlanmışdır və donorların rəsmi mövqeyini əks etdirməyə bilər.


1. Təhsil Nazirliyi ilə

Məktəbəqədər təhsilin mövcud vəziyyəti, problemlər və perspektivlər”



mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 29.11.2010

Mövcud vəziyyət

Analiz

Hal hazırda bu sahə “Təhsil haqqında” Qanunun 18-ci maddəsi və bir sıra normativ-hüquqi aktlarla tənzimlənir. Və nəhayət, indiyədək məktəbəqədər təhsil haqqında ayrıca qanun yoxdur, halbuki Azərbaycan Respublikasında Məktəbəqədər təhsilin yeniləşməsi Proqramında (2007-2010 il) belə bir qanun layihəsinin hazırlanması nəzərdə tutulub və Təhsil Nazirliyinin müvafiq əmri ilə “Məktəbəqədər təhsil haqqında Qanun”un hazırlanması ilə bağlı işçi qrupu yaradılmışdır.

Lakin qeyd etmək lazımdır ki, həmin 18-ci maddədə dəqiq anlayışlar yoxdur və hüquqi mexanizmlər tam aydın göstərilməyib. Belə ki, 18-ci maddənin 4-cü bəndində 5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsilin “zəruri olduğu” bildirilir. Ancaq hüquqi baxımdan bu termin qeyri-dəqiqdir, aydın deyil ki, uşaq məktəbə daxil olmaq üçün mütləq məktəbəqədər təhsil almalıdır yoxsa belə bir təhsili olmasa da olar.

Qeyd etmək lazımdır ki bu qanun yalnız “Təhsil haqqında Qanun”un tələblərindən irəli gələrək bir sıra hüquqi-normativ sənədlər təsdiq edildikdən sonra hazırlana bilər. Artıq “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” və “Məktəbə hazırlığın təşkili qaydaları” təsdiq edilib, hazırda “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.


Ümumiyyətlə bu proqramın (2007-2010-cu illər üçün) icrası istiqamətində yubanmalrın olması diqqət çəkir. Bu problemlər Məktəbəqədər təhsil üzrə kurrikulumun tam, yekun variantının hazırlanmaması1 və bu kurrikuluma uyğun təlim vəsaitlərinin hazırlanmamasında özünü göstərir. Hazırda istifadə edilən təlim vəsaitləri (134 adda yeni tədris vəsaitinin hazırlandığı bildirilir) mövcud “Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə proqramı” əsasında hazırlanmışdır. Gələcəkdə də vahid kurikiliumun hazırlanmasından sonra bu vəsaitlərin yalnız bir qismindən istifadə ediləcəkdir, digərləri isə kurrikuluma uyğun olaraq, yenidən hazırlanmalıdır.

Tövsiyyə edirik ki,

1.Məktəbəqədər təhsil haqqında ayrıca qanun layihəsi hazırlamaq və orda daha dəqiq terminlər işlətmək;

2. Bu qanunun qəbul edilməsi üçün tələb olunan hüquqi-normativ baza hazırlanmalıdır.

3. Məktəbəqədər təhsil xidmətlərinin müxtəlif formaları həmin qanunun tərkib hissəsi olmalı, eyni zamanda ailə və bələdiyyə uşaq baxçalarının yaradılması imkanını özündə əks etdirməlidir.

4. Proqramın tam mənada icra olunması istiqamətində yubanmaların baş verməsi səbəbindən təklif olunur ki, proqramın müddəti daha iki il müddətinə uzadılsın.

2. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

ilə “Dövlət qulluğu sahəsində yaxşı idarəetmə prinsiplərinin təkmilləşdirilməsi”

mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 02.02.2011

Mövcud vəziyyət

Analiz

Dövlət Qulluğu Haqqında Qanunun 30.2. maddəsinə görə “Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər.”

Qanunun bu müddəası işəgötürənə imkan verir ki, il ərzində dövlət qulluqçusunu haqqı ödənilmədən 60 saata qədər (bir yarım iş həftəsi) işlərə cəlb etsin. Bu isə ölkə Konstitusiyasının 35 maddəsinin 3-cü və 37-ci maddəsinin 2-ci hissəsinə uyğun gəlmir.

Tövsiyyə edirik ki,

Qanunda olan belə müddəanın mövcudluğu məcburi əməyin tətbiqinə şərait yaratmaması üçün münasib dəyişikliklər olunsun.

Qanunun 28.6. maddəsinə əsasən “Bir vаkаnt yеrə vеrilən bir nеçə nаmizəddən birini sеçmək hüququ dövlət оrqаnının rəhbərinə məхsusdur. Dövlət оrqаnı rəhbərinin müəyyən еtdiyi şəхs bir il müddətinə təcrübə keçir. Bu dövrdə özünü doğrultduqda (оnun özünü dоğruldub dоğrultmаdığını хüsusi kurаtоr müəyyən еdir) оnunlа dаhа 6 ay sınаq müddəti qоyulmаqlа əmək müqаviəsi (kоntrаktı) bаğlаnılır. Yаlnız bu müddət bаşа çаtdıqdаn sоnrа (bu müddət ərzində əmək müqаviləsinə (kоntrаktınа) хitаm vеrilməyibsə)

həmin şəхslə müddətsiz əmək müqаviləsi (kоntrаktı) bаğlаnılır. Qаnunvеricilikdə dövlət qulluğundа tаm hüquqlu işçi оlmаq üçün müəyyən оlunmuş 1 il 6 ay müddət kifаyət qədər uzun müddətdir. Bu hаlın mövcudluğu işçini dövlət оrqаnı rəhbərindən аsılı vəziyyətə sаlır.



Dövlət Qulluğu haqqında qanuna edilən dəyişikliklə sınaq müddəti 2 ildən 6 aya endirilmişdir. Bunula belə işçinin bir il yarım ərzində qeyri-müəyyən vəziyyətdə saxlanılması da uzun müddət hesab oluna bilər.

Təklif olunur ki,

a) staj müddəti anlayışı ümumiyyətlə ləğv olunsun. Sınaq müddəti isə “6 ay” deyil 6 aya qədər (iəşəgötürənin

b) Dövlət organına təqdim olunmuş namizədlərin içərisindən Dövlət Orqanı rəhbərinin istədiyi namizədi seçmək hüququ nə qədər başa düşülən olsa da, Dövlət Qulluğuna imtahanlarını müvəffəqiyyətlə vermiş şəxsin seçilməsində subyektiv mülahizələrin olması ayri-seçkilik hallarına gətirə bilər. Maraqların toqquşmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi tövsiyyə olunurmülahizəsi ilə bu müddət daha qısa ola bilər, amma 6 aydan çox olmamalıdır) kimi məyyən edilsin. .

Dövlət Qulluğu haqqında Qanunun 19.0.10 maddəsinə görə Dövlət Qulluqçusunun həmkarlar ittifaqlarında birləşmək hüququ əks olunsa da, qanunun 20.1.7. maddəsində Dövlət Qulluqçusuna “tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmə”si qadağan olunur.

Konstitusiyasının 36.2. maddəsində dövlət qulluqçularının tətil etmək hüqunun məhdudlaşdırılması ilə bağlı müddəa yoxdur.

Təklif ondan ibarətdir ki,

Konstitusiyaya görə “Silahlı Qüvvələrdə və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər”.Bunula belə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Paktın” 8-ci maddəsində tətil hüququnun həyata keçirilməsinə məhdudiyyət qoyula biləcək işçilər arasında “dövlət idarəetmə sisteminə daxil olan şəxslər” nəzərdə tutulur. Qabaqcıl ölkələr dövlət qulluğunda çalışanların tətil hüququnu tanıyır. Bu ziddiyətin aradadan qaldırılmasına dair Komissiya tərəfindən müəyyən addımların atılmasını zəruri hesab edirik.

Beynəlxalq Əmək Təşkilatının “Dövlət Qulluğunda təşkilatlanma hüququnun müdafiəsi və məşğulluğun müəyyənləşdirilməsinə dair Konvensiyası” (151-ci Konvensiya) ratifikasiya olunmamışdır.




Təkilf olunur ki,

Azərbaycanda Dövlət Qulluğunda əmək münasibətlərinin tənzimlənməsinin beynəlxalq əmək standartlarına tam uyğunlaşmasına hüquqi əsaslar yarada biləcəyi nəzərə alaraq bu Konvensiyanını ratifikasiyası təkilfi ilə Dövlətə müraciət etmək.

5. Dövlət qulluğu ilə bağlı məhkəmələrdə xeyli sayda işlərə rast gəlinir. Məhkəmlərdə çıxarılan bu kimi işlər əsasən əmək hüquqlarının pozulması və vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərindən icrası ilə bağlıdır. Lakin məhkəmə proseslərində iştirakçı olmayan digər maraqlı tərəflərin informasiyaya çıxışı məhdud olur.

Bununla əlaqədar:

a) Dövlət qulluğunun aparılması ilə əlaqədər ortaya çıxan mübahisələrlə bağlı məhkəmə aktlarının məlumat bazasının yaradılması tövsiyə olunur.

b) Bu məlumat bazası geniş ictimaiyyət üçün açıq olmalıdır.

c) Məlumat bazasının yaradılması üçün AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, Məhkəmə Hüquq Şurası ilə birgə fəaliyyət göstərsin. Məlumat bazasının yaradılması öz növbəsində analitik-arayış məlumatının əldə edilməsinə yardım etmiş və dövlət qulluqçularının təlimi zamanı müəyyən istiqamətləri üzə çıxarmış olardı.



3. Məhkəmə Hüquq Şurası ilə

Məhkəmə sistemində şəffaflığın artırılması”



mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 30.03.2011

Mövcud vəziyyət

Analiz

Məhkəmə protokolu

Stenoqramlar saxlanılır və yuxarıda göstərildiyi kimi işdə iştirak edən şəxslər məhkəmə materaialları ilə təmin olunurlar. Əgər məhkəmədə iştirak edən şəxslər və ya onların nümayəndələrinin protokolun tərtibatı, yol verilmiş yalnışlıqlar və ya natamamlıq ilə bağlı narazılıqları varsa, onlar protokolun nüsxəsini əldə edib bununla bağlı hakimə etirazlarını bildirə bilərlər. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşları, istənilən fərdi şəxs və ya hüquqi şəxs, sənədləri Dövlət Arxiv Fondundan2 çıxarmamaq şərti ilə onlarla tanış ola bilər. Dövlət Arxiv Fondunda sənədlərdən istifadə qaydaları müfaviq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Məhkəmədəki arxiv sənədləri çox az halda Dövlət Arxiv Fonduna göndərilir, əksər hallarda materiallar məhkəmələrin özündə saxlanılır və bu hal arxivlərdən istifadə imkanını məhdudlaşdırır. Məhkəmələrin bu kimi materialları sadə sorğu əsasında ictimaiyyətə təqdim etməsini təmin edən heç bir qayda mövcud deyil, amma bununla bağlı hər hansı bir qadağa da yoxdur. Məhkəmə hakimiyyəti orqanları qanundakı bu boşluqdan istifadə edirlər və bu ictimaiyyət nümayəndələrinə və kütləvi informasiya vasitələrinə məlumat almaqda çətinliklər yaradır.



Məhkəmələr müvafiq monitorlarla təmin edilə bilər ki, transkripsiya aparılarkən (protokola qeydiyyat aparılarkən) tərəflər onların dedikləri fikirlərin yazıldığını və dəlillərinin göstərildiyini həqiqətən görə bilsinlər. Bu vaxt itkisinin qarşısını almış olar.

Qanunvericiliyə məhkəmlərin yuxarıda göstərilən təchizatlarla təmin edilməsi isə müvafiq dəyişiklikləriin edilməsi ilə bağlı təkliflərin verilməsi



Tövsiyyə edirik ki,

məhkəmələrdə protokolun aparılması kompyuterləşdirilsin və bu qanunverilicikdə öz əksinin tapsın.

Mövcud vəziyyət

Analiz

Məhkəmələrin büdcələri

Hökumət məhkəmə sistemini hətta digər ölkə iqtisadiyyatının digər sektorlarının hesabına müvafiq maliyyə ilə təmin edir. Prezidentin müvafiq fərmanı ilə Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə məhkəmlərin maliyyələəşdirilməsi tapşırığı verilib. Ədliyyə Nazirliyinin və yüksək instansiya məhkəmlərinin müvafiq icra orqanına gələcək ilin büdcəsi ilə bağlı təklifini irəli sürə bilər.



Təcrübədə birinci instansiya məhkəmələri öz büdcələrini bölüşdürmək və idarə etmək imkanından məhrumdur. Amma qanunla yüksək instansiya məhkəmələrinin büdcə təklifi ilə çıxış etmək hüquqları var. (Aşağı instansiya məhkəmələrinin bu ixtiyarı da yoxdur).


Tövsiyyə edirik ki,

Aşağı İnstansiya məhkəmələrinə öz büdcələri ilə bağlı təkliflər verməsinə imkan verən qanun qəbul edilsin

Hakimlərin maaşı 2000-ci illə müqayisədə 25 dəfə artıb. Bu hakimlərin maaşının beynəlxalq səviyyələrə çatdırılması istiqamətində müsbət bir yanaşma, real irəliləyişdir. Hakimlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində 2010-cu ildə qanunvericilik səviyyəsində bəzi əlavələr olub.

Bunanla yanaşı, digər məhkəmə işçilərinə verilən məvaciblər çox aşağıdır və bu işçilər tərəfindən göstərilən xidmətin aşağı səviyyəli olmasınının ən əsas səbəblərindən biri kimi göstərilə bilər.

Tövsiyyə edirik ki,

ilkin instansiya məhkəmələrində də məhkəmə işçilərinin əmək haqqları, Ali və Apelyasiya məhkəmələrindəki səviyyəyə qaldırılsın və bu qanunverilicikdə öz əksinin tapsın.

4. “Bakıelektrikşəbəkə” ASC-nin iştirakı ilə

Elektrik enerjisi təchizatı sahəsində şəffaflığın artırılmasi



mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 14.06.2011

Tədbirin keçirilməsində əsas məqsəd Bakıelektrikşəbəkə ASC-nin idarəetmə sahəsində nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Yekunda dəyirmi masalarının gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb Bakıelektrikşəbəkə ASC-ya təqdim edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

iştirakı ilə “ünvanlı sosial yardımın təyin edilməsi və qarşıya çıxan problemlərin həlli” mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 21.06.2011

Mövcud vəziyyət

Analiz

Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsində “ehtiyac meyarı” anlayışı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd kimi verilmişdir.

Qanunvericilik burada əhalini təkcə onların mənsub olduğu sosial-demoqrafik qruplar üzrə fərqləndirmiş və onları bir meyarla birləşdirmişdir. Əhalinin əsas sosial demokrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birlikdə təsdiq olunur. Bu isə Qanunun məqsədi baxımından uğurlu yanaşma hesab edilə bilməz. Məsələ ondadır ki, əhalinin sosial-demoqrafik qruplarının yaşayış minimumu respublika üzrə eyni deyildir. Yəni, əhalinin eyni sosial-demoqrafik qrupuna daxil olan hissəsi yaşadığı regiondan, şəhər və ya kənd yerindən asılı olaraq müxtəlif maddi təminatlara malikdir. Məlum olduğu kimi, respublikanın ayrı-ayrı bölgələrinin həyat səviyyəsi, ailələrin aylıq məcmu gəlirləri, istehlak mallarının, daşınar və daşınmaz əmlakın qiymətləri və sosial vəziyyəti müəyyən edən digər göstəricilər bir-birlərindən əsaslı şəkildə fərqlənirlər. Bu baxımdan, yaşayış minimumu təkcə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə deyil, həm də bölgələr üzrə həyat səviyyəsi də nəzərə alınmaqla müəyyən edilməlidir. Belə olduqda, eyni aylıq məcmu gəlirlərinə malik olub müxtəlif regionlarda yaşayan ailələr üçün təyin edilən ünvanlı sosial yardımın miqdarı faktiki reallığa uyğun olardı.

Tövsiyyə edirik ki,

Qanunun 1.0.1-ci maddəsində “əhalinin” sözündən sonra “yaşadıqları regionun sosial-iqtisadi göstəriciləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

Qanunun 1.0.2-ci maddəsində “ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər”dir.


Bu norma ümumi xarakterə malikdir, ailə üzvlüyünü konkret və dəqiq meyarlarını müəyyən etmir. Bundan əlavə, ayrı-ayrı normativ hüquqi aktlarda “ailə”, “ailə üzvləri” və ya “qohum” anlayışları həmin aktların məqsədlərinə görə müxtəlif məzmunda verilir.

Tövsiyyə edirik ki,

Qanunun 1.0.2-ci maddəsində ailə üzvü sayılan şəxslərin dəqiq siyahısı verilsin.

Qanunun 1.0.3-cü maddəsində ailənin gəlirləri – ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu hesab edilir.

Norma yaradıcılığı baxımından “və yaxud əldə oluna biləcək pul” sözlərinin proqnoz şəklində verilməsi yolverilməzdir.


Tövsiyyə edirik ki,

Qanunun 1.0.3-cü maddəsindən “və yaxud əldə oluna biləcək” sözlərinin çıxarılsın.

Azərbaycanda məhkəmə qərarların icrası ilə bağlı problem ciddi əhəmiyyət daşıyır. Bu fakt dövlət nümayəndərləri tərəfindən də qəbul edilir. Avropa İnsan Hüquqları məhkəməsinin Azərbaycanla bağlı qərarının 19 u məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır.

Bununla belə qeyd olunmalıdır ki, son bir neçə ildə məhkəmə qərarlarının icrası ilə bağlı irəliləyişlər var. Bunu “Şəffaflıq Azərbaycan” tərəfindən vətəndaşları pulsuz hüquqi yardımla təmin etmək məqsədilə 6 ildir keçirilən layihə zamanı müşahidələrimizə əsasən deyə bilərik. Burada əsas, dövlət qurumları ilə fiziki və hüquqi şəxlər arasında yaşanan problemlərə əlaqədardır. Amma Ədliyyə Nazirliyinin İstintaq Departamenti tərəfindən digər məhkəmə qərarlarının icrası ilə bağlı əsaslı addımlar atılmır. (bunlar cinayət və vətəndaşlar arasında olan məhkəmə çəkişmələri ilə bağlıdır). Məhkəmə sisteminə inamsızlığın əsas səbəblərindən biri də elə qanuna minmiş məhkəmə qərarlarının icra olunmaması və ya vaxtında icra olunmamasıdır.

Tövsiyyə edirik ki,

Digər müvafiq qanunvericilik aktlarına Qanunun pozulmasına görə təqsirkar şəxslərin məsuliyyətini müəyyən edən normalar əlavə edilsin.

6.“Azəriqaz” İstehsalat Birliyinin iştirakı ilə

Qaz təchizati sahəsində şəffaflığın artırılmasi



mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 29.06.2011

Tədbirin keçirilməsində əsas məqsəd Azəriqaz İstehsalat Birliyinin idarəetmə sahəsində nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Yekunda dəyirmi masalarının gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb Azəriqaz İstehsalat Birliyinə təqdim edilmişdir.

7. “Azərsu” ASC-nin iştirakı ilə

Su təchizatı və kanalizasiya xidməti sahəsində şəffaflığın artırılması”



mövzusunda keçirilən Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 11.11.2011

Tədbirlərin keçirilməsində əsas məqsəd Azərsu” ASC-nin idarəetmə sahəsində nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Yekunda dəyirmi masalarının gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb Azərsu” ASC-yə təqdim edilmişdir.




8. Dövlət Sosial Müdafiyyə Fondunun iştirakı ilə

Pensiyaların təyinatı ilə bağlı problemlərin həlli” mövzusunda keçirilən



Dəyirmi Masanın yekunu olaraq verilən tövsiyyələr 04.11.2011




Mövcud vəziyyət

Analiz




Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 1.0.1 maddəsində əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra – sığorta olunan) səxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan səxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul odənişidir.

Təəssüf ki, Əmək pensiyaları hHaqqinda qanunda əmək pensiyası termini dövlət pensiyası kimi adlandırılmamışdır. Qanununu 1 maddəsinin analizi onu göstərir ki, əmək pensiyası hər ay ödənilən aylıq pul ödənişidir. Qanunverici onu hər ay ödənilən dövlət pul ödənişi kimi təsbit etməmişdir. Hər hansısa ödənişin dövlət xarakteri daşıması onun təkcə dövlət büdcəsindən formalaşmasıyla əlaqədar deyildir, bu başqa faktorlardan da asılıdır. O, ödənişlər dövlət pensiyası adlanar ki, hansıların ki, ödənilməsinin məcburiliyi, vətəndaşların təmin edilməsinin şərtləri, ödənişlərin dövlət ödənilməsinin qarantiyası qanunvericilikdə təsbit olunsun. Yuxarıda sadalanan aspektlərdən yanaşsaq onuda deyə bilərik ki, əmək pensiyaları aylıq ödənilən dövlət ödənişləridir. Dövlət sözünün olmaması o fikrə gətirir ki, əmək pensiyalarının dövlət qarantiyası yoxdur. Dövlət qarantiyası ki, maliyyə təminatında narazılıq baş verən zaman ehtiyac olur. Pensiya təminatı dövlət tərəfindən bərabər norma və şərtlərlə təmin olunmalıdır.
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə